Ardını oxu...
Xeyli müddətdir ki, bir media qurumu olaraq Sumqayıt Səhiyyə Şöbəsinin keçmiş müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxsin) direktoru Səkinə Sadıxovanın qanunsuz əməlləri barədə araşdırma yazıları dərc edirik. Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, bu Tibb Mərkəzinin nəzdində xeyli sayda xəstəxana, polkilinika, Təcili Tibbi Yardım Stansiyası və digər tibb müəssisələri var.
Yəni TƏBİB rəhbərliyi bütün bunları birləşdirib verib Səkinə Sadıxovanın əlinə, daha doğrusu, səlahiyyətinə. Səkinə Sadıxova bu xeyli sayda tibb müəssisələrin müdirləri, baş həkimləri ilə necə davaranır, xoşu gəlməyən poliklinikaları birləşdirir, istədiyi təcrübəli, peşəkar həkimi işdən qovub yerinə özü ağılda, özü savadda adamları işə götürür, Sumqayıt boyda şəhərin səhiyyə sistemində intriqa mühiti yaradır və s. Biz bu barədə kifayət qədər yazmışıq.
Bu hələ harasıdır..? Səkinə Sadıxovanın keçirdiyi saxta tenderlər, dövlət tərəfindən ayrılan dərman preparatlarının özəl apteklərdə satılması, xəstələrə ayrılan ərzaqların özəl mağazalarda satılması yolu ilə milyonlara sahib olması barədə də kifayət qədər yazılıb. Biz hələ Səkinə Sadıxovanın Sumqayıt Təcili Yardım Stansiyasında sürücüləri hansı qiymətə işə götürməsini, stansiyaya ayrılan benzinin, yanacağın, avtomobil ehtiyyat hissələrin satılmasını demirik. Təsəvvür edirsiniz, Səkinə Sadıxova təcili yardım maşınlarının sürücülərinə deyir ki, benzini, ehtiyyat hissələri öz cibinizin pulu ilə almalısınız.
Bütün bunları yenidən yazıb vaxt və zaman itirmək istəmirik. Xatırlatma üçün onu da qeyd edək ki, Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıxova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə də uzun-uzadı yazmaq istəmirik, çünki kifayət qədər yazılıb.
İndi bəhs edəcəyimiz mövzu tamamilə yeni məsələdir. Ötən yazımızda qeyd etdiyimiz kimi Səkinə Sadıxova heç bir ali tibb təhsili olmayan Elnarə Məmmədovanı Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinə müdir təyin edib. Özü də Elnarə Arif qızı Məmmədovanın 44 yaşında Gürcüstan Respublikasından aldığı saxta diplomla.
Detallara varmadan Elnarənin keçmişinə nəzər salaraq və vaxt ayrımadan onu qeyd edək ki, Elnarə heç bir tibb təhsili olmadan Qobustan Mərkəzi Xəstəxanasının o zamankı baş həkimi Emin Hüseynlə tanış olur və Emin Hüseyn Astaraya baş həkim təyin olunarkən Elnarənin həmin xəstənada Kadr şəbəsinə müdir təyin edir.
Sonradan Astaradan qovulan Emin Hüseyn yenidən Qobustan Mərkəzi Xəstəxanasına baş həkim gələrkən Elnarəni də özü ilə kadr şöbəsinə müdir gətirir. Sözün qısası, Emin Hüseyn Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin olunarkən Elnarəni özü ilə apara bilmir və Qobustanın yeni baş həkimi Qurban Kərimov Elnarəni Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən qovur. Sonra Sumqayıtda məhkəmə prosesi başlayır və TƏBİB-in müdaxiləsindən sonra Elnarə süddən çıxan qaşıq kimi təmiz çıxır.
Ötən yazımızda sual verdik ki, TƏBİB-in əməllərini başa düşdük, bəs məhkəmə hakimləri görmədi ki, Elnarənin diplomu saxtadır, niyə bu barədə sorğu vermədilər..? Sözün qısası, indi gələk konkret mətləb üstünə. Deməli, redaksiyamıza daxil olan rəsmi məlumata görə, Təhsil Nazirliyinin Kvalifikasiya şöbəsinə Elnarə Məmmədovanın Gürcüstan Respublikasından aldığı diplomun təsdiqi ilə bağlı heç bir müraciət daxil olmayıb və Təhsil Nazirliyinin Məlumat Bazasında Elnarə Məmmədovanın diplomu ilə bağlı heç bir məlumat yoxdur.
Onda ortaya sual çıxır: Bəs Elnarə Məmmədovaya onun diplomunu təsdiq edən sənədi kim və neçəyə verib..? Məlumdur ki, Elnarə Məmmədova həmin saxta diplomla Sumqayıt ərazisində mühüm dövlət qurumunda, özü də vəzifədə çalışır. Deməli, bu məsələ Sumqayıt prokurorluğunda araşdırılıb ortaya ciddi nəticə qoyulmalıdır.
Biz üzümüzü Sumqayıt şəhər prokuroru, hörmətli Mürvət Həsənova tutaraq deyirik. Hörmətli Mürvət müəllim. Siz uzun müddətdir ki, prokurorluq orqanlarında çalışırsınız, hətta Bakı şəhər prokurorunun müavini vəzifəsində çalışmısınız. Hörmətli Baş prokurorumuz Kamran Əliyevin etimadı ilə Sumqayıt boyda şəhərin prokuroru təyin edilmisiniz.
Ümid edirik ki, Elnarə Məmmədovanın saxta diplomla dövlət vəzifəsində çalışmasına və diplomun saxta olmasına aydınlıq gətirəcəksiniz. Bütün dünyada saxta diplom vermək, saxta diplomla çalışmaq cinayət əməli hesab olunur.
Və sonda özünü muzdlu jurnalist hesab edən və barəmizdə guya ittiham yazıları yazanlara üzümüzü tutub deyirik ki, bizim mübarizəmiz sizin kimi YAL davası deyil, Azərbaycan Dövlətinin gələcəyi üçündür.
Gündəlik Bakı
 
Ardını oxu...
Təsvir

Qəsəbə sakini: Camaat marsdan torpaq alır, yaşayış qurur, amma biz Bakının 8 km-də su üzünə həsrətik

Meydan TV
50
Bəyəndikləriniz
848
Baxış sayı
15 avq
2023
Hökməli qəsəbəsinin Beton yol adlanan ərazisinin sakinləri suyun və kanalizasiya xəttinin olmamasından şikayətçidirlər. İllərdir içməli suyu pulla alan sakinlər hər ay məvaciblərinin bir hissəsini məhz su almaq üçün kənara qoymalı olurlar. Susuz qalmamağın dərdindən onlar hər dəfə bir maşın suya 35 manat ödəyirlər. Vay o gündən ki, suyun qurtardığı vaxt pul da olmaya.

Qəsəbə sakini Ramil Tağıyev deyir ki, bu gün Hökməli qəsəbəsi, beton yol deyilən bu ərazidə 1000-dən çox ev var: "Bu qədər sakinin ciddi su və kanalizasiya xətti problemi var. Hal-hazırda həyətimdə 2 quyu qazmışam, ikisi də dolub. İndi məcbur olub küçəyə axıdıram kanalizasiyanı. Bilirəm ki, söyürlər, amma neyləyə bilərəm?”

Vətəndaşlar vəziyyətdən çıxış yolu kimi şəxsi həyətlərində, eləcə də darvazalarının qarşısında quyu – şambo qazdıraraq çirkab suları ora axıdırlar. Bu da torpaq qatının, yeraltı su mənbələrinin çirklənməsinə, digər ekoloji problemlərə səbəb olur.

Digər qəsəbə sakini Yadigar Şükürov isə bildirir ki, Bakının 8 km-də su üzünə həsrətdirlər: "Dərdimizin sayı-hesabı yoxdur, amma onlardan ən vacibi su, kanalizasiyanın olmamasıdır. Şambo sözünü eşidəndə mən iyrənirəm. 21 əsrin yarısı gedib, başqa ölkənin camaatı marsdan torpaq alır, yaşayış qurur, amma biz Bakının 8 km-də su üzünə həsrətik".

Əsasən kasıb təbəqənin məskunlaşdığı Betonyolu adlanan ərazidə vətəndaşlar öz şəxsi hesabına su xətti çəkməyin mümkünsüz olduğunu bildirirlər.

Qəsəbə sakini Tahir Süleymanov: "Burada yaşayanlar əsasən kasıb təbəqədən olan insanlardır. Varlı olsaq, özümüz öz hesabımıza suyumuzu çəkərik, ancaq yoxdur pulumuz. Biz də öz cibimizdən köməklik etməyə razıyıq yetər ki, suyumuzu çəksinlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət etməyimizə baxmayaraq heç bir müsbət reaksiya olmayıb".

Qəsəbə sakini Hökümə Süleymanova: "10 ildən çoxdur burada yaşayırıq. İndiyə kimi nə kanalizasiyamız olub, nə suyumuz. Kanalizasiya qapıda qazdığımız quyulara tökülür. Kanalizasiyanı axıtmaq üçün həyətdə şambo qazırıq. 10-15 gündənbir şambo dolur, məcbur olub 35 manat verib təmizlədib bir də istifadə edirik".

Qəsəbə sakinləri ilə söhbət zamanı məlum olur ki, onlar suyu pulla, susatan maşınlardan alırlar. Ortahesabla hər ay bir ev suya 70 manata yaxın xərc çəkir.

Qəsəbə sakini İbrahim Aslanov: “Suyun 12 tonunu 35 manata alırıq. Yay aylarında məcbur olub ayda iki maşın su alırıq. Bu isə əhalinin maddi cəhətdən əlavə ziyana düşməsinə səbəb olur. Kanalizasiyamız yoxdur, hazırda həyətimdə şambo qazıram. Hamının kanalizasiyası dolub axır yola. Camaat əziyyət çəkir. Aidiyyatı orqanlardan xahiş edirik bizə köməklik etsinlər".
Meydan TV

 
Ardını oxu...
Avqustun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi "ZN Trade” şirkəti ilə 365 gün müddətində daxili və xarici istifadə üçün mexaniki və sanitar əlil arabalarının alınmasına dair müqavilə imzalayıb.

Dövlət satınalmalarının vahid elekton portalının məlumatına görə, müqavilənin dəyəri 7 milyon 762,8 min manat və ya 4 milyon 576 min dollardır.

Eyni zamanda, qanunvericiliyə zidd olaraq portalda alınan malların miqdarı və xüsusiyyətləri barədə məlumat yoxdur.

Maraqlıdır ki, ötən ilin sentyabrında təsis edilən "ZN Trade” MMC (VÖEN: 2007592551) bir neçə gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun 1795 ədəd əlil arabasının-təkərli arabaların (mexaniki və elektriklə) alınması üzrə tenderinin qalibi olub.

Həmin müqavilənin dəyəri 3 milyon 758,8 min manat (2 milyon 211 min dollar) olub. Sifariş 1 mart 2023-cü il tarixinədək yerinə yerinə yetirilməli idi.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycana ümumi dəyəri 1 milyon 590,6 min dollar olan 3 671 ədəd motor mexanizmi ilə təmin olunmayan əlil arabası və 889,5 min dollar dəyərində 1 537 ədəd digər əlil arabaları gətirilib.

Həmin mənbənin məlumatına əsasən, bu ilin birinci yarısında müvafiq olaraq 1291 (ümumi bəyan edilmiş dəyəri 222 180 dollar) və 109 (16 260 dollar) əlil arabası idxal edilib.

Qeyd edək ki, "ZN Trade” MMC barədə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturları olmaqla, 9 dövlət satınalmasında qalib olmasından başqa heç bir açıq məlumat yoxdur.

Şirkətin qanuni nümayəndəsi 1985-ci il təvəllüdlü Nüsrəddin Yolçu oğlu Kərimovdur.

"ZN Trade” şirkəti Bakıdakı mənzillərdən birində qeydiyyatdadır, onun atası və üç böyük qardaşı da (Kərim, Murad və Müzəffər) burada qeydiyyatdadır. /"Turan"
 
Ardını oxu...
“Yuxarı Qarabağ kanalı 65 ildir ki, dayanmadan istismar olunur. Bu da o deməkdir kanal öz istismar müddətini artıq başa vurub. Artıq bu kanalın yenidən inşası zərurəti yaranıb. Kanal torpaq əsaslı kanaldır. Bu da həm su itkisinə, həm də müəyyən sızmalara səbəb olur. Ümumilkdə kanalda sızma, buxarlanma və texniki itkilər var. Bu 3 səbəb üzündə ötürülən suyun 22 faizi itkiyə gedir. Sızmalar əsasən Yevlax və Bərdə rayonları ərazisində baş verir. Bu sızmalar da torpaqların şoranlaşmasına səbəb olur”.

DİA.AZ bildirir ki, bunu Bizim.Media-ya müsahibəsində Yuxarı Qarabağ kanalı İİ-nin rəisi Şakir İmanov deyib. O bildirib ki, kanal altında 23 ədəd selötürücü qurğu var:

“Bunlar da öz istismar müddətlərini başa vurub. Məhz bunun nəticəsidir ki, avqustun 2-də Bərdə rayonu ərazisində bənd dağıldı. Çünki, yığılan sel sularını selötürücü qurğu çatdırıb ötürə bilmədi. Nəticədə, kanalın bəndi sel sularından zədə gördü. Doğrudur, qəzanın nəticələri qısa zamanda aradan qaldırıldı. Lakin, gələcəkdə daha bir qəzanın baş verməsinə təminat yoxdur. Çünki, qurğuların istismar müddəti çoxdan başa çatıb”.

Şakir İmanov onu da bildirdi ki, kanal üzərində çoxlu sayda körpülər, keçidlər, səviyyə qaldıran qurğular, akviduktor və digər hidroqurğular var:

“Bu qurğular 70 ilə yaxındır ki, istismar edilir. Halbuki, beton kanalların istismar müddəti 50 ildir. Di gəl ki, bu torpaq kanalı 70 ildir ki, istismar edilir. Ümumilikdə Yuxarı Qarabağ kanalı torpaq əsaslı kanaldır. Bu da həm su itkisinə, həm də müəyyən sızmalara səbəb olur. Ümumilkdə kanalda sızma, buxarlanma və texniki itkilər var. Bu 3 səbəb üzündən ötürülən suyun 22 faizi itkiyə gedir. Sızmalar əsasən Yevlax və Bərdə rayonları ərazisində baş verir. Bu sızmalar həm kanalın keçib getdiyi ərazilərdə torpaqların şoranlaşmasına səbəb olur ki, bu da başqa bir problemdir”.

İdarə rəisi daha bir ciddi məsələ barədə SOS verdi:

“Qarabağ kanalı həm də Mingəçevir İES-in soyutma sisteminə də xidmət edir. Bu soyutma sisteminə görə biz bir anda olsun suyu dayandırmırıq. 1981-ci ildən bu yana kanalda heç bir fasilə olmayıb.Baxmayaraq ki, kanal altındakı hidrotexniki qurğulara ən azı ildə bir dəfə qulluq göstərilməlidir. Bunun üçün kanalda suyun ötürülməsinə bir ay fasilə verilməlidir. Tunellərdə davamlı müayinələr aparılmalıdır ki, harda çatlar və digər təhlükəli fəsadlar var.

Bundan sonra da o nöqsanlar aradan qaldırılmalıdır. Təəssüflər olsun ki, bu günə qədər Mingəçevir İES-in soyutma sisteminə görə biz bu cür vacib tədbirləri həyata keçirə bilmirik. Əslinə baxsan İES-in özünün soyutma sistemi olmalıdır. Bu qurğu tikilib istifadəyə verilmədiyindən bütün yük Qarabağ kanalının üstündə qalıb”.

Müsahibimiz vəziyyətin çox təhlükəli olmasına rəğmən çıxış yolunun olduğunu da bildirib:

“Yuxarı Qarabağ kanalı yenidən qurulmalıdır. Bunun üçün mövcud kanala paralel müvəqqəti kanallar tikilməlidir. Bundan sonra sular o kanala ötürülməli və mərhələli şəkildə kanal yenidən tikilməlidir. Vəziyyəti dərindən təhlil edən Melorasiya və Su Təsərrüfatı ASC artıq layihələndirmə işlərinə başlayıb. Layihə İnstitutunun əməkdaşları yerlərdə hesabatlar hazırlayır. Amma kanalın yenidən qurulması üçün külli miqdarda vəsait lazımdır. Buna görə məsələyə hökümət müdaxilə etməlidir”.

Qeyd edək ki, Yuxarı Qarabağ kanalının tikintisinə 1953-cü ildə başlanılıb. 1958-ci ildə kanal istismara verilib. Öz mənbəyini Mingəçevir su anbarından götürən kanal respublikamızın 6 rayonun ərazisindən keçməklə 11 rayonunun 130 min hektar əkinə yararlı torpaqlarını suvarır.
 
Ardını oxu...
Bərdə şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvar baxımsız vəziyyətdədir.

AzFakt.com xəbər verir ki, park-bulvarın ərazisində olan hovuzlar aylarla təmizlənmir. Asudə vaxtlarını səmərəli keçirmək üçün parka gələn insanları aylarla təmizlənməyən hovuzdan iylənmiş su qoxusu vurur.

Parkda skamyalardan bəziləri də sınıq-salxaqdır.

Qeyd edək ki, Bərdə şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvar 2015-ci ilin mart ayında istifadəyə verilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Xəzəri ən çox çirkləndirən ərazi Novxanıdır... Biz bir media olaraq öz fantaziyamıza deyil, dövlət qurumlarının rəsmi məlumatlarına əsaslanıb məqalələr yazırıq. Bəli, rəsmi məlumatlardan bəlli olur ki, Xəzər dənizinin çirklənməsində ən çox “payı” olan ərazi Novxanı ərazisidir. Novxanı qəsəbəsində yerləşən ictimai-iaşə müəssisələri, restoranlar, kafelər, istirahət kompleksləri ilin bütün günü, gecə-gündüz Xəzər dənizinə tullantılar, zir-zibil axıdırlar. Belə obyektlərdən biri də Sumqayıt şəhəri, Sumqayıt Novxanı yolu, dənizkənarı sahə ünvanında yerləşən... fiziki şəxs Kılıç Mehriban Cahan qızına məxsus “LİMAN” restoranınıdır.
Dövlət qurumlarının apardığı yoxlamalar zamanı bəlli oldub ki, müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmir. Yəni ət, toyuq, balıq, qiymə, soğan, qatıq, kartof, kök, sarımsaq eyni soyuducu anbarda saxlanılır. “LİMAN” restoranında aparılmış yoxlama zamanı məlum olub ki, ictimai iaşə müəssisəsində istehsal olunan “Azərbaycan” çörəyinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı mövcud deyil.
O da məlum olub ki, “LİMAN” restoranında, ümumiyyətlə, laboratoriya analizləri yoxdur. Və müəssisənin laboratoriyası olmaması bir yana, hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmayıb. Ümumiyyətlə, restoranın verdiyi lülə-tikə kabablar laboratoriyada analiz olunsa, hansı bağırsaq qurdlarının çıxacağı məlum deyil.
Bütün bunlar bir yana. Biz bu problemlərdən bəhs edəndə həmişə Ulu Öndərin məşhur fikirlərinə istihad edirik: “Ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”
Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və onlar həbs olunmalı idilər. Həmin obyektlər isə qeyri-qanuni olduğu üçün məhkəmənin qərarı ilə sökülməli, dağıdılmalı, uçurulmalı idi…
Belə obyektlərdən biri də LİMAN restoranıdır. Bu restoranın tikilməsi üçün nə qədər ağaclar kəsilib, yaşıllıq məhv edilib. Deməli, Ulu Öndərin buyurduğu kimi bu restoran sökülməli, yerində yaşıllıqlar və əhalinin mədəni istirahəti üçün kompleks salınmalıdır. Bütün bu sadalaqdıqlarımızı, bəlkə də, zamanın, reallığın ayağına yazmaq olardı...Bəlkə də...Amma.. Əmması odur ki, bütün reklamlarda özünü AİLƏVİ RESTORAN kimi qələmə verən "LİMAN" restoranı milli-mənəvi dəyərlərdən tam uzaq, mentalitetə yaraşmayan əməllərlə məşğuldur…. Yəni "LİMAN” restoranı ilə AİLƏ sözü ümumiyyətlə, bir araya gələn məvhum deyildir…
Çox detallara varmaq istəmirik. Amma görəsən, hansı kişi öz ailəsini götürüb "LİMAN" restoranına gələr …? Axı, hamı bilir ki, qonşu otaqlarda, kabinetlərdə nələr baş verir..?
Yeri gəlmişkən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "LİMAN"-la bağlı məlumatını yada salaq. Rəsmi dövlət qurumunun məlumatından bəlli olur ki, restoranda heç bir ictimai-iaşə qaydalarına əməl edilmir. Sanitar qovşaqları çirkab içərisində itib-batır. Restoranda mənşəyi bilinməyən, yəni həkim nəzarətindən keçərək, üzərində möhürü olmayan ət məhsullarından istifadə edilir. Qanunla axsam saat 11-ə qədər fəaliyyət göstərməli olan restoran, 24 saat fəaliyyətini davam etdirir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi öz işinin öhdəsindən gələ bilmədiyi üçün və ya gəlmək istəmədiyi üçün neqativ hallar hər addımda baş verir. AQTA-nın müfəttişləri tərəfindən "LİMAN" restoranında yoxlamaların səthi aparılması və ya aparılmaması onu deməyə əsas verir ki, "LİMAN" restoranının rəhbərliyi, AQTA-nın rəhbəri Qoşqar Təhməzli ilə dil tapıb.
P.S. Yaxın zamanlarda çəkiliş qrupumuzun "LİMAN" restoranından hazırladığı reportajı ictimaiyyətə təqdim edəcəyik.
 //gundelik-baku.com//
 

Ardını oxu...
Çox yerdə məişət tullantılarının urnalardan kənara atıldığına şahid oluruq. Bir neçə gün əvvəl belə bir hal mənim də qarşıma çıxdı. Urnalar ağzına qədər dolmuş, tullantılar urnanın ətrafına səpələnmişdi. Yay, isti hava, ətrafa səpələnmiş məişət tullantıları sözün əsl mənasında sağlamlıq və ətraf mühit üçün ciddi təhlükə mənbəyidir. Ancaq, bunu nə tullantını atan vətəndaş, nə də təmizləmə məsuliyyətində olan qurumlar başa düşmürlər, ya da düşmək istəmirlər. Yoxsa kim yayın istisində zibil qoxusu çəkmək istər ki? Maraqlısı budur ki, urna qapısına yaxın qoyulmuş vətəndaş da mövcud vəziyyətə laqeyd yanaşır. Sanki elə belə də olmalıymış kimi….
Qanun deyir ki, bütün məişət tullantıları zərərsizləşdirilmək üçün urnalara atılmalıdır. Tullantıların urnalardan kənara atılması və ya basdırılması qanunla qadağandır. Bunu “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-ci maddəsi deyir.

Qeyd edək ki, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanuna görə yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət məkanları və ictimai istifadə yerləri müvafiq icra qurumları tərəfindən təmizlənməlidir. Yəni məişət tullantıları hər gün təmizlənməlidir.

İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının urnalardan atılmasına görə, 50 manat məbləğində cərimə nəzərdə tutulur. Düzdür, cərimələr var, amma reallıq da göründüyü kimi "burnumuzun ucundadır"…



Bizimyol.info
 

Ardını oxu...
DİA.AZ: - "Yardımlı rayonunda 2023-cü ilin Dövlət büdcsindən ayrılan 850000 manatlıq Tender yeyintisi var". Bu iddia DİA.AZ-a göndərilən müraciətdə deyilir.

DİA.AZ-a yazan müraciət müəllifləri daha sonra bildirir: "Bunun bir adı var: Yardımlı rayonunda tender oyunu... Yardımlı rayon İcra Hakimiyəti Başçısının sabiq müavini Mahir Mirəyev işdən çıxsa da, yenidən Yardımlı rayon büdcəsinə əli uzanır. Belə ki Yardımlı rayonunda 2023-cü il üçün elan edilmiş 2 tenderin nəticələrinə görə, (biri 755 min manatlıq - Yardımlı rayonunda yolların təmiri məqsədilə, digəri isə 50 min manatlıq - Yardımlı rayonunda abadlıq işləri ilə bağlı elan edilmiş müsabiqələr) Mahir Mirzəyevin müəsissəsinin adı qalib kimi göstərilib. Və bu da o deməkdir ki, Yardımlı rayonunda əvvəlki özbaşınalıq qanunsuzluğu Mahir Mirzəyev davam etdirir, heç nə dəyişməyib.

DİA.AZ vasitəsilə aidiyyatı qurumlardan xahiş ediirk ki, Yardımlı rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş bu müsabiqələr ciddi araşdırılsın. 755 min və 50 min manatların hara getdiyi müəyyən olunsun. Bu pullarla Yardımlı rayonunda çox çiddi işlər görmək olar..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq..
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırıb.
Səbəb kimi göstərilir ki, şirkət qanunvericiliyin tələblərini pozub.

Qanunun tələblərini açıq şəkildə pozanların biri elə AQTA-nın özüdür…

Deməli, son 3 ildə AQTA-nın keçirdiyi və ümumi dəyəri 600 min manata yaxın olan 6 tenderin qalibi “Duohıve” MMC (VÖEN – 1503672811) adlı şirkət olub.

Şirkət təsis olunan zaman (2017-ci il) rəhbəri Rəşad Xalıqov adlı şəxs olub. Bu şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub. Sektor müdiri olan kimi “Duohıve” MMC AQTA-nın informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub.

Bəs qanun nə deyir?

“Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub.

İndi əsas sual budur, qanunun tələblərini açıq şəkildə pozan AQTA-nın fəaliyyətini kim dayandıracaq?

Gununsesi.info
 
Ardını oxu...
Lənkəran rayonunun Təngivan kənd sakinləri deyir ki, son 1-2 gündür gecələr havadan üfunət iyi çəkilib, amma çayda hələ də lillənmə müşahidə edilir.

Təngivanlılar uzun illərdir Lerikin Piran kəndində yerləşən “Lerik Broyler MMC”yə məxsus “Lebro” quşçuluq təsərrüfatının havanı və Lənkəran çayı çirkləndirdiyindən şikayətlənirlər. Sakinlər bir neçə dəfə etiraz aksiyası keçirməyə də cəhd ediblər. Onların sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupu kənddədir. Şikayətçi tərəf kimi kənd sakinləri də monitorinqdə iştirak edirlər.

Kənd sakini Vüqar Əliyev Meydan TV-yə bildirib ki, əvvəlki illərdə də şirkət cərimələnib. Amma cəriməni ödəməyib və işini davam etdirib.

“Əvvəllər də belə olub. Məsələ ictimailəşəndən sonra toyuq tullantılarını yandırmağı dayandırıblar. Prezidentin ekoloji məsələləri diqqətdə saxlamasından sonra çox ümidliyik. Yəqin ki, uzun müddət ətraf mühitin çirkləndirilməsi dayandırılacaq”,- sakinlər bildiriblər.

Vüqar Əliyev isə deyib ki, bir neçə gün bundan əvvəl çay yenidən lilli olub:

“Broyler şirkəti deputat İqbal Məmmədovundur, yaxınları tərəfindən işlədilir. Bundan başqa, deputatın Lerikdə karxanası da var. Çay 3 mənbədən broyler təsərrüfatı, deputatın karxanası və Təngivandakı tanınmış rəssamlardan birinin karxanası tərəfindən çirkləndirilir. Nazirlik hazırda əsasən broyler təsərrüfatı ilə məşğuldur”,- sakinlər deyib.

Onlar bildiriblər ki, uzun aylardan bəri ilk dəfədir üfunətsiz gecə keçirirlər.

“Lerik Broyler MMC”-dən məsələ ilə bağlı məlumat verə bilməyəcəklərini deyiblər və “şirkətimiz ölkənin ən iri broyler şirkətidir” deyə suala aidiyyatı olmayan açıqlama verməklə kifayətləniblər.

Lerikin Piran Kənd Bələdiyyəsindən isə deyiblər ki, onlar sakinlərin narazılığından xəbərdar deyillər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə monitorinq aparıldığını, nəticələrlə bağlı açıqlama verəcəklərini deyiblər. //Meydan TV//
 

Dünyapress TV

Xəbər lenti