Ağdam səhiyyəsində BAZAR QAYDALARI...
Ağdamda şəkərli diabet xəstələrinin bəziləri şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə vaxtlı-vaxtında təmin olunmur.
Bunu redaksiyamıza müraciət edən Ağdam rayon Muradbəyli kənd sakini, hazırda Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş “Daş evlər” şəhərciyində məskunlaşan Hacıyev Elbrus Baxşeyiş oğlu bildirib.
Onun sözlərinə görə, iki ayda 1 dəfə almalı olduğu qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) vaxtında ala bilmir. Reportyor.org
Bununla bağlı Ağdam Rayon Mərkəzi Xəstəxanasın dəfələrlə üz tutsa da, vətəndaş təmin edilməli olduğu vəsaiti ala bilməyib. O, rayon mərkəzi xəstəxanasının baş həkiminə şəxsən müraciət etmək istəsə də, vətəndaşa baş həkimin qəbuluna yazılmalı və bir həftədən çox gözləməli olduğu bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Ağdam üzrə bölməsinə üz tutan Elbrus Hacıyevə xəstəxanadan aldığı cavabın tam oxşarı verilib… TƏBİB-in qaynar xəttindən də eyni cavabı alıb vətəndaş.
Şəkərli diabet xəstəsi ona verilməli olan vasitələrlə vaxtlı-vaxtında təmin olunmadığı halda, deməli, onun vəziyyətinin pisləşəcəyi qaçılmazdır.
Belə olan halda, vətəndaş adi bir rayonun baş həkiminin və TƏBİB-in yerli bölməsi üzrə cavabdeh şəxsin qəbuluna düşmək üçün ölüm ayağında oturub gözləməlidir?
Əgər şəkərli diabet xəstəsi müvafiq müalicə müəssisəsi tərəfindən qeydiyyata alınırsa, söz yox ki, «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanından irəli gələrək, ona pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri alınır və bu vəsaitlər vaxtında öz ünvanına çatıdırlmalıdır. Bəs onda, vətəndaş niyə şikayətçi olur?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə göstərilir ki, şəkərli diabetin 2-ci tip, insulinə ehtiyacı olmayanlar kateqoriyasından olan xəstələr qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) 2 aya bir qutu həcmində almalıdır.
Vətəndaş Elbrus Hacıyev isə bildirir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından ona bildirilib ki, o, 6 aydan bir zaman kəsiyində 27 ədəd test çubuğu ala bilər. Elbrus Hacıyev heç o 27 ədəd çubuğu da 8 aydır ki, ala bilmir. Bu üzdən də, Bərdədəki apteklərdən qutusu 12 AZN dəyərində olan test çubuğu almaq məcburiyyətində qalır.
«Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında təsdiq edilən
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı QAYDASI”nın 5-ci bəndinə əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.
Ağdamda isə vətəndaşlar yuxarıda göstərilən dərman pereparatları və digər vasitələri rayon mərkəzi xəstəxanasından alır.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» qanunun tətbiq edilməsi barədə» Prezidentin fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin məlum 87 №-li qərarının və bu qərarın 1 və 2 saylı əlavələrindən irəli gələn tələblərin pozulmasına görə məsuliyyət daşıyanların öz vəzifə borclarının yerinə yetirməməsi çox güman ki, müvafiq dövlət qurumlarının nəzərindən yayınır. Əks halda, hansısa kiçik çinli məmur, vətəndaş məmnunluğunun yüksək səviyyəyə qaldırılması üçün mütəmadi siyasət yürüdən, bu istiqamətdə ciddi tapşırıqlar qoyan dövlət başçısının tələb və göstərişlərinin ziddinə addım ata bilməzdi…
Vətəndaşlıarın üzləşdiyi çətinlik və problemlərin aradan qaldırılması, onların müraciətlərinin dinlənilməsi məqsədi ilə Dövlət Başçısının tapşırıq və göstərişlərinə əsasən, ölkənin nazirləri, ciddi dövlət strukturlarının rəhbərləri bölgələrə vaxtaşırı səfər edir, rayonlarda qəbullar keçirir, sakinləri dinləyir, onların qayğılarının həllinə qanunauyğun şəkildə dəstək göstərirlər.
Amma rayon səviyyəli bir məmur və ya vəzifəli şəxs vətəndaşı get-gələ salır, süründürməçilik edir, ona müəyyən zaman kəsiyi üçün təyin edilmiş insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələrini vaxtında vermir, yaxud da xəstəni müxtəlif yollarla süründürməçiliyə məruz qoyur.
Maraqlıdır, doğrudanmı, məmurlar işlədikləri sahələrə aid Azərbaycan Prezidentinin imzaladığı fərmanlardan, digər qanunverici aktlardan, Nazirlər Kabinetinin qərarlarından, öz nazirlərinin əmr və göstərişlərindən xəbərsizdir? 
//Reportyor.org//
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti