Ardını oxu...
İSBAM sədri Samir Adıgözəllinin iddiasına görə, QHT Agentliyinin apardığı qanunsuz əməllərlə bağlı araşdırmasını davam etdirir.
Bu barədə o öz feysbuk səhifəsində yazıb. İSBAM sədri Samir Adıgözəllinin təqdim etdiyi araşdırmanı təqdim edirik:

"DİQQƏT !
Növbəti araşdırmanı təqdim edirəm.
QHT Agentliyinin icraçı direktoru Aygun Aliyeva Binəqədidə olan xanım dostlarını qht sektoruna, daha dəqiqi " qrant piştaxtasinın" arxasına toplayıb. Onlara yüksək maliyyələr ayıraraq dostluqda səxavətli olduğunu nümayiş etdirir.
Hələlik sizi 3 təşkilatla tanış edim :
1. " Azərbaycan Milli Kulinariyasinin Araşdırılması , Təbliği və Dünyaya İnteqrasiyası " ictimai birliyi, 9000 manat, sədr Rəsulova Firuzə. ( Aztv də çalışır, qızı Sitarə Cabbarlı Binəqədi bələdiyyəsinin sədri olub və Aygün xanımın yaxın dostudur.)
2. "Bəhram Nəsibov yaradıcılığının təbliği" ictimai birliyi, 9000 manat,
3. " Regionların sosial iqtisadi inkişafına dəstək" ictimai birliyi, 12000 manat .
Birincisi kimlərəsə qrant verilməsinin əleyhinə deyiləm. Amma bu təşkilatların təcrübələri, ictimai sektorda fəaliyyətləri nəzərdən keçirilməlidir.
Digər tərəfdən xarici ölkələrdə həyata keçirilən layihələrə daha çox üstünlük verilməli olduğu halda, əksinə aşağı maliyyə verilir. Məsələn bir təşkilatın İstanbul layihəsinə 8000 , digərinin Özbəkistan tədbirlərinə 7000 və sair.
Avropa ölkələrində ölkəmiz üçün əhəmiyyət daşıyan layihə isə ümumiyyətlə qiymətləndirilmir 0000000...
Yaxşı Agentliyin təşkilatlara qarşı bu üslubda yanaşmasının səbəbi nədir?
Təəssüflər olsun ki, bəzi pulgir, nadan adamlar bu qədər yazılanlara öz xislətləri ilə yanaşırlar .
Bax burda qeyd etdiyim təşkilat rəhbərləri də yaxşı insan ola bilər. Amma söhbət ölü təşkilatlara qrant paylanmasindan gedir.
Samir Adıgözəlli"
Teref.az
Ardını oxu...
Mikayıl Kazımov şəhid atasıdır. Oğlu Kamal I Qarabağ müharibəsində şəhid olub. O, digər övladı Vüsal Kazımovun isə həkim səhlənkarlığının qurbanı olmasından şikayətçidir.
Mikayıl Kazımov Bakupost.az -a açıqlamasında bildirib ki, kiçik oğlu, 41 yaşlı Vüsal Kazımov bu ilin yanvarında qəfildən qarında köp və güclü ağrı hiss edib, vəziyyəti pisləşib. Ailə onu professor Kənan Yusifzadənin yanına - Leyla Medical Center-ə aparıb və vəziyyət pisləşdiyindən reanimasiyaya yerləşdirib. Müayinədən sonra xəstəyə bağırsaq burulması və keçməzliyi diaqnozu qoyulub.
Mikayıl Kazımovun sözlərinə görə, həkim diqqətsizliyi və səhvi ucbatından oğlunun başına dəhşətli hadisələr gəlib.
Leyla Medical Center-dən və həkimdən şikayətçi olan müsahibimiz bildirib ki, övladı 2 dəfə əməliyyat olunub və bundan sonra vəziyyəti daha da pisləşib:
“Birinci dəfə reanimasiyada saxlanıb, bağırsağı əməliyyatsız açdılar. Güclü antibiotiklər təyin olundu. Həkim dedi ki, 3 həftədən sonra gələrsiz, əməliyyat edərik. Düz 1 ay sonra yenidən bağırsaqda ağrı oldu və fevralda əməliyyat baş tutdu.
Burulan bağırsaq hissəsi kəsibilib götürüldü. Bilirsiz ki, bu əməliyyatlar zamanı xəstə günlərlə ac saxlanılır, ona sistemlər qoşulur güclü antibiotiklər vurulur. Eləcə də bağırsağın ucu qarından çölə çıxarılır.
Evdə də antibiotik müalicəsi getdi. Həkim dedi ki, ikinci əməiyyat olunacaq və bağırsaq yerinə salınacaq. 2 ay sonra yenə apardıq. Bu müddət ərzində Vüsal çox zəiflədi. Yemək yemədi, yeyəndə də hamısını qaytardı. Həkimə dəfələrlə məlumat verdim. Dedim, bəlkə başqa müalicə lazımdır? Birinci dəfə xəstəxanaya gedəndə tam sağlam uşaq idi, heç nəyi yoxdu. Gücü yerindəydi. Həkim dedi ki, heç nəyə ehtiyac yoxdur, gözləyək, ikinci əməliyyatdan sonra düzələcək".
Ardını oxu...
Mikayıl Kazımov bildirib ki, 2 ay sonra oğlunu yenidən həkimə aparıblar, bağırsağı yerinə salınıb, stomanın birləşdirilməsi əməliyyatı icra olunub:
"Uşaq orda yenə sıyıqların ümidinə qaldı. Antibiotiklər qəbul etdi. Sonra evə buraxıldı. Ona daha 7 gün antibiotik vurulmalıydı. Evə gələndə artıq çox zəif idi, arıqlamışdı. Heyi yox idi. Biz elə bildik ki, düzələr, ağır əməliyyatdan çıxıb. Həkimi evə nə yazmışdısa hamısını etdik - yemək, sistem, qulluq. 1 ay sonra halı birdən pisləşdi. Barmaqları göyərib gömgöy oldu. Təcili yardım çağırdıq. Həmin an həkimini yığdıq, təcili yardımın həkimi onunla danışdı. Kənan Yusifzadə dedi ki, mən o xəstə ilə işimi bitirmişəm, mənlik bir şey yoxdur,istirahət edirəm.
Çox dirəşdim, dedim, bizə yardım et, bu sizin xəstəniz olub. Dedi 2-3 gündən sonra gətirərsiz, baxarıq. Amma bir neçə saata uşaq dünyasını dəyişdi".
Mikayıl Kazımov deyib ki, həmin gecə Xətai rayon prokurorluğuna şikayət ediblər:
"Cənazəni apardıq morqa, tibbi ekspertiza oldu, ekspertiza cavabının 30 günə çıxacağınıdedilər. O vaxtdan 2 ay keçib, hələ də cavab yoxdur. Sonuncu dəfə bu ay prokurorluğa getdik, yenə söz verdilər ki, şikayətə baxılacaq. Amma mənə çatan məlumata görə, həkimi çağırıb lazım olan məbləği alıb, ekspertiza rəyini başqa cür yazıblar. Bilmirəm. Faktiki, mənə cavab vermirlər".
Ardını oxu...
Şikaytətçi deyir ki, Vüsal dünyasını dəyişəndən həm Azərbaycan, həm də Türkiyə həkimlərinə yazıblar:
"Onlara şəkilər, video və digər sənədləri göndərdik ki, uşağın niyə öldüyünün səbəbini tapsınlar. Hamısı yekdilliklə dedi ki, belə zəif, arıq xəstə ikinci əməliyyata salmamalıydı.
Dövlət xəstəxanasında 800 manatlıq əməliyyatı Leyla Medical Center-dəa 3-5 minə edirlər. 3 əməliyyata 15 min pul ödəmişəm. "Professordur, özəl klinikadır, yaxşı olar" deyib getmişəm. Belə bir klinikada, belə bir professorun yanlış addım atması, xəstənin halı ilə maraqlanmaması hansı qanuna sığır? Onun dediyindən belə çıxdı ki, pulumu aldım, əməliyyatı elədim, vəssalam, mən sizi tanımıram. 1 həftə sonra tikişini sökməyə aparmışdım, həkim 1 dəfə soruşmadı ki, vəziyyəti neücədir? Deyir, növbə tut, niyə gəlmisən? Laqeydlik, soyuqqanlılıq, həkim adına yaraşmayan hərəkətlər. Mənin övladım niyə dünyasını dəyişdi, indi gəlsin, cavab versin".
Şikayətçi əlavə edib ki, övladının zəif orqanizmnii gücdən salıb, sonra əməliyyat etmək birbaşa klinika rəhbərliyi və həkimin günahıdır:
"Ekspertizanın rəyi də gecikirsə, deməli, ordakı həkimlər də məsələni ört-basdır edəcək. Bir oğlumu şəhid verdim, birini də həkimlər öldürdü. Mən aidiyyatı qurumlardan, Baş Prokurorluqdan oğlumun ölümünün səbəbini obyektiv aparmağı, səhlənkarlığa yol verən klinika və cərrahı cəzalandırmağı tələb edirəm".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DogruXeber.az: - Ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb...? Ulu Öndərin illər öncə təbiətimizlə, meşələrimizlə, ümumiyyətlə, ağacların qırılması, təbiətə münasibətlə bağlı dediyi “Bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsib” kimi ən sərt fikirlərə baxmayaraq bu gün də təbiətimizə qarşı qəddar və amansız münasibət davam edir. Ulu Öndər təkcə ağacdan, koldan bəhs etmirdi ee...
Ümumiyyətlə, TƏBİƏTƏ münasibətdən bəhs edirdi. TƏBİƏT təkcə ağaclar deyil, meşələrdir, göllərdir, dənizdir, dağlardır, çaylardır, torpaqdır, havadır, sudur və s. Dənizi hasarlayıb özü istədiyi kimi istifadə edir, dənizə tullantı axıdır, dənizin qumunu aparıb maşın-maşın satır... Yaxud dağların üstündə daş karxanası qurub min illik dağları doğrayıb mişar daşı eləyir və satıb pul qazanır... Yaxud meşələrdəki min illik ağacları doğrayıb mebel sexlərinə satır... Yaxud çayların yatağındakı qumu, çınqılı, xırda daşları maşınlara yükləyib Bakıya gətirib satırlar...
Sözün qısası, təbiətə bu amansız münasibətə görə, bir gün təbiət bunun qisasını bizdən alacaq. Ona görə də, Ulu Öndər o dərəcədə sərt və kəskin formada deyirdi... Bəli, bu gün min illik çayların məcrasını-yatağını dəyişib qum-çınqıl karxanası işlədənlər var. Kimlərsə milyonlar qazanır, amma itirən Azərbaycan təbiəti olur.
Neçə illərdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, guya, bu problemlərlə bağlı mübarizə aparır. Amma hamısı görüntü xatirinədir. Uzun illər Ekologiya naziri olan tarix müəllimi Hüseynqulu Bağırov təbiətimizin hesabına milyonlara sahib oldu, özünün, bacısının və oğlunun hotelləri, universiteti, beton zavodları və daha nələri...
Ondan sonra Ekologiya naziri olan Muxtar Babyev də eyni yolla gedir və öz sərvətini artırmaqla məşğuldur. Arada özlərini elə göstərirlər ki, guya, bu qanunsuz daş, qum, çınqıl karxanalarına qarşı mübarizə aparırlar. Amma... Əmması odur ki, bir müddət əvvəl mediada oxuduq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İmişli rayonunda çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqini həyata keçirib.
İmişli rayonunda yerləşən qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamaların nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşmüş, minerallaşma dərəcəsi isə dəyişmişdir. Hətta karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlmiş, çayın müasir məcrasından kənarda isə süni göllər yaranmışdır.
Bir sözlə, ərazilərdə ekoloji tarazlıq kəskin pozulub. Nəticə nə oldu..? Heç nə, karxana sahibləri cərimələndi... Görəsən, Ekologiya Nazirliyi İmişlidə karxanalarda monitorinq keçirəndə niyə
“Karyer Ülviyyə” kimi tanınan xanım iş adamının təbiətimizə vurduğu ziyanı görmədi..? Bəli, Ülviyyə neçə illərdir ki, Ekologiya Nazirliyindəki şərikləri ilə əlbir olub İmişlidəki qum-çınqıl yataqlarını müxtəlif ünvanlara 1 tonu 5 manata satır. Təsəvvür edirsiniz, 1 tonu 5 manata...
Və bununla da torpağın ən məhsuldar qatını məhv edir. Bilməyənlər üçün qeyd edək ki, torpağın məhsuldarlığından, istər meşə, istərsə də meyvə bağlarından danışanda, "humus" qatını bilmək vacib şərtlərdəndir. Bir çoxları "humus" qatı haqqında məlumatsızdır. "Humus" torpağın ən münbit qatıdır. Əkinçilikdə bu olduqca böyük əhəmiyyət daşıyır. Bir sözlə, "humus" qatı zəngin olan torpağın məhsuldarlığı da yüksək olur. Və "HUMUS" qatı az qala 100 ilə yaranır. Ülviyyə kimiləri isə 100 ilə yaranan bu torpaq qatının 1 tonunu 5 manata sataraq təbiətimizə öldürücü zərbə vururlar.
Bəs görəsən, ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb..?
Muxtar Babayevə deyən lazımdır ki, qohumların, qaynın Nabran meşələrini zəbt ediblər... Söhbət təkcə Nabrandan getmir, Balakən, İsmayıllı meşələri də məhv edilir...
Bəli, cənab nazir Sumqayıtda sənaye müəssisələrində etdiyi əməlləri indi də Ekologiya nazirliyində davam etdirir. Yeri gəlmişkən, Muxtar Babayev nazirlikdəki təcrübəli kadrları işdən çıxarıb Sumqayıtdan gətirdiyi dostları ilə əvəzlədi və bu gün nazirlikdə peşəkar ekoloq demək olar ki, yoxdur. Ona görə də, ixtisaslı kadrların olmadığı bir təşkilatda yüksək nəticə əldə etmək qeyri - mümkündür.
Biz demirik, kimsə hansısa bəstəkarın övladıdırsa, hökmən bəstəkar olmalıdır. Kimsə hansısa fəhlənin övladıdırsa, hökmən fəhlə olmalıdır. Biz istəyirik ki, xalqımızın övladları gələcəkdə bir ağac taparaq kölgəsində sərinlənsinlər. Amma Muxtar Babayev belə başlayıbsa, nəinki ağac, heç gələcəkdə diş qurtdalamağa çöp də tapmayacağıq.
Məşhur bəstəkarlarımızdan olan İzolda Babayeva Şamo Arifin sözlərinə belə bir nəqarət yazmışdı:
Susuban durma, boynunu burma,
Bu yanan cana min yara vurma,
Bu odlu baxış, de, kimə baxmış,
Aman, o gözlər, de, kimi gözlər.

Sözün qısası, təbiətimiz məşhur mahnının sözlərində olduğu kimi, Muxtar Babayev, səni gözləyir. Səni gözləmir ki, adamlarını göndərəsən ağacları qıraraq yerində hansısa bir istirahət mərkəzi tikələr. Səni ona görə gözləyirlər ki, Qaxda, Balakəndə, Şəkidə əsrlərlə yaşı olan ağaclarımıza düşən xəstəliklərin müalicə metodunu tapasan.
Bəli, biz ürəyimizdə olanları qələmə aldıq, yerdə qalanlar isə sizin düşüncə tərzinizdən asılıdır. Gələcək bizim adımızla bağlıdır. Gəlin adımızı qoruyaq. Adımız - tariximizdir. //gundelik-baku.com//
Ardını oxu...
DogruXeber.az: - Bir çox iqtisadçıların bildiyi kimi, ölkə başçısı cənab İlham Əliyevin 3 iyun 2019-cu il 719 saylı fərmanı ilə hər bir rayonun icra başçı hər il həmin rayonda proqnozlaşdırılan vergi öhdəliyi tam icra edilibsə, həmin puldan əlavə yığılan məbləğin 50 faizini rayonun ehiyacları üçün sərf edə bilər.

Yəni ki, rayonun vergi proqnozu 10 milyon manatdırsa və bu proqnoz artıqlaması icra edilibsə, (misal üçün 10 milyon yox, 12 milyon manat vergi toplanıbsa), qalan 2 milyon manatın 50 faizini, təxminən 1 milyon manatını rayonun ehtiyacları üçün istifadə etmək şansı yaranır.

Şərti olaraq “vergi bonusu” adlandırılan həmin vəsait isə xərclənmək üçün 3 yerə bölünür.

4 il öncə imzalanan fərmanın maddələrinə diqqət yetirək:

3.1.1. vəsaitin 25 faizi (yəni vəsait 1 milyondursa, 250 min manatı) yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;

(Konkret olaraq həmin vəsait icra aparatı işçilərinin (ərazi nümayəndəlikləri bundan faydalana bilmir) həvəsləndiriləməsinə yönəldilir.

3.1.2. vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə (yəni, 250 min manatı) yönəldilir;

3.1.3. vəsaitin 50 faizi (yəni, təxminən 500 min manatı) aşağıdakı məqsədlərə yönəldilir:

3.1.3.1. mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə;

3.1.3.2. şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.

Qeyd: Bu, bütün ayrılan vəsaitlərdən əlavədir

(Xatırladaq ki, biz xeyli cəhd etsək də, icra hakimiyyətindən bu rəqəmləri ala bilmədiyimiz üçün yazını hələlik təxminə rəqəmlər üzərində qurduq. Nə vaxt İHB rəsmi rəqəmlər təqdim edərsə, biz sizə real rəqəmləri təqdim edəcəyik. Hələlik, əldə etdiyimiz məlumata görə bu ilin 6 ayında bu rəqəm Masallıda 800 min manatdan artıqdır. Belə deyilsə, buyurun, rəsmi rəqəmləri siz açıqlayın).

İcra hakimiyyəti arzu etdiyimiz informasiyanı verməməkdə nələri əsas gətirir?

Deməli, Masallı Rayon İcra hakimiyyətindən büdcə gəlirləri, əsasən “vergi bonusları” əsasında əldə edilən qazancın necə xərclənməsi barədə məlumat almaq istədik.

İcra hakimiyyətinə aşağıdakı məzmunda sorğu göndərdik:

1. 2022-ci ildə rayonunun büdcə gəlirləri nə qədər olub?

2. Həmin gəlirlərdə yerli gəlirlərin payı nə qədərdir?

3. Rayonda göstərdiyi xidmətlərdən, əmlak icarəsi və sair gəlirləri nə qədər olub?

3. 2022-ci ildə rayonun büdcədənkənar fondunun həcmi nə qədər olub?

4. Bu fondun vəsaitləri hara xərclənib?

(Xərc maddələri üzrə bölgünü təqdim edə bilərsinizmi?)

2022-ci ildə rayonda şəhid ailəsi və aztəminatlı ailələrin sosial müdafiəsinə şəhərin büdcədənkənar fondundan nə qədər vəsait sərf olunub? Ərazilər üzrə neçə ailəyə və neçə manatlıq yardım edilib?
-----------------

Düşündük ki, Masallıda, ən azından icra hakimiyyətində halallıq, paklıq siyasəti aparılır, kimdənsə bir manat təmənna edilmir və belə şəraitdə aşkarlıqdan imtina edilməz, qanun çərçivəsində istədiyimiz məlumatı asanlıqla ala bilərik.

İlk gedişdə sorğumuz məmnunluqla qarşılandı. İHB-nin müavin Adəm müəllim bildirdi ki, məlumatın verilməsində heç bir problem yoxdur, məlumatın hazırlanması mühasib İlkin müəllimə həvalə edildi. Bir gün, beş gün... məlumatdan xəbər olmadı. Sonda bildirildi ki, məlumatı indi yox, ilin sonunda verərək. Görəsən, niyə? İlin sonuna kimi indiki icra strukturu qalacaqmı? Həmçinin bildirdik ki, bu ilin göstəricilərini verə bilmirsinizsə, 2022-ci ilin rəqəmlərini verin. Qısası, vermədilər.

Masallının icra hakimiyyətinin başçısı Araz Əhmədovun gördüyü işlərə kölgə salmaq istəməzdik. Dəfələrlə rayon sakinlərinin fikrini ifadə edərək yazmışıq ki, Araz müəllim halal, dinli-imanlı adamdır, bütün gücü ilə Masallının inkişafı üçün çalışır, qərəzdən, pisliklərdən uzaq adamdır. (elə indi də həmin fikirdəyik).

Həmçinin Araz müəllim mənə həmişə hörmətlə yanaşıb, xüsusi diqqət yetirib. Hətta mükafatlandırıb, Qapısı isə həmişə üzümə açıqdır.

Amma hələ də başa düşmürəm ki, belə açıq məlumatı verməkdən niyə imtina etdilər? Axı, niyə, niyə?

Söhbəti uzatmayaq. Səhv etmirəmsə, Gertsenin sözüdür ki, Rusiya mənə əzizdir, Həqiqət isə ondan da əzizdir.

Bu mənada bir jurnalist kimi, real məlumatlar mənə hər şeydən əzizdir. Hansı məmur belə məlumatları vermək istəmirsə, bizdə onun fəaliyyətinə açıq şübhələr yaranır.

Hələ də özüm üçün aydınlaşdıra bilmirəm ki, rayonumuzda “vergi bonusları”ndan gələn 100 min manatlarla pulların xərclənməsinin detalları haqqında məlumatlar görəsən niyə gizlədilir?

Pulun 25 faizi icradakı işçilərin əmək haqqına hər ay əlavə kimi verilirsə, çox yaxşı. Onlar həqiqətən çox çalışırlar. Arada bəzi “əyri-üyri” gedişləri olsa belə.

Pulun 50 faizi də şəhərin abadlıq işlərinə xərclənir. Hansı ki, bu bir neçə yüz min edir. Məhz burada müəyyən şübhələr yaranır. Doğrudan da, bu binada əsil halallıqdırsa, buyurun, hər şeyi detalları ilə məlumat verin.

Məsələn, sabiq icra başçısı Şahin Məmmədov “kommunxozun” 100 min manat pulunu onun hesabından şəhərin abadlığı üçün bu qurumun hesabına atdırmışdı. “Malı mala” qatıb, “kommunxozu” iflic vəziyyətinə saldı. Məhz buna görə o vaxt “vergi bonusunun” detalları açıqlanmır.

Götürək, imkansız, şəhid, qazı ailələrinə yardımlar. İnanmıram ki, kimsə bu vəsaitlərə tamah sala. Amma söhbətlər dolaşır ki, bu işdə bələdiyyələrin, sahibkarların, eləcə də icradan ayırmalar bir-birinə qarışdırılaraq qəribə mənzərə yaradılır.

Yeri gəlmişkən, burada bir haşiyə çıxaq.

Şəhidlərin baş daşı ilə bağlı şübhələr

2-ci Qarabağ savaşında qəhrəman şəhidlərimizin hər biri üçün baş daşları düzəldildi. Bu işdə heç kimi əməyini, vəsaitin əsirgəmədi. Rusiyadan həmyerlilərimiz 10 min manatlarla vəsait göndərdi, burada elə sahibkar, məmur min manatlarla pul xərclədi. Hətta icra aparatından, polislərdən də pul yığıldı.

Sonra bəlli oldu ki, hökumət bu məqsəd üçün, yəni hər şəhidin baş daşını hazırlamaq üçün 6 min manat pul ayırıb. Şübhələrimizi dəfələrlə efirdən səsləndirdik. Heç bir reaksiya olmadı. Düz adamsınızsa, bu məqsədlə yığılan vəsaiti açıq-aydın, bütün detalları ilə açıqlayın, bizim də şübhələr dağılsın.

Əgər doğrudan da bu işlərdə hamı səmimisinizsə, buyurun, bir ildə hər ərazidə neçə nəfərə və neçə manatlıq yardım etmisinizsə, detallı məlumat verin. Eləcə də sabiq icra başçısının dövründə hansı baş daşı kimin hesabına inşa edilibsə, dəqiq bildirin.

Bütün bu sadaladıqlarım ölkə başçısının regionların sosial-iqtisadi inkişafına , eləcə də şəhid ruhlarına ehtiramın nəticəsidir. Təəssüf ki, bəzi başçılar, xüsusən sabiq icra başçısı Şahin Məmmədov bu qayğını dəyərləndirmək əvəzinə, tez-tez “Evimi satıb həmin baş daşlarının pulunu verəcəm”, “Ləyaqət bazarda satılmır” və sair haylı-küylə, ritorik cümlələr bəyan edirdi.

Hətta 1-2 nəfər bu oyunların badına getdi.

Elə bu günlərimizdə “Ay filan yola 2 maşın çınqıl töküldü, filan kənddə bir aşmış dirək təmir olundu, filan yerdə 20-30 ağac əkildi ” və sair kimi informasiya yükü aşağı olan, bəsit xəbərlər eşidirik .

Biz isə daha real, xalqı düşündürən xəbərlər, yeni, daha vacib problemlərin statistikasın istəyirik. Məsələn,

- yeni dərs ilində neçə uşağın məktəbli forması, çantası yoxdur?

- Masallıda neçə ailənin mənzil şəraiti dözülməzdir?

- Masallıda neçə dilənçi var?

- Masallıda necə ali təhsilli mütəxəssislər illərdir işsizdir?

- Masallıda 40 yaşından yuxarı neçə qız-oğlanı hələ də imkansızlıqdan ailə həyatı qura bilmir?

Bəs bizə hansı məlumatları verirlər? Bizdə toyuqlar 6 ayda neçə yumurta istehsal edir.

Bəzi giley-güzarları sonraya saxlayaq.

Qeyd: Yazını paylaşmadan öncə rəy üçün icra hakimiyyətinə göndərdik. 5 gün keçsə də, xəbər yoxdur.

Bəlkə, nələrisə düz deməmişəm, nələri isə təhrif etmişik?

Buyurun, fikrinizi bildirin.

Araz müəllim, sizi çox istəyirik, rayonda saflıq, halallıq havasının çox durulacağına hədsiz ümidliyik. Ümidlərimizi qırmayın, işçilərinizə tapşırın, arzu etdiyimiz məlumatları bizə bildirsinlər. Bu, ölkə başçısının da, sizin də baş ucalığınızdır.

Elə belə deməyiblər ki, iş olanda Əyani, asan olur Bəyanı.

1-ci hissənin sonu.

Aşkarlıqla bağlı yazılarımız davamlı olacaq.
Cenub.az Zahir Əmənov

Ardını oxu...
Ölkəmizin səhiyyə sisteminin bərbad durumda olması heç kimə sirr deyil. Hələ uzun illər əvvəl sabiq səhiyyə naziri Əli İnsanovun, sonra keçmiş nazir Oqtay Şirəliyevin dövründə ölkə səhiyyəsi iflas həddinə gəlmişdi.
Təsəvvür edirsiniz, bütün imkanlı şəxslər Avropaya, az imkanlılar Türkiyə və İrana üz tutur. Kasıb təbəqə isə qalır Azərbaycan səhiyyəsinin ümidinə. Kasıbın həm cibini, həm də canını o məsələ...
Son illərdə, həkimin xəstə ayağın əvəzinə sağlam ayağı kəsməsi-amputasiya etməsi, kor bağırsaq əvəzinə nazik bağırsağı kəsməsi ölkədə söylənilir. Son illərdə isə səhiyyə naziri Teymur Musayevin, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əməlləri nəticəsində ölkə səhiyyəsində ikitirəlik yaranıb, kimin əli kimin cibindən çıxır bilinmir.
Təsəvvür edirsiniz, bir rayonun ərazisindəki onlarla tibb müəssisəsi birləşdirilərək, Allah qoymasa, Tibbi Mərkəzlər yaradılır və eyni adam həm doğum evinə, həm stomotoloji klinikaya, həm kardiloji məsələlərə və s. rəhbərlik edir.
Belə Tibbi Mərkəzlərdən biri də Xəzər rayonundakı Xəzər Tibbi Mərkəzidir (Publik hüquqi Şəxs). Mərkəzin BAŞ direktoru kim olsa yaxşıdır..? Bəbirov Tərlan Asif oğlu... Bəbirovun kimliyi barədə birazdan.
Gəlin, görək, Xəzər Tibbi Mərkəzinə hansı qurumlar daxildir: 26 saylı Birləşmiş Şəhər Xəstəxanası, 14 saylı Birləşmiş Şəhər Xəstəxanası, Zirə Sağlamlıq Mərkəzi, 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 3 nömrəli Uşaq Vərəm sanatoriyası, 7 nömrəli Vərəm əleyhinə dispanser, 45 nömrəli Şəhər Poliklinikası, “Qaranquş” Uroloji sanatoriyası, “Abşeron” mədə-bağırsaq sanatoriyası, Kəbirə Məmmədova adına Klinika, Respublika Uşaq sanatoriyası, 1 №-li Psixonevroloji Sosial Xidmət müəssisəsi, 5 saylı Uşaq vərəm sanatoriyası, “Günəşli” nevroloji sanatoriyası, Hərbi Dəniz Qüvvələrinin Mərdəkan İstirahət Pansionatı, Müharibə Veteranları Respublika Xəstəxanası, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Şağan Reabilitasiya pansionatı, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Mərdəkan Reabilitasiya pansionatı, Professor Gindes adına uşaq və yeniyetmələr üçün sümük vərəm sanatoriyası, 17 saylı şəhər poliklinikası, 4 saylı Uşaq sanatoriyası, Tibbi Reabilitasiya Mərkəzi, 1№-li Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün xidmət müəssisəsi, Sanatoriya-kurort reabilitasiya mərkəzi.
İndi əyani olaraq gördünüzmü, bir ADAMA bu qədər tibb müəssisəsini veriblər, o da sağa-sola idarə edir. Təsəvvür edirsiniz, bu adam Azərbaycan səhiyyəsində korrupsioner kimi ad çıxarıb, uzun illər Kliniki Tibbi Mərkəzin ( Semaşko) baş həkimi, sonra Bakı Sağlamlıq Mərkəzinin direktoru, daha sonra 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Və oradan da Xəzər rayonunun səhiyyəsinə təşrif buyurub və hazırda Mərkəzin Baş direktorudur.
Tərlan Bəbirov haqqında uzun-uzadı danışmaq və yazmaq istəmirik. Sadəcə, xatırlatma üçün onu qeyd edək ki, o, ölkənin ən böyük xəstəxanası olan “Semaşko”da çalışarkən hər qeysəriyyə doğuşundan ona 1000, təbii doğuşdan 500, cərrahiyyə laparoskopik əməliyyatlardan, sadə əməliyyatlardan, qəbul şöbəsindəki xəstələrdən, hətta rayondan gələn xəstələrdən nə isə çatırdı.
Tərlan Bəbirov xəstələrə dövlət hesabına verilən dərmanları, ərzağı pulla satırdı. “Semaşko”dakı həkimlər Tərlan Bəbirovun əlindən bezmişdi. İndi təsəvvürünüzə gətirin BELƏ BİR ADAMA Xəzər rayonundakı onlarla tibbi müəssisəsi tabe edilib.
Yuxarıdakı siyahıya yenidən baxın və vəziyyəti təsəvvür edin. Bütün bunlardan sonra Tərlan Bəbirovun elə əməlləri var ki...heç bir ölçüyə, əndazəyə sığmır.
Yaxın günlərdə tam dəqiqləşdirib Tərlan Bəbirovun Almaniyada hansı adla yaşadığını, Bakı Şəhər İcra Hakimiyyətində inspektor işlədiyi dövrü, Abbas Vəlibəyovla yaxın münasibətlərini və s. barədə yazı dərc edəcəyik. Bizi izləyin.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Teref.az yazır ki, İSBAM sədri Samir Adigözəlli QHT Agentliyində baş verən qanunsuzluqları və büdcə pullarının boş yerə sovrulmasının araşdırmasına davam edir. Araşdırması ilə bağlı Samir bəy yazır:
"Diqqət :
QHT Agentliyi 3 ayın təşkilatına 8000 qrant ayırıb.
" Jurnalistika Sənətkarlığına Dəstək" ictimai birliyi bir ayın içində qeydiyyatdan keçib və qrant müsabiqəsinə sənəd təqdim edib. İki ay sonra qalib elan olunur və 8000 manat qrant ayrılır.
QHT Agentliyində belə bir qayda var idi ən azı bir il fəaliyyəti olmalıdı.
Bir il fəaliyyəti olan təşkilata isə ən yuxarı 5000 manat qrant ayrıla bilərdi.
Agentlik qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə dəyişərək 3 ayın təşkilatına 8000 manat qrant verir. Və bu tək hal deyil.
Necə olur təşkilatlar var 5-10 ildir qeydiyyat gözləyir.
Bunlar isə bir zəngə hər işlərini görürlər.
Ardını oxu...
"Jurnalistika Sənətkarlığına Dəstək" birliyinin müsabiqədə qalib olmasının arxasında icraçı direktor Aygun Aliyeva xanım şəxsən dayanır.
Araşdırmalarımı davam etdirirəm . Bildirmək istəyirəm ki, adı çəkilən təşkilatlar, şəxslərlə heç bir qərəzim yoxdur.
Məsələ Dövlət Agentliyinin yol verdiyi qanunsuzluqları gündəmə gətirməkdir."
Teref.az
 
Ardını oxu...
Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şikayətçidir.

Qaynarinfo-nun məlumatına görə, iş adamı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, nazirliyin yüksək vəzifəsli şəxsləri müxtəlif üsullarla sahibi olduğu obyekti onun əlindən almaq istəyir.

Novruz Gülməmmədovun sözlərinə görə, "Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir.

Həmin il iş adamı Ağsu rayonunun Nüyüd bələdiyyəsindən torpaq sahəsi alıb:

"Ayrıca, iki nəfərdən də torpaq almışam. Beləliklə, 6 hektarlıq ərazidə istirahət mərkəzi qurmuşam. Oraya yüz minlərlə manat investisiya qoymuşam. Ərazini abadlaşdırmışam. Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunana qədər heç bir problem yox idi. Amma o, nazir təyin olunandan sonra müavini Vüqar Kərimov obyekti əlimdən alaraq yaxın dostlarından birinə vermək istəyir”, - sahibkar bildirib.

Novruz Gülməmmədov əlavə edib ki, bu məqsdələ ona qanunsuz cərimə yazıblar. "700 manat cərimə yazdılar. Məhkəməyə müraciət etdim. Məhkəmə inzibati xəta haqqında protokolu ləğv etdi. Bundan sonra təzyiqlər daha da gücləndi. Bu işin başından dayananlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və İnkişafı Xidməti Departamentinin rəisi Namiq Xıdırov olub. Mənim yuxarı instansiyalara şikayətlərimdən sonra vəzifəsindən azad edilib. Mən hər dəfə qanuni yollarla öz hüquqlarımı bərpa etdikdən sonra nazirlik başqa bir qanunsuzluqla obyektin qapadılmasına, ərazinin əlimdən alınmasına çalışır”, - iş adamı vurğulayıb.

Sahibkar deyib ki, nazirliyin əməkdaşları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib:
Ətraflı

"Mənə cavab məktubu gəldi ki, dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Şikayətim məndən qanunsuz ödənişlər tələb etməklə bağlı olub. Bütün bunlardan sonra nazirlik məni torpaq zəbt etməkdə ittiham etməyə başladı. Hətta barəmdə cinayət işinin başlanmasına da nail oldular. "Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Bütün bunlar isə ötən ildən başlayıb. Bəs 7 il niyə yadlarına düşmədi ki, mən torpaq zəbt etmişəm?”

Sahibkarın vəkili Türkel Süleymanlı bildirib ki, torpağın Nüyüd bələdiyyəsindən alınmasına dair sənəd var:

"Həmin möhürlü, imzalı rəsmi sənədi Novruz Gülməmmədova bələdiyyə verib. Müdafiə etdiyim şəxs də bu sənəd əsasında iş qurub. 6 hektarlıq abadlıq işləri aparıb, ora külli miqdarda investisiya qoyub, vaxtlı-vaxtında həmin əraziyə görə qanuni rüsumları ödəyib və s. Əgər Novruz Gülməmmədov torpaq zəbt edibsə, bəs o zaman bələdiyyənin bu sənədi nədir?”

Türkel Süleymanlı bildirib ki, qarşı tərəf sadəcə iş adamından qisas alır:

"Novruz Gülməmmədov işini qanuni əsaslarla görən bir iş adamıdır. Hər hansı qanunsuz işdən uzaqdır. Üzləşdiyi qanunsuzluqlara qarşı da qanun çərçivəsində, hüquqi müstəvidə mübarizə aparır. Novruz Gülməmmədov qarşı tərəfin qanunsuz əməllərini ictimailəşdirdiyinə, onlar barəsində müvafiq qurumlara şikayətlər etdiyinə görə ondan qisas alırlar”.

Baş verənlər barədə Novruz Gülməmmədov və Türkel Süleymanlının geniş çıxışını əks etdirən videomaterialı təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
İctimai sektorun öndə olan fəal subyektlərini sıradan çıxarmaq, məhv etmək məqsədiləri həyata keçirilir.
Milli donor QHT Agentliyi hökumət, partiya rəhbərləri, deputat, şair, aktyor, rəqqasə və sair və hətta Parlamentin şöbə müdirlərinə qrant ayırır. Ayrılan dövlət vəsaitinin çox böyük əksəriyyəti istiqaməti üzrə xərclənmir.
Konkret olaraq mənimsənilir.
İndi diqqətinizi ” İnkişafa doğru inteqrasiya” ictimai birliyinə yönəltmək istəyirəm. Bu birliyin sədri Ülviyyə Abdullayevadi.
Belə bir təşkilatın fəaliyyətindən xəbəriniz varmı? Vəya ictimai fəal, birlik sədri olaraq Ülviyyə Abdullayevanı tanıyırsınızmı?
Yaxşı necə olur ki, Mill Məclisin şöbə müdirinin müavini illərdir QHT Şurasından qrant ala bilər?
Bu ildə Parlamentin şöbə müdirinin müavininə Agentlik tərəfindən 20000 manat qrant ayrılır.
Axı kimdir bu adamları himayə edənlər?
İllərdir milyonlarla dövlətin büdcəsi havaya sovrulur, kimlərinsə ciblərinə axır.
Dövlətə, xalqa bundan böyük nə xəyanət olacaq.
Niyə dövlət qurumları burada baş verənləri fundamental əsaslı araşdırmaq iradəsi ortaya qoymurlar.
Bu milyonlarla bugün biz elə vətəndaş cəmiyyəti institutlarını ortaya çıxarardıq ki, düşmənlərimiz qabağımızda ötə bilməzdilər.
Bunları tarix qarşısında özümə borc bildiyim üçün yazıram. Bu xəyanətlərin , oğurluğun cavabını bir gün mütləq verəcəksiniz .
Azay Quliyev , Aygun Aliyeva məni susdurmağa çalışmayın , özbaşınalığlara cavab verin. QHT Müşahidə Şurasının üzvləri , siz də susmayın.

Samir Adıgözəlli , İSBAM sədri
Azinforum.az
Ardını oxu...
 
 
 

 

Ardını oxu...
Teref.az yazır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının rəhbəri Mirvari Gahramanli “Azəriqaz”ın vətəndaşlara qarşı haqsızlıqları ilə bağlı aşağıdakı statusu yazıb.
Yenə o məşhur 1555man????
Məlum olub ki, A.Qurbanovun adına olan mənzilindəki sayğaca kənar şəxslərin müdaxiləsi ona baha başa gəlib. Belə ki, idarə onun adına nə az, nə çox, düz 1555 (min beş yüz əlli beş) manat cərimə yazıb. Vətəndaşsa bu cəriməni qanunsuz hesab edir və fikrini də tam olaraq belə əsaslandırır:


Hazırda yay fəslinin ən qızmar günlərini yaşayırıq. Və təbii olaraq mövsümlə əlaqədar mavi yanacağa tələbatımız da xeyli azalıb. Tələbat azalsa da, təəssüf ki, “Azəriqaz” İstehsalat Birliyindən istehlakçıların narazılığı heç də səngimir. Abonentləri narazı salan əsas faktorlar isə qurumun qanunsuz və yarıtmaz fəaliyyəti ilə bağlıdır. Üstəlik, vətəndaşlar yerli idarələr tərəfindən müraciətlərinin araşdırılmadığından da giley-güzar edirlər.

Təsadüfi deyil ki, məhz KONKRET.az saytının redaksiyasına bir həftə ərzində “Azəriqaz”ın yerli orqanlarından və orada çalışan əməkdaşlardan şikayətçi olan üç vətəndaş üz tutub.

Əməkdaşımız ilk növbədə Gəncə şəhər sakini Azər Cəbrayıl oğlu Qurbanovun şikayətini araşdırıb. Məlum olub ki, A.Qurbanovun adına olan mənzilindəki sayğaca kənar şəxslərin müdaxiləsi ona baha başa gəlib. Belə ki, idarə onun adına nə az, nə çox, düz 1555 (min beş yüz əlli beş) manat cərimə yazıb. Vətəndaşsa bu cəriməni qanunsuz hesab edir və fikrini də tam olaraq belə əsaslandırır:

“Mən 03.04.2023-cü il tarixdə Gəncə şəhər Nizami rayon Göygöl – Şəmkir yolunun cənub-qərb tərəfində, 28-ci sahədə yerləşən həyət evimdə “Azəriqaz”ın hasarın çöl tərəfində quraşdırdığı qaz sayğacının üz hissəsinin naməlum səbəbdən sındığını gördüm. Dərhal sahə nəzarətçisi ilə əlaqə saxladım və yerindəcə baxış keçirilməsini təmin etdirdim. Bir müddət sonra “Azəriqaz”ın qaynar xətti ilə əlaqə saxladığım vaxt mənə bu haqda polisə və idarəyə məlumat verdiyim təqdirdə heç bir ödəniş olmayacağını bildirdilər. Sonra bu haqda həm “Azəriqaz”a, həm də polisə yazılı şəkildə məlumat verdim. Məlumat üçün bildirim ki, polisə işin gedişatı barədə dəfələrlə müraciət etsəm də, heç bir rəsmi məlumat almamışam, şifahi olaraq məsələnin araşdırıldığını bildiriblər.

Məlumdur ki, qaz sayğacı abunəçinin nəzarət edə bilmədiyi yerə quraşdırıldıqda vətəndaşın ona cavabdeh olması praktik olaraq mümkün deyil. Buna baxmayaraq, sayğacı dəyişmək üçün 91 manat 21 qəpik məbləği mənə ödətdilər. Bu azmış kimi, bir neçə gün sonra sahə nəzarətçisi mənə zəng edərək, həmin sayğacın laboratoriyaya göndərildiyini və guya müdaxilə olunduğu üçün mənə 1555 manat cərimə yazıldığını bildirdi. Halbuki həmin ünvanda bütün ödənişlər vaxtında ödənilmiş, nəzarətçi sayğaca mütəmadi baxış keçirmiş və son iki ilə yaxın müddətdə evdə, ümumiyyətlə, yaşayış olmamışdır. “Azəriqaz”ın sonuncu təqdim etdiyi sənəddə də heç bir borcun olmadığı göstərilib. Buna baxmayaraq, nəzarətçi tərəfindən mənə həmin ünvana 1555 manat borc yazıldığı şifahi olaraq bildirildi. Beləliklə, həmin cərimə ofsaytda qalıb. Və əziyyətini çəkən də hazırda həmin evi satdığım yeni mülkiyyətçidir. Onu qazla təchiz etmirlər”.

A.Qurbanov bir məsələni də xüsusi olaraq vurğulayır ki, qanunla “Azəriqaz” tərəfindən qazlaşdırma aparılan zaman abonentlərlə müqavilə bağlanmalıdır. Amma bir istehlakçı kimi onunla idarə arasında heç bir müqavilə mövcud deyil. Və elə bu faktor da məsələnin hüquqi müstəvidə həll edilməsinə imkan vermir:

“Adıma cərimə yazılıb, amma qərardadını mənə vermirlər. Onlara deyirəm ki, bəs mən adıma cərimə yazıldığını necə sübut edim? Tutaq ki, sizi məhkəməyə vermək istəyirəm. Onda necə olsun? Sonradan məlum olub ki, bunlar mənimlə müqavilə bağlamadıqlarına görə iş dolaşıb. Yəni evi qazla təchiz ediblər və bir kod açıb deyiblər ki, borcun yarandıqca ödə. İndi də məsələmizi məhkəmə vasitəsilə də həll edə bilmirik”.

Abonent bildirir ki, ümumiyyətlə, sayğacın vətəndaşın nəzarətindən kənarda qaldığı halda onun məsuliyyətinin məcburi şəkildə sənədlə vətəndaşın üzərinə qoyulması absurddur:

“Odur ki, sizdən bu kimi dələduzluqla istehlakçı hüquqlarını pozan, öz büdcələrini belə hiylələrlə doldurmağa çalışan saxtakar qrupların qarşısını almaqda mənə yardımçı olmağınızı xahiş edirəm. İstehlakçı hüquqlarımın qorunmasında, adıma yazılan qanunsuz borcun silinməsində dəstəyinizə çox ehtiyacım var. Sonda onu da xahiş edirəm ki, KİV vasitəsilə “Azəriqaz”ın insanları necə aldatdığını ən yüksək dövlət orqanlarının diqqətinə çatdırasınız”.

Beləcə müraciətdən də aydın olur ki, adıçəkilən dövlət qurumundan vətəndaş narazılığı heç də əsassız deyil və məsələ ciddi şəkildə araşdırılaraq mütləq müvafiq tədbirlər görülməlidir. Bəs görəsən, “Azəriqaz” rəsmiləri bu barədə nə düşünür?

Məsələni aydınlaşdırmaq üçün ilk əlaqə saxladığımız, daha doğrusu, zəngimizə yeganə cavab verən şəxs ərazi üzrə nəzarətçi Elvin Kərimov oldu. O, bizə idarənin iş prinsipi barədə qısa məlumat verərək, sayğac quraşdırılan zaman abonentlə müqavilə bağlandığına diqqət çəkdi. Bildirdi ki, müqavilədə də qeyd olunduğu kimi, sayğac sıradan çıxdığı halda cavabdeh şəxs birbaşa ev yiyəsidir:

“Sayğac da qırılanda qanunla polisə müraciət olunur. Polis sayğaca xələl yetirəni tapanda cəriməni (laboratoriya tərəfindən qoyulan cərimə – E.K.) həmin insan ödəyir. Lakin polis həmin şəxsi tapmayanda abonent polisdən kağız alıb gətirməlidir ki, hadisəni törədən şəxs tapılmayıb. Və bu halda cəriməni abonent özü ödəməlidir. Azər Qurbanovun da məsələsində qırılan sayğacın dəyəri onun tərəfindən ödənilib (91 manat 21 qəpik) və yenisi ilə əvəz olunub. Cərimə isə köhnə sayğacın hesablama mexanizminə müdaxilə olunduğu üçün tətbiq edilib. Abonent hara getsə də, bu, müdaxilədir. Və əgər buna etiraz edirsə, idarəni məhkəməyə verməlidir”.

Elvin Kərimova idarə ilə abonent arasında müqavilə bağlanmadığını dedikdə isə o, bundan xəbərsiz olduğunu bildirdi. Və məsələ ilə bağlı idarə rəhbərliyindən daha dolğun məlumat əldə edə biləcəyimizi diqqətə çatdırdı.

Təəssüf ki, dəfələrlə zəng etdiyimiz Göygöl Qaz İstismar Sahəsinin rəisi Şahlar Məmmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

“Azəriqaz” İB-in sözçüsü Eldəniz Vəliyevə ünvanladığımız sorğumuza da cavab ala bilmədiyimizdən, media vasitəsilə üzümüzü birliyin baş direktoru Ruslan Əliyevə tutmaq məcburiyyətindəyik. Cənab direktor, nə qədər ki, payız-qış mövsümü başlamayıb, abonentlərə yaratdığınız süni texniki problemlərin həllini sürətləndirin, bir zəhmət! Onsuz da soyuq havalarda satdığınız limitli qazla insanların dilindən düşmürsünüz. Barı indidən əyər-əskiyinizi düzəldin ki, ölkədə sosial gərginliyin bir parçası olmayasınız!

KONKRET.az
Ardını oxu...
Yeni Günəşli qəsəbəsinin sakinləri məişət tullantılarının və plastik qabların yandırılması nəticəsində ətrafa yayılan qoxudan və ağır hava kütləsindən şikayətçidirlər.

“Günlərdir bu vəziyyətdəyik. Bu isti havada qapı-pəncərəni bağlasaq da, üfunət, yandırılmış zibilin iyi xüsusilə gecələr evin içinə dolur”, – sakinlər deyir.

Şikayətçilərin sözlərinə görə, artıq 1 aya yaxındır Köhnə və Yeni Günəşli, o cümlədən, Zığ qəsəbəsinin sakinləri üfunətdən zəhərlənirlər. Bununla bağlı Xətai və Suraxanı rayon icra hakimiyyətlərinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

“Günəşli ərazisində açıq sahəyə tullantılar atılır və xüsusilə gecələr yandırılır. Dəfələrlə ərazidə yanğın baş verib, söndürülsə də, tüstü bir neçə gün davam edib”,- sakinlərdən Həsən Hüseynov bildirib.

Şikayətçilər deyirlər ki, ərazi Xətai və Suraxanı rayonları arasında yerləşir.

“Yol Abbas Fətullayev küçəsindən keçir. Əraziyə məişət və tikinti tullantıları yığılır. Bir neçə dəfə şikayətlərdən sonra təmizlik işləri aparılsa da, yenidən zibilliyin yandırılması baş verir”,– sakinlər deyiblər.

Həsən Hüseynov qeyd edib ki, hətta Günəşli sakinləri toplaşaraq məsələyə etirazlarını bildiriblər. Toplanmış zibil yandırılanda tüstülənmə günlərlə davam edir. Külək üfunəti Zığ qəsəbəsindən keçməklə Zığ kəndinə qədər yayır.

“Təsəvvür edin ki, torpağın altında basdırılmış köhnə avtomobil təkərləri, plastik tullantılar yandırılarkən ətrafa necə zəhər yayılır və on minlərlə sakin günlərdir həmin havanı udurlar. Bu məsələyə bir aydan çoxdur əncam çəkən yoxdur. Yolboyu avtotəmir sexləri yerləşir. Həmin sexlər də güman ki, zibillərini bu əraziyə atır”,- şikayətçilərdən biri deyib.

Başqa bir sakin isə deyib ki, qapı-pəncərəni bağlayıb kondisionerləri işə salmaq da mümkün olmur, çünki bu dəfə də üfunət kondisioner vasitəsilə içəri daxil olur:
Ardını oxu...
Ardını oxu...
“Fövqəladə Hallar Nazirliyinə tüstülənmə və yanğınla bağlı məlumat verməkdən bezmişik. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Gəlib yanğını söndürməklə iş bitmir, ərazidə kompleks tədbirlər görülməli, tullantılardan təmizlənməli, cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır”.

Zığ Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, həmin üfunətdən xəbərdardılar, lakin ərazi onların sahəsinə aid deyil.

Xətai Rayon İcra Hakimiyyətindən də sözügedən ərazinin onlara aid olmadığını bildirilblər.
Eyni zamanda, Suraxanı Rayon İcra Hakimiyyətindən də bildiriblər ki, yanğın olan ərazi Suraxanı rayonunun inzibati ərazisinə aid deyil:

“Bununla belə, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Meydan TV-yə deyiblər ki, sakinlərin şikayəti ilə əraziyə baxış keçirilib və ərazi tullantılardan təmizlənib.
Sakinlər isə üfunətin hələ də davam etdiyini bildirirlər.
 

Dünyapress TV

Xəbər lenti