Ardını oxu...
Diqqətli oxucuların yaxşı yadında olar. Ki, cənab Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədə çox kəskin danışmışdı və demişdi: “ Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər".
Bəli, cənab Prezident öz çıxışında “Evrascon” ASC-yə kəskin iradlarını bildirmişdi. İndi gəlin görək, Prezidentin “özündən küssün..” dediyi "Evrascon" ASC (Əvvəlki adı "Azərkörpü" ASC) kimindir?
Azərbaycan mətbuatı dəfələrlə yazıb ki, bu şirkət sabiq baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Ancaq “Evrascon" ASC-nin icraçı direktoru uzun müddət Manaf Şirinov olub. Qısa məlumat üçün bildirək ki, 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayan qurum 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb.
2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” adı ilə əvəz etdi. Manaf Şirinovun mətbuata dediyinə görə, guya adın dəyişməsinin səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə gördüyü mühüm işlərdir. Manaf Şirinova deyən yoxdur ki, təkcə Qazaxstanda gördüyünüz tikinti işlərində milyonlarla maxinasiyalar olmuşdu. Budur, sizin uğurunuz..?
Bəli, Manaf Şirinovun şirkəti Qazaxıstanda, Özbəkistanda, Moldovada, Rusiyada, Ukraynada gördüyü bütün tikinti işlərində həmişə ciddi maxinasiyalara yol verib. Çoxları düşünə bilər ki, Manaf Şirinov bu layihələri necə əldə edib..? Əslində, biz həmişə yazırıq ki, böyük şirkətlərin arxasında iri məmurlar olmasa, həmin şirkətlər 1 ay da ayaqda dayana bilməz. Və həmin layihələri də Abid Şərifov öz əlaqələri vasitəsilə əldə edirdi. Bəlkə Qaradağda limanın tikintisini, yaxud Kür çayı üzərindəki körpünün tikintisini Manaf Şirinov özü əldə etmişdi..?
Manaf Şirinova Kür çayının üzərində tikdiyi körpünün bir neçə ay sonra təmirə dayanmasını xatırlatmaq lazımdır. Manaf Şirinov təkcə dövlətə deyil, həm də Azərbaycan təbiətinə milyonlarla ziyan vurmuşdu. Manaf Şirinov uzun illər milyonlarla vergidən yayınıb və Abid Şərifovun hesabına canını ödəmədiyi vergi borclarından qurtara bilib.
Vaxtilə Manaf Şirinov maşın, avadanlıq, texnika almaq adı ilə milyonlarla manipulyasiya edib. Hətta Almaniyada yaşayan polis rəisi qardaşının işlərinə də yarayıb. Bu, başqa bir yazının mövzusudur.
Bir sözlə, Abid Şərifovun ailə şirkəti hesab olunan "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC kifayət qədər dövlət vəsaitini mənimsəyib. Hətta Manaf Şirinovun bir müddət həbsdə saxlanılması barədə də mediada xəbərlər yayılıb. Amma sonradan Abid Şərifovun hesabına onu sərbəst buraxıblar. Manaf Şirinovun əməlləri barədə yazmaqla qurtaran deyil.
Hazırda Manaf Şirinov şirkətini başqa adla, "İNTER TEXNİKA" MMC adı ilə işlədir. Şirkəti isə onun oğlu Samir Şirinov idarə edir.
Samir Şirinovun müavini isə Azad Qasımovdur. Azad Qasımov hər yerdə deyir ki, Samir Şirinov kimdir ki, şirkətin əsl sahibi mənəm. Azad Qasımov deyir ki, Samirin tikintidən, inşaat işlərindən başı çıxmır, amma mən...
Bəli, Azad Qasımov restoranlarda pul səpir və fəxrlə dosatlarına deyir ki, Füzuli Hava Limanını mən tikmişəm, Qarabağın, Cəbrayılın bütün abadlıq və tikinti işləri mənə tapşırılıb. Azad Qasımovdan soruşan yoxdur ki, restoranlarda səpələdiyin dollarları necə və hansı yolla qazanmısan..? Azad Qasımovun gecə klublarında kimlərin harasınasa soxduğu dollarları görəndə adam düşünür ki, belələrinə Qarabağın, Cəbrayılın, Laçının quruculuğunu etibar etmək olarmı..?
Bax, əsas məsələ budur. Bir də yaxşı olar ki, cənab Abid Şərifov bu susqunluğa son qoyaraq məsələyə münasibətini bildirsin.
dia.az
 

 
Ardını oxu...
 
Ölkəmizin səhiyyə sisteminin bərbad durumda olması heç kimə sirr deyil. Hələ uzun illər əvvəl sabiq səhiyyə naziri Əli İnsanovun, sonra keçmiş nazir Oqtay Şirəliyevin dövründə ölkə səhiyyəsi iflas həddinə gəlmişdi. 
Təsəvvür edirsiniz, bütün imkanlı şəxslər Avropaya, az imkanlılar Türkiyə və İrana üz tutur. Kasıb təbəqə isə qalır Azərbaycan səhiyyəsinin ümidinə. Kasıbın həm cibini, həm də canını o məsələ... 
Son illərdə, həkimin xəstə ayağın əvəzinə sağlam ayağı kəsməsi-amputasiya etməsi, kor bağırsaq əvəzinə nazik bağırsağı kəsməsi ölkədə söylənilir. Son illərdə isə səhiyyə naziri Teymur Musayevin, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əməlləri nəticəsində ölkə səhiyyəsində ikitirəlik yaranıb, kimin əli kimin cibindən çıxır bilinmir. 
Təsəvvür edirsiniz, bir rayonun ərazisindəki onlarla tibb müəssisəsi birləşdirilərək, Allah qoymasa, Tibbi Mərkəzlər yaradılır və eyni adam həm doğum evinə, həm stomotoloji klinikaya, həm kardiloji məsələlərə və s. rəhbərlik edir. 
Belə Tibbi Mərkəzlərdən biri də Xəzər rayonundakı Xəzər Tibbi Mərkəzidir (Publik hüquqi Şəxs). Mərkəzin BAŞ direktoru kim olsa yaxşıdır..? Bəbirov Tərlan Asif oğlu... Bəbirovun kimliyi barədə  birazdan. 
Gəlin, görək, Xəzər Tibbi Mərkəzinə hansı qurumlar daxildir: 26 saylı Birləşmiş Şəhər Xəstəxanası, 14 saylı Birləşmiş Şəhər Xəstəxanası, Zirə Sağlamlıq Mərkəzi, 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 3 nömrəli Uşaq Vərəm sanatoriyası, 7 nömrəli Vərəm əleyhinə dispanser, 45 nömrəli Şəhər Poliklinikası, “Qaranquş” Uroloji sanatoriyası, “Abşeron” mədə-bağırsaq sanatoriyası, Kəbirə Məmmədova adına Klinika, Respublika Uşaq sanatoriyası, 1 №-li Psixonevroloji Sosial Xidmət müəssisəsi, 5 saylı Uşaq vərəm sanatoriyası, “Günəşli” nevroloji sanatoriyası, Hərbi Dəniz Qüvvələrinin Mərdəkan İstirahət Pansionatı, Müharibə Veteranları Respublika Xəstəxanası, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Şağan Reabilitasiya pansionatı, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Mərdəkan Reabilitasiya pansionatı, Professor Gindes adına uşaq və yeniyetmələr üçün sümük vərəm sanatoriyası, 17 saylı şəhər poliklinikası, 4 saylı Uşaq sanatoriyası, Tibbi Reabilitasiya Mərkəzi, 1№-li Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün xidmət müəssisəsi, Sanatoriya-kurort reabilitasiya mərkəzi. 
İndi əyani olaraq gördünüzmü, bir ADAMA bu qədər tibb müəssisəsini veriblər, o da sağa-sola idarə edir. Təsəvvür edirsiniz, bu adam Azərbaycan səhiyyəsində korrupsioner kimi ad çıxarıb, uzun illər Kliniki Tibbi Mərkəzin ( Semaşko) baş həkimi, sonra Bakı Sağlamlıq Mərkəzinin direktoru, daha sonra 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Və oradan da Xəzər rayonunun səhiyyəsinə təşrif buyurub və hazırda Mərkəzin Baş direktorudur. 
Tərlan Bəbirov haqqında uzun-uzadı danışmaq və yazmaq istəmirik. Sadəcə, xatırlatma üçün onu qeyd edək ki, o, ölkənin ən böyük xəstəxanası olan “Semaşko”da çalışarkən hər qeysəriyyə doğuşundan ona 1000, təbii doğuşdan 500, cərrahiyyə laparoskopik əməliyyatlardan, sadə əməliyyatlardan, qəbul şöbəsindəki xəstələrdən, hətta rayondan gələn xəstələrdən nə isə çatırdı. 
Tərlan Bəbirov xəstələrə dövlət hesabına verilən dərmanları, ərzağı pulla satırdı. “Semaşko”dakı həkimlər Tərlan Bəbirovun əlindən bezmişdi. İndi təsəvvürünüzə gətirin BELƏ BİR ADAMA Xəzər rayonundakı onlarla tibbi müəssisəsi tabe edilib. 
Yuxarıdakı siyahıya yenidən baxın və vəziyyəti təsəvvür edin. Bütün bunlardan sonra Tərlan Bəbirovun elə əməlləri var ki...heç bir ölçüyə, əndazəyə sığmır. 
Yaxın günlərdə tam dəqiqləşdirib Tərlan Bəbirovun Almaniyada hansı adla yaşadığını, Bakı Şəhər İcra Hakimiyyətində inspektor işlədiyi dövrü, Abbas Vəlibəyovla yaxın münasibətlərini və s. barədə yazı dərc edəcəyik. Bizi izləyin.
Ardını oxu...
DİA.AZ: - Neçə müddətdir ki, QHT sektorundakı etirazlarla bağlı gərginlik müşahidə olunmaqda, bizlər də mətbuat olaraq bu prosesi oxuculara olduğu kimi çatdırmaqdayıq.

Bu xüsusda əsas faktları açıqlayan tərəf kimi çıxış edən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli növbəti açıqlaması ilə diqqət çəkib. İSBAM sədri bildirir:

"QHT Agentliyi 3 ayın təşkilatına 8000 qrant ayırıb.
" Jurnalistika Sənətkarlığına Dəstək" ictimai birliyi bir ayın içində qeydiyyatdan keçib və qrant müsabiqəsinə sənəd təqdim edib. İki ay sonra qalib elan olunur və 8000 manat qrant ayrılır.
QHT Agentliyində belə bir qayda var idi ən azı bir il fəaliyyəti olmalıdı.
Bir il fəaliyyəti olan təşkilata isə ən yuxarı 5000 manat qrant ayrıla bilərdi.
Agentlik qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə dəyişərək 3 ayın təşkilatına 8000 manat qrant verir. Və bu tək hal deyil.
Necə olur təşkilatlar var 5-10 ildir qeydiyyat gözləyir.
Bunlar isə bir zəngə hər işlərini görürlər.
"Jurnalistika Sənətkarlığına Dəstək" birliyinin müsabiqədə qalib olmasının arxasında icraçı direktor Aygun Aliyeva xanım şəxsən dayanır.
Araşdırmalarımı davam etdirirəm . Bildirmək istəyirəm ki, adı çəkilən təşkilatlar, şəxslərlə heç bir qərəzim yoxdur. Məsələ Dövlət Agentliyinin yol verdiyi qanunsuzluqları gündəmə gətirməkdir..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Zaqatala şəhərində “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihənin Zaqatala şəhərində keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Layihə barəsində ümumi məlumatla çıxış edən təşkilat rəhbəri layihəni maliyyələşdirildiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatçılığa görə isə Zaqatala rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirmişdir.

Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə müzakirə aparmışdır. Tədbir interaktiv formada keçmiş, tədbir iştirakçıları məişət zorakılığının dövlət və cəmiyyətin ortaq problemi kimi yanaşılmasının zəruriliyini vurğulamışlar.

Ardını oxu... Ardını oxu... Ardını oxu... Ardını oxu... Ardını oxu...Ardını oxu...


Ardını oxu...
Kəlbəcər bu dəfə də " İşğal" altına düşdü

Qarabağ azad olunmamışdan əvvəl "Azəravtoyol" ASC-nin bahalı şefi Saleh Məmmədov Göygöl rayonu Aşıqlı kəndinin girişində özünə dəbdəbəli ailəvi istirahət mərkəzi ucaldıb. Dəyəri molyonlara varan məkanı S.Məmmədovun yolkənarı inşa etdirdiyi "SMS" adlı yanacaqdoldurma məntəqəsi də müşaiyət edir.

Göygöl. Aşıqlar kəndi yaxınlığındakı SMS YDM-si

İfade.tv-nin əldə etddiyi məlumata görə, Saleh Məmmədov sözügedən istirahət mərkəzini sabiq icra başçısı Arif Seyidovun "xeyir-duası" ilə qanunsuz əsaslarla - yəni, təpəlikdə yerləşən hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz olaraq tikdirə bilib. Bunun müqabilində isə, ötən illərdə Göygöl-Aşıqlı yolunun həmin əraziyə düşən hissəsində yol infrastrukturunun abadlaşdırılması və genişləndirilməsi işini özünün (qurumun-O.N) vəsaiti hesabına həyata keçirib.
Məkanda 10-larla müasir tipli kotteclər, böyük otel-əyləncə binası, uşaqlar üçün ayrıca əyləncə mərkəzi, kupe və çardaqlar var. İstirahət mərkəzində təkcə yay mövsümü üçün deyil, qonaqların ilboyu istirahət etmələri üçün fəaliyyət nəzərdə tutulub.

Göygöl. Aşıqlar kəndindəki dəyəri 18 milyon manat olan İstirahət Mərkəzi

Torpaqlarımız azad edilənədək Azərbaycanın hər yerinə səpələnmiş S.Məmmədovun obyektlərinin əksəriyyətini deyilənə görə “yollar kralı” nın ən sədaqətli işçisi olan, məclislərdə onun ayaqqabılarını əmr olmadan cütləyən Çıraqov Nizami adlı birisi idarə edir. Elə sədaqətinə və etibarlığına görə Çıraqov hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yaşıllaşdırma və Ekologiya İdarəsinin müdiri təyin edilmişdir. Amma onun rəsmi idarədə görən olmayıb. Budur, işğaldan azad olunmuş Kəlbəcərdə yolların çəkilişi zamanı AAYDA-nın bir çox texnikaları bu bölgəyə cəlb edilsə də, işlərin görülüb qurtarmasına baxmayaraq texnikalar burada dövlət büdcəsi hesabına qalmaqdadır və fiziki və hüquqi şəxslərə icarəyə verilərək pullar qazanılır. Hələ bu harasıdır? “Yollar kralı” Kəlbəcərin azad olunmasından sonrakı çətin günlərdə bütün yol strukturunu gecə gündüz bilmədən qaydasına qoyan rayon Yol İstismar İdarəsi MMC-nin müdiri olmuş Aqil bəyi özünün Çıraqov Nizami kimi ən yaxın bildiyi Firdövsi ilə əvəz etmişdir. Əvəzləmənin sirri isə kimsəyə aydın olmasa da, bizə məlum dur ki, on minlərlə mal-qaranın, qoyun quzunun Kəlbəcərdə otarılmasına, geniş arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün AAYDA-nın texnikalarından gen-bol istifadə etmək asan olsun. Kimsə etiraz etməsin ki, bəs dövlətin işi qaldı, və s. bəhanələr.


Bəli, indi Çıraqovun başı Kəlbəcərdəki arılara, danalara, öküzlərə, inəklərə, qoyunlara nə qədər qarşısa da Göygöldəki, istirahət mərkəzini də, Aşıqlı kəndindəki, İmişli yolundakı SMS yanacqdoldurma məntəqələrini də əvvəlki kimi olmasa da hesabatlar vaxtı özünü obyektlərə yetirə bilir. Hesab edirik ki, bu adamı 2-ci dərəcəli “Əmək” ordeninin təltif edilməsi üçün AAYDA rəhbərliyi cənab Prezidentə tezliklə təqdimat yazacaqdır. Əvvəlcədən təbrik edirk.

 
Ardını oxu...
 
Dövlətin ayırdığı 100 milyonları mənimsəyən ata-bala Manaf-Samir Şirnovların pulları gecə klublarında göyə sovrulur… Abid Şərifovun ailə şirkətində nələr baş verir…?  
Diqqətli oxucuların yaxşı yadında olar. Ki, cənab Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədə çox kəskin danışmışdı və demişdi: “ Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər". 
Bəli, cənab Prezident öz çıxışında “Evrascon” ASC-yə kəskin iradlarını bildirmişdi. İndi gəlin görək, Prezidentin “özündən küssün..” dediyi "Evrascon" ASC (Əvvəlki adı "Azərkörpü" ASC) kimindir? 
Azərbaycan mətbuatı dəfələrlə yazıb ki, bu şirkət sabiq baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Ancaq “Evrascon" ASC-nin icraçı direktoru uzun müddət Manaf Şirinov olub. Qısa məlumat üçün bildirək ki, 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayan qurum 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb. 
2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” adı ilə əvəz etdi. Manaf Şirinovun mətbuata dediyinə görə, guya adın dəyişməsinin səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə gördüyü mühüm işlərdir. Manaf Şirinova deyən yoxdur ki, təkcə Qazaxstanda gördüyünüz tikinti işlərində milyonlarla maxinasiyalar olmuşdu. Budur, sizin uğurunuz..? 
Bəli, Manaf Şirinovun şirkəti Qazaxıstanda, Özbəkistanda, Moldovada, Rusiyada, Ukraynada gördüyü bütün tikinti işlərində həmişə ciddi maxinasiyalara yol verib. Çoxları düşünə bilər ki, Manaf Şirinov bu layihələri necə əldə edib..? Əslində, biz həmişə yazırıq ki, böyük şirkətlərin arxasında iri məmurlar olmasa, həmin şirkətlər 1 ay da ayaqda dayana bilməz. Və həmin layihələri də Abid Şərifov öz əlaqələri vasitəsilə əldə edirdi. Bəlkə Qaradağda limanın tikintisini, yaxud Kür çayı üzərindəki körpünün tikintisini Manaf Şirinov özü əldə etmişdi..? 
Manaf Şirinova Kür çayının üzərində tikdiyi körpünün bir neçə ay sonra təmirə dayanmasını xatırlatmaq lazımdır. Manaf Şirinov təkcə dövlətə deyil, həm də Azərbaycan təbiətinə milyonlarla ziyan vurmuşdu. Manaf Şirinov uzun illər milyonlarla vergidən yayınıb və Abid Şərifovun hesabına canını ödəmədiyi vergi borclarından qurtara bilib. 
Vaxtilə Manaf Şirinov maşın, avadanlıq, texnika almaq adı ilə milyonlarla manipulyasiya edib. Hətta Almaniyada yaşayan polis rəisi qardaşının işlərinə də yarayıb. Bu, başqa bir yazının mövzusudur.
Bir sözlə, Abid Şərifovun ailə şirkəti hesab olunan "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC kifayət qədər dövlət vəsaitini mənimsəyib. Hətta Manaf Şirinovun bir müddət həbsdə saxlanılması barədə də mediada xəbərlər yayılıb. Amma sonradan Abid Şərifovun hesabına onu sərbəst buraxıblar. Manaf Şirinovun əməlləri barədə yazmaqla qurtaran deyil. 
Hazırda Manaf Şirinov şirkətini başqa adla, "İNTER TEXNİKA" MMC adı ilə işlədir. Şirkəti isə onun oğlu Samir Şirinov idarə edir. 
Samir Şirinovun müavini isə Azad Qasımovdur. Azad Qasımov hər yerdə deyir ki, Samir Şirinov kimdir ki, şirkətin əsl sahibi mənəm. Azad Qasımov deyir ki, Samirin tikintidən, inşaat işlərindən başı çıxmır, amma mən... 
Bəli, Azad Qasımov restoranlarda pul səpir və fəxrlə dosatlarına deyir ki, Füzuli Hava Limanını mən tikmişəm, Qarabağın, Cəbrayılın bütün abadlıq və tikinti işləri mənə tapşırılıb. Azad Qasımovdan soruşan yoxdur ki, restoranlarda səpələdiyin dollarları necə və hansı yolla qazanmısan..? Azad Qasımovun gecə klublarında kimlərin harasınasa soxduğu dollarları görəndə adam düşünür ki, belələrinə Qarabağın, Cəbrayılın, Laçının quruculuğunu etibar etmək olarmı..? 
Bax, əsas məsələ budur. Bir də yaxşı olar ki, cənab Abid Şərifov bu susqunluğa son qoyaraq məsələyə münasibətini bildirsin.
 
Ardını oxu...
 
Ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb...? Ulu Öndərin illər öncə təbiətimizlə, meşələrimizlə, ümumiyyətlə, ağacların qırılması, təbiətə münasibətlə bağlı dediyi “Bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsib” kimi ən sərt fikirlərə baxmayaraq bu gün də təbiətimizə qarşı qəddar və amansız münasibət davam edir. Ulu Öndər təkcə ağacdan, koldan bəhs etmirdi ee...
Ümumiyyətlə, TƏBİƏTƏ münasibətdən bəhs edirdi. TƏBİƏT təkcə ağaclar deyil, meşələrdir, göllərdir, dənizdir, dağlardır, çaylardır, torpaqdır, havadır, sudur və s. Dənizi hasarlayıb özü istədiyi kimi istifadə edir, dənizə tullantı axıdır, dənizin qumunu aparıb maşın-maşın satır... Yaxud dağların üstündə daş karxanası qurub min illik dağları doğrayıb mişar daşı eləyir və satıb pul qazanır... Yaxud meşələrdəki min illik ağacları doğrayıb mebel sexlərinə satır... Yaxud çayların yatağındakı qumu, çınqılı, xırda daşları maşınlara yükləyib Bakıya gətirib satırlar... 
Sözün qısası, təbiətə bu amansız münasibətə görə, bir gün təbiət bunun qisasını bizdən alacaq. Ona görə də, Ulu Öndər o dərəcədə sərt və kəskin formada deyirdi... Bəli, bu gün min illik çayların məcrasını-yatağını dəyişib qum-çınqıl karxanası işlədənlər var. Kimlərsə milyonlar qazanır, amma itirən Azərbaycan təbiəti olur. 
Neçə illərdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, guya, bu problemlərlə bağlı mübarizə aparır. Amma hamısı görüntü xatirinədir. Uzun illər Ekologiya naziri olan tarix müəllimi Hüseynqulu Bağırov təbiətimizin hesabına milyonlara sahib oldu, özünün, bacısının və oğlunun hotelləri, universiteti, beton zavodları və daha nələri... 
Ondan sonra Ekologiya naziri olan Muxtar Babyev də eyni yolla gedir və öz sərvətini artırmaqla məşğuldur. Arada özlərini elə göstərirlər ki, guya, bu qanunsuz daş, qum, çınqıl karxanalarına qarşı mübarizə aparırlar. Amma... Əmması odur ki, bir müddət əvvəl mediada oxuduq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İmişli rayonunda çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqini həyata keçirib. 
İmişli rayonunda yerləşən qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamaların nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşmüş, minerallaşma dərəcəsi isə dəyişmişdir. Hətta karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlmiş, çayın müasir məcrasından kənarda isə süni göllər yaranmışdır. 
Bir sözlə, ərazilərdə ekoloji tarazlıq kəskin pozulub. Nəticə nə oldu..? Heç nə, karxana sahibləri cərimələndi... Görəsən, Ekologiya Nazirliyi İmişlidə karxanalarda monitorinq keçirəndə niyə 
“Karyer Ülviyyə”  kimi tanınan xanım iş adamının təbiətimizə vurduğu ziyanı görmədi..? Bəli, Ülviyyə neçə illərdir ki, Ekologiya Nazirliyindəki şərikləri ilə əlbir olub İmişlidəki qum-çınqıl yataqlarını müxtəlif ünvanlara 1 tonu 5 manata satır. Təsəvvür edirsiniz, 1 tonu 5 manata... 
Və bununla da torpağın ən məhsuldar qatını məhv edir. Bilməyənlər üçün qeyd edək ki, torpağın məhsuldarlığından, istər meşə, istərsə də meyvə bağlarından danışanda, "humus" qatını bilmək vacib şərtlərdəndir. Bir çoxları "humus" qatı haqqında məlumatsızdır. "Humus" torpağın ən münbit qatıdır. Əkinçilikdə bu olduqca böyük əhəmiyyət daşıyır. Bir sözlə, "humus" qatı zəngin olan torpağın məhsuldarlığı da yüksək olur. Və  "HUMUS" qatı az qala 100 ilə yaranır. Ülviyyə kimiləri isə 100 ilə yaranan bu torpaq qatının 1 tonunu 5 manata sataraq təbiətimizə öldürücü zərbə vururlar. 
Bəs görəsən, ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb..? 
Muxtar Babayevə deyən lazımdır ki, qohumların, qaynın Nabran meşələrini zəbt ediblər... Söhbət təkcə Nabrandan getmir, Balakən, İsmayıllı meşələri də məhv edilir... 
Bəli, cənab nazir Sumqayıtda sənaye müəssisələrində etdiyi əməlləri indi də Ekologiya nazirliyində davam etdirir. Yeri gəlmişkən, Muxtar Babayev nazirlikdəki təcrübəli kadrları işdən çıxarıb Sumqayıtdan gətirdiyi dostları ilə əvəzlədi və bu gün nazirlikdə peşəkar ekoloq demək olar ki, yoxdur. Ona görə də, ixtisaslı kadrların olmadığı bir təşkilatda yüksək nəticə əldə etmək qeyri - mümkündür. 
Biz demirik, kimsə hansısa bəstəkarın övladıdırsa, hökmən bəstəkar olmalıdır. Kimsə hansısa fəhlənin övladıdırsa, hökmən fəhlə olmalıdır. Biz istəyirik ki, xalqımızın övladları gələcəkdə bir ağac taparaq kölgəsində sərinlənsinlər. Amma Muxtar Babayev belə başlayıbsa, nəinki ağac, heç gələcəkdə diş qurtdalamağa çöp də tapmayacağıq. 
Məşhur bəstəkarlarımızdan olan İzolda Babayeva Şamo Arifin sözlərinə belə bir nəqarət yazmışdı:
Susuban durma, boynunu burma,
Bu yanan cana min yara vurma,
Bu odlu baxış, de, kimə baxmış,
Aman, o gözlər, de, kimi gözlər.

Sözün qısası, təbiətimiz məşhur mahnının sözlərində olduğu kimi, Muxtar Babayev, səni gözləyir. Səni gözləmir ki, adamlarını göndərəsən ağacları qıraraq yerində hansısa bir istirahət mərkəzi tikələr. Səni ona görə gözləyirlər ki, Qaxda, Balakəndə, Şəkidə əsrlərlə yaşı olan ağaclarımıza düşən xəstəliklərin müalicə metodunu tapasan. 
Bəli, biz ürəyimizdə olanları qələmə aldıq, yerdə qalanlar isə sizin düşüncə tərzinizdən asılıdır. Gələcək bizim adımızla bağlıdır. Gəlin adımızı qoruyaq. Adımız - tariximizdir. 
Ardını oxu...
Sosioloq Sənubər Heydərova “Referans” klinikada evli olmadığı üçün qadından analiz götürülməsindən imtina edildiyini bildirib. Tribunainfo.az yazır ki, hadisə bu günlərdə yaşanıb. “Deməli bir neçə gün əvvəl müraciət edən qadınlardan birini sosial işçilərimiz həkimə aparıblar, həkimsə yönəldib analizə. Analiz üçün gediblər Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik -ə. Nəsimi bazarına yaxın olan şöbəyə. Burda qıza nə desələr yaxşıdı? Xanım evlidi? Evli deyilsə yaxma analizi götürə bilmərik. Sosial işçi qıza deyib ki, gözləyin, mən bəzi məsələləri dəqiqləşdirim. Eşidib pis olmasın deyə qızı göndərib oturmağa, deyib ki, xanım evli deyil, amma cinsi həyatı var, əgər bununla maraqlanırsızsa. Deyiblər, xeyr, məsələ bu deyil, evli olmalıdır. Bir ifritə tibb bacısı da varmış orda, elə davranıb, sanki bu müqəddəs Məryəmdi, gələnlər əxlaqsız: getsin, öz həkimi götürsün yaxmanı da. Bizə iclasda deyiblər ki, evli olmayanları götürməyin. Bax belə. Siz də deyirsiz oteldə 70 yaşlı adamdan nikah sənədi istəyirlər. Adamlar sağlamlıqlarını belə yoxlada bilmirlər bu əxlaqsız düşüncələrə görə. Bu da zorakılığı davam etdirmədir.
Referans, tibbdə utanma yoxdu deyəndə sizin bu utanmazlığınız nəzərdə tutulmurdu, yalnış anlamısız”.
 
Ardını oxu...
“Qulaq gündə bir söz eşitməsə kar olar”,- deyib ata-babalarımız. Elə bizim qulaqlarımız da “İlin Dörd Fəsli” (İDF) tikinti şirkəti haqqında gündə bir söz eşitməyə öyrəşib. Təəssüf ki, hər dəfə də bu “söz” hansısa qanunun pozulması ilə bağlı olur.
“Yeni Baki Yaşayış Kompleksi” facebook profilində yayılan müraciətə istinadən sizlərə 2 sənəd (bir qəbz və bir müqavilə də daxil olmaqla 4 sənəd) təqdim edəcəyik. Söhbət İDF-nin Masazırda inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinə təqdim etdiyi maliyyə arayışlarından, kassa mədaxil orderinin qəbzindən və mənzil tikintisi haqqında müqavilədən gedir.
Birinci arayış 2018-ci ildə “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Elnur Hüseynovun adından təqdim olunub. Arayışdan aydın şəkildə görünür ki, İDF tikinti şirkəti məhz MMC formasında təsis olunub və sakinə verdiyi arayış da İDF MMC adından tərtib edilib. Hətta 2009-cu ildən bəri həmin yaşayış kompleksində satılmış mənzillərə görə sakinlərə verilmiş kassa mədaxil orderinin qəbzi də İDF MMC adından tərtib edilib və qəbzin üzərindəki möhür də İDF MMC-yə məxsusdur. Bu illər ərzində bağlanmış mənzil tikintisi haqqında müqavilə də sakin ilə İDF MMC arasında imzalanıb. 2010-cu ildə verilmiş bu qəbzin və müqavilənin fotolarını da sizə təqdim edirik.
İndi isə 2019-cu ildə tərtib olunmuş ikinci arayışa diqqət yetirin. Bu arayış da “Yeni Bakı” yaşayış kompleksinin sakininə verilib. Ancaq bu dəfə arayış İDF MMC adından deyil, “İDF-Mənzil Servis” Mənzil Tikinti Kooperativinin (MTK) sədri Elşən Musayev adından tərtib və təqdim olunub. Cəmi bir il fərqlə tərtib olunmuş arayışı verən şirkətin adı, ən əsası isə təşkilati-hüquqi forması necə dəyişib? Axı MMC ayrı, MTK tamamilə ayrı funksiya və öhdəliklərə malik müəssisə formasıdır?! Bu Elşən Musayev kimdir və biz bu yeni yaradılan MTK-nın məcburi üzvləri olaraq bu sədri niyə tanımırıq? MMC “fokus-mokus”la MTK-ya çevrilərkən biz sakinlərin (yaşayış kompleksi 3200 mənzildən ibarətdir) niyə xəbəri olmayıb? Və daha bir maraqlı, maraqlı olduğu qədər də cavabında korrupsiya iyi gələn sual: MTK mənzillərin tikintisindən əvvəl təsis edilməli olduğu halda, kompleksin tikintisinin tam başa çatmasından 7-8 il sonra necə təsis olunub? Axı əvvəlcə MTK təsis olunur, sonra tikintiyə başlanır. Sizcə də, burada qəribə və şübhəli nəsə yoxdurmu?
Əslində, hər şey aydındır. Şirkət vergidən yayınmaq üçün sonradan təşkilati-hüquqi formasını dəyişib. Çünki MMC kimi mənzil satışında dövlət büdcəsinə müəyyən məbləğdə vergi köçürülməlidir, ancaq MTK-da bu öhdəlik yoxdur. Görünür, İDF bu addımı atmaqla dövlətdən külli miqdarda vergi yayındırıb. Söhbət 3200 mənzilin vergi yükündən gedir. Bu məqamda bir məsələni xatırlatmaq da yerinə düşər. Deməli, İDF sakinlərə çıxarış verməyə başlayanda onlardan mənzildəki otaqların sayından asılı olaraq, 150-350 manat arasında əlavə ödəniş tələb edirdi. Və bu tələbini də onunla əsaslandırırdı ki, “bəs biz çıxarışla bağlı sənədlərimizi qaydasına qoymaq üçün böyük xərcə düşmüşük, dövlət qurumlarına “hörmət” etmişik”. Ortalama hər sakinin üzərinə qoyulan məbləğin 250 manat olduğunu nəzərə alsaq, bu da (250×3200=800000) 800 min manat edir.
Görəsən, İDF-nin “hörmət” dediyi şey MMC-ni MTK-ya çevirərkən çəkdiyi “xərc”dirmi? Bu suala ən doğru cavabı, əlbəttə ki, hüquq-mühafizə orqanları verə bilərlər. Ona görə də biz sakinlər olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət edirik ki, bu suala aydınlıq gətirsinlər.
DİA.AZ rüşvət alınaraq verilən sənədlərin fotolarını təqdim edir:
 //Paytaxt.org//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər bir neçə ildir ki, hüquq mühafizə orqanları tərəfindən davam etdirilir.

Yerli media və sosial şəbəkələrdə yayılan məlumatları analiz edərkən ən çox şikayətlərin və neqativ halların yerliidarəetmə orqanlarında olduğu görünür. Bu xüsusda daha çox rayon icra hakimiyyətləri və bələdiyyələrin qaranlıq fəaliyyətlərinə, bu qurumların gördükləri işlərdə qiymətlərin şişirdilməsi və digər bu kimi qanunsuz hallara rast gəlinir.

AzFakt.com saytının əldə etdiyi məlumata fəaliyyətində qanunsuzluğa yol verən qurumlardan biri də Binəqədi rayon Bələdiyyəsidir.

Binəqədi rayon Bələdiyyəsinin tol verdiyi əsas qanunsuz əməllərdən biri bələdiyyə ərazisində yerləşən fərdi tikinti və digər obyektlərə sənədlərin verilməsidir.

Təxminən 300 hektar ərazini əhatə edən Binəqədi Bələdiyyəsinin ərazisində fərdi evlərin əksəriyyətinin orderləri (kupçaları) yoxdur. Bu evlərin yeganə sənədlərinin bələdiyyə müqaviləsidir.

Əldə etdiyimiz məlumata görə Binəqədi rayon Bələdiyyəsi bələdiyyə ərazisində satılan evlərə yenidən bələdiyyə müqaviləsinin (sənədinin) köhnə tarixə verilməsini “açıq bazara” çıxarıb.

Mənzillərin və obyektlərin kvadrat metrindən asılı olaraq köhnə tarixə verilən bələdiyyə müqavilələrinin 2.000 manatdan verildiyi iddia edilir.

Qeyd edək ki, Binəqədi rayon Bələdiyyəsinin sədri Mürsəl Eminovdur.

O, bu vəzifədə 2020-ci ildən çalışır.

Məsələ ilə bağlı Binəqədi Bələdiyyəsinin münasibətini örgənə bilmədik.

Dünyapress TV

Xəbər lenti