Ardını oxu...
DogruXeber.az: - Seymur Orucov - 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Ailəlidir.
Seymur Orucovun qaynatası keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevdir.
Qaynanası Zemfira Hacıyeva Ramiz Mehdiyevin keçmiş “idarəsində”, yəni Azərbaycan Milli Elmlər Akademiyasında uzun müddətdir ki, Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktorudur.
Doğma dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir.
Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır....

Həyat yoldaşı Çeşmi xanım “Narxoz”un qapısından içəri girən günü, yəni 1-ci kursda oxumağa başlayan kimi olub “Narxoz”da Tələbə Elmi Cəmiyyətinin sədri.
Ardından, 24 yaşında oldu “Narxoz”da - papasının yanında dekan.

Qeyd“Korrupsiya haqqında qanun”a görə, qohumların eyni qurumda işləməsi korrupsiya vasitəsi kimi nəzərdə tutulur.

Bu xanım rektorun doğmaca qızıdır.

Bir müddət sonra eşitdik ki, Maştağada bağça müdirəsidir.

Biraz da keçdi, bəlli oldu ki, Çeşmi xanım “parnik” (istixana) sahibidir, pomidor, xiyar yetişdirir. Özü də 350.000 (üç yüz əlli min)lik zirehli avtomobil sürən gənc sahibkar xanımın, sən demə istixanalarda istifadə etdiyi qaza görə, Azəriqaza 115 min manat borcu var.
O borcun da taleyi necə oldu, heç kim bilmədi.

Ondan sonra isə eşidirik ki, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Çeşmi xanımı özünə müşavir təyin edib.

Əlqərəz...

Əslində, 2021-dən danışırıq. Sadəcə xatırlatmaq istədik ki, bilirik kimsənin vəzifəyə təsadüfi, yaxud zəhməti, bacarığı ilə gəlmədiyini.

Amma, nəolsun ki, vəzifəyə gələnə qədər zəhmət çəkməmisən?!
Heçolmasa vəzifəyə gəldikdən sonra, o vəzifənin məsuliyyətini daşımalısan ya yox?

Gənc iqtisadçı İcra başçısı görünür maliyyə məsələlərində həqiqətən yaxşı bilir. Bunu elə onun vəzifəyə təyin olunandan, taa bugünə qədər tez-tez keçirdiyi tender müsabiqələrindən də bəlli olur.

Qeyd edək ki, Seymur Orucov Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli (ətraflı məlumat vermədən, katirovka sorğusu olmadan) keçirir və yerli mediyanın məlumatına görə, özünə yaxın şirkətləri qalib elan edilir.

Başı tenderlərə qarışan Seymur Orucov Ağstafaya çatar-çatmaz , gənc olmasına baxmayaraq, "əkə-bükə" icra başçıları kimi, "profesionalcasına" vəzifədən şəxsi məqsədləri üçün istifadə etməyə girişdi.
Deyirlər, "insan həyata 3 dəfə gəlir". İndi, Seymur Orucov ya bundan əvvəlki həyatında da İcra başçısı olub, ya da vəzifə hesabına sərvət toplamaq, dayı tərəfindən genetik olaraq keçib.

Yoxsa, bu qədər peşəkarlıq ???

Hə, gələk sözümüzün "mustafası"na. Seymur Orucovu boşuna xatırlamadıq. Rəsmi olaraq, rəhbərlik etdiyi - realda isə yerli sakinlərin rayondan xəbəri olmadığını dedikləri Seymur Orucov rayon ərazisindəki "işgüzar fəaliyyəti" barəsində "DogruXeber.az"a videoməlumat göndərilib.



Təkrar olaraq, bildiririk ki, görüntülər Ağstafa rayonunun Vurğun qəsəbəsində lentə alınıb.
Gördüyünüz küçə isə 2020-ci ildə yaşadığımız 44 günlük müharibənin qalib qəhrəmanı - şəhid Hüseynov Nəcəf İlqar oğlunun adını daşıyır.

Gördüyünüz kimi, küçə boyu qaz xətləri gözümüzə dəymədi. Bu o deməkdir ki, qəsəbəyə hələ də qaz xətləri çəkilməyib.
İşıq dirəkləri desək, yolları desək, bənzətməyə söz də tapmaq olmur. Heç nəyə bənzəmir bu görüntülər - bir sözlə rəzillik.
Bir rayonun rəhbəri adına utancverici reallıq.

İki dirəyə bağlanmış o qaraltı kimi görünən lövhə isə, sən demə küçənin adını daşıdığı şəhid Nəcəf Hüseynovun şəkili imiş.
Maraqlıdır ki, bu qaraltı kimi gördüyümüz bu lövhəni, hansı səbəblərdənsə, yerli sakinlər "abidə" adlandırır.

Ya bu onlara belə aşılanıb, ya da yerində abidə tikilməsi nəzərdə tutulubmuş, bunu deyə bilmərik.

Amma, bir şəhidin adını daşıyan küçənin - heçolmasa küçənin (hələ qəsəbəni demirik) görüntüsü, şəraiti də onun adını daşımağa layiq olmalıdır.

Dövlət büdcəsindən İcra Hakimiyyətinə ayrılan məbləğlər, "qohum-əqrəba" arasında keçirilən tenderlərdən əldə olunan gəlirlərin taleyindən rayon da bixəbərdir, rayonun sakinləri də.

Seymur Orucovun İcra başçısı olaraq, özü üçün nələr etdiyini mətbuat da, yerli sakinlər yaxşı bilir. Lakin, İcra başçısı olaraq, Ağstafa rayonu üçün nələr etdiyini isə "gördüm" dəyən yoxdur.

Yerli sakinlərin "DogruXeber.az"a bildirdiyinə görə, heç çox zaman qəbuluna da düşmək olmur.
Hətta, İcra Hakimiyyətinin səlahiyyətli işçisi tərəfindən hüquqları pozulduğu üçün İcra başçısının Ağstafa rayon sakini Aygün Eyyubovanın qəbul zamanı hansı "sürpriz"lərlə qarşılaşdığı, hüquq şöbəsinin və digər səlahiyyətli şəxslərin göstərişinə əsasən, Azərbaycan qadınını laiq olmadığı tərzdə - bir "qatı cinayətkar" kimi polis bölməsinə aparılması barəsində daha ətraflı məlumatları növbəti günlərdə dərc edəcəyik.
Eyni zamanda, sözügedən rayonda Ukrayna dilini hələ də bilmədiyi halda, həmin ölkənin Ali təhsil diplomunu əldə etmiş məsul şəxsin, o diplomla necə və hansı məmurun sayəsində yüksək vəzifəyə təyin olunduğundan bəhs edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
Mətbuatdan bəlli olduğu kimi, yanvarın 10-da AMEA Rəyasət Heyətinin Böyük zalında “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. AMEA-nın rəsmi saytının yaydığı məlumatda bildirilir ki, «Azərbaycan Milli Elmlər Akademiyasının və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb. Sonra AMEA alimlərinin müəllifliyi ilə nəşr olunmuş əsərlərdən ibarət sərgiyə baxış keçirilib. Elmi konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri” mövzusunda giriş nitqi ilə açaraq bildirib ki, bu gün keçirilən elmi konfransla Milli Elmlər Akademiyası “Heydər Əliyev İli” üzrə keçiriləcək tədbirlərə start verir…».

AMEA-nın institutlarında çalışan alimlərdən bir neçəsi «Təzadlar»a göndərdikləri məlumatda bəzi məqamlara narazılıqla aydınlıq gətiriblər. Məlumatda qısa olaraq qeyd edilir ki, «…Ümummilli Lider Heydər Əliyev dünyada qəbul olunan görkəmli dövlət xadimlərindən biridir. Elə isə belə bir dahi şəxsiyyətin adına keçirilən elmi konfrans niyə əvvəldən elan edilməyib? Və nədən belə tələm-tələsik, xəlvəti keçirilir? Ən maraqlısı, H.Əliyev haqqında yazılan kitablar sırasında Ramiz Mehdiyevin «Heydər Əliyev mənim həyatımda» kitabını başda görəndə çox təəccüblü olduq. Kitabın Ramiz Mehdiyevin himayəsində olan, indiyədək heç bir elmi məqaləsi olmayan Bəxtiyar Sadıqov tərəfindən tərtib olunması da gülməli idi. Yəqin elə buna görədir ki, Ulu Öndərlə uzun illər birgə çalışmış akademik Ramiz Mehdiyev özü konfransda iştirak etməyib və onun xüsusi xahişi ilə Bəxtiyar Sadıqov əvəz edib… Hətta bizə bəlli olur ki, Bəxtiyar Sadıqovun xüsusi dirənişi ilə Ramiz Mehdiyevin iki kitabı stenddə ən yuxarıda yerləşdirilib... (Foto təqdim edilir). Belə çıxır ki, İsa Həbibəyli hələ də əlaltı Ramiz Mehdiyevin tapşırıqlarını yerinə yetirir?! Belə olmasaydı, elmi konfransların keçirilməsinin qaydaları var, buna riayət edilərdi. Niyə bu konfrans əvvəlcədən elan edilmədi ki, alim və siyasətçilərimiz konfransa öz töhfələrini versinlər… Konfransın təşkilat komitəsi, Elmi Şurası elan edilməli idi. Həmçinin konfransın mövzu ilə bağlı tezisləri müəyyən edilməli idi. Göstərilməli həm də o idi ki, məruzələr, tezislər hansı tarixədək hazırlanmalıdır, bəlli deyildir. Belə alayarımçıq konfransın keçirilməsinin nəticəsi idi ki, konfrans zalının heç 30 faizinə alimlər, ziyalılar, siyasətçilər toplanmadı. Bunu «Heydər Əliyev İli»nə yaraşdırmırıq. Hansı ki, bu il cənab Prezidentin Sərəncamı ilə elan edilib… Əcaba, İsa Həbibəyli indi kimlərin tapşırığını yerinə yetirir??? Məqsədi nədir???».

Bəli, məlumat belə bir sonluqla bitir. Amma nə deyək?! Nəticə çıxarmaq qarşı tərəfin və oxucuların ixtiyarında…

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
DİA.AZ_ın məlumatına görə, vətəndaş Şirinov Rüfət Tahir oğlu Azinforum.az-a açıqlamasında bildirib ki, anası Şükürova Afaq Xəlil qızının vəziyyəti pisləşdiyi üçün , xəstəni ən yaxında olan Rəsulzadə qəsəbəsindəki 6 saylı, Məlikov adlı Birləşmiş Xəstəxanaya çatdırıblar. Dekabr ayının 29-da qərara gəliblər ki, xəstəni KT etmək üçün başqa xəstəxanaya aparsınlar. Təcili yardım maşınında əyləşən tibb bacısının səhlənkarlığı səbəbindən xəstə uzandığı xərəkdən yıxılıb, sinəsinə bağlanan kəmər onu boğmağa başlayıb. Xəstənin oğlunun müdaxiləsindən sonra, onun həyatını xilas etmək mümkün olub. Hazırda xəstənin vəziyyəti qənaətbəxş deyil.

Məlikov adına xəstəxananın Baş həkim Rafiq Nağıyev, Reanimasiya şöbəsinin müdiri Nərminə xanım qeyd ediblər ki, bu hadisə təcili yardım maşınına təhkim edilən tibb bacısı – Zeynalova Vüsalənin məsuliyyətsizliyi səbəbindən baş verib. Xəstənin doğmaları onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb edirlər. Bu mövzu ilə bağlı hazırlanan videomüsahibəni təqdim edirik:

Ardını oxu...
Qeyd etdiyimiz kimi, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Zakir Hüseyinov 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri təyin olunandan bugünə kimi, adı çəkilən universitetdə "İnformasiya Texnologiyaları" kafedrasının müdiri vəzifəsində işləyir.

Artıq iki ildən çoxdur ki, kafedra müdiri Gəncə 38 saylı Nizami ikinci seçki dairəsinin sədridir. Həmçinin AQRAR universitetinin kafedra müdiri olmaqla, həmin kafedrada 0,5 ştat vahidi ilə dərs yükü götürərək, qanun pozuntusuna kobud yol vermişdir.

Nəzərinizə çatdıraq ki, bir şəxsin iki vəzifə tutması, tam ştat vahidilə eyni vaxtda iş saatlarında olması mümkün deyil, bu qanunun bilərəkdən pozulmasıdır.

Hətta maliyyə pozuntusu deməkdir, kafedra müdiri iki vəzifənin maaşını almaqla yanaşı, 0,5 ştat kafedra müdiri işlədiyi yerdə dərs saatı götürməsi kobud maliyyə pozuntusu, vəzifə səlahiyyətlərini aşmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir.

Bir neçə dəfə bu mövzuya qaytsaqda təəssüf ki, qarşı tərəf mövqeyini bildirməkdən yayınmışdır.

"Hürriyyət"
 
 
 
Ardını oxu...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi sifarişçi olduğu növbəti tenderə yekun vurub.

Qlobal.az xəbər verir ki, İdarə 2022-ci ilin dekabr ayının 29-da "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması" lotu üzrə keçiridyi satınalmanın məbləği 5.965.000 manat, qalibi isə "İnşaatçı-Neftçi" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Nizamnamı kapitalı 10 manat olan "İnşaatçı-Neftçi" MMC-nin hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30 ünvanı, qanuni təmsilçisi isə Zeynalov Faiq Səmid oğludur.

On beş milyonluq satınalmanı hansı təşkilatlar udub?

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi 2021-ci ilin mart ayından 2022-ci ilin dekabr ayının 29-a qədər 7 (yeddi) satınalmaya yekun vurub. Bu tenderlərin ümumi məbləği 15.252.638 (on beş milyon iki yüz əlli iki min altı yüz otuz səkkiz) manat təşkil edib:

1. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 241.880

2. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "Meliorativ maşın stansiyası" MMC
məbləğ - 538.600

3. Lot - "Cari təmir üzrə daş-betonla sahil bərkitmə işləri"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 1.046.132

4. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "İlkin-N" MMC
məbləğ - 6.175.511

5. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 239.507

6. Lot - "Cari təmir üzrə Ucar, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayonları ərazisində olan çaylarda mexanizmlərlə torpaq işlərinin satın alınması"
Qalib təşkilat - "Ricon" MMC
məbləğ - 1.006.008

7. "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması"
Qalib təşkilat - "İnşaatçı-Neftçi" MMC
məbləğ - 5.965.000 manat.

Qeyd edək ki, İdarənin qalib etdiyi bu təşkilatlardan "Ricon" MMC istisna olmaqla hamısının hüquqi ünvanları qonşu rayonlardadır.

- "İnşaatçı-Neftçi" MMC - Hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30
- "Sevinc-96" MMC - Hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 45, m. 1
- "İlkin-N" MMC - Hüquqi ünvanı Salyan rayonu Qarabağlı kəndi
- "Meliorativ maşın stansiyası" MMC - Hüquqi ünvanı Sabirabad rayonu Bulaqlı kəndi.

Qalib təşkilatların texniki bazası yoxdur?

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin 2021-ci ilin mart ayından indiki dövrədək qalib elan etdiyi təşkilatların maddi-texniki bazaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "İlkin-N" MMC-nin texniki bazası mövcuddur.

Əldə etdiyimiz məlumatlarda iddia olunur ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin digər tenderlərində qalib elan olunan təşkilatlar - "Meliorativ maşın stansiyası" MMC və "Sevinc-96" MMC əslində "İlkin-N" MMC-nin sahibi "hacı Qurban" kimi tanınan Qurban Abasova məxsusdur.

Bu şirkətlərin qalib elan edildiyi işlərdə "İlkin-N" MMC-yə məxsus avtomobil və digər texnikalardan istifadə edilir.

Tenderin qaliblərini ASC-dəki xalaoğlu müəyyən edir?

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmaların bəzi təşkilatlarda olduğu kimi formal keçirildiyi, əslində qaliblərin öncədən bəlli olduğu bildirilir.

Həmçinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən böyük təşkilatlarından olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmalarda görülən işlərin dəfələrlə şişirdiliyi, alınan mal-materiallar isə rəsmi sənədlərdə əks olunduğu barədə fikirlər səslənir.

İdarənin formalaşdırdığı satınalma komissiyasının müstəqil və şəffaf qiymətləndirmə aparmaq və satınalma keçirmək kimi imkanları yoxdur.

Buna səbəb isə İdarə rəisinin qanunun tələblərindən daha çox ASC rəhbərliyində təmsil olunan qohumunun sözlərinə və tapşırıqlarına qeyd-şərtsiz əməl etməsi iddia edilir.
Ardını oxu...
Zakir Quliyev

Qeyd edək ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevin xalasıoğlu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir.

Zakir Quliyev ASC-yə sədr müavini təyin edilməmişdən əvvəl uzun illər Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Ardını oxu...
Elman Nuriyev

O, 2006-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edildikdən sonra xalasıoğlu Elman Nuriyevi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi qoyub.
Ardını oxu...
Zaur Mikayılov

Xatırladaq ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovdur. O, bu vəzifəyə 2021-ci ilin aprel ayında təyin edilib.

Qlobal.az
 
Ardını oxu...
Sən demə, Naxçıvandakı “Badaşxan” adlı restorandan MR-in sabiq daxili işlər naziri Əhməd Əhmədov və qardaşları şəxsi türmə kimi də istifadə ediblər. Sədərək rayonu, Dəmirçi kənd sakini Ələkbərov Nizami Əhməd oğlu başına gələn dəhşətli hadisəni Azinforum.az-a nəql edib. Restoran uzun müddət Əhmədovların nəzarəti altında olub. Əhmədovlar “vurulandan” sonra həmin restorana Ali Məclisə sədrlik edən Azər Zeynalov yiyələnib. Hazırda restoran “4 fəsil” adı ilə Azər Zeynalovun qardaşının rəhbərliyi altında fəaliyyət göstərir. Azinforum.az maraqlı müsahibəni təqdim edir:

 
Ardını oxu...
Bu ilin yayında dərc olunan “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” məqaləsində sahibkar Anar Qəribovla “Azur” ticarət mərkəzinin rəhbərliyi arasında baş verən münaqişədən bəhs etmişdik. Polisə, prokurorluğa, məhkəməyə edilən şikayətlər problemin həllinə kömək etməyib. Hesab olunurdu ki, mediaya müraciət hər iki tərəfə sərf edən həll yolunu tapmağa kömək edəcək. Lakin…

– Məhkəmə prosesi hələ də davam edir, – Anar Qəribov deyir. – Amma bu dəfə sizə hakimlərin işə yanaşması ilə deyil, Xətai rayon probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara münasibəti ilə bağlı müraciət edirəm.

Sahibkar son hekayəsini davam etdirməzdən öncə oxucuya qısaca olaraq xatırladaq ki, Anar Qəribov dörd il əvvəl ticarət mərkəzində 1285 kvadratmetr sahəni icarəyə götürüb, yarım milyon manata yaxın sərmayə qoyaraq onu təmir etdirib, avadanlıq və geyim əşyalarının alışına isə bundan da artıq pul xərcləyib. Amma onun “Famous Brands” mağazası açılan kimi mərkəzin sahibləri icarə haqqını dəfələrlə artırıblar. Bu da tərəflər arasında bağlanmış on illik müqavilənin şərtlərinə ziddir.

Tərəflər arasındakı münaqişə müxtəlif instansiya məhkəmələrində həll olunduğu bir vaxtda bina sahibləri mühafizəçilərə mağazanın sahibini və işçilərini ticarət mərkəzinə buraxmamağı tapşırıblar, yenicə təmir olunan mağazanı alt-üst ediblər, bütün geyim və avadanlıqları isə toplayaraq rütubətli zirzəmiyə atıblar və nəticədə onlar yararsız vəziyyətə düşüb. Sahibkarın ziyanının böyük hissəsini bank kreditləri təşkil etdiyi nəzərə alınsa, bir milyon yarım manata yaxın məbləğ onu ağır yük altında salıb.

– Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsi 2021-ci ilin martında ticarət mərkəzinin səhmdarlarına yekun qərar qəbul olunana qədər “Famous Brands” mağazasının ərazisində hər hansı təmir işlərinin aparılmasını qadağan edib, – Qəribov hekayəsinə davam edir. – Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq məhkəmənin hökmü hamı üçün məcburidir. Bu, birbaşa vəzifəsi məhkəmə hökmlərinin icrasını təmin etmək olan probasiya xidməti üçün ikiqat məcburidir.

Ardını oxu...

Amma hər şey başqa cür baş verdi. Məlum oldu ki, mərkəzin sahibləri üçün məhkəmə qərarının dəyəri icarədarın şikayəti qədər əhəmiyyətsizdir. Məhkəmə icraçıları isə onların dediyi ilə oturub-dururdular. Sanki dövlət öz vətəndaşlarının hesabına onları məhkəmə qərarlarının deyil, kiminsə ərköyün övladlarının şıltaqlığının icrası üçün saxlayır.

Məhkəmə icraçıları dəfələrlə ticarət mərkəzinə baş çəkiblər, mağazanın ərazisində çəkiliş aparıblar, müvafiq akt tərtib ediblər və hətta mərkəzin səhmdarlarına məhkəmə qərarının pozulmasına görə daşıdıqları məsuliyyət barədə xəbərdarlıq ediblər. Amma xəbərdarlığın əksinə olaraq, səhmdarlar Fuad Rzayev və Babək Babayev nəinki mağazanın bütün pəncərə və qapılarını söküblər, hətta divarları da uçurublar. Bununla bağlı şikayətlər cavabsız qalıb. Məhkəmə icraçıları qaydanı pozanları hətta yaşadıqları ünvanda və iş yerlərində də tapa bilməyiblər. Baxmayaraq ki, Bakıda istənilən orta məktəb şagirdi belə bir problemi asanlıqla həll edə bilər. Babayev şəhərin demək olar ki yarısında göydələnlər tikən məşhur “Yeni Həyat” şirkətinin sahibidir, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin oğlu Fuad Rzayev haqqında isə danışmağa da dəyməz. Məhkəmə icraçıları onları “axtarışa verməklə” işlərini bitmiş hesab ediblər. Halbuki, heç kim bu dərəcədə tanınmış simaları axtarmağa hazırlaşmırdı. Tezliklə axtarış tamamilə dayandırıldı.
Ardını oxu...
Qəribov səhmdarların qanunun əlifbasına əsasən hələ də ona məxsus olan keçmiş mağazasında konkret olaraq harada və nəyi sındırdıqlarını, köçürdüklərini, dəyişdiklərini dəfələrlə məhkəmə icraçılarına göstərib. O, xatırladıb ki, məhkəmənin qərarına bu cür saymazyana münasibətə görə mərkəzin sahibləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Lakin məhkəmə icraçıları gəliblər, gediblər, icarəyə verilən ərazinin yenidən qurulması isə davam edib. Bu gün orada yeni obyekt istifadəyə verilmək üçün hazırdır. Baxmayaraq ki, əvvəlki icarədarla bağlı problem hələ də həll olunmayıb.

Sahibkar qəzəblidir: necə olur ki, məhkəmə icraçıları məhkəmə qərarını icra edə bilmirlər? Düzdür, heç kim ona bundan açıq şəkildə imtina etdiyini demir. Lakin məmurların hərəkətləri, daha doğrusu, hərəkətsizliyi təkcə sahibkarın hüquqlarının deyil, həm də məhkəmə qərarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

– Bu yerdə istər-istəməz düşünürsən: belə məhkəmə icraçıları olan Xətai rayonunda təkcə mənim işimdə deyil, ümumiyyətlə, digər qanun pozucularına qarşı da ədalətli qərar olacaqmı? – sahibkar ritorik olaraq soruşur.

Bəli, məhkəmənin qərarı icra olunmalıdır və bunun üçün icraçılara bütün lazımi səlahiyyətlər verilib. Məhkəmə hökmünün sistematik şəkildə pozulması halları aşkar edildikdə, icraçılar təqsirkarlara qarşı cinayət işinin başlanması üçün işi Ədliyyə Nazirliyinin istintaq idarəsinə verməlidirlər. Məlum səbəblərdən Qəribovun istintaqa o qədər də inamı yoxdur. Amma qayda belədir. Yeri gəlmişkən, sahibkar iddia edir ki, artıq üçüncü ildir Xətai rayonunda aparılan istintaq eyni şəxslərlə bağlı olan xeyli qanun pozuntuları ilə bağlı materialların toplanmasına yekun vura bilmir. Ancaq bu, başqa mövzudur.

Qəribov il ərzində Xətai rayon probasiya idarəsinə, Probasiya Baş İdarəsinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında Apellyasiya Şurasına dəfələrlə yazılı müraciət etdiyini təsdiq edən sənədləri yenidən göstərir. Dövlət qurumları qəti şəkildə susur. Düzünü desək, biz də təəccübləndik. Doğrudanmı heç olmasa formal cavab da yoxdur? Məsələn, “aldıq”, “araşdırırıq” və ya buna bənzər hansısa digər cavab… Belə bir şey mümkündürmü?

– Əgər sizin işinizdə təqsirləndirilən şəxslərdən biri yüksək vəzifəli məmurun yaxın qohumudursa, məsələn, “Azərenerji”nin rəhbəri Rzayevin oğludursa, bəli, mümkündür, – acı təcrübə səbəbindən müdrikləşən iş adamı cavab verir. – Təəssüflər olsun ki, belə hallarda aidiyyəti dövlət qurumlarının nümayəndələri çox vaxt şikayətçilərə deməyə söz tapmırlar…

Bu mövzuda ilk məqalə dərc olunandan sonra ticarət mərkəzinin sahiblərinə Anar Qəribovun dediklərinə münasibət bildirmək xahişi ilə müraciət etdik. Bu dəfə isə hüquqşünas-iqtisadçı, tanınmış vəkil Əkrəm Həsənovdan onun sözlərinə münasibət bildirməyi xahiş etdik. O, sahibkarın təqdim etdiyi materiallarla tanış olduqdan sonra dedi:

– Sahibkarın nəql etdiyi hadisə təkcə onun dərdinə şərik olmaq hissi deyil, həm də böyük təəssüf doğurur. Bu, bir daha nümayiş etdirilir ki, Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi problemlər var. Dövlət başçısı bütün tribunalardan məmurları, xüsusən də məhkəmə və hüquq-mühafizə orqanlarını biznesə mane olmamağa, əksinə, kömək etməyə çağırır. Amma özbaşnalıqlar hələ də davam edir. Bəzi hallarda bu özünü müdaxilələrdə, digər hallarda isə müdaxilə etməməkdə göstərir. Meyar isə çox vaxt qanun deyil, şəxsi maraqlar olur: bəzi hallarda pul, bəzi hallarda qohumluq əlaqələri. Nəticədə, Azərbaycan hələ də cəlbedici investisiya mühiti yaratmaqdan uzaqdır. Biznesə ancaq kağız üzərində dəstək verilir, sahibkarlar da bunu yaxşı bilir. Mülkiyyət hüquqlarının, müqavilələrin müdafiəsi, məhkəmə qərarlarının icrası və son nəticədə sağlam rəqabət yoxdur. Bütün bunlar isə bazar iqtisadiyyatının əsasını təşkil edir. Nəticədə biz təşəbbüskar insanları itirə bilərik. Onlarsız iqtisadi inkişaf mümkün deyil.
Mənbə: Pressklub.az
 
Ardını oxu...
Tovuz rayonu, Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı KTN-in Aqrar Xidmətlər Agentliyi və bu qrumun sədr müavini Cəfər Məhərrəmov barəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabına müraciət edib.
TEREF.AZ bildirir ki, bir nüxsəsi də Faktinfo.az saytına göndərilən müraciətdə deyilir:

Hörmətli cənab prezident!

Ümummilli lider Heydər Əliyev deyirdi ki,cinayətkarın cəzasız qalması dövlətçilik üçün böyük təhlükədir.Mən isə məsuliyyəti üzərimə götürərək deyirəm ki,Kənd Təsərrüfatı nazirliyində baş verən rüşvətxorluq və korrupsiya əməllərinin başında İnam Kərimov və onun komandası durur.

Bu komandanın tərkibində Aparat rəhbəri Rəfail Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini,kənd təsərrüfatından məlumatı olmayan Cəfər Məhərrəmov və ixtisasca neftçi olan Rəşad Vahabzadə də var.Bunların korrupsiya əməlləri barədə əlimizdə kifayət qədər çox ciddi faktlar var və bu faktları vaxtaşırı olaraq mətbuatda işıqlandırmışıq.Bundan əlavə Baş prokurorluğa və digər hüquq mühafizə orqanlarına məlumat vermişəm.

Onu da qeyd edim ki,dəfələrlə mediada öz savadsızlığı ilə özünü və bütün nazirliyi biabır edən Cəfər Məhərrəmov çıxışları ilə sübut edib ki, bu nazirlikdə bir nəfər də olsa ixtisaslı kadr yoxdur. Onlar kadr korpusunu məhv edərək, əslində nazirliyi korrupsiya və rüşvətxorluq yuvasına ceviriblər. Dəfələrlə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Nazirlər Kabinetinin 14 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını yersiz sayıb və bizə bildirib ki, şəhidlik statusundan istifadə etməyin.

Bildirirəm ki, Cəfər Məhərrəmovun savadsız çıxışları xalq tərəfindən istehza ilə qarşılanır. Belə ki, o Real TV-də çıxışı zamanı tez yetişən sorta qısa müddətə bara düşən sort adı verib və elmə yeni "termin" gətirib.

Onların etdikləri cinayətlər barədə bir neçə faktı nəzərinizə çatdırıram. Belə ki, 2022-ci ilin dekabr ayında Cəfər Məhərrəmov və Rəşad Vahabzadə rayonlardakı işçilərinə göstəriş verərək 2020-2021-ci illərdə analiz olunmuş torpaq nümunələri üçün vətəndaşlardan ərizə yığdırırlar ki,guya vətəndaşlar özləri xahiş edib ki,onların torpağı analiz olunsun. Bu analizlər isə pulludur. Bu vaxtı keçmiş "əməliyyat" iki ildən sonra məcburi olaraq saxta yolla rəsmiləşdirilir ki,bu da mənimsənilmiş pulların üstünü ört-basdır etmək üçün maxinasiya hesab olunur.

Aqrar Xidmətlər Agentliyinin ixtisasca neftçi olan, Azərbaycan əlifbasını bilməyən əməkdaşı Rəşad Vahabzadə 2021-ci ildə Respublika üzrə bütün toxumluq əkinlərin aprobasiya aktlarında təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuş sənədlərdəki yerə öz idarəsinin möhürünü vurub.Bu sənədlər toxumçuluqda çox mühüm və ciddi sənəddir və bu sənəd minlərlədir.Aqrar Xidmətlər Agentliyi tərəfindən qanunsuz olaraq işdən çıxarılan,peşəkar mütəxəssis olan oğlum Həsənov Naməddin Tofiq oğlu bununla bağlı şikayət etdikdən sonra, 2022-ci ilin aprobasiya aktlarında Rəşad Vahabzadə həmin təsərrüfat rəhbərlərinin yerinə möhür vurmamışdır.

Rəşad Vahabzadə gec də olsa başa "düşmüşdür" ki, möhür vurduğu yer təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuşdur.Bu savadsıza izah edirəm ki,əgər təsərrüfat rəhbəri fiziki şəxsdirsə həmin yerə imza atmalı, hüquqi şəxsdirsə öz imza və möhürünü vurmalıdır.Hal-hazırda 2021-ci il və 2022-ci ilin aprobasiya aktları üzləşdirilərsə qeyd etdiyim faktlar öz təsdiqini tapar, çünki həmin sənədlərin hamısı Aqrar Xidmətlər Agentliyindədir.

Beləliklə ,ölkə başçısının etimad və inamını doğrultmayan,korrupsiya yolu ilə Kənd Təsərrüfatını bərbad vəziyyətə salan,Azərbaycanda qiymətlərin yüksəldilməsinə şərait yaradan İnam Kərimov və onun yuxarıda adlarını qeyd etdiyim komandası təcili olaraq qanun qarşısında cavab verməlidir.

Möhtərəm prezident!

Əlimizdə onlarla belə ciddi faktlar var.Həmin faktların araşdırılması aidiyyəti üzrə hüquq mühafizə orqanlarının səlahiyyətlərinə aid olsa da, hələlik heç bir əməli fəaliyyət yoxdur.

Hörmətlə,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı

Ardını oxu...

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Fərmana əsasən, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir.

Sənədlə nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

Ardını oxu...
Bakının məşhur İdman və Əyləncə Mərkəzi olan “Olimpik Star”da oğurluq hadisəsi baş verib.
DİA.AZ bildirir ki, Bakupost.az -a daxil olan məlumata görə, əyləncə mərkəzinin xidmətlərindən istifadə edən bir ailə sürprizlə qarşılaşıb. “Olimpik Star”a daxil olan ailənin azyaşlı üzvlərindən birinin “Uşaq labrinti” adlanan məkanda yeni alınmış bahalı ayaqqabıları oğurlanıb.
Məlumat üçün qeyd edək ki, Mərkəzin daxilində yerləşən “Uşaq labrinti”nin girişində uşaqlara ayaqqabılarını çıxarmaları və müştərilər üçün ayrılmış xüsusi saxlanc yerinə qoymaları tələb olunur.
Ayaqqabıları oğurlanan uşağın valideyni bu qaydadan istifadə edib və bunun üçün “Uşaq labrinti”nə pul ödəyib. Ayaqqabılar işçilərin birbaşa nəzarətində olan və digər istifadəçilər üçün qapalı məkanda xüsusi açıq qutulara qoyulub.
Uşaqlar əyləndikdən sonra ailə “Uşaq labrinti”ni tərk etmək istəyəndə məlum olub ki, ayaqqabı yoxdur.
Mərkəz əməkdaşları ilk əvvəl bu halın təsadüfi olduğunu bildirərək anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağını vəd ediblər. Lakin hadisədən 3-4 gün keçdikdən sonra ailəyə məlumat verilib ki, bu oğurluq məsələsində onlar heç bir məsuliyyət daşımır.
Bundan sonra valideyn kamera görüntüsünü tələb edib, lakin bu da yerinə yetirilməyib.
Daha doğrusu “Olimpik Star”ın rəhbərliyi videogörüntüləri nə ailəyə verir, nə də özləri araşdırma aparır…
Valideyn iddia edir ki, “Olimpik Star”ın bu kimi xoşagəlməz hadisələrin baş verməsində marağı var: “Ya ayaqqabıları öz əməkdaşları oğurlayıb, ya da özlərinə yaxın adamlar aparıblar…
Əks təqdirdə hamıdan çox onlar baş verən bu hadisənin aydınlığa çıxmasında maraqlı olmalı, müştəri məmnuniyyətini təmin etməli idilər. Bunu etmirlərsə, ya işlərini doğru-düzgün bacarmırlar, ya da baş verən oğurluq hadisəsinin bilavasitə iştirakçılarıdırlar.
Əgər həqiqətən onlar işlərini bacarmırlarsa biz balaca fidanlarımızı onlara niyə etibar etməliyik? Bu gün ayaqqabısı oğurlanan uşağın sabah özünün oğurlanmayacağına kim zəmanət verə bilər ki?”
Məsələ ilə ilə bağlı “Olimpik Star”la əlaqə saxladıq.
Mərkəzin Rüstəm adlı əməkdaşı Bakupost.az –a hadisənin baş verdiyini təsdiqlədi:
“İtən əşyalara görə rəhbərlik məsuliyyət daşımır. Biz hər zaman buraya gələnlərin rahatlığını düşünmüşük. Mərkəzdə şkaflar var ki, gələnlər rahat şəkildə ayaqqabılarını, əşyalarını yerləşdirsinlər. Yəqin ki, başqa bir uşaq çaşıb həmin ayaqqabını geyinib gedib. Biz valideynə də dedik, biraz gözləyək bəlkə geri qayıdıb verərlər. Bir neçə gün gözləsək də, qaytaran olmadı. Görünür, burada valideyn prinsip aparır...”.

Dünyapress TV

Xəbər lenti