Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.
Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir! Nəinki iş gedir, həm də tikinti sahibləri sözün həqiqi mənasında ərazidə özlərini dövlətdən və qanundan üstün aparırlar. Məsələn, bir neçə gün öncə binanın arxasında, poçt şöbəsinin həyətində aparılan qazıntı işləri rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alsa da hələ ki, cəzalanan olmayıb.
Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir! Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?
Lənkəranda danışırlar ki, “balıq başdan iylənər”, baş memarı rəhbərlikdən icazəsiz bu işləri necə görə bilib? Ən azı istintaq bu suallara cavab tapmalıdır. Oxşar hadisə Abşeron İH-də də olmuşdu. Baş memarın həbsindən bir neçə ay sonra İradə Gülməmmədova başçı vəzifəsini itirdi. Belə iddialar səslənir ki, Lənkəranda da eyni qərar təkrarlana bilər. Taleh Qaraşov özünü bu işdən nə qədər uzaq tutmağa çalışsa da artıq xoruzun quyruğu görünməyə başlayıb. Belə ki, iki gün öncə ərazidə aparılmış qazıntı işləri zamanı küçə yolunun altı da qazılaraq yararsız hala salınıb. Dünən bura Lənkəran şəhər icra nümayəndəsi gəıib tikinti sahibləri ilə görüşür və anlaşmadan sonra nə qədər qəribə olsa da yo bir qədər də daralır. Belə bir durumda Taleh Qaraşovun hadisədən, daha doğrusu tam qanunsuzluqdan xəbərsiz olduğunu necə düşünmək olar. Bizə daxil olan məlumata görə işin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oglu durur. Bununla bağlı isə növbəti yazımızda…
Sözün düzü, haqqında yazmaq istədiyimiz Qartal Tikinti Firması ilə bağlı mediada çox az, hətta cüzi informasiyaya rast gələ bildik. Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə tikinti kooperativləri, firmaları açılıb, fəaliyyət göstərib. Bunlardan biri də “Arzu” adlı şirkət olub. Sonradan bu firma adını dəyişərək Qartal Tikinti Firmasına çevrilib. Firmanın adını niyə dəyişməsi başqa bir yazının mövzusudur. Və niyə məhz QARTAL..? Beləliklə Qartal Tikinti Firmasının fəaliyyəti ilə tanışlıq üçün firmanın https://qartal.az/ adlı saytına daxil oluruq. Və adi bir tikinti firmasının bu boyda sturuktura malik olması təəccübümüzə səbəb olur. Vallahi heç nazirliklərin, komitələrin bu boyda stukturu yoxdur. Firmanın saytında qeyd olunur: Qartal Tikinti Firması Azərbaycanda İnşaat Bazarında hündürlükdə işlər, telekomunnikasiya obyektlərinin tikintisi, xüsusi təyinatlı obyektlərin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləri ilə məşğul olur. Deməli, bu firma Azərbaycanda hündür qüllələr tikir, amma o qüllələrdən neçə nəfərin yıxılması və…bağlı mediada bircə xəbər də yoxdur. Bunlar hələ harasdır..? Qartal Tikinti Firmasının hətta Təlim-Tədris Mərkəzi də var və ona bu icazəni vaxtilə “Qosstandart” deyilən qurum verib. Deməli Qartal Firması müxtəlif şəxslərə inşaat işləri ilə bağlı sertifikat verə bilər. Görəsən adi bir firmaya bu boyda səlahiyyətləri nə üçün veriblər. Biz hələ hərbi obyektlərin tikintisindən, radar quraşdırılmasından-zaddan danışmırıq. Məlumat üçün qeyd edək ki, firmanın direktoru Şahin İdris oğlu Məmmədovdur. Firmanın saytından görünür ki, bu adamın xeyli sayda müavini, müşaviri-zadı var. Və ən əsası vəzifəli şəxslərin çoxu öz qonum-əqrəbasıdır. Şübhəniz varsa, buyurun firmanın saytına daxil olub baxın: Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır. Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. Çox maraqlıdır bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən , onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə …edib….? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini bəyənmir. Görəsən bu adam kimə bu qədər güvənir..? Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib QARTAL qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də başını soxur. Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız Hüquq Mühafizə Orqanlarının, onun barəsində istintaq işinin başlanmasına bəs edər….
Azərbaycanda fəaliyyət göstərən və qida-ərzaq istehsal edən şirkətlərin millətimizin gələcəyinə, sağlamlığına, genefonduna vurduğu zərbə o qədər dəhşətli oldu ki, cənab Prezident bu məqsədlə ayrıca bir dövlət qurumu yaratmalı oldu: Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA, sədri Qoşqar Təhməzli ). Amma neçə ildir fəaliyyət göstərməsinə baxmayaraq AQTA bu sahədə ciddi dönüş yarada bilmədi, əksinə özü rüşvət və korrupsiya məkanına çevrildi. Millətimizin sağlamlığına zərbə vuran şirkətlərdən biri də “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Məlumat üçün bildirək ki, MMC 2005-ci ildə yaradılıb. Dövlətimizin sahibkarlara yaratdığı münbit şəraitdən istifadə edərək milyonlar qazanan bəzi şirkətlər insanlarımızın sağlamlığına çox ağır zərbələr vururlar. Belə ki, “Ayan” MMC ilk fəaliyyət dövründə ölkənin istehlak bazarına “Beloçka” tumları ilə girməyə başaldı. Və yaxşı da qazandı. Amma bu tumlar haradan gəlirdi, Krasnodarda yaşayan ermənilərlə iş birliyi və s. məsələlər şirkətin üzərinə qara kölgə salırdı. Bütün bunlar azmış kimi “Beloçka” tumlarında qorxulu bağırsaq çöplərinin olması, tumlardan müxtəlif zərərli əşyaların çıxması, kiflənmiş tumların müştəriləri zəhərləməsi və s. şirkətin nüfuzuna böyük zərbə vurdu. Bəli, “Ayan” MMC istehsal etdiyi tumların vasitəsilə istehlakçıların hüquqlarını pozurdu. Və istər-istəməz şirkətin nüfuzu aşağı düşürdü. Belə olanda “Ayan” şirkətinin rəhbərliyi ölkə bazarına başqa bir məhsulla girmək qərarına gəldi. Və “Qızıl Quyu” limonadları istehsal etməyə başaldı. Əlbəttə istilərin bir neçə ay çəkdiyi ölkəmizdə insanların sərinləşdirici sulara olan tələbatı böyükdür. Amma... Əmması odur ki, bəzi işbazların sexləri keyfiyyətsiz su istehsal edərək vətəndaşları aldadır. Təəssüf ki, tərkibində kimyəvi qatqılar olan bəzi sular və limonadlar insanların sağlamlığına ciddi ziyan vurur. Mediada yayılan xəbərlərdən bəlli olur ki, “Qızıl Quyu” limonadlarının tərkibi keyfiyyətli deyil. «Yeyinti məhsulları haqqında” Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. «Qızıl Quyu» limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Deyilənə görə, bu limonadların hazırlandığı sexlərdə anti-sanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir. Onu da bildirək ki, spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər. Məlumata görə isə, «Qızıl Quyu» limonadları nəzərdə tutulan vaxtdan daha çox saxlanılır və dükanlara paylanır. Həmçinin limonadların orqonoleptiki, fiziki-kimyəvi göstəriciləri normalara cavab vermir. Müvafiq qurumların nümayəndələri MMC-nin fəaliyyətini yoxlasa, neqativ halların olub-olmadığı üzə çıxar. Fikir verdinizmi, ölkəmizdə istehsal edilən suların çoxu normalara cavab vermir. Amma “Qızıl Quyu”nun reklamında deyirlər ki, guya, içkiyə qatılan su Şahdağdan termostat çənlərlə zavoda gətirilir. İnanan daşa dönsün... Şirkətin saytında armud, gilənar, tərxun, qızılgül, zirinc, üzüm, feyxoa və s. məhsullardan sərinləşdirici içkilər hazırlanır. Adama deyərlər ki, bu qədər məhsul haradandır...? Hamısı meyvələrin tozudur, su qarışdırıb satırsınız.... Biz “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Bayramov Elman Halay oğlunun başqa əməlləri barədə yazmırıq. Hətta Elman Bayramovun Ramiz Mehdiyevin Krasnodardakı qohumları ilə əlaqələri və s. başqa bir yazının mövzusudur. Bizi izləyin. Gündəlik Bakı
Goranboy rayonu, Baxçakürd kənd sakini Əsgərov Əlişir Yusif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qaraciyər sirrozu, Hepatit C xəstəsi olan bibisi Əsgərova Afət Sarı qızı həkim səhlənkarlığı nəticəsində əziyyət çəkir:
"Mən, Əsgərov Əlişir Yusif oğlu, yazaraq sizdən xahiş edirəm ki, bizim şikayətimizi ictimailəşdirin. Biz savadsız Rauf həkimin əlindən təngə gəlmişik. Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Rauf bütün xəstələrlə kobud davranır. Bu həkim öz vəzifəsini layiqincə yerinə yetirmədiyindən, mən ondan şikayətçi olmuşam. Bu səbəbdən də, mənim xəstəmə zülm verərək, onu öldürməyə çalışır.
Xahiş edirəm, bu həkimin özbaşınalığına son qoyulsun. “Kasıbın pulu yoxdursa, ölməlidir”, - deyə bir qanun yoxdur. Amma Goranboyda tibb işçiləri arasında “həkimə verməyə pulun yoxdursa, ölməlisən” deyə bir “qanun” var".
Məsələ ilə bağlı Goranboy Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayaraq Rauf həkimlə danışmaq istədiyimizi bildirsək də, onun əlaqə nömrəsini bizə vermədilər.
Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.
Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir! Nəinki iş gedir, həm də tikinti sahibləri sözün həqiqi mənasında ərazidə özlərini dövlətdən və qanundan üstün aparırlar. Məsələn, bir neçə gün öncə binanın arxasında, poçt şöbəsinin həyətində aparılan qazıntı işləri rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alsa da hələ ki, cəzalanan olmayıb.
Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir! Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?
Lənkəranda danışırlar ki, “balıq başdan iylənər”, baş memarı rəhbərlikdən icazəsiz bu işləri necə görə bilib? Ən azı istintaq bu suallara cavab tapmalıdır. Oxşar hadisə Abşeron İH-də də olmuşdu. Baş memarın həbsindən bir neçə ay sonra İradə Gülməmmədova başçı vəzifəsini itirdi. Belə iddialar səslənir ki, Lənkəranda da eyni qərar təkrarlana bilər. Taleh Qaraşov özünü bu işdən nə qədər uzaq tutmağa çalışsa da artıq xoruzun quyruğu görünməyə başlayıb. Belə ki, iki gün öncə ərazidə aparılmış qazıntı işləri zamanı küçə yolunun altı da qazılaraq yararsız hala salınıb. Dünən bura Lənkəran şəhər icra nümayəndəsi gəıib tikinti sahibləri ilə görüşür və anlaşmadan sonra nə qədər qəribə olsa da yo bir qədər də daralır. Belə bir durumda Taleh Qaraşovun hadisədən, daha doğrusu tam qanunsuzluqdan xəbərsiz olduğunu necə düşünmək olar. Bizə daxil olan məlumata görə işin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oglu durur. Bununla bağlı isə növbəti yazımızda…
P.S. Yazı saytımızda dərc olunduqdan sonra Lənkəran icra hakimiyyəti cumhuriyyet.az-a açıqlama göndərib. Qarşı tərəfin cavab haqqı olaraq açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq: “Bildiririk ki, sözügedən ünvanda qazıntı işlərinin aparılması ilə bağlı informasiya Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olan kimi Memarlıq və tikinti şöbəsinin əməkdaşları hadisə yerinə getmiş, qazıntı işlərinin dayandırılması dərhal təmin edilmiş və məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılmışdır. Bununla yanaşı, sahibkarla müvafiq söhbətlər aparılmış, ona ərazinin əvvəlki vəziyyətinə qaytarılması bildirilmiş və məsələ nəzarətə götürülmüşdür.”
P.P.S. Ərazidəki durumla bağlı aldığımız son məlumata görə, qazıntı kanalizasiya xəttinin çəkilişinə görə dayandırılıb.
DİA.AZ: - Artıq iri iş adamlarının bəzzi vergi məmruları ilə əlbir olaraq dövlət büdcəsinə XƏYANƏT ETMƏLƏRİ ənənə halını alıb, desək, yanılmarıq. Hər halda həm hüquq mühafizə orqanlarının, həm də yerli KİV-in ifşa etdiyi faktların sayının artması belə deməyə əsas yaradır. Elə DİA.AZ olaraq bizlər də bu dəfə sözügedən qəbildən növbəti İFŞA FAKTINI təqdim edəcəyik.
Bəri başdan qeyd edək ki, əlimizdə olan faktlarda dövlət büdcəsindən külli miqdarda vəsaitin gizlədilməsinin sübutu var və bu səbəbdən daha geniş materialı diqqətinizə çatdıracağıq. Hələliksə, ilkin informasiyaları təqdim edirik.
Söhbət "Carçığlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevin dövlətdən gizlətdiyi ciddi həcmli vəsaitlərdən gedir. Qeyd edək ki, bir ara "yuxarıda" ayrı-ayrı məmurların himayəsi altında görünürmüş kimi olan Elçin Carçıyevin adı eyni zamanda müxtəlif maliyyə qalmaqallarında da hallanır.
Biz isə onun büdcədən oğurladıqlarından yazacağıq. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, ilk əvvəl "İdxal" MMC adı altında spirtli içkilərin satışı ilə məşğul olan "Carçığlu Qrup" MMC-də aşkar şəkildə "ikili buxalteriya" hesabatı tutulur ki, bu da nəticədə dövlət büdcəsindən böyük həcmdə vəsaitin vergi şəklində yayındırılmasına gətirib çıxarır.
Bizim əlimizdə olan sənədlərdə söhbət 2-5 milyonluq büdcə oğurluğundan gedir. Amma daha böyük vəsaitin büdcədən gizlədilməsi faktı mövcuddur. Bununla bağlı araşdırmalarımız davam etdiyindən və eyni zamanda əlimizdəki faktları hüquqi baxımdan da araşdırmağa çalışdığımızdan daha geniş bilgiləri yaxın günlərdə - həm də konkret şikayətçi düşən "Carçığlu Qrup" MMC-nin sabiq əməkdaşlarından birinin dili ilə təqdim edəcəyik.
Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....
"Məlum müzakirəyə dəvət olunanda mən ora Qurani-Kərim ilə getdim. Bunu ona görə açıqlayıram ki, həm Müşahidə Şurasının sədri Azay Quliyev, həm də Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirir ki, vicdanımıza and olsun, bu qanunsuzluqlarda, ədalətsizliklərdə bizim əlimiz yoxdur. Bunu həqiqətən də heç kəs boynuna almır. Qurani-Kərimi qarşılarına qoydum, dedim ki, müsəlman ölkəsiyik, sizin də etiqadınız İslamdır. Əgər vicdanınıza and içirsizsə, əlinizi qurana basıb and için ki, müsabiqənin keçirilməsində şəffaf, ədalətli olmuşuq".
Bu sözləri Sitat.info-ya açıqlamasında İSBAAM sədri Samir Adigözəlli deyib. O bildirib ki, Azay Quliyev və Aygün Əliyeva Qurana əl basmadılar: "Hər halda ki, bu öz işləridir, özləri bilər. Bunu mən QHT rəhbərlərinin qarşısında etdim. Adminstrasiyanın nümayəndəsi orada idi. Çünki mən də, cəmiyyət də 100 faiz inanırıq ki, bu müsabiqədə yalan, şəffafsızlıq, oğurluq, korrupsiya var. Quranı qarşılarına qoyub, and işmələrini istədim. Ancaq əl basmadılar. Həmin təşkilatların da bir qisminin siyahısını orada təqdim etdim, amma ona da münasibət bildirə bilmədilər, dedilər araşdıracağıq. Bunlar ciddi faktlardır. Araşdırma ilə iş bitmir, konkret münasibətlər lazımdır. Əgər Azərbaycanın ictimai sektorunda bu qədər rüsvayçılıq hökm sürürsə və qarşısı alınmırsa bu Azərbaycan üçün xoş vəziyyət deyil".
Məsələ ilə bağlı deputat Azay Quliyevlə əlaqə saxlayıb, məsələyə münasibətini öyrənməyə çalışsaq da, mobil telefonuna zəng çatmadı.
Adları çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq.
Su tələb edən Ağdam sakini Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həbs etdirilib.
TEREF.AZ bildirir ki, bu barədə Yenicag.az-a Ağdam rayon sakini Həsənov Nazim Çingiz oğlu məlumat verib.
Şikayətçinin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbslə cəzalandırıblar:
“Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk. Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermirdi. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm. Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm. Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”.
Nazim Həsənovun sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona “rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib:
“Su istəmək üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun qəbuluna getdim. Ona dedim ki, torpağım susuzluqdan yanır. Su istədim. Problemləri onun nəzəriə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, mənimlə kobud danışır, ona 5 sutka həbs verin. Dediyi kimi də oldu. Mənə 5 sutka həbs verdilər. Mənimlə prinsip aparırlar. İcra başçısı üzümə qarşı dedi ki, torpağınız işğaldan azad olunub, rədd olub gedin öz torpağınızı əkib-becərin, imkan verin kənd sakinləri o torpaqdan istifadə etsin”.
Nazim Həsənov ölkə rəhbərliyinə müracət edərək, haqsızlığın aradan qaldırılmasında yardım istəyib.