Ardını oxu...
Jurnalist Sevinc Vaqifqızı atasının ölümündə Azərbaycan səhiyyə sistemini günahlandırıb.

Jurnalist bu barədə Feysbuk hesabında yazıb.

O, həkimlərin və xəstəxanaların xəstələrə yanaşmasının necə qeyri-insani olduğunu faktlarla izah edib.

Sevinc Vaqifqızı yazır:

"Atamın halı pisləşəndə Şəkidə idik. Dəhlizdən keçəndə nəfəs alarkən xırıldadığını eşitdim və otağına keçəndə dedi, "deyəsən şəkərim qalxıb". Təcili yardıma zəng etdim ki, maşın göndərsinlər, atam şəkərinin qalxmağından şübhələnir. Dedilər ki, bizdə şəkər aparatı yoxdur. "Maşın göndərsək, çox gec olacaq. Elə oradan taksi tapıb özünüz xəstəxanaya gətirin".

Atamın ürəyində problem yarandığından şübhələndim. Taksinin arxa oturacağına uzatdım ki, infarkt keçiribsə, tərpənməməlidir. Şəkidə tikilən yeni klinikaya apardıq. Nəfəs darlığı var, saturasiyası 81 olub, amma növbətçi həkimlər yerindən tərpənmir. Muzeydə eksponata baxan kimi oturub xəstəyə baxırlar.

"Vəziyyəti ağırdır, bəlkə, bir tədbir görəsiniz" deyirəm, heç kim yerindən qalxmır. Axırda rentgenə apardılar, məlum oldu ki, aparatları işləmir. Dedilər, 20 dəqiqə sonra gəlin. Baş həkimin yanına qalxdım. O da aşağı, təcili yardıma zəng edib dedi ki, "elə eləyəcəksiniz axırda təcili yardımı bağlayacam.

Xəstənin yiyəsi niyə yuxarı qalxıb mənə şikayət etməlidir? Niyə xəstəyə baxmırsınız? Orada kimin növbəsidir? (Kiminsə adı çəkilir).

Həə, aydındır, deyirəm axı, hər şey onun növbəsində olur".

Telefonu yerə qoyandan sonra əlini boğazına aparıb: "Bura qədər yığılmışam", - deyir. Elə bil işini bilməyən əməkdaşlarını işdən çıxarmaq onun səlahiyyətlərinə aid deyil.

Baş həkim dedi: "Arxayın olun, düşün aşağı nə lazımdır edəcəklər".

Atamı yenidən rentgen müayinəsinə apardılar. Məlum oldu ki, ikitərəfli pnevmaniyadır. Ürəyinin kardioqrammasın çıxardılar. Həkim baxıb dedi ki, "ürəyi qızılgül kimidir, heç nəyi yoxdur".

Daha sonra öyrənəcəkdim ki, həkimin "qızılgül kimidir" dediyi vaxt əslində atam infarkt keçiribmiş.

Atamı burada saxlaya bilməzdik, Bakıya aparmağa qərar verdik. Şəkidəki xəstəxanadan dedilər ki, bizim təcili yardım maşınlarında olan oksigen aparatı 1-2 saatlıqdır, uzun yol üçün nəzərdə tutulmayıb. Məcbur qalıb ən yaxında olan Mingəçevirdən təcili yardım maşını çağırdıq.

Atamı Baku Medical Plazanın Babək filialına gətirib çıxardıq. Burada xəstənin və xəstəxananın hüquq, öhdəlikləri ilə bağlı sənədləri imzalayandan sonra üçüncü bir sənəd gəldi. Orada yazılmışdı ki, "xəstəxanamızın xidmətlərindən narazı qaldığınız halda bunu heç bir sosial şəbəkə hesabında, KİV-də paylaşmayacaqsınız". Buna etiraz edib imzalamadım.

Xəstəxananın rəhbərliyindən bir şəxs gəldi və soruşdu ki, niyə həmin sənədə qol çəkməmişəm. Bildirdim ki, bu, mənim ifadə azadlığıma müdaxilədir və heç kim mənə şikayətçi olduğum halda bunu bildirməyi qadağan edə bilməz. Üstəlik də bu, Konstitusiyaya ziddir. Rəhbər şəxs razılaşmadı və bildirdi ki, bu sənədi onların hüquqşünasları tərtib edib.

Mən yenə imzalamayacağımı dedim, o da işçilərinə "gereyi nedirse, yapın" deyib, getdi. Daha sonra öyrəndim ki, atamı bu sənədi imzalamadığıma görə xəstəxanadan çıxarmaq istəyirmiş, amma ağıllı adamlarından birinin məsələyə qarışmasından sonra bunu etməyib.

Atam 13 gün bu xəstəxanada yatılı müalicə aldı. Ciyərinə yığılan suyun ürəyindən qaynaqlandığını dedilər. Mərkəzi Klinikada tanıdığımız kardioloqun müayinəsinə apardıq. İlk dəfə burada icbari sığorta xidmətindən istifadə edə bildik.

Baku Medical Plazanın İcbari Tibbi Sığorta ilə müqaviləsi olmadığına görə heç bir güzəştdən istifadə etmək mümkün deyildi, üstəlik də xəstəxananın günlük xərcləri fantastik idi.

Ürəyinin müayinəsindən sonra həkimlər ümidsiz idi. Nəzarətsiz şəkəri damarlarını tıxamışdı. Nə stend qoyulmalı, nə də açıq ürək əməliyyatına salınacaq vəziyyətdə idi. Bir ümid vardı ki, özünü toparlasın, daha sonra MRT vasitəsilə sağlam toxuma tapılsa, ürək əməliyyatına girsin.

Məsləhət gördülər ki, atam Yeni Klinikada 4-5 gün yatılı müalicə alsın və daha sonra MRT edilsin.

Yeni Klinikaya gedəndə anamgilə deyiblər ki, reanimasiyada yer yoxdur. Çətinliklə nəfəs alan atama da qol çəkdiriblər ki, öz xoşu ilə burada müalicə almaqdan imtina edir.

Mərkəzi Klinikada çalışan həkimi məsləhət gördü ki, onun tanıdığı həkim 5 nömrəli xəstəxanada çalışır və atamı ona etibar edə bilərik. Yeni Klinika atamı yerləşdirməkdən imtina etdi deyə evə gətirdik. Buradan təcili yardımla 5 nömrəli xəstəxanaya aparılması üçün 103-ə zəng elədim. 45 dəqiqə ərzində heç kim gəlmədi.

Operator deyirdi ki, bütün həkimlərimiz çağırışdadır, ona görə gözləyək. Hər dəfə zəng edəndə "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir, xahiş edirəm, nəzərə alın" deyirdim. O da "narahat olmayın, həkimlər gələn kimi göndərəcəyik" deyirdilər.

Qohumlarımızdan iki nəfər "təcili yardım elə yaxınlıqdadır" deyib əraziyə getdilər. Gedib görüblər ki, otaqdan həkimlər çıxır, qapıda da 3 təcili yardım maşını var.

Aydın olur ki, həkimlər çağırışda deyil, otaqlarında dincəlirmiş. Amma mən hər dəfə telefonda onlara deyirdim ki, "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir".

Nəticədə təcili yardım özü gəlməkdən, qohumlarımız onları götürüb gəldi. 44 dərəcə isti və təcili yardımda havalandırma sistemi yoxdur. Qan-tər içində 5 nömrəli xəstəxanaya çatdıq. Elə ayağımızı liftə atan kimi məlum oldu ki, lifti hərəkətə gətirmək üçün açarlar ancaq həkimlərdədir və yuxarı qalxmaq üçün onlara 1 manat vermək lazımdır. Atamı reanimasiyaya yerləşdirdik və öz həkimlərinin yazdığı reseptləri, dərmanları da onlara verdik ki, bu dərmanları vaxtlı vaxtında ona versinlər.

Növbəti gün anam atamı görməyə gələndə görüb ki, əyni-başı su içində, kondinsioneri söndürüblər və 44 dərəcə istidə bir neçə nəfərlik otaqda nəfəs darlığı yaşayır. Həmin gün üçün təyin olunan dərmanlarını da verməyiblər. Gəlib atamı xəstəxanadan çıxarmaq istəyəndə qarşıma bir sənəd qoydular. Öz xoşumla xəstəni xəstəxanadan çıxardığımı yazdım. Şikayətim nədəndir hissəsinə, "həkimlərdən şikayətim var" qeydini qoydum.

Həkim etiraz etdi ki, əgər bu yazdığım şikayəti dəyişməsəm, xəstəni xəstəxanadan çıxara bilmərəm. Mən də dedim, dünən həkim bacımdan rüşvət istəyib, nəfəs darlığı yaşayan, ikitərəfli pnevmaniyası olan adamın əyni su içində, paltarı dəyişdirilməyib, dərmanları verilməyib, həkimlərdən niyə razı qalmalıyam? İsrar etdi ki, "şəraitdən narazıyam, həkimlərdən yox" yazım, yoxsa xəstəni buradan çıxara bilmərəm.

Mən də dedim ki, xəstəni çıxarıram, kimin hünəri var, qarşıma çıxıb desin ki, çıxara bilməzsən. Atamı xəstəxanadan çıxardım və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirdik.

17 günlük mücadiləsindən sonra atamın ürəyi dayandı. Amma 5 nömrəli xəstəxananın həkimləri hələ də tanıdığımız bir həkim vasitəsilə bizə söz göndərirlər ki, "ona deyin, gəlsin şikayətini geri götürsün".

5 nömrəli xəstəxanada anamdan 20 manat istəyən həkimə o, 50 manat vermişdi. Demişdi ki, "siz bilsəniz ki, mənim yoldaşım necə gözəl insandır, qoymazsınız ona nəsə olsun".
Amma dəyəri pul olan həkim üçün bu sözlər heç nəyi ifadə etmirdi".
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qarabağ düşməndən azad olsa da, bəzi məmurlar Qarabağ adı ilə bağlı qurumların başında dayanmasına baxmayaraq, düşməndən az pislik etmirlər. Anaxeber.info məlumat verir ki, Qarabağ Regional Mədəniyyət İdarəsi həmin qurumlardan biridir. İdarə rəisi Qalib Həsənov işçilərə münasibətdə özünü yadelli kimi aparır. Belə olmasaydı, 1700 nəfərin maaşını almasına əngəl olmazdı. Belə ki, gələn xəbərlərə görə, mədəniyyət sahəsində işləyənlər
hələ də əmək haqlarını almayıblar. İşçilərin maaş kartının istifadə müddətinə bir neçə ay qalmağına baxmayaraq, maaş kartını bloklayıblar. Əgər maaşı "Kapital bank"dan kartsız almaq istəyən olsa, onda da bank 10 manat xidmət haqqı tutur. Halbuki mədəniyyət işçiləri maaşı həmin bankdan alırlar. Lakin Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov kartların vaxtının qurtarmasına hələ qalmış onları özbaşına şəkildə dəyişdirmək fikrinə düşüb. Əvvəla, hansı səlahiyyəti var ki, belə qərar versin? İkincisi, marağı nədir ki, işçilərin maaş kartını vaxtından əvvəl dəyişdirir? Üstəlik, maaş kartını dəyişməyə 5 manat tələb edir ki, açıq şəkildə qanunsuzluqdur. İşçi sayı isə nə az, nə çox, 1700 nəfəri təkcə Bərdə və Tərtər rayonlarındadır. Mədəniyyət nazirinə maaşların ödənilməsi haqda yalan məlumat verən Qalib Həsənov görəsən kimə arxayındır? Ümumiyyətlə, nazirlik maaşların verilməsilə maraqlanıbmı? Niyə öyrənmək istəmirlər ki, 1700 nəfər nədən şikayətçidir? Qalib Həsənovun bu əməli barədə heç bir dəqiqləşdirmə aparılmır. Sanki problem Mədəniyyət Nazirliyinə aid deyil. Sosial şəraitin çətin dövründə maaşların gecikdirilməsi ciddi problem yaradır. Hər halda yeni nazir 1700 nəfərin səsinə səs verəcək.

Anaxeber.info
Ardını oxu...
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, müasir tələblərə cavab verən infrastruktur layihələrin reallaşmasına dövlət büdcəsindən MİLYONLARLA vəsaitin xərcləndiyi bir vaxtda Yevlaxın icra başçısı isə əlavə israfçılığa yol verib.
Bu haqda Dünyanınsəsi.Az saytına Yevlax sakinləri tərəfindən videofakt göndəriblər.
Yevlax sakinləri qeyd edirlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin mərkəz hissəsində yerləşən H.Əliyev prospekti yenidən qurulmuşdur.
Yəni 2009-2010-cu illərdə Ulu öndərin adına olan bu prospekt başdan-başa yollarına asfalt əvəzinə sabiq icra başçısı E.Vəliyev tərəfindən daşla örtük çəkilmişdir.Yenicə təyin edilən icra başçısı isə bu daş yol örtüyünü hazırda traktorlarla dağıtdırmaqla MİLYONLARLA büdcəmizdən xərclən vəsaitlər havaya uçurmğa qərar verib.Görəsən gənc icra bşçısı cənab Anar Tağıyev düşmən istilasından, belə demək mümkünsə tufanından, qasırğasından son nəfəsində qurtulmuş ərazilərin, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlərin, şəhərlərin bu gün dövlətimizin sayəsində gülüstana dönməsində eləcə də bərpa olunmasında israfçılığa yol verərkən nə düşündüyünün fərqindədirmi? Bu hal öz-özlüyündə Prezidentin “Böyük Qayıdış” siyasətinə zərbə deyilmi? Həm də onu qeyd edək ki, Yevlax rayonun əksər küçələrində görüləsi çoxlu işlər ola-ola yeni salınan yolun dağıtdırlması isə başa düşüləsi deyil..
Redaksiya olaraq maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.
Daha ətraflı Videosüjetdə….

 

Ardını oxu...
Uşaq bağçaları, körpələr evi problemi uzun illərdir ki, davam edir. Təkcə bir faktı qeyd edək ki, uşaq bağçaları və körpələr evində çalışan müəllimələrin, müdirələrin çoxunun ali təhsili, bəzilərinin isə ümumiyyətlə, orta ixtisas təhsili yoxdur. Belə olan halda məktəbəqədər körpələri məktəblərə necə hazırlamaq olar..?
Biz hətta uzun müddət uşaq bağçaları və körpələr evinin icra hakimiyyətlərinə tabe etdirilməsindən sonra yaranan xeyli sayda problemləri demirik. Ümumiyyətlə, rüşvət və korrupsiya hətta uşaq bağçalarına və körpələr evinə də yol açıb. Uşaq bağçalarının, körpələr evinin müdirləri, tərbiyəçilər, dayələr dövlətin uşaqlar üçün ayırdığı ərzaq və qidaları mənimsəyirlər.
Bu hələ harasıdır..? Uşaq bağçalarında, körpələr evində “ölü canlar” kimi xeyli sayda tərbiyəçi, dayə, gözətçi kağız üzərində fəaliyyət göstərir, yəni onların adı işdə getsə də, özləri işə gəlmir və onların əmək haqqlarını bağça müdirləri alıb mənimsəyirlər.
Dəfələrlə canlı videomateriallarda uşaq bağçalarında körpələrin incidilməsinin, hətta döyülməsinin şahidi olmuşuq.
Paytaxt Bakının böyük rayonlarından biri olan Yasamal rayonunda da 50-dən artıq uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Yasamal Rayon İcra Hakimiyyətinin saytındakı Yasamal rayonunda yerləşən məktəbəqədər uşaq müəssisələrinin 54 №-li körpələr evi – uşaq bağçası da var. İnşaatçılar pr.40 ünvanında yerləşən bu uşaq bağçasına Sultanova Gülnarə Fəxrəddin qızı rəhbərlik edir.
Ümumiyyətlə, bu körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı dəfələrlə sosial şəbəkədə yazıblar, valideynlər şikayət ediblər. Bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılması burada adi hal alıb. Bundan başqa faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsi də ciddi araşdırılmalıdır.
Bəli, Gülnarə Sultanova uşaq bağçasını özünün şəxsi obyektinə çevirib. Bu azmış kimi Gülnarə Sultanova əlavə 3-4 uşaq bağçasına da “ağbirçəklik” edir... Bu məqamda Gülnarə Sultanovanın özəl həyatına toxunmadan qeyd etmək istəyirik ki, uşaq bağçaları, körpələr evi həm də TƏLİM-TƏRBİYƏ məkanıdır. Gülnarə Sultanova kimilərin burada çalışması məqsədəuyğun deyil. Yəqin söz sahibi nə demək istədiyimizi başa düşəcək...
Şikayətçilər deyir ki, Gülnarə Sultanova ancaq bir söz bilir: “Bağçada boş yer yoxdur...” Amma pulu görən kimi hansısa sirli qüvvə uşaq bağçasında bir dəqiqəyə yer boşaldır, ya da yeni yer açır...
Gülnarə Sultanova həm də maklerlik edir, uşaq bağçalarının ərazisinin satılıb-alınmasında iştirak edir... Yəni bu adam üçün pul hər şey deməkdir...
Bütün bunlar azmış kimi redaksiyamıza daxil olan bir məlumat xeyli təəccübümüzə səbəb oldu. Deməli, Gülnarə Sultanova və onun bina tikən mərhum həyat yoldaşı bağçanın ərazisini zəbt edərək orada hündürmərtəbəli bina tikiblər. Bu, başqa yazının mövzusudur. Bu hələ harasıdır..?
Deməli, Gülnarə Sultanova həm də talış separatçısı, ölkəmizə qarşı xaricdən təbliğat apara-apara dünyasını dəyişən Əlikram Hümbətovun qohumu imiş...
İndi söz Bakı Şəhər Təhsil İdarəsinindir. Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin Zərdab DAİM-də sabiq baş məsləhətçisi Zərdab Rayonu Dəkkəoba kənd sakini Əhmədov Şəmsi Fazəddin oğlu yeni ittihamlarla çıxış edib. DİA.AZ olaraq KTN mütəxəssisinin ifşa etdiyi yeni KORRUPSİYA faktını olduğu kimi təqdim edirik:

"Kənd Təsərrüfatı Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyəti 2020 ci ildə hesabat verərək Zərdab rayonu ərazisində 2520 hektar pambıq əkildiyini və bundan 7684 ton məhsul əldə edildiyini orta məhsuldarlığın 30.5 sentner olduğu bildirmişlər.

Rəsmi statisitka bu cürdür.Amma indi məlum olub ki Kənd Təsərrüfatı Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyəti cənab Prezidentə səhv məlumat veriblər.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azəraqrar MMC 2020 ci ildə 300 hektar, Aqrobaz MMC isə 310 hektar ərazidə pambıq əkinləri bəyan edərək subsidiya almış, lakin bu əkinlər rəsmi statistikada göstərilməmişdir.

Burdan da məlum olur ki məhsuldarlıq əslində 30.5 sentner yox 24.5 sentner olub.

Məncə bu məsələ ilə əlaqədar ictimaiyyətə hesabat verilməlidir ki, Zərdab RİH ölkə rəhbərliyaini niyə aldadıb...."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Teref.az xəbər verir ki, Bakının mərkəzində Fəvvarələr meydanında qanunsuz tikinti aşkar olunub.

Müəmmalı da olsa bu tikinti başa çatdıqdan sonra onun qanunsuz inşa edildiyi bəlli olub.

Bu gün isə tikinti sökülüb. Ərazidə rəsmi nümayəndələr olsa da heç kim açıqlama vermək istəməyib.

Ətraflı RTV-nin reportajında

 
Ardını oxu...
Teref.az yazır ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin daxilində baş verən maliyyə pozuntuları ilə bağlı açıqlamalarını sosial şəbəkələrdə yaymaqda davam edir.Bu dəfə Agentliyin sədri deputat Azay Quliyevin evini paylaşarak yenə öz ritorik sullarını verib:
"Hörmətli media,
Hörmətli ictimaiyyət;
Bugünkü araşdırmama QHT Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyevin Pirşağıdaki bağ evi - Villası ilə davam edirəm.
Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən Villa kompleksində Azay müəllim stadionda yaradıb.
Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib.
Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə, İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həmdə video çıxışla.
Aydın məsələdir ki Azay Quliyev millət vəkili maaşı ilə fantastik komforta, mulklərə sahib olması mümkün deyil.
Neçə -neçə QHT rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar, bunlarda isə pulun artiqligina bax özlərinə stadion tikirlər.
Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır.
Samir Adigozelli"
Teref.az olaraq ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin sərəncamı ilə Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Seyidov bu sistemdə uzun illərdən bəri ənənə halını alan rüşvət və digər neqativ hallarla mübarizəyə başlayıb.

Qeyd edək ki, ötən müddət ərzində istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla onların yaxınlarının görüşü zaman tələb olunan rüşvət ləğv edilib.

Bundan başqa məhkumların qida təminatında da müsbət irəlləyişlərin olduğu deyilir.

Belə ki, bu addım indiyədək normal qidadan mərhum olan minlərlə imkansız məhbus üçün sevindirici olub.

Bundan başqa Penitensiar Xidmətin yeni rəisi vaxtından əvvəl cəzadan azadetmə məsələlərini də prioritet seçib.

Əvvəllər bu hal üçün məhkumlardan, onların yaxınlarından rüşvət müqabilində məhkəmə üçün müsbət rəy məktubu yazılırdısa, indi bu qanunsuz tələb aradan götürülüb.

Ancaq indi yeni rəisin tapşırığına əsasən müəssisə rəhbərliyi qanunla müəyyən olunan müddəti başa vuran bütün məhkumlarn sənədlərini zamanında yerli məhkəmələrə təqdim edir.

Gununsesi.info-nun araşdırması zamanı Penitensiar Xidmət rəisinin bu sahədə ciddi dönüşə səbəb olacaq qərarları bəzi müəssisə rəislərinin ürəyincə olmayıb.

Belələrindən biri də Şəki Penitensiar Müsəssisəsinin rəisi Fərhad Hüseynovdur. Qeyd edək ki, Avropa standartlarına uyğun qurulan bu müəssisə həm təcridxana, həm də ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən ibarətdir.

Bildirilir ki, məhkumlara qarşı qanunsuz davranış, onların görüşə gələn yaxınlarından pul tələb edilməsi kimi köhnə ənənələr hələ də burada dayandırılmayıb.

İddiaya görə, müəssisəyə ilk daxil olan məhkum 14 günlük karantindən vaxtından əvvəl çıxmaq üçün 500 manat verməlidir. Bundan başqa təcridxanada iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir, istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manat, tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl ailə üzvülərinlə görüşmək 300 manat və sairə hamısına pul ödənilməlidir.

“Məhkumların yaxınları ilə görüşdə əvvəlki dövrlərdəki kimi rüşvətlə həll olunur” deyə məhkum yaxınları əlavə edib.

Məhkum yaxınları mətbuat vasitəsilə Mirsaleh Seyidovun bu müəssisəyə xüsusi diqqət göstərməsini xahiş edir. //Gununsesi.info//
 
 
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində rayonlarda ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network) şəbəkəsi qurulur. Layihə çərçivəsində rayon və kəndlərdə müasir standartlara cavab verən fiber-optik kabellərlə çəkilir.

TEREF.AZ bildirir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə, Ağdam rayonunun kəndlərində GPON layihəsini həyata keçirən “İTTNET” MMC şirkəti korrupsiya hallarına yol verib. Belə ki, şirkət rəhbərliyinin Ağdamın Zəngişalı, Baharı və s. kəndlərində GPON layihəsi çərçivəsində intenet kabellərinin çəkilişi zamanı istifadə olunan dirəklərin bir hissəsinin mənimsənildiyi bildirilir.

Məlumata görə kəndlərdə internet kabelləri üçün basdırılan dirəklərin məsafə arası 100 metrə yaxındır. Əslində isə çəkiliş layihəsində bu məsafənin 30-40 metr arasında olduğu göstərilib.

Bundan başqa, “İTTNET” MMC rəhbərliyinin dirəklərin basdırılması və kabellərin çəkilişi zamanı görülən işləri 2 dəfə şişirtdiyi deyilir. Belə ki, çəkilişdə işləyən işçilər sənəddə aldıqları vəsaitdən 2 dəfə artığına qol çəkərək, kartlarına vurulan həmin vəsaiti “İTTNET” MMC rəhbərliyinə qaytarıblar.

Əldə etdiyimiz məlumata görə, “İTTNET” MMC-nin Ağdam rayonun kəndlərində yol verdiyi korrupsiya əməllərinə şirkətin GPON Layihəsinin qurulması üzrə rəhbəri Arif Fərzəliyev adlı şəxs rəhbərlik edir.

Şirkət hazırda Tərtər rayonunun kəndlərində də GPON Layihəsini həyata keçirir.

Bildirək ki, “İTTNET” MMC şirkətinin direktoru Cəbrayıl Abbasov adlı şəxsdir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Otən gün Lənkəran şəhərində poçt xidmətinin fəaliyyətinə yaradılan problem haqqında yazmışdıq. “Cənub bölgəsində sahibkardan dövlətə şok təxribat: Lənkəranda poçt rabitəsi iflic edildi”
başlıqlı yazımızda bildirmişdik ki, Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binasının ətrafında, binanın arxasında, poçt şöbəsinin həyətində aparılan qazıntı işləri rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alsa da hələ ki, cəzalanan olmayıb.

Onu da qeyd edək ki, sözügedən bina dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb. Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar. Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çırkab suları axıtmaqa və kanalizaçiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdu. Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir! Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib!
Sözügedən tikinti qonşuluqda yaşayan vətəndaşları ciddi narahat edir və müvafiq dövlət qurumlarına, surəti cumhuriyyet.az-a göndərilən məktublarda deyilir: “Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında, Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarliq planlaşdırma bölməsi Lənkəran Şəhər İcra Hakimiyyəti iləra zılaşdırılmışdır. Mansard əvəzinə əlavə mərtəbədə tikinti-quraşdırma işlərinin aparilması aşkar edildiyindən şəhər icra hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 20 avqust 2021-ci il tarixdə 0521 nömrəli qərarla tikinti işləri dayandırılmışdır. Bir daha tikinti işlərinin yenidən davam etdirildiyi aşkar edilmiş və agentlik tərəfindən 23 sentyabr 2021-ci il tarixdə inzibati qaydada protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”na uyğun tədbirlər görülməsindən ötrü 18 noyabr 2022-ci il tarixdə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi məktub göndərilmişdir. Amma yuxarıda qeyd edilən qanun pozuntusunun aşkarlanmasına baxmayaraq qeyri-qanuni tikilən tikiliyə Şirvan inzibati-məhkəməsində hakim Nəcəfov Hilal Nəcəfəli oğlu tərəfindən (Qeydiyyat nömrəsi 2222016234) 08.12.2022-ci il taqixli qərara əsasən, çıxarış verilmişdir.
Şirvan inzibati-məhkəməsində işi aparan hakim Nəcəfov Hilal Nəcəfəli oğlu bu başı bəlalı tikiliyə hansı qərara əsasən cıxarış verib, anlamaq mümkün deyil. Tikilinin qeyri-qanuni olması haqqinda, verilən çıxarışdan öncə, yuxarıda qeyd edilən qanun pozuntusu ilə əlaqəli sənədlər yetərincədir. Necə olur ki, Azərbaycan Respublikası arxitektura komitəsi və ya FHN Tikintiyə Nəzarət, Lənkəran icra hakimiyyəti, Dövlət Reyestri idarəsi bu tikilinin qeyri-qanuni olduğunu bildirir, amma Şirvan inzabati məhkəməsində, ədalət təmsilçisi olan Nəcəfov Hilal Nəcəfəli oğlu bu tikiliyə çıxarış verilməsi haqda qərar çıxarır?”
 

Dünyapress TV

Xəbər lenti