Gəlin etiraf edək ki, bu günləri Azərbaycan səhiyyə sistemi həftəbecərə çevirilib. Belə ki, Azərbaycan səhiyyəsinin başının ağalarının sayı artıb. Bir tərəfdən TƏBİB, bir tərəfdən səhiyyə nazirliyi özu, bir tərəfdən İcbari Tibb sığorta bizim bu ölkə səhiyyəmizin, necə deyərlər, “başında tırp əkiblər”.
Adı çəkilən qurumlar Əli insanovdan, Oqtay Şirəliyevdən bizə “miras” qalan səhiyyəmizin başına hər ölçûdə, biçidə corab hörməklə məşğuldurlar.
Əslində TƏBİB-in, İcbari Tibb Sığorta agentliyinin yaranmasında məqsəd əvvəldən də naxoş olan səhiyyəmizi müalicə edib xəstə yatağından qaldırmaq idisə, biz bugünləri bunun tam əksini görürîk. Hətta daha da betərini!
Əvvəllər nə qədər olmasa da, tibb müəssisələrimiz xəstə halı ilə qapısından içəri girən vətəndaşlarla qayğılanır, onları müalicə və müayinə edə bilrdi. Bu gûnlərinisə qosqoca səhiyyəmizin özü icbari tibb sığorta hesabına TƏBİB-in ümüdünə qalıb. Bir sözlə, TƏBİB və İcbari Tibb Sığorta səhiyyəmizin dərdinə bir dərman olmadı ki, olmadı.Tam əksinə səhiyyə sistemində ağaların sayı çoxaldıqca, insanların da problemləri artdı, çoxaldı.
Bu günləri Azərbaycan səhiyyəsini nəyləsə müqayisə etsək, onu yalnız mamaçası çox olan hamilə qadına bənzətmək olar. Necə ki, mamaça çox olanda uşaq yan gəliş edirsə, hazırda bizim ölkə səhiyyəsinin də vəziyyəti elə, yan gəlişdir. Yəni kəllə – mayallaqdır.Gəlin götürək elə Beyləqan xəstəxanasının son bir neçə aydakı vəziyyətini.
Bildirilir ki, son bir neçə ayda TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs də vəziyyət ruscadır. Əvvəlki illərlə müqayisədə xəstəxana və bəzi isçilər özünü tamamilə “buraxıb”. Ələlxüsus da xəstəxananın qeydiyyat bölməsində mövcud vəziyyət ürəkbulandırıcıdır. Burda vətəndaşlar süründürməçiliyə salınır, onlara münasibətdə insanı davranışlar nümayiş edilmir. Ən dəhşətlisi odur ki, köçkün rayon sakinlərinə, (hansı ki, onlar 30 ildir ki, Beyləqan rayon ərazisində müvəqqəti qeydiyyata olmaqla məskunlaşıb yasayırlar) Beyləqan xəstəxanasında ögey münasibətlər sərgilənir, tibb müayinəyə buraxılmır və əsasıda onlara sağlamlıq haqqında arayış verilmir. Belə ki, köçkün sakinlər sağlamlıq haqqında arayış əldə etmək üçün pasport qeydiyyatı üzrə rayon xəstəxanalarına və poliklinikalara göndərilir. Və yaxud onlardan həqiqətən Beyləqan rayon ərazisində yaşadıqlarını təsdiq edəncək yasayış yeri haqqında arayış, “Qaçqınkom”dan arayış və məcburi köçkün vəsiqəsi tələb olunur. Bu sənədlər olduğu halda onlara sağlamlıq haqqında arayış verilə bilər. Köçkün statuslu sakinlərə qarşı belə bir haqsızlığı, qanunsuz tələbləri həyata keçirən isə xəstəxananın qeydiyyat üzrə starşısı Elnura və qeydiyyaçı işləyən Sevda adlı şəxslərdir. Adıçəkilən bu şəxslərin köckün sakinlərə qarşı süründürməçilik metodu illərlə rayonun inzibati ərazisində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış koçkünlər arasında narazılıq yaradıb.
P.s. Qeyd edim ki işğaldan azad olmuş rayonlara koçürülmə prosesi yeni başlayıb. Yalnız bu tələb köçürülən köçkûnlərə şamil edilə bilər, müvəqqəti yasayış yerini tərk etməyən köckün ailələrinə şamil edilə bilməz.
Məsələyə daha geniş və ətraflı şəkildə qayıdacağıq.
İSBAM sədri Samir Adgözəlli QHT sektorundakı qanun pozuntuları barədə yeni ifşaesiciu faktlarla çıxış edib. Qeyd edək ki, bu barədə İSBAM sədri anons etmişdi. İSBAM sədri Samir Adgözəlli QHT sektorundakı qanun pozuntuları barədə bunları deyib: "Yəqin ki, aidiyyatı qurumlar mənim araşdırmalarımı bir daha təhlil edəcək. QHT Agentliyinin korrupsiya yuvasına çevrilməsinin bariz nümunəsi burada alınan və milyonlarla qiyməti olan mülklərdir. İntriqa, riyakarlıq və torba tikməklə varlanmağın sonu heç vaxt xoş sonluqla bitmir. Onlara işıq tutanların da cəmiyyətdə bəlli adı olur)) Həqiqətən ürəyim ağrıyır, bu qədər jurnalist, QHT sədri illərdi kirayələrdə, gecəqondu evlərdə qalır. Bunlar isə milyonluq mülklərə, stadionlu villalara kefləri istəyəndə baş çəkirlər. Bir deyil, iki deyil, saysız mülklərdən biri barədə bu gün danışacagam. Etika xatirinə çox dərinliklərə getmirəm."
Ucar rayon sakini Abdullayev Vasif Əkbər oğlu DİA.AZ vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevə AÇIQ MƏKTUB ünvanlayıb.
DİA.AZ olaraq vətəndaş müraciətini olduğu kimi təqdim edirik: "Hörmətli Zeynal müəllim! vətəndaş qəbulunuza son verin. Vallahi və billahi bu qəbullardan heç kəsə fayda filan yoxdur. Tam əksinə, əsəb gərginliyi və zərəri çoxdur. Belə ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun kənd inzibati ərazi nümayəndəsi olan Vüqar Zeynalovdan və Ucar rayon Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Cəbrayıl Tağıyevin fəaliyyəti ilə bağlı 31 avqust 2023 cü il tarixdə günün birinci yarısı Ucar rayon İcra Hakimiyyəti binasında internet üzrindən onlayn qəbul zamanı PA əməkdaşı tərəfindən şikayət və təkliflərim dinlənildikdən sonra məni qəbula yazdığını və 12 sentyabr 2023- cü il tarixdə səhər saat 9 :00 dan Zeynal Nağdəliyevin qəbulunun başlayacağını, Bakı şəhərində qəbulda iştirak edə biləcəyimi bildirdi . Hə, bax işdə bundan sonra başlandı... Elə həmin günün ikinci yarısında Cəbrayıl Tağıyev “məndən niyə şikayət etmisən adminstarsiyaya?” deyərək iradlar bildirməyə başladı. Bundan sonra kənd inzibati nümayəndəsi Vüqar Zeynalov kənddə atamın yaşadığı evə gedərək “oğlun niyə şikayətə gedir? Getməsin.” Deyib həyətdən çıxmayıb yaşlı qocanı o qədər əsəb edib ki, axır bezib “yaxşı ay bala çıx get vallah deyərəm qəbula gedib eləməz” deyib. 01 sentyabr 2023 cü tarixdə Ucar rayon İcra Hakimiyyətinə gedərək Cəbrayıl Tağıyevlə görüşüb bu qapıdöymə, qoca narahatetmə kampaniyasına son qoyulmasını xahiş etmək üçün yaxınlaşdım. İcra Hakimiyyətinin həyətində bir saata yaxın gün altında saxladıldıqdan sonra həyətə gəldi və bildirdi ki, “rayon başçısı günorta həyətə düşəcək şikayətini ona deyərsən sağol”! Bax indi sizə deyirəm ay Zeynal Nağdəliyev əvvəla onlayn qəbul otağından Ucar İcra Hakimiyyəti əməkdaşlarının heç biri olmadığı halda oradakı şikayət mövzusundan xəbər tutmaları üçün məhz sizin əməkdaşların lazımsız xəbərvermə qabilliyyətinin nəticəsidir. Mən dərdimi sizə deyəcəkdim. Sizin əməkdaşlar məndən əvvəl rayona deyirlər əks halda buradakılər bu cür özlərinə əl qatmazdılar. İkincisi Ucar rayon İcra Hakimiyyəti heç kəsin atasının mülki deyil ki, vətəndaşı bir saat gün altında saxladıb sonra günorta hansısa ağaclıqda kolluqda qəbul etsin... Normal fəaliyyət üçün saray boyda binada yekəqarın məmurlara yer olduğu halda vətəndaşa, kəndliyə yer olmur ki, kolluqda, darvaza ağzında, ağac dibində danış görüm nə deyirsən deyib başdan edələr ? Bax indi sizin keçirdiyiniz qəbulun kəramətindəndir ki, onlayn qəbullarınız başlayan gündən bu cür qeyri-adi əndirəbadi vətəndaş ələsalmaları rəsmi qəbul ərkanına çevrilib. Yenə də çox sağolun ki, qəbul qrafikinizi ödənişli əsaslarla etməmisiniz ... İşi o, yerə çatdırmısız ki, döyülmədiyimiz üçün Allaha şükür etməli oluruq ki, qapıdan qovulduq, darvazamız döyüldü, amma özümüz döyülmədik... İndi ay Zeynal Nağdəliyev Sizin müqəddəs huzurunuza gedib çıxana qədər neçə dəfə təhqir ediləcəyimizin qeyd dəftərin tutmuşuq, görək dərdimizə dərman olacaq PA qəbul qrafiki iki gündə ardıcıl aşağılamalara səbəb olduğu halda ardı neçə gün çəkəcək? Allaha sizə də kömək olsun, bizə də... əgər məsləhət bilirsə, Ucar rayon İcra Hakimiyyətinədə ..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Keçmişi çox qaranlıq olan Ədalət Muradov KİMDİR..?
Ulu Öndər Heydər Əliyev həmişə deyirdi: “Təhsil Millətin gələcəyidir”.
Bəli, milləti məhv etmək üçün onun təhsilini məhv etmək bəs edər. Çox təəssüf ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (Ədalət Muradovun təbirincə UNEC) rektoru Ədalət Muradov təhsili inkişaf etdirmək əvəzinə onun başına yekə bir daş saldı.
Bu adamın UNEC-də etdiyi əməllər azmış kimi, indi də təhsil naziri olmaq istəyir. Çox maraqlıdır ki, bu yaşlı nəslin nümayəndəsi olan Ədalət Muradov həyatı boyu ancaq karyera və pul dalınca qaçıb. Ümumiyyətlə, ciddi araşdıran olsa, bu adamın həyat yolu, keçmişi çox qaranlıqdır. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. Niyə əsgəri xidmət? Sonra 1982-85-ci illərdə harada olub..? 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub... və 1999-cu ildə Azərbaycanda peyda olub. Nə məqsədlə gəlib..? Onu kimlər bura göndərib..? Və gələn kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışıb... Bakıya düşən kimi... Və 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub. İndi isə adı FETÖ-çu kimi hallanır... Bəli, Ramiz Mehdiyev, Rəbiyyət Aslanova və Elnur Aslanlı üçlüyünün ərsəyə gətirdiyi rektor Ədalət Muradov... Ədalət Muradov həmişə deyib ki, Ramiz Mehdiyev mənim qibləmdir. Nə üçün bu fikri ifadə edir axı Ədalət Muradov özünün dediyinə görə, qatı dindar deyil... Bu qiblə söhbətini haradan kəşf edib..? Ramiz Mehdiyev hara, Ədalət Muradovun qibləsi hara... Ramiz Mehdiyevin qibləsi olsa-olsa, kafandan bir az o tərəfə olar... O da bilirsiniz də... Bu mövzunun yüklülüyünü nəzərə alaraq başqa bir yazıda bəhs edəcəyik.
Bizə elə gəlir ki, bu adamı Sibir Hərbi Dairəsində korlayıblar, sonradan Fətullah Gülənin heyranlarından olub. Sözün qısası, zəlzələdən, ya vəlvələdən Ədalət Muradov UNEC-in rektoru olur. Və həmin gündə qocaman təhsil ocağının qara günləri başlayır. Özünü, guya, islahatçı, reformator kimi aparmaq istəyən bu adamın əsl sifəti qısa vaxtda hamıya bəlli olur. Belə ki, Ədalət Muradovun özünə müşavir təyin etdiyi Elşən Bağırzadənin hansı məshəbə qulluq etdiyi də müzakirə mövzusu olacaq. Ədalət Muradov Elşən Bağırzadənin elmi rəhbəri olub. Elşən Bağırzadənin elmi mövzusu isə Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlıdır. Fikir verdinizmi..?
Biz kölgə iqtisadiyyatını inkar etmirik, amma Elşən Bağırzadənin Ədalət Muradovun atalıq qayğısı nəticəsində ölkəmizdəki kölgə iqtisadiyyatının 50-60 faiz olmasını sübut etməsi xarici qüvvələr üçün əla yemdir.
Biz təsadüfən yazmırıq ki, Ədalət Muradov kimilərin həqiqi sifəti hələ cəmiyyətə bəlli deyil. Rektor Ədalət Muradov UNEC-in qocaman, təcrübəli kollektivini saymır, bütün qərarları Elşən Bağırzadə ilə birgə verir. Rektor Ədalət Muradov “Azərsu”dan özünə baş mühasib gətirib. Məgər bu boyda təhsil ocağında mühasib tapılmırdı..? Axı Ədalət Muradovun rəhbərlik etdiyi ali təhsil ocağı ən çox mühasiblər yetişdirir... Necə ola bilər ki, orada Ədalət Muradova yarayan bir mühasib tapılmır..? Bu da başqa bir yazının mövzusudur...
Təsəvvür edirsiniz, rektor satınalmaları, tenderləri öz ağlı ilə həyata keçirir, heç kimlə məsləhətləşmir. Və tenderlərin çoxunu öz yaxınlarına verib, “otkat”ını alır. Biz hələ rektorun cari təmir adı altında dövlətin yüz minlərlə vəsaitini mənimsəməsini demirik.
Rektorun yerlibazlığı kollektivi tam bezdirib. Təsəvvür edirsiniz, 7 prorektordan 4-ü onun yerliləridir. Dekanların bir çoxu onun qohumları, kəndçiləridir. Onu da qeyd edək ki, UNEC-in nəzdində SABAH qrupları var və burada yüzlərlə tələbə təhsil alır. Təsəvvür edirsiniz, ali məktəbin daxilində, az qala, başqa bir ali məktəb var – SABAH MƏRKƏZİ... Bəli, biz hesab edirik ki, SABAH MƏRKƏZİ də məhz nurçuların, yəni FETÖ-nün sifarişi ilə açılıb.
Ümid edirik ki, yaxın zamanda Ədalət Muradov və onun şəbəkəsi FETÖ dalğasında bataraq qərq olacaqlar. FETÖ dalğası bu ölkədə hələ çoxlarını qərq edəcəkdir.
P. S. Növbəti yazımızda İqtisadiyyat Universitetinin ikinci ali təhsillə bağlı əməliyyatlarını dərc edəcəyik.
Azərbaycanın absurdlar ölkəsi olduğunu bilməyən yoxdur. Ölkədə nazirliklərdəki məmur tayfasından tutmuş səhiyyə, təhsil sektorundakı rəhbərlərə qədər hər kəsin ağzından bir “avaz” gəldiyini də çox yaxşı bilirik. Əlbəttə, bu “avaz”dan pul iyi gəlir və respublikada rüşvət artıq üfunət qoxuyur. Lakin hər şeyin də bir həddi, əndazəsi var. Elə qayda və qanunlar var ki, burada artıq normanı keçmək olmaz. Di gəl ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi və onun tabeliyindəki yerli təhsil şöbələri üçün sərhədlər deyilən anlayış yoxdur. Sanki “Nuh” deyir, “peyğəmbər” demirlər. Söhbət 1-ci sinifə qədəm qoyacaq Babaxanov Əlixan Babaxan oğlunun ağılasığmaz şəkildə təhsildən məhrum edilməsindən gedir. Anaxeber.info-ya müraciət edən ailənin sözlərinə görə, övladları Əlixan bu il sentyabrın 15-dən həmyaşıdları olan hamı kimi məktəbə getməlidir. Onlar Sumqayıtın 1-ci mikrorayon, Sülh küçəsi 3 ünvanındakı 4-cü komissiyadan narazıdırlar. Babaxanovlar ailəsi Xırdalanın Mehdi Hüseynzadə küçəsi, məhəllə 31, ev 59, mənzil 94 ünvanında yaşayır. Valideynləri Əlixanın rusdilli olduğunu, Azərbaycan dilində demək olar ki, bilmədiyini söyləyirlər. Tragikomediya isə ondan ibarətdir ki, rus dilində necə deyərlər “çırtlayan” Əlixanı Abşeron rayonunda rus bölməsinə qəbul etmirlər. Buna gülünc səbəb kimi onun qabiliyyət imtahanından keçməməsi göstərilib. Görün nə dərəcədə biabırçı vəziyyətdir ki, Abşeron Təhsil İdarəsi Azərbaycan dilində başa düşməyən və yalnız rusca danışan Əlixanı qabiliyyət imtahanından “keçmədiyi” üçün rus sektoru olan məktəbə qəbul etmir. Bunun nə dərəcə özbaşına, qanunsuz hərəkət olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bir cümlə ilə ifadə etmək olar – Azərbaycanda orta təhsil icbaridir. Yəni hər bir 6 yaşına çatmış uşaq məktəbə getməli və təhsil almalıdır. Hətta qabiliyyət imtahanında uğurlu olmayan uşaq da şagird adını qazanmağı haqq edir, bu ixtiyarı onun əlindən heç kəs ala bilməz. Ölkə qanunvericiliyi, “Təhsil haqqında” qanun var və Abşeron ŞTİ rəhbərliyi həmin qanunların üzünü açıb oxusa, başa düşər ki, Əlixanı məktəbdən məhrum etmək cinayətdir. Bu təhsil idarəsinə İlhamə Abdullayeva rəhbərlik edir. O, ötən ilin aprelində vəzifəyə təyin olunub. Lakin bir il kifayət edib ki, onun təhsil sisteminin, idarəetmə “fəlsəfəsi”nin nədən ibarət olduğunu anlayasan. İlhamə xanım Abdullayeva Abşeron rayon məktəblərində elə bir gestapo rejimi yaradıb ki, ancaq “fitri-istedadı” olanlar şagird adını qazana bilərlər. Əlixanın ailəsi isə deyir ki, onlar Elm və Təhsil Nazirliyindən, Prezident İlham Əliyevdən, I Vitse-Prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həllinə dair diqqət gözləyirlər. “Bizim uşağımız rus dilində əla bilir. Əlixan rus sektorunda oxumayacaq, bəs kim oxuyacaq? Hazır kadrdır, ona rus dilini sıfırdan öyrətməyə ehtiyac yoxdur. Amma uşağı məktəbə qoya bilmirik. Artıq dərslərin başlanmasına iki həftə qalıb və bizə heç bir köməklik göstərilmir. Uşağın qabiliyyət imtahanından hətta keçməməsi də onu təhsil almaq hüququndan məhrum edə bilməz. Bu uşaq Azərbaycan dilində bilmir, bəs Azərbaycan sektorunda necə oxusun?” - deyə şikayətçi valideynlər qeyd edirlər. Onlar Abşeron təhsil idarəsi rəhbərliyindən bu məsələyə reaksiya verilməsini xahiş edirlər. Anaxeber.info
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbədən sonra işğaldan zad olunan torpaqlarımızda tikinti işləri vüsət almaqdadır.
Düşmən tapdağından azad edilən ərazilərimizdə hazırda genişmiqyaslı infrastruktur işləri aparılır.
TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti işlərinin bir hissəsini Körpü Bina Tikinti şirkəti aparır.
Lakin Azərbaycanda uzun illərdir tikinti sahəsində fəaliyyət göstərən Körpü Bina Tikinti şirkəti nədənsə Qarabağda inşa etdiyi bəzi obyektləri müasir standartlardan kənar aparır.
Belə ki, sözügedən şirkət konkret olaraq Bərdə-Ağdam magistralı üzrədində inşa edilən yerüstü piyada keçidlərinin inşası zamanı bir çox qüsurlara yol verib.
Məsələn, “Dördyol-1” qəsəbəsində inşa eidlən yerüstü piyada keçidində əlil arabaları üçün hərəkət zolağının düzgün aparılmadığı bildirilir.
Həmçinin bu keçiddə lift də yoxdur.
Beklə olan təqdirdə Qarabağ müharibəsi veteranlarının daha çox yaşadığı qəsəbədə əlillərin bu keçiddən hansı formada istifadə edəcəyi ciddi suallar yaradır.
Digər bir məqam isə inşa edilən yerüstü piyada keçidində havalandırma sisteminin və nəfəsliklərin olmamasıdır.
Yüksək tempraturlu günlərdə uzunluğu 50 metrlik havalanması olmayan piyada keçidində insanların necə hərəkət etmələri də sual yaradan amillərdəndir.
Daha vacib məqam isə bu keçidin tikintisində istifadə olunan əsas materialın – alkopan üzlüklərinin keyfiyyəti ilə bağlıdır. Yanğına davamsızlığına və güclü radioasiya şüalanması yaratdığına görə bir çox inkişaf etmiş ölkələrdə qadağan edilən alkopan materialının bu keçidlərdə istifadə edilməsi görülən digər yaxşı işlərə kölgə salır.
Əldə etdiyimiz məlumatda isə bu örtüklərin Çində istehsal olunduğu, ancaq “türk malı” adı altında keçidlərdə istifadə edildiyi vurğulanır.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilib.
Üç yüz min manat nizamnamə kapitalı olan “Körpü-Bina-Tikinti” MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdıl oğludur.
“Körpü-Bina-Tikinti” MMC-nin tikinti maqnatı Xəlil Göyüşova aid olduğu bildirilir.
Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-dən mövqe öyrənə bilmədik.
Qadınlar həkimin onları dəhşətli görkəmə saldığını deyirlər. “Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir” Son zamanlar kosmetoloqlara müraciət edənlərin və bu cür xidmət təklif edənlərin sayı çoxalıb.
Dodaqları böyütmək, burnu kiçiltmək, qaşları qaldırmaq, qalınlaşdırmaq, üzdəki səpkiləri aradan qaldırmaq, ət xallarının götürülməsi, hətta əyri ayaqların düzəldilməsi belə mümkündür. Ancaq heç də hər kəs bu prosedurlardan razı qalmır. Çünki sadəcə, 2-3 aylıq kurs keçməklə kosmetoloq kimi çalışanlar var, üstəlik, məhəlləarası kiçik gözəllik salonlarında belə epilyasiya aparatını idarə edə bilənlər özlərini kosmetoloq adlandırır. 3-5 aya kosmetoloq olmaq şansı...
Hər addımbaşı bir gözəllik salonu ilə qarşılaşırıq. Əslində bu heç də pis deyil, üz-gözünə, saçlarına düzən vermək istəyən xanımlar bunun üçün uzaq məsafə qət etməli olmurlar. Pis olan odur ki, 3-5 ay ya hardasa kosmetoloq kursunu bitirən, hansısa kosmetoloqun yanında bu sənətin sirlərini öyrənən, ya da bu sahə ilə heç bir əlaqəsi olmayanlar salonlarda müxtəlif prosedurlar həyata keçirirlər.
Məsələn, plazma liftinq, lazer epilyasiya, ləkələrin ağardılması, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. Bu prosedurları düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir. Ancaq etiraf edək ki, bu gün salonların əksəriyyətində bu şərait və tibbi personal yoxdur. "Azərbaycan Reallığı" xəbər verir ki, son günlər isə kosmetoloqlardan biri Lamiyə Mustafayevanın adı uğursuz prosedurda hallanır.
Səslənən ittihamlara görə, heç bir kosmetoloq təhsili və təcrübəsi olmayan Lamiyə Mustafayeva yüzlərlə pasiyenti dəhşətli görkəmə salır, 500-1000 manata iynə vurmaqla onların dodaqlarını və digər bədən nahiyələrini pis günə salır. Məlumata görə, Lamiyə Mustafayevanın müxtəlif sertifikatları olsa da, o, başqa sahə üzrə təhsil alıb.
Kosmetoloqlar nazirlikdən sertifikat almalıdır Mütəxəssislər bildirir ki, gözəllik salonlarında virus infeksiyalarının, xüsusilə hepatitlərin yayılması sirr deyil: "Təəssüflər olsun ki, bunu sübuta yetirmək çətindir. Nəzərə almalıyıq ki, 3 aylıq kurs qurtaran "kosmetoloq”un qanla işlədikdə, yanında hepatit əleyhinə məhlulların olması ilə bağlı anlayışı yoxdur. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun.
Buna görə də hesab edirəm ki, istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil, amma salonlarda bu, nəzərə alınmır”. İlk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır:
"Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbdən baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir”.
Təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdır Orqanizmə müxtəlif yad maddələrin yeridilməsi zamanı bu, anaflaktik şok verə bilər: "Ümumiyyətlə, ambulator prosedur həyata keçirilərkən həmin yerdə anaflaktik şok əleyhinə xüsusi şkaf olmalıdır. Çünki ambulator prosedurlar zamanı şoka düşən adamı şokdan çıxarmaq mümkün olmayanda, ölüm halı baş verir.
Estetik əməliyyatların beynəlxalq standartları var. Hazırda dünyada qəbul edilmiş standartlarla aparılan əməliyyatlar sınaqlardan keçib və qəbul olunub. Amma biopolimerin toxuma daxilinə vurulması beynəlxalq standartlarda qəbul edilməyib. Ona görə də ayrı-ayrı adamlar kosmetoloq adı altında bunları edirlər, sonra isə problemlər yaşanır”.
Sözügedən məsələlərə Səhiyyə Nazirliyi nəzarət funksiyasını həyata keçirməlidir: "Səhiyyə Nazirliyi məsləhətverici orqan olmalı, dövlət proqramının həyata keçirilməsinə nəzarət etməlidir. Nazirliyin müvafiq qurumları istər diaqnostik vasitələr, istərsə də Azərbaycan ərazisində istifadə olunan müalicə vasitələrinin düzgün tətbiqinə nəzarət etməlidir.
Yəni bu, administrativ nəzarət olmamalı, ölkənin milli təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdir. Sözügedən nəzarət sistemi kosmetoloqlarla yanaşı, digər tibbi personala da aid olmalıdır. Kosmetoloji prosedurlarla bağlı neqativ halların aradan qaldırılması üçün bütün proseslər qanunauyğun şəkildə yerinə yetirilməlidir. Uğursuz nəticənin əldə olunması pasiyentlərin həm sağlamlığına, həm də psixoloji durumlarına mənfi təsir göstərir”.
Sabirabad rayonunda şəhid, qazi və əsgər ailələri rayonda yaradılın sünü manelərlə bağlı kütləvi olaraq etiraz aksiyası keçirmək və Dövlət Başçısına müraciət edərək Sirqaəddin Cabbarovun istefasını tələbi ilə çıxış ediblər.
Onların narazı olmasına səbəbi icra hakimiyyətinin onların problemlərini dinləməməsi, rayonun vətən savaşı dönəmində və sonrakı illərdə şəhid ailəsinə, qazilərə verilməli olan maddi yardımların mənimsənildiyi, hələ də sosial problemlərinin həll edilməməsidir. İcra hakimiyyətinə şikayətə gedən şəhid, qazi,əsgər ailələrini heç kim qəbul etmir, başçı müxtəlif bəhanələrlə onlarla görüşməkdən imtina edir.
Qalaqayın kənd sakinləri deyib ki, yerli məmurlar tərəfindən insanlarımıza olan nifrət müqayisə edilməzdir. Kənd sakini dediyinə görə” sonuncu dəfə icra hakimiyyətinə getdik, başçının müavini H.Həsənov mənə nalayiq sözlər deyərək bas bayıra söylədi, bu özbaşınalığa dözməliyik bizlər…”
HÜQUQ mühafizə orqanları insanların taleyi ilə oynayan bu şəxs haqqında hüquqi qiymət versinlər.
Hörmətli “Hedeftv.info” saytının oxucuları 30 avqust 2023-cü il tarixində bizim ünvanımıza Bakı şəhər sakini Mirmahmud Kazımov küçəsi 31, mənzil 28-də yaşayan Emin Paşayev adlı şəxsdən şikayət məktubu daxil olmuşdur. Bizim əməkdaşlar həmin şəxslə telefon əlaqəsi saxladılar. Emin bəy çox böyük bir təlaşla bizi sözügedən ünvana dəvət edərək çəkiliş etmək üçün xahiş etdi. Bizim çəkiliş qrupumuz şikayət ərizəsini əlimizdə əsas tutaraq bir neçə media nümayəndəsi ilə birlikdə həmin ünvana getdik. Ərizədə yazılanlar öz haqlı yerini tapdı. Çəkiliş qrupu bütün gedişatı çəkdi və şikayətçinin video müsahibəsi götürüldü. Ölkə Prezidenti öz çıxışında və xalqa müraciətində bütün media işçilərinə təkidlə müraciət edərək xalqı incidənlərə, eləcə də bütün vəzifəsindən sui-istifadə edən vəzifə rəhbərlərinin özbaşınalığını qərəzsiz şəkildə çatdırılmasını tələb etmişdir. Biz də media olaraq vəzifə borcumuzu ləyaqətlə yerinə yetirməyi həmişə hazırıq. Şikayətçi Emin Paşayev ərizəsində qeyd edirki, biz ailəlikcə məzuniyyətdə idik. Sözügedən binanın 1-ci mərtəbəsində yaşayırıq. Evə daxil olarkən evimizin vəziyyəti bizi şoka saldı. Evin divarlarında çatlar əmələ gəlmişdir. Sonra gələn səslərdən bildik ki, binanın zirsəmisindən həmin səslər gəlir. Gördüyümüz mənzərə qarşısında bütün bina sakinləri heyrətə gəldi. Zirzəmi dağıdılmış söküntü işləri aparılmışdır. Bina az qala havadan asılı və orada yaşayan sakinlərin həyatı təhlükə gözlənilir. Bunu edən cinayətkar kimdir soruşduqda özünü Bəhmən Tağıyev kimi təqdim edən bir nəfər yaxınlaşaraq mən bu binada kirayənişin yaşayıram və bu zirzəmini səlahiyyətli orqanlardan razılaşdırılmış şəkildə satın aldığını və özü üçün obyekt tikdirdiyini söylədi. Qalan hadisələri şikayətçidən eşidək: Videonu sizlərə təqdim edirik. Biz də media olaraq araşdırmanın nəticəsini rəsmi olaraq həm saytımız, həm də məktub şəklində ölkə Prezidentinə, Birinci Vitse-Prezidentə, eyni zamanda bütün hüquq mühafizə orqanlarına çatdırmağı özümüzə borc bilirik. Çünki bu binada yaşayan insanların taleyi ilə oynamaq olmaz. Tezliklə bu barbarlığın qarşısı alınmalıdır. Yəqinki, hüquq-mühafizə orqanları Bəhmən bəyin özbaşına məsuliyyətsiz hərəkətlərinə qarşı öz hüquqi qiymətlərini verəcəklər. Ərizəni və video müsahibəni sizlərə təqdim edirik.