Ardını oxu...

Uzun müddətdir ki, ölkəmizin şəhərlərində, rayonlarında və digər ərazilərində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı məsələlər tam əksəriyyəti olduqca narahat edir, hətta bu ölkə gündəmini zəbt edən əsas mövzulardan biri də hesab olunur.

Adicə bir faktı qeyd edək ki, ölkə başçısı İlham Əliyev cənabları bir çox müşavirələrdə qanunsuz tikinti məsələlərini xüsusi vurğulayır və vəzifə sahibi olan şəxslərə ciddi tapşırıqlarını da verir. 

Ardını oxu...

Belə bir tapşırıqların verilməsinə baxmayaraq, Bakının Binəqədi rayonu ərzisində həyata keçirilən qanunsuz tikinti işlərinin əhatə dairəsini müəyyən etmək olduqca çətindir. Adicə bir faktı qeyd edək ki, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində, daha dəqiq desək “Kəpənəkçi” marketin yaxınlığında yaşayan sakinlər tərəfindən hər kəsi şoka salabiləcək məlumatlar çatdırılıb. Daxil olan məlumatlarda qeyd olunur ki, hansısa şəxslər Biləcəri qəsəbəsinin “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində analoqu olmayan qanunsuz tikinti işlərinə qol qoyurlar. Belə ki, həmin şəxslər ərazidən keçən böyük diametrli neft boru kəmərinin birbaşa üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaz boru xəttinin keçdiyi yerdə, magistral yolun mühafizə zolağında, qəbristanlığa bitişik ərazidə, hətta vaxtilə sakinlərin istifadə etdikləri avtobus dayanacağının olduğu yerdə obyekt inşa edirlər.

Ardını oxu...

 Obyektin 1-ci mərtəbəsində inşaat işləri başa çatdırılmış, hal-hazırda 2-ci mərtəbəsində də işlər başa çatdırılmaq üzrədir. Diqqət yetirmək lazımdır ki, obyekt sahibləri tikinti işlərini birbaşa avtobus dayanacağının olduğu yerdə inşa etdiklərindən, yolun mühafizə zolağı tam şəkildə zəbt olunmuşdur. Belə bir səbəbdən də, sakinlər ərazidən keçərkən məcbur olub yolun içi ilə hərəkət etməli olurlar. Bu kimi səbəblərə görə elə hallar olub ki, “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində ağır yol-nəqliyyat hadisələri baş vermiş, hətta insan ölümü ilə nəticələnən hadisələr də yaşanmışdır. Daxil olan məlumatlarda o da qeyd olunur ki, obyektin inşa olunduğu yerdən mavi qaz boru xətti keçir və boru xətti çəkilən vaxtlarda, boru xəttinin alt hissəsinə dəmirdən dayaq qoyulmuşdu. Elə ki, obyekt sahibi tikinti işlərinə başlamaq qərarına gəldi, o halda ümumi sahədə uyğunsuzluq alındı və belə bir səbəbdən də, obyektin sahibi mavi qaz boru xəttinin alt hissəsindəki dayaqları kəsib götüzdürdü.

Ardını oxu...

  Sakinlər redaksiyamıza çatdırdıqları məlumatlarda onu da qeyd edirlər ki, obyektin sahibi özünü hər kəsə sabiq Baş Prokuror Zakir Qaralovun qohumu deyə təqdim edir. Bəlkə də bu belə deyil və obyekt sahibinin Zakir Qaralovla heç bir qohumluq əlaqəsi yoxdur. Sadəcə olaraq obyekt sahibi sabiq Baş Prokurorun adından sperkulyasiya edir. Məsələnin təəccüb doğuran tərəfi odur ki, qeyd olunan ərazidə yaşayanlar bu cür qanunsuz tikili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevə və digər dövlət qurumlarının rəhbər şəxslərinə şikayət ərizələri göndərsələr də, bu gün də həmin ünvanda qanunsuz tikinti işləri həyata keçirilir. 

Bu da onu göstərir ki, ələlxüsus möhtərəm Prezidentə və Mehriban xanım Əliyevaya göndərilən məktublar, hansısa dairələrdə “itbata salınır” ki, obyekti inşa etdirən şəxsə “qaşın üstə qara var” deyən olmur. Müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyev obyekt sahibibdən əməlli-başlıca “haqq-hesab” aldığından, hansısa vəzifə sahibi həmin qanunsuz obyektin sökülməsi ilə bağlı qərar verə bilmir. Deməli, qeyd olunan ünvanda inşa olunan qanunsuz tikinti işlərinə Binəqədi RİH “krışa”lıq edir. Bu belə olmasaydı, yəqin ki, indiyə kimi həmin qanunsuz tikilinin “altı üstünə çevrilmişdir”. Söylənilənlərə görə, gələcəkdə həmin obyektdən restoran kimi istifadə olunacaq.

Bunun nə dərəcədə həqiqət olub-olmaması barədə bir söz deyə bilməsək də, deyəcəyimiz söz odur ki, obyekt böyük diametrli neft boru kəmərinin birbaşa üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaz boru xəttinin keçdiyi yerdə, magistral yolun müfafizə zolağında, qəbristanlığa bitişik ərazidə və vaxtilə sakinlərin istifadə etdikləri avtobus dayanacağının olduğu yerdə inşa olunur. Bu nə deməkdir, yaxud da buna nə ad vermək olar?

Bütün bunlar onu söyləməyə əsas verir ki, cənab Elxan Allahverdiyevin icra başçısı olduğu Binəqədi rayonu ərazisində, ələlxüsus “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində qanunsuz tikinti işlərinin davam etdirilməsi, birbaşa Binəqədi RİH-nin maraq dairəsinə daxil olan tikililərdəndir. Əgər bu belə olmasaydı, o halda ölkə başçısı İlham Əliyevin və BŞİH-nin başçısı cənab Eldar Əzizovun, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı verdikləri ciddi tapşırıqlara əməl olunardı. Faktdır ki, bu gün əməl olunmur. Deməli, ….  Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Ardını oxu...
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkinin ən aktiv fazasına qədəm qoyuruq. Bir müddət öncə isə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti toplaşaraq bu seçkilərdəki namizədlərini açıqlamışdı. Daha sonra hakim partiya bir neçə dairə üzrə namizədlərini dəyişmişdi.

Son iki cağırışdır ki, öz millət vəkillərini tapa bilməyən Beyləqanlıların bəxti yenə gətirmdədi. Bu dəfə də hakim partiya Şahin İsmayılovun namizədliyini 83 saylı Beyləqan seçki dairəsindən irəli sürdü. Beyləqan ən həssas əhali qruplarının olduğu rayonlardan biridir. Yüzlərlə şəhidin, qazinin olduğu bir rayonun millət vəkili hər gün bu həssas insanları ziyarət etməlidir. Amma Şahin İsmayılov parlamentdə olduğu iki cağırışda bu rayonun yolunu tutmayıb. Bunun da səbəbi var. Çünki millət vəkilinin seçiciləri rayondan qovublar. Bəli düz ba.şa düşdünüz. Seçicilər millət vəkilini aldatdığı üçün onu rayondan qovublar. Aşağıdakı videoda bunu izləyə bilərsiniz.

Hələ o zaman Şahin İsmayılov rayonun Kəbirli kəndində keçirmək istədiyi görüşdən qovulmuşdu. Seçicilər onu şəhid ailələrini ziyarət etməməkdə, ümumiyyətlə rayona gəlməməkdə günahlandırırdı. Amma insanda üz də yaxşı şeydir. İnsanlar arasında üzü olmayan Şahin İsmayılov yenidən namizədliyi bu rayondan verib. 44 günlük Vətən Müharibəsində Beyləqanda olmalı olan Şahin İsmayılov Bakıda özünə böyük biznes qurmaqla məşğul idi. “Boz kardinal” Ramiz Mehdiyevin xeyir-duası ilə mandatla mükafatlandırlan Şahin İsmayılov məhz həmin ərəfədə Bakıda “Friends” restoranlar şəbəkəsini qurub. İsmayılov məhz bu restoranı 44 günlük müharibə ərəfəsində qurub. Görünən odur ki, Şahin İsmayılovu seçiciləri yox, öz biznesi maraqlandırır. Başı özünə böyük biznes qurmağa qarışan bu gənc millət vəkili yenidən Beyləqanda peyda olub. İndi Şahin İsmayılovun qoçuları Beyləqanda meydan sulayır. Etibarlı mənbədən aldığımız məlumata görə bu dəfə Şahin İsmayılovun köməkçisi Müşfiq Səfərov qaziləri təhqir edib.

Yenixeber.org
 
 


 
Ardını oxu...
18 mayda Zəngilan rayonunun Ağalı kəndində İlham və Mehriban Əliyevalar “Ağalı” hotelinin açılışında iştirak ediblər.

Bu hotelin açılışı hələ 2022-ci ilin sonlarına planlaşdırıldı. Tikinti məlum olmayan səbəbdən 2022-ci ilin oktyabrından sonra dayanır, layihəni icra edən şirkətin sosial media hesabındakı paylaşım isə onun 2023-cü ilin oktyabrında yenidən davam etdirildiyini göstərir.

Hotelin tikintisinin birinci mərhələsinə nə qədər pul xərcləndiyi məlum olmasa da onun açılışından 2 ay əvvəl hotelin tam təchizatlı təmir və tamamlanma işləri ilə bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tender keçirir. Tenderdə “Crystal İnşaat” ASC qalib gəlir. Bunun üçün şirkətə 14 milyon 192 min manatdan artıq pul verilir.

Hotelin tikintisinin bu mərhələsini həyata keçirən “Crystal İnşaat” kimindir? İndiyədək hansı böyük tenderlərin qalibi olub? Bu şirkəti hazırda deputat olan YAP-çı ilə nə bağlayır? Araşdırmışıq!
Hotellə bağlı nə məlumdur?
Zəngilanın Ağalı kəndində yerləşən hotel tikintisi barədə ilk informasiyanı Prezident İlham Əliyevin 26 Aprel 2021-ci ildə Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı görmək mümkündür.

İlham Əliyevə yaradılan süni göl üzərində “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək “Arximed” qurğusu barədə məlumat verilərkən ərazidə hotel olacağı da sözarası deyilir.

Bundan sonra həmin hotel barədə düz 1 il sonra “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində danışılır. İlham Əliyev hotelin tikintisi ilə maraqlanır və ona bildirilir ki, hotel 62 nömrədən ibarət olacaq.

2021-ci ildən tiklməkdə olan və ehtimallara görə 1 il fasilə verilən hotelin tikintisi cəmi 2 ay ərzində yekunlaşır. 2024-cü ilin 4 martında hotelin təmir və tamamlanmasına 14 milyon 192 min 628 manat 20 qəpik pul ayrılır və 18 mayda İlham Əliyevlə həyat yoldaşı hotelin açılışını edir.

Əvvəlcə 62 nömrədən ibarət olacağı deyilən hotelin açılış günü 117 otaqdan ibarət olduğu məlum olur. Hotelin həcminin necə və niyə genişləndirilməsi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.

Yeri gəlmişkən, şirkətin Facebook hesabında hoteldə gedən tikinti işləri ilə bağlı paylaşımlarda “Crystal İnşaat”ın hoteldə təmir və tamamlanma işləri aparması yox, tikinti işi gördüyü qeyd olunur.

İndiyədək “Crystal İnşaat” nə iş görüb?
Ardını oxu...
“Crystal Group” şirkətlər qrupuna aid olan “Crystal İnşaat” 2018-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb.

“Crystal İnşaat”ın indiyədək icrasında iştirak etdiyi və ya bütün tikintisini həyata keçirdiyi layihələrin bəzisi:

Zəngilan Beynəlxalq Hava Limanının tikintisində iştirak
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisində iştirak
Şəki Prokurorluğunun inzibati binasının tikintisi
Kürdəmir Prokurorluğunun inzibati binasının tikintisi
Pirallahı Prokurorluğunun inzibati binasının tikintisi
Şəki, Kürdəmir və Pirallahıdakı tikintilərə görə şirkət ümumilikdə 7 milyon 610 min manatdan artıq dəyəri olan tenderin qalibi olub.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə isə ümumilikdə nə qədər vəsait ayrıldığı məlum deyil. Bu yolun tikintisi ilə bağlı yalnız işlərin davam etdirilməsi üçün İlham Əliyevin Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayırdığı məlumdur.

Bu məbləğin də nə qədərinin “Crystal İnşaat”a ödənildiyi bilinmir.

“Crystal İnşaat” kimindir?
Ardını oxu...
Şirkətin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdir. O, hazırda Milli Məclisin YAP-dan olan deputatı Ağalar Vəliyevin oğludur.

Ağalar Vəliyev özü də biznesmen deputat kimi tanınır.

Meydan TV-nin 2015-ci ildə yayımladığı araşdırmaya görə, Ağalar Vəliyev 1996-cı ildən “Azəraqrartikinti” Dövlət Şirkətinin rəhbəri olub. 1997-ci ildə şirkət ləğv edilərək bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Araşdırmada qeyd olunur ki, cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib.

Hələ 2015-ci ildə “Azəraqrartikinti” ASC-nin 40 filialı var idi.

Satınalmalar portalında bu ASC-nin yer aldığı və qalib gəldiyi cəmi 2 tender tapa bildik. Bunların da ümumi dəyəri 12 milyon manata yaxındır.

Meydan TV-nin əldə etdiyi və 1998-2014-cü illər aralığında baş tutmuş tenderlərə əsasən, Ağalar Vəliyevin rəhbəri olduğu ASC 85 milyon 634 min manatdan çox dəyəri olan layihələri icra edib.
Müəllif: Cavid Abdullayev
mikroskopmedia.com
 
Ardını oxu...
Rəsmi məlumatlara görə, 2019-2024-cü ilin aprel ayına qədər ümumi dəyəri 43 milyon 680 min manatdan artıq tender müqavilələri imzalayan “Caspel” MMC yarandığı gündən çoxunun əldə edə bilməyəcəyi imtiyazlarla Azərbaycan mediasında müzakirə edilən şirkətdir.

2005-ci ildə yaranması ilə təkcə kassa aparatlarının satışından rəsmi olmayan rəqəmlərə görə, 100 milyonlarla manat əldə edən “Caspel”in arxasında kimlərin dayandığı məlum olsa da Mikroskop Media ilk dəfə şirkətin gerçək sahibinin kimliyini müəyyənləşdirib.

“Caspel Holdiq”in təsisçisi 2020-ci ildəki sənədlərə görə 2023-cü ilin dekabrına qədər holdinqin idarə heyətinin sədri olan Namiq Məmmədovun həyat yoldaşı Nailə Məmmədovadır.

Mikroskop Media “Caspel”in necə bu qədər böyüdüyünü, hansı milyonluq tenderlərdə qalib gəldiyini və mütəmadi olaraq arxasında hansı məmurların dayandığını araşdırıb.
Başlanğıc: Fazil Məmmədova arxalanmaq

“Caspel” 2005-ci ilin avqust ayında yaradılıb. Şirkətin ilk qanuni təmsilçisi Namiq Məmmədov olsa da Dövlət Vergi xidmətinin reyestr məlumatlarına görə sonradan qanuni təmsilçi Ceyhun Quliyev olub.

Ceyhun Quliyev haqqında: O, keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Namiq Quliyev özü isə 2017-ci ilin dekabrına qədər Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini olub.

“Caspel”in əvvəlki işləri: Şirkət öz adını ilk dəfə kassa aparatları quraşdırmaq sahəsindəki monopoliyası ilə tanıdıb. Ölkə ərazisində bir kassa üçün sahibkarlardan aparat qiyməti və quraşdırma xərci olaraq ən azı 2 500 manat alan şirkət sayəsində, həmin dövrdə Vergilər naziri olan Fazil Məmmədov və onun yaxınları mediada gedən məlumatlara görə 100 milyonlar qazanıb.

Etender-də olmayan tenderlər: Dövlət satınalmalarının vahid internet portalında “Caspel” MMC-nin qalib gəldiyi bütün tenderlər yoxdur. Mikroskop Media müxtəlif illərdə olan tenderləri Azərbaycanın onlarla mediasında axtarış apararaq müəyyənləşdirib.

2010-2021-ci illər aralığı ilə bağlı dövlət satınalmalarının vahid internet portalında olmayan və “Caspel” MMC-nin qalib gəldiyi tenderlərin ümumi məbləği 39 milyon 600 min manatdan artıqdır.
Vergi borcu ola-ola tenderdə iştirak

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı qanunsuzdur. Bu, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.

Lakin bu, “Caspel” şirkəti üçün keçərli olmayıb:
Ardını oxu...
Şəxsən Prezident Əliyevlə görüş və “Tərəqqi” medalı

2010-cu ildə “Caspel” MMC-nin idarə heyətinin sədri olduğu vaxtlarda Namiq Məmmədov İlham Əliyevlə ilk dəfə yanaşı görünür. O, Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışında Əliyevə SCADA sistemi barədə məlumat verir. Bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir.

2014-cü ildə isə İlham Əliyev Namiq Məmmədovu informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırıb.

2018-ci ildə “Caspel”-in yolu yenə İlham Əliyevlə kəsişir. Bu dəfə şirkət YAP-ın yeni inzibati binasının intellektual kamera-mühafizə sistemini qurur. Bundan başqa partiyanın bütün iş proseslərini, üzvlərin qeydiyyatını idarə edən proqram təminatını və Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatlarının vahid kommunikasiya məkanında birləşdirən sistem qurulub.

“Caspel Holdinq”-in digər şirkətləri barədə nə məlumdur?

“Caspel Holdinq” özündə 5 şirkəti birləşdirir. Bunlar:

Caspos: Kassa operatoru kimi fəaliyyət göstərən şirkət yanacaqdoldurma məntəqələri, restoran, hotel, market və digər sahibkarlıq subyektlərinə kassaların satışı və proqram təminatlarının quraşdırılmasını həyata keçirir.

Setclapp: Biznes proseslərin avtomatlaşdırılması, proqramlaşdırma, İKT konsultasiyası üzrə ixtisaslaşan şirkət, proqram həlləri, mobil tətbiqlərin və veb saytların hazırlanması, rəqəmsal marketinq xidmtlərini təklif edir.

Clip TV: Şirkət internet, kabel tv və İP TV xidmətləri təklif edir.

Telcas: Bu şirkətlə bağlı heç bir informasiya yoxdur.

Bu şirkətlərdən “Caspos” və “Setclapp” dövlət qurumlarının sifarişi ilə müxtəlif layihələr icra ediblər.

Məsələn, “Caspos” SOCAR-ın Şuşa və Ağdam da daxil olmaqla 5 şəhər və rayondakı yanacaq doldurma məntəqələrində kassa aparatı quraşdırıb.
“Setclapp” isə İqtisadiyyat Nazirliyi, Azərsu, Milli Depozit Mərkəzi üçün xidmət göstərib.
Lakin hər iki şirkətin icra etdiyi adıçəkilən layihələrlə bağlı heç bir məlumat yoxdur. Tender nə vaxt olub, icra edilən xidmətin dəyəri və s. kimi məlumatlar açıq deyil.
Araşdırmanı tamamladıqdan sonra “Caspel” MMC-nin keçmiş idarə heyətinin sədri Namiq Məmmədova azı 10 sual ünvaladıq. Lakin o, heç bir suala cavab vermədi.
Müəllif: Cavid Abdullayev
/mikroskopmedia.com/
 
 


 
Ardını oxu...
“Nəsimi rayonu Novruzov qardaşları küçəsində(“Papanin” deyilən ərazi) “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə yaşayan sakinlərə divan tutmağa davam edir”.

Bu sözləri Editor.az-a açıqlamasında ərazidə yaşayan sakinlər deyiblər. Onun sözlərinə görə, şirkət gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda onlarla ailənin yaşadığı ərazidə ağır tikinti, betonlama işlərini davam etdirir: “Bu şirkətin əlindən gecə evimizdə yata bilmirik. Traktor daimi tikinti meydançasında olmasına baxmayaraq, sanki sakinlərə işgəncə vermək üçün gecə saatlarında traktor yer qazmaqla məşğuldur. Bu zamanda yaranan dəhşətli və vahiməli səs-küydən bütün ərazi lərzəyə gəlir. İsti yay ayları olduğu üçün evin pəncələrini açmaq zərurəti yaranıb. Lakin yaranmış dəhşətli səs-küydən nəinki yatmaq, hətta bizi evimizin də başımıza uçacağını gözləyirik. Evdə yuxusuzluqdan yaşlıların, körpələrin, səhər erkən saatlarda işə getməli olan hər kəsin həyat ritmi məhv olub və səhhətində ciddi problemlər yaranıb.

Bundan başqa gecə saatlarında tikinti işləri aparan fəhlələrin bir-biri ilə yüksək səslə, söyüşlə, ağır ifadələrlə danışması qəbuledilməz vəziyyət yaradıb. Sanki bu şirkət məqsədli şəkildə bizi təxribata çəkir.

Ümumiyyətlə, evlərimizin cəmi 5-10 metrliyində bu hündürmərtəbli bina tikildikdən sonra gün işığına həsrət qalmışıq. Binada işləyən fəhlələlər hündürlükdən düz evlərin içinə baxır və yüksək səslə söyüşlə danışırlar.

Bu səbəbdən isti yay aylarında və ümumiyyətlə pəncərələrimiz daima bağlı və pərdəlidir.

Ərazi əsl xarabalığı xatırladır. Bütün ərazi zibilliyə, tikinti materiallarının məzarlığına çevrilib. Ərazidə antisanitar vəziyyət isti yay günlərində dəhşətli həddə çatıb. Hər yeri üfunət iyi bürüyüb. “Yaşıl Dünya naminə həmrəylik ili”ndə qlobal COP-29 tədbiri keçirən şəhərimizə belə dəhşətli vəziyyət yaraşmır”.

Sakinlər qeyd edirlər ki, şirkətin quraşdırdığı ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə davam edirlər: Bununla yanaşı düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların, evlərin və avtomobillərin üzərinə tökülür: “Bir neçə dəfə zərərçəkənlər olub. Şirkət isə vətəndaşların həyatını görməzdən gəlir”.

“Papanin” sakinləri bildirirlər ki, son 6 ayda “Pilot-16” MMC tərəfindən yeni yaşayış kompleksinin tikildiyi ərazidə bunların hər birindən daha təhlükəli və qəribə hadisələr yaşanır. Son aylarda qeyd olunan ərazilərdə “Pilot-16″ MMC ilə danışıqlar zamanı şirkət tərəfindən təklif olunan qeyri-adekvat təkliflərlə razılaşmayaraq evlərini tərk etməyən bir neçə sakinin mənzilində və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə müəmmalı şəkildə yanğınlar baş verib. Son 6 ayda 4 belə hal qeydə alınıb. Bu müəmmalı yanğınların konkret kim tərəfindən törədildiyi ilə bağlı əlimizdə hər hansı sübut və konkret dəlil yoxdur.
Ancaq yanğınların şirkətlə razılaşmayan mənzillərdə və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə baş verməsi hər kəsdə, o cümlədən şirkətin qeyri-adekvat təklifləri ilə razılaşmayan bir ailə olaraq bizdə ciddi narahatçılıq yaradır.
Ərazidə evlərin bir-birinə bitişik olması səbəbindən yanğının sürətlə yayılmaq ehtimalı bütün sakinlərdə ciddi qorxu və narahatçılıq yaradıb. Evimizdə bu təhlükə səbəbindən gecə yatmır və növbə çəkirik. Həyatımıza ciddi təhlükə hiss edirik. Bununla bağlı bütün hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

“Papanin” sakinləri qeyd edir ki, son olaraq isə şirkət Novruzov qardaşları küçəsində sakinlərin və avtomobillərin istifadə etdiyi işlək yolu bağlayaraq, vətəndaşları faktiki mühasirəyə salıb: “Pilot-16″ və onun rəhbəri Aslan Quliyevin dövlət qurumlarına və vətəndaşlara hörmətsizliyinin kökündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən himayə edilməsi dayanır. Müraciət etdiyimiz qurumlar şikayətlərimizə reaksiya verib, müvafiq addımlar atıblar. Ancaq heç bir nəticə yoxdur. Şirkət öz qanunsuz və insanlıqdan kənar əməllərinə davam edir. İcra başçısı Asif Əsgərov şirkətin bütün qanunsuz əməllərinə göz yumur”.

www.yenicag.az
 

Ardını oxu...
"Ayda 10 min manatdan çox maaş alanlar var bu sistemdə... gözləri doymur. Allah qarşısında necə hesab verəcəksiniz? SOCAR-ın bütün sahələrində fəhlələrin maaşlarını azaltmaq, ezamiyyə pullarını müəyyən sahələrə verib, müəyyən sahələrinə verməmək kimi hallar artmaqdadır. Burda başa düşüləni odur ki, qohumbazlıq və müəyyən sövdələşmələr gedir..." Dia-az.İnfo bildirir ki, bu sözlər Elmin Rəhimov "Azəriqaz" çalışanının müraciətində yer alıb.

Narazı vətəndaş daha sonra yazır: ""Azəriqaz" İstehsalat Birliyinin TTİ sahəsində işləyirəm, artıq üçüncü aya daxil olur ki fəhlələrin özlərinin rifahının yaxşılaşması üçün göz dikdikləri ezamiyyə pullarına məhdudiyyət qoyurlar.

Biz dərdimizi kimə deyək, neyləyək... bilmirik... Dünən 13 min manat kreditə girmişəm. 20%-lə "Beynəlxalq bank"dan öz iş yoldaşımın adına məcburiyyətdən götürdüm. Ailə vəziyyətimiz çətindir. Övladlarımın müalicəsi üçün məcbur qaldım.

Olmazmı ki elə növbəli şəkildə ezamiyyələrin verilməsi olsun? Olmazmı ki əmək haqlarının artımı olsun? Belə yanaşmaq olmaz fəhlələrə qarşı... Bu gedişatla cavanları işdən də çıxardanda işsiz qalıb pis vərdişlərə meyilənirlər...

Gəlin haqq yoluna... olmaz belə... Hamı bu dünyadan əliboş gedəcək... O biri dünyada, vallah, nə vəzifəli olacaq... nə də fəhlə... Nə qalacaqsa, bu dünyadan o dünyaya insanlıq qalacaq..."
Ardını oxu...
Məcnun Məmmədovun Kənd Təsərrüfatı Naziri təyin edilməsindən 1 il 4 ay keçməsinə baxmayaraq, hələdə bu qurumda ciddi islahatlar aparmayıb. Ancaq son aylar KTN-də islahatların aparılması ilə bağlı məlumatlara ölkə mətbuatında tez-tez rast gəlmək olur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Kənd Təsərrüfatı Nazirliyində işdən çıxarılacaq şəxlər arasında ilk sırada dayananlardan biridə "Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Bayandur Rzayevdir. Məlumata görə işğaldan azad olunmuş ərazilərdə Bayandur Rzayevin müəyyən gizli əməllərinin üstü nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən açılıb."Heyvandarlığın təşkili və monitorinqi” şöbəsi müdirinin əməlləri barədə KTN rəhbərliyi məlumatlandırılıb. Bildirilir ki, işdən çıxarılacağı məlumatı əldə edən Bayandur Rzayev nazir müxtəlif kanallar vasitəsilə nazir Məcnur Məmmədova təsir etmək istəyir.

Ardını oxu...

Qeyd edək ki, Bayandur Rzayev KTN-də Dövlət Baytarlıq Xidmətinin rəisi, daha Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində işləyib. Şöbə müdirinin qardaşı Elnur Rzayev isə hazırda Xaçmaz rayonunun icra başçısıdır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
 
Ardını oxu...
Parlamentdə olduğu müddətdə “susmaq qızıldır”- ifadəsini əlində bayraq edərək danışmayanlar yenidən önə keçiblər. Əslində parlament sözünün mənası danışmaq deməkdir. Elə millət vəkili də xalqın sözünü öz üzərinə götürüb parlamentdə danışan adama deyirlər. Ərəb dilindən götürülmüş “vəkil” sözü “başqasının işini görmək üçün tapşırıq almaq” anlamına gəlir. Latıncadan “advakatus” sözü isə “yardıma çağırıram” mənasını verir. Yəni istənilən halda millət vəkili adını daşımağa layiq olan şəxs, həmin secicilərinin sözünü parlamentdə deməlidir. Amma elə millət vəkillərimiz olub ki, parlamentdə olduqları müddətdə bir dəfə də olsun danışmayıblar. Belə susmağı qızıl hesab edənlərdən biri də sabiq deputat Xanlar Fətiyev olub. Sabiq deputat parlamentdə olduğu dövrdə bir dəfə də olsun danışmayıb. Əgər danışsaydı onun videogörüntüsünü ekranlarda görə bilərdik. Uzun müddət susqun qalan sabiq deputat bu illərdə öz gününə ağlamağı bacarıb. Yəni fərasət işlədərək özünə böyük biznes qurmağı bacarıb. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Xanlar Fətiyev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İntizam komissiyasının üzvü olub. Amma bu saydıqlarımız sadəcə bir görüntü olub. Xanlar Fətiyev Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Bolqarıstan, Çexiya, Çin, İraq, Koreya, Makedoniya, Moldova, Sloveniya, Tailand parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub. Ağıllı olan Fətiyev məhz işçi qrupunun üzvü olduğu ölkələrdə biznes qurmağı bacarıb. Sabiq deputat öz biznesini genişləndirməklə həmin dövrdə külli miqdarda vəsaiti ölkədən kənara çıxarmağı bacarıb. Fərasətli olan sabiq deputat müxtəlif ölkələri əhatə edən biznes şəbəkəsi qurub. Hələ bir neçə il öncə mühacirətdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin Avropanın bir sıra ölkələrində qurduğu şirkətlər barəsində sənədləri açıqlayıb.

Hələ o zaman Cavanşir Həsənli Xanlar Fətiyevin biznesi ilə əlaqədar hazırladığı və özünün “Facebook” profilində yerləşdirdiyi materiallara nəzər salaq:

“Parlamentin mandatını daşıyan oliqarx, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Almaniyada böyük işlər görməkdədir. Adamı zatən ora təyin ediblər ki, Almaniyada ölkəmizlə bağlı iş aparsın, ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini versin. O da əlindən gələni edir. Berlində, Ştutqartda şirkətlər açıb, nə az-nə çox 3 milyon avrodan artıq yatırım edb. Şəkillərini paylaşdığım AZ seriyalı 100 minlik avtomobillərə təkcə Berlində və Ştuttqartda deyil, Münxendə, Hamburqda, Frankfurtda, Drezdendə (aeroport terminalı) rast gələ bilərsiniz.

Bunlar kolleksiya filan deyil, Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.

Şirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırki direktoru Elvira Şahbazovadır. Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.

Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də, “Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi:

“Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.

Deputatın Almaniyadakı daha bir şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir. 2011-ci ili 100 min avro zərərlə başa vuran bu şirkətini hazırda Berlində yaşayan Sona Osmanova idarə edir.

Almaniyanın Lübeck şəhərində, Pinassenweg 26-da isə AZNUR GMBH tərəfindən taksi parkı açılıb.

AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.

Keçək, Belarusiyaya…

Bu ölkədə Fətiyevin iki şirkəti var. Minskdə Xanlar Fətiyevə məxsus AZNUR ZTAA (Замежнае таварыства з абмежаванай адказнасцю “АЗНУР””) şirkəti də avtomobillərin icarəsi ilə məşğuldur. 2010-cu ilin sentyabrın 15-dən fəaliyyətdə olan şirkətin (qeydiyyat nömrəsi: 191431445) ofisi Belarusiya paytaxtının Sovetskaya 2/2 ünvanında yerləşir. Şirkətin bu ünvandakı avtoparkından başqa, Minskin Kirovsk küçəsi 13 ünvanındakı “Crowne Plaza” otelində də xidmət parkı var. Şirkət sürücüsüz və ya sürücülü olmaqla ümumilkdə icarəyə 32 avtomobil təqdim edir. (http://aznur.by/services/…)

Deputatın Belarusiya paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг “АЗНУР Таксі”) 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb, lakin ötən ilin martında bağlanması üçün rəsmi müraciət olunub.

Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.

Azərbaycanda AZNUR MMC ilə bağlı isə yazmağa lüzum yoxdur, zatən Binə aeroportundan tutmuş ölkənin bir sıra şəhərlərində Fətiyevin avtoparkları hər kəsə bəllidir.

Amma oliqarx deputat heç də təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya qurmayıb. Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur.

Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

1. Tbilisi, 10 I. Abashidze St.

2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5

3. Tbilisi, 4/2 Gulia Sq.

4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.

Marketlər Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti tərəfindən idarə olunur.

AZNUR GEORGİA LLC 2016-cı il mayın 23-də Gürcüstanın Ədliyyə nazirliyində 404513941 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirilib. Qeydiyyat ünvanı Georgia, Tbilisi, Vake-Saburtalo, M.Kostava N 63/68 olaraq qeyd olunub. Şirkətin rəsmi təsisçisi Fətiyevin Azərbaycandakı AZNUR MMC (2002-ci ildən fəaliyyətdədir) şirkətidir.

Azərbaycandakı AZNUR TRADE MMC supermarketlər şəbəkəsi üçün təkcə ötən ilin yanvarında Belarusiyanın Poltava ət kombinatına (Тов Полтавський Мясокомбінат) 19950 kq ət məhsulları sifariş edib.

Bu da hamısı deyil, Fətiyev çox uzaq ölkələrin birində xüsusilə “məşhurdur”. Əməlli-başlı skandal yaradıb.

Bu barədə başqa bir vaxt…”

Göründüyü kimi “susmaq qızıldır” deyib danışmayan Fətiyev cəmi bir neçə il ərzində Avropanı fəth etməyi bacarıb. Bu gün yenidən parlamentə düşmək eşqinə düşən və bunun üçün himayədarlarından dəstək alan Fətiyev görəsən indi hansı qitəni fəth etmək eşqinə düşüb.

Artıq çoxlarına məlumdur ki, Fətiyev kimlərinsə razılığını almaqla işin yarısını həll edə bilib. Qaldı namizədliyi hakim partiya tərəfindən irəli sürüldüyü 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin insafına…

İndi 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin ona səs verəcəyi heç də inandırıcı görünmür.

Vətəninfo.az
 
 

 


Ardını oxu...
Məlum olduğu kimi iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir.

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, – deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Aktualinfo.org bir müddət əvvəl respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məqalə yaymışdı.

Bir daha xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq paytaxtımızda “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulub. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaq doldurub yaşıllıqların salınmasını indi də təmin edir.

Qeyd edək ki, verilən məlumatlara görə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında müxtəlif şirkətlər həyata keçirir. Ötən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti udub. Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC sözügedən tenderi dövlət satınalmalarının vahid internet portalında keçirməyib.

Qeyd edək ki, MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.

Redaksiyanın əldə etdiyi məlumata görə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmir. Hazırda MMC-nin təmizləyərək üstünü torpaqla örtdüyü yerlərdən yenidən neft tullantıları çıxır ki, bu da məcburən dənizə axıdılır. Bu isə ərazidə çirklənmiş torpaqların yenidən təmizlənməsini tələb edir. Verilən məlumatlarda həmçinin bildirilir ki, “EL-85” MMC nin heç bir texnikası yoxdur. MMC ağır tonnajlı yük avtomobillərini icarəyə götürür ki, bu da artıq vəsaitin xərclənməsinə gətirib çıxarır. Bundan əlavə avtomobillər çox vaxt məqsədli şəkildə yükü az doldurur ki, bu da gün ərzində 5 reys əvəzinə 10 reys etməsinə gətirib çıxarır ki, buradan da əlavə pullar yazılır. Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85” MMC-nin bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması dayanır. Redaksiya bunlarla bağlı foto faktlar da təqdim etmişdi.
Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir. Belə olan təqdir də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Pirallahı rayonunda 45 hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri üzrə “EL-85” MMC ilə yenidən müqavilə bağlamaq istəyi başa düşülən deyil. Əgər bu MMC Ağ şəhərdə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirə bilməyibsə belə böyük həcmili bir işi bir daha sözügedən şirkətə həvale etmək nə dərəcədə doğrudur?
Yazının başlanğıcında Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyini əbəs yerə vurğulamamışıq. İyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib. Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının sayının artdığını bildirib. O, Sammitə böyük marağın ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi olduğunu vurğulayıb.
Bakıda, Ağ şəhərdə, dəniz kənarında çəkilmiş bu fotolar “Ekol Mühəndislik Xidmətləri” QSC -nin sifarişi əsasında “EL-85” MMC-nin gördüyü işlərin nəticəsidir. Bu Sammitinə iştirak edəcək dövlət və hökumət başçılarında, mötəbər qonaqlarda nə kimi təəssüratlar yaradacaq, görəsən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyini heç düşündürürmü?
Aktualinfo.org
Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanda sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərinin təbliğat kampaniyasına rəsmən start verilməsə də, artıq bəzi icra hakimiyyətləri müəyyən namizədlərin xeyrinə görüşlər keçirir, müvafiq tapşırıqlar verirlər.

Xalqxeber.az xəbər verir ki, keçiriləcək parlament seçkiləri ilə bağlı qapalı görüş keçirən icra hakimiyyəti başçılarından biri də Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov dur.

Vüqar Novruzov ötən gün İctimai Şura üzvləri ilə icra hakimiyyətində görüş keçirib.

Rəsmi xəbərlərində görüşün məqsədi ictimai şuranın fəaliyyəti ilə bağlı göstərilsə də, görüşün seçki fəallığının artırılması ilə bağlı əhali arasında təbliğatın aparılması və YAP tərəfindən namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun imza toplama kampaniyasına dəstək vermək olduğu bildirilir

Xatırladaq ki, Vüqar Novruzov 2019-cu ildən Naftalan şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Bu vəzifənin onun üçün tramplin olduğu deyilir.

Son günlər isə Vüqar Novruzovun paytaxtın mərkəzinə - Nəsimi rayonuna başçı təyin ediləcəyi barədə ölkə mediasında məlumatlar dərc olunmaqdadır.
 

Dünyapress TV

Xəbər lenti