"Bu tam da şikayət postu deyil. Məlumat üçün deyim. "Coca cola" şirkətinin keçirdiyi kampaniyada - gümüşü qapağın altındakı kodu 7676-a sms ilə göndərməklə keçirilən lotereyanın 10-cu həftəsinin cavabları çıxıb və sayta yüklənib... DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Famil Laçınski adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Diqqətimi bir şey çəkdi, sonu 593 olan mobil nömrə sahibi 600+ hədiyyədən 45-ini qazanıb.
Qazandığı ən bahalı hədiyyə 2 ədəd iPhone 14 pro mobil telefon, 14 pro airpods və digər hədiyyələr qulaqlıq, səs gücləndirici və s. Bu qədər təsadüf olar, ya "Coca cola" şirkəti karusel çevirir???"
Məsələ ilə bağlı TEREF.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
“Təhsil Araşdırmalar Mərkəzi”nin araşdırmalarına görə, son zamanlarda regional təhsil idarələri içində, Lənkəran-Astara “Regionalı” xüsusilə fərqlənir. Belə ki, bu ilin əvvəlindən bəri, bölgə təhsili ilə bağlı ortaya çıxan bir çox dramatik pozuntular, diqqəti cəlb edir.
Doğrudur, bir çox hallarda LARTİ rəsmi açıqlama veribdir, lakin açıqlamaların məzmunu eynidir: “Araşdırma aparılmış, bəhs olunan qanun pozuntusuna rastlanmamışdır”.
(Məsələn, Astara təhsilində gündəmə gələn 2 ekstraordinal hadisə barədə bu ilin yanvar ayındakını rəsmi açıqlamanı təqdim edirik: https://www.mektebgushesi.az/2023/01/26/l%C9%99nk%C9%99ran-astara-regional-t%C9%99hsil-idar%C9%99sind%C9%99n-yoxlamalarla-bagli-aciqlama/ )
Yəqin ki, bu şablon və bəsit taktika, bundan sonra üçün də keçərli olacaq: hər dəfə hansısa məktəbdə ya da təhsil idarəsinin birbaşa özündə, problemlər gündəmə gələcək və LARTİ açıqlama verərək ki, “Araşdırma aparılmış, iddia təsdiqini tapmamışdır” deyəcək və beləcə, kimlərsə də buna inanacaq.
Lakin, cənab müdir Elxan Nəcəfov unudur ki, bu taktika ilə, medianı və QHT-ləri aldatmaq mümkün deyil. Əksinə, “zibillər”, “xalının altına süpürüldükcə” vəziyyət daha da qəlizləşir.
Yəqin ki, az-çox savadı olan Elxan bəy bunu bilməmiş deyil; deməli, məqsəd, sadəcə olaraq, vaxt udmaq, hansısa başqa işlərə köklənməkdir. Həmin işlər də, hər halda, “təhsildənkənar” işlərdir.
Elə tanınmış təhsil eksperti Kamran Əsədov da bu fikirdədir. O, düşünür ki, Elxan Nəcəfovun ən ali məqsədi, təhsili inkişaf etdirmək yox, “haqq toplamaqdır.
Gəlin onu dinləyək:
“Regional Təhsil İdarələri yaradılanda, böyük ümidlər var idi. Amma elə ilk vəzifə təyinatları göstərdi ki, heç də məqsəd, təhsilin inkişafı deyil, yeyintidir.
Deməli, Elm və Təhsil nazirliyinin xeyir-duası, dəstəyi ilə, Regional Təhsil İdarələri, orta məktəblərə yoxlamalar yollayır. Amma burada məqsəd, qudurğanlıq edənlərin cəzalandırılması deyil, onlardan haqq almaq, nazirlik üçün yığılanlardan özünə pay qoparmaqdır.”
Araşdırmaçı-ekspert, fikrini əsaslandırmaq üçün, cəmiyyətin bilmədiyi konkret bir fakt açıqlayıb: “Misal üçün, 2023-cü ilin əvvəlində Lənkəran-Astara Regional Təhsil İdarəsinin yoxlama heyəti, Yardımlı rayon Alar kəndində yerləşən orta məktəbdə yoxlama aparıb.
Yoxlama zamanı, ortaya, ciddi qanun pozuntuları çıxıb. Məsələn:
Dövlətin, məktəbin istilik sistemi üçün ayırdığı vəsait, mənimsənilib.
Vakant müəllim yerləri gizlədilib.
Fakultativ məşğələlər yazılıb, amma keçirilmir.
Dövlətin, məktəbin təmizlənməsi üçün ayırdığı materiallar mənimsənilib.
Biologiya müəllimi vəfat edib, lakin oun dərs saatı, diaqnostik balı olmayan direktora yazılıb.”
K. Əsədov fikrinin davamında qeyd edir: “Kifayət qədər belə ciddi qanun pozuntuları var. Bunlar, hələ bir məktəbdə olanlardır. Digər bir çox məktəblərdə də analoji vəziyyət hökm sürür…”
_________
Qeyd edək ki, Lənkəran-Astara Regional təhsil idarəsi rəhbəri Elxan Nəcəfovla bağlı, ekspertin söylədikləri, ilk maxinasiya faktları deyil. Son bir neçə ayda, dəfələrlə bu cür yaramaz halların, maxinasiyaların üstü açılıbdır.
Cənab müdir bir şeyi unudur ki, sosial və elektron mediada bütün bunlar gündəmə gəldikcə, onun olmayan reytinqi daha da aşağı düşür və limiti tükənir.
Yeri gəlmişkən, Regional rəhbərlərin əməlləri barədə hüquqi prosedurlar, artıq başlayıb! Bəli, Quba-Xaçmaz təhsil idarəsinin rəisi barədə cinayət işinin açılması, həm də o deməkdir ki, Elxan Nəcəfova verilən şans da sona çatmaqdadır! O, tezliklə, etdiyi əməllərin hesabını verməli olacaq!
“Təhsil Araşdırmalar Mərkəzi”nin hazırladığı sujeti təqdim edirik: Teref.az
Lerikin deputatı İqbal Məmmədov Piran kəndindən keçən çayı sözün əsl mənasında qan gölünə döndərib. 10 ildir işlətdiyi broyler çayı yarasız edib, çaydan su əvəzinə qan gedir.
Tanınmış jurnalist Cavanşir Həsənli növbəti ilginc faktla çıxış edib. DİA.AZ bildirir ki, neçə müddət idi araşdırmalarına ara verən jurnalist bu dəfə də maraqlı paylaşımı ilə diqqət çəkib.
Jurnalist yazır: "Görəsən, hökumətin xəbəri varmı ki, Boss Şelf-in direktoru İxtiyar Axundov, onun həyat yoldaşı Balacaxanım Axundova və qızı Emiliya 2020-ci ilin noyabrında Kolumbiya Əyalət Məhkəməsində ABŞ Dövlət Departamentinə qarşı daimi mühacirət tələbi ilə məhkəmə iddiası qaldırıb.
2021-ci ilin aprelin 28-də iddiaçıların ərizələrini (03374 saylı) geri götürməsi ilə məhkəmə işinə xitam verilib".
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Hər dəfə min bir bəhanə ilə sözügedən bölgənin mədəniyyət işçilərinin vəzifə maaşları aylarla gecikdirilir. Sanki bu idarənin keçmiş rəhbəri Mirvari xanım işdən gedərkən bütün ruzi-bərəkəti də özüylə aparıb. Belə ki, onun yerinə kimi təyin edirlərsə altı ay, bir il belə işləyə bilmir. Və işlədiyi müddətcə yalnız problemlərlə üzləşir desək, yanılmarıq. Bu ilin mart ayı ərəfəsində bu mövzuya qayıtmışdıq. Belə ki, bir neçə ayın vəzifə maaşlarını ala bilməyən mədəniyyət işçiləri, hətta Novruz bayramı ərəfəsində kasıb təbəqədən sayılan kənd mədəniyyət evlərinin işçiləri maaşsız qalmışdılar. Sağolsunlar nazirliyin işçiləri məsələyə müdaxilə etdikdən sonra maaşlar verildi. Mirvari xanımdan sonra Tərlan, Azər müəllim xeyli işlədilər. Daha sonra Ağaəli adlı bir nəfər bir müddət bu vəzifəni icra etdi. Bu gün yenə də, bu vəzifəni başqa adam idarə edir, həm də, müvəqqəti. Nargilə Qafarova da, rəisin səlahiyyətlərini müvəqqəti icra etməyə gəlib, həm də necə gəlib???Bu artıq ayrı bir mövzudur, buna da, ayrıca bir yazı yazacağıq. Görünən odur ki, hər dəfə rəis dəyişilən zaman mütləq bir problem yaşanır, bu dəfə yenə də, mədəniyyət işçilərinin vəzifə maaşları gecikdirilir. Deyirlər ki, struktur dəyişikliyi olmalıdır. Ay qadan alım struktur dəyişikliyi edirsən et, əvvəlcə bu kasıbların maaşlarını verin, sonra nəyi dəyişirsinizsə dəyişin dəəəə, bəlkə bu pulları faizlə,sələmə buraxırsınız????????Hamı bilir ki, mədəniyyət sahəsinin işçiləri ən az maaş alanlardandır,bu insanların övladları bu ayı ac qalmalıdır ki, mədəniyyət sahəsində struktur dəyişkənliyi gedir?!Mədəniyyət naziri Əbülfəz Qarayev vəzifəsindən azad olunduğu gündən bu sahədə də, problemlər bitmir ki, bitmir. Mən bir ziyalı kimi, araşdırmaçı jurnalist kimi deyə bilərəm ki, burada günah Mədəniyyət nazirinin üzərinə düşür. Anar Kərimov təyin olunduğu gündən min bir problemlər yaşandı. Sonunda korrupsiya, həbslər vəs. Bundan sonra yeni Mədəniyyət naziri Adil Kərimli təyin olundu. Maaşlar verilmir, bu sadə kəndlinin günahı nədir bilmirəm?!!!! Bəlkə yenə də, yeyinti üçün yollar axtarılır, bəlkə də, yenə korrupsiya və həbslər olacaq?Onu da bilmirəm, ancaq nə olursa olsun insanları ailəsini dolandıracaq çörək puluyla imtahan etmək Prezident İlham Əliyevin daxili siyasətinə qarşı çıxmaqdır. Prezident İlham Əliyev Ali Baş komandan kimi Bizə Zəfər yaşatdı, Qarabağımızı azad etdi, bütün dünya tərəfindən ona xüsusi simpatiya olunan bir vaxtda, cənab Prezidentin təyin etdiyi məmurlar naxələf çıxırlar?! Xalqı dövlətdən narazı salmaqla Siz nə düşünür və kimə işləyirsiniz??? Nargilə Qafarova gəldiyi gündən yalnız yerli mədəniyyət idarə rəhbərlərinə barmaq silkələməklə yaddaşlarda qalmağa başlayıb, uçub tökülməkdə olan heç olmasa bir mədəniyyət müəssisəsi haqqında öz nazirinə yardım üçün müraciət etsəydi, yerlərdə sadə insanların da, sevgisini qazanardı. Cənab Nazir, hörmətli Adil müəllim, müraciətim sizədir, Siz hüquq sahəsini gözəl bilirsiniz, güman ki, hesab-kitabdan da, pis deyilsiniz. 300 azn maaş alan ailə başçısı bu günkü bahalıqla ailəsini güclə dolandırdığı bir vaxtda bu sahənin işçilərinin maaşlarını niyə vaxtında vermirsiniz? Necə olur ki, Qəbələ rayonundan bura Regional Mədəniyyət idarəsinə rəis göndərirsiniz?Məgər bu bölgədə bir nəfər belə savadlı mədəniyyət işçisi yoxdur?, əgər bu belədirsə bütün mədəniyyət müəssisələrini bir əmrlə bağladın, kimə lazımdır savadsız işçilər? Nəzərinizə çatdırım ki, Şimal-qərb bölgəsində, məhz mədəniyyət sahəsində elə savadlı insanlar vardır ki, nazir belə ola bilərlər. Vəzifə elə şeydir ki, bu bir taleh quşudur, qonur insanın başına. Odur ki, Siz və yerlərə təyin etdiyiniz Nargilə xanım kimi rəis əvəziləri bu təbəqənin insanlarına hörmətlə yanaşın. Mən dəqiq bilirəm ki, 300 azn lə yaşamağın, xeyir-şərə getməyin, geyinməyin, xəstələnməyin vəs. nə olduğunu Sizin kimi məmurlar bilmirlər. Sizi Dövlət başçımızın apardığı daxili siyasətə kölgə salmamağa dəvət edirəm. Ən azından bunu bir Ziyalı, Veteran YAP-çı kimi sizdən tələb edirəm. Ailələrini güclə dolandıran təbəqənin hissiyatları ilə oynamaq dövlətimizin siyasətinə ziddir. Əlmaniz Ələkbərli Azərbaycan Yazıçılar Və Jurnalistlər Birliyinin Üzvü. Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional Bölməsinin sədri. Yazı Əlmaniz Ələkbərlinin səhifəsindən götürülüb.. Teref.az
Son vaxtlar Azərbaycanda istehsal olunan bir çox ərzaq məhsulları ilə bağlı narazılıqlar artıb. Apardığımız araşdırmalar sübut edir ki, bəzi məhsullar həqiqətən də istehlaka yararsız və insan orqanizmi üçün təhlükəlidirlər.
TEREF.AZ bildirir ki, oxşar problemlə bağlı Bizim.Media-ya müraciət edən şikayətçilərdən biri “Oba Market” şəbəkəsinin Kənd Əhmədli qəsəbəsində yerləşən mağazasından aldığı klassik “Qrill sosisləri”adı altında istehsal olunan məhsuldan şikayət etdiyini bildirib.
O, qeyd edib ki, axşam aldığı sosiskanı səhər bişirmək istəyərkən xoşagəlməz mənzərə ilə qarşılaşıb:
“Səhər sosiskanı yumurta ilə bişirmək istədim, amma yararsız hala düşdü və yemək mümkün olmadı. Buna görə də birini götürüb, həm keyfiyyətinə, həm də dadına baxmaq üçün bıçaqla kəsdim və bir dilim ağzıma qoydum. Dadı çox acıdır, sanki ət məhsulu deyil, bişmiş kağız yeyirdim. Bir neçə dəqiqə sonra boğazımda acılıq və yanğı hiss etdim.
Bişirdiyim yeməyi və kəsdiyim parçanı zibil qabına ataraq işə getdim. Axşam qayıtdıqdan sonra yenidən yoxlamaq qərarına gəldim və sizə göndərdiyim videoda olduğu kimi, əlimlə əzməyə başladım. Sanki əti deyil, palçığı əzirəm, yaxud əlimlə xəmir yoğururam. Videoda hər şey açıq görünür”.
Qeyd edək ki, sözügedən məhsul fiziki şəxs olan Vüqar Məmmədova (VÖEN - 1604408182) məxsus müəssisədə istehsal olunub. İlk baxışdan məhsulun qablaşdırılmasında da hər hansı problem yoxdur.
Amma...
Qablaşdırmanın üzərində, məhsulun tərkibində toyuq əti, bitki yağı, nişasta, içməli su, xörək duzu, natrium-nitril, ətirli istiot, sarımsaq, eləcə də stabilizator, emilqatorlar, turşuluq tənzimləyiciləri kimi qida əlavələrinin qatıldığı qeyd olunub. Hətta 100 qr məhsulda qida və enerji dəyərlərinin tərkibi də göstərilib. Bunlarla məhsulun keyfiyyətli olduğu mənzərəsi yaradılsa da, edilən şikayət və çəkilən foto-video görüntülər əksini sübut edir.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etdik.
Qurumdan sorğumuza verilən cavabda, AQTA tərəfindən sözügedən istehsalçı müəssisədə bu ilin iyun ayında yoxlama aparıldığı və inzibati və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlərin görüldüyü bildirilib:
Qeyd olunur ki, yaxın tarixlərdə yoxlama nəticəsində aşkar edilmiş pozuntuların müəyyən edilmiş müddət ərzində aradan qaldırılıb-qaldırılmaması üzrə təkrar yoxlama keçirilməsi nəzərdə tutulub.
“Yoxlamanın nəticəsi barədə məlumat veriləcək. Əlavə olaraq, istehlakçılar qida məhsulları ilə bağlı sualları yarandığı təqdirdə Agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Müraciət daxil olduqdan sonra müvafiq araşdırmalar aparılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək” – deyə cavabda vurğulanıb.
Məqalədə adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
"İnsanlar kitab kimidi əsil üzünü, üzünə baxınca deyil zamanla səhifələrini oxuduqca anlayırsan. Zəfər Qurbanov aqrar təhsil ocağına ilk gələndə bütün kollektiv elə zənn etdi ki, aqrar təhsil böyük inkişaf edəcək. Zamanla səhifələnən Zəfər Qurbanov kollektivdə yalançı elimdən idarəçilikdən bixəbər yalançı olduğu hamıya məlum oldu..." DİA.AZ bildirir ki, bu barədə Dövlət Aqrar Universitetinin kollektivi adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra davam edir: "Odur ki, bu sözləri elə belə deməyiblər: aqrar təhsil ocağı hara, Zəfər Qurbanov hara, Əhməd Məlikov hara?.. Gör, qocaman aqrar təhsil ocağı nə yerdə qalıb ki, idarəçiliyi naşı məmur Bəşir Bağırzadə edir. Bəs nazirliyin Daxili Nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılov Bəşir Bağırzadənin rektor vəzifəsini icar edən Zəfər Qurbanovun və tədris işləri üzrə prorektor Əhməd Məlikov haqqında niyə edilən şikayətləri ört bastır edir? Səbəb Bəşir Bağırzadənin arxasında Xanllar rayonunun icra başçısı Elvin Paşayevin dayanmasıdı, ya Əhməd Məlikovun arxasında nazir Mikayıl Cabbarovun daynmasıdı?
Zəfər Qurbanovun arxsaında sabiq şefiniz İnam Kərimov dayanır deyə, bunlardan edilən şikayətlərin üstünü niyə Fuad Mayılov ört-basdır edir? Çünki Fuad Mayılovla Zəfər Qurbanov işə heç bir müəllim qəbul etməyən zamanda bacanğı Vüsal Mirzəyevi kafedraya müəllim götürüb. Çox maraqlıdı, Fuad Mayılovun əmisi oğlu Murad Mayılov Yevlax rayonu Baytarlıq idarəsində rəis müavini işləyir. Sizcə bunlar hamısı təsadüfdür?
Fuad Mayılov sanki aqrar sahədə qohumlarının yüksək vəzifə tutması üçün əlindən gələni edir... necə ki, Zəfər Qurbanov göyçəli qohumlarına vəzifə verməklə. İndi isə sabiq şef İnam Kərimov nazir postundan ayrılandan bəri Zəfər Qurbanov kafedra müdiri Arif Qaziyev yalvarır ki, sənin nazir Mədəd Quluyevlə dostsan, mənim rektor olmağımı xahiş et, rektorluğumu təsdiq etsinlər...
ADAU də təhsil məhv edilib, özbaşınalıq hökm sürür. ADAU sanki "məmurların sosial yardın mərkəzi"dir. Saleh Məmmədov, Mahir Hacıyev, Şəlalə Zeynalova, Asəf Ömərov və.s bir çoxları adları müəllim olsa da, bir saat belə dərs keçməyib, autoriya üzü görməyib, amma hər ay əməkhaqqı alıb. Cənab nazir, sizə müraciət edirik... sanki ADAU sosial yardım mərkəzidir..."
İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib. Lakin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub. Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır. Teref.az yazır ki, bunu müstəqil araşdımaçı jurnalist Cavanşir Həsənli xəbər verir. Daha sonra Cavanşir bəy yazır: Xatırladım ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib. Teref.az
Biz ötən həftə "bığla saqqal arasında tez-tez yer dəyişdirən" "kral" Əzizov barəsində qısa alınması üçün hər şeydən cəmi bir kəlmə qeyd etməklə geniş yazılı məlumat yayımlamışdıq.
"Hər şeydən bir kəlmə" ifadəsi ilə, "geniş yazı" ifadəsi sizi çaşdırmasın, yanlış cümlə deyil. Trolleybus ustalığından sahibkarlığa, ordan da birbaşa Cəlilabad "krallığı"na yüksələn, orada təqribən 10 il (özünə və şərikinə) xidmət etdikdən sonra, Cəlilabadın taxtından endirilib, Bakının Yasamal rayonunda "kral taxtı"na əyləşən Əzizovun sahib olduğu o, hər şeydən bir az qeyd etməklə bir neçə cildlik kitab yazmaq olar, nəinki geniş material...
İllər əvvəl "DogruXeber.az" da onun Cəlilabad rayonundakı təsərrüfat sahələri, şərab zavodu, üzümçülük və heyvandarlıq təsərrüfatları, eləcə də vətəndaşların öz halalca torpağını zorla əllərindən alıb satdığı barəsində material dərc etmişdi. O, zamanlar Əziz Əzizovun rayondakı idarəçiliyində "özünəqulluq" prinsiplərinə dözə bilməyən və torpaqları zorla əllərindən alınıb, başqasına satılan rayon sakinlərinin "DogruXeber.az"a müraciətinin görüntüləri və gileyləri də sözügedən materialda yer alırdı.
Ardından isə bu "bacarıqlı biznesmen" şəriki olduğu deyilən "qoruyucu mələyi"nin yardımı ilə "çoxillik taxtından enib", yol aldı Bakının Yasamal rayonuna.
Yasamalda çox deyil, cəmi 22 ay rəhbər kürsüsündə əyləşən Əzizovun bu 22 ayda təkcə Yasamal ərazisində sahib olduqlarına başqaları bəlkə də 22 ilə min bir əziyyətlə anca sahib ola bilərdi. Lakin, başqalarına uzun illərə başa gələn böyük bizneslərə əllərində yüksək səlahiyyət olan Əzizov və "biznes ortağı" qısa müddətdə sahib Oldular.
Hələ təkcə Yasamal ərazisində mehriban şəriklərin sahib olduqları iaşə obyektləri və yaşayış binalarının peykdən görüntüsünə baxın.
Bəli ötən yazımızda da qeyd etdiyimiz kimi, rayon ərazisində qanunsuz yerlərdə iaşə obyektləri olan sahibkarların maddi vəsaiti hesabına Yeni Yasamal -2 ünvanındakı köhnə baxımsız qalan parkı bərpa etdirən və bu yolla da büdcədən xeyli miqdarda pul "əkişdirdiyi" deyilən fərasətli ağsaqqal Əzizov, orada da özünə əlavə "çörək yeri" qurmağın yolunu tapıb. Həmin parkın içində iki iaşə obyekti, ödənişli uşaq əyləncə atraksionları, əyləncə maşınları və parkın düz yanında böyük meyvə-tərəvəz mağazası.
Qeyd edək ki, bütün bunların hamısına da öz yaxınlarının - qardaşlarının rəhbərlik etdiyi deyilir.
Yeni Yasamal -2 ünvanında parkın içindəki iaşə obyektinin birinin fəaliyyəti hələ ki, dayandırılıb, oradan axşamlar uşaq əyləncə maşınları və digər əyləncə vasitələrinin qarajı kimi istifadə edilir.
Digər biznesləri - meyvə-tərəvəz mağazası, "Baku Mall" biznes mərkəzi, restoranlar, yaşayış binaları, atraksionlar və sair isə olduğu kimi fəaliyyətini davam etdirir.
22 ay sonra "növbəti hərəkətlənmədə Suraxanı stansiyasında əylənən " Əzizovun oradakı obyekti və satdığı deyilən əraziləri və hələ ki, baxımsız qalan, ağaclarının kəsilməsinə göz yumulan köhnə park da bir neçə gün əvvəl sosial şəbəkələrdə yayımlandı.
Yerli medianın dediyinə görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə "tamah salan" Əzizov indi onun barəsində bəzi şeylər bilən blogerlərlə, jurnalistlərlə məcburən "dostluq" edir, eləcə də rayonun aktiv, hüquqlarını bilən sakinləri ilə yaxşı yola getməyə çalışır ki, hədəfinə gedən yolda heç bir problem ona mane olmasın. Halbuki, Şəhid ailələri, qazilər küçələrin bərbad vəziyyətdə olmasından gileylənirlər. Həmçinin, Başçının qəbuluna düşmək istəyib, düşə bilməyən Suraxanı sakinləri qəbulda əyləşən xanımın "Əziz müəllim tədbirdədir", "Əziz müəllim qəbuldadır", "Əziz müəllim tədbirdən çıxıb başqa tədbirə girdi, sizi qəbul edə bilməyəcək" kimi hər gün ardıcıl deyilən bu cümlələrindən sözün əsl mənasında boğaza yığıldıqlarını deyirlər.
Sanki, bütün gün başçı görüşdədir. Maraqlıdır, vətəndaşları qəbul etməyən başçı kimlərlə keçirir bütün gün bu görüşləri?
Başı "blogerlərin könlünü almağa qarışan" BŞİH-nə "namizəd" Əzizov özü də bilmədən rayon sakinlərini özündən narazı salır. Belə getsə daha böyük biznes xəyalları xəyal olaraq qalacaq.
Amma, yox... Bir icra başçısının ki, "iyilik mələyi" onun həm də biznes ortağı ola, onun "kürəyi yerə gəlməz" yəqin ki...
Mövzuya yenidən qayıdacağıq və qarşıdakı günlərdə Əzizov və bəzi müavinləri barəsində söz verdiyimiz maraqlı məlumatları da diqqətinizə çatdıracağıq.
Fotoda gördüyünüz ərazi Suraxanı rayonu Hövsan qəsəbəsidir. Növbəti yazılarımızda məqsədli şəkildə kəsilən yaşıllıq ağaclarının yerində qanunsuz inşa edilən bu və digər iaşə obyektləri barəsində ətraflı məlumat dərc edəcəyik.