“Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda rentgen və KT aparatları korrupsiya mənbəyinə çevrilib. İnstituta müraciət edən xəstələr bu aparatlarda müayinədən keçmək üçün uzun növbələrdə gözlədikləri bir vaxtda, digər korpuslarda aparatlar xidmətə verilmir. Bunun səbəbi isə növbədənkənar aparatlardan keçmək istəyənlərdən pul alınmasıdır”.
DogruXeber.az: - Globalinfo.az-a bu haqda sözügedən institutdan şikayət daxil olub. Şikayətdə deyilir ki, 2022-ci ildə instituta direktor təyin olunan İradə Axundova həmin aparatların işlədilməməsindən xəbərdardır və vəziyyətin bu cür davam etməsində maraqlıdır:
“Baş həkim təyinatından qısa müddət sonra qohum-əqrəbasını institutda vəzifələrə təyin etməklə tibb ocağını şəxsi obyekti kimi idarə edir. Məsələn, institutun laboratoriyasının şöbə müdiri Qəmər Əhmədzadə, ümumi şöbənin müdiri Atif, Statistika şöbəsinin müdiri xalası qızı Afaq, şöbə müdiri Atəş İradə Axundovanın yaxın qohumlarıdır. İradə Axundova qohumlarını yüksək vəzifəyə təyin etməklə onlara 2-3 min manat civarında maaş verilməsini təmin edib, həm də institutda ailə podratı yaradıb. Kimsə ağzını açıb etiraz etsə, İradə Axundovanın qohum-əqrəbası və onların tabeliyindəki işçilərin əli ilə gözümçıxdıya salınır. İnstitut bu gün qapalı bazarı xatırladır. Bir ailənin üzvləri dövlətdən yüksək maaş alıb, işçilərin başına oyun açırlar”.
Şikayətdə bildirilir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər. Belə hal olarsa, vəzifəli şəxs mütləq bu haqda məlumat verməli və həmin şəxslərin başqa işə keçirilməsi prosesi təmin olunmalıdır:
“Bu gün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bərqərar olan “ailə müəssisəsi” işçiləri də, xəstələr də narazı salır. İradə Axundova isə hər ötən gün “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu pozur, qohum-əqrəbasının hesabına varidatını genişləndirməkdədir. Vərəm xəstəliyinin müalicəsi üçün instituta üz tutanlar hər gün orada növbələrdə gün keçirməli olurlar. Sual olunur: vərəm daha təhlükəli xəstəlikdir, yoxsa, korrupsiya? Bundan başqa, hərbidən yayınmaq istəyənlər üçün, pensiya təyinatı ilə bağlı institutda “açıq bazar” olduğu iddia olunur. Məlum məsələdir ki, pensiya işində spriometriya aparatı əsas rol oynayır. Bu işdə rentgen şöbəsi öncül sıradadır”.
İnstitutun adının çəkilməsini istəməyən əməkdaşları deyirlər ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və ya digər qurumlar institutda ən səthi yoxlama aparsalar, ciddi korrupsiyaya, yeyinti faktları üzə çıxar. İnstitutun laboratoriyası, reanimasiyası, rentgen, KT və digər şöbələri başdan-başa yeyinti içində “üzür”.
Globalinfo.az məsələ ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova ilə əlaqə saxlayıb.
İradə Axundova
İradə Axundova danışmaq istəmədiyini bildirib:
“Biz Səhiyyə Nazirliyinə tabe olduğumuz üçün onlarla əlaqə saxlayın. Onlar bizə informasiya göndərdikdən sonra cavab verə bilərik. Amma yüz faiz deyə bilərəm ki, mən və korrupsiya tam fərqli işlərdir”.
Qohum-əqrəbasını institutda vəzifələrə təyin etməsinin doğru olub-olmaması ilə bağlı suala isə İ.Axundova belə cavab verib: “Siz Səhiyyə Nazirliyi ilə danışın, zəhmət olmasa”.
Ölkəmizdə istifadə olunan dərmanların, tibbi preparatların BAHA, həm də keyfiyyətsiz, vaxtı keçmiş olması barədə nəinki mediada, hətta Milli Məclisin tribunasından millət vəkilləri dəfələrlə sözün həqiqi mənasında od püskürüblər. Milli Məclisin üzvü Vahid Əhmədov və digərləri deyir ki, biz özümüzə lazım olan dərmanları Türkiyədən gətizdiririk, çünki ölkəmizdə həmin dərmanlar Türkiyədəkindən ən azı 4-5 dəfə bahadır. Təsəvvür edirsiniz, 4-5 dəfə, yəni 400-500 faiz... Bahalılığı qalsın bir tərəfə, bütün xəstələr şikayət edir ki, dərmanlar keyfiyyətsizdir, çoxunun vaxtı keçib və s... Bütün bunlar azmış kimi apteklərdə qadağan olunmuş dərmanlar satılır, hansı ki, o dərmanlar məhz həkimin rəyi və yazdığı resept əsasında satılmalıdır. Söhbət PSİXOTROP dərmanlardan gedir... Onu da qeyd edək ki, tibbi sahədən anlayışı olmayan, əczaçılıq sahəsində elementar savadı olmayan adamlar apteklər şəbəkəsi açır, milləti saxta dərmanlar ilə zəhərləyirlər... Belə apteklərdən biri də sakinlər arasında “Elnur” adlandırılan apteklər şəbəkəsidir. Məlumat üçün qeyd edək ki, bu obyektlərin rəsmi adı “Sonar Farm” MMC-dir. Bu apteklər şəbəkəsinin sahibi Elnur İsgəndərovdur. Elnurun özü Tibb Universitetinin məzunu olub və valideynlərindən hansısa həmin Universitetdə dərs deyib. 2001-ci ildə Elnur bir qrup şəxslə saxta dərman satışı ittihamı ilə həbs edilib. Həmin dəstə üzvləri dərmanların tərkibini və qutularını saxtalaşdırmaqla məşğul olurmuş. Bir neçə il həbsdə qaldıqdan sonra, Elnur yenidən azdalığa çıxıb elə “Azadlıq” prospektində öz dərman biznesini davam etdirib. O, hazırda dərman manopoliyasının bir hissəsinə nəzarət edən ən varlı adamlardan biridir. Təsəvvür edirsiniz, Elnur İsgəndırovun başçılığı ilə cinayətkar dəstə VAXTI KEÇMİŞ dərmanları əhaliyə satmaq üçün MƏTBƏƏLƏRDƏ saxta içlik və üzərində saxta tarix olan qutular düzəltdirib köhnə dərmanları təzə adı ilə əhaliyə satırmışlar. Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururmuşlar. Bu dəstə başda Elnur olmaqla həbs olunsa da, az müddət sonra Elnur azadlığa çıxıb, amma mətbəə işçiləri həbsxanada qalıb. İndi gördünüzmü, cinayətin sifarişçisi azadlığa çıxır, adi mətbəə işçiləri isə hələ də cəza çəkir. Elnur təkcə azadlığa çıxmadı… Həbsdən azad olunan Elnur İsgəndərov şəbəkəsini və cinayət əməllərini daha da genişləndirməyə başladı. Əlbəttə, Elnur elə-belə azadlığa çıxmadı, onu azadlığa çıxardan və ona şərait yaradan şəxslər var idi. Elnur İsgəndərovun apteklər şəbəkəsində dövlət tərəfindən QADAĞAN olunmuş Lyrica, Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır. Bəli, bu dərmanlar Azərbaycan gənclərini zəhərləyir, məhv edir. Amma əvəzində Elnur kimilər milyonlara sahib olurlar. Şikayətçilərdən biri yazır ki, nervpotoloqun xəstə üçün 2 ay müddətinə təyin etdiyi "ALYSE" dərmanını aptekçilər bilərəkdən az verdi. Reseptdə 2 aylıq göstərilsə də, 1 aylıq verməklə özləri üçün 4 qutu dərmanın qeyri-qanuni satışını mənim reseptimlə qanuniləşdirdilər. Aptekdə olarkən inadla onlara “Alyse” dərmanını 2 aylıq verməsini tələb etsəm də, məni qutu sayı ilə aldatdılar və resepti özlərində saxladılar. Bu cür faktlar mediada kifayət qədərdir. Görəsən, adi vətəndaşların gördüyü və sosial şəbəkələrdə paylaşdığı bu cür informasiyaları dövlət qurumları niyə görmür, bəlkə görmək istəmir..?
Ağdamda şəkərli diabet xəstələrinin bəziləri şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə vaxtlı-vaxtında təmin olunmur. Bunu redaksiyamıza müraciət edən Ağdam rayon Muradbəyli kənd sakini, hazırda Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş “Daş evlər” şəhərciyində məskunlaşan Hacıyev Elbrus Baxşeyiş oğlu bildirib. Onun sözlərinə görə, iki ayda 1 dəfə almalı olduğu qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) vaxtında ala bilmir. Reportyor.org Bununla bağlı Ağdam Rayon Mərkəzi Xəstəxanasın dəfələrlə üz tutsa da, vətəndaş təmin edilməli olduğu vəsaiti ala bilməyib. O, rayon mərkəzi xəstəxanasının baş həkiminə şəxsən müraciət etmək istəsə də, vətəndaşa baş həkimin qəbuluna yazılmalı və bir həftədən çox gözləməli olduğu bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Ağdam üzrə bölməsinə üz tutan Elbrus Hacıyevə xəstəxanadan aldığı cavabın tam oxşarı verilib… TƏBİB-in qaynar xəttindən də eyni cavabı alıb vətəndaş. Şəkərli diabet xəstəsi ona verilməli olan vasitələrlə vaxtlı-vaxtında təmin olunmadığı halda, deməli, onun vəziyyətinin pisləşəcəyi qaçılmazdır. Belə olan halda, vətəndaş adi bir rayonun baş həkiminin və TƏBİB-in yerli bölməsi üzrə cavabdeh şəxsin qəbuluna düşmək üçün ölüm ayağında oturub gözləməlidir? Əgər şəkərli diabet xəstəsi müvafiq müalicə müəssisəsi tərəfindən qeydiyyata alınırsa, söz yox ki, «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanından irəli gələrək, ona pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri alınır və bu vəsaitlər vaxtında öz ünvanına çatıdırlmalıdır. Bəs onda, vətəndaş niyə şikayətçi olur? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə göstərilir ki, şəkərli diabetin 2-ci tip, insulinə ehtiyacı olmayanlar kateqoriyasından olan xəstələr qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) 2 aya bir qutu həcmində almalıdır. Vətəndaş Elbrus Hacıyev isə bildirir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından ona bildirilib ki, o, 6 aydan bir zaman kəsiyində 27 ədəd test çubuğu ala bilər. Elbrus Hacıyev heç o 27 ədəd çubuğu da 8 aydır ki, ala bilmir. Bu üzdən də, Bərdədəki apteklərdən qutusu 12 AZN dəyərində olan test çubuğu almaq məcburiyyətində qalır. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında təsdiq edilən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı QAYDASI”nın 5-ci bəndinə əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir. Ağdamda isə vətəndaşlar yuxarıda göstərilən dərman pereparatları və digər vasitələri rayon mərkəzi xəstəxanasından alır. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» qanunun tətbiq edilməsi barədə» Prezidentin fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin məlum 87 №-li qərarının və bu qərarın 1 və 2 saylı əlavələrindən irəli gələn tələblərin pozulmasına görə məsuliyyət daşıyanların öz vəzifə borclarının yerinə yetirməməsi çox güman ki, müvafiq dövlət qurumlarının nəzərindən yayınır. Əks halda, hansısa kiçik çinli məmur, vətəndaş məmnunluğunun yüksək səviyyəyə qaldırılması üçün mütəmadi siyasət yürüdən, bu istiqamətdə ciddi tapşırıqlar qoyan dövlət başçısının tələb və göstərişlərinin ziddinə addım ata bilməzdi… Vətəndaşlıarın üzləşdiyi çətinlik və problemlərin aradan qaldırılması, onların müraciətlərinin dinlənilməsi məqsədi ilə Dövlət Başçısının tapşırıq və göstərişlərinə əsasən, ölkənin nazirləri, ciddi dövlət strukturlarının rəhbərləri bölgələrə vaxtaşırı səfər edir, rayonlarda qəbullar keçirir, sakinləri dinləyir, onların qayğılarının həllinə qanunauyğun şəkildə dəstək göstərirlər. Amma rayon səviyyəli bir məmur və ya vəzifəli şəxs vətəndaşı get-gələ salır, süründürməçilik edir, ona müəyyən zaman kəsiyi üçün təyin edilmiş insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələrini vaxtında vermir, yaxud da xəstəni müxtəlif yollarla süründürməçiliyə məruz qoyur. Maraqlıdır, doğrudanmı, məmurlar işlədikləri sahələrə aid Azərbaycan Prezidentinin imzaladığı fərmanlardan, digər qanunverici aktlardan, Nazirlər Kabinetinin qərarlarından, öz nazirlərinin əmr və göstərişlərindən xəbərsizdir? //Reportyor.org//
Xırdalan şəhər 9 nömrəli məktəbin direktoru Həcər İbrahimovanın tüğyan edən qanunsuzluqları barədə yazılar saysız-hesabsızdır. Bu yazımızda da əldə etdiyimiz digər faktları qeyd edəcəyik. Həcər İbrahimova kimi direktorlar təhsil sisteminin yaxşı xüsusiyyətlərini aradan çıxarır, yalan danışmağı, qanunsuzluğu və əyriliyi yayır. Bunun nəticəsidir ki, bir sıra təhsil işçiləri şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün satmağa hazır olurlar… Həcər İbrahimova bu təhsil ocağını bərbad vəziyyətə qoyub. Səriştəsiz və təhsil sahəsində təcrübəsi olmayan bu şəxsin əməlləri məktəb kollektivini də cana doydurub. Bu insanın əl atmadığı fırıldaqlar, çıxmadığı oyunlar qalmayıb. DİA.AZ TehsilMedia.az-a istinadən xəbər verir ki, Direktorun qanunsuzluğundan xəbərdar olan təhsil idarəsi həmin məktəbdə yoxlamalara başlayıb və bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub. Əldə etdiyimiz məlumata görə, bundan qorxuya düşən Həcər İbrahimova dekabr ayının 22-dən bülletenə çıxmağa başladı ki, təhsil idarəsi onu işdən çıxara bilməsin. Digər bir məlumata əsasən, Həcər İbrahimova Dəniz vağzalının yanında onun işini yoxlayan müvafiq qurumlara 20 min manat pul verib. Və həmin pulu iyun ayında geri alıb. Maraqlı məqam odur ki, o, verdiyi 20 min manatı nə üçün verib və niyə geri alıb? 6 ay bülletendə olmaq fikrini ona pulu verdiyi müvafiq qurumlar yoxsa Ramin Orucov kimi şəxslər məsləhət görüb? Bildiyimiz kimi, Həcər İbrahimovanın bacısı Azadə Qurbanzadə Xırdalan 2 nömrəli məktəbdə işləyir və Həcər 4 il onun adına əməkhaqqı yazıb. Yoxsa törətdiyi qanunsuz əməlləri ilə tanınan Həcər İbrahimova həmin pulu 4 ildir yazdığı əməkhaqlarından yığıb? Direktor söz verib ki, sentyabr ayından bülletendə olacam ki, məni azad edə bilməsinlər. Bu da onun ən gözəl metodudur. Necə olur ki, 6 aydır bülletendə olan bu insan hələ də vəzifədə saxlanılıb? Həcər İbrahimovanın sərgüzəştləri bununla da bitmir. Bu şəxsin direktor olduğu məktəbdə baş alıb gedən hər cür qanunsuzluqlar, olmazın həngamələr ölçüyəgəlməz həddə çatıb. Bütün bunlara baxmayaraq, Elm və Təhsil Nazirliyinin rəsmiləri Həcər İbrahimovayla bağlı lazımi tədbirlər görmürlər ki, görmürlər. Ümid edirik ki, bu yazımızdan sonra adı çəkilən direktor barədə lazımi tədbirlər görülər.
DİA.AZ: - "12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyirəm. Bu müddətdə bir neçə direktor dəyişib, hamısı da pul alıb dərs verib, amma indiki kimisi olmayıb. 2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu.
Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir".
Bu barədə DİA.AZ-a "Evdə fərdi təhsil" məktəbinin müəllimləri adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var.
Hətta deyilənə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbimizə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. May ayında məktəbin təsərrüfat müdirinin öz anasının əvəzinə dərsə girdiyi aydın oldu, amma Səidə müəllimənin rəfiqəsi olduğuna görə onunla bağlı tədbir görülmədi.
Bir neçə kurs müəllimi sövdələşmə əsasında illərdir məktəbimizdə işləyirlər və hər gələn direktor və ya əvəzi onların əmək haqqı kartlarını bir-birinə ötürməklə bir-birinin əyri işlərini ört-basdır edirlər. Həmişə də həmin müəllimlər təriflənir, əslində hamı bilir ki, tərif əyə görədir. Lakin illərin təcrübəli müəllimləri kiçik bir səhv edən kimi dərhal Vladim müəllim çağırıb deyir ki, ərizəni yaz öz xoşunla çıx işdən.
İndi hamı məzuniyyətdə olduğu vaxtda direktor Vladim İbrahimov həyat yoldaşı Səidə müəllimə ilə birlikdə dərs bölgüsü aparır, amma bu bölgüdən direktor müavinlərinin, məktəbin həmkarlar təşkilatı sədrinin xəbəri yoxdur. Məktəbimiz Prezidentin açılışını etdiyi 4-cü mikrorayondakı 20 saylı məktəbin binasına köçürüləndə təmir adı ilə 50 manatdan pul yığıb vermişik ki, dərs bölgüsü vaxtı bizi incitməsinlər, lakin indi bizi sayan yoxdur...."
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
İsmayıllı su meliorasiya idarəsinin nəzdində olan Buynuz kəndindən çəkilən və suvarma üçün nəzərdə tutulmuş su xətti gecə ikən bəzi kriminal şəxslər tərəfindən oğurluq yolu kəsilərək satılır.
Rayon polis idarəsinin baş verənlərdən xəbəri olsa belə olanları gizlədir.
Etibarlı mənbənin sözlərinə görə əlavə şok məlumatlar var və tezliklə ictimaiyyət tərəfindən izləniləcək.
Bizi izləyin.
Redaksiyadan: Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //azerinfo.info//
DİA.AZ: - İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT sektorunu silkələməkdə davam edir. DİA.AZ-ın məlumatına görə, İSBAM sədri bu qəbildən olan növbəti araşdırma materialı ilə çıxış edib. Həmin araşdırmanı təqdim edirik:
"Vətəndaş cəmiyyəti artıq can üstədir. Heç bir dəstəyə sahib olmayan, ölkənin ictimai həyatında xüsusi rola malik təşkilatlar məqsədli şəkildə sıradan çıxarılır. QHT Agentliyinin keçirdiyi qrant müsabiqəsi, burada baş verən maraq toqquşmaları, "ölü təşkilatlara" maliyyə ayırmaları , otkad əməliyyatları cəmiyyəti narahat etməkdədir. Növbəti araşdırmamla bir daha dövlətin İctimai əhəmiyyətli fəaliyyətlər üçün ayırdığı milyonların necə əridildiyini bilmək haqqınız. Tanış olun ( qohumlar, icra hakimiyyəti sektor müdiri, nazirliyə pul atışı) qrant ayrılan aşağıdakı 3 təşkilatla : 1. "İnformasiya texnologiyalarının tətbiqinə yardım mərkəzi " Layihənin adı; Xaricdə ödənişsiz təhsil üzrə imkanlar və risklər barədə məlumatlandırma tədbirlərinin keçirilməsi. 6000 manat. Ortada belə bir təşkilat yoxdur. Bu təşkilatın rəhbəri Azay Quliyev ilə Musa Urudun qohumudur. 2. " Doğru Yol" milli mənəvi dəyərlərin təbliği ictimai birliyi . Layihənin adı; Regionlarda milli mənəvi dəyərlərin qorunması yönündə maarifləndirici tədbirlərin təşkili, 7000 azn Təşkilatın rəhbəri İsmayıl rayon İcra hakimiyyəti informasiya təminatı sektor müdiridi. 3. Elektron sosial aktivlik sistemi könüllüləri ictimai birliyi. Layihənin adı; "Rəqəmli az" tətbiqinin hazırlanması, 7000 manat. Bu təşkilat Rabitə nazirliyinin dəstəyilə yaranıb. Daha sonra təşkilatın rəhbəri Səid Sadiqov hansısa pul söz- söhbəti ilə bağlı nazirlikdən qovulub. Hazırda nazirlik başqa təşkilat qurub. Bir sözlə QHT Agentliyi bunlara pul ayırıb ki, gedin xərcləyin. Agentlik rəhbərliyi özlərinin təşkil etdikləri müsabiqə nəticələrinin altında qalıblar. Əldə etdiyim məlumata əsasən qurtuluş üçün bir - birlərini " xərcləməyə" başlayıblar. Bu məqsədlə Agentliyin icraçı direktoru Aygün Əliyeva xaricdəki məzuniyyətini yarımçıq qoyaraq ölkəyə dönüb".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Teref.az yazır ki, QHT agentliyində baş verən qanusuzluqlardan, dövlət tərəfindən ayrılan pulların dost, aşnalara paylanması haqda şikayətlər sosial şəbəkələrdə arda arda pasylaşılır. Bu dəfə "Əsgər Ailələrinə Dəstək" ictimai birliyinin sədri Mətanət Əsgərqızı öz feysbuk səhifəsində aşağıdakı statusu paylaşıb: "Allah,göstərmə, gərək nə qədər qurd ürəyi yeyəsən ki, kiçik qrantda 10 000 manat verdiyin təşkilata təzədən 65 min də verəsən... Allah çaşdırıb e bunları.Haqqını yedikləri, işlək QHT- lərin ahı tutub, kələflərinin ucunu itiriblər, əl- ələ veriblər, amma indi bir- birini satırlar. Köhnədən qalan iki təcrübə burada da icra olunur. Birinin falçı anası, digərinin illərlə işini düzüb- qoşan falçısı da kömək edə bilmir... Vay canınıza, konsperativ kvartirada bizi zərərsizləşdirmək üçün qurduğunuz planlar, daha çox qrant çırpışdırmaq üçün cızdığınız proje bilmirsiz çat verəcək? Əslində bütün bu fəaliyyətlər cənab Prezidentin dayaqlarını laxlatmağa yönəlib.Kiçik olduğunuz halda, başından böyük qələtlər edəndə bilmirsiz bunun DTX-sı, DİN-i Prokurorluğu, HikmətHacıyevi, AnarƏləkbərovu, Korrupsiyaya qarş ıidarəsi var. Onların rəhbərləri ölkə Prezidentinə çox sədaqətlidilər? " Teref.az yazır ki, yazıda irəli surulmuş iddialarla bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hjazırıq! Teref.az
Teref.az yazır ki, İctimai - Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adigözəll yeni iddialarla çıxış edəırək, QHT Agentliyini pul silməkdə ittiham edib. İSBAM sədri bir daha Azay Quliyev , Aygun Aliyeva , Müşahidə Şurasının üzvlərinə müraciət edərək aşağıdakı ritorik sualını verib: "Hörmətli media, Hörmətli dostlar. Yeni araşdırmamda QHT Agentliyinin qalib etdiyi növbəti dolaşıq lahiyəsi olan təşkilatı təqdim edirəm. Təşkilatın adı : " Vətənpərvər Qadınlara Dəstək" ictimai birliyi. Çox gözəl ideyadır, alqışlayıram. Birliyin həyata keçirəcəyi layihənin adı; Hərbi hissələrdə görüşlər təşkil etməklə , şəxsi heyət arasında vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə dəstək vermək. Büdcə 8000 manat. Baxaq görək təşkilat bu lahiyəni necə icra edəcək. Əvvəla birliyin adı ilə təqdim etdiyi lahiyədə uyğunsuzluq var. Digər tərəfdən isə hansı ixtiyarla hərbi hissələrdə QHT tədbirlər keçirəcək. Və həmdə burda pul siləcək. Bildirim ki, yeni qaydalara əsasən hansısa təşkilatın hərbi strukturlarda tədbirlər keçirilməsinə məhdudiyyət qoyulub. Yaxşı sual edirəm; Hörmətli Azay Quliyev , Aygun Aliyeva , Müşahidə Şurasının üzvləri ! Siz bunları bilə -bilə hansı maraqla bu layihəyə müsbət rəy verib və qərar qəbul etmisiniz ?" Teref.az
Aylar öncə Vətən müharibəsi iştirakçısı Məmmədov Samran Rəffaq oğlu Publika.az-a müraciət edərək ixtisası üzrə iş tapa bilmədiyini vurğulamışdı.
Samran Məmmədov 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecindən “Gəmilərin təmiri” ixtisası üzrə məzun olub. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, onun üçün iş tapmaq müşkülə çevrilib.
Samran Məmmədov 44 günlük Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hazırda çətin durumda olan Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bir neçə dəfə müraciət edib. Lakin onun müraciətinə baxılmadığını bildirib. Lakin Publika.az bu məsələni ictimailəşdirəndən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirdilər ki, müharibə iştirakçısının problemi nəzarətə götürüləcək.
Samran Məmmədov bildirib ki, həmin yazıdan sonra onunla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dan əlaqə saxlayıblar və müəyyən sənədləri toplayaraq idarəyə gəlməsini tələb ediblər. Samran sənədləri toplayaraq idarəyə gedib:
“Danışarkən mənə "medalların vəsiqəsini götür" demişdilər. Heç bir imtahandan söz açılmamışdı. Sənədləri toplayıb, getdim. Amma heç vəsiqələrə baxan da olmadı, mənə 100 sual verdilər. Cəmi 33 sualı düz yazdım. təbii ki, hazırlıqsız olmağım bunun əsas səbəbi idi. Onlara dedim ki, məktəbi 2018-də bitirmişəm, üstündən 5 il keçib. Həmçinin müharibə görmüşəm. Bütün bu olanlardan sonra 33 düz cavab yazmışamsa, bu, yaxşı nəticə sayılmalıdır. Ora imtahan ediləcəyimdən xəbərsiz, heç bir hazırlıq görmədən getmişdim. Lakin bildirdilər ki, sizin nəticəniz aşağıdır, biz sizi işə götürə bilmərik”. Vətən müharibəsində iştirak edən gənclərin məşğulluq məsələləri, peşə qabiliyyətinin təkmilləşdirilməsi ölkə rəhbərinin də diqqətindədir.
Prezident İlham Əliyev 2022-ci il fevralın 18-də yeni təyin olunan icra başçılarını qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluğu məsələsinə toxunub. Dövlət başçısı bəyan edib ki, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir:
“Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”, - dövlət başçısı qeyd edib. Maraqlıdır, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Prezidentin tapşırığına belə əməl edir? Müharibəyə aparılarkən yararlı olan bir gənc, ixtisasına uyğun olaraq fəhlə işi istəyəndə yarasız olur?
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) də Vətən müharibəsində şanlı tarix yazan Şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin işlə təminatı daim diqqətdə saxlayır:
"İndiyədək bu kateqoriyadan olan 138 nəfər ASCO-da işlə təmin olunub. Onlarin hər biri mövcud vakansiyanın tələblərinə uyğun gəldikləri üçün işə götürülüb. Ümumiyyətlə, ASCO-da Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin və bu müharibədə iştirak etmiş qəhrəmanlarımızın müraciətlərinə baxılması üçün Komissiya fəaliyyət göstərir. Komissiyanın əsas məqsədi şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarının müraciətini araşdırmaq və müvafiq qaydada cavablandırmaq, problemlərinin həlli istiqamətində tədbirlər görmək, onların sosial rifahlarının yaxşılaşdırılmasını daha səmərəli təşkil etməkdən ibarətdir".
M.Mehdiyev qeyd edib ki, sözügedən Komissiya tərəfindən Məmmədov Samran Rəffaq oğlunun da işə qəbul üçün müraciətinə müvafiq qaydada baxılıb:
"Onun üçün növbədənkənar işə qəbul imtahanı təşkil edilib. Lakin təəssüflər olsun ki, onun imtahanda göstərdiyi nəticə müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olmayıb".
Vəssalam. Bəs Prezidentin tövsiyəsi necə olsun? Axı cənab Prezident göstəriş verib ki, müharibə iştirakçılarının peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. ASCO bu yöndə Samrana hansı dəstəyi göstərib? Heç bir dəstək olmayıb, sadəcə "yararsızsan" deyib yola salıblar.
Üstəlik, mətbuat xidmətinin rəhbəri Publika.az-ı bu məsələni gündəmdə saxladığı üçün də ittiham edib: "O müharibə iştirakçısı sizin qohumunuzdur ki, bu məsələni gündəmdə saxlayırsınız?"
Bildiririk ki, Samran Məmmədov Publika.az-ın heç bir əməkdaşının qohumu deyil. Amma həm də hamımızın qohumudur. Vətən uğrunda vuruşmuş hər bir şəxs hamının qohumu olmalıdır. Ümid edirik ki, nə vaxtsa bunu ASCO rəhbərliyi də anlayar. Ona da ümid edirik ki, Prezidentin tövsiyə və tapşırıqlarına başdansovdu yanaşan qurumun rəhbər şəxslərinə də "gözün üstə qaşın var" deyən tapılar.