Zeynal Nağdəliyevin işçiləri şikayətçiləri BELƏ AÇIĞA ÇIXARIR... -
Ucar rayon sakini Abdullayev Vasif Əkbər oğlu DİA.AZ vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevə AÇIQ MƏKTUB ünvanlayıb.

DİA.AZ olaraq vətəndaş müraciətini olduğu kimi təqdim edirik: "Hörmətli Zeynal müəllim! vətəndaş qəbulunuza son verin. Vallahi və billahi bu qəbullardan heç kəsə fayda filan yoxdur. Tam əksinə, əsəb gərginliyi və zərəri çoxdur. Belə ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun kənd inzibati ərazi nümayəndəsi olan Vüqar Zeynalovdan və Ucar rayon Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Cəbrayıl Tağıyevin fəaliyyəti ilə bağlı 31 avqust 2023 cü il tarixdə günün birinci yarısı Ucar rayon İcra Hakimiyyəti binasında internet üzrindən onlayn qəbul zamanı PA əməkdaşı tərəfindən şikayət və təkliflərim dinlənildikdən sonra məni qəbula yazdığını və 12 sentyabr 2023- cü il tarixdə səhər saat 9 :00 dan Zeynal Nağdəliyevin qəbulunun başlayacağını, Bakı şəhərində qəbulda iştirak edə biləcəyimi bildirdi .
Hə, bax işdə bundan sonra başlandı... Elə həmin günün ikinci yarısında Cəbrayıl Tağıyev “məndən niyə şikayət etmisən adminstarsiyaya?” deyərək iradlar bildirməyə başladı. Bundan sonra kənd inzibati nümayəndəsi Vüqar Zeynalov kənddə atamın yaşadığı evə gedərək “oğlun niyə şikayətə gedir? Getməsin.” Deyib həyətdən çıxmayıb yaşlı qocanı o qədər əsəb edib ki, axır bezib “yaxşı ay bala çıx get vallah deyərəm qəbula gedib eləməz” deyib.
01 sentyabr 2023 cü tarixdə Ucar rayon İcra Hakimiyyətinə gedərək Cəbrayıl Tağıyevlə görüşüb bu qapıdöymə, qoca narahatetmə kampaniyasına son qoyulmasını xahiş etmək üçün yaxınlaşdım. İcra Hakimiyyətinin həyətində bir saata yaxın gün altında saxladıldıqdan sonra həyətə gəldi və bildirdi ki, “rayon başçısı günorta həyətə düşəcək şikayətini ona deyərsən sağol”!
Bax indi sizə deyirəm ay Zeynal Nağdəliyev əvvəla onlayn qəbul otağından Ucar İcra Hakimiyyəti əməkdaşlarının heç biri olmadığı halda oradakı şikayət mövzusundan xəbər tutmaları üçün məhz sizin əməkdaşların lazımsız xəbərvermə qabilliyyətinin nəticəsidir. Mən dərdimi sizə deyəcəkdim. Sizin əməkdaşlar məndən əvvəl rayona deyirlər əks halda buradakılər bu cür özlərinə əl qatmazdılar.
İkincisi Ucar rayon İcra Hakimiyyəti heç kəsin atasının mülki deyil ki, vətəndaşı bir saat gün altında saxladıb sonra günorta hansısa ağaclıqda kolluqda qəbul etsin... Normal fəaliyyət üçün saray boyda binada yekəqarın məmurlara yer olduğu halda vətəndaşa, kəndliyə yer olmur ki, kolluqda, darvaza ağzında, ağac dibində danış görüm nə deyirsən deyib başdan edələr ? Bax indi sizin keçirdiyiniz qəbulun kəramətindəndir ki, onlayn qəbullarınız başlayan gündən bu cür qeyri-adi əndirəbadi vətəndaş ələsalmaları rəsmi qəbul ərkanına çevrilib. Yenə də çox sağolun ki, qəbul qrafikinizi ödənişli əsaslarla etməmisiniz ... İşi o, yerə çatdırmısız ki, döyülmədiyimiz üçün Allaha şükür etməli oluruq ki, qapıdan qovulduq, darvazamız döyüldü, amma özümüz döyülmədik...
İndi ay Zeynal Nağdəliyev Sizin müqəddəs huzurunuza gedib çıxana qədər neçə dəfə təhqir ediləcəyimizin qeyd dəftərin tutmuşuq, görək dərdimizə dərman olacaq PA qəbul qrafiki iki gündə ardıcıl aşağılamalara səbəb olduğu halda ardı neçə gün çəkəcək? Allaha sizə də kömək olsun, bizə də... əgər məsləhət bilirsə, Ucar rayon İcra Hakimiyyətinədə ..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti