Ardını oxu...
Məlum olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının oktyabr ayının 25-də keçirilən ümumi yığıncağında, səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçildi. Buna qədər, yəni 2019-2022-ci illərdə prezident olmuş Ramiz Mehdiyevin dövründə Milli Elmlər Akademiyasının ətrafında çox qalmaqallı hadisələr yaşandı. Ən böyük qalmaqal isə AMEA-nın bəzi institutlarında baş verən maliyyə pozuntuları ilə bağlı oldu. Belə ki, Hesablama Palatasının 2021-ci ildəki açıqlamasında AMEA-nın bəzi institutlarında dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə etdiyi, bir sıra prosedur pozuntuları ilə yanaşı vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verildiyi də göstərilirdi. Eynən Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində olduğu kimi.

Aktualinfo.org sözügedən qurumun Tender Komissiyası tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır. Araşdırmada AMEA-nın Gəncə Bölməsində illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə qanunla müəyyən edilmiş qaydada tender və kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsinə, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə şübhə yaradan bir sıra hallar məlum oldu.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası 2022-ci ildə satınalma planlarına 8 lot üzrə müxtəlif mal-materialların və xidmətlərin satın alınmasını daxil eymişdir. Amma apardığımız araşdırmalar zamanı Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası il ərzində kotirovka sorğularında iştirak etmək üçün iddiaçılara qanunla nəzərdə tutulmuş qaydada heç bir elektron dəvət elanı verməmişdir. Amma 2022-ci il ərzində dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə bir neçə kotirovka sorğusunun keçirildiyi barədə məlumatlar açıqlamışdır.Onu da necə deyərlər, ala-yarımçıq.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası kitabların satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda qalib “RƏBUNƏ” Məhdud Məsuliyyətli Cəmiyyətini seçib. Bununla bağlı Tender Komissiyası üç dəfə məlumat yerləşdirib. Birincidə 8 adda kitabın alınması üçün 35 910 manat elan olunub. Sonra komissiya güya qiyməti 60 manat aşağı salaraq 35 850 manat müəyyən edib. Daha sonra 90 manat da endirim edərək 8 adda hər biri 300 ədəd olmaqla 2400 kitabın alınması üzrə 35 760 manat məbləğində satınalma müqaviləsi nəzərdə tutub ki, kitabın biri 14,9 manata alınacaq.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası eyni adda və eyni sayda kitabların alınması üzrə 35 580 manat məbləğində bir satıanlma müqaviləsi də “OTAKA AZ COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını 19.12.2022-ci ildə açıqlayıb. Maraqlıdır, kotirovka sorğusu prosedurundan başı çıxmayan birisi bunları necə başa düşəcək? Elmlər Akademiyası Gəncə Bölməsi eyni kitabların alınmasına neçə dəfə kotirovka keçirib, nə qədər vəsait ayırıb?

Tender Komissiyası dövlət satınalmalarının vahid internet portalına cari təmir işlərinin satınalınması üzrə eyni işlərin görülməsi üçün də iki kotirovka sorğusunun keçirdiyi barədə məlumatlar yerləşdirib. Onlardan biri “F.N.C.UNİVERSAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21 611.18 manat məbləğində, ikincisi isə “MM İNŞAAT GROUP” MMC ilə 25 011.93 manat məbləğində nəzərdə tutulub. Burada da müqavilənin hansı MMC ilə bağlanıldığı məlum olmur.

Sözügedən Tender Komissiyası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə də iki kotirovka sorğusunun nəticəsi açıqlanıb. Birinci 39 260 manat məbləğində 11.09.2022-ci ildə, ikinci isə 39 100 manat məbləğində 30.10.2022-ci ildə. Burada isə qalib “MNM-TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Akademiyanın Gəncə Bölməsinin Tender Komissiyası “MNM-TƏCHİZAT” MMC-ni xüsusi təyinatlı avadanlıqların satınalınması üzrə keçirdiyi kotirovka sorğusunun da qalibi seçib və iki kotirovka sorğusunun nəticəsini açıqlayıb. Birinci 47 255 manat məbləğində 17.08.2022-ci ildə, ikinci isə 47 198 manat məbləğində 30.10.2022-ci ildə, 57 manat endirimlə.

İnventarın satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda isə qalib “ŞAHLAR-M OPTİMAL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Bu məqsədlə MMC ilə 24 360 manat məbləğində nəzərdə tutulan satınalma müqaviləsi barədə elan 25.07.2022-ci ildə açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası 2021-ci ildə satınalma planlarına daxil etdiyi tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqlar, sair torpaq, tikili və avadanlıqlar, mətbəə məhsulları, dəftərxana və təsərrüfat malları, abadlaşdırma xidmətləri üzrə nəzərdə tutulmuş 6 lot kotirovka sorğusunun keçirilməsi barədə nə elektron elan vermiş, nə heç birinin nəticələrini açıqlamamışdır. Amma 2020-ci ildə satınalma planlarına daxil edilmiş 8 lot kotirovka sorğusundan dördünün nəticələrini açıqlamışdır. 2020-ci ildə satınalma müqavilələri bağladığı MMC-lərlə 2022-ci ildə də işbirliyi davam etdirilmişdir.

AMEA Gəncə Bölməsi Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “F.N.C.UNİVERSAL” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.06.2020-ci ildə dəftərxana və təsərrüfat mallarının alınması üzrə kotirovkanın qalibi olmuş “BM-SİTY MMC -nin qanuni təmsilçiləri eyni adamdır, İsayev Bəhlul Calal oğlu.Qeyd edək ki,Elmlər Akademiyasının Gəncə Bölməsi sözügedən MMC ilə eyni malların satın alınması üzrə 43 814 manat məbləğində bir satınalma müqaviləsi də 2020-ci ildə bağlayıb.

Bundan başqa “ŞAHLAR-M OPTİMAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2020-ci ildə maşın və avadanlıqların satın alınması və sair torpaq, tikili və avadanlıqların satın alınması üzrə iki kotirovka sorğusunda ümumi olaraq 66 580 manat məbləöində satınalma müaviləsi bağlamışdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi AMEA Gəncə Bölməsinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının ilkin nəticələrini açıqlasa da, kotirovka sorğularının keçirilməsi barədə rəsmi internet saytında heç bir elan verməmişdir. Bununla belə kotirovka sorğularının nəticələri biabırçı bir şəkildə açıqlanmışdır. Belə ki, hər lot üzrə keçirilmiş kotirovka sorğunun ən son nəticəsi açıqlanmalı olduğu halda, AMEA Gəncə Bölməsinin Tender Komissiyasının səriştəsizliyi ucbatından, yaxud da bilərəkdən müsabiqələrin ilkin qiymətləndirilməsi açıqlanmış, amma müqavilələrin bağlanılması barədə heç bir məlumat verilməmişdir. Bununla da AMEA Gəncə Bölməsinin Tender Komissiyası keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.

Buradan suallar yaranır.

AMEA Gəncə Bölməsinin Tender Komissiyası il ərzində heç bir kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara elektron dəvət elan verməmişsə, açıqladığı kotirovka sorğularını necə keçirmişdir?

Bir çox kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara elektron dəvət elanı verilməmişsə bu kotirovka sorğularının qalibi necə müəyyən edilib? Yəni qalib olan iddiaçı kotirovka sorğusunun keçirildiyini haradan bilib?

Əgər kotirovka sorğulrının keçirilməsi barədə əvvəlcədən qanunla müəyyən olunmuş şəkildə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elektron qaydada iddiaçılara dəvət elanı verilməmişsə bu satınalma prosedurları hansı üsullarla keçirilmişdir?

Göründüyü kimi Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası keçirilmiş bir çox kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron dəvət elanı verməmiş, bununla belə, keçirilmiş kotirovka sorğularının müxtəlif məbləğlərdə ilkin qiymətlərmələri barədə açıqlamalar vermişlər. Bütün bunlar da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası bununla həm də ictimaiyyətin gözünə kül üfürür, güya kotirovka sorğularının şəffaf keçirildiyini göstərməyə çalışır. Halbuki, dövlət qurumları müxtəlif mal-materialların və xidmətlərin alınmasını artıq neçə illərdir satınalmalar yolu ilə həyata keçirir. Amma dövlət satınalmalarının vahid internet portalının bazasında 2017-2018-ci illərdən sonra Milli Elmlər Akademiyası Gəncə Bölməsinin keçirdiyi satınalmalar barədə məlumatlar ümumiyyətlə yox dərəcəsindədir. Bu isə o deməkdir ki, Elmlər Akademiyasının Gəncə bölməsində neçə illərdir gizlin-gizlin dövlət vəsaitlərini mənimsəyirlər, yəni xəlvətcə pul qırırlar.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinə 2015-ci ildən akademik Fuad Əliyev sədrlik edir. Buna qədər isə Fuad Əliyev Azərbaycan Milli Elmlər Akademiyasını Gəncə şəhərində olan Gəncə Regional Elm Mərkəzinin rəhbəri olub. Hər yerdə olduğu kimi, bu qurumda da satınalmaların təşkilinə əvvəlcədən yaradılmış Tender Komissiyası nəzarət edir. Qanun görə idarənin rəhbəri komissiyanın sədri ola bilməz. Komisiyaya qurumun digər məsul vəzifəli şəxsləri sədrlik etməlidir. Bu bölmə sədrinin birinci müavini də ola bilər. Təsərrüfat işləri üzrə sədr müavini, yaxud da maliyyə şöbəsinin müdiri də ola bilər.

Milli Elmlər Akademiyası Gəncə Bölməsində satınalmaların təşkilinə kim cavabdehdi? Maliyyə–iqtisad və mühasibat uçotu şöbəsinin müdiri Akif Bağırov, baş mühasib Yeganə Əliyeva, yoxsa işlər idarəsinin müdiri Rasim Tağıyev? Çox istərdik ki, adıçəkilən bu şəxslər Elmlər Akademiyasının Gəncə Bölməsində satınalmaların belə bərbad bir şəkildə, qanunun tələblərinə əməl edilmədən təşkil olunmasının səbəbini açıqlasınlar.
 
Ardını oxu...
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçası ilə bağlı qalmaqal davam edir. Bakı sakini Mehriban Fərruxlu bu dəfə Günay Ağamalıdan prokurorluğa şikayət etmək niyyətindədir. Oxuculara aydın olsun deyə xatırladırıq ki, Mehriban Fərruxlunun 4 yaşlı qızı Firəngiz Fərruxlu ötən il noyabrın 23-də “Buta” bağçasında çarpayldan yıxılaraq ayağını sındırıb. Qızcığazın anası bu faktı nəzarətsizliyin təzahürü kimi dəyərləndirərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət edib. Lakin polis faktla bağlı cinayət işi başıanmasınl rədd edib. Buna səbəb ekspertizanın rəyidir. Rəydə qeyd olunub kii, Firəngiz İsmayılovanın xəsarətləri öz ehtiyasızlığı üzündən yıxılması nəticəsində əmələ gələ bilər.
Əvvəla, Firəngiz İsmayılovanın 4 yaşı var. Ona nəzarət olunmalıdır. 4 yaşlı uşağı başlı-başına buraxıb, sonra da ehtiyatsızlıq etməkdə günahlandırmaq başadüşülən deyil. Hər halda bu yaşda olan uşaqların ehtiyatlı olub-olmamaq barədə bəlkə də ibtidai təsəvvürü belə, yoxdur.
İkincisi, uşağın yıxılmasını əks etdirən videodan da görünür ki, o nəzarətsiz buraxılıb. Bağçanın əməkdaşı faktiki olaraq məsuliyyətsizlik edib. Həmçinin qızcığaza ilkin tibbi yardım göstərilməyib.
Firəngiz İsmayılovanın anası Mehriban Fərruxlu isə hesab edir ki, bu məsələdə Fəzail Ağamalının deputat mandatı daşıması ilə əlaqədar ola bilər. Yəni, vətəndaşda AVP sədrinin deputat səlahiyyətlərindən və nüfuzundan istifadə edərək məsələni ört-basdır etmək istənəsi barədə qənaət formalaşıb. Ona görə də Mehriban Fərruxlu prokurorluğa müraciət edərək hadisənin obyektiv araşdırılmasına nail olmaqda israrlıdır.
Günay Ağamalının rəhbərlik etdiyi bağça ilə bağlı bundan əvvəl də oxşar hallar yaşanıb. Bir müddət əvvəl isə Türkiyə vətəndaşı Abdurrahman Kumaşın 7 yaşlı daun sindromlu övladının “Buta”da xəsarət alması ilə bağlı məlumat yayılmışdı. Bu məsələnin də ört-basdır edildiyi barədə iddialar var.
Reportyor.info

 
Ardını oxu...
Vaxtilə Azərbaycanda bir universitet var idi, Azərbaycan Dövlət Universiteti ( indiki Bakı Dövlət Universiteti ). İndi maşallah universitetlərin sayı, yağışdan sonrakı göbələk kimi artıb. Haqqında bəhs edəcəyimiz Bakı Qızlar Universiteti ilə bağlı qısa məlumat verək. Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və qəbul keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır. Yazılanlardan bəlli olur ki, Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şurası, Tələbə Elmi Cəmiyyəti, bədii yaradıcılıq studiyası, Kompüter mərkəzi, Tələbə Gənclər Təşkilatı, Ekoloji mərkəz, kitabxana fəaliyyət göstərir. Bakı Qızlar Universitetinin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Universitetdə "Dillər", "Ədəbiyyat", "Tarix", "Təbiət fənləri", "Psixologiya", "Pedaqogika", "İctimai elmlər" kafedraları fəaliyyət göstərir. Tələbələrin təlim-tərbiyəsi ilə 7 kafedrada çalışan 100-dən artıq müəllim məşğul olur. Onlaradan 37 nəfəri elmlər doktoru, professor, qalanları isə elmlər namizədi, dosentdir.
Universitetin müəllim heyyəti haqqında uzun-uzadı bəhs etmək istəmirik, universitetin saytında yazılanlardan bəlli olur ki, guya maddi texniki-baza zəngindir-filan. Bura qədər yazdıqlarımız universitetin reklamıdır. Əslində isə vəziyyət tam başqadır. Belə ki, hazırda universitetin rektoru Ağarəhim Rəhimovun qızı Sevinc Rəhimovadır. Sözün düzü, bu barədə uzun-uzadı yazmaq istəmirik.
Təsəvvür edirsiniz, XXI əsrdə ata universiteti qızına verir, nə bilim, deputat deyir ki, mən gedirəm yerimi qızıma verin… Bu XXI əsrdə rüsvayçılıqdır.. Nə isə əsas mövzudan yayınmayaq. Beləliklə xeyli sayda professorun, alimin olduğu universitetdə ata universitet rektoru vəzifəsini qızı Sevinc xanım Rəhimova hədiyyə edir. Yeni rektor Sevic xanım Rəhimovaya keçməzdən öncə sabiq rektor Ağarəhim Rəhimovun bir müsahibəsinə nəzər salaq: Azərbaycan mühitində Bakı Qızlar Universitetini açmışam və bir valideyn, tələbə və məzun deyə bilməz ki, Ağarəhim müəllim bizdən rüşvət alıb. Üç şeyə həyatımda diqqət yetirmişəm və onlardan birincisi rüşvətdir ki, demişəm almayacam, içimdə ona qarşı patoloji nifrət var.
İkincisi bir halda ki, bu qızların təlib-tərbiyəsini öz üzərimə götürmüşəmsə, burada əxlaqi keyfiyyətlər yüksək səviyyədə olmalıdır. Bir Azərbaycan qızı haqqında mənfi söz eşitmək istəmirəm. Bu günün yetkin qızı sabahın anasıdır. Bir ailənin aparıcısı, sahibi anadır. Uşaqlarının və ərinin tərbiyəedicisi qadındır. Bu çox möhtəşəm bir missiyadır və əgər belə olmasaydı, Məhəmməd Peyğəmbər əbəs yerə deməzdi ki, “cənnət anaların ayağı altındadır”.
Bu yerdə adam istəyir ucadan desin, a kişi, saxla görək ee...nə cənnət-zad... Bəlkə, sənə QAİB-lərin, İMTAHAN-ların qiymətini yazaq...? Deyirsən ki, rüşvətə qarşı patoloji nifrətim var, rüşvətdən söhbət düşəndə ürəyim bulanır, qusuram-filan... Vallahi, ayıbdır, sənin rəhbəri olduğun universitetdə rüşvət ayaq açıb yeriyir... Bəlkə, universitetə sabiq nazir Ziya Məmmədovun sponsorluq etməyindən yazaq... Ağarəhim Rəhimov deyir ki, bütün təhsil sistemi bilir ki, bizim universitetdə hər şey ola bilər, amma iki şey, bir əxlaqsızlıq və bir də rüşvət ola bilməz. Yaxşı tələbələrin özünü dinləyək: “Universitet rektoru tərəfindən şəxsiyyətim alçaldığı və mənə qarşı şər atıldığı üçün susmamaq qərarına gəldim. Hüquqi dövlətdə yaşayırıq və hüquqlarımı tələb etmək mənim ən böyük haqqımdır”. Tələbə bildirib ki, qaib limiti bitmədiyi halda o bir gün öncə universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova dərsdən çıxarılmasını tələb edib: “5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi, sudurğa tutdu. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi. Daha sonra rektor Sevinc xanımın atası Ağarəhim Rəhimov (Sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Belə faktlar əlimizin altında onlarladır ee, Ağarəhim müəllim. Ağarəhim müəllim, əxlaqdan danışırsınız… Görəsən, katibə kimin “yük”ünü daşıyır… Araşdrımamız davam edir. Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//
0
 
 
Ardını oxu...
Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən ticarətçilər onlardan alınan icarə haqlarının çox olması ilə bağlı narazılıqlarını bildirirlər. Kirayə və xidmət haqlarının həddindən artıq çox olduğunu deyən Ticarət Mərkəzində çalışanlar muxtar respublikada alıcılıq qabiliyyətinin də çox aşağı olduğunu qeyd edirlər.

Tanınmış jurnalistlər Aygün Muradxanlı və Tural Səfərov Naxçıvana səfərləri zamanı Cahan Ticarət Mərkəzində çalışan ticarətçilərlə görüşüb, onların problemlərini ictimailəşdiriblər.

Ticarətçilər deyib ki, dükanların əksəriyyəti onlara yox, bəzi məmurlara və ticarətlə əlaqəsi olmayan digər şəxslərə satılıb. Həmin sahibkarlar isə 8-10 kvadratmetrlik dükanlar üçün ticarətçilərdən 400-600 manat kirayə haqqı alırlar. Bundan əlavə ticarət mərkəzi tərəfindən isə sahibkarlardan müqavilədə 175 manat göstərildiyi halda, 280-300 manat arası xidmət haqqı alınır. Onlar bildiriblər ki, karqo şirkətləri də qiymətləri qaldırıb. Təbii ki, bütün bunların hamısı qiymətlərə öz təsirini göstərir.

 
Ardını oxu...
3-cü Ordu Korpusunun komandiri polkovnik Oruc Abdullayevin tabeliyindəki hərbi hissələrin materiallarından istifadə etməklə özünə ferma tikdirdiyi iddia olunur.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videoda danışan şəxs bildirib ki, ərazisində olduğu ferma polkovnik Abdullayevindir və orduya məxsus materiallarla tikilib. O bildirib ki, fermanın tikintisində istifadə olunan bütün taxtalar, metal borular və digər avadanlıqlar hərbi hissələrdən gətirilib.
Fermanı lentə alan şəxs ərazidə Müdafiə Nazirliyinə məxsus qida məhsullarının – yağ, pendir, cem, ət, balıq konservlərinin qutularını da nümayiş etdirib və iddia edib ki, bu qidalardan fermadakı çobanlar istifadə ediblər.
O qeyd edib ki, görüntüləri Müdafiə Nazirliyinə təqdim edəcək:
“Dövlətə məxsus olan nə varsa, Oruc Abdullayev hamısını talayır”.


Qeyd edək ki, videonu “TikTok” sosial şəbəkəsində “rafael151177” adlı istifadəçi paylaşıb.
İddialarla bağlı Müdafiə Nazirliyinə ünvanladığımız sorğuya reaksiya verilmədi.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Goranboy sakinləri bildirilər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən kənd və qəsəbələrdəki tam orta məktəblərdə nəzarət sistemi sözün əsl mənasında çökdürülüb.
Bəs bu kimi məsələlərə səbəb nədir və qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir? Hansı addımlar atmaq lazımdır?
Fond pulu, summativ pulu, yaxud süpürgə pulu adı altında valideynlərdən müxtəlif ödənişlər alınır. Belə baxanda indiyə kimi heç səs-küy də yayılmayıb. Buna səbəb isə odur ki, valideynlər bir-biri ilə bəhsə girmək xatirinə, “mənim övladım heç kimdən geri qalmasın”- deyərək bununla razılaşıblar. Doğrudur, bəlkə də hansısa valideyndən 5-10 manatın alınması rüşvət kimi görünmür. Biz artıq buna vərdiş etmişik, övladıma daha yaxşı dərs keçirilsin düşüncəsi şirinlik adı ilə bu işləri görürük. İstər attestatların satılması, uşaqların aylığa buraxılması, müəllimlərin üzərinə dərsdənkənar dərnək məşğlələrinin yazılıb pulunun onlardan alınması, yaxud diaqnostik balı az olan müəllimlərə çox dərs verilib pulunun yarısının mənimsənilməsi halları faktdır ki, 90% Goranboy məktəblərində var.
Bu haqda Dünyanınsəsi.Az sayına Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində təhsil alan bir qrup şagirdin valideyinləri tərəfindən video-şikayət göndərilib.
Şikayətçi valideyinlər saytımıza göndərmiş olduqları videofaktda qeyd edirlər ki, yeni təyin olunmuş sektor müdiri Xayal Mammadov rəhbərliyi sayəsində övladlarımızdan summativ və digər adlar altında yenə də pullar yığılır.Amma X. Məmmədov bununla Elm və Təhsil Nazirliyinin eləcə də cəmiyyətin digər təbəqələrinin gözlərinə “kül” üfürməkdə davam edir.Amma mətbuat orqanlarına vermiş olduğu müsahiblərdə danışır ki, a4 kağızının anbarda sayı bu qədərdir.Amma sektor müdirinin danışdıqları tam ağ yalan olmaqla tabeçiliyində olan direktorlarla əlbir olaraq özü üçün pul qazanmaqla məşğul olduğu iddia edilir.Əgər belə deyilsə nədən Dəliməmmədli şəhər Mahmud Zeynalov adına tam orta məktəbin direktoru Güntəkin Cəfərovanın pul yığımını dayandıra bilmir?
Pul yığımı direktor Güntəkin Cəfərovanın rəhbərlik etdiyi məktəbin 5 b sinifində baş verdiyi iddia edilir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Summativlə bağlı pul yığımının videofaktını təqdim edirik:
 
Ardını oxu...
Gəncə-Daşkəsən Şəhər Təhsil İdarəsi tabeçiliyində olan, S.Vəliyev adına 34 saylı orta məktəbin direktoru haqqında, bir neçə dəfə qanunsuz fəaliyyətilə əlaqədar sosial şəbəkələrdə yazılar dərc olunubdur
Nəticə çıxarmayan 34 saylı məktəbin direktoru Yuris Xəlilov, yenə qanunsuz əməllərinə davam etməkdədir.
"Qoçu" direktor Gəncə -Daşkəsən Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevidə almır. Yəni ki, onu dünənki uşaq kimi tanıyaraq, onun qanunlarını absurd sayaraq məktəbi öz maraqları ilə idarə edir.
Adının çəkilməsini istəmiyən mənbədən adığımız məlumata görə, 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovun qızı, Şəbinəm Xəlilova atasının rəhbərlik etdiyi məktəbdə "DƏRNƏK" sədri işləyir.
Lakin o məktəbə gəlmir, aldığımız məlumata görə adı çəkilən xanım , həyat yoldaşının yanındadır, ölkə daxilində olsada, Gəncə Şərindən kənarında həyat yoldaşının işi ilə əlaqədar olaraq, iş yerindən yayınması, işə gəlmədiyi halda ona aylıq pul yazılaraq maliyyə pozuntusuna yol verilməsi məlumatları vardır.
Mövzuya qayıdacayıq.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

xeberfakt.az


Ardını oxu...
Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidlər, iradlar hələ də səngimək bilmir və qurumun rəhbəri Vüsal Kərimlinin adı korrupsiyada hallanır.

DİA.AZ bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, adıçəkilən qurumda korrupsiya və yeyintinin həm miqyası, həm də mexanizmi aydın şəkildə görünür. Belə ki, BNA il ərzində dövlətdən təqribən 200 milyon manat dotasiya alır. Sözügedən vəsait isə Kərimliyə yaxın şirkətlər arasında bölüşdürülür.

Təkcə 2022-ci il ərzində dəyəri milyondan çox olan tender layihələrinin qalib edilmiş şirkətləri aşağıdakılardır:

"CIG AZERBAİJAN" MMC – 985413.7 AZN

"ADVENTA CO" MMC - 498308.58 AZN

"FIRE SECURITY" MMC -1890450.03 AZN

“SM CONSTRUCTION SUPPLIES" MMC - 2340394.3 AZN

“N TENSILE" MMC - 160305.83 AZN

"ARIS" MMC – 3 tender layihəsi birlikdə - 1.995.714 AZN

"ORN GROUP" MMC – 644.992 AZN

"FLEX GROUP" MMC – 541.996 AZN

“SEAR SUPPLY” MMC – 2 tender layihəsi üzrə 1.577.038 AZN

"A4 PLAZA" MMC – 138.924.35 AZN

"TECHMASTER" MMC - 3178565.64 AZN

İlk baxışda bu prosesin tenderlər yolu ilə həyata keçirildiyinə dair təəssürat yaransa da, əslində obyektivlikdən söhbət gedə bilməz, yəni satınalma müsabiqələrinin "qaliblər"i əvvəlcədən məlumdur. Marşrutların təşkili, "Bakıkart" üçün post-terminalların, dayanacaqların quraşdırılması və s. bu kimi xidmətlərin həyata keçirilməsi ilə bağlı tenderlərin "qalib"inə çevrilən şirkətlər vasitəsilə silinən pullar isə Vüsal Kərimli ilə yanaşı, onun hakimiyyətin yuxarı eşalonundakı himayədarına çatır. İddialara görə, bu korrupsiya mexanizminin konkret şərti də var – hər hansı xidmət üçün ayrılan vəsaitin 40 faizi "qalib" şirkətə çatır, yerdə qalan 60 faiz isə Kərimli ilə onu himayə edən məmura ötürülür.

BNA rəhbərinin ən ilginc yeyinti "fəndi" isə "Bakıkart"la bağlıdır. "Bakıkart"ın idarəçisi "K Group" şirkətidir. Yeraltı və yerüstü sərnişindaşıma üzrə kartlara yüklənən hər gedişhaqqı məbləğinin 5 faizi xidməthaqqı olaraq məhz "K Group"a çatır. Sərnişindaşıma şirkətlərinin sahibləri indiyədək dəfələrlə BNA rəhbərliyinə müraciət edərək həmin faizin kifayət qədər yüksək olduğunu bildirib və aşağı salınmasını istəyiblər. Onların bu haqlı irad və istəyi isə Vüsal Kərimli tərəfindən hər dəfə rədd olunub. Səbəb kifayət qədər aydındır.

Qeyd edək ki, adıçəkilən şirkəti BNA rəhbəri öncə öz adına qeydiyyatdan keçirib. Hətta şirkətin rəsmi saytının – bakikart.az domeni də Kərimlinin adına qeydə alınıb. Lakin sonradan bu cür rəsmi sənədləşmələrin artıq geniş ictimaiyyətə açıq olduğunu öyrənən Agentlik rəhbəri bu dəfə şirkət və saytı öz adından çıxararaq yaxın adamlarının adına rəsmiləşdirib. Lakin V.Kərimli iki məqamda gecikib: əvvəla, şirkətin yerləşdiyi "Çıraq Plaza"nın sahibi məhz BNA-nın icraçı direktorunu himayə edən məmura məxsusdur; ikincisi, domenin məhz Kərimlinin adına olmasını təsdiqləyən screenshot mövcuddur.

Ardını oxu...
 
 

Ardını oxu...
 
 

 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb.

 

Rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir.

Bununla yanaşı, F.Hacıyev 440 min manata (259 min dollar) son model “Renc Rover” markalı avtomobil alıb. Rektor 10 CN 394 dövlət nömrə nişanlı “Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.

Rektor bu qədər pulu necə əldə edib?

Rektor Fuad Hacıyev Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pul ayırıb.

Birinci dəfə 119 min 768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və təmiri “Kleon” MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci dəfə 117 min 229 manatı “Sapfir” MMC-yə verib.

Bununla bəsinmiyən rektor hətta üçüncü dəfə yeməkxananın təmiri üçün “Puta-2015” MMC-yə 103 min 479 manat vəsait ayırıb.

Deməli, acgöz rektor xırda bir yeməkxananın təmirinə, nə az, nə çox, 119768 + 117229 + 103476 = 340 min 476 manat pul ayırıb.

Xəbəral.az – ın məlumatına görə,Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 2015-ci il tarixdən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.(Xəbəral.az)

Qarşı tərəfin movqe haqqını tanıyırıq.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti