Ardını oxu...
Bəli, bu yazı,haqqında söhbət açmaq istədiyimiz Göyçay rayon Çərəkə kənd sakini olan Əhmədovlar ailəsinin ağlasıgmaz faciəsi fonunda qələmə alınıb .
Yazıda göstərmişdik ki, Çərəkə sakini Akif Əhmədov üç il əvvəl Göyçay rayon xəstəxanasında Famil həkim tərəfindən qarnından əməliyyat olunub.Bir müddət sonra əməliyyatın fəsadları ortaya çıxıb.Sən demə Famil həkim əməliyyat zamanı səhvə yol verib.Akif Əhmədovu düzgün əməliyyat etməyib.Bu səbəbdən də o,agır duruma düşüb.Famil həkim isə səhvini boynuna almaq istəməyib.Bu azmış kimi, şərəf və ləyaqətini təhqir etdiyini bildirərək Akif kişinin məhkəməyə verib Belə olan halda Akif Əhmədov Səhiyyə Nazirliyinin Ekspertiza Birliyində ekspertizadan keçib, səhhətindəki problemin həkimin səhvi səbəbindən baş verdiyi təsdiqlənib.Bununla razılaşmayan Famil həkim ikinci ekspertiza keçirilməsi iddiası qaldırıb.Bu dəfə nə qədər təəccüblü olsa da Ekspertiza Birliyinin ekspertiza rəyində dəyişiklik edilib.İkinci rəydə Akif Əhmədovun səhhətində yaranan problemin həkimin günahı ucbatından baş verdiyi ehtimal olunub (?)
Akif Əhmədov bununla baglı yenidən Eksperiza Birliyinə getməli olub,onu qəbul edən olmayıb .
Oradan Səhiyyə Nazirliyinə üz tutub, təzədən onu Ekspertiza Birliyinə göndəriblər.Bu dəfə Birliyin direktor müavini Ziya müəllim onu qəbul edib və rəylə baglı səhvə yol verdiklərini, lakin bunu açıb ağartmamağı xahiş edir . (Birliyň direktoru Ədalət müəllim “ədalət” naminə gözdən -könüldən uzaq gəzməyə çoxdan adətkərdə olub.,)Bir daha rayon prokurorluğundan göndəriş alıb gəlməyi, yenidən ekspertizadan keçirmələrini bildirib.Ancaq. rayon prokurorunun köməkçisi Nicat müəllim ona göndəriş verməkdən imtina edib(?)
İki dəfə göndəriş vermişik, bəsdir,deyib.
Bunun ardınca A.Əhmədovu rayona çagırıblar.
Orada ona Respublika prokurorluğun nəzarətində olan bu işi bağlamaq üçün verdikləri vərəqə qol çəkməsini istəyiblər.O qolu çəkməyəndə cibindən 164 manat pulunu və nəvələri üçün aldığı qələm-dəftərləri götürərək özünü də döyüblər. Özündən getmiş adamın üzünə su atıb həyətdəki agacın dibinə qoyublar dediyinə görə.Bir müddət sonra özünə gəlib.Yenidən respublika prokurorluğuna işin qanunsuz olaraq baglandıgını bildirib, qəbula gedib.Lakin qəbul etməyiblər.Deyiblər ki, rayona get,tapşırarıq təzədən işi qaldırırlar.
Onu da deyək ki, Akif Əhmədov səhhətindəki problemlə baglı göndırişlə əvvəlcə Mingəçevir xəstəxanasına göndərilib.Orada ona bildiriblər ki, onu əməliyyat etmək onlarlıq deyil.O, Mingəçevirdə özəl bir xəstəxanaya da baş çəkib.Orada isə ona əməliyyat üçün 10 min manat pul,iki vedrə qan və əməliyyat üçün bagırsaq gətirmək lazım olduğunu deyiblər.
Bəli, şikayətçi bu dəfə göndərişlə Respublikanski xəstəxanasına göndərilib.Orada Xosrov həkim onlarla görüşüb, sonra kimsə eşitməsin deyə əl-üz yuyan yerə aparıb və 30 min manat əməliyyata pul ödəmək gərəkliyini bildirib.Üstəlik əməliyyatın ugurlu olacagına təminat da verməyib. Göndərişin lazımsız bir kağız parçası olduğunu ona başa salıb.
Ümidsiz halda kor peşman geriyə qayıdıb.
Sentyabr ayının 7–sində isə məhkəmə olacaq.İndi gəl kasıb, kimsəsiz bir ailənin ailə faciəsinə acımasız yanaşanları qınaq hədəfinə çevirmə .Göndırişlə xəstəxanaya göndərilən xəstəni başdan edib yola salmaq bütövlükdə cəmiyyətimizə, qanunlarımıza qarşı hədyandan başqa bir şey deyil.İndi Akif Əhmədovun yeganə ümid yeri ölkə başçısı möhtərəm İlham Əliyev cənablarıdır.
Bəli, Göyçayda” mənim qanunum məni belə qoruyur.”Respublikanski xəstəxanasında sığortalı göndəriş kağızına belə “diqqət”göstərilir.
Faciə yaşayan ailəyə görəsən sahib çıxan hansısa dövlət qurumu tapılacaqmı?
aktualxeber.az
 

Ardını oxu...
DİA.AZ: - Keçən həftə bir şikayət materialını təqdim etmişdik.

YAZISI BURADA: “Nazir müavini “obyekt”imi əlimdən alır” - İş adamı Novruz Gülməmmədov ÇIXILMAZ DURUMDA

Məlumatdan aydın olurdu ki, Ağsu rayonunda fəaliyyət göstərən “Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovu onun obyektini ələ keçirmək istədiyini iddia edir. DİA.AZ olaraq onu da xəbər vermişdik ki, bu iddia ilə bağlı keçən həftə sahibkar tərəfindən mətbuat konfransı da düzənlənmişdi.

Bu dəfə isə sözügedən obyekt ətrafında tamam başqa bir qalmaqal cərəyan etməkdədir. DİA.AZ bildirir ki, bu barədə azerinfo.info saytı bir material təqdim edib. Həmin materialda qeyd olunur:



“2014-cü ildən Ağsu rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarında tikilərək 2015-ci ildə fəaliyyət göstərməyə başlayan “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinə əslən Laçın rayonundan olan təcrübəli iş adamı Novruz Gülməmmədov rəhbərlik edir. Ötən illər ərzində həm zəhmət, həm də xeyli vəsait sərfi hesabına infrastrukturu təkmilləşdirilən obyektin fəaliyyəti müştərilərdə məmnunluq, xidmətin keyfiyyəti razılıq doğururdu.

Ancaq çox təəssüf ki, Novruz müəllimə elə öz laçınlısı, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydiyyaytda olan Əsədov Adil Əsəd oğlu aldadıb.
Dələduzluqda təqsirləndirilən Adil Əsədov daha kimlərin pulunu mənimsəyib? - cənab Prezidentimizin nəzərinə

Administrator kimi işə cəlb olunan Adil istirahət mərkəzinə 32000 (otuz iki min) manat ziyan vurub.



Bu üzdən müəssisə təmsilçiləri kimi Gülməmmədov Novruz Şöhlət oğlu və Ağamalıyev Tohid Əliş oğlu ondan şikayətçidirlər. Hal-hazırda onların şikayəti üzrə açılan iş Ağsu rayon məhkəməsindədir. Əsədov Adil Əsəd oğlu AR Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4 maddələri ilə təqsirləndirilir.
Bundan başqa, Adil Əsədov istirahət mərkəzinə işə cəlb etdiyi zəhmətkeş insanları da aldatmış, işlədərək pullarını verməmiş, 30-a dək şəxsə müxtəlif məbləğlərdə ziyan vurmuşdur.



Zərərçəkmiş Qurbanova Sürəyya Əyyub qızı Goranboy rayon qeydiyyatındadır. Deyir ki, ailə başçısını itirəndən sonra tənha ana kimi oğlunu min əzaba qatlaşmaqla böyüdüb. İndi də nəvələri ilə qayğılanır. Deyir ki, Mingəçevir şəhərində kafelərin birində baş aşpaz işləyirmiş. 2019-cu ilin mart ayında Adilin yağlı vədlərinə aldanaraq iş yerini “Şöhlətoğlu”ya dəyişir. Adil ona ilk iki ayın maaşını ödədikdən sonrakı vaxtda ödənişi qırıq-qırıq etməyə başlayıb. Ən nəhayət, ümumiyyətlə ödəniş etməyib. Ümumilikdə 560 (beş yüz altmış) manat zəhmət haqqını mənimsəyib. Zənglərə cavab verməyib, telefonu açanda isə təhqiramiz ifadələrlə cavab verib, “get, hara istəyirsən, şikayət et” deyib. Sürəyya xanım Adili polisə şikayət edib. Daha sonra iş prokurorluğa, nəhayət, Ağsu rayon məhkəməsinə ötürülüb.
Ağcabədi rayonunun Təzəkənd kənd sakini İbrahimov Fərahim Ərziman oğlu da Adilin toruna düşüb. Fərahim onun təklifi ilə “Şöhlətoğlu” istirahət mərkəzinə işə girib. İlk iki həftənin məvacibini verib, sonrakı müddətdə işlədiyinin haqqını isə ödəməyib. Üst-üstə 1300 (bir min üç yüz) manat pulunu mənimsəyib. Redaksiyamıza göndərdiyi video-müraciətində F.İbrahimov Ağsu rayon məhkəməsindən ədalətli qərar gözlədiyini deyir.
Hörmətli oxuculardan xahiş edirik ki, fotoşəklini təqdim etdiyimiz Adil Əsədovdan ziyan görən şəxslər varsa, redaksiyamıza xəbər versinlər".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
     

Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsində kütləvi narazılıqla bağlı susqunluq nümayiş etdirir. Anaxeber.info məlumat verir ki, regional idarənin işçiləri artıq üsyan həddinə çatdırılıb. Buna səbəb əmək haqlarının ödənməməsi və xeyli vaxtdır ki, yubadılmasıdır. Hazırda 1700 nəfər işçinin maaş kartı yenilənməlidir ki, hələ də bu məsələ həllini tapmır. Səbəb isə sadədir - idarə rəisi maaş kartını yeniləmək üçün hər işçidən 5 manat tələb edir. Bu isə 1700 nəfəri hesablayanda böyük məbləğ edir. Görünür ki, idarə rəisi tez vaxtda varlanmaq, yaxud da yay istirahətini xaricdə keçirmək niyyətindədir.
Bu barədə sosial şəbəkədə xəbərlər yayılıb. Bildirilir ki, bu yaxınlarda idarəyə yeni təyin olunan rəis Qalib Həsənov işçilərin məzuniyyət hüquqlarını pozmaqdadır. İddialara görə, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir, iyul ayının əmək haqları da ödənilmir. Halbuki, artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılıb. Mədəniyyət Nazirliyi araşdırma aparılacağını açıqlasa da, heç bir nəticə yoxdur. Faktiki olaraq, işçilər hər gün bankomata yaxınlaşsa da, balansda bir qəpik də olmadığı üzə çıxır. Beləcə , idarə rəisi Qalib Həsənov mədəniyyət nazirini aldatmaqla, mədəniyyət sahəsində çalışan işçiləri nazirliyə qarşı qiyama qaldırmaqla məşğuldur. Bu, həm də dövləti sabotaj etməkdir. İlin-günün bu vaxtında idarə rəisi 1700 nəfəri qanunsuz şəkildə maaşdan məhrum edib.

Anaxeber.info


DİA.AZ: - İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar
Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT sektorunu silkələməkdə davam edir. DİA.AZ-ın məlumatına görə, İSBAM sədri bu qəbildən olan növbəti araşdırma materialı ilə çıxış edib. Həmin araşdırmanı təqdim edirik:

"Bildirim ki, QHT agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində qalib elan edilmiş bir sıra təşkilatlar ümumiyyətlə ictimai sektorda tanınmırlar.
Onlar içərisində qrant almış daha iki təşkilatı diqqətinizə çatdırıram və bu təşkilarları tanıyanlar varsa, yazsınlar. Görək bu təşkilatlar, ümumiyyətlə ictimai sektorda nə kimi fəaliyyətlə məşğuldurlar.
1. Sağlam həyatın təbliği ictimai birliyi- sədri Elçin Quliyev
Həyata keçirəcəyi layihənin adı:
“Xalq oyunları - sağlam gələcək” mövzusunda idman yarışlarının keçirilməsi.
Ayrılan məbləğ: 8000 azn
Birinci mənə izah etsinlər görüm, “Xalq oyunları-sağlam gələcək”belə bir layihəyə hansı məntiq ilə vəsait ayrıblar ?
İkinci təşkilat “Mühit” Ekoloji Mühafizə İctimai Birliyi sədri- HünBətəliyev Əzizağa
Layihənin adı:
“Meşəətrafı yaşayış məntəqələrində əhali arasında yanğın təhlükəsizliyi və ekoloji cinayətlər haqqında məlumatlardırma tədbirlərinin keçirilməsi”
Ayrılan vəsait: 7000 azn
Baxın hər iki təşkilat haqqında mətbuatda və internet resurslarında heç bir informasiyaya rast gəlmək mümkün deyil.
Bu qədər mühüm bir sahəni əhatə edən mövzu ilə qrant alan təşkilat ekoloji, ictimai işlərdə hansı töhfəsi var?
Hər iki təşkilata qrant birbaşa Aygun Əliyevanın təşəbbüsü ilə verilib.
Sağlam Həyatın təbliği adlı təşkilatın sədri Elçin Quliyevin həyat yoldaşı Bakı şəhər rayonlarından birində İcra başçısının müavinidir. Və adını qeyd etmədiyim xanım müavin İcraçı direktor Aygün xanımın yaxın rəfiqələrindəndir.
Bütün bu hallar müsabiqənin nə qədər qeyri şəffaf, qeyri-adi obyektiv keçirildiyinə sübutdur.
Bu cür qrant ayrılması hansı maraqlara xidmət edir? Bu artıq hüquq Mühafizə Orqanlarının işidir".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xeyriyyəçi iş adamı Elçin Rzayevin müraciəti əsasında qarşılaşdığı dələduzluq halını" "Azərbaycan Reallığı" olaraq ictimailəşdirmişdik. Elçin Rzayev yenidən bizə müraciət edərək ona qarşı aparılan şər-böhtan kampaniyasının davam etdiyini bildirdi. Belə ki, Elçin Rzayev görüb ki, özlərini media nümayəndəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslər qeyd olunan əraziyə gəliblər və bildiriblər ki, Ramin və Ramil Səfərov qardaşlarının anası Sitarə Zeynalova şikayət edərək Elçin Rzayevin ərazidə olan ağacları kəsdiyini bildirib. Həmin vaxt Səfərov qardaşlarının anası Sitarə Zeynalova da gələn qonaqlar arasında olub.

Elçin Rzayev isə videoçəkiliş ilə bütün sübutları ortaya qoymağa hazır olduğunu bildirib. Amma nədənsə araşdırma üçün gələn nazirlik əməkdaşları onlarla gələn nümayəndələrin çəkilişini normal qarşılasa da Elçin Rzayev tərəfindən çağırılan nümayəndənin çəkilişinə etiraz edib. Axı şəffaf araşdırma üçün gələn əməkdaşa kimin çəkiliş etməsinin önəmi olmalı deyil.

Təqdim olunan çəkiliş və hal şahidinin də danışığı əsasında məlum olub ki, əslində doğurdan da ərazidən ağaclar kəsilib, amma həmin ağaclar ərazi Elçin Rzayevə satılmazdan əvvəl təxminən 2022-ci ilin iyul ayında elə Səfərov qardaşlarının iştirakı ilə kəsilib. Hətta onlar hal şahidinə bildiriblər ki, onların anası Sitarə Zeynalova keçmiş deputatlığa namizəddir deyə bütün aidiyyatı orqanlarla danışıb, razılığın alıb ağacları kəsirlər.

 
 
 
Ardını oxu...
Bir ay öncə Prezidentin sərəncamı ilə Azərbaycanda cəzaçəkmə yerlərini idarə edən dövlət qurumunun – Penitensiar Xidmətin (PX) rəhbərliyində dəyişikliklər edildi. Ədliyyə general-mayoru Ceyhun Həsənov ədliyyə nazirinin müavini, eyni zamanda Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edildi və əvvəllər həmin idarənin əməliyyat rejiminin rəisi vəzifəsində çalışmış Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edildi. Məlumat üçün bildirək ki, Ədliyyə polkovniki Mirsaleh Seyidov 2016-cı ildən penitensiar sistemdə əməliyyat-rejim işinə rəhbərlik edib, böyük agenturaya və hər koloniyada işçilərin davranışı və işlərin vəziyyəti barədə məxfi məlumatlara malikdir. Şübhəsiz ki, qazanılan təcrübə və toplanmış məlumatlar yeni rəisə kömək edəcək. İctimai rəydə də M.Seyidovun penitensiar sistemdə müsbət nəticələr əldə edəcəyinə inam böyükdür. Ancaq sözügedən idarə ilə bağlı digər bir təyinat əks fikirlərə yol açır. Belə ki, bu günlərdə
Ardını oxu...
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilib. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəisi vəzifəsinə Fikrət Qafarov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləyib. Məsələ burasındadır ki, F.Qafarov rəsi işlədiyi bütün cəzaçəkmə müəssisələrində qəddarlığı ilə tanınıb və “işgəncə kralı” kimi ad çıxarıb. F.Qafarovun bu günədək fəaliyyəti haqda yüzlərcə şikayət məktubundan məlumatlı olan mənbə deyir: ““Artıq biz buna öyrəşmişik. Cinayətkar, qatil hərəkətlərinə yol verən həbsxana rəisləri ya başqa müəssisəyə göndərilir, ya yüksək vəzifəyə göndərilir, ya da təqaüdlə cəzalandırılır. Bütün bu hallar məhbus və məhbus yaxınlarının həbsxanada baş verən problemlər barədə şikayət və müraciətlər araşdırılıb, ərizəçiyə cavab vermək üçün məhz ondan şikayət olunan həbsxana rəisinə göndərilməsinin nəticəsidir. Çox təəssüflər olsun ki, məhbus və yaxınlarının Ədliyyə Nazirliyinə, Penitensiar Xidməti İdarəsinə, Ombudsmana, hətta Dövlət Başçısına, əlaqədar dövlət strukturlarına müraciət və şikayətləri də eyni ilə araşdırılması üçün həmin cinayətkar həbsxana rəisinə göndərir. Rəis də artıq hazır saxladığı şablon, saxta ittihamlarla işgəncələrə məruz qoyduğu məhbusun şikayətinə cavab verir. Fikrət Qafarov da öz fəaliyyətində eyni üsuldan istifadə edib. Əgər həbsxana rəisinin kobud qanun pozuntuları və digər cinayət tərkibli hərəkətlərini məhz həmin rəisi araşdıracaqsa, istər Ədliyyə Nazirliyində, istərsə də Pentensiar Xidmətdə, ən ağrılısı isə Ombudsmanın yüzlərlə yüksək maaşla vəzifəyə təyin olunan təhqiqtçıları, müstəntiqləri və digər hüquq-mühafizə orqanlarının işçiləri nəyə görə dövlətdən ən yüksək maaş alaraq, vəzifə sahibi olurlar”

Adının çəkilməsini istəməyən başqa bir məhbus yaxını isə deyir: “Fikrət Qafarov qanun çərçivəsində vəzifə səlahiyyətlərinin icrasına yox, məhz xüsusi göstərişlə məhbusları qəddar işgəncələrlə özünəqəsd vəziyyətinə təhrik etməyə, saxlanma şəraitindən şikayət edən məhbuslara qarşı amansız olmaq tapşırığını icra etmək üçün təyin olunduğunun şahidi olduq. Tabeliyində olan həbsxana personalından istifadə edərək, məhbuslar barəsində, utanıb-çəkinmədən saxta ittihamlar tərtib etmək peşəsinin sahibi, çoxsaylı məhbus və məhbus yaxınlarının Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə faktlarla edilən müraciətlərə bu günə kimi Penitensiar Xidmətindən tamamilə həqiqətə uyqun olmayan saxta cavablar almışıq. Fikrət Qafarov qanuna müvafiq qaydada məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə, ayrı-ayrı cəzaçəkmə müəssisəsini qaydaya salmaq üçün rəis göndərilməsi biz məhbus yaxınlarını dəhşətə gətirirdi. İndi isə onun Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilməsi o təəsüratı yaradır ki, , Fikrət Qafarovun xüsusi işgəncə metodları artıq bütünı cəzaçəkmə müəssisələrin daha səmərəli istifadə olunaraq, çox məhbuslara qənim kəsiləcək. Qobustan həbsxanasında ağır şəraitdə saxlanılan imkansız məhbusların şəraitini daha dözümsüz edən həbsxana rəisi Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə bütün müraciətlər nəticəsiz qalaraq, ona gözün üstə qaşın var deyən olmadı. Məsuliyyətə cəlb edilməsi əvəzinə, ona səlahiyyətindən sui-istifadə edərək, məhbuslara qarşı qəddarlıqlarını davam etdirməyə şərait yaradılıb. Bu səbəbdən məhbus yaxınları olaraq Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirik. Müraciətimizdə həbsxana rəisi Fikrət Qafarovun barəsində heç olmasa bir dəfə də olsun qanun çərçivəsində tədbir görməlməməsi, məhbuslara qarşı qeyri-insani qəddarlıqların davam etdirilməsinin qarşısının almaq üçün tədbir görülməsinə kömək etməsini xahiş edirik”
Az Today.az
 
Ardını oxu...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib. Nazirin əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib. Medianın yazdığına görə, Sənan Məmmədov Abşeron-Xızı Regional Məşğulluq İdarəsinə müdiri vəzifəsində çalışarkən iclaslarda qızları idarəyə yığıb nöqsanlara yol verdiyinə görə səlahiyyətli şəxslər tərəfindən danlandığı da deyilirdirdi. Bəs yeni vəzifəyə təyin olunan S.Məmmədov kimdir?
Bununla bağlı cumhuriyyet.az media üzərindən apardığı araşdırmaya əsasən bildirir ki, bir neçə il öncə Adamın sabiq icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Həmin xəbər sosial şəbəkələrdə və mediada ciddi rezonas doğurmuşdu. Həmin ərəfədə bu fotolara tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəldi. Daha sonra isə xəbər yayıldı ki, Raqub Məmmədov oğlunun hərəkətinə görə, ciddi cəzalandırılıb və ona xəbərdarlıq edilib. Amma məmur övladlarının komfortlu və dəbdəbəli həyatı, zəngin yaşam tərzi onun bu davranışlarının davamlı olmasına şərait yaradır.
Ardını oxu...
Ağdamın icra başçısı Raqub Məmmədovun da övladları bahalı avtomobilləri idarə edənlər sırasında olması haqda da məlumatlar var. Ölkə mediasında yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, uzun müddət MTN-in Tərtər şöbəsinə rəislik etmiş Məmmədovun sonradan Ağdama icra başçısı təyin olunmasının bu prosesdə nə qədər rolu olub, məlum deyil. Məlum olan odur ki, icra başçısının Sənan və Kənan adlı oğlanları həm bahalı maşınlar idarə edirlər, həm də onların üzərindəki dövlət nömrə nişanları da ucuz hesab edilmir. Bildirək ki, Raqub Məmmədovun böyük oğlu Sənan Məmmədovun idarə etdiyi avtomobillərin sayı 2-dir. Onlardan biri «Lexus» markalı maşındır ki, dövlət nömrə nişanı 90 SM 777-dir. Digər avtomobili isə «Jeep» markalı maşındır ki, onun da dövlət nömrə nişanı 99 EZ 777-dir. İcra başçısının böyük oğlunun nömrələrindən də görünür ki, onlar özəl olaraq öz adına uyğun seçilib. Yəni, SM Sənan Məmmədov anlamına gəlir.
Ardını oxu...
Sənan Məmmədovun idarə etdiyi avtomobillərin qiymətlərinə gəldikdə isə onların ucuz olmadığı da məlum olub. Medianın dəqiqləşdirmələrinə görə, yeni model «Toyota Lexus» markalı avtomobilin faktiki qiyməti 63 min manatdan başlayır. Modifikasiya üzrə qiymətlər 80 min manata qədər arta bilər. «Jeep Grant Cheroke» markalı avtomobilin yeni modelinin qiyməti isə 100 min manatdır.
Yeri gəlmişkən, Raqub Məmmədovun kiçik oğlu Kənan Məmmədov isə qardaşından fərqli olaraq, bir avtomobilə sahibdir. Daha doğrusu, araşdırmalar nəticəsində üzə çıxan sayın birlə yekunlaşdığı diqqəti çəkir. Ola bilər ki, onun da Samir Məmmədov kimi, bir neçə maşını var. Kənan Məmmədov polis zabitidir. Sabiq icra başçısının polis oğlunun idarə etdiyi avtomobil «Jeep Grant Cheroke»dir. 90 KM 777 dövlət nömrə nişanlı «Jeep»in bazar qiyməti isə 100 min manatdır.

Sual meydana çıxır ki, hər iki gənc bu qədər maddi imkana təkbaşınamı sahib olublar, yoxsa atalarının hesabına belə imkan yaradıblar? Əgər polis maaşı ilə belə bahalı maşın almağın mümkün olduğunu düşünmək mümkünsə, real deyil. Çünki həmin əmək haqqı bir zabitin dolaşınığını təmin etməklə yanaşı, cüzi miqdar da artıq qalması ilə kifayətlənə bilər. Yox, icra başçısı olan atasının zəhmətinin nəticəsidir ki, rayon rəhbərinin bu qədər pulu olması da imkansızdır. Onun əmək haqqısı oğlununkundan iki dəfə çox olsa da, yenə də 100 minlik maşın almaq üçün uyğun hesab edilmir.
aztoday.az
 
Ardını oxu...
Asan yolla pul əldə etmək kimi xarab təfəkkür camaatın beyninə həkk olunub.
Bir təşkilat qeydiyyatdan keçirim, agentlikdən qrant alım.
Bu ölkədə də hər şey xahiş, mən ölüm - sən ölümlə aşır . Ordan - burdan bir layihə cürlüyür ( güneylilər demiş) agentliyə xod axtarır.
Bu təfəkkürlü insanlar başa düşmürlər ki, verilən qrant bir ictimai əhəmiyyət daşımalıdır.
3 xəbər portalında məlumat yaya bilmir, hətta press reliz i belə ona buna minnətə düşürlər. Bu hələ şükürlüsu . Eləsi var it dəftərində adı yoxdur, harda tədbir keçirilib və sair.
Maşallah, hamının da bir titulu var. Deputatlarla qarışıq salırsan.
At - eşşək təşkilatının dövlətə, cəmiyyətə, insanlara yararı olmayan qondarma layihələrinə niyə ölkənin milyonları verilməlidir?
Dövlət qurumları monitorinq aparmalıdır. Əgər illərdir müxtəlif sahələr üzrə maliyyələşən layihələr nəticə vermirsə, istiqaməti dəyişməlidir.
Azay Quliyev , Aygun Aliyeva sizlərə və daha yuxarılara müraciətlə bildirirəm.
Qərbi Azərbaycan məsələsi yönündə Şimali Makedoniya, Bosniyada tədbirlərin həyata keçirilməsi ölkənin hansı maraqlarına zidd sayıldı.
Heç bir ictimai əhəmiyyəti olmayan onlarla layihəyə illərdir qrant ayırırsınız.
Amma ictimai -siyasi, beynəlxalq əhəmiyyət daşıyan layihəni sorğu sualsiz rədd edirsiz.
Hansısa mantyorun, saç ustasının yazısına qiymət verirsiniz.
Bir ömür təcrübəni, 365 gün bu ölkəyə təmənnasız çalışan təşkilatlara qarşı açıq təxribat edərək, incik salmaqdasiniz.
Baxın, budur ölkəmizin reallığı ...
Samir Adigozəlli
Teref.az
 
Ardını oxu...
Yazıya giriş olaraq onu qeyd edək ki, son illər ən çox tənəzzülə məruz qalan sahə təhsilimizdir. Söhbət həm orta məktəblərdən, həm də ali təhsil müəssisələrindən gedir. Təsəvvür edirsiniz, özünü təhsil eksperti hesab edənlər deyir ki, məktəb direktoru pedoqoq olmaya bilər, hətta aqronom da ola bilər. Guya, Allah qoymasa, məktəb direktoru menecer olmalıdır.
Təsəvvür edirsiniz, bu gün Elm və Təhsil Nazirliyində pedoqoji sahəni bilənlər yoxdur, çoxu keçmiş “Narxoz”un məzunlarıdır. Təsəvvür edirsiniz, ömründə 1-cə saat sinfə girib dərs keçməyən birini Regional Təhsilə müdir təyin edirlər. Belə hallar kifayət qədərdir, saymaqla qurtaran deyil.
Müdriklərdən biri deyir ki, bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər. Bütün bunlar azmış kimi, ölkədə saxta diplomlar da ciddi problemə çevrilib. Təsəvvür edirsiniz, DİM-in qəbul imtahanında az bal toplayan biri hansı yollasa Tibb Universitetinin tələbəsi olur və həmin şəxs gələcəkdə həkim kimi millətin qəssabı olacağını düşünmür.
Son vaxtlar təhsilimizlə bağlı yeni ideyalar ortaya atılıb, qəbul imtahanları ləğv edilsin. Yaxşı, qəbul imtahanları ləğv ediləcəksə, tələbə hansı kriteriya ilə məlum olacaq. Yəni müasir texnologiyanın biliciləri həmişə imtahan verməyə hazır olmalıdırlar. Ancaq bəzi şəxslər istəyirlər ki, ölkənin təhsil sistemini başdan - başa məhv etsinlər.
Belə təhsil ekspertlərindən biri də Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru Ramal Şəmşədlidir. Təhsil eksperti Ramal Şəmşədli deyir ki, orta məktəblər 12 illik, ali məktəblər isə 3 illik olmalıdır. Bundan soruşan lazımdır ki, bunu nəyə əsaslanıb deyirsən, bir məntiq olmalıdır dəə...
Ramal Şəmşədli deyir ki, ümumiyyətlə, imtahanlar ləğv olunmalıdır, bir çox fənnlər ləğv edilməlidir. Fikir verdinizmi, imtahanlar ləğv olunmalı, fənlər ləğv olunmalı, fənlərin sayı maksimum azaldılmalıdır...bəs yerdə...nə qaldı. Deməli, bəzi maraqlı şəxslərin məqsədi ölkə təhsilini bazara çevirməkdir. Beynəlxalq Təhsil Mərkəzinin https://www.facebook.com/beynalxalqtehsilmerkezi/ səhifəsinə daxil olub ötəri nəzər salırıq. Az bal toplayıb, amma universitet oxumaq istəyən abituriyentlərin nəzərinə heç bir imtahan vermədən istədiyiniz ixtisas üzrə təhsil almaq üçün bizə müraciət edin. Ünvan: Nərimanov r., Əhməd Rəcəbli 189 Ramal Şəmşədli Təsisçi və direktor.
İndi özünüz fikirləşin, bu məzun az bal topladığı üçün Azərbaycanda ali məktəblərin heç birinə daxil ola bilməyib. Yəni savadı, təhsili yetərli olmayıb, buyursun kolleclərdə təhsil alsın, yaxud yenidən hazırlaşsın və s.
Amma Ramal Şəmşədlinin təsisçi və direktor olduğu Beynəlxalq Təhsil Mərkəzi deyir ki, lap SIFIR bal toplasan da orta məktəb attestatını gətir və pulunu ver, səni Türkiyədə, hətta Polşada universitetlərin birinə düzəldək get oxu.
Bir soruşan yoxdur ki, minimal bal toplaya bilməyən məzun Türkiyədə, yaxud Avropada oxuyub necə mütəxəssis olacaq..? Və sabah o Azərbaycana qayıdıb xalqa necə xidmət edəcək..?
Deməli, Beynəlxaq Təhsil Mərkəzinin səhifəsində izləyicilərdən biri yumorla yazır ki, mən 9-cu sinif attestatı ilə universitetə girə bilərəmmi...? Bəli, doğrudan da, acınacaqlı durumdur. Bəlkə, ibtidai sinif kağızı ilə universitetlərə düzəldəsiniz, cənab Ramal Şəmşədli..?
Deməli, redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Təhsil Mərkəzində imtahansız qəbul üçün 1500 manat alırlar, bu təhsil haqqının 30 faizi deməkdir. 120 manat imtahan pulu ona görə alınır ki, imtahan zamanı, guya, abituriyentə kömək edəcəklər, sonra deyirlər ki, əgər imtahandan kəsilsəniz, yenidən imtahandan keçmək üçün 60 manat ödəməlisiniz. Yaxşı, bizim televiziyalarımızda bəh - bəhlə reklam olunan Beynəlxalq Təhsil Mərkəzinin qəbulu haradan pulsuz oldu? Görəsən, bu təhsil mərkəzini yalandan reklam edən televiziyalar Elçin Mehdiyev kimi hüquqlarını bilən və onu hər yerdə tələb edən şəxslərlə rastlaşacaqlarını bilmirdilərmi? Sözün qısası, bu işin bir adı var - TƏHSİL BAZARI... Biz isə deyrik ki, millətin gələcəyi ilə bazarlıq etməzlər... Bazar olmasın, Ramal Şəmşədli.
gundelik baki.com
 

Dünyapress TV

Xəbər lenti