Ardını oxu...
Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğluvəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özbaşınalıqlar edir. O, kəndin ümumi istifadəsində olan örüş sahələrini eləcə də meşə zolaqlarını yandırıb məhv etməklə imkanlı şəxslərə satır.Vətəndaşlar isə isə mal-qarasını otarmağa yer tapmırlar.
Bu haqda Dünyanınsəsi.Az saytına eləcə də Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova Kəlbəcər rayonu Bəzirxana kəndində qeydiyyatda olub, müvəqqəti olaraq Ağdaş rayonu Mürsəl kəndi ərazisində fermada yaşayan Qasımov İslam Əhməd oğlu tərəfindən ünvanlanmış olan şikayət ərizəsi göndərilib.
Həmin şikayət ərizəsini olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Nazir! Mən Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğlunun qanunsuz əməlləri barədə bir müddət əvvəl Sizə müraciət etmişəm, müraciətim araşdırılması üçün Ağdaş rayon polis şöbəsinə göndərilmişdir.
Belə ki, Bəhruz Həmidov vəzifə səlahiyyətlərindən sui-istifadə edib Mürsəl kəndi ərazisində təxminən 4 hektara yaxın əkin üçün nəzərdə tutulmamış torpaq sahəsini özünə yaxın olan Mürsəl kənd sakinləri Azər və Azad adlı qardaşların vasitəsi ilə şumlatdırıb əkdirmişdir. Bununla əlaqədar həmin ərazidə olan yulğun kolları kəsilib çıxardılmış və nəticədə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 8 saylı Mingəçevir regional idarəsinin rəsmi müraciətinə əsasən təbiətə 5600 manat dəyərində ziyan vurulmuşdur.

Hörmətli cənab Nazir mən Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğlunun bu qanunsuz əməlləri barədə 2022-ci ilin dekabr ayından başlayaraq mütəmadi olaraq Ağdaş rayon polis şöbəsinə müraciət etmişəm və müraciətimdə Bəhruz Həmidovun əməllərini konkret faktlarla qeyd etmişəm. Mənim Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Komitəsinə etdiyim müraciətlərim nəticəsində qeyd edilən ərazidə qanunsuz torpaq sahələrinin əkilməsi və yulğun ağaclarının kəsilməsi öz təsdiqini tapmışdır. (sənədlərin surəti əlavə olunub)
Bundan sonra Ağdaş rayon polis şöbəsi və prokurorluğu tərəfindən Həmidov Bəhruz Əhmədiyyə oğlunu cinayət məsuliyyətindən kənarda saxlamaq üçün torpaq sahəsinin qanunsuz əkilməsi və yulğun ağaclarının kəsilməsini Mürsəl kənd sakini Şaiq adlı sakin tərəfindən (Bəhruz Həmidovun qohumu) səfhən şumlatdırıldığı barədə sonradan saxta
sənədlər toplandı. Əgər şumlanmış torpaq sahəsini Azər və Azad deyil, Şaiq adlı sakin əkmişdirsə, Şaiq necə olur ki, uzun illərdir həmin özünə məxus yeri istifadə edir və indiyə kimi əlavə torpaq sahəsi istifadə etməyib, bu il səhv edib artıq torpaq sahəsi şumlayıb. Buna ona əsas verir ki, Bəhruz Həmidov Azər və Azadla əlbir olub qanunsuz torpaq sahəsi şumlayıblar, mən şikayət edəndən sonra fikirləşib cinayət məsuliyyətindən kənarda qalmaq üçün qanunsuz şumlanmış torpaq sahəsini onlar yox, qohumları Şaiqin səhvən əkdiyini bildirməsinə razılaşıblar. Çünki Şaiqin həmin yerdə kiçik torpaq sahəsi var, onun torpaq sahəsini səhvən əkməsi bir az reallıq kimi görünə bilər. Belə olan halda Şaiq əvvəlcədən özünün nə qədər torpaq sahəsi olmasını bildiyi üçün nəyə görə artıq əkilən torpaq sahəsinin pulunu Allahverən adlı traktor sürücüsünə ödəyib, əgər ödəyibsə fikirləşməyib ki, onun
torpaq sahəsinin ölçüsü o qədər deyil. (Allahverən adlı sürücünün izahtının alınmasını mən xahiş etmişəm, amma bilmirəm ki, onun izahatı alınıb, yoxsa alınmayıb) Çünki torpaq sahələri hektarla şumlanır və hər bir şumlanan hektara görə pul ödənilir. Bundan əlavə mən
Ağdaş rayon prokurorluğuna və polis şöbəsinə ərizə ilə müraciət edib qeyd edilən ərazidə torpaq sahəsi şumlandığı zaman Azər və Şaiqin telefon nömrələrinin anten şəbəkəsinin həmin ərazidə olması yoxlanılmasını bildirmişəm, çünki torpaq sahəsi şumlandığı zaman
həmin yerdə Şaiq olmamışdır, orada Azər olmuşdur. Buna sübut kimi mənim şikayətim əsasında həmin əraziyə gələn polislər orada Şaiqi yox, Azəri görmüşlər. Bu sübut deyil ki,
torpağı kim şumlatdırıb. Əgər Şaiq həmin torpaq sahəsini əkmişdirsə mən niyə görə bu günə qədər bütün dövlət orqanlarına etdiyim şikayətdə onun adını yox, Azərin və Azadın adını çəkmişəm. Bütün bunlar ona əsas verir ki, Şaiq həmin torpaq sahəsini özü şümlatdırdığını bələdiyyə sədri Bəhruz Həmidovun xahişi ilə üzərinə götürmüşdür. Ona görə ki, Azər və Azad cinayət məsuliyyətinə cəlb olunacaqları təqdirdə həqiqəti deyərək etdikləri əmmələri Bəhruz Həmidovun sifarişi ilə etdiklərini deyəcəklər.
Hörmətli cənab Nazir mən təxminən 5 ay müddəti ərzində etdiyim müraciətimin nəticəsi barədə dəfələrlə Ağdaş rayon polis şöbəsinə getsəmdə müstəntiq Nail müəllim tərəfindən müxtəlif bəhanələrlə araşdırmanın davam etdiyi bildirilib, bu günə qədər mənə müraciətimin gedişi və ya baxılmaması barədə heç bir rəsmi cavab verilməmişdir. Mənim Ağdaş rayon polis şöbəsinə aramsız getməyimin nəticəsində 28 aprel 2023-cü il tarixdə Ağdaş rayon polis şöbəsinin təhqiqatın rəisi Rəşid müəllim tərəfindən qəbul olunduqdan sonra o, mənə materialın onda olduğunu və yekunlaşdırıb cinayət işi başlayacağını bildirdi.
Hörmətli cənab Nazir Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğlunun qanunsuz əməllərini Sizə bildirmək üçün xahiş edirəm məni qəbul edəsiniz, çünki mənim Ağdaş rayon polis şöbəsinə olan ümidlərim artıq ölmüşdür.

Hörmətlə, Qasımov İslam Əhməd oğlu

Dünyanınsəsi.Az
 
Ardını oxu...
DİA.AZ: - "Yardımlı rayonunda "PRO TƏMİR TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tender adı altında korrupsiya fəaliyyəti ilə məşğuldur. Bu barədə DİA.AZ-a göndərilən iddialarda qeyd olunub.

Müraciət müəllifinin iddialarını olduğu kimi təqdim edirik: "Yardımlı rayonunda elan olunmuş 1.074.673,85 miliyonluq tender vəsaitinin mənimsənilməsinin qarşısı təcili alınmalıdır. Yardımlı rayonunun və sakinlərinin acınacaqlı vəziyətdə olduğu bir vaxtda bu qədər vəsaitin Yardımlı rayon İcra Hakimiyyətinin başçısı və keçmiş müavin Mahir Mirzəyev tərəfindən mənimsənilməsinin qarşısı alınsın.

Yardımlı rayonunda bir-iki nefer "xeyriyəşilər" peyda olub. Rayonunun problemlerini bu "xeyriyəçilər" guya həll edir. Yardımlı rayon İcra Hakimiyyətinin Başçısının da başı tenderin yeyintisinə qarışıb. Yardımlı rayonu üzrə elan olunmuş tenderlər ciddi araşdırılmalıdır. Dövlət büdcısinə 1.074.673,85 manat məbləğində ziyan vurulub. Yardımlı rayonunda, qarşısı təcili alınmalıdır...""

Qeyd edək ki, müraciət müəllifi bundan sonra daha ağır ittihamlar səsləndirib ki, bu barədə dia.az olaraq bəzi dəqiqləşdirmələr aparırıq.

DAVAMI OLACAQ...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
DİA.AZ: - "Şəhidimiz öz anasını yalnız qardaşına deyil, dövlətinə, millətinə də əmanət qoyub". DİA.AZ bildirir ki, bu çağırışda bulunan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "SOCAR" prezidenti cənab Rövşən Nəcəfə və "Azəriqaz" İstehsalat Birliyinin sədri cənab Ruslan Əliyevə xitab edərək onları müraciətini yaydığı Şəhid ailəsinə dəstək olmağa səsləyib.

DİA.AZ M.Qəhrəmanlıya istinadən Şəhid qardaşı - Musayev Rəşad İsmayil oğlunun müraciətini çatdırır: "Qardaşım Musayev Kamal İsmayil oqlu 1994-cü ildə Kəlbəcərdə, Murovdağda şəhid olub meyidi hələ də tapılmayıb.Məzarı yoxdur. Şəhid ailəsiyəm. Onkoloji xəstə olan anama mən baxıram. 3 ildir yataq xəstəsidir ,5 dəfə əməliyyat olunub, qıçı sınıb ,maddi imkanım aşağı olduğu üçün müalicəsini davam etdirə bilmirəm. Bəzən rayonda aptekə də borcum olur.
2019- cu ildən müvəqqəti Xidməti müqavilə ilə Azəriqaz İstehsalat Birliyinin Lənkaran RQİİ-nin Yardımlı XS-də çilingər köməkçisi işləyirəm. 2022 ci ildə SOCAR -da imtahan verib kadr ehtiyat bazasında qeydiyyata alındım. Bu müddət ərzində bir dəfə reqional idarədən zəng edib Lənkaranda iş təklif etdilər.Bildirdim ki anam ağir onkoloji xəstədir,tək ümidi mənəm , xahiş edirəm rayonumuzda iş yeri olduqda təklif edin. Bu yaxınlarda Yardımlıda iki vakant yer oldu, mənə zəng edib Masallıda iş təklif etdilər.Yenə anamın ağır yataq xəstəsi olduğunu , ona mən baxdığımı dedim və xahiş etdim ki,mənə Yardımlıda iş verin. Mənə bildirdilər ki, Yardımlıya səndən yüksək bal toplayanı göndəririk. Və Masallıda işləyən şəxsləri Yardımlıya göndərdilər. Mənə isə onların iş yeri təklif olundu.
Yenə çıxılmaz vəziyyətə düşdüm. Şəhid ailəsi olduğum,şəhid anasının köməyə ehtiyacı olması isə nəzərə alınmadı.Baxmayaraq ki, dəfələrlə Ruslan müəllimə yazıb kömək istəmişəm. Anam video müraciət edib. Sonu da bu!"

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
 
Ardını oxu...
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin "Lerik şəhərində kommunal yaşayış binalarının əsaslı təmir işləri" ilə bağlı elan etdiyi tender növbəti dəfə ləğv edilib.

TEREF.AZ-ın 32gun.az-a istinadən məlumatına görə,buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir.

Maraqlıdır ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun Lerik şəhər İnzibati Ərazi Dairəsi bundan öncə də "Lerik şəhərində kommunal yaşayış binalarının əsaslı təmir işləri" ilə bağlı tender elan edilmişdi. İyul ayında da həmin tenderi ləğv edilib.

Xatırladaq ki, Lerik icra başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramal Məstiyevdir.
Ardını oxu...
Hörmətli media təmsilçiləri, ictimaiyyət nümayəndələri.
QHT Agentliyinin 2023 il kiçik və diğər qrant müsabiqələri ətrafında araşdırmamı davam etdirirəm.
Bugün daha bir ictimai birliyi təqdim edirəm.
"Azəri Yurdu " Gənclər ictimai birliyi ,
Həyata keçiriləcək layihənin adı ; 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə hücumundan bəhs edən " Qanadı sınmış mələklər" adlı sənədli filmin hazırlanması. Ayrılan vəsait 8000 manat.
Ardını oxu...
Əvvəla bu cür sənədli filmlərin illərdir hansı keyfiyyət və peşəkarlıqla hazırlandığı Agentlik rəhbərliyinə məlumdur.
Hələ Şuranın zamanında bu tip məsələlər geniş iclaslarda ciddi tənqid edilmişdir.
Adını qeyd etdiyim təşkilatın ictimai sektorda hazırda heç bir fəaliyyəti yoxdur . O zaman Agentlik hansı əsasla bu təşkilata qrant ayırıb?
Çünki qeyd etdiyim bu təşkilatın da arxasında vəzifəli şəxs durur. Daha dəqiqi Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsin təşkilatıdır ( etika naminə adın qeyd etmirəm) .
Bu təşkilatlar vasitəsilə otkat alınır, bir birlərinin işin aşırıb pul silirlər.
İndi bu adamlar göyə sovurduqlari büdcə pullarının taleyini yazdığıma görə məni susdurmağa çalışırlar.
Ardını oxu...
Samir Adigozelli
Teref.az
Ardını oxu...
Abşeron rayonu Məmmədli kəndində yerləşən göl qurudulur.

Ərazidə yaşayan sakinlər iddia edir ki, onların yaşadığı ünvanın yaxınlığında gölü qurutmaq üçün məqsədli işlər görülür. Lakin bu yaxınlarda gecə ilə əraziyə xüsusi avtomobillər vasitəsi ilə donuz peyini boşaldılıb. Elə ki, külək əsdi evlərdə yaşamaq mümkün deyil. Hətta bəzi sakinlər mənzillərini tez bir zamanda tərk ediblər.

Məsələ ilə bağlı Məmmədli kənd Bələdiyyəsindən bildirildi ki, həmin ərazi yeni yaşayış massividir. Orada mövcud göl ətrafında yaranan antisanitariya və sakinlərin haqlı şikayətlərindən xəbərləri var.

Ərazinin kim və ya kimlər tərəfindən donuz peyini ilə çirkləndirməsini öyrənmək, eləcədə onların cəzəlandırılması məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət olunacaq.

 

 
Ardını oxu...

aia.az: Redaksiyamıza Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanlanmış növbəti müraciəti daxil olub. Sayqılı oxucularımıza da məlum olduğu kimi Validə xanım bu istiqamətdəki müraciətlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisəyə rəhbərliyin susmasından, heç bir araşdırma aparılıb, müvafiq ölçü götürülməməsindən bəhs edir. Artıqm mövzu ilə bağlı bu beşinci müraciətdir ki, ictimailəşdiririk. Sonuncu yazı “Qoşqar Təhməzlinin eşitmək istəmədiyi ANA HAYQIRTISI!: Bu hadisələr məhz Sizin Agentlikdə baş verir…-TƏFƏRRÜAT” adlanırdı. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/154671-qo%C5%9Fqar-t%C9%99hm%C9%99zlinin-e%C5%9Fitm%C9%99k-ist%C9%99m%C9%99diyi-ana-hayqirtisi-bu-hadis%C9%99l%C9%99r-m%C9%99hz-sizin-agentlikd%C9%99-ba%C5%9F-verir.html)

Bu arada biz də “Yenixeber.org” olaraq maraqlı reaksiyalarla qarşılaşdıq… Validə xanımın müraciətlərində yer alan iddialarla bağlı adları hallanan tərəfləri, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini öyrənmək istədik. (Zatən ilk müraciətdən buna çalışırdıq. Red.) Bu ayın 10-da qurumun mətbuat xidmətinin təklif etdiyi elektron poçtlara hörmətli Qoşqar Təhməzlinin adına sorğu ünvanladıq. O gün bu gün, bu dövlət qurumundan heç bir cavab gəlmir(?)
Mətbuat xidmətinin rəhbəri bizimlə telefon söhbətində sorğumuzun İnformasiya təminatı və innovativ hallar şöbəsinin müdiri Mansur Piriyev tərəfindən cavablandırılmalı olduğunu bildirdi və onunla əlaqə saxlamağımızı təklif etdi. Hörmətli Mansur müəllimdən də bir söz eşidə bilmədik. Mobil telefonuna dəfələrlə zəng etsək də…
Əslində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin də, ayrı-ayrı məsul şəxslərinin də vətəndaş etirazına, media sorğusuna susması, sayqısızlığı təəccübülü deyil. Bu başqa bir yazımızın mövzusu olsun, hələlik isə Validə xanımın növbəti müraciətini oxuyun:
Ay AQTA-nın rəhbəri cənab Qoşqar Təhməzli,

artıq 8 aydır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi - yəni Siz Agentliyin Quba-Xaçmaz Regional Bölməsində, keçmiş iş yerində iş otağında işçilərin gözü qarşısında sektor müdiri tərəfindən oğlumun təhqir edilməsini və sonunda yumruqla vurulmasını “araşdırıb” nəticəyə gəlib, qərar qəbul edə bilmirsiniz!!!

Məhkəmə qətnaməsi ilə təsdiq olunmuş bu fakta Agentlik nədənsə(?) heç cür inana bilmir ki, bilmir! Agentliyin rəhbərliyi 8 aydır ki, bu neqativ hadisəni araşdırıb, qurtara bilmir. Mən aylardır ki, hətta bu eybəcər hadisənin baş verməsini belə Agentliyə “sübut edə bilmirəm”. Agentliyin rəhbərliyi gözlərini yumub, qulaqlarını qapayıb, mən də aylardır sübut etməyə çalışıram ki, “qatıq ağdır”. Günümüzə, güzəranımıza baxın! Bu cür soyuqqanlı, etinasız, vətəndaşlara biganə kadrlar biz sadə vətəndaşların taleyi və əsəbləri ilə oynayırlar!!!

Maraqlıdır, Agentliyin rəhbərliyi vətəndaşların müraciətlərinin hamısınamı belə etalon, standart və namüəyyən cümlə birləşmələri ilə cavablandırırlar?! Agentliyin bütün işçilərimi bu formada kodlaşdırılıb? Nə olardı ki, işçilərinizi proqramlaşdırarkən bir azacıq da duyarlılıq, ədalətlilik qatqısı da əlavə edərdiniz! Maraqlıdır, siz işçilərinizi rəhbər vəzifələrə təyin edərkən, onlar necə aşınmalara məruz qalırlar ki, bu yerləri mənimsəyən şəxslər vəzifəyə keçən kimi tabeliyindəki işçilərə qənim kəsilirlər, onları təhqir etməkdən zövq alırlar?!

Cənab Qoşqar Təhməzli, siz rəhbər vəzifəyə təyin etdiyiniz kadrlarınıza əlavə olaraq döymək, söymək sertifikatımı verirsiniz? Həmin “sertifikata” əsaslanaraqmı bu kadrlarınız tabeliyindəki işçilərə qəddarlıq edirlər? Bəlkə bizim – sadə vətəndaşların xəbəri yoxdur. Bəlkə doğrudan da kadrlarınıza belə sertifikat verirsiniz? Əksinədirsə, bəs niyə onlar – rəhbər kadrlarınız – Quba – Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev, sektor müdiri, inzibati şöbənin müdiri Elçin Rüstəmov-lar tabeliklərində olan işçilərin alçaldılmasına, təhqir olunmasına adi hal kimi münasibət göstərirlər? Rəhbər işçinin tabeliyindəki işçini təhqir edib, döyməsinə münbit şərait yaradır, döyən sektor müdirini müdafiə edib, döyülənə isə əlavə olaraq mənəvi əzab verməkdən zövq alırlar? Siz niyə hansısa məsələn “Eqometr” şkalası ilə təyin etdiyiniz rəhbər kadrların mənəmlik eqolarını ölçmürsünüz?! Bu kadrların eqolarını ölçən hansısa “Eqometr” cihaz ixtira olmuş olsa, yəqin ki, həmin cihazın şkalası yüklənmədən partlamaq həddinə gəlib çata bilərdi. Bu rəhbər kadrlarda belə fikir formalaşıb: “tabeliyindəki işçiləri təhqir etmək, hətta döymək olar. İşçinin həddi nədir müdirinə cavab qaytarsın, hüquqlarını, şərəfini müdafiə etsin”!

Bu vəzifəli kadrların gözlərini xüsusi linza ilə elə qapayıblar ki, özlərindən olmayan, vəzifəcə aşağıda işləyən işçilərə 2-ci dərəcəli mənsublar kimi baxırlar. Görəsən hansı sehr, qüvvə bu haqsız sahiblərin gözlərindən bu əyri linzaları qoparacaq?! Bəlkə onda “dəmir qapı bilər ki, taxta qapı nə çəkir”!!!

P.S.: Cənab Qoşqar Təhməzli, zəhmət olmasa, oğlumun sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində 28.12.2022-ci il tarixində iş vaxtı, iş yerində döyülməsinə cavabdeh şəxslərin cəzalandırılması tələbi ilə əlaqədar göndərdiyim müraciət – şikayətlərə cavab verərkən 8 aydan bəri yazdığınız “araşdırırıq” kəlməsindən istifadə etməyin. Mümkünsə, bundan belə cavab verərkən işçilərinizi əlavə söz ehtiyatı ilə zənginləşdirib, proqramlaşdırın. Belə də cavablarınız Sizin baxış açınızdan daha rəngarəng olar. (Yenixeber.org)

aia.az

Ardını oxu...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi hansı məzhəbə qulluq edir?

Dəyərli oxucularımıza məlumdur ki, bir müddət öncə AİA.az-da Bakı şəhərindəki 164 nömrəli tam orta məktəbdəki neqativ hallar barədə yazı dərc edilmişdi. Yazının dərcindən sonra redaksiyamıza çoxsaylı müraciətlər olundu. Həm 164 nömrəli məktəbdən, həm də digər məktəblərlə bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq ETN-ə və BŞTİ-yə sorğu göndərdik. Sorğuda 164 nömrəli məktəbin rus bölməsinin I sinfinə 2022-2023-cü dərs ilində şagird qəbulu,cari dərs ilində həmin sinfə nəzərdə tutulan yer sayı haqqında məlumat verilməsi xahiş olunurdu. Qeyd edək ki, həmin məktəbin Azərbaycan bölməsində 3, rus bölməsində də 3 sinif proqnozlaşdırılıb. Biz də həmin siniflərdə olan yer sayı haqqında məlumat verilməsini istəmişdik. Lakin BŞTİ-dən sorğumuza verilən cavab qaneedici olmadı. Həmişə konkret fakt tələb edən, şikayətləri “anonimdir” deyib cavablandırmaqdan imtina edən BŞTİ rəhbərliyi, onun müdiri Mehriban Vəliyeva nədənsə konkret rəqəmlər verməkdən yayınmağı üstün tutdu. Çünki konkret rəqəmlərin dalında duran qaranlıq məqamlar aydın ola bilərdi. Həm də 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovanın xətrinə dəyər. BŞTİ rəhbərliyi onu yəqin ki, həyat yoldaşı Fərzəli Qədirova görə hələ də əzizləməkdə davam edir. Çünki Fərzəli Qədirov ETN Aparat rəhbərinin müavinidir.

Ardını oxu...

BŞTİ-nin sorğumuza verdiyi cavabda konkretlik olmaması ilə yanaşı, vətəndaşların müraciəti ilə uyğunsuzluğu görüb məsələ ilə yerində tanış olmaq qərarına gəldik və BŞTİ-yə yollandıq. Öncə BŞTİ-nin sorğumuza verdiyi cavabda göstərilən “Uşaqların I sinfə qeydiyyatı elektron sistem vasitəsilə aparılır. Elektron sistem vasitəsilə qəbul məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaratmaqla yanaşı, həm də şəfafflığın təmin olunmasına, vətəndaş məmnuniyyətinə zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir.”
Gəlin görək bizim görüb eşitdiklərimizlə BŞTİ-nin cavabında uyğunluq hansı dərəcədədir?
Saat 10-dur. BŞTİ-nin qəbul otağının qarşısında adamların böyük bir növbəsi var. Qəbul otağı da təbiidir ki, ağzına kimi doludur. Çöldə, avqustun bu isti havasında bişənlər içəridəkilərə həsəd aparırlar ki orada heç olmasa kondisioner var, içəridən çıxanlar isə narazı halda deyinə-deyinə, bəzən qışqıra-qışqıra ərazini tərk edirlər. Müşahidələrimizdən belə məlum oldu ki, şikayətçilər əsasən I və X siniflərə qəbuldan narazılıq edirlər. Valideynlər uşaqlarının təhsil alması üçün məktəb tapmırlar. “Məmnuniyyət” o qədər çoxdur ki, durub bu yay günündə BŞTİ-nə gəliblər.
Şəkildə gördüyünüz uşaqlar valideynləri ilə birlikdə Lökbatandan gəliblər. Saat 8-dən gəlmələrinə baxmayaraq hələ də qəbula düşə bilməyiblər. Valideyn Nizamova Sevinc bildirir ki, övladı bu il dərsə gedə bilməyəcək. Çünki uşağın məktəbə qəbulunu məktəb BŞTİ-nin, BŞTİ isə məktəbin boynuna atmaqla yaxalarını məsuliyyətdən kənara çəkirlər.

Ardını oxu...

Mehriban xanım, bu uşaqların günahı nədir?[i]

Lökbatandan gələn digər valideyn isə bildirir ki, övladı 166 nömrəli məktəb-liseyin 9-cu sinfini bitirib. Lakin məktəbin direktoru Zeynəb Vəliyeva deyir ki, 10-cu sinifdə yalnız mən dediyim uşaqlar oxuya bilər. Onun dediyi uşaq olmaq üçün də valideyni zəhmətə qatlaşmalıdır. Zeynəb Vəliyevanın kriteriyalarını da bilmirik ki, ona uyğunlaşaq. Bu idarəyə də zəng etmək mümkün deyildir. 599-12-22 nömrəli telefon daim “məşğul” göstərir, yaxud da daxili nömrə istəyir. Biz də onu bilmirik. Odur ki durub gəlmişik bura. Görək burda nə deyəcəklər? Belə olduğu halda Zeynəb Vəliyeva “Təhsil Qanunu”nun “5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir” tələblərini pozmaq cəsarətini haradan və kimdən alır?

Ardını oxu...

Bu körpə bala haradan bilsin ki, vətəndaş məmnunluğu belə olurmuş...

Digər şikayətçi Xətayi rayonundakı məktəblərdən birində 38 ildən artıq işləyən Gülnarə Abbasova məktəb rəhbərliyinin qərəzli münasibətindən gileylənir. Bildirir ki, bu il 4-cü siniflərə dərs deyəcək. Ümumi qaydaya görə cari dərs ilində 4-cü sinfə dərs deyən müəllim, eyni zamanda hazırlıq sinfinə də dərs deməlidir. Lakin ona münasibətdə bu qayda pozulub. Səbəbi isə naməlum olaraq qalır.
15 nəfər valideynin şikayəti isə bizə çox qəribə gəldi. Bu qəribə və əndrabadi məsələ ilə siz də tanış olun. Valideynlər bildirir ki, onların övladları Binəqədi rayonundakı 335 nömrəli məktəbdə oxuyurlar. 2 il bundan əvvəl açılışında cənab Prezident İlham Əliyevin iştirak etdiyi bu məktəb sözün əsil mənasında yiyəsizdir. Belə ki, açılışından bu yana məktəbin nə direktoru, nə də direktor müavini yoxdur. Necə deyərlər, məktəb Allah ümidinə idarə olunur. Daha doğrusu idarə olunmur. Valideynlər deyir ki, 335 nömrəli məktəbi yaxınlıqda yerləşən 205 nömrəli məktəbin direktoru “idarə edir”. Ona görə də 500 nəfərdən çox şagirdi olan bu məktəbi hamı “205nömrəli məktəbin filialı” adlandırır. Əsas şikayətləri isə odur ki, biz övladlarımıza ETN-nin müəyyən etdiyi məktəbli forması almışıq. Lakin bu günlərdə 205 nömrəli məktəbin direktoru Xoşqədəm Bağırova valideynlərə səs ataraq onun müəyyən etdiyi məktəbli formasını almağı tələb edir, əks təqdirdə övladlarının məktəbə buraxılmayacağını bildirir. 3 məktəbli övladının olduğunu bilidirən ana da soruşur ki, bu necə idarəçilikdir? Bizə vaxtında deyilsəydi təbii ki həmin formanı almazdıq. İndi maddi vəziyyətimizin bu halında yenidən məktəbli formasını necə alaq? Onlara qaneedici cavab verən olmadığından əlləri ətəklərindən uzun, qanları qara və BŞTİ-nin sorğumuzda qeyd etdiyi kimi hədsiz dərəcədə “məmnun” geri-evlərinə qayıtdılar.

Ardını oxu...

İndi isə gəlin bu “vətəndaş məmnunluğu”, “sosial ədalət”, “şəffaflıq” anlayışlarının həqiqi mənzərəsinə nəzər salaq. Təxminən 7-8 il bundan əvvələ qədər valideyn məktəbə müraciət edir, bir arayış alıb digər məktəbə verməklə övladının oxuduğu məktəbi dəyişdirirdi. Bu zaman o, məktəbə 2 dəfə gəlmək məcbiriyyətində idi. İndi, elektron sistem vasitəsilə yerdəyişmə etmək üçün valuiideyn azı 5 dəfə hər iki məktəbə, ən azından iki-üç dəfə də BŞTİ-yə gedib-gəlmək məcburiyyətindədir. Yenə də həmin arayış, yenə də həmin kağızlar. Üstəlik, vətəndaşın “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda nəzərdə tutulan “22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək” hüququ kobud şəkildə pozulur. Sizcə bunun harası məmnunluqdur? Məktəbyaşlı uşaqları çöllərə salıb yayın istisində, qışın şaxtasında növbələrdə gözlədənlər hansı sosial ədalətdən, vətəndaş məmnunluğundan danışırlar? Əgər elektron sistem ədalətli və şəffaf idarə edilsə təbii ki bu problemlər meydana çıxmaz. O da ki, yoxdur. Buradan da belə nəticə çıxır ki, elektron sistemin tətbiqi vətəndaşdan çox, onu yaradan və idarə edənlərin məmnuniyyətinə xidmət edir. Belə olmasaydı BŞTİ-də rus bölməsinə şagird qəbulunda yol verilmiş ciddi nöqsanlar haqqında son günlərdə dolaşan söz-söhbət də olmazdı.
Hər halda bu mövzuda kifayət qədər mübahisə doğuracaq məqamlar vardır. Növbəti yazılarımızda həmin məsələlərə diqqət ayıracağıq.

Ardını oxu...

P.S. Höprmətli oxucular! Təhsil sahəsində baş verən neqativ halları araşdırmaq üçün yeni-“Təhsildə Bermud üçbucağı” adlı rubrikamız fəaliyyətə başlayır. Bu mövzuda analitik təhlilləri və yazıları həftədə bir dəfə AİA.az-dan oxuya bilərsiniz. Xatırladırıq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, ETN Aparatının müdir müavini Fərzəli Qədirov, 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovadır.

AİA.az-ın Analitik Araşdırma Mərkəzi
Ardını oxu...
“30 ildən artıqdır istifadəmizdə olan pay torpaqları əlimizdən alınaraq şəhid ailəsinə verilib. Biz illərdir o torpaqların istifadəsi üçün vergi ödəyirik. Şəhid ailəsinə torpaq verilməsinə qarşı deyilik, boş torpaqlar var, onlara verilə bilər. Axı, bu yerin hesabına neçə nəfər dolanırıq”.

Bunu Meydan TV-yə Lənkəran rayonu, Cil kənd sakini Fərahim Tağızadə bildirib. O qeyd edib ki, torpağa dair sənədləri də var.

“Həmin torpaqlardan əkin sahəsi kimi istifadə edirdik, buğda əkməklə dolanırdıq. İndi deyirlər ki, xəritədə həmin ərazi boş yer kimi göstərilib. İcra hakimiyyəti və bələdiyyənin razılığı ilə torpaqlarımz əlimizdən alındı”,-şikayətçi deyib.

Fərahim Tağızadə söyləyib ki, torpaq yol kənarında yerləşir, satış üçün əlverişli ərazidədir:

“Bələdiyyə deyir: “Ərazi mənimdir, oraya girə bilməzsən”. Deyirəm ki, bunu təsdiq edən sənəd göstərin, deyirlər ki, sənəd “yuxarı”dır, onların göstərişidir. Sənədi göstərsinlər, biz də kənara çəkilək. 10 nəfər bu torpağın hesabına çörək yeyir”.

Şikayətçilər Lənkəran Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini deyirlər. Qurumdan onlara bildirilib ki, ərazi elektron xəritədə bələdiyyə sahəsi kimi əksini tapıb:

“Dedik ki, bələdiyyə sahəsidirsə, mülkiyyətçi sənədi versinlər. Reyestr xidməti sahədə olub, 30 ildir istifadə edirəm. Gah da deyirlər ki, sürüşmə olub, ərazinin yeri dəyişib. Necə oldu ki, neçə ildən sonra indi sürüşdü, ərazi yerdəyişmə etdi?”

Cil kəndində 7 şəhid ailəsi var. Fərahim Tağızadə deyir ki, kəndin ehtiyat fonduna daxil olan ümumilikdə 7 hektar bələdiyyə torpağı var, həmin torpaqlar şəhid ailəsinə və qazilərə verilə bilər.

Cil kəndinin də daxil olduğu Şağlaser Bələdiyyəsindən isə bildiriblər ki, Fərahim Tağızadənin iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyə də həmin sahəni şəhid anasının istifadəsinə verib:

“Dəfələrlə icra başçısı ilə görüşüb. Hətta başçı ona dedi ki, hamımız onlara borcluyuq, istəsələr, öz həyətindən də onlara torpaq verməlisən. Bu, hamının borcudur”.

Bələdiyyədən onu da əlavə ediblər ki, şikayətçilərin sənədləri qaydasında olarsa, heç kim özəl mülkiyyətə müdaxilə edə bilməzdi:

“Tağızadə bələdiyyədən bütün rəsmi qurumlara şikayət edib, əl çəkmək istəmir”.

Lənkəran Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, dəfələlə bununla bağlı müraciət daxil olub, hər dəfə də bildirilib ki, ərazi ehtiyacı olan şəhid ailəsinə verilib.
 //meydanTV//

Ardını oxu...
2022-ci ilin son həftəsində ölkə ictimaiyyəti tibb sahəsində daha bir utancverici hadisə ilə qarşı qarşıya qaldı. Masallı Rayon xəstəxanası PHŞ-nin baş həkimi Eşqin Əliyev korrupsiya ittihamı ilə dekabrın 26-da cinayət başında yaxalandı. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki, bu şəxs vəzifəyə TƏBİB-in icracı direktoru Vüqar Qurbanov tərəfindən 2022-ci il fevralın 24-də olunmuşdu. Bəs necə oldu ki, yeni struktura görə ancaq müalicə işinə nəzarət etməli olan, yaşı gənc olan 4000 AZN maaş alan humanist peşə sahibi olan bu həkim öz karyerasını qısa müddətdə məhv etdi? Vüqar Qurbanov bu şəxsi vəzifəyə təyin edərkən yeni dövrün tələblərini ona izah eməmişdirmi? Eşqin Əliyevin təqdimatını Vüqar Qurbanova kim etmişdi? Bu sualları cavab axtararkən TƏBİB də səhiyyəmiz ücün qorxunc nəticələrə cıxaracaq proseslərin getdiyinin şahidi oluruq. Xatırladaq ki, TƏBİB-in icracı direktoruna iki müavin təyin olunmuşdur: Araz Nəsirov və Anar İsrafilov. Bu şəxslər arasında vəzifə bölgüsünə nəzər yetirərkən əsas maliyyə proseslərinə və resurslara nəzarətin Araz Nəsirovun əlində cəmləşdiyinin şahidi oluruq. Bəs bu

Araz Nəsirov kimdir?

Araşdırmamız onu göstərir ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində gedənprosesləri anlamaq ücün bu sualın cavabı bir cox məsələlərə aydınlıq gətirər. Araz Nəsirov əslən cənub zonasındandır (Masallı rayonu Moloton kəndi). Bu şəxsin cox cətin uşaqlıq və yeni yetməlik dövrü olmuşdur. Ailədəki problemlərə baxmayaraq dərslərini yaxşı oxumuş və…

Bundan sonra Araz müəllimin həyatı dəyişməyə başlayır. FETO-ya məxsus Cağ ogrətim şirkətinin Bakı Özəl türk litseyinə daxil olur. Atası ilə olan problemləri (bunu özü həmişə qeyd edir) onu bu dinçi təşkilata sıx bağlayır. (1994-1998). Beyni dini təbliğatın dumanı altında olan bu şəxs atasından qeyri-rəsmi olaraq imtina etmişdir. Sonrakı müddətdə Trakya Universiteti (1998-2003) Azərbaycandakı Universitetlərdə göz boyamaq üçün kurslar və 2021-ci ildə Dyuk (Duke) universitetində proyektlerin idarə olunması ixtisası üzrə təhsil almışdır. Maraqlıdır ki, hər iki universitet çox geniş FETO bağlantısına malikdir. Əslində sadə oxucu bu məlumatları oxuyarkən bu cür reaksiya verə bilər: “burada nə var ki?” Amma tələsməyin… Hörmətli

Araz Nəsirovun iş həyatı

Haqda məlumatlar işin mahiyyətini ortaya qoyur. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, 2004-2009 tarixlərin də İstanbul Palmali şirkətlər qrupunda (Mübariz Mənsimov-diqqət edin FETO bağlantısı) fəaliyyət göstərərkən arada 2008-ci il sentyabr-dekabr aylarında “Xəzər-Lənkəran” futbol klubunda vitse-prezident olur. Bu arada necə intriqalar cevirirsə “Xəzər-Lənkəran” bir daha ayağa qalxmayacaq şəkildə çökür. (Bu barədə ölkənin nüfuzlu idman saytlarında yer alan yazıların linklərini sizə təqdim edirik: https://www.sportinfo.az/idman_xeberleri/hadise/159912.html , https://az.trend.az/azerbaijan/society/1357974.html , https://qol.az/?name=xeber&news_id=687 ). 2010-2018-ci ildə Abilərinin təlimatıyla yavaş – yavaş Azərbaycan Respublikasının dövlət təşkilatlarına çökərək “Paşa Holdinq”ə yol tapır və orada Zaur Əliyevlə tanışlıq sayəsində İcbari Tibbi Sığorta agentliyinə soxulur. Hörmətli oxucumuz burada bir qədər pauza edərək

Araz Nəsirovun müridi Rəşad Çobanov

Haqda bəzi məlumatlara diqqət yetirək. Araz müəllimin İcbari Tibbi Sığorta sistemində işə cəlb etdiyi Rəşad Çobanov barədə cumhuriyyet.az-a daxil olan məlumatlara görə, o, “Dədə Qorqud” özəl türk litseyini (Cağ ogretim şirkəti-FETO) bitirmişdir. 2010-2015-ci illərdə əvvəllər sanfak deyilən peşəkar həkimlik fəaliyyətinə aid olmayan ixtisasa yiyələnmiş və tibbdən uzaq olan adam kimi müxtəlif idman oyunlarında könüllü kimi müxtəlif fəaliyyətlə məşğul olmuşdur. 2017-2019-cu illərdə UNEC də MBA proqramını bitirmiş. Hal-hazırda BDU da hüquq oxuyur. Bu adam əmək fəaliyyətinə FETO baglantılı “Memorial” klinikdə xəstə daşınma xidmətlərində başlamışdır. Sonrakı müddətdə Avropa Oyunlarında və İslam həmrəylik oyunlarında anti dopinq komitəsində fəaliyyət göstərmişdir. Pozucu və intriqacı fəaliyyətinə görə o zamankı nazir mərhum Azad Rəhimov tərəfindən işdən qovulmuşdur.

Beləliklə, kecmişi FETO ilə bağlantılı ABİ Araz Nəsirov və mürid Rəşad Çobanov İTSDA da yerləşərək fəaliyyətə başlayırlar. Öz kadrlarını yerləşdirdikdən sonra ilk qarmaqlarını Sumqayıt səhiyyəsinə atırlar. Bütün kadr məsələlərini və qeyri qanuni maliyyə axınlarını Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru Səkinə Sadıqovanı (o da özünə vergi verildiyini iddia edir və dindardır) müridlər siyahısına daxil edərək ələ keçirirlər. Sumqayıtda gedən bütün şikayətlərin qarşısı bu iki şəxs tərəfindən alınır və catışmamazlıqlar ört-basdır edilir.

Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Çobanov triosunun yeyintiləri

Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ bu iki şəxs tərəfindən nəzarətə götürülür və Eşqin Əliyev baş həkim təyinedilir. Bu kadr VüqarQurbanova ArazNəsirov tərəfindən təqdim edilmişdir (Təqdimatın Eşqin Əliyevdən külli miqdarda alınan vəsait hesabına olduğu iddia edilir). Bundan sonra işlənmiş sxem üzrə kadr məsələləri və qeyri- qanuni maliyyə axınları öz ciblərinə axır. Hal-hazırda Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı mərkəzi rayon xəstəxanası PHŞ-də cinayət işi əsasında məhkəmə hökmləri çıxarılmışdır. Çox maraqlıdır ki, Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi çirkli pulların yuyulması şübhəsi ilə Sumqayıt Tibb Mərkəzində də araşdırmalar aparmışdır. Sonrakı müddətdə Hesablama Palatasının aşkarladığı dəhşətli qanun pozuntuları və mənimsəmələr aşkar edildiyindən aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləritərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179. 3. 2 (külli miqdarda mənimsəmə), 308. 1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2023-cü ilin birinci yarısında nəzarət tədbirləri aparılmış nəzarət obyektləri barədə məlumatda “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin Mərkəzi Avtopark bölməsində (01.01.2020 – 01.01.2023-cü il tarixlərini əhatə edən dövrdə) külli miqdarda maliyyə pozuntuları və mənimsəmələr aşkaredildiyindən materiallar Respublika prokurorluğuna göndərilmişdir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan qeyri-rəsmi məlumatlara əsasən aparılan araşdırma və cinayət işlərində dövlətə vurulan zərər milyonlarla manat dəyərində ölcülür. Lakin bir maraqlı fakt nəzər diqqətimizi cəlb etdi-bu qədər biabırcılıqlara və dövlət əmlakını mütəşəkkil dəstə şəklində dağıdan Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Çobanov triosu hələ dəvəzifə başındadır. Haqqında cinayət işi başlanılmış və cinayəti sübuta yetirilmiş Səkinə Sadıxovanın işi məhkəməyə göndərilmir və Sumqayıtda qeyri-qanuni fəaliyyətini davam etdirərək, tibb işcilərinə zülm etməkdə davame dir….

Araz Nəzirovun kadr siyasəti

Araz Nəsirov dinçi fəaliyyəti ilə yanaşı etnik milliyyətciliyi gizli olaraq TƏBİB-də həyatakecirir. Son 6 ayda böyük klinikaların rəhbər vəzifələrinə ancaq müvafiq etnik kimliyə mənsub şəxslər təyin edilir. Məsələn, Yeni Klinikada vəzifəyə təyin olunan Barat Yusubov… Təbib Mərkəzi aparatında dinçi kadr olaşma və etnik millətcilik prosesi asta-asta həyata keçirilir. Bundan başqa Sumqayıt Tibb Mərkəzinin idarəetmə aparatına TƏBİB-də işləyən və Araz Nəsirov tərəfindən müvafiq fəaliyyətə cəlb edilmiş və dinçi təşkilata meylli şəxslərin həyat yoldaşları işə alınır. (Məsələn Mizəbəyli Vəfa-Mirzəbəyli Teymurun(Təbib) həyat yoldaşı Cəmilzadə Nərgiz-Cəmilzadə Şamxalın (İcbari Tibbi Sıgorta) həyat yoldaşı ,Vəliyeva Xəyalə(Təbibin icracı direktorunun bagbanının qızı)

Dogrudanmi İcbari Tibbi Sığorta Agentliyi vəTəbib-də FETÖ bu qədər güclüdür? Bu cür qaranlıq kecmişə malik şəxslər həm səhiyyəmiz həm də dövlətimizin təhlükəsizliyi üçün təhlükə mənbəyidir!!!

P. S 1. Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178. 3. 2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.

“Sumqayıt Tibb Mərkəzi “ PHŞ-nin rəhbər səxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluq yanında Korrupsiya ilə mübarizə baş idarəsi tərəfindən cinayət işi acılmışdır. Hesablama Palatası tərəfindən yoxlamalar aparılıb külli miqdarda yeyinti faktları barədə cinayət işi acılmışdır. .
Mətbuatda “ Bakı Baş Səhiyyə İdarəsi Tibb Mərkəzi” PHŞ-nin rəhbərinin korrupsiya əməlləri barədə geniş materiallar paylaşılır. . . . ?
Yevlax RMX-da vəzifəli şəxslərə qarşı 73. 000 AZN vəsaitin mənimsənilməsi şübhəsi ilə cinayət işi acılmışdır. (Bu müəssisə Araz Nəsirovun oylagı olmuşdur)
Araz Nəsirovlar və Çobanovlar isə öz fəaliyyətlərini davam etdirirlər Amerika Dubay səfərləri və Sumqayıt,Lənkəran, Masallı səhiyyələrində “islahatlar” davam edir...
 //cumhuriyyet.az//

Dünyapress TV

Xəbər lenti