Ardını oxu...
Dayanacaq binanın blokuna girişi əngəlləyir

"Binanın giriş hissəsini bağlayaraq, beşmərtəbəli qaraj tikilir. Ötən ilin oktyabrından müraciət etmədiyimiz qurum qalmayıb. Artıq, tikinti üçün qazıntı işlərinə başlanılıb”.

Bunu Meydan.TV-yə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşən doqquzmərtəbəli binanın sakinləri bildiriblər.

Onların sözlərinə görə, bir neçə dəfə keçirilən etiraz aksiyasından sonra tikinti dayandırılsa da, sonradan inşa işləri davam etdirilir.

"Beşmərtəbəli dayanacağı "Az Pera MMC” tikir. Son 10 ildə ərazidə onlarla çoxmərtəbəli bina tikilib, sıxlıqdan nəfəs almaq, həyətlərdə addım atmaq çətindir. Sakinlər avtomobillərini həmin boş ərazidə saxlayırdılar. İndi belə çıxır ki, dayanacaq üçün ödəniş etməliyik”, – tikinti aparılacaq ərazinin yaxınlığındakı binada yaşayan Orxan Kərimov bildirib.

Şikayətçi deyir ki, dayanacaq tikintisindən əvvəl 50 ildən çox yaşı olan qovaq ağacı da kəsilib.

Şirkət demək olar ki, bütün idarələrdən razılıq sənədi alıb. Baxmayaraq ki, binanın birinci blokuna girişi tamamilə tutur. Məsələn, qəza baş verərkən yanğınsöndürən maşının əraziyə daxil olması mümkün olmayacaq: "Həmin blokda yaşayan sakinlərdən birini təcili xəstəxanaya çatdırmaq lazım olsa, əraziyə təcili yardım maşını girə bilməyəcək. Tikintiyə icazə verən qurumlar isə bunu görə-görə icazə sənədi verib”.

İkibloklu, 100-dən çox mənzilin yerləşdiyi bina 1975-ci ildə Şin Zavodunun əməkdaşları üçün istifadəyə verilib. Dayanacağın tikildiyi ərazi həmin binaya məxsusdur. Tikiləcək dayanacaq ilə bina arasında məsafə yarım metrdən azdır.

Dövlət Satınalma və Arxitektura Komitəsindən bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılması barəsində sərəncamı mövcuddur.

Ötən ilin iyununda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin ərazidə yerüstü avtomobil dayanacağı binasının tikintisinə elektron formada icazə verilib.
 
 

 


Ardını oxu...
“Gənc Qazilər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla bağlı bəzi iddialar səsləndirib.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bir neçə paylaşım edib.
Qazi iddia edir ki, E.Həsənov hərbçilərlə könüllü şəkildə müharibəyə yollanmış şəxslər arasında ayrı-seçkilik edir.
Hacı Vəliyevin sözlərinə görə, icra başçısı hərbi qulluqçularla səfərbərliklə cəlb olunmuş könüllü döyüşçülər arasında ayrı-seçkilik edir, onları ev növbəsinə almır, süründürməçiliyə məruz qoyur:
"Yaralanmış, lakin əlillik ala bilməyən qazilərə kömək, yardım etmir, ƏƏSMN tərəfindən avadanlıqla təmin olunmuş qazilərə yer ayırmır, yeri başqalarına verir, onları küçə süpürməyə, zibil yığmağa layiq görür. Qəbuluna gələn əksər qaziləri binanın girişində günlərlə gözlədir”.
H.Vəliyevin sözlərinə görə, E.Həsənovla bağlı yazdığı statuslardan sonra ona təzyiqlər olub.
İB-nin sədri həmçinin qeyd edib ki, əgər tələbləri yerinə yetirilməsə, aclıq aksiyasına başlayacaq:
“Qazilərə qarşı süründürməçiliyi, özbaşınalığı, ən əsası özünü “Xan” kimi aparmağı dayandırmasa, şəxsən yaxın vaxtlarda Yasamal İH qarşısında, problem həllini tapmasa, mərkəzi icra hakimiyyəti orqanlarından birinin binalası qarşısında aclıq aksiya keçirəcəm”.
 
Ardını oxu...
Artıq neçə müddətdir saytımızda Zakir Fərəcovun Sumqayıtda yaratdığı abu hava və iş adamları ilə borc qalmaqalı ilə bağlı sil silə yazıları araşdıraraq dərc edirik.Təbii ki,bir jurnalist olaraq bu yazılara görə bizə hər tərəfli hücumlara məruz qalırıq.Hər dəfə yazıların altında Fərəcovun trolları xüsusi tapşırıqlarla hücuma keçir və başçının şəninə təriflər yağdırır ,bizi şər böhtan atmaqda günahlandırırlar.Amma biz haqq yolundayıq və dövlətimizə güvənirik.Sumqayıtda sahibkarların yerli İcra hakimiyyətləri başçıları tərəfindən incidildiyinə dair siqnallar hələdə gəlməkdədir. Və bu, heç kimə sirr deyil ki, təzə xəbər də sayılmır. Şübhəsiz ki, illərdir icra başçısının təhdidlərinə dözən, onların qeyri-rəsmi göstərişləri əsasında qanunsuz ödənişlər edən sahibkarlar arasında bıçağın sümüyə dirəndiyi görəndə bu sahədən gedənlər az olmayıb. Özlünü az qala “böyük şəhərin padşahı” kimi aparan, sahibkarlar və iş adamları ilə istədikləri kimi davranan Fərəcov və onun komandası isə “burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... Ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək gedib çatana kimi...

Sahibkarlar yerlərdə haqsızlıqla üzləşir, icra başçısına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilirlər.Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti sadə vətəndaşların vəziyyətini çətinləşdirdiyi kimi, sahibkarları da çıxılmaz durumlara salıb.

Araşdırmalar da göstərir ki, Sumqayıtda kiçik və orta sahibkarlar rayon İcra hakimiyyətinin nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Burda büdcə vəsaitlərinin mənimsəmələri həyata keçirilir ki, bunun da başında Fərəcov və onun komandası durur. Məsələn, şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçısı bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsait xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən İcra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır.

Fərəcov Abşeronda başladığı qanunsuz əməlləri və özünün komandasının iş prinsipini Sumqayıtda məharətlə davam etdirir.

Ölkə başçısı İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, "məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”,- deyə bildirib.

Həqiqətən də ölkəmizdə Sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən Zakir Fərəcov kimi icra başçısı var. Fərəcov elə zənn edir ki, xan, bəy və ya ağadır. Hamıya yuxarıdan aşağı baxır, xərac toplayır, dövlətin pullarını şəxsi vəsaiti kimi mənimsəyir. Fərəcov o qədər öz həddini aşıb ki, Ölkə başçısınln yürütdüyü siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edir. Düz 3 ildir, Prezidentin “qısa müddətdə bu işləri görmək möcüzədir” dediyi həmin möcüzəni reallığa çevirən sahibkarların pullarını vermir. Bu azmış kimi, onları hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. Hətta onlar arasında xarici iş adamları da var.

Xəbər verdiyimiz kimi, Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir.

Təxminən 8 milyon manatlıq bir borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.

Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər növbəti dəfə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.

Onlar bildirirlər ki, 3 ilə yaxındır haqqları olan pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar bildirir ki, bununla əlaqədar onlar dəfələrlə icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin hər dəfə bir bəhanə ilə Zakir Fərəcov məsələdən boyun qaçırıb. Sahibkarlar qeyd edir ki,Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə sahibkarları ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısı dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik.

İcra başçısının “ölməz Kaşşey” kimi bütün bu odlu-alovlu proqnozların arasından sağ-salamat çıxmasının sirri

Zakir FərəcovBu gün media-cəmiyyət münasibətlərində ən ciddi problemlərdən biri də inamsızlıqdır. Adamlar KİV-lərə inanmamağa başlayıblar. Buna onların haqqı var. Axı, dəfələrlə olur ki, qəzetlər və ya saytlar hansısa məmurun işdən çıxarılacağı, hətta həbs ediləcəyi barədə məlumatlar verir, amma bu məlumatlar doğru çıxmır. Bəzən, eyni adam haqqında onlarla dəfə belə proqnozlar verilir və məmur ölməz Kaşşey kimi bütün bu odlu-alovlu proqnozların arasından sağ-salamat çıxır. Nəticədə insanlar bu tipli xəbərlərə inanmırlar.

Ölməz Kaşşeyin nağılı və ya “odda yanmaz, suda batmaz” sindromu

Amma bu, qəzetlərin günahıdırmı? Qətiyyən yox. Bu cür halların əksəriyyətində Kütləvi Informasiya Vasitələri xəbərin etibarlılığından və bu xəbərin doğurmalı olduğu nəticədən məntiqlə çıxış edirlər. Jurnalist də insandır, vətəndaşdır və əlində olan fakt ona bu məntiqi diqtə edir ki, bu hərəkətə yol vermiş dövlət məmuru daha məmur ola bilməz və o, dərhal və yubadılmadan tutduğu vəzifədən kənarlaşdırılmalıdır. Məsələn,.. Məsələn, haqqında illər uzunudur ki, bu sayaq proqnoz-ehtimallar baş alıb gedən Zakir Fərəcov. Bu yazımızda BakuPress.az olaraq araşdırdığımız şəxs odur…

İndi mənim Zakir Fərəcova bir jurnalist kimi apardığım araşdırmalarla bağlı bir neçə sualım var.

1.Cənab başçı,"dələduzluqda"ittiham etdirib,həbsə saldırdığınız iş adamı ilə niyə yenidən iş birliyinə girib bulvar tikintisini ona həvalə etdiniz?

2.Özünüzə aid bəzi adamları toplayıb "Qazi"adıyla sahibkarların qapısına toplamaqda məqsədiniz nə idi?

3.Əgər siz haqlısınızsa niyə iş adamlarının pulunu bir halda qaytarmağa razı olursunuz ki,dövlətin ayırdığı pulun 30%-i sizə çatmalıdır?

4.iş adamlarına pul əvəzi torpaq və yaxud kimsə obyekt açmağı üçün adam gətirməyi və İH-nə çatacaq "şapkaların" onlara çatacağını vəd edirsiniz?

5.Əgər haqlısınızsa niyə özünüz açıqlama vermir kimlərinsə əli ilə özünüzə "bəy tərifi"yazdırırsınız?

BakuPress.AZ-a daxil olan şikayətlərlə bağlı, eyni zamanda iş adamlarına qarşı bir İcra Başçısının qərəzli davranışlarının səbəbi bizə məlum deyil. Bu səbəbdən də mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Yaxın zamanlarda mövzu ilə aidiyyəti qurumların cavabını və araşdırmasını gözləyirik və sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Şəfəq Ağacan
 
Ardını oxu...
Azərbaycan ordusunun Türkiyə modelinə keçməsinə, o cümlədən, türkiyəli hərbçilərin bu prosesə yardım göstərməsinə baxmayaraq, ölkənin Silahlı Qüvvələrində kök atmış bazar təfəkkürlü kadrlar həyata keçirilən dəyişikliklərə mane olmaqdadırlar. Xatırladaq ki, hələ 2019-cu il martın 6-da 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşaraq Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, gizir olmaq üçün rüşvət yığılmasına etirazlarını bildirmişdilər. Həmin aksiyadan sonra MAXE və gizirləri Ordu sıralarına qəbul etmək səlahiyyəti sözügedən Mərkəzdən alınaraq korpuslara verilmişdi. Bununla belə, korpuslarda MAXE-lərin xidmətə götürülməsində rüşvətin ciddi rol oynamasına dair çoxsaylı məlumatlar var. Şikayətçilərin iddiasına əsasən, kursa qəbul ödənişsiz olsa da, oranı bitirib işlə təmin olunmaq üçün kursantlardan 2-7 min manat arası rüşvət tələb edilir.
MAXE kursunun komandiri polkovnik Paşayev, Qərargah rəisi isə Votçuyev soyadlı zabitlərdir. İddialara əsasən, kursantların işlə təmin olunması üçün tələb olunan rüşvətin yığımına da məhz Votçuyevin xüsusi adamları nəzarət edir ki, onlardan biri də TTM-də bölmə rəisi işləyən, vaxtından əvvəl rütbə alan, “qara kassa” ləqəbli polkovnik-leytenant Zaman Məhərrəmovdur. Bu “yığım”ın yekununa uyğun olaraq, 8 həftəlik kursu bitirdikdən sonra yuxarıda göstərilən məbləğdə rüşvət verən kursantlar işlə təmin olunurlar. Yalnız aşpaz və istehkamçı ştatına təyinatların rüşvətsiz olduğu vurğulanır.
Redaksiyamıza müraciət edən vətəndaş da onu incidən Zaman Məhərrəmovdan şikayətçidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi ev 39, mənzil 101 ünvanında yaşayan Məmmədov Ceyhun İltifat oğlu aktualxeber.az saytının redaksiyasına müraciət edərək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bölmə rəisi işləyən polkovnik-leytenant Zaman Məhərrəmovun ondan və qohumu Vüqar adlı şəxsdən rüşvət aldığını, vəd etdiyi işi düzəltmədiyini və pullarını da geri qaytarmadığını iddia etmişdir. Redaksiyamız həmin şikayəti 21.10.2022-ci il tarixində aidiyyatı üzrə Hərbi Prokurorluğa yönəltmişdir və iş Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə kapitanı Elnur Novruzzadənin icraatındadır. Şikayətçi C.Məmmədov E.Novruzzadənin işi obyektiv araşdırmadığını, onun şahidləri olsa da Z.Məhərrəmovu araşdırmaya cəlb etmədiyini, rüşvət alanı deyil, onun özünü get-gələ saldığını bildirmişdir.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edildi. Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilirdi. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilibdi. Ümidvarıq ki, DTX bir gün Zaman Məhərrəmov və onun kimi rüşvət alan, dövlət vəsaitini mənimsəyən digərlərinin də qapısını döyəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
 
 

 


Ardını oxu...

 

“Qarabağ” günəbaxan tumlarının nailiyyət və etibarından sui-istifadə edən qondarma istehsal müəssisəsi aşkar edilib.

xeberfakt.az qeyd edir ki, bu barədə KAİM.az-a “Qarabağ” günəbaxan tumları istehsal müəssisəsinin rəhbəri, sahibkar Taleh Mətləb oğlu Muradov məlumat verib.

Məlumata görə, qəbul edilmiş standartlara cavab verməyən, sanitar-gigiyenik qaydalara riayət etməyən “istehsal müəssisəsi” uzun müddətdir ki, Bərdə şəhəri H.Əliyev prospekti, Laçın rayon qaçqın məktəbinin həyətində fəaliyyət göstərir.

Lakin, rəzillik bununla bitmir.

Taleh Muradovun sözlərinə görə, Zaur Abuzər oğlu Məmmədovun rəhbərliyi ilə qanunsuz fəaliyyət göstərən qondarma müəssisə “Qarabağ” günəbaxan tumlarının adını və loqosunu mənimsəyib. Eyni ad və loqo altında istehsal edilən məhsulların dadının müxtəlifliyi həqiqi müəssisənin etibarını ciddi şəkildə zədələyib. Alıcı sayında kəskin azalmanın müşahidə olunması isə sağlam bazar rəqabətində bir sıra ciddi problemlər yaratmaqda davam edir.

Ardını oxu...

Məlumatda o da bildirilir ki, “Qarabağ” günəbaxan tumlarının ad patenti Mədəniyyət Nazirliyi tərəfindən Taleh Mətləb oğlu Muradova verilib. Həmçinin, qanuna uyğun fəaliyyət üçün tələb olunan bütün vacib sənədlər və müasir tələblərə uyğun istehsal müəssisəsinin qurulması təmin edilib.

Ardını oxu...Ardını oxu...

Taleh Muradov qondarma qurumun fəaliyyətinə xitam verilməsi məqsədilə bir çox dövlət qurumlarına dəfələrlə müraciət edib. Xüsusən də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sabiq rəisi Zahid İsayevin, Xidmətin Antiinhisar və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyevin bir neçə dəfə qəbulunda olub. Amma bu günə kimi heç bir nəticə olmayıb. Şahin bəy qeyd edbi ki, bu malların oxşarlığını sübut etmək üçün məhkəmə rəyi lazımdır. T.Muradov da Şahin bəyin məsləhətinə uyğun Bərdə rayon məhkəməsinə müraciət edib. Yerli məhkəmə oxşarlığı sübut etmək üçün sənədləri Məhkəmə Ekspertizası Mərkəzinə göndərib. Bakı şəhər Məhkəmə Ekspertizasının araşdırması zamanı Taleh Muradovun hüquqlarının pozulduğu təsdiq edilib. Məhkəmə Ekspertizası Mərkəzi 24 dekabr 2018-ci il tarixdə № 29627/30178 nömrəli ekspertiza rəyində bildirir ki, Zaur Məmmədovun istehsal etdi mal əmtəə nişanı qarışdırılacaq dərəcədə oxşardır və kontrafakt məhsullara aiddir.

Ardını oxu...Ardını oxu...

Sahibkar təkrar Şahin Nağıyevin qəbulunda olub və Məhkəmə ekspertiza rəyini ona təqdim edib. Şahin bəy qeyd edib ki, tez bir zamanda ciddi tədbir görüləcək. Amma nə fayda…

Babalı deyənlərin boynuna, deyirlər ki, Şahin bəy qondarma istehsalçının Sahil Babayevin qohumu olduğunu bilib, öz karyerasını düşünərək qanuni bərpa etməkdən vaz keçib.

Deməli, kiminsə qohumu olsan, bu əsas şərtdir, qanundan kənar fəaliyyət göstərə bilərsən. Buna sübut olaraq, qeyd edə bilərik ki, göz önündə olan bütün faktlara baxmayaraq hal-hazırda qondarma istehsal müəssisəsi öz fəaliyyətini hələ də davam etdirir.

Sahibkarın rəsmi nümayəndəsi Mətləb Muradov saytımız vasitəsilə dövlət qurumlarına VİDEOMÜRACİƏT ünvanlayaraq qondarma istehsal müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir.

 

 

 

Ardını oxu...
DİA.AZ: - Şəki rayonun Aşağı Göynük kəndində yaşayan Şəhid ailəsi Əbdürəhimov Sadiq Məmmədəli oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən ailəmə məxsus şəxsi 5 ha pay torpağının 4.5 ha -da 4 ildir ki, yonca bitkisi əkib sonra onu bağalamlarla tədarük edir və satıram. Əldə etdiyim gəlirlə şəhid ailəsi olaraq dolanırıq.
Bizim 9 nəfərlik ailəmizə verilən mülkiyyət “Daşlı girmə” adlanan ərazidə yerləşir. Mən buraya xərc çəkib yonca becərmişəm ki, heyvandarlıqla məşğul olub ailəmizi dolandıraq. Budur, neçə vaxt idi ki, kimsə öz qoyun və malq-qara sürüsünü bizim və camaatın ot sahəmizə salıb otarırdı. Öyrəndik ki, kəndimizdən 70 km aralıda olan Şəki şəhər İcra Hakimiyyətinin Qayabaşı kənd İcra nümayəndəsi Cabir adlı birisidir. O, 120 baş şəxsi inəklərini və 300 baş qoyunlarını yenədə gətirib töküb pay torpaqlarımıza Heç nəyə baxmadan basıb otarır, özbaşnalıq edirdi. Bütün kənd camaatının da ot sahələrinə bilə bilə ziyan vururdu. Budur, hamılıqla şikayətlər edirdik xeyri yox idi. Bir il əvvəl dövlət məmurunun bu mal-qarasının hamısını şəxsi ot sahələrimizdən çıxarıb 6 km məsafəni sürüb gətirdik Şəki- Qax magistral yoluna ( 18-ci km-yə) toküb etiraz etdik ki, tədbir görülsün. Yol bağlandı. Polislər gəlib yolu açdılar. Bunların əlindən biz qışda şəxsi mal-qaramıza verməyə ot tapmırıq. Bütün kənd camaatı bu vəhşiliyə, saymazlığa, qanusuzluğa, məmur malı özbaşnalığına qarşı Qax –Şəki yolunun ortasında etiraz etdik. Bundan sonra yaxşı ki, mənim 8 sentyabr 2021-ci il tarixli şikayətimə yaxşı ki, 14 sentyabrda Daxili İşlər Nazirliyindən zəng vurub maraqlandılar. Və dedilər ki, Şəki Polisinə məlumat verərik araşdırılar. Amma hələlik əksini gördük. Qayabaşı Kənd İcra Nümayəndəsi Cabirin şəxsi biznesini artırmaq üçün gətirib bizim şəxsi yerlərimizdə 120 baş mal-heyavanını çox sərbəst formada otarır. Elə bil dədəsinin-cicisinin yeridir. Bu məmuru başa sala bilmirik ki, bu torpaqlar özəldir, pay torpaqlarıdır. Örüş sahəsi deyil. Baxan yoxdur. Heç yerə gedəsi fikri də yoxdur. Şikayətimizə də baxan yox, süründürməçilik edir Şəki Dövlət Aqrar İdarəsi də o biri strukturlar da. Nəhayət, 2021-ci ilin dekabrında mənə çağırıb Şəki Polis Şöbəsində dəymiş ziyana görə 600 manat verdilər. Yəni, bir dəfə sahəmin bir hissəsini otardığına görə vurduğu 1200 manat ziyanın yarısını ödəmək istədikdə mən onu bağışladım və hesab etdim ki, dövlət məmurudur, yəqin səhvini başa düşər, bir də belə səhvə yol verməz. Amma yanıldıq.
Budur, 2022-ci ilin sentyabrından yenə də həmin Cabir- Qayabaşı kən icra nümayəndəsi bu dəfə də 120 baş iribuynuzlu mal qarası ilə gəlib yenə özəl pay torpaqlarımızda basıb inəklərini, öküzlərini otarır. 2022-ci il sentyabrın 22-də DİN-nin 102 xidmətinə zəng edib şikayət etdim ki, dövlət məmurunun özbaşnalığına son qoyun. Sonra 23 sentyabrda Şəki Polis Şöbəsinə şikayət etdim. 04 oktyabr 2022-də rəsmi cavab verdi ki, müraciətiniz əsasında Dərəcənnət kənd sakini Xudiyev Musa ( cabirin nökəri-çobanı) İXM-nin 290.1.1 maddəsi üzrə protokol yazılıb. Yəni Cabirin yazıq bir çoban nökərinə cərimə yazıblar." Vəssəlam. Sonra oktyabrın ortasında Şəki İcra Hakimiyyəti başçısı Elxan Usubovun rəsmi qəbulunda oldum. Sağ olsunlar, şəhid ailəsi olduğuma görə məni 5 saatdan sonra ən axırıncı adam kimi qəbul etdilər . Və başçı bildirdi ki, gedin polisə şikayət edin. Şəki Polis Şöbəsindən və digər aidiyyatı qurumlardan rəsmi cavab verdilər ki, məhkəməyə şikayət edim.
Bəli, cavabdehin mal-qarasının şəxsən mənə məxsus 4.5 ha yonca sahəsinə vurduğu ziyan hamımıza bəllidir. 1 ha-dan 180 ədəd yonca-pres bağlaması götürürəm. Yəni həmişə hər çalımda təxminən 800 bağlama əldə edirəm. Bazarda hər bağlamanın satış qiymətinin 5 manat olduğunu nəzərə alsaq deməli ən azı mənə 4000 manat maddi ziyan dəymişdir. Elə bir o qədər də mənəvi ziyan dəymişdir. Ona görə də cavabdehdən mənə dəymiz maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm.
Sonra mən cənab Prezidentə də şikayət məktubu yazdım və xahiş etdim ki, Qayabaşı kəndində uzun illər təmsil edən kənd lcra nümayəndəsi Cabiri başa salasınız ki, onu bu vəzifəyə şəhid ailələrinin, əlillərin pay torpaqlarında özbaşnalıq edib mal-qara otarmağa yox, kənddə camaatın problemlərilə məşğul olmaq üçün təyin ediblər. Axı bu dövlət məmuru 120 baş iribuynuzlu, 340 baş xırdabuynuzlu mal-qaraya necə sahib olub?
2022-ci ilin noyabrında izahat vermək üçün Yerli Polis İdarəsinə dəvət olunan Cabir burada da özünü çox tərbiyəsiz apardı, qışqırıb bağırdı. Ona görə də ona qarşı müstəntiq ictimai yerdə və dövlət idarəsində xuliqnlıq hərəkəti etdiyinə görə barəsində inzibati protokol tərtib etdilər. Polsi İdarəsində də hay-küy qaldıraraq üstümə qışqırdı və hədə-qorxu gəldi ki, "baxarıq sən ölənə qədər yerində mal-qaramı zorla otaracağam." Mən də müstəntiqə iradımı bildirim ki, Siz məni bu yaramazın hədə-qorxusuna qulaq asmaq üçün dəvət etmisinizmi?, Mənim şəhid qardaşım Faiq ondan ötürü qanını bu Vətən torpağında tökməyib ki, hansısa tərbiyəsiz, harınlamış məmur şəhidin qardaşının üstünə qışqırsın, hədə-qorxu gəlsin. Əslində günah belə tərbiyəsiz, özünü dövlət idarələrində, ictimai yerlərdə apara bilməyən, hansısa gədə oliqarxa arxalanaraq bizi kimi kasıb insanların özəl torpaq sahələrində qoçuluq etməsinin qarşısını ala bilməyən rəhbərlikdədir. Çünki cənab Prezident də dəflərlə məmurlarına bildirib ki, məmurlar yerlərdə xalqın xidmətçiləri olmalıdırlar, problemlərini həll etməlidirlər." Ama biz bu tapşırığın əksini görürük.
Tələbin hüquqi əsasları:
Aşağıdakılara və yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən hesab edirəm ki, mənə vurduqları maddi və mənəvi ziyana görə cavabdeh cəmi 4000 manat maddi ziyana görə, 4000 manat isə mənəvi ziyana görə pul vəsaiti tutularaq mənə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
MM-nin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətəbiqi təcrbüəsi haqqında” Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
Göstərilən maddi hüquq normalarını işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh mənə zərər vurub ( mülkündə olan cəmi 450 baş iri və xırdabuynuzlu mal-qara ilə yonca sahəmi otarmaqla ). Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən birinci dəfədən fərqli olaraq yayınır. Belə olan halda mənə dəymiş zərəri məhkəmə qaydasında tələb edirəm.
Həmin zərər vurma nəticəsində mənə dəymiş maddi ziyanı 4000 manat vəsait kimi qiymətləndirirəm.
Qeyd edirəm ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişəm. Bunun nəticəsində də mənə mənəvi zərər dəyib.
Mənə dəymiş mənəvi ziyanı 4000 manat vəsait kimi qiymətləndirirəm.

Göstərilənlər əsasında mənim pozulmuş mülki hüquqlarımın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4-cü maddəsinə əsasən qorunması zərurəti yaranıb. Belə ki, hazırki işin hallarına uyğun olaraq hazırki iddianı qaldırmaq üçün subyektiv hüququm var".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

QEYD: Artıq şikayətçi tərəf eyni məzmunlu müraciətlə məhkəməyə üz tutub...
Ardını oxu...
Son günlər ölkədə vəzifəli şəxslərin yol verdikləri rüşvət və korrupsiya əməllərinə görə həbs olunmaları Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əhəmiyyət verilmədiyinin şahidi oluruq.

Belə ki, yaşanan problemlərlə bağlı GundemXeber.Az saytının ötən yazılarının birində "DTX-nın əməliyyatına zərurət yarandı: İcra hakimiyyətinin əməkdaşı 20 000 tələb edir – ŞOK FAKTLAR" başlığı altında yazı dərc etmişdi.
Onu da nəzərinizə çatdıraq ki, adı çəkilən qurumun əməkdaşları məsuliyyətlərini dərk etmək, yol verdikləri ciddi qanun pozuntularını aradan qaldırmaq əvəzinə rüşvət tələb etdikləri sahibkara hədə-qorxu gəlməkdən belə çəkinməyiblər.
Hətta sahibkara mətbuata müraciət etdiyinə görə işlətdiyi kafenin bağlamasını da tələb ediblər.
Amma görünən odur ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı aparılan amansız mübarizəni görməmək üçün ya kar, yada ki, kor olmalısan.
Belə bir vəziyyətdə Nəsimi rayon icra hakimiyyətinin səlahiyyət sahibləri öz çirkin əməllərini həyata keçirməkdə və külli miqdarda rüşvət tələb etməkdə davamlı olaraq hərəkət edirlər. Əlavə olaraq, onu da qeyd edək ki, bu barədə geniş məlumat verilsə də rüşvətlə bağlı telefon danışığı ictimayətin diqqətinə çatdırılmamışdı. Açıq-aydın vətəndaşdan 20 000 (iyirmi min) manat rüşvət tələb edən Kamran adlı icra hakimiyyətinin əməkdaşı bir-başa korrupsiya halına yol verib.
Bu günə qədər həbs edilən məmurlar məhz rüşvət tələb etdiklərinə görə dəmir barmaqlıqlar arasına yola salınıblar. Hesab edirik ki, eyni cinayət tərkibi olan hadisəni Nəsimi RİH aparatında çalışan vəzifəli şəxslərin əhatəsində baş verir. Bunun da araşdırılması müvafiq qurumların üzərinə düşür.
Redaksiyamıza məlumat verən vətəndaş bildirir ki, "İH-nin Təsərrüfat şöbəsinin əməkdaşı Bağırov Elvin Yaşar öğlu və Kamran adlı icra hakimiyyətinin əməkdaşı məlum səs yazısı ilə bağlı aidiyyatı qurumlara dəvət edilməli, baş vermiş olaylarla bağlı köklü araşdırma aparılmalıdır. Bütün bunları nəzərə alaraq, səs yazılarını olduğu kimi ixtiyarınıza veririk". Maraqlı olan hal odur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərov məsələyə hansı qaydada reaksiya verəcək və ya verəcəkmi?
Beləliklə, yuxarıda adıçəkilən məmurla vətəndaşın telefon danışığının birinci hissəsin təqdim edirik:

Gunddmxeber.az
 
 
 
Ardını oxu...
Bu o deməkdir ki, Gülnaz Dadaşova Elmli-Tədqiqat İnstitutunu hansısa ucqar dağ kəndindəki “medpunkt”a çevirib.

Azərbayda Respublikasında bir neçə vacib sahə var ki, onlardan biri təhsil, diğəri də səhiyyədir. Uzun illərdir hər iki sahənin abıra salınması üçün layihələrə milyonlar xərclənsə də, daha müasir yeni sistemlər yaradılsa da ciddi nəticə hasil olmur.

Ümumi anlayışda sözügedən sistemlərdə baş verən yeniliklər biri-birini sözün əsl mənasında udur. Müstəqil sahə ekspertləri qalaqlanmış problemlərin həllini bu sistemlərin yenidən qurulmasında görür.

Eyni zamanda hökümət yeni sistemlər yaradaraq, köhnə problemlərin həllini yeni naşı məmurlara tapşırır. Məhz bunun nəticəsidir ki, yenilər oturuşmuş köhnə sistemə, qurulmuş korrupsiya modelinə qalib gələ bilmir.

Səhiyyə sisteminin formalaşdırılması üçün yaradılan TƏBİB adlı qurumun qalanlqanmış problemlərin, dərin korrupsiyaya bulaşmış bu sahə məmurlarının əlində oyuncağa çevrilməsini hər birimiz gördük. Nəticə olaraq TƏBİB rəhbəri gənc Ramin Bayramlı davam gətirə bilməyib istefa verdi.

Ardınca Teymur Musayev adlı şəxs nazir təyin edildi və bir neçə il əvvəl nazirlikdən ayrılaraq TƏBİB-ə verilmiş strukturlar yenidən nazirliyə qaytarılır. Bu o deməkdir ki, TƏBİB tapşırıqların öhdəsindən gələ bilmədi.

Bu gün səhiyyə sisteminun yaxşı mənada nəzarətə götürülməsi, hələlik əsas müsbət göstəricilər sayıla bilər.

Nazir Teymur Musayevin TƏBİB-ə verilmiş qurumların yenidən səhiyyə nazirliyinə qaytarması cəhdlərini, İnstitut direktorlarının ardıcıl olaraq dəyişdirilməsinin şahidi oluruq. Bu dəyişikliklərin müsbət və ya mənvi nəticələrini gələcəkdə görəcəyik. Hələliksə kadrlar dəyişdirilir, yeni sistem qurulması üçün cəhdlər edilir.
Əsas vəzifələrdən biri də budur ki, Elmi Mərkəzlərdə, İnstitutlarda sahə üzrə daha peşəkar mütəxəsisslər, əsl alimlər, əsl professorlar rəhbər vəzifələrə gətirilsin və köçmüş sistem işləh hala salınsın.

Amma unudulanlar var, daha ciddi qurumlarda daha böyük problemləri olan şəxslər hələ də bu vəzifələri bölüşürlər. Təbii ki, bu şəxslərin bu sahələrdəki fəaliyyətinin qiymətləndirilməsi həkimlərin və xəstlərin rəyi ilə nəzərə alınır. Bu hal texniki sahələrdən daha çox elmi naliyyətlərə söykənməlidir. Təbii ki, xəstəxana təmiz olmalıdır, xəstəxanalarda dərman olmalıdır, çarpayı olmalıdır və savadlı, təcrübəli həkim olmalıdır.

Səhiyyə sisteminin daha vacib hissəsi olan elmi araşdırmaların aparılması, müasir xəstəkliklərin öyrənilməsi və onlarla mübarizədə əsas rolu oynayan Elmi İnstitutların fəaliyyəti isə xüsusilə nəzarətə götürülməlidir. Bu elm ocaqlarının fəaliyyətinin səmərəliliyinin qaldırılması üçün yalnız peşəkarlardan istifadə edilməlidir.
Bu gün Azərbaycanda səhiyyə sisteminin məlum vəziyyəti, adi dərmanların xarici ölkələrdən gətirilməsi, adi bir xəstəliyin diaqnozu üçün xarici ölkə mütəxəsisslərinə müraciət hər birimizi narahat edir. Lakin bu o demək deyil ki, ölkəmizdə yaxşı mütəxəsiss, alim yoxdur.

Bu o deməkdir ki, Elmi Təhqiqat İnstitutlarının naşı rəhbərləri elmi araşdırma işlərləri ilə hansısa Poliklinika fəaliyyətini ayırd edə bilmir. Bu direktorların fəaliyyəti daha çox hansısa kənddə “medpunkt” üçün yararlıdır. Elm ocağının, səhiyyədə daha böyük araşdırma naliyyətlərinin həyata keçirilməsi üçün belə İnstitutların rəhbərləri alimlərdən ibarət olmalıdır və onlara ən böyük texniki, maddi, mənəvi və psixoloji imkanlar yaradılmalıdır.

Reallıqda isə elm ocaqlarının, İnstitutların rəhbərləri öz kreslolarını qorumaq üçün səhiyyə mafiyasının hansısa qanadına yarınaraq vaxt qazanır.

Bu günlərdə Bizimxeber.az-a daxil olan məlumat sözün əsl mənasında şokedicidir.

Sən demə Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı yoxdur... Təsəvvürə gələ bilməyəcək bir hal – elm ocağında Rentgen aparatı yoxdur.

Bildiyimiz kimi, bütün dünya hələ də koronavirus pandemiyası ilə mübarizə aparır. Bu xəstəliyin müayinəsi üçün ən vacib avadanlıq Rentgen aparatıdır. Üstəlik ürək qüsurulu insanlarda yaranan tənginəfəslik ilk olaraq koronavirus əlamətlərinin oxşarıdır. Odur ki, bu xəstəxanaya müraciət edən xəstə ilk növbədə Rentgen müayinəsindən keçməlidir ki, o da yoxdur.

Hörmətli, Səhiyyə naziri Teymur Musayev - Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda rentgen aparatı yoxdur... Bu o deməkdir ki, bura Elmli-Tədqiqat İnstitutu deyil, hansısa ucqar dağ kəndində “medpunkt”dur.

Xray Brain Money Us Dollars And Skeleton Stock Photo - Download Image Now - Currency, X-ray Image, US Paper Currency - iStock

Google sistemində Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu yazılsa görərsiz ki, uzun illərdir bu elm, səhiyyə, elmi araşdırmalar ocağı ilə bağlı nələr yazılıb. Bu elm ocağının direktoru Gülnaz Dadaşovanın adı hansı əməllərdə hallanıb... Hər birinə də gənc direktor Gülnaz Dadaşovanın özünəməxsus açıqlaması ya olub, ya da olmayıb.

Oxuyuruq ki, məqalələrdən sonra direktor Gülnaz xanım Elmli-Tədqiqat Kardiologiya İnstitutunda məlum problemləri həll etmək əvəzinə “agent”i axtarır ki, cəzalandırsın. Elmli-Tədqiqat Kardiologiya İnstitutu “agent» axtarmaq yeri olmamalıdır, elmi araşdırmaların aparılması, alimlərin savad və təcrübələrindən istifadə edilərək yeni-yeni müalicə üsullarının tapılması üçün bir elm ocağı olmalıdır ki, deyil.

Bir də Elmli-Tədqiqat Kardiologiya İnstitutu necə elmi araşdırma yeri olsun ki, bu ocaqda adi Rentgen aparatı yoxdur.

Yəqin ki, həkimlər, elm adamları, səhiyyə sistemini dərindən bilənlər, professorlar bilər ki, adında Elmli-Tədqiqat sözü olan İnstitutda Rentgen aparatının olmaması nə deməkdir. Qısa araşdırmalarımız zamanı bəlli oldu ki, Elmli-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı olub. Amma sabiq nazir Şirəliyevin kadrı, daha sonra TƏBİB şefinə yol tapıb kreslosunu qoruyan Gülnaz Dadaşova direktor təyin edildikdən sonra aparat “buxarlanıb”. Daha doğrusu, baxımsızlıq üzündən yararsız vəziyyətə düşüb.

Qısa arayış!
Dünyanın bütün ölkələrində Rentgen aparatları xəstəxananın insanlardan kənar olan yerlərində, divarları xüsusi qurğuşun tozu ilə izoləedilmiş otaqlarda quraşdırılır. Xüsusi təsiredici şua təbəqəsinə malik olan Rentgen aparatlarının olduğu otaqlar xüsusi qapılarla bağlanır.

Nəticə olaraq Gülnaz Dadaşova rentgen aparatını təmir etdirmək əvəzinə İnstitutdan çıxartdırıb. Bunlar azmış kimi, rentgen aparatının olduğu otağı da adi həkim ambulator otağına çevirib. Bir neçə həkim öz vəsaitləri hesabına bu otağı təmir etdirərək iş otağı edib.

Bir sözlə Elmli-Tədqiqat Kardiologiya İnstitutu Gülnaz Dadaşovanın səyi nəticəsində Rentgensiz qalıb. Ən ağır xəstələr belə Rentgendən keçməsi üçün 5 saylı Xəstəxanaya göndərilib ki, orda da növbə yaranıb və xəstələr daha da çətin vəziyyətə düşüblər.

Daha sonra direktor xanım “Modul” xəstəxanada istifadə olunan portativ Rentgen aparatını gətizdirərək 2-ci mərtəbədə sanitary normalara uygun gəlməyən, rentgen şüasından qorunmayan adi Exokardioqrafiya otağında yerləşdirib.

Bir müddət sonra həkimlər şöbədə yerləşdirilən Rentgen aparatının təhlükəli olduğunu, şüalanma əleyhinə heç bir tədbir görülmədiyindən narazılıq ediblər. Uzun müzakirələrdən sonra bu aparat da şöbədən yığışdırılıb. Bir sözlə, hazırda bu yekəlikdə Elmli-Tədqiqat Kardiologiya İnstitutu Rentgen aparatsız qalıb. Elə isə maraqlıdır, əgər İnstitutda Rentgen aparatı yoxdursa, bəs dövlətdən əmək haqqı alan, uzun illər bu sadəhə çalışan rentgenoloq hansı işi görür?

İnstitutdan aldığımız məlumata görə, xəstəxananın Rentgenoloqu Lalə Fərəcova adlı xanımdır. Bu xanım səhər işə vaxtında gəlir, axşam da vaxtında gedir. Amma rentgen aparatı olmadığı üçün heç bir iş görmür. Həkimlər rentgenoloq xanımı təcrübəli və işinə sədaqətlə yanaşan biri kimi xarakterizə edirlər. Təəssüflər olsun ki, Gülnaz Dadaşovanın rəhbərlik etdiyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı olmadığı üçün rentgenoloq da işsiz qalıb.

Daha bir araşdırılmalı məqam ondan ibarətdir ki, İcbari Tibbi Sığortanın fəaliyyəti bu İnstitutda özünəməxsus şəkildə həyata keçirilir. Bu barədə daha ətraflı araşdırma yazımızda söhbət açacağıq.

Səhiyyə naziri Teymur Musayevin diqqətinə daha bir məqamı da xatırladaq ki, vəziyyətdən tam agah olsun.

Elmli-Tədqiqat Kardiologiya İnstitutunda həkim və alimlərin köçü davam edir. Alimlər, professorlar, elmi işçilər əsasən xəstəxanadakı bezdirici vəziyyətdən baş götürüb gedirlər. Bu gedişlə orada bir Gülnaz xanım Dadaşova qalacaq bir də yaxın dostları – Kadrlar Şöbəsinin müdürü Fatma Alxasova, və 2-ci kardiologiya şöbəsinin müdürü Nailə Fərəcova…

Hələlik son olaraq bildirək ki, hazırda İnstitutdakı struktur quruluşu nəinki dünya standartlarına, hətta geridə qalmış 3-cu dövlətlərdəki kliniki xəstəxanaların strukturuna uyğun deyil. Biz sözlə 40 ildə yaradılan 4 ıl ərzində dağıdılıb...
 //bizimxeber.az//

Dünyapress TV

Xəbər lenti