Lənkəranda Şəhid ailələri digər sakinlərlə ÜZ-ÜZƏ QOYULUR...
“30 ildən artıqdır istifadəmizdə olan pay torpaqları əlimizdən alınaraq şəhid ailəsinə verilib. Biz illərdir o torpaqların istifadəsi üçün vergi ödəyirik. Şəhid ailəsinə torpaq verilməsinə qarşı deyilik, boş torpaqlar var, onlara verilə bilər. Axı, bu yerin hesabına neçə nəfər dolanırıq”.

Bunu Meydan TV-yə Lənkəran rayonu, Cil kənd sakini Fərahim Tağızadə bildirib. O qeyd edib ki, torpağa dair sənədləri də var.

“Həmin torpaqlardan əkin sahəsi kimi istifadə edirdik, buğda əkməklə dolanırdıq. İndi deyirlər ki, xəritədə həmin ərazi boş yer kimi göstərilib. İcra hakimiyyəti və bələdiyyənin razılığı ilə torpaqlarımz əlimizdən alındı”,-şikayətçi deyib.

Fərahim Tağızadə söyləyib ki, torpaq yol kənarında yerləşir, satış üçün əlverişli ərazidədir:

“Bələdiyyə deyir: “Ərazi mənimdir, oraya girə bilməzsən”. Deyirəm ki, bunu təsdiq edən sənəd göstərin, deyirlər ki, sənəd “yuxarı”dır, onların göstərişidir. Sənədi göstərsinlər, biz də kənara çəkilək. 10 nəfər bu torpağın hesabına çörək yeyir”.

Şikayətçilər Lənkəran Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini deyirlər. Qurumdan onlara bildirilib ki, ərazi elektron xəritədə bələdiyyə sahəsi kimi əksini tapıb:

“Dedik ki, bələdiyyə sahəsidirsə, mülkiyyətçi sənədi versinlər. Reyestr xidməti sahədə olub, 30 ildir istifadə edirəm. Gah da deyirlər ki, sürüşmə olub, ərazinin yeri dəyişib. Necə oldu ki, neçə ildən sonra indi sürüşdü, ərazi yerdəyişmə etdi?”

Cil kəndində 7 şəhid ailəsi var. Fərahim Tağızadə deyir ki, kəndin ehtiyat fonduna daxil olan ümumilikdə 7 hektar bələdiyyə torpağı var, həmin torpaqlar şəhid ailəsinə və qazilərə verilə bilər.

Cil kəndinin də daxil olduğu Şağlaser Bələdiyyəsindən isə bildiriblər ki, Fərahim Tağızadənin iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyə də həmin sahəni şəhid anasının istifadəsinə verib:

“Dəfələrlə icra başçısı ilə görüşüb. Hətta başçı ona dedi ki, hamımız onlara borcluyuq, istəsələr, öz həyətindən də onlara torpaq verməlisən. Bu, hamının borcudur”.

Bələdiyyədən onu da əlavə ediblər ki, şikayətçilərin sənədləri qaydasında olarsa, heç kim özəl mülkiyyətə müdaxilə edə bilməzdi:

“Tağızadə bələdiyyədən bütün rəsmi qurumlara şikayət edib, əl çəkmək istəmir”.

Lənkəran Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, dəfələlə bununla bağlı müraciət daxil olub, hər dəfə də bildirilib ki, ərazi ehtiyacı olan şəhid ailəsinə verilib.
 //meydanTV//

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti