“Qrill sosisləri” ilə bağlı QORXUNC MƏNZƏRƏ –
Son vaxtlar Azərbaycanda istehsal olunan bir çox ərzaq məhsulları ilə bağlı narazılıqlar artıb. Apardığımız araşdırmalar sübut edir ki, bəzi məhsullar həqiqətən də istehlaka yararsız və insan orqanizmi üçün təhlükəlidirlər.

TEREF.AZ bildirir ki, oxşar problemlə bağlı Bizim.Media-ya müraciət edən şikayətçilərdən biri “Oba Market” şəbəkəsinin Kənd Əhmədli qəsəbəsində yerləşən mağazasından aldığı klassik “Qrill sosisləri”adı altında istehsal olunan məhsuldan şikayət etdiyini bildirib.

O, qeyd edib ki, axşam aldığı sosiskanı səhər bişirmək istəyərkən xoşagəlməz mənzərə ilə qarşılaşıb:

“Səhər sosiskanı yumurta ilə bişirmək istədim, amma yararsız hala düşdü və yemək mümkün olmadı. Buna görə də birini götürüb, həm keyfiyyətinə, həm də dadına baxmaq üçün bıçaqla kəsdim və bir dilim ağzıma qoydum. Dadı çox acıdır, sanki ət məhsulu deyil, bişmiş kağız yeyirdim. Bir neçə dəqiqə sonra boğazımda acılıq və yanğı hiss etdim.

Bişirdiyim yeməyi və kəsdiyim parçanı zibil qabına ataraq işə getdim. Axşam qayıtdıqdan sonra yenidən yoxlamaq qərarına gəldim və sizə göndərdiyim videoda olduğu kimi, əlimlə əzməyə başladım. Sanki əti deyil, palçığı əzirəm, yaxud əlimlə xəmir yoğururam. Videoda hər şey açıq görünür”.

Qeyd edək ki, sözügedən məhsul fiziki şəxs olan Vüqar Məmmədova (VÖEN - 1604408182) məxsus müəssisədə istehsal olunub. İlk baxışdan məhsulun qablaşdırılmasında da hər hansı problem yoxdur.

Amma...

Qablaşdırmanın üzərində, məhsulun tərkibində toyuq əti, bitki yağı, nişasta, içməli su, xörək duzu, natrium-nitril, ətirli istiot, sarımsaq, eləcə də stabilizator, emilqatorlar, turşuluq tənzimləyiciləri kimi qida əlavələrinin qatıldığı qeyd olunub. Hətta 100 qr məhsulda qida və enerji dəyərlərinin tərkibi də göstərilib. Bunlarla məhsulun keyfiyyətli olduğu mənzərəsi yaradılsa da, edilən şikayət və çəkilən foto-video görüntülər əksini sübut edir.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etdik.

Qurumdan sorğumuza verilən cavabda, AQTA tərəfindən sözügedən istehsalçı müəssisədə bu ilin iyun ayında yoxlama aparıldığı və inzibati və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlərin görüldüyü bildirilib:

Qeyd olunur ki, yaxın tarixlərdə yoxlama nəticəsində aşkar edilmiş pozuntuların müəyyən edilmiş müddət ərzində aradan qaldırılıb-qaldırılmaması üzrə təkrar yoxlama keçirilməsi nəzərdə tutulub.

“Yoxlamanın nəticəsi barədə məlumat veriləcək. Əlavə olaraq, istehlakçılar qida məhsulları ilə bağlı sualları yarandığı təqdirdə Agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Müraciət daxil olduqdan sonra müvafiq araşdırmalar aparılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək” – deyə cavabda vurğulanıb.

Məqalədə adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1691771761_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1691771762_3.jpg
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti