Ardını oxu...
 
 

 
“Dünən məktəbin damının bir hissəsində qar ərimişdi, otaqlar su ilə dolmuşdu. Partaları kənara çəkmişdilər, uşaqlar da ayaq üstə qalmışdı. Necə edək, sözümüzü daha hansı formada deyək ki, bizi anlasınlar, kənddə bir məktəb tiksinlər, uşaqların canı köhnə dayaq üstündə dayanan məktəbdən qurtarsın? Biz də məktəbə göndərdiyimiz uşaqların nigarançılığını çəkməyək”.

 

Qubanın Küçeyi kənd sakinləri bir neçə gündür ki, kənd məktəbinin istiliyinin həllini tələb etmək üçün rayondakı qurumlara üz tutub. Onlar azyaşlı övladlarını köhnə dirəklər üzərində dayanmış məktəbə – qəzalı tikiliyə göndərəndə evə dönənədək nigaran qalırlar.

Məktəbdə istilik yoxdur, sinif otaqları valideynlərin məktəbə odun verməsi sayəsində isinir. Yanvarın 10-da valideynlər qarlı havaya baxmayaraq, toplaşıb avtobus kirayələyərək Quba-Xaçmaz Regional Təhsil Şöbəsinə və icra hakimiyyətinə gediblər. Hər iki qurumda valideynləri qəbul etsələr də, onlara hazırda odun problemininin həllinin mümkün olmadığı bildirilib.

Valideynlərdən biri Meydan TV-yə bunları deyib:

“Dünən Təhsil Şöbəsində bizə dedilər ki, odun üçün ayın sonunadək gözləmək lazımdır. Burda da möhkəm qar yağır, biz gözləyə bilmərik ki, uşaqlarımız donsun. İcra hakimiyyətində də olduq, icra hakimiyyətindən kəndimizin icra nümayəndəsinə zəng vurub çağırdılar. Tapşırdılar ki, məktəbin odunla təmin edilməsini həll eləsin. O da dedi ki, kəndin girəcəyində taxta sexi var, ordakı ağacların qırıntılarından götürmək olar. Dedik ki, ordan bir dəfə verdikləri odunu məktəbdəki sobada yandırmaq olmur. Məktəbin işçisi onu alışdırana qədər dərslər bitir. İcra nümayəndəsi bizi Meşə İdarəsinə göndərdi, onlar da bizə odun vermədilər”.

Yanvarın 10-da valideynlər qarlı havada yenə toplaşıblar və odun problemini həll etməyə çalışıblar:

“Ayın sonunadək bu uşaq məktəbdə donmalıdır? Ya gərək uşağı məktəbə buraxmayaq, ya da gərək yenə də odun problemini özümüz həll edək. Uşaqlarımızın təhsilli olmasını istəyirik. Ona görə də məcbur olduq ki, bu gün özümüz gedib odun məsələsini həll edək”.

Bu valideynlər ilk dəfə 2019-cu ilin aprelində Meydan TV-yə müraciət etmişdilər. Onlar ümid edirdilər ki, məktəbin durumu ictimailəşəndən sonra aidiyyəti qurumlar hərəkətə keçəcək. Ancaq sayta təkrar müraciətlərindən məlum olur ki, ötən 4 ilə yaxın müddətdə məktəbin divarına bircə mismar da vurulmayıb.
4 ildən sonra yenidən Meydan TV-yə müraciət edən kəndlilər deyir ki, əksinə, məktəb binasının çökmək təhlükəsi günbəgün artır.

Küçeyi kənd məktəbi binasının azı 45 yaşı var. Azı 200 şagirdin elm öyrənməyə çalışdığı məktəbin cəmi 7 sinif otağı var, onlar da darısqal və nəmişlikdir. Valideynlər deyirlər ki, dərs vaxtı dörd şagird bir sınıq-salxaq partanı paylaşmaq məcburiyyətindədir. Otaqların döşəməsi və tavanı qəzalı vəziyyətdədir. Valideynlər deyir, sinif otaqlarının sahəsi maksimum 15 kvadratmetrdir. Müasir infrastruktur normalarına görə, hər bir şagirdə 2,5 kvadratmetr sahə düşməlidir. Ancaq burada hər şagirdə heç 1 kvadratmetr də düşmür. Bu isə o deməkdir ki, hər bir şagirdə təxminən 1,5 dəfə az yer düşür.

Valideynlər deyirlər ki, bir neçə il əvvəl siniflərin tavanı tamamilə çöküb. Onlar öz hesablarına tavanı və döşəməni müvəqqəti təmir etdiriblər. Təmir işinə müəllimlər də dəstək verib. Əsaslı təmir olmadığından döşəmələrdə yenə iri deşiklər yaranıb, tavanların yenidən yaranmış yarıqlarını isə karton parçaları “örtüb”. Sovet vaxtından qalmış avadanlıqlar da ömrünü çoxdan başa vurub.

15 ilə yaxındır ki, məktəb 20 yanvar şəhidi Elçin Qeybullayevin adını daşıyır. Şəhidin bacısı Simuzər xanım da məktəbin əsaslı təmiri üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Məktublarının birində yazıb ki, məktəb əsaslı təmir olsa, vaxtilə bu məktəbdə təhsil almış şəhid qardaşının ruhunu da şad edər.

Quba Rayon İcra Hakiiyyətindən Meydan TV-yə bildirilib ki, Küçeyi kənd məktəbinin əsaslı təmiri üçün qurum Təhsil Nazirliyinə çoxdan müraciət edib:

“Bir müddət əvvəl o məktəbin fəsadlarında təmir işləri aparılıb. Kənddə yaxın illərdə yeni məktəb tikilməlidir. Dünən gələn valideynlər qəbul edilib, icra hakimiyyəti də məktəbin istilik probleminin həlli üçün aidiyyəti yerlərə müraciət edib”, – qurumdan bildirilib.

Quba-Xaçmaz Regional Təhsil Şöbəsindən də oxşar cavab verilib. Bildirilib ki, yanvarın 10-da odun üçün gələn valideynlərə yaxın günlərdə məktəbin odunla təmin ediləcəyi, buna görə rayonun meşə idarəsinə müraciət olunduğu deyilib. Küçeyidə yeni məktəbin inşası plandadır. //Meydan TV//

 

XalqXeber.Az
Ardını oxu...
DİA.AZ: - "Biz sizə Qusar rayonundan yazırıq. Şikayətimiz Qusar Rayon İcra hakimiyyətinin başçısı Şair Alxasovdandır". Bu barədə DİA.AZ-a göndərilən Qusar sakinlərinin müraciətində deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Belə ki, bizim icra başçımız 2007-ci ildə bu vəzifəyə təyin olunandan biz Qusar camaatı ondan zərrə qədər xeyir görməmişik.
16 ildir Şair Alxasov icra başçısıdır, amma Qusara gəlib yoldan keçən hansı sakindən soruşsanız ki, Şair Alxasov Qusar camaatı üçün nə kimi xeyir işlər görüb əksinə onun elədiyi pislikləri sayarlar sizə. 16 illik fəaliyyəti dövründə Şair Alxasovun törətdiyi vəhşilikləri sizə sadalayaq:
1. Şair Alxasov Qusar rayonunda məşhur "Bənövşə" ("Fialka") adlı gözəl bir gölü qurutdu (yəqin ki yerini kiməsə satacaq və yaxud da artıq satıb)
2. Şair Alxasov Qusarın mərkəzində orta məktəbi sökdürüb yerində oğlu İlkinin şərəfinə "İlk İnn" hotel tikdirib.
3. Şair Alxasov internat məktəbinin 2 hektar ərazisindəki meyvə bağında ağacları kəsdirib ərazini satıb
4. Şair Alxasov sakinlərin ən sevdiyi gəzinti yeri olan "N.Nərimanov" adına mərkəzi parkın ərazisindəki ağacları kəsdirərək yerində "Yaşıl Park" adlı restoran tikdirib.
5. Şair Alxasov uşaq xəstəxanasının ərazisini zəbt edib yerində özü üçün "Təzə Bazar" tikdirib.
6. Şair Alxasov xristian qəbiristanlığının ərazisini sökərək yerində hündürmərtəbəli binalar və kommersiya obyektləri tikdirib.
7. Şair Alxasov Qusarın gözəl guşələrində yerləşən torpaq sahələrini yüksək vəzifəli məmurlara həm satır, həm də hədiyyə edir ki, onun vəzifədə qalmasına köməklik göstərsinlər və Qusar camaatından gələn şikayətlərin qarşısını alsınlar.

Biz Qusar rayon sakinləri Şair Alxasovun qanunsuz əməllərinə nə qədər dözəcəyik? İllərdir biz sakinlər Şair Alxasovun qəbuluna düşə bilmirik. Yazdığımız şikayətlərə icra hakimiyyətində baxılmır.
Gənclərimiz işsizlikdən Qusarı tərk edib işləmək üçün Rusiyaya üz tuturlar.
Ölkə başçımızdan xahiş edirik, bizim Qusar rayonuna Qusarı sevən və onun camaatına hörmət bəsləyəcək, şikəyətlərini dinləyəcək layiqli bir şəxsiyyəti icra hakimi təyin edəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində psport qeydiyyatında olan və yaşayan sahibkar Musayev Cavid Zahid oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Pezident, yazıb Sizə bildrmək istəyiəm ki, mən Cavid Musayev uzun müddətdir ki, Bərdə rayonunMirzəxan-Qaraqoyunlu kəndində yaşamış və sahibkarlıqla məşğul olmuşam.Yəni, kəndin girəcəyində 1.5 sot şəxsi mülkiyyətim olan torpaq sahəmdəçayxana, yeməkxana və bir dükanım vardı. Və onları işlədirdim.
2014-2015-ci illərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev bizə bildirdi ki, bəs kəndin girəcəyinə "Ala qapı" qoyulmalıdır. Bu bir dövlət tədbiridir. Və ona görə də sizin çayxana və yeməkxana binası sökülməli, yerində bu "Ala qapı"nın tikintisi aparılmalıdır. Naəlac qalıb razılıq verdik. Obyektlərimizin və torpağımıza heç bir kompensasiya verilmədən söküldü. Lakin, "Ala qapı" inşa edilib başa çatandan sonra gördük ki, bu obyektin bizim çayxana və yeməkxana ərazimizə düşməyib. Yəni dəxli olmayıb. Biz o zaman 2015-ci ildə icra başçısı Vidadi müəllimlə görüşüb xahiş etdik ki, tikilən "Ala qapı"nın bizim şəxi mülkiyyətimiz olan yerə düşmədiyini nəzərə alaraq icazə verilsin obyektlərimizi yenidən əvvəlki kimi bərpa edib istifadə edək. Cənab başçı cavab verdi ki, bir az gözləyin ki, Prezident kəndə açılış mərasiminə gəlsin və getsin, o zaman siz də obyektlərinizi yenidən tikər, bərpa edərsiniz. Razılaşdıq. Amma bizim yol kənarı olan hissəyə də 16-17 ədəd şam ağacları da əkmişdilər. Lakin dövlətimizin başçısının rəsmi açılışa gəlib getməsindən sonra dəflərlə cənab icra başçısının qəbulunda olub bizə şəxsi mülklərimizi bərpa etməyə ( öz hesabımıza) və sahibkarlıq fəaliyyətimizi davam etdirməyə icazə istədik. Başçı əvvəllər hər dəfə bizə bəhanə ilə işimizə icazə vermədi. Sonda isə qəti olaraq eiraz etdi ki, tikililəri bərpa etmək olmaz! Digər tərəfdən də ETSN-nin yerli meşə idarəsindən də dedilər ki, sizin torpaq sahənizdə əkilən ağaclara toxunmaq olmaz. Budur, nəticədə biz 7 ildən çoxdur ki, əvvəlki kimi sahibkarlığımızla məşğul ola bilmirik. Baxmayaraq ki, torpaq da mülklər də rəsmi sənədlərlə mülkiyyətimizdə olub. Lakin bizim obyektlə üzbə üz olan və yolun sol tərəfindəki mühafizə zolağında iridiametrli yeraltı çəkilmiş magistral qaz xəttinin düz üstündə iki mərtəbəli böyük bir kommersiya obyekti sənədsiz tikilərək istifadəyə verilmişdir. Digər tərəfdən isə çayxana və yeməkxana obyektimizə təzədən texniki pasport almaq üçün ASAN xidmətdə 1500 manat rüsum haqqı ödədikdən sonra indi də DƏDRX-nin 7 saylı Ərazi İdarəsi bizə yenidən torpağın çıxarış üzrə obyektlərə texniki pasport vermir. Şərt qoyur ki, gərək siz əvvəlcə obyektlərinizi olduğu kimi tikin, sonra sənəd verək. Doğrudur, obyektlr dostum Abdullayev Ələsgər Ələkbər oğlunun adına sənədləşdirilsə də, sonradan aramızda alqı-satqı müqaviləsi bağlamışıq. Ki, Obyektlər yenidən bərpa olunacağı təqdirdə birbaşa mənim adıma rəsmiləşsin.
Çoxhörmətli Prezident! Siz dəflərlə yerli məmurlara rəsmi çıxışlarınızda xəbərdarlıqlar etmisiniz ki, "...sahibkarların işlərinə qanunsuz müdaxilələr yolverilməzdir, əksinə onlara kömək etmək lazımdır ki, büdcəyə vergi vəsaiti ödəsinlər"...
Budur, 7 ildir ki, qanunsuz və əsassız olaraq sökülmüş obyektlərimizi yenidən bərpa edib sahbkarlığımızı davam etdirməyimizə imkan verilmir. Ona görə də şəxsən Sizə müraciət etməyə məcbur olur və xahişimiz də budur ki, mülkiyyətimizdə olan 0.15 ha torpağımıza sərəncam verib istifadə edə bilək. Və vaxtilə qanunsuz sökülmüş iki obyektimizi öz hesabımıza bərpa edib yenidən sahibkarlığımızı davam etdirməyimizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlərimizi bildiririk".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvan Dövlət İmtahan Mərkəzinin 27-29 dekabrda müəllimlər üçün keçirdiyi test imtahanındakı cavabların əvvəlcədən satıldığı bildirilir. Bu səbəbdən, çoxlu savadsız namizədlərin müəllim adını qazandığı, bəzi savadlıların isə, kənarda qaldığı bildirilir. TEREF.AZ yazır ki,bu haqda "Gündəlik Naxçıvan"a imtahanda iştirak edən müəllimlər məlumat verib.
Şərur rayonundan olan namizəd M. Allahverdiyev deyir ki, imtahan sualının hər biri 60 manata satılırmış:
“İmtahan mərkəzində rüşvət olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunub. Lakin araşdırıb baxan yoxdur. Kifayət qədər faktlar da var. Naxçıvan İmtahan Mərkəzinin əməkdaşı Samiq İlqaroğlu öz qohumu Cəfər Sadıqov vasitəsi ilə imtahan zamanı 50-60 manata sualların düzgün cavabını satır. Öz biliyinə keçmək demək olar ki, mümkün deyil. Qəsdən kəsirlər ki, rüşvət verəsən. Məcbursan ki, borc-xərc edib, aparıb 1000-1500 manat rüşvəti verəsən ki, işini itirməyəsən"
Şikayətçilər arasında Babək rayonundan olan müəllim və məktəb direktorları da var. Direktorlar bildirir ki, test imtahanlarında rüşvət səbəbindən, savadlı müəllimlər kənarda qalır. Bu da təhsilin aşağı düşməsinə səbəb olur.
Rayonun Nehrəm qəsəbə 2 saylı məktəbinin müəllimi N. Məmmədov (ad şərtidir) deyir ki, imtahanda iştirak edən direktorlardan ikiqat rüşvət alınır:
"Rayon məktəblərinin birində direktor tanıyıram. Çox savadlı müəllimdir. İmtahandan keçəcəyimə əmin olduğu üçün testə girdi. Yaxşı hazırlaşmasına, yüksək savadına baxmayaraq, ilk testdən müsbət cavab ala bilmədim. Sonra tanışlardan biri dedi ki, burada yalnız savad, bilik keçmir, həm də pul rol oynayır, verməzdən işdən atarlar. O da məcbur qalıb, araçı vasitəsiylə 2 min manat verdib, o da imtahan mərkəzinə çatdırdı. Rüşvət verdiyinə görə, növbəti imtahanı uğurla qazandı. Hazırda işinə davam edir”.
 
Ardını oxu...
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki villasının fotolarını paylaçaraq yazır:
"Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki (Oakville) meşəlikdə tikdirdiyi villa.
Orxan Eyyubov Kanada vətəndaşıdır."
Ardını oxu...
 
Ardını oxu...
"Bakı OTİS Lift” QSC statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimələnə bilər.

Qaynarinfo-nun məlumatına görə, QSC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə irəli sürülüb. Məcəllənin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə olunur.

İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxıalacaq.

Qeyd edək ki, qanunu təmsilçisi Xəlilov Emil Vaqif oğlu olan "Bakı OTİS Lift” QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 78 min 315 manat 97 qəpik borcu yaranıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvandan bir şikayətçi yazır:
"MR xəstəxanasının Baş həkimi Zəbur Bağırov yoldaşımın xəstəxanadan çıxması üçün sağlamlıq kağızına möhür vurmağa 50 manat istədi, 3 dəfə yatdı xəstəxanada, çıxanda dedi verməsələr möhür vurmayacam.
6-ci gün yoldaşımı xəstəxanaya apardıq, 650 şəkərlə komaya düşürdü, dedilər altıncı gün yarım iş günüdür, xəstəxanaya qəbul edə bilmirik. Saat 12 idi hələ. Dedilər gedin 1-ci gün gəlin.
Sığortali xəstə idi, amma qan analizi edəndə 20 manat pul alırdılar, həkimə deyəndə, deyirdi bax o dəftərə qeydiyyat aparana, öz adamıdır, sənə tanışçılıga görə pul almasam, gedib xəbər verəcək, o da məni çağırıb üzümə tüpürəcək ki, sən niyə ondan pul almamısan.
Xəstəxanada yatanlara pulsuz dərmanlar verilir qanunla, o dərmanları belə vermirdilər, gizlədirdilər, hətta tualet yumağa yuyucu vasitənin də bizə aldırırdılar.
Plazmanı oradan alanda 40 manat, doğum evindən alanda 50 manat, diaqnostikadan alanda 30 manat ödəyirdik. Deyirdim mən donor tapmışam da, qan versin, plazmaya çevirin, mən pul ödəməyim. Cavab verirdilər ki, qanı plazmaya çevirmək 55 manata başa gəlir.
Budur Naxçıvan səhiyyəsinin mənzərəsi. Hələ bu təkcə Respublika xəstəxanasındakı mənzərədir.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
TEREF.AZ müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Qubanın icra başçısı Ziyəddin Əliyevin Avstriyada aşkar edilmiş şirkətləri ilə bağlı araşdlrmasını təqdim edir:
"AZOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürov Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə edir. Söhbət S.M.A.N BUSİNESS SOLUTİONS GMBH-dən gedir.
Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə konsultativ xidmətlərə görə milyonlarla manatlıq tenderlər əldə edən 10-20 manatlıq şirkətlər Vyana üzərindən idarə olunur. BNA-dan iki il əvvəl 2.14 milyon manatlıq tender əldə edən "ALPİNA PARKİNG CONSULTİNG” MMC Avstriyada ALPINA PARKİNG GMBH Almaniya şirkəti ilə ortaq yaradılıb. Şirkət Bakıda NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında hüquqi qeydiyyatdadır.
Burada qeydiyyatda olan digər şirkət - ORN GROUP MMC ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 4 milyon 144 min manatlıq tender əldə edib. ORN GROUP 2004-cü ildə Bakıda, onun uzantısı ORN GMBH isə 2008-ci ildə Avstriya paytaxtında yaradılıb.
ORN GMBH (https://www.orn-group.com/)
Vyanada Reisnerstraße 61 ünvanında yerləşir. Əvvəllər şəxsən Ziyəddin Əliyevin özünün təsis etdiyi, sonradan oğlu Nicat Əlibəylinin idarəçiliyinə verilən S.M.A.N Business Solutions GMBH də burada fəaliyyət göstərir.
Şirkətin adı təsisçilərin adlarının baş hərflərindən (Orxan, Ramin, Nicat) götürülüb. Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli Vyanada "Kenny" restoranlar şəbəkəsinə də 25 faizlik payla şərikdir.
Vyanadakı iri şirkətlərdən olan PKE Holding AG ORN GROUP-un tərəfdaşıdır və onun hüquqi qeydiyyatda olduğu ünvanda PKE CASPİAN MMC adı ilə özünün Azərbaycandakı qolunu təsis edib.
Avstriya paytaxtında "ESPRESSO MOBİL" brendi ilə yeni-yeni təşəkkül tapmağa başlamış eyni adlı şirkət də Ziyəddin Əliyevin meneceri sayəsində Azərbaycanda "ESPRESSO MOBİL AZE" MMC adı ilə NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında qeydiyyatdan keçib.
Qubanın icra başçısının Ukraynada sahib olduğu asfalt zavodu və bu ölkəyə rəsmi investisiya şəklində yatırdığı 7 milyon avronun mənbəyi ilə bağlı indiyədək heç bir aydınlıq yoxdur."
Teref.az qarşı tərəfəin fikirlərini dərc etməyə hazırdır!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ümumxalq matəm günündə özünə ad günü keçirmək istəyən rektor
Bu gün təqvimimizin qanlı 20 yanvar səhifəsidir. Artıq bir neçə aydır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elmi-pedaqoji kollektivi və tələbə kontingenti İbrahim Cəfərovun əsarətindən və onun yanvarın 20-nə təsadüf edən ad gününə “necə həssas yanaşmaq” dilemmasından qurtulub. Adətən, İbrahim Cəfərov 1990-cı ildən bu yana ad günü keçirmədiyini hamının eşidə biləcəyi səslə ucadan desə də, əslində həmin ərəfələrdə (ad günündən bir – iki gün əvvəl və ya bir-iki gün sonra) “qaşınırdı” və tabeçiliyində olan şəxslərə sınayıcı, umucu nəzərlərlə baxırdı. Nə isə… İndi, artıq rektor kreslosiunu tərk edib və evində hamının gözündən uzaq, ad gününü rahat şəkildə qeyd edə bilər.
Ramiz Mehtiyev Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra “boz kardinal”ın havadarlıq etdiyi məmurların, o cümlədən, ADAU-nun bir neçə ay bundan əvvələ qədər rektoru olmuş İbrahim Cəfərovun qol qoyduqları qanunsuzluqlar barədə tənqidi fikirlər ucadan səsləndirilməyə başlamışdı. Lakin Ramiz Mehtiyevin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) rəhbər vəzifəyə transfer edilməsi hələ də cəmiyyətdə o cür başa düşülürdü ki, o, öz nüfuzunu və himayədar kimi gücünü tam itirməyib, lazım gəlsə, sədaqətli dostlarını hələ də qorumağı bacarar. İbrahim Cəfərov həqiqətən də Ramiz Mehdiyevə daim sədaqət nümayiş etdirmişdi və bunun qarşılığını almışdı. Ramiz Mehtiyev İbrahimin oğlu Cavidi AMEA-da işə götürmüşdü. Sonradan Cavid Cəfərovun bir çox adamları aldatdığı üzə çıxandan sonra Akademiyadan kənarlaşdırıldı. Cavidin heç bir faydalı işə yaramadığını yaxşı bilən atası ADAU-nun yeni korpusunun kafesini ona bağışladı ki, birtəhər başını girləsin. Etibarlı mənbənin verdiyi məlumata görə, İbrahimin qardaşı Müzadil Cəfərov hələ də Ramiz Mehdiyevin Novxanıdakı bağ evində aqronom kimi xidmət etməkdədir.
Nəhayət, Ramiz Mehtiyev AMEA rəhbərliyini də tərk edəndən sonra hamilik etdiyi korrupsionerlərin də “yarpaq tökümü” vüsət aldı, İbrahim Cəfərov da ADAU rəhbərliyindən kənarlaşdırıldı. Doğrudur, kresloya öyrəşmiş Cəfərov ilk əvvəl Dairə Seçki Komissiyasının sədri vəzifəsini ələ keçirməyə can atsa da, bu cəhdinin tez ictimailəşdirildiyini görüb geri çəkilmək məcburiyyətində qaldı. Söz gəzir ki, Cəfərov indi yapşmağa yeni ətəklər axtarır…
ADAU-ya İbrahim Cəfərovdan qalma problemlər mirası çox ağırdır və Universitetin tərəqqipərvər kollektiv üzvləri bu ağır irsə görə sabiq rektorun cəzalandırılmasını istəyirlər. Həmin problemlər sırasında ən çətini əlbəttə ki, kadr problemidir. Kollektivdə hələ də İbrahimin yaxın çevrəsinə aid olan kadrların yedikləri haram pulların aqibəti müzakirə edilir. Etibarlı mənbə həmin adamlardan biri kimi Cəfərovun Universitetin Əczaçılıq kafedrasına müdir təyin etdiyi Mahrux Nağıyevadır. Təsəvvür edin, başqa kafedra müdirləri 1300 manat, elmi dərəcəsi professor olanlar 1800 manat maaş aldıqları halda, hətta doğru-dürüst dosent olmayan M.Nağıyeva 2500 manat maaş alırdı ki, bu da digər kafedra müdirləri və professorlıarda haqlı olaraq etiraz doğurur, onların fəaliyyət şövqünü qırırdı. Mənbə bildirir ki, bu və bu kimi başqa faktlar Hesablama Palatasının yaxın vaxtlarda ADAU-ya ezam edəcəyi gözlənilən yoxlama komissiyasının araşdıracağı əsas məsələlər olacaq. //aktualxeber.az//
Ardını oxu...
DogruXeber.az: - Azərbaycan Respublikası suverenliyini əldə etdikdən sonra öz vətəndaşlarının rahat yaşamaları, müstəqil əmək fəaliyyəti ilə məşğul olmaları üçün biri-birindən ali qanunlar qəbul edib. Dövlətin Qanunları ölkə vətəndaşlarının rifahı ilə yanaşı, dövlətçiliyimizin də hərtərəfli inkişafına xidmət edir. Lakin, elə ölkə vətəndaşları var ki, onlar üçün "dövlətin mənafeyi" anlayışı yoxdur. Bütün həyatları boyunca yalnız şəxsi maraq və mənafeləri üçün çalışır, özlərinə qoruyucu havadarlar tapırlar.
Mətləbi uzatmadan gəlin görək şəxsi maraqları xatirinə qanunları "çeynəyən qolcomağımız" kimdir?

2003-cu ildən qara yollarla "İmişli bazarı"na, hal-hazırda İmişli Ticarət Mərkəzinə sahib olan Əziz Quliyev adlı şəxs 20 ildən artıqdır ki, özünün "yazdığı qanun"larla "qaz vurub, qazan doldurur".
Əziz İmişli Ticarət Mərkəzinin sahibi, hüquqi şəxsdir. İmişli bazarı isə ölkə ərazisində gəlir yüksəkliyinə görə öndə olan bazarlardan hesab edilir. Şübhəsiz ki, belə bir ticarət obyektində yüzlərcə insan çalışır. Bəli, bu çox təqdirəlayiq haldır.
Bəs narazılığımız nədir?

Həəəə!
Vətəndaş şikayəti ilə bağlı 14 yanvar 2023-cu ildə İmişli Ticarət Mərkəzində "qonaq" olduq. Olduq da nə olduq...

Gördüklərimiz sübut etdi ki, ticarət obyektinin sahibi Əziz Quliyev işini dövlətin sivil qanunları ilə deyil, özünün "yazdığı"və havadarlarının "imzaladığı" qanunlarla idarə edir. Çünki, başqa yolla sərmayəsini artıra bilməzdi.

Ticarət Mərkəzlinə daxil olduğumuz zaman ilk diqqətimizi çəkən bazarın kənd təsərrüfatı məhsulları satılan ərazisinin birinci mərtəbəsibdə alış-veriş getdiyi halda, insan həyatının təhlükəsizliyi heçə sayılaraq, ikinci mərtəbədə tikinti işləri aparılması oldu. Məlum olur ki, Fövqəladə Hallar Nazirliyinin, Tikintiyə Nəzarət İdarəsinin bundan xəbəri yoxdur və ya xəbərsiz olmağa "məhkumdur". Məhz bu səbəblə yaxın keçmişdə tikintidə çalışan işçi təhlükəsizlik qaydalarının heçə sayılması səbəbilə həyatını itirib. (Bədbəxt hadisə prokurorluq orqanlarının araşdırmasında olduğu üçün bu barədə bəhs etmirik).
Başqa bir özbaşınalıq, ticarət obyektinin kənd təsərrüfatı və ərzaq məhsullarının satılan bölməsində çalışan satıcıların məcburi tibbi müayinəsinin yerli-dibli olmamasıdır. Əhaliyə xidmət göstərən satıcıların hansı yolxucu xəstəliyin daşıyıcısı olmaları barədə heç bir məlumat yoxdur. Əziz Quliyev bu qədər ciddi qanun pozuntularını kərəksiz bir söz kimi qulaq ardına vurur.
Digər ciddi qanun pozuntusu - bazarda satışa çıxarılan ət və süd məhsulları baytarlıq müayinəsindən keçmədən, həkim rəyi olmadan satılır. Bazarda zəruri olan laboratoriyanın olmaması bir yana, aşkar etdiyimiz bu çirkin fakt Əziz Quliyevə gülünc göründü. Nəticədə İmişli əhalisi mənşəyi məlum olmayan ət məhsullarından yararlanmağa məcbur buraxılıb. Zəruri olan qida təhlükəsizliyi anlayışı Əzizə aid olmayan termindir.
Sanmayın ki, Əziz Quliyevin "məharətləri "bunlarla bitir.
Dövlət rahat biznes qursun, iş sahibi olsun deyə vətəndaşlarına yaratdığı geniş imkanlara qarşılıq olaraq, bizim "qəhrəmanımız" fırıldaqla, nankorluqla, oğurluqla cavab verir.

Ticarət Mərkəzinin sənaye və kənd təsərrüfatı şöbələrində çalışan hər bir işçi gündəlik olaraq 10(on) AZN dəyərində "yer pulu" ödəyirlər. Ödədikləri vəsaitin qarşılığında isə kimsəyə qəbz verilmir. Bazardan hər gün əldə edilən külli miqdarda sərmayə dövlətdən gizlədilir, vergidən yayınmalar baş alıb gedir.
Məkanda çəkiliş etdiyimiz zaman Əziz Quliyevin "qolcomaqlığı"ndan bezən "ürəkləri dolu" satıcılar mikrafonu görüncə dərdlərini sadalamağa başladılar.



Dilə gətirdikləri "yer pulunun" çoxluğu, Əzizin onlarla kölə kimi rəftarı ilə bitsəydi yəqin ki, biz də sizi yorub, sözümüzü uzatmazdıq.
Bazarda çalışanlar Əziz Quliyevin çəkinmədən etdiyi bu qədər qanun pozuntusuna havadarlıq edənin, "başını oxşayan"ın Ramiz Mehdiyevin olduğunu dönə-dönə vurğuladılar. Hətta, şikayətçimiz bildirdi ki, Əziz Quliyev dəfələrlə söyləyib: - "Dövləti qayalar idarə edir. Mənim də arxamda qaya dayanıb."
Doğrusu Əzizin İmişli rayonunda etdiklərinə dərindən deyil, ani nəzər saldıqda vətəndaşların söylədiklərinə haqq qazandırmağa məcbur oluruq.
Əks halda, Əzizin diqqət yetirməyə qanunla borclu olduğu qida təhlükəsizliyi, vergi ödənişi, tibbi müayinələr, iş yerinin təhlükəsizliyi və.s kimi özbaşınalıqlara cəsarət etməyə gücü yetməzdi. Görünən o ki, Əziz Quliyev "sığındığı qaya" qarla örtülüb. Artıq, qayanın özünün havadara möhdaclığı var.
Artıq, Əziz Quliyevin "başını oxşayan" əlləri yanına düşüb. Buna baxmayaraq, İmişlidə qurduğu "imperiyanı" davam etdirməyə çalışır. Buna görə də qarşısına çıxan hər kəsi yox etməkdən, döyüb, qorxutmaqdan çəkinmir. Bu məqsədlə bizim çəkiliş qrupumuza da qarşı qoçuları ilə birlikdə "məharətlərini" sərgiləmkdən çəkinmədilər. Qarşısındakının qadın olduğunu belə nəzərə almadan, döyməyə cəhd etdilər. Əslində bir tərəfdən Əzizi qınamaq "haqsızlıq" olar. Onu da başa düşmək lazımdır ki, arxasını söykədiyi qayası toz-duman olmuş. Əziz də o qara duman içində yolunu çaşıb qalıb.
Lakin, tez-gec duman dağılacaq, Əziz və əziz kimilərə Qanunlarımızın ali ucalığı öyrədiləcək.

Tərifə Maqsudova

Dünyapress TV

Xəbər lenti