Ardını oxu...
Sosial şəbəkələrdə son dönəmlər bədən şəkilləndirmə əməliyyatları xüsusilə çox yayılıb. Bu cür əməliyyatların qorxusuz, ağrısız, risksiz olduğunu deyən həkimlər insanları şirnikləndirir.

Təəssüflər olsun ki, bədən şəkilləndirmə əməliyyatları arasında uğursuz nəticələnənləri də çoxdur.

Fidan İsmayılqızı da uğursuz nəticələnən estetik əməliyyatın qurbanıdır. O, Bizim.Media-ya qarın gərmə əməliyyatı nəticəsində necə ölümlə üz-üzə gəldiyini danışıb:

“Əməliyyatdan sonra qanaxma başladı”

O, komplekslərindən qurtulmaq üçün aprelin 16-sı “Yasamal Hospital”a üz tutub. Fidan İsmayılqızı deyir ki, klinikanın estetik cərrahı, baş həkimi Elvin Əliyev və komandası ona abdominoplastika, yəni qarın gərmə əməliyyatı ediblər. Əməliyyatdan 1 saat sonra isə Fidan xanımın halı dəyişib.

“Təzyiqim düşdü, gözüm qaraldı, bədənim bumbuz tər oldu, ürəkbulanma, qusma başladı. Bunlar daxili qanaxma əlamətləridir.Yenidən əməliyyat stoluna qaytardılar. 2-ci əməliyyatım çox uzun çəkdi. Bir gün içində iki dəfə əməliyyat olundum. Sağ çıxanda sevindim. Sən demə, 1 həftə sonra daha ağır günlərim başlayacaqdı...”

“Klinika məni qəbul etmədi”

Fidan İsmayılqızı ikinci əməliyyatla sadəcə canını qurtara bildiyini, amma 6 ay ərzində hər gün əziyyət çəkdiyini deyir:

“Çoxlu qan itirmə, eyni nahiyənin 2 dəfə açılıb, tikilməsindən sonra yaramda dərin nekroz (toxuma ve hüceyrələrin qidalanmasının pozulması) başladı. Bir müddət sonra isə yaralarım tamam açıldı, yaradan çoxlu miqdarda seroz maye axdı, bədənim bir yandan qan, bir yandan da maye itirdi. Ağır vəziyyətdə “Yasamal Hospital”a getdim, amma məni qəbul etmədilər. Dərhal başqa özəl xəstəxanaya getdim. 1 həftə orada müalicə aldım”.

Qeyri-estetik əməliyyat...

Fidan İsmayılqızının sözlərinə görə bu qədər əziyyətin nəticəsində bədənində dərin yara izləri, arzuolunmaz görüntü yaranıb:

“Bədənim vizual olaraq çox pis vəziyyətdədir, hələ daha nə qədər əməliyyat olmalıyam. Artıq tükənmişəm. Bu 5 ayı evdən çölə çıxmadım, ancaq yaralarıma sarğı qoymaqla məşğul idim. Təsəvvür edin bitişməyən yara, yarada axıntı, sarğı qoy, üstündən bu istidə. korset bağla, bütün psixologiyam çöküb”.

Məhkəmə prosesi

Fidan İsmayılqızı həkim səhlənkarlığı iddiası ilə Elvin Əliyev barəsində Baş Prokurorluğa şikayət etdiyini bildirib. Prokurorluq isə işi məhkəməyə göndırib. Yasamal Rayon Məhkəməsi cinayət işi başlatmasa da, prokurorluq bu qərarı əsassız sayıb və işin yenidən araşdırılmasını istəyib.

Məsələ ilə bağlı “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, əməliyyatı o etməyib. İddiaları isə əsassız hesab edir.

Onun sözlərinə görə, əməliyyatı vaxtilə “Yasamal Hospital”da onun rezidenti olmuş Mehdi Həsənzadə edib. Hazırda isə Mehdi Həsənzadə həmin klinikada çalışmır. Amma əməliyyat edən vaxt rezident vəzifəsində olub. Rezidentin isə əməliyyatı tək etməsi qadağandır. Mütləq ki, həkim nəzarəti olmalıdır.

Fidan İsmayılqızı deyir ki, kameraların prokurorluğa təhvil verilməsi gecikdirilir, əməliyyatı kimin etdiyi də sual altındadır.

Məhkəmə sənədlərində mə yazılıb?

“Fidan İsmayılqızı "Abdominoplastika" əməliyyatı üçün 07.04.2024-cü il tarixində “Yasamal Hospital”da rezident Mehdi Həsənzadənin qəbulunda olub. Mehdi Həsənzadə ona Sabunçu xəstəxanasında ümumi cərrahiyyə üzrə 4-cü kursda rezident olduğunu bildirib. Fidan İsmayılqızı rezident olduğu üçün ondan müstəqil olaraq əməliyyatı necə icra etdiyini soruşub.

Çünki rezidentlerin həkim nəzarəti olmadan müstəqil olaraq əməliyyat icra etməsi qanunsuzdur. Mehdi Həsənzadə isə əməliyyatların müstəqil deyil, “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyevin nəzarəti altında icra ediləcəyini və əməliyyatlara birlikdə girdiyini deyib. Daha sonra Mehdi ona ümumi qan analizindən keçməyi təklif edib və əməliyyat günü təyin olunub. Bütün bu analizləri verərkən və müayinələrdən keçərkən onu Elvin Əliyevin xəstəsi kimi qeydə alıblar”.

Bu Elvin Əliyevin kariyerasındakı ilk qalmaqal deyil

2018-ci ildə onun etdiyi abdominoplastika əməliyyatından sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. Zərərçəkən mediaya verdiyi açıqlamalarında deyib ki, Elvin Əliyevin etdiyi əməliyyat onun həyatını cəhənnəmə çevirib. Həmin dövrdə Elvin Əliyev “İnternational-2” adlı özəl klinikada baş həkim olub.

“Mənə əməliyyat zamanı infeksiya salınıb. İnfeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir.

Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin Əliyev isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin”.

Elvin Əliyevin qeyri-peşəkar işi və səhvi ucbatından bu halda düşdüyünü vurğulayan Fidan İsmayılqızı qarşı tərəfin ona təzminat ödənməsini və sağlamlığını itirməsinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir.
 
Ardını oxu...
Yunan filosofu Artisfen yazır ki, yarıtmaza idarəçiliyi həvalə etmək, dəliyə qılınc verməkdən təhlükəlidir. Çünki yarıtmaz adam bütün sistemi iflic edir, inkişafı baltalayır, öz ağlı və mənfəəti ilə hər şeyi ölçür. Biz də göründüyü kimi maşallah olsun ki, yarıtmaz idarəçilər sarıdan korluq çəkmirik. Onlardan müxtəlif qurumlarda, idarələrdə, ayrı-ayrı sahələrə aid strukturlarda kifayət qədər var.
Çox uzağa getməyək, elə götürək 2022-ci ilin dekabrından tibb işçilərinin, həkimlərin, təcrübəli kadrların, professorların qəniminə çevrilmiş Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Əlviz Qasımovu. Vaxtilə efirlərdən düşməyən, telekanallarda möhkəm reklamı gedən, bəh-bəhlə təriflənən, elə buna görə də xeyli məmur-oliqarxın sevimlisinə çevrilmiş ortoped-travmotoloq Əlviz Qasımov "Respublikanski"nin personalına elə bir "travma" yaşadır ki, gəl görəsən...
TEREF yazır ki, Prezidentə və dövlətin rəhbər şəxslərinə yazılan və bir nüsxəsidə poçtumuza daxil olan şikayətdə şikayətçi yazır. Daha sonra şikayətçi davam edərək yazır:
Məhz həmin reklamın, sonra da daimi həkiminə çevrildiyi həmin ixtiyar sahiblərinin sayəsində karyera yüksəlişi yaşamış Əlviz Qasımov indi direktoru olduğu xəstəxanada işçilərin başında az qala "turp əkir". Cəmi iki ildən bir az zaman içində "Respublikanski"də "ad çıxarmış" Əlviz Qasımov çoxlarını dünyaya gəldiyinə, bu peşəni seçdiyinə peşman edib, necə deyərlər, anadan əmdiyi südü burnundan gətirib. Elə bil cənab Qasımov xüsusi missiya və yaxud qisas əməliyyatı məqsədi ilə bu tibb müəssisəsinə rəhbər göndərilib: Hippokrat sağ olsaydı, sözsüz ki Əlviz Qasımov onda da bir ,,çepe" tapa bilərdi...

RKX-na Əlviz Qasımovun direktor təyinatının qaranlıq izləri

Yuxarıda qeyd etdiyimiz kimi artıq iki ilə yaxındır ki, «Respublikanski» kimi tanınan Mirqasımov adına RKX-da rəhbərlik strukturlarına təyinatlar olub. Başda direktor Əlviz Qasımov olmaqla kütləvi şəkildə, xeyli sayda heyət üzvü ET Travmatologiya və Ortopediya İnstitutundan Mirqasımov adına RKX-na köçürülərək mühüm postlara yerləşdiriliblər. Hər kəs üçün maraqlı deyilmi ixtisasca Ortoped-travmatoloq olan Əlviz həkimin qəflətən 2022-ci ilin dekabrın sonu İnstitutdan böyük bir komanda ilə RKX-nə təyinat alsın? Bunun əslində səbəbi nə idi? Hər kəs yaxın tarixə nəzər salsa, hər şeyi çox asanlıqla başa düşmək olar . Bildiyimiz kimi 2023-cü il yanvar ayından bir çox institutlar kimi Tramatologiya instutunun da TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinin tabeçiliyinə keçməsi haqqında qərar verilmişdir. Belə olduğu halda daima Əlviz həkimin idarıetməsinin problemli olduğunu haqlı olaraq iddia edən hazırda Səhiyyə nazirinin müavini İlqar Qasımovla işlərinin çəpləşməsi qaçılmaz olacaqdır. Odur ki, «asta qaçan namərddir» prinsipi ilə Əlviz həkim «başının dəstəsi» ilə ,,yuxardakı" adamlarının dəstəyi ilə RKX-na transfer edilir. Bütün bunlardan sonra RKX-nın qara günləri başlanır. Başlanır nə başlanır.
Hal hazırda Əlviz Qasımov Mərkəzi Kilinikadan və Tramatologiya inistutundan gətrdiyi heyyətlə xəstəxananı rüsvayedici şəkildə idarə edir. Vüqar Qurbanova sual edirik?- RKX sı dostlar, tanışlar , sevgililər xəstəvanasıdır?( bu kadların hər biri haqqında məlumat verəcəyik) Necə olur ki, Əlviz Qasımov tərəfindən yaxın dostu Murat Ünlü Mərkəzi kilinikadan müavin kimi Tramatologiya inistutuna , ordan da Mirqasımov adına RKX gətirilir. Sonra da məlum olur ki Murat bəyin diplomu Azərbaycanda təsdiq edilməyib. Onun istər Tramatologiya inistutunda , istərsə də Mirqasımov adına RKX da fəaliyyəti qanunsuz olub. Bu iki il müddətindı qanunsuz fəaliyyətə görə kim məsuliyyət daşıyır? Əgır nəzərə alsaq ki bu iki il müddətində hər ay Murat bəy ən azından beş min manat aylıq məvacib alıb, bu ciddi maliyyə pozuntusudur.

"TRAVMALI" İDARƏÇİLİK

Problemləri, dərdləri respublikanın hüdudlarını aşan, bir qrup karyerist, işbaz adamın əlində əsir-yesir qalan, ölkə qanunlarının işləmədiyi, hər şeyin pulla ölçüldüyü, az qala kriminal aləmə çevrilən, bu xəstəxananın mövcud vəziyyəti sadəcə faciəvidir. İllərdir ki, islahatlar aparıldığı deyilən Azərbaycan səhiyyəsinin bu xəstəxanadan xəbəri yoxdur. Ümumiyyətlə deyəsən bu sahəyə cavabdeh olanlar, məsuliyyət daşıyanlar “Respublikanski”ni ya tamamilə gözdən çıxarıblar, ya da başda Əlviz Qasımov olmaqla bir qrupun şəxsi maraqlarına qurban veriblər.
Xəstəxanada Azərbaycan səhiyyəsi adına tam bir rəzalət yaşanır, tibbi sığorta haqqında qanun ayaqlar altına atılır, nəinki xəstələrin, hətta tibbi personalın belə hüquqları tapdalanır. Elə bir vəziyyət yaranıb ki, TƏBİB belə burada hökm sürən anarxiyaya, hərc-mərcliyə müdaxilə etmək iqtidarında deyil. Bütün el yığılsa belə Əlviz Qasımovun yaratdığı xanədanlığa söz demək iqtidarında deyil !
Bu gün RKX-da yalnız Əlviz Qasımovun yazılmamış qanunları işləyir. Bu qanunlar isə Azərbaycan dövlətinin imicinin tapdalanmasına, cənab Prezidentin, Mehriban xanımın səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğıya zərbə vurmağa, gözdən salmağa hesablanıb. İş o yerə çatıb ki, peşəkar kadrların böyük bir qurupu yarıtmaz idarəçilikdən bezib baş götürüb qaçdılar, yəni başqa xəstəxanalara üz tutdular. Qalan həkimlər isə ,,partizan "kimi direktorun gözündən yayınaraq , çox sıxıcı fəaliyyət göstərirlər. Maraqlısı budur ki bu barədə dəfələrlə cənab prezident İlham Əliyevə və xanımı birinci Vitse prezident Mehriban xanım Əliyevaya müraciət edilsə belə işin icrası aidiyyatı qurumlar tərəfindən həll edilmir. Eyni zamanda bu barədə əvvəlki baş həmkar Səttar Mehbalıyevə həkimlər və tibb personalı tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır. Həkimlər Əlviz Qasımovun xəstəxanada saxta yolla seçdirdiyi heç kəsin normal tanımadığı, direktorun adamı kimi yalnız onun xidmətində duran xəstəxananı biznes maraqlarına çevirən cərrahın birindən , pozulmuş hüquqlarının müdafiəsini necə tələb edə bilərlər. Hər kəs respublikanın yeni baş həmkarı Sahib Məmmədovun vicdanlı adam olduğunu bildirir. Sahib Məmmədovdan da şəxsən məsələni yenidən diqqətinə götürməsini həkimlərin uzaq Bilgəhə sürgün edilməsinin qarşısını alınmasında yardımçı olmasını çox xahiş edirlər.
Hal-hazırda əmirlərin bir qismi daimiləşsə də böyük bir kollektiv, yüz minlərlə insanın ümidlə üz tutduğu xəstəxana “müvəqqəti əmrlə” çalışan məsuliyyətsiz, şəxsi maraqlarını güdən şəxslərin əlində can verdi. Ə.Qasımovun “müvəqqəti əmrlə” idarəetməyə gətirdiyi naşı şəxslər (indi böyük qismi daimiləşib) elə bir anarxiya, korrupsioner sistem, rüşvət mexanizmi formalaşdırdılar ki, yüz TƏBİB gəlsə bu dərdin dərmanını tapa bilməz. RKX-da baş verənləri bütün çılpaqlığı ilə görmək üçün xəstəxananın həyətində beşcə dəqiqə var-gəl etmək kifayətdir. Elin gözü tərəzi olduğu üçün bu tərəzidə Əlviz Qasımovun hansı çəkidə olduğunu görəcəksiniz. Xəstəxanada icbari tibbi sığorta demək olar ki, işləmir, pul verməyən xəstələrə xidmət göstərilmir, ya da başdan edilir. Azərbaycan dövlətinin, cənab Prezidentin ən böyük islahat proqramı burada sabotaj olunur. Və qəribəsi də odur ki, bu sahəyə cavabdeh olanlar baş rejissoru Əlviz Qasımov olan bu tamaşaya seyriçilik edirlər.
Əlviz Qasımov xəstəxanada həyata keçirilən təmir işlərini də öz şəxsi maraqlarına tabe etməyi bacarıb. Təmir işlərini bəhanə edərək böyük bir kollektivi, on minlərlə xəstəni paytaxtdan uzaq Bilgəhə “sürgün” etməyi planlaşdırır. Hamını hər şeyin yaxşı olacağına inandırmağa çalışsa da bu həm tibb personalın, həm də xəstələr üçün çətinliklər yaradacağını hər kəs bilir. Hər şeyin doğrusu, şəhərdə münasib bir binanın ayrılması daha məqsədəuyğun olardı. Eyni zamanda Əlviz Qasımov bütün işçi kollektivinin qarşısında gediş-gəliş avtoservis təminatının olacağını söz versə də hər kəs bunun da mümkünsüz olacağını bildirir. İTS və TƏBİB in iş mexanizimində çox ciddi korrupsiya , maliyyə pozuntularının olması şühbəsizdir. Beləki RKX Terapiya şöbələri beş aydan çoxdur ki xəstə yatışı qəbul etmir. Təmir adı altında beş aydan çox xəstə yatışını saxlamağın adı nədir? Nə baş verir ki həyat , yaşamağ uğurunda mübarizə aparan xəstələr kimlərinsə bizneslərinin qurbanı olurlar.
Xülasə, Əlviz Qasımov Nuh deyir, peyğəmbər demir. Bu yolla arzuolunmaz şəxslərdən asanlıqla yaxa qurtaracağını düşünərək “Bilgəhə sürgün” siyasətindən əl çəkmək istəmir. Zatən bu xəbər çıxandan Terapiya sahəsində çalışanların bir qismi işdən çıxmış , böyük bir qisimi isə özlərinə uyğun yerlərdə iş axtarır. İşin dəhşətli tərəfi odur ki, Əlviz Qasımov özünə yaxın şəxsləri xəstəxananın əsas korpusunda saxlayır, “getmə gözümdən, gedərəm özümdən” prinsipi ilə himayə edir, digərlərini isə Bilgəhə ,,sürgünə" göndərir. Həkimlər bildirir ki, əslində bu “sürgün” onların xəstəxanadan mədəni amputasiyasıdır. Gəldiyindən bəri müxtəlif bəhanələrlə təxminən iki minlik kollektivdən 500-dən çox əməkdaşı işdən çıxaran Əlviz Qasımov Bilgəhdə arzuedilməzlər kateqoriyasına aid etdiyi həkimlərdən də can qurtarmağı planlaşdırır. Özünü guya dürüst, təmiz adam kimi göstərən Əlviz Qasımov əslində böyük korrupsiya mexanizminin açarıdır.
İşdi şayətdi məcbur olub tibbi sığorta şərtləri ilə xəstəxanada müalicə edilməli xəstə olarsa onun işi Allaha qalır. Çünki belə sərfəsiz xəstələrə gözün götürüb baxan olmur, 5 gündən də sonra vəziyyətindən asılı olmayaraq xəstəxanadan çıxarırlar. Hər şeydən dəhşətlisi odur ki, Əlviz Qasımovun göstərişinə əsasən həkimlər yalnız onların təminat üzrə əmr etdikləri diaqnozları təyin edə bilər. Bu dünyada səhiyyə sistemində görülməmiş dəhşətdir. Xəstələrin taleyindən çox birmənalı şəkildə tibbi icbari sığortanın maraqları önəmə gətirilir.
Xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Yəni: liftə minmək, ayaqyoluna getmək, xəstəni qəbul şöbəsinə çatdırmaq, Kompüter Tomoqrafiya müayinəsindən keçmək,bütün cərrahi əməlyatlar, analiz vermək, hətta az qala salam vermək belə pullu xidmət hesab edilir.
Bundan başqa, ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn, zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 150 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 20, qanda qlükozanın müəyyən olunması 10, sidiyin ümumi analizi 10, böyrək analizləri 40, adi həkim müayinəsi 30, ginekoloji yoxlanma 60 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 20-30 manat ödəmək lazım gəlir. Daxili orqanların ümumi müayinəsi isə 165 manatdır. Cərrahiyyə şöbəsində Eldar həkimin etdiyi əməlyyatların qiymətləri qandondurucudur. Bu rəqəmlər isə min manattdan başlayır. Beləcə dövlətin vətəndaşlara vəd etdiyi icbari tibbi sığorta Respublika Klinik Xəstəxanasında bazar predmetinə çevrilib. İTS-nin rəhbəri Zaur Əliyev isə bunları görməzdən gəlir.
Özəl müəssisələrlə anlaşan direktorun şəxsən razılığı olmadan özəl kilinikalara müayinə üçün xəstələrə heç bir göndəriş verilmir. Daha doğrusu göndərişlər yalnız direktorun ,,anlaşdığı'' özəl kilinikalara verilir. Xəstələrin istəyi nəzərə alınmır .Bir çox dərman firmaları isə Əlviz Qasımovun ,, xeyir duası" ilə xəstəxanada keyfiyyətsiz dərmanlarının alverini edir.
Direktorun 400-dən çox işə götürdükləri işçilərin də böyük qisiminin ,, anlaşma'' və ,, razılaşma" yolu ilə olduğu şühbəsizdir.
Araşdırma aparılarsa, son vaxtlar xəstəxanada ölüm hallarının artması, yanğınların baş verməsi , karrupsiyanın baş alıb getməsi idarəçiliyin yox səviyyəsini göstərir.
Bahalı və yüngül həyat tərzi yaşayan Əlviz Qasımovun Port-Bakuda dəyəri yüz minlərlə ölçülən ev aldığı (elə orda da nüfuz sahibi olan şəxslə qonşu olması ), rəhbərlik etdiyi xəstəxanaya şəxsi bahalı Porşe avtomobili ilə gəlib-getdiyi bildirilir. (Maraqlı burasıdır ki, rəhbərlik onun yüngül həyat tərzi sürdüyünü, daima ,, işdə məhəbbət macərası " yaşadığını bildiyi halda niyə susur? Bu barədə də məlumat verəcəyik) Xəstəxananın təmiri üçün dövlətin ayırdığı böyük məbləğdə pulun Əlviz Qasımovun iş kabinetinin təmirinə sərf edilmişdir. Hansı ki, bu gün xəstələrin rahatlığı üçün şöbələrdə təmirə daha çox ehtiyac var idi ki, sağ olsun dövlətimiz onu da öz üzərinə götürdü.
Nəhayət, suallar bitmir ki bitmir - Cənablar bəlkə siz cavab verəsiniz: axı niyə illərlə təcrübəsi olan həkimlər bu cür stresslər keçirməli, əziyyət çəkməli, işindən olmalı və ortopedik-travmotoloq Əlviz Qasımovun "travma" lı idarəçiliyinin qurbanı olmalıdırlar?
Əlqərəz, həkimlər başda cənab prezident olmaqla Azərbaycan respulikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərovdan, Humanitar-siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadan,Azərbaycan Respublikasının baş purakroru Kamran Əliyevdən , Səhiyyə naziri Teymur Musayevdən ,Tibbi İcbari Sığortanın icraçı direktoru Zaur Əliyevdən, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovdan, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdan , Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyevdən kömək istəyir.
Cənab prezident ,özünü yuxarı ali şəxslərin himayəsində hiss edən Əlviz Qasımovun özbaşnalıqlarına, qanunsuzluqlarına Zaur Əliyev və yaxud Vüqar Qurbanov göz yummaq məcburiyyətindıdir. Siz Allahın yerdə bizim üçün ədalətisiniz. Koma vəziyyətinə düşən Respublika Klinik Xəstəxanasını ölümdən xilas etmək üçün klinik tədbirlər görülməlidir.
Bir daha qeyd etmək istərdik ki, bütün bu baş verən oyunbazlıqlar, hər biri cinayət əməli kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi, olan olaylar icbari tibbi sığortanın rəhbəri Zaur Əliyevin və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun gözləri qarşısında baş verir. Səhiyyə sistemində islahatların açarı hesab olunan, böyük ümidlər bəslənilən TƏBİB isə öz fəaliyyəti ilə tam bir fiaskoya uğradıb, göstərilən etimadı doğrultmayıb, səhiyyənin dərdlərinə TƏBİB olacağına yeni bir virusa çevrilərək bu sistemi daxildən məhv etməyə başlayıb. Artıq TƏBİB ona göstərilən etimadın oyuncağa çevrilən bir quruma çevrildiyini sübut edir. İctimai sorğu bu qurumun, eyni zamanda İTS ( icbari tibbi sığortanın) ya kökündən ləğv edilməsini, ya da Səhiyyə nazirliyinin tabeçiliyinə verilməsini məqsədə uyğun hesab edir.

TƏBİB -in ,,KÖSTƏBƏYİ" yoxsa ,,ingilis şipyonu"?

TƏBİB demişkən, bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə adlı xanımın adını çəkməmək insafsızlıq olardı. Çünki bir qurumun fəaliyyətinin aynası hesab edilən sahəyə rəhbərlik edən şəxsin fəaliyyəti çox önəmlidir. Zamirə Ədilova isə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən daha çox İngiltərə ilə əlaqələr şöbəsinin rəhbərinə bənzəyir. Tez-tez uzaq yaşıl adaya səfərlər edən Zamirə Ədilova elə ictimaiyyətlə əlaqələri də ordan saxlayır. TƏBİB rəhbərliyinə xüsusi yaxınlığı ilə tanınan Zamirə Ədilova təkcə ictimaiyyətlə əlaqələrlə kifayətlənmir, yuxarı rəhbərliyə yaxınlığından sui-istifadə edərək ( bu xüsusi yaxınlıq barədə ətraflı məlumat verəcəyik) kadr yerləşdirilməsində , mühüm söz sahibi kimi tanınır.Yəni onun ,,maraqları" çərçivəsində TƏBİB in nəzdində olan yüksək postlara kadırlar yerləşdirilir. Öz həqiqi vəzifəsini unudan Zamirə Ədilova islahatlar adı altında özünə yaxın adamları ,, razılaşma" yolu ilə mühüm postlara yerləşdirir. Amma, bu əlaqələrin nə nazirliyə, nə TƏBİB - ə nə də dövlətimizə heç bir faydası və xeyri yoxdur.
Bütün bunlar isə TƏBİB-in hansı metodlarla idarə olunduğunun göstəricisidir. Vüqar Qurbanov, sizə marağlı gəlmir ki yutub səhifələrində axtarışa vurarkən sizin, müavinlərinizin, digər departament rəhbərləriniz haqqında xoş olmayan məlumatlar çıxır? Əsaslı və ya əsassız. Fərq etməz ...
Sual olunur bu mənfi fikir formalaşdıran paylaşımlar arasında Zamirə Ədilovanın adı niyə yoxdur? Prezidentin köməkçisi Hikmət Hacıyev haqlı olaraq eyni zamanda TƏBİB -lə bağlı gedən yazıların sosial şəbəkələrdən silinməsi ilə əlaqədar tənqidi münasibət bildirmişdir. Silinən yazıların əksəriyyətində isə Zamirə Ədilovanın adının hallanması silinmənin əsas səbəblərindən biri hesab edilir
Xatırlayırsınızsa, az öncə öz guya peşəsinin nə olduğunu başa düşməyən Zamirə Ədilova Vüqar Qurbanovun qız övladının toy şənliyini paylaşmışdı. Onun paylaşımından sonra bu mövzu KİV-lərdə müzakirə mövzusuna çevirildi.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına qiyməti yarım milyon manata başa gələn dəbdəbəli toy etməsi sosial şəbəkələr və medianın gündəminə çevirildi
Toyda ölkənin tanınmış müğənniləri də iştirak etməsi , Röyanın 3-4 mahnıya görə 25 min manat, Aygün Kazımovanın ifa etdiyi 3-4 mahnıya görə Vüqar Qurbanovun 30 min manatından keçməli olması , ümumilikdə isə təkcə ölkə şou-biznes nümayəndələrinə 100 min manata yaxın pul xərclənməsi gündəm olmuşdu.
Məclis Bakının ən dəbdəbəli restoranlarından olan "Böyük Saray"da başlasa da, toya hazılıq və fotosessiya "The Ritz-Carlton Baku” otelində baş tutması, toya qədər bəy və gəlinin hədiyyə və aksesuarları da böyük diqqət çəkmişdi.
Sosial şəbıkələrdə gedən məlumata görə, bəy toya taxdığı qol saatı İsveçrənın məşhur brendi "Longiness"dən olması da xüsusu vurğulanmışdı. Bəyin qolundakı "Longiness" brendinin "Elegant Collection" modelinin qiyməti 105.050 TL-dir (təxminən: 8 min manat).Bəs bütün bunların məsuliyyıtini kimin adına yazaq? Sizcə bütün bunlar sadəlikdən, təcrübəsizlikdən irəli gəlirmi?Sizcə TƏBİB də öz yaxınlarından, dost-tanışlarından ibarət şəbəkə formalaşdıran birisi təcrübəsiz ola bilərmi? Yaxud oturduğu budağı baltalayaraq daha böyük vəzifəyə getmək üçün müxtəlif planlar cızan birisi bu qədər avamca davranarmı? Həmişə özünü Vüqar Qurbanova ən yaxın birisi kimi təqdim edən, demək olar ki min bir hoqqadan çıxan ,amma ilk fürsətdə zərər vermək üçün sabotaj edən şəxs plansız hərəkət edərmi?
Yəqin ki, sualları cavablandırdıqca vəziyyət sizlərə də aydın olur. TƏBİB-in danışmanı danışmasa daha yaxşı olar. Çünkü Vüqar Qurbanova ən böyük zərbəni elə onun öz sözçüsü vurur. Yəqin ki,səlahiyyət sahibləri bütün sadaladıqlarımıza diqqət yetirsələr görərlər ki, Azərbaycan da TƏBİB elə onun öz rəhbərləri tərəfindən uçuruma sürüklənir. Ataların gözəl bir sözü var-“evin sirrini uşaqdan soruş..." Zamirə Ədilova ” TƏBİB-in “xəbərçi uşağı” kimi Vüqar Qurbanov şəxsən sizin, eləcə də digər yüksək vəzifəli məmurlar barəsində, həmçinin paytaxt xəstəxanaları ,onların direktorları , baş həkimləri haqqında kompromat tipli məlumatları mediaya sızdırmaq sahəsində “əvəzsiz mütəxəssisdir.” Verdiyi məlumatların ciddiliyini nəzərə alaraq ciddi bir dövlət qurumunun media sahəsinə rəhbərlik edən şəxsin repartyor xidmətindən təbii ki, heç bir KİV imtina etməz. Amma, bunun Azərbaycan TƏBİB-nə, onun rəhbərinə zərrə qədər də xeyir gətirmədiyinin də fərqindəyik. Məhz bu səbəbdən Vüqar Qurbanov sizə müraciət edərək TƏBİB- in “köstəbək problemi”ni həll etməyə çağırırıq. Bu hər kəsdən əvvəl elə sizin özünüz üçün vacibdir!
Tezliklə müdaxilə olunmazsa, səhiyyəmiz cəzasızlıqdan özünü toxunulmaz hesab edən bir qrupun əlində tələf olacaq. Heç olmasa görəsən bizim mənsəb sahiblərimiz “Fatihə” surəsini düz-əməlli bilirlər? Səhiyyəmizi urvatsız öldürsələr də, heç olmasa urvatsız dəfn eləməsinlər!
Redaksiyadan qeyd: Hörmətli Əlvəz həkimə ulaşa bilmədik. Lakin yenədə qarşı tərəf kimi onunda mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
COP29 ərəfəsində tikinti işləri həyata keçirmək istəyən şəxslər tərəfindən Yasamal rayonunun müxtəlif yerlərində “abadlıq” adı altında çoxsaylı ağacların kəsilərək götürüldüyü iddia olunur.
Bu barədə Yasamal sakinlərinin Pravda.az-a ünvanladıqları şikayətdə bildirilir ki, rayonun Həsən Məcidov 119 ünvanında növbəti ekoloji soyqırımı baş verib.

Sakinlərin bildirdiyinə görə, ərazidə restoran tikilməsi məqsədilə 12 ədəd çoxillik ağac kəsilib. Onlar iddia edirlər ki, bu işi törədənlər izi itirmək məqsədilə gecə ikən torpağı qazıb, ağacları kökündən çıxararaq ərazidən uzaqlaşdırıblar.

Pravda.az məsələyə aydınlıq gətirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yasamal rayonu Həsən Məcidov 119 ünvanında müxtəlif cinsli ağacların kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Qafar Ağayevin sözlərinə görə, faktla bağlı akt tərtib olunub: "Yaşıllıqlara dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Kəsilmiş ağacların əvəzinə yeni ağacların əkilməsi məqsədilə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.

Yasamal RİH tərəfindən isə saytımıza hələ ki açıqlama verilməyib.
 

Ardını oxu...

Azərbaycanda yeni sayt-Prayk.com

Prayk-ın yaradıcısı Kamran Aydınov, IT ideyalarını yaradıcılıq və texnologiya ilə birləşdirərək alış-veriş dünyasına yenilik gətirib. O, foto sənayesində böyük uğurları ilə tanınır, həmçinin Rəhim Rəhimli, xalq artisti Aygün Kazımova, Leyla Ramazanlı, Miri Yusif və digər məşhurlarla işləmiş klipmeyker kimi də məşhurdur. Kamran Aydınov həm də MandarinAgency videoproduksiya şirkətinin təsisçisidir. Peşəkar kinoprodüser olaraq, onun iştirakı ilə istehsal olunan filmlər "Duz İstiot Zövqə Görə", "Axşama Doğru" və "Daxildəki Ada" Kann, Sarayevo festivallarına və "Oskar"a təqdim olunmuşdur.

Tətbiqdən yararlanmaq üçün AppStore və Google Play-dən yükləyin və ya www.prayk.az saytına daxil olun.

Ardını oxu...

 

 

Ardını oxu...
Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.

Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi rayonunda yerləşən İlqar Əbilhəsənov adına 42 nömrəli məktəbin direktoru 1-ci sinfində təhsil alan şagirdi dərsdə həddindən çox hərəkət etdiyinə görə məktəbdən kənarlaşdırır.

Onun sözlərinə görə, şagird daha əvvəl bağçaya və məktəbəqədər hazırlıq qruplarına gedib, lakin belə bir problemlə qarşılaşmayıb. O bildirir ki, direktorla yanaşı, şagirdə dərs deyən müəllim, həmçinin valideynlər də uşağın dərsə gəlməsindən narazıdırlar.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən məktəbin 1c sinif şagirdi nizam-intizam qaydalarına tabe olmadığından onu tədris prosesinə cəlb etmək mümkün deyil. Sinifin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğundan şikayətlənir və bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar.

Şagirdin valideyni ilə bu haqda dəfələrlə söhbət aparılıb.

İdarədən o da bildirilib ki, məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Məktəb rəhbərliyi tərəfindən şagirdlə bağlı müvafiq qərarın verilməsi üçün psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət ediləcək.

Təhsil ekspertləri isə bildirirlər ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olmadan hər hansı bir şagirdin təhsildən kənarlaşdırılması özü də bir qanun pozuntusudur.

Ekspert bildirib ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olsa belə, şagird alternativ təhsilə cəlb olunmalıdır.

Ətraflı süjetdə:


 
Ardını oxu...
Pullar valideyn komitələrinin vatçap qrupları vasitəsilə yığılır

Hər il olduğu kimi kimi 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə pul yığılması artıq adi hala çevrilib.

Elm və Təhsil nazirliyi orta məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ərəfəsində pul yığılmasını qadağan etməsinə baxmayaraq, bir çox təhsil ocaqlarının rəhbəri pul yığılmasını valideyn komitələrinin əli həyata keçirir.

AzFakt.com-a daxil olan məlumata görə 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ilə bağlı Bakı şəhəri Binəqədi 335 nömrəli məktəbdə şagirdlərdən 20 manat pul yığılır.

Bildirilir ki, pullar valideyn komitələrinin vatçap qrupları vasitəsilə yığılır.
Bildirək ki, Aynurə Nəzərli 335 saylı orta məktəbə yeni direktor təyin edilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bakı şəhər sakini Aytən Abbasova övladı İnci Abbaszadənin təhsil aldığı liseyin müəlliməsindən şikayətçidir.

TEREF xəbər verir ki. valideyn bununla bağlı Musavat.com-a müraciət edib.

Müraciətdə bildirilir ki, qızı İnci Abbaszadə mayın ayından etibarən Müasir İnnovasiyalar Liseyində muəlliməsi Səbinə Qasımova tərəfindən aylarla psixoloji şiddətə məruz qalıb:

“Məsələnin kökündə məktəbin bank hesablarında problem olması və bununla əlaqədar olaraq aylıq təhsil haqlarını sinif rəhbəri Səbinə Aydın qızı Qasımovanın bank kartına göndərməyimiz, daha sonra isə müəllimənin onu mütəmadi mənimsəməsi dayanır. O məndən həmçinin məktəb xərcləri adı ilə müxtəlif vaxtlarda tez- tez kartına pul atmağımı istəyirdi.

Məktəbin bank hesabı bərpa olunsa da bizə bu barədə nə məktəbdən, nə müəllimədən məlumat gəlmədiyi üçün 1 il boyunca ödənişi həmin müəllimənin kartına göndərmişəm.

Müəllimə pulları məktəbə vermədiyi üçün qızımı aylarla birinci dərsə buraxmayıblar. Səbinə Qasımova məktəb rəhbərliyini də aldadırmış ki, valideynin imkanı yoxdur, ödənişi edəcək. Halbuki biz hər ay ödənişi vaxtında göndərirdik. Övladımın dərsə buraxılmamasından məlumatsız olmuşam. Çünki dərsə buraxılmasa da evə göndərilməyib və mən də təbii olaraq heç nədən şübhələnə bilməmişəm. Qızım psixoloji cəhətdən sarsıntı keçirirmiş. Çünki müəllimə ona bizim diqqətsiz və pis valideyn olduğumuzu, bu səbəbdən də dərsə buraxılmadığını deyirmiş.

Qızıma evdə bu hadisələri deməməsi üçün həm hədə qorxu, həm də manipulyasiya tətbiq edirmiş. Əgər evdə desə, bizim qızımızı məktəbdən çıxaracağımızı və onu dostarından ayıracağımızı deyirmiş.

Qızım aylarla kefsiz, səbəbsiz ağlayan, özünə qapanıq olmuşdu. Tez-tez bizim onu sevmədiyimizi deyirdi. Səbəbi isə müəllimənin manipulyasiyaları imiş, biz bunu xeyli sonra bildik.

Məktəb məsələdən xəbərdar olduqdan sonra da müəllimə haqqında heç bir ciddi tədbir görmədi. Mənim və digər valideynlərin təkidi ilə müəlliməni işdən xaric etdiklərini desələr də, məlum oldu ki, təsisçi Əhməd Vəliyev onu digər məktəbi olan “Baku British Scool”a müəllimə təyin edib.

Şikayətimi hadisə baş verən vaxt (may ayında) 102 xidmətinə bildirmişəm, onlar da məni Binəqədi rayonu 5-ci polis bölməsinə yönləndiriblər. Həm yazılı, həm şifahi şikayətimi təqdim etmişəm. Lakin məsələ ilə bağlı bu 4 ay ərzində heç bir tədbir görülməyib və məni məlumatlandırmayıblar”.

Sözügedən müəllimə Səbinə Qasımova ivalideynin iddialarının yalan olduğunu deyib:

“Məktəbə yaxınlaşıb məlumatları alın, sizə çeki göstərsinlər. Aytən xanım ötən ildən məni narahat edir. Məni polisə belə vermişdi. Lakin orada hər şey aydın oldu.

O qadın övladının anasından çox mənə bağlı olmasını qəbul edə bilmir. Mənim həyat yoldaşım həmin valideynlə bağlı prokurorluğa şikayət edəcək. Çünki artıq biz bezmişik. Hər dəfə polisə şikayət edir. Gedib problemlərini həll etsin. Məktəbimizin direktoru Əhməd müəllimin oğlu deputatdır. Sizcə, belə bir məktəbdə belə hadisə realdırmı?”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, valideynin şikayəti ilə bağlı məsələyə baxılır və araşdırma aparılacaq.

Məktəbin direktoru Əhməd Vəliyevlə əlaqə saxlamağa çalışılsa da, zəngə cavab verilməyib.
 
Ardını oxu...
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (VÖEN – 9900001881) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ABB tərəfindən marketinq sahəsi üzrə bankın çap məhsullarının satın alınması məqəsədi ilə keçirilən və ümumi dəyəri 195 min 550 manat 10 qəpik olan 2 tender müsabiqəsinin qalibi “Premium Təchizat” MMC (VÖEN – 3103887061) olub.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Premium Təchizat” MMC-nin hazırda (03.10.2024) dövlət büdcəsinə 1 718 manat 69 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
“Premium Təchizat” MMC-nin qalib olduğu tender müsabiqələrindən biri üzrə müqavilə bu il sentyabr ayının 12-də qüvvəyə minib, digəri isə gələn il sentyabr ayının 19-da qüvvəyə minəcək. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 1,7 min manatlıq borc son bir ayda yaranıb.
Qeyd edək ki, ABB tərəfindən keçirilən tenderlərdə bu cür müəmmalı məqamlar əvvələr də qeydə alınıb. Belə ki, bir-neçə ay əvvəl ABB tərəfindən əsaslı və cari təmir işlərinin satın alınması məqəsədi ilə keçirilən və ümumi dəyəri 1 milyon 332 min 935 manat 79 qəpik olan tender müsabiqəsinin qalibi “Kontinent İnşaat” MMC olub. Müsabiqə ilə bağlı diqqət çəkən məqam odur ki, ABB tərəfindən açıqlanan məlumatda qalib şirkətin adı ilə VÖEN-i arasında uyğunsuzluq var. Belə ki, qeyd olunan VÖEN (1001912831) başqa bir şirkətə – “Avant Construction” MMC-yə aiddir. Tenderin qalibi olan “Kontinent İnşaat” MMC isə başqa bir VÖEN-ə (1308859771) sahibdir. ABB-dən bildirilib ki, qalib şirkətlə müqavilə 2024-cü ilin mart ayının 29-da qüvvəyə minib. Müqavilənin 2025-ci ilin mart ayının 29-da bitəcəyi qeyd olunur. Maraqlıdır ki, qalib şirkət müqavilənin qüvvəyə minməsindən 2 ay sonra – 27 may 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Yəni müqavilə imzalanan zaman “Kontinent İnşaat” MMC adlı şirkət mövcud olmayıb.
VÖEN nömrəsi qeyd olunan (1001912831) “Avant Construction” MMC isə “Kontinent İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. Hər iki şirkət 10 manat nizamnamnə kapitalına sahibdir. “Avant Construction” MMC-nin isə hazırda (03.10.2024) dövlət büdcəsinə böyük həcmdə – 908 min 262 manat 41 qəpik vergi borcu var.
Qeyd olunan məsələ ilə bağlı ABB-nin mətbuat xidmətinə ünvanlanan sorğu isə cavabsız qalıb.
 
Ardını oxu...
Qazax rayonu, Quşçu Ayrım kənd sakini Hacıyev Orxan Çingiz oğlu Huriyyet TV-nin efirində Tovuz rayon Qeydiyyat İdarəsi və Avtomobillərin Texniki Baxış şöbəsində (el arasında MERO) üzləşdiyi rüşvətxorluq, süründürməçilik hallarından danışıb.

Vətəndaş yanvarın 22-də Tovuz "MERO"ya şəxsi avtomobilinin qeydiyyatı üçün müraciət etdiyini açıqlayıb.

Canlı efirdə danışan Orxan Hacıyevin sözlərinə görə, şöbədə onu polis baş leytenantı Elçinin yanına yönləndiriblər: "Mənə bildirildi ki, avtomobilin mühərrikində blok dəyişdirilib, sonra bir vərəq verərək ödəniş etməyimi istədi. Mən həmin kağız parçası əsasında 11 manat ödəniş etdim. Sonra maşının mühərrik bloku dəyişdiyi üçün məndən qeyri-rəsmi, heç bir qəbz vermədən 1100 manat aldılar. Bu pulu mən rəsmi rüsum kimi ödəməmişəm".

Şikayətçi deyib ki, daha sonra avtomobilin qeydiyyatı üçün ayrıca pul tələb olunub.

Onun sözlərinə görə, özü ilə yanaşı daha bir nəfərin də maşınını qeydiyyatdan keçirmək lazım idi. Hacıyev iki maşın üçün 650 manat rüşvət istənildiyini bildirib. Lakin həmin vəsaitdən 50 manat çatmayıb və şöbə rəisinin qəbuluna gedərək ondan güzəşt etməsini xahiş edib.

Amma Hacıyev deyib ki, şöbə rəisi onunla quru, kobud danışıb, məbləği 700 manata qaldırıb, polis əməkdaşına isə qəbuluna gələn vətəndaşı çölə çıxarmağı əmr edib.

Şikayətçi qeyd edib ki, bu pulu da vermək məcburiyyətində qalıblar. Beləcə, üst-üstə 1800 manat rüşvət alınıb, qarşılığında nə dövlətin büdcəsinə bir manat köçüb, nə qəbz var, nə rüsum. Bunun ardınca O. Hacıyev Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinə, Tovuz rayon Prokurorluğuna müraciət edib.

Vətəndaşın sözlərinə görə, onu prokurorluq çağırıb, baş müstəntiq şikayətini dinləyib.

Vətəndaş qəbuldan razı qaldığını açıqlayıb.
 

Ardını oxu...
Ramin Əliyev kimdir? Ramin Əliyev Bakının düz mərkəzini – Tarqovı deyilən ərazini insanların kabusuna çevirən AYNA-nın işçisidir.

Özünü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin yaxın adamı kimi qələmə verən Ramin Əliyev etdiyi qanunsuz əməllərlə Tarqovıda “at oynadır”.

Ramin Əliyev dövlət qurumunu, yəni AYNA-nı xalqla üz-üzə qoyan pulgir şəxsdir.

AYNA-nın adından sui-istifadə edərək insanların qanını soran, cibini soyan bu bələdçi AYNA-nı insanların gözündən salır və nifrət oyadır.

Necə deyərlər, əlinə alıb AYNA-nın qılıncını, o tərəfə çapır, bu tərəfə çapır.

Tarqovının parklanma yerlərini özünün pul dağarcığı hesab edən Ramin Əliyev sürücülərə qənim kəsilib.
O, bu ərazidə maşın saxlayan hər bir kəsə (sakinlər istisna olmaqla) – obyekt, ofis, mağaza, restoran, kafe və s. iş yerlərinin sahiblərinə “tas” qoyub.
“Tas” nə az, nə çox, Ramin Əliyevin komfortunu təmin edəcək qədərdir – 300 manat!!!

Qılıncı ilə at oynadan bu şəxs deyir ki, bu pul yuxarıya çatır, yəni AYNA-ya. Bunun nə dərəcədə düzgün olduğunu yəqin ki, AYNA özü bilər.

Bizi isə onsuz da yerləşdiyi məkana görə yüksək arenda ödəyən iş adamlarının qanını zəli kimi soran və insanların kabusuna çevrilən Ramin Əliyev maraqlandırır.

Qılıncının dalı da, qabağı da kəsən Ramin Əliyevin quldurluğuna, özbaşınalıqlarına “dur”deyən yoxdur!

Vay parklanma yerinə görə 300 manatı verməyən, yaxud verə bilməyən, çıxışdırmayan avtomobil sahiblərinin halına… Həmin dəqiqə Ramin Əliyevin kameraları işə düşür, həmin avtomobilin şəklini, videosunu çəkib “yuxarılara” ötürür.

Bir sözlə, öl, canın çıxsın, Ramin Əliyevi dolandır, hər şeydən kəs, Ramin Əliyevə komfort həyat yaşat.

AYNA Ramin Əliyevə səlahiyyət verəndə məgər onu belə təlimatlandırıb ki, get, nə istəyirsən elə, sənə “yaşıl işıqdır”..?

Sürücüləri “tas”a otuzduran bu şəxsi AYNA-nın reketi kimi tanıyırlar. Çünki pulu AYNA-nın adından tələb edir, yəni özünü sudan quru çıxarıb AYNA-nı güdaza verir.

Yəni bəlkə də düz deyir, biz AYNA-nın Ramin Əliyev adlı bu quldur, yolkəsən, cibə girənlə bağlı görəcəyi tədbirdən sonra hər şeyi biləcəyik. Hələ ki AYNA Ramin Əliyevə “volya” verib, o da insanlara qənim kəsilib.

Ramin Əliyevin qılıncının altından 300 manatla keçməyən, keçməyə imkanı olamayanların bir gün ayağa qalxıb Prezident Aparatına şikayət edəcəyi gün isə elə də uzaq deyil.

Bu acınacaqlı vəziyyətdən, Ramin Əliyevin qanunsuz hərəkətlərindən bezən avtomobil sahibləri şikayət etməyə hazırlaşırlar.

Mövzunu davam etdirəcəyik.

Dünyapress TV

Xəbər lenti