Ardını oxu...
Aqromexanika Elmi-Tədqiqat İnstitutu 2023-cü ilin avqust ayının 15-də "Elmi Tədqiqat xidmətləri" lotu üzrə sifarişçi olduğu növbəti satnalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 14.315, qalibi isə "AUTO MARK UA CO" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"AUTO MARK UA CO" MMC 2023-cü ilin may ayının 2-də dövlət qeydiyyatına alınıb. Bu təşkilatın hüquqi ünvanı Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 2 mənzil 53, qanuni təmsilçisi isə Ələkbərova Rahilə Tahir qızıdır.

Ardını oxu...

"AUTO MARK UA CO" MMC və qanuni təmsilçisi barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Aqromexanika Elmi-Tədqiqat İnstitutunda "elmi tədqiqat işləri" aparacaq "AUTO MARK UA CO" MMC-nin bu kriteriyalara cavab verəcəyi real görünmür.

İnstitutut 2022-ci ildə də şübhəli satınalma müqavilələri bağlayıb

Aqromexanika Elmi-Tədqiqat İnstitutu 2022-ci ildə daha 3 satınalma həyata keçirib. Bu satınalmaların ümumi məbləği 38.454 manat təşkil edib. Satınalma predmetinə və qalib elan edilən təşkilatlara diqqət etdikdə yenə də ortaya bir sıra şübhəli məqamlar çıxır.

Aqromexanika İnstitutu 2022-ci ilin avqust ayının 2-də "Dəftərxana və təsərrüfat malları" lotu üzrə satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 6.931 manat, qalibi isə "ALFONS" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Ardını oxu...

"ALFONS" MMC 2022-ci ilin yanvar ayının 24-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov ev 16, mənzil 9, qanuni təmsilçisi isə Məmmədov Xoşbəxt Mirzə oğludur.

Qlobal.az-ın əldə etdiyi məlumatda 1992-ci il təvəllüdlü Xəzər rayonu, Buzovna qəsəbəsə sakini Xoşbəxt Məmmədovun "proxy" şəxs olduğu, adına onlarla MMC-lər təsis edildiyi və bu MMC-lərin dövlət satınalmalarında müxtəlif maxinasiyalarda istifadə edildiyi vurğulanır.

Aqromexanika İnstitutu 2022-ci ilin oktyabr ayının 19-da daha bir satınalmaya yekun vurub. "Elmi Tədqiqat xidmətləri" lotu üzrə keçirilən bu satınalmanın məbləği 14.867 manat, qanuni təmsilçisi isə "ƏLAMƏK" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Ardını oxu...

"ƏLAMƏK" MMC 2022-ci ilin aprel ayının 15-də qeydiyyata alınıb. MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Faiq Yusifov, ev 69, qanuni təmsilçisi isə Məmmədov Faiq Harun oğludur.

Məmmədov Faiq Harun oğlunun adına rəsmiləşdirilən daha bir təşkilat - "DURBAN" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin dekabr ayının 19-da Aqromexanika İnstitutunun "Maşın və avadanlıqlar" lotu üzrə keçirdiyi satınalmada qalib edilib.

Ardını oxu...

Hər iki MMC-nin maddi-texniki bazası, işçi qüvvəsi, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumat yoxdur.

Şirkətlərin qanuni təmsilçisi Məmmədov Faiq Harun oğlunun da adına xeyli sayda təşkilatlar açıldığı bildirilir. "Vahid mərkəz" tərəfindən idarə edilən bu MMC-lərin də dövlət satınalmalarında şübhəli məqsədlərlə istifadə edildiyi iddia edilir.

Qlobal.az məsələ ilə bağlı Aqromexanika Elmi-Tədqiqat İnstitutundan mövqe öyrənib.

İnstitutun açıqlamasında deyilir: "2023-cü ilin avqust ayının 15 - də satınalmada iddiaçı qismində "AUTO MARKUA CO” MMC-dən başqa "ENKAMP” MMC və VENERA- 2023 təşkilatları da iştirak etmişdir. Məlumat üçün bildirirəm ki, hansı təşkilatın qalib olmasından asılı olmayaraq tərəfimizdən elmi – tədqiqat məqsədi ilə hazırlanacaq təcrübi maşının texniki- istismar göstəricilərinin lazımi tələbatı ödəməsi imkanları yoxlanılır. Tələbat ödənilmədikdə həmin təşkilata vəsait ödənilmir və müqavilə pozulur. Belə ki, "AUTO MARK UA CO” MMC təşkilatının ilkin olaraq satınalmada qalib olması bizim üçün əsas götürülmür. Onun texniki imkanları yoxlanılacaqdır. 3.İnstitutun 2022-ci ildə keçirdiyi satınalmaya gəldikdə isə məlum edirəm ki, qalib olan təşkilatlar tərəfindən nəzərdə tutulanlar vaxtında və tələbata uyğun olaraq yerinə yetirilmişdir".

İlginc məqam isə budur ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutu keçirdiyi satınalmalar barədə verdiyi açıqlamada 2022-ci ildə keçirdiyi satınalmalara toxunmur. İnstitutun 2022-ci ildə keçirdiyi satınalmaalrın üzərindən "sükutla" keçməsi, qalib elan etdiyi MMC-lərin qanuni təmsilçisinin eyni şəxs olması, bu MMC-lərin fəaliyyətləri barədə heç bir məlumatın olmaması və ən əsası bu MMC-lərin dövlət satınalmalarında "otkad" məsələlərində istifadə edildiyi barədə iddiaları gücləndirmiş olur.

Aqromexanika Elmi-Tədqiqat İnstitutu 2023-cü ilin avqust ayının 15-də "Elmi Tədqiqat xidmətləri" lotu üzrə keçirdiyi satınalmada qalib elan etdiyi "AUTO MARK UA CO" Məhdud Məsuliyyətli Cəmiyyəti də qeyri-şəffaf təşkilatlardandır. Fəaliyyəti barədə açıq internet resurslarında heç bir məlumat verilməyən bu təşkilatın Aqromexanika Elmi-Tədqiqat İnstitutunun "elmi tədqiqat işləri"ndə hansı formada çalışacağı da ciddi suallar doğurur.

Qeyd edək ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutu keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli 28 saylı qərarı əsasında o zaman Respublikada fəaliyyət göstərən kənd təsərrüfatı elmi – tədqiqat institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutu ( Az. ETKTMEİ ) adı altında yaradılıb.

Aqromexanika Elmi-Tədqiqat İnstitutu hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində fəaliyyət göstərir.

İnstitutun direktoru Fətəliyev Kamil Hətəm oğludur. Kamil Fətəliyev 20 ildir ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edir.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovdur.

Xatırladaq ki, Aqromexanika Elmi-Tədqiqat İnstitutunun tender komissiyasına Kamal Yaqubov rəhbərlik edir. Kamal Yaqubov eyni zamanda Təcrübə-sınaq və təsərrüfat işləri üzrə direktor müavinidir. 
//Qlobal.az//

Ardını oxu...
"Həyat üçün şans"- Reabilitasiya Mərkəzində nələr baş verir..? Elgiz və arvadının yaratdığı mütəşəkkil cinayətkar şəbəkə... Burada xəstələri döyür, asır, suda boğur, hər cürə işgəncə verirlər... "Həyat üçün şans"- reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov ( Şirinov) barəsində xırda bir araşdırma aparmalı olduq. Və bunun üçün onun https://www.instagram.com/narkomaniya2021/ səhifəsinə daxil olub xəbərləri izlədik.
Təsəvvür edə bilməsiniz ki, bu boyda Reabilitasiya Mərkəzinin təsisçisi və rəhbəri nə qədər savadsız adamdır. Bu məxluq öz səhifəsində müxtəlif videolar, audiolar, şəkillər paylaşır və hər dəfə qarşısına iri hərflərlə yazılmış reklam şüarı qoyur. Fikir verin... "ƏZYƏTSİZ UGURUN ÖMRÜ AZ OLAR"... Gördünüzmü, bu adamın elementar-ibtidai təhsili olsaydı "ƏZİYYƏT" sözünü, "UĞUR" sözünü düzgün yazmağı bacarardı.
Bunun ətrafındakılar da özü ağılda, özü kimi savadsızlardır. Əks halda, səhvi düzəldərdilər. Axı bu reklamlar 100 minlərə hesablanıb. Elgiz Alxanov ( Şirinov ) başqa bir reklam çarxında qarşısına yeni bir şüar qoyub: "AKTUAL MÖVZÜLƏR"... Təsəvvür edirsiniz, bu nə deməkdir... "MÖVZÜ" nədir, ay Elgiz Alxanov ( Şirinov)..? Günah səndə deyil ee, sənə Reabilitasiya Mərkəzi açmağa icazə verən məmurlarda, Səhiyyə Nazirliyindədir...
Başqa bir reklam çarxında Elgiz Alxanovdur, Qalxanovdur nədir deyir: Bizim Reabilitasiya Mərkəzi heç kimə söz vermir, qarantiya vermir, ancaq ŞANS verir... Adama deyərlər ki, hər ay hər xəstədən 1500 manatı alıb məzləyirsən, bura sənin üçün dərnək-zaddır..? Qarantiya vermirsənsə, insanların külli miqdarda pulunu niyə alırsan..?
Hələ bu harasıdır..? https://www.instagram.com/narkomaniya2021/ səhifəsindən bəlli olur ki, Reabilitasiya Mərkəzinin Qadınlar Filialı da fəaliyyət göstərir və Filialın müdiri Elgiz Alxanovun (Şirinov) arvadıdır. Amma orada müalicə alan narkoman qadınlara kişilərin daldan banka qoymasını heç cür anlaya bilmədik... Axı səhifədən göründüyü kimi filialın xeyli sayda qadın əməkdaşı var.
Nə isə, sözün qısası, Elgiz Alxanov (Şirinov) və arvadı ölkədə əməlli başlı cinayətkar şəbəkə yaradıblar. Elgizin arvadı imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini, həyat yoldaşlarını öz toruna salıb milyonlar qazanır.
Yeri gəlmişkən, vaxtilə dost-tanışdan 5 manat çörək pulu alan və ləqəbi “Dilənçi” olan Elgiz narkotiklərin hesabına Yasamal Rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirir, 200 min manata maşın alır və Elgiz hazırda özünə dəyəri 1 milyon olan bağ evi axtarır... Yazıq valideynlər isə ağızlarındakı protezi satıb Elgizə pul gətirirlər və s.
Uzun-uzadı yazmadan, qısa xatırlatma üçün qeyd edək ki, bu Reabilitasiya Mərkəzinin özünün “həbsxanası”, “əməliyyat qrupu”, “cəza dəstəsi” və “karsı”, “polis maşını” və s. hər şeyi var. Bəli, Elgiz Alxanov (Şirinov) “Həyat üçün Şans” Reabilitasiya Mərkəzi adı altında həbsxana yaradıb... Bu adam bir başa dövlətə meydan oxuyur, heç bir məhkəmə qərarı, sanksiya-filan olmadan vətəndaşı maşınlara basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Bu hələ harasıdır...? Burada adamı ayağından asırlar, suda boğurlar, işgəncə verirlər və daha nələr...
Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Alxanov (Şirinov) ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb... Yəni bu adam birbaşa Dövlətə meydan oxuyur, Azərbaycan Dövlətinə də şər-böhtan atır, hər yerdə deyir ki, polis rəislərinin aylığını verirəm... Hətta tez-tez bəzilərinin adlarını da hallandırır...
Onu da qeyd edək ki, Elgiz Alxanovun (Şirinov) bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, Reabilitasiya Mərkəzi açaraq narkomanları müalicə edir... Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir.
Əslində, Elgiz (Alxanov) Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər... Və onu da qeyd edək ki, Elgiz (Alxanov) Şirinovun Reabilitasiya Mərkəzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..? Bəli, şəxsi evlərdə...həm də pəncərələr dəmir barmaqlıqlarla bağlanır, dəstəyi çıxarılır...sözün həqiqi mənasında ZİNDAN... Və içəridə qumarxana, meyxana və s. məclislər...təşkil edilir. Və onu da qeyd edək ki, Elgizin yanında, guya, müalicə olunan narkomanlar bayırdakı narkomanlara imkanlı adamların evlərinin, mülklərinin ünvanlarını ötürüb evləri qarət edirlər... Elgiz o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər...onlar mütləq mənimlə razılaşmalıdırlar...
Bu günlərdə Elgiz Alxanovun (Şirinov) dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər. Bir sözlə, Elgizin cinayətkar şəbəkəsi əməllərini davam etdirir... Bundan əlavə, onu da qeyd edək ki, Elgiz Alxanov (Şirinov) həyat yoldaşı ilə birləşərək başına cinayətkar dəstə toplayıb heç bir lisenziyası olmayan evlərdə gizlin fəaliyyət göstərirlər. 2500 adamdan hər ay 1500 manatdan pul alınırsa, görəsən, Elgiz Alxanov (Şirinov) hər ay nə qədər vergi ödəməlidir və nə qədər ödəyir?
Bütün bunların sonunda üzümüzü Hüquq-Mühafizə Orqanlarına, Səhiyyə Nazirliyinə, Dövlət Vergi Xidmətinə tutub soruşuruq: Bu boyda cinayət əməllərini görmürsünüz, cənablar..? Hətta Elgiz Alxanovun işçisi Turan İkram adlı şəxslə şərik olduğunu da bildirir. Bu haqda növbəti sayımızda.
P. S. Onu da bildirək ki, Elgiz Alxanov (Şirinov) barəsində Abşeron Rayon Mehdiabad Polis Bölməsində araşdırma aparılır. Kimin şikayəti varsa, həmin bölməyə şikayət edərək dəymiş ziyanlarını geri istəyə bilərlər.
 //gundelik-baku.com//
Ardını oxu...
Haqqında söhbət açmaq istədiyimiz bu Təhsil Kompleksi cəmiyyətə respublikamızda yüksək nəticələri ilə seçilən təhsil ocaqlarından biri kimi sırınmaqdadır.Səhv eşitmediniz , hörmətli oxucular, məhz sırınmaqdadır.Özü də bu sırlnma 2019-cu ildən, yəni təhsilimizin agbirçəklərindən biri, təcrübəli pedaqoq, yenilikçi kadr kimi kimi təşbeh və ibarələrdən istifadə edərək insanların şüuruna ötürülür.Qabaqcıl təhsil işçisi kimi qələmə məktəbdə yaradılan geniş imkanlardan,ugurlardan söhbət açılır.Bu yerdə yaxşı deyiblər ki,”Ogru elə bagırdı, dogrunun bagrı yarıldı.Bəli,Sara Xanlarova təhsilimizin “Mogikan”, “Novatorlugu ilə seçilən”kadrlarındandır ,pul qazanmaq kimi imic qazanmağın da hər yolunu “Əlinin altındakı resurslarla”istədiyi səmtə yönəltməklə həll etmək məharətinə sahibdir.O , hər kəsin önündə özünü cəfakeş təhsil işçisi kimi təqdim etməyə çalışsa da çoxlarının onu qabaqcıl təhsil maqnatı kimi tanıdıgından xəbərsizdir.
Məktəb şagirdlərinin idmanda, müxtəlif tədbirlərdə,bilik yarışlarında və s.qazandıqları ugurları öz adına çıxmaqda böyük məharət sahibidir.Halbuki. bir, qətiyyən belə deyil.
Bilik yarışlarında və ali təhsil məktəblərinə qəbulla baglı əldə edilən ugurları ustalıqla öz adına çıxmagı bacarır 9,10,11-ci siniflərdə ali təhsil almaq məqsədini qarşıya məqsəd qoyan şagirdlərin dərsə gəlmədiyi kimsəyə sirr deyil Sinif rəhbərləri sag olsunlar,bu məsələdə “direktorun sadiq köməkçiləri “rolunun öhdəsindən məharətlə gələ bilirlər.Necə deyərlər,”Əl əli yuyur,əl də üzü.Valideyn də,şagird də, direktor da razı qalır.”Cücənin payızda sayılması vaxtı”direktor”alnıaçıq ,üzüag” çıxır ortaya.
Uzun illərin təcrübəsi onun yeni bir istedadını da aşkarlayıb.Onu məktəbin müəllim-şagird kontingenti araslnda “Biznes Ledi”adı ilə tanıyanlar da az deyil.
Beş yaşlı hazırlıq qruplarının və birincilərin Kompleksə qəbulu prosesi Sara xanının” ürəyincə, arzusuna uyğun” həyata keçirilir . Qəbul zamanı yer olmadığını və buna nazirliyin nəzarət etdiyini bəhanə gətirərək öz planlarını həyata keçirir.Əl altından qəbulun qiymətinin 1200 manat odugu deyilir.Bəzi valideynlər məktəbin bazar qanunları ilə idarə edildiyini dilə gətirirlər.Hər həftə uşaqlardan müxtəlif adlar altında pullar yıgıldıgından danışırlar .
Bu hələ harasıdır?5 Oktyabrda Müəllimlər günü Valideyn Komitələri “fəaliyyətə keçir”. Bir vurçatlasın olur ki, gəl görəsən.
Sara xanım özəl məktəblərə aid təhsil üsullarını dövlət məktəbinə calaq etmək ustsı kimi də tanınır.
SMP sistemi tətbiq edərək ibtidai siniflərdən 700 manat,
MYP tətbiq edərək orta təhsil üçün aylıq 700 manat təhsil haqqı müəyyən edib (?!)
Ş.Xanlarovanın təhsilimizə gətirdiyi yenilikləri saymaqla qurtarmaz.
Deyilənə gorə Sara xanımın qızına hədiyyə etdiyi 4mərtəbəli uşaq bağçasını da məhz əldə etdiyi qanunsuz gəlir hesabına tikdirib.
Valideynlər uşaqlarının adlarının S.Xanlsrovanın rəhbərlik etdiyi məktəbdə çəkilməsini istəmir,bu təhsil ocağının qabaqcıl təhsil müəssisələri ilə ayaqlaşa bilmədiyini söyləməkdən çəkinmirlər.
Bəli,132saylı Təhsil Kompleksinin Sara Xanlarova erası öz çoxsaylı minusları ilə hələ ki, davam etməkdədir.Təhsil Nazirliyi bütün bunlardan xəbərsuzdumi görəsən?
Adamın heç inanmağı gəlmir.Titullu direktorun məktəbdə “at oynamasına “nə vaxta kimi göz yumulacaq? //aktualxeber.az//
 
Ardını oxu...
Milli Elmlər akademiyasının Genetikanın əsasları institutunun Saray qəsəbəsindəki *seleksiya sahəsindən danışanda adamın ürəyi ağrıyır.Bəli, bura* əslində seleksiya sahəsi deməyin özü məncə günah sayılardı .Sarayı yaxşı tanıyanlar yəqin ki, yolun kənarındakı köhnə,solgun rəngli primitiv dəmir qapılı ərazidən söhbət getdiyini əsla anlamamış deyillər.Həmin ərazinin, yəni seleksiya sahəsinin 2003-cü ildə yaradılmış akademiyanın Genetikanın əsasları adlı institunun təcrübə sahəsi olduğu kimsəyə sirr deyil.
Amma gəlin görək həmin əraziyə seleksiya sahəsi demək olarmı?Çox az hissəsindən istifadə olunan ərazinin böyük bir hissəsinin kol -kos basmış vəziyyətdə olması buradakı xoşagəlməz vəziyyətin ilk xəbərvericisidir.Seksiya sahəsi deyəndə adamın gözləri önündə qeyri -adiliyi ilə seçilən zövq oxşayan gözəl , əsrarəngiz bir bağ canlanır.
Amma görünən “dağa “nə bələdçi?Bunu adı var, özü yox da adlandırmaq olar.Ötən illər ərzində buranın əslində kimlər üçünsə baş qarışdırıcı bir vasitə olduğunu kənardan sezməmək mümkün deyil. Buranın institut rəhbərliyinin gözündən -könlündən uzaq düşən baxımsız bir əraziyə çevrilməsi adamda təəccüb dogrurur .Gözdən pərdə asmaqdan ötrü adda -budda soya , müxtəlif agac , bitki, tərəvəz növləri, məsələn,yemiş,qarpız daha nə bilim nələrin bu məkanda sınaq əkinləri həyata vəsiqə qazanır.Qarpız dedim, yadıma bu il oradakı bir hektar ərazidə əkilmiş yemiş -qarpızın fəna aqibəti düşdü .80 ton qarpız-yemiş götürülməsi nəzərdə tutulan sahə çoxsaylı kimyəvi dərman və kübrələrin təsirindən necə deyərlər,aglar günə qaldı.”Eksperimentlər”yüzdən çox qarışımın təsirindən üç gün sonra məhsulun iç hissəsinun ağarması ilə yekunlaşır.Üz qarası olan ağarma,bax, buna deyərlər. Məhsulun zay olması, təcrübənin hədərə getməsi, xeyli vəsaitin boş yerə xərclənməsi heç kimsəni maraqlandırmadı rəhbərlikdə, sanki elə belə də olmalı imiş.Kimsədən məsuliyyət tələb olunmadı, cəzalandırılmadı da . Belə bədxərcliklər burada adət halını alıb axı.
Bir yeni bugda sortu almaq üçün ömrunün 17 ilini həsr edib heç bir uğur qazana bilməyən professorumuz da olub,elə seleksiya sahlsində təcrübələr apara -apara dünyasını dəyişib.
Əslində seleksiya sahəsində ən müxtəlif təcrübələr səbəbindən boş ver tapılmamalıdır . Təcrübə aparmaq üçün əlavə sahəyə ehtiyac olmalıdır.
Bəli, institutun seleksiya işi üzrə Saray bölməsində reallıq bundan ibarətdir.
İnstitutun başlıca fəaliyyət istiqamətlərindən biri mədəni bitkilərin , onların yabanı əcdadlarının nadir, qiyməti, itməkdə olan nəslinin inventarlaşdırması, bərpa edilib qorunub saxlanılmasından ibarətdir .
Amma elmi məsələlər burada arxa plana keçib.Daha böyük mənfəət əldə etmək başlıca məqsədə çevrilib.
Təsəvvür edin ki, seleksiya sahəsində akademiya işçiləri üçün seleksiya sahəsində”Alimlər şəhərciyi”yaşayış kompleksi tikmək ideyası digər məsələləri arxa plana keçirib.
2017-ci ildə Saray seleksiya sahəsində akademiyanın işçiləri üçün hündürmərtəbəli binaların tikilməsi,şəhərcik salınması üçün hərəkətə keçilib, artıq bir bina sakinlərini qəbul edib,”Alimlər şəhərciyi”nin ikinci binasının tikintisi davam etməkdədir.
Əlbəttə, alimlərin sosial problemlərinin həll edilməsinə diqqət və qayğı göstərilməsi alqışa layiq hadisədir.
Amma iş burasındadır ki, belə sosial layihələri boş, əkin üçün istifadıyə yararsız ərazilərdə tikmək daha münasibdir . Üstəlik tikiləcək yer kollektivlə razılaşdırılmalıdır.Eşitdiyimizə görə alimlərin əksəriyyəti kompleksin tikildiyi yerin şəhərdən uzaq olması səbəbindən orada mənzil almaq istəmir.Bəzilərinə də elə bu lazımdı olmaya?
Axı aləmlərə mənzillər daha ucuz qiymətə satılır, kənar şəxslərin ödənişinin isə daha yüksək olacağı şəksizdir.
Kompleksin tikintisi Saraydakı seleksiya sahəsini tamam yaddan çıxarıb.
Deyilənə görə bu yaxınlarda başıbəlalı seleksiya sahəsinin Elm və Təhsil nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir…
aktualxeber.az
Ardını oxu...
Ağsu rayonunun Ərəbuşağı kənd sakini,sahibkar Mürsəlov Azər Xandadaş oğlu tərəfindən Qaynarxett.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sahibkar İsmayıllı rayon İcra Hakimiyyətinin başcısı Nahid Bağırovun qanunsuz əməllərindən bəhs edir. Şikayət məktubunu oldugu kimi dərc edirik:

"Cənab Prezident İlham Əliyev,I vitse Prezident Zat Aliləri Mehriban xanım Əliyeva, Baş Prokuror hörmətli Kamran Əliyev Sizlərə bir daha müraciət edərək bildirmək istəyirəm ki, mən Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlunun 8 aydır rəsmi şəkildə ünvanladığım müraciətlər heç biri mənim üzləşdiyim problemin həllinə kömək etmir. Mən bir daha Sizlərə rəsmi şəkildə müraciət edərək bildirmək istəyirəm ki, ata-babalarımın, sonradan mənim uzun illər yay otlaq sahəsi kimi istifadə etdiyim ərazi qanunsuz olaraq başqası tərəfindən zəbt olunub. Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri xəstəxanada oldugumdan istifadə edərək mənə məxsus heyvanları düzgün saymayaraq axt tərtib ediblər. Bunu bildikdən sonra mən icra hakimiyyətinə müraciət etdim, komissiya gəldi və heyvanlarımın həqiqətən də 367 baş olduğunu təsdiq etdi. Mən İsmayılli Rayon İcra Hakimiyyətinə gedərək verilən rəsmi sənədi onlara təqdim etdim. İcra Başçısı Nahid Bağırov, müavinləri Mahmud müəllim və Eyyub müəllim mənə bildirdilər ki, bu məsələ mənim xeyrimə həll olunacaq, narahat olmayım. Üstündən bir qədər keçdikdən sonra bildim ki, həmin əraziyə iş adamı Ədalət Göyüşov da göz dikib, oranı icarəyə götürmək istəyir. Elə nə oldusa ondan sonra baş verdi. İş adamı olan Ədalət Göyüşov yüksək vəzifəli dostlarının təzyiqi nəticəsində İsmayıllı Rayon İcra Hakimiyyətinə təsir etdi.



İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahir Bağırov və oranın yüksək vəzifəli məmurları Ədalət Göyüşovdan cəkinərək həmin ərazini haqlı olduğum halda mənə verməkdən boyun qaçırdılar. Mənim xəstəxanada olduğum vaxt tərtib etdikləri saxta heyvan sayı olan sənədi əsas tutaraq bildirdilər ki, mənim heyvan sayım az olduğu üçün o ərazi mənə verilmir. Mən sonradan gəlib baxış keçirdiyim komissiyanın rəyini onlara təqdim etsəm də dedilər ki, bu keçərli deyil. Mənə heyvan sayımın az olduğunu deyib bəhanə gətirən İcra Hakimiyyəti 50 baş keçi, 60 baş qaramalın həmin ərazidə otarılmasına göz yumdu. Hərçənd ki müqavilədə o ərazidə iribuynuzlu heyvanların saxlanılmasına icazə verilmir. Ortada Ədalət Göyüşovun adın olması İsmayıllı Rayon İcra Hakimiyyətini qanunları pozmağa məcbur etdi. Onlar iş adamı Ədalət Göyüşovun "istəyini" dövlətimizin qanunlarından, Sizin sərəncam və çıxışlarınızdan üstün tutdular. Adi bir iş adamının dövlət qanunlarından, dövlət başçısının göstərişlərindən üstün olması heç də başadüşülən deyil. Bir müddət əvvəl həmin ərazidə olmuşam. Mən orada olan zaman İsmayıllı Rayon İcra Hakimiyyətinin Şahin adlı məmuru Ədalət Göyüşovun qardaşı, bir neçə polis və tanımadığım 3 nəfərlə gəlib mənə hədə-qorxu gələrək bildirblər ki, bu ərazini başcı Nahid Bağırov Ədalət Göyüşova söz verib. Bir dövlətin ərazisini, uzun illər icarə əsasında qanuni qaydada işlədən sahibkardan alaraq, şəxsi mülki kimi kiməsə söz verməyə Nahid Bağırova ixtiyarı kim verib, Cənab Prezident?! Şahin adlı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmisinin yanında gələn polislər mənə bildirdilər ki, bu əraziyə gələsən, bir daha bu ərazi barədə iddia etsən səni ya 8000 manat məbləğində cərimələyəcəyik, ya da sənə 4 il iş verəcəyik. Bundan başqa Ədalət Göyüşovun adamları mənə hər gün müxtəlif şəxslərdən xəbər göndərərək bu işdən əl çəkməsəm məni şərlədib tutduracaqlarını,ailəmə qarşı təzyiqlər edəcəklərini bildirirlər.

Bu problemimlə baglı Prezident Aparatında qəbulda da oldum. Məni Z.Nağdəliyevin qəbulunu yazsalar da orada mənim Ağaəli müəllimlə görüşməyimi lazım bildirdilər. Ağaəli müəllimə məsələ ilə bağlı məlumat verdim. O, mənə bildirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm, get, sənə kömək edəcəklər. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinin qəbulunda oldum. Orada Şahin müəllim məni müxtəlif bəhanələrlə aldadaraq vaxt qazanmağa çalışdı. Bir dəfə bildirdi ki, gəl sənə başqa yerdən yay otlaq sahəsi verək. Amma sən bizə arayış gətir ki, bu adamların heyvanları yoxdur. Gah mənə dedi ki,İcra Başçısı məzuniyyətdən gəlsin, sənə kömək ediləcək. Gah mənə yararsız bir neçə ərazi göstərdi. Onun etdiklərindən, danışıqlarından belə başa düşdüm ki, ona mənim haqlı şikayətimin təmin olunması yox, mənim başımı şirin vədlərlə aldadaraq vaxtı uzatmaq tapşırılıb. Mən qəbulda olan zaman Ağəli müəllim mənə bildirdi ki, sənin məsələn həll olunmasa bir daha əziyyət çəkib gəlmə bura. 11 11 telefon nömrəsinə zəng et, de səni mənlə birləşdirsinlər. Mən o dediyi kimi də etdim. Həmin nömrəyə zəng edərək Ağəli müəllimlə danışmaq istədiyimi bildirdim. Onlar mənə başqa bir nömrə verdilər. 20 manatlıq konturum getsə də, dəfələrlə yığmagıma baxmayaraq həmin nömrə ilə danışa bilmədim.

Hörmətli Cənab Prezident, Hörmətli Mehriban xanım Əliyeva, Hörmətli Kamran Əliyev. Mən dəfələrlə Sizlərə rəsmi məktub göndərsəm də mənə yalnız Baş Prokurorluqdan cavab gəlib. Cənab Prezident siz bir neçə çıxışınızda demisiniz ki, ola bilər ki, kimlərsə vətəndaşların mənə müraciətinin çatmasını istəmir. Sevimli xalqım siz gördünüz ki, məktublarınıza cavab gəlmir mənə media vasitəsiylə, sosial şəbəkələrdən mesajlar göndərin. Mən də düşündüm ki, Ədalət Göyüşov İsmayıllı Rayon İcra Hakimiyyətinə təzyiq edə bilirsə, orada ondan qorxub haqlı vətəndaşı incidən məmurlar varsa, Prezident Aparatında bəlkə də Ədalət Göyüşovdan qorxaraq məktublarımın Sizə çatmasını istəməyən kimlərsə var. Məhz buna görə mən media vasitəsiylə sizlərə müraciətlər etdim və davamlı olaraq da edəcəyəm. Mənim sizlərdən bir tək ricam var. Sizlərə ünvanladığım məktubları İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərməyin. Orada qanunlardan qorxan, vətəndaşın tərəfində duran heç bir məmur yoxdur. Başda Nahid Bağırov olmaqla bütün işciləri vəzifəyə sanki siz yox, Ədalət Göyüşov təyin edib. Bu adam ismayıllının hakimi-mütləqidir, o, nə deyirsə onu eşidirlər.

Cənab Prezident inandıgım göydə Allah, yerdə Sizsiniz. Ümüdüm yalnız Sizədir. Mən yalnız Sizlərə güvənir Sizlərdən kömək istəyirəm.

Hörmətlə:Mürsəlov Azər Xandadaş oğlu"

Əlaqə telefonu: 051 566 64 30.

Qaynarxett.az
 
Ardını oxu...
Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Ərdagı” MMC seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin 448 119,43 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.
"Ərdagı” MMC 2019-cu ilə qədər "Ərdagı” İstehsal Kommersiya Şirkəti adı altında fəaliyyət göstərib. Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat olmasa da, tender kralı kimi məşhurdur.

Şirkət bir neçə gün əvvəl Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Qazax şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderinin qalibi olub.

Abadlıq işlərinin icrasına görə "Ərdagı” MMC-yə nə az, nə çox 994 994,79 AZN ayrılacaq.

Qazax Şəhər İcra Hakimiyyəti bir neçə ay əvvəl də Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Tenderin qalibi "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 524 990,86 AZN-dir.

Beləliklə, Qazax şəhərində yolların təmiri üçün yarım milyon azlıq edib və icra hakimiyyəti daha tender keçirib.

Qazaxdan gələn xəbərlərdə isə iddia edilir ki, təmirinə bu qədər maliyyə vəsaiti ayrılsa da, yollar bərbaddır. Bu ya ümumiyyətlə təmir işlərinin aparılmaması, ya da kosmetik təmirlə bağlıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.
 
Ardını oxu...
Bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar yekunda isə sıra bankların fəaliyyətindən şikayətlər çoxalır.

"Azərbaycan Reallığı" xəbər verir ki, son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün səviyyələrdən ciddi şəkildə tənqid olunur.

Bu tənqidin əsas səbəbi, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil, xarici valyutada götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir.

Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan əlavə, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur.

Götürək elə Rabitə Bankın Ağsu filialının yarıtmaz fəaliyyətini.

Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər.

İndi də sırf lombard donuna bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir.

Buna misal olaraq öz gördüyümizi deyə bilərik ki, yerli bankların birinin hesabına Rabitə Banka gələn pul köçürmələrinə görə vətəndaş günlərlə süründürməçilik görməlidir.

Tutulan yüksək faizlər, xidmət haqqının bahalığı insanları Rabitə Banka qarşı narazılığına səbəb olur.

Hansı ki, xarici banklardan ölkəmizə gələn pul köçürmələrində bu qədər süründürməçilik və baha faizlər yoxdur.

Bildiyiniz kimi bu gün insanların çoxlu faizi kreditlər içində əziyyət çəkir. Məhz bu fürsətdən Rabitə Bank asanlıqla istifadə edir.

Yaşıl, bəzəkli qalstuklu mütəxəssislərin özlərindən razı davranışları bura gələn insanların həmin bankdan üz döndərməyinə səbəb olur.

600 manat pul köçürməsinə 10 manat xidmət haqqı lap biabırçı vəziyyət yaranır.

Belə çıxır ki, Rabitə Bankın insanların bu günki imkansızlığından xəbəri yoxdur.

Get kimə deyirsən de, nə istəyirsən et, biz beləyik!

Teref.az qarşı tərəfin mövqeyini tanıyır
Ardını oxu...
Taleh Qaraşov.
5 rayon əhalisi arasında mehribançılıq yaradan, onlarda bir birinə qarşı mərhəmət hissi oyadan bu şəxs haqqında yerli mətbuatda saysız-hesabsız tənqidi materiallar və sərvət siyahıları yer alır.

Əvvəla başlayaq, ilk başda qeyd etdiyimiz "mehribançılıq və mərhəmət" söhbətindən.

İlk dəfə 1996-cı ildə doğulduğu Kürdəmir rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilən Taleh Qaraşov, rayon əhalisinə nə günlər, daha doğrusu illər yaşatdısa, 2002-ci ildə həmin postundan azad edilib, Cəlilabad rayonuna icra başçısı gedəndə, bütün Kürdəmir əhalisinin Cəlilabad əhalisinə canı yandı və 2006-cı ilə qədər onlara dua edib, səbr dilədilər.

Beləcə, 2006-cı ildən 2011-ci ilə qədər Cəlilabad Neftçalaya, 2011- ci ildən 2012-ci ilə qədər Neftçala Astaraya, 2012-ci ildən bu günə qədər isə onların hamısı Lənkəran əhalisinə dua edir, səbr diləyirlər.

Görünür, dualardan keçərli olanı yalnız arzulanan səbrdir ki, 10 ildən çoxdur Lənkəran əhalisi səbr edib susur.

Yox, əslində tam olaraq susmaq da demək olmaz. Çünki, müstəqil fəaliyyət göstərən saytlarda və sosial şəbəkələrdə Taleh Qaraşov haqqında kifayət qədər tənqidi yazılar və vətəndaş şikayətləri yer alır.

Təkcə, index.az saytında yer alan bu məlumatlara nəzər salmaq kifayətdir ki, Qaraşovun "yağ-bal içində" yaşadığını görmüş olaq.

Məlumatda bildirilir ki, Qaraşov istirahət üçün tez-tez xarici ölkələrə səyahət etməyi sevir. Hətta, 2018-ci ildə yayılan məlumatlarda onun 11 nəfərlik ailə üzvləri ilə, təyyarədə "biznesklass"la Praqa reysi ilə Çexiyaya getməsi, orada 21 günlük istirahət üçün yüz minlərlə dollar vəsait xərcləməsi yer alırdı.

Bu qədər vəsait xərcləyən bu nadir "karlı turistlərin" xərclədiyi vəsait getdiyi ölkənin də gündəminə bomba kimi düşüb. Belə ki, sözügedən ölkənin mətbuatı bu barədə məlumatlar çatdırıblar.

Çexiya yaranış tarixində bəlkə də ilk dəfə belə turist qarşılayıb.

Deyilənə görə "Hacı" ləqəbli oğlu Seymur Qaraşov da rayon ərazisindəki bütün tikinti biznesini idarə edir.

Yerli sakinlərin mətbuata bildirdiyinə görə o günün birinci yarısı "Lexus", günün ikinci yarısında isə eyni dövlət nömrə nişanı ilə "Porsche" markalı avtomobil idarə edir...

Binəva Lənkəran camaatına da Qaraşovlar ailəsinin yediyinə baxıb, "udqunmaq" qalır.

Lənkəranda, nəinki sıravi sakinlər, şəhid ailələri, qazilər belə Qaraşov biganəliyindən zara gəliblər.

Yerli mətbuatda da deyildiyi kimi, sərvətləri, əmlakları bəzi İstirahət rayonlarından əlavə, Bakının Ağ şəhərinə qədəri əhatə edən Taleh Qaraşov 3 ildir ki, Lənkəran rayonunun Alazəpin kəndinin yollarına əl gəzdirmir.

Alazəpin kəndindən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva "DogruXeber.az" redaksiyasına müraciətində bildirir ki, "Taleh Qaraşov oğlum şəhid olandan sonra ümumiyyətlə bizim kəndə gəlməmişdi. Mən dəfələrlə cənab prezidentə məktub yazıb, narazılıq bildirdikdən sonra, nəhayət məcburiyyət qarşısında qalıb, yolunu burdan saldı. Gəlişində də sakinlər qarşısında söz verdi ki, "gələn il (yəni 2021-ci ildə) mən sizin kəndin yollarını düzəltdirəcəm".

Ananın sözlərinə görə, verdiyi sözdən bəri Qaraşov nə yolu çəkdirib, nə də ikinci dəfə Alazəpin kəndinə ayaq basıb.

Halbuki, İkinci vətən müharibəsi şəhidi Raqim Hadıyev həmin kəndin qonşuluğundakı kənd qəbiristanlığında uyuyur. Onun məzarını ziyarət etmək üçün isə ana hər dəfə kolun-kosun içi ilə kilometrlərlə yolu piyada yerimək məcburiyyətində qalır.
Ziyarətinə getmək istəyənlər də, yolsuzluq səbəbilə heçolmasa ara-sıra gedib şəhidi ziyarət edə bilmirlər.

Nəzakət ana deyir ki, "mənim ziyarətinə, məclisinə getdiyim şəhidlərin ailələri də bura gəlmək istəyir, yol yoxdur deyə gələ bilmirlər".

Çarəsiz ana, başçıdan yolun çəkilməsinə dair söz aldığı sevinci ilə bir il, bir ildən sonra, "bəlkə" deyə daha bir il, ardından isə ümidini ondan tamamilə üzüb, daha bir il - ümumilikdə 3 il gözləyib.

Sonunda səbri tükənən ana, çarəni mətbuatda və ölkə başçısına müraciət etməkdə görüb.

Odur ki, mobil telefonun kamerası vasitəsilə sözügedən yolları lentə alıb, dərdini də həmin videoya danışıb və votsap vasitəsilə yayımlanması üçün "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün qaynar xətt nömrəsinə göndərib.



Onu da qeyd edək ki, Nəzakət ananın daha bir problemi də ev problemidir.

O, şəhid ailələrinə təqdim edilən mənzildən yararlansa da razı qalmadığını deyir.

Bildirir ki, "cəmi bir otaqlı mənzil verilib. Orada həyat yoldaşımla yaşasaq da şəhidimin əşyalarını yerləşdirməm mümkün deyil.
Mən heçolmasa iki otaq istəyirəm ki, birində övladımın əşyalarını yerləşdirim, digərində yaşayım.

Balamın məzarını yolsuz qəbristanlıqda, əşyalarını da baxımsız kənddə qoyub getmək mənə əzab verir.

Heçolmasa əşyaları ilə təskinlik tapıram. Ona verilən mənzilin bir otağında onun muzeyini yaratmaq istəyirəm."

Çarəsiz ananın istəyini anlamaq o qədər də çətin deyil. O qədər torpaqlarımızı geri almaq üçün ölümü gözə alan igidi yetişdirən ata-anaya bir otaq artıq verilsə kim nə itirəcək ki?!

Təbii ki, bu məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq olan şəxslər Lənkəran rayonunun millət vəkili və icra hakimiyyətidir. Lakin, özü yol üçün söz verib, 3 ildir sözünü tutmayan icra başçısı Taleh Qaraşov kimdən nəyi tələb etsin ki?...

Mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda İcra Hakimiyyətinin də mövqeyini dərc edəcəyik. Təbii ki, bu həftədən fərqli olaraq, dəstəyi qaldırsalar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Abşeron rayon Masazır qəsəbəsində qeyri-qanunu olaraq torpaq satışı davam edir. Quru əraziləri satıb qutardılar, indi isə harada göl gördülər oranı qurudub satmağa başlayırlar, hələ ustəlik alıcıyada yaşayış üçün fərdi şekildə ev tikməyə rüşvət qarşlıqında icazə verirlər.

"Azərbayca Reallığı"na danışan və sözügedən ərazidə yaşayan adının açıqlamasın istəməyən mənbə bildirir ki, Masazırda yerləşən "Şok Martın" yaxınlığı Masazır qəbirsanlığının bir neçə metrliyində yaşayış üçün yararsız olan ərazidə gölü ərazidə faliyyət göstərən maklerlərin vasitəçiliyi ilə qurudub torpağın sotunu 7000-8000 min manata satırlar.

Alıcı yaşayış üçün ev tikmək istəyəndə isə bir mərtəbəli 100 kvadrat metrlik tikinti üçün 3000-4000 min manat 2 mərtəbəli 200-250 kvadrat metrlik tikinti üçün 9000-10000 min manat rüşvət ödəməlisən ki, məmurlar gözlərin yumub özlərini görməməzliyə vursunlar.

Ərazi yaşayış üçün olduqca təhlükəlidir. Mənbə bildirir ki, yer çökəklikdə olduğu üçün normal bir yağış yağarsa tikilməkdə olan evlər demək olar bir neçə metrliyində suyun altında qalma təhlükəsi ilə üz-üzə qalacaq aidiyyatı qurumlara dəfələrlə şikayət olunsa da, baxan yoxdur əksinə iş bazlar iş fəaliyyətini günü-gündən dahada genişləndirir deyə mənbə məsələnin ictimailəşdirildikdən sonra bəlkə bu işbazların qanunsuz əməllərin dur deyən tapılacaq deyə bildirir.

 

 

Ardını oxu...
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adgözəlli QHT sektorundakı neqativlərin – əslində isə, hər biri bir cinayət əməli əhəmiyyətində olan faktların ifşasını davam etdirir.
Azinforum.az QHT sədrinin açıqlamasını təqdim edir:
“Yəqin ki, aidiyyatı qurumlar mənim araşdırmalarımı bir daha təhlil edəcək.
QHT Agentliyinin korrupsiya yuvasına çevrilməsinin bariz nümunəsi burada alınan və milyonlarla qiyməti olan mülklərdir.
İntriqa, riyakarlıq və torba tikməklə varlanmağın sonu heç vaxt xoş sonluqla bitmir. Onlara işıq tutanların da cəmiyyətdə bəlli adı olur.
Həqiqətən ürəyim ağrıyır, bu qədər jurnalist, QHT sədri illərdi kirayələrdə, gecəqondu evlərdə qalır. Bunlar isə milyonluq mülklərə, stadionlu villalara kefləri istəyəndə baş çəkirlər. Bir deyil, iki deyil, saysız mülklərdən biri barədə bu gün danışacagam. Etika xatirinə çox dərinliklərə getmirəm…”

QHT sədrinin videoçıxışını təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti