Ardını oxu...
2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib. Tribunainfo.az xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermirlər.

Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

Tribunainfo.az xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.

Bizneslə də məşğul olan Vasif İmanov öz adına uyğun VAST MMC şirkəti yaradıb. Həmin şirkət isə Pirallahı rayonunda görülən yenidənqurma və təmir işlərinin hamısında iştirak edir. Onun digər şirkəti isə Tariyel adılı qudası ilə birlikdə yaratdığı “Azərsüvinir” MMC–dir.

Onu da bildirək ki, icra başçısı Pirallahıda “Pirallahi Fihs House” və “Balıq Bazarı” adlı restoranların da sahibidir.

Bundan başqa, icra başçısının böyük oğlunun Çexiyada, Polşada və digər ölkələrdə əmlakları olmasına daier məlumatlar var.

Vasif İmanov bu posta qudasının sayəsində sahiblənib. Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır. Qudası, “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov sayəsində Pirallahıya icra başçısı təyin olunan İmanov, indi günlərini saymağa başlayıb.

Həm Qorxmaz Hüseynov yoxdur, durumunun da yaxşı olmadığı bildirilir. Həm də İmanovun bəzi əməlləri haqqında mənfi rəyin yaranmasına səbəb olub.
 
Ardını oxu...
Azərbaycanda ENİGENT şirkətinə məxsus olan BİRlink internet provayderi abonentlərin başına bəla olub. Öz xidmətini telekommunikasiya sahəsində əsl inqilab adlandıran şirkətin deyəsən xəbəri yoxdur ki, göstərdikləri fəaliyyət inqilab deyil, fəlakətdir, rüsvayçılıqdır, abonentlərin əsəblərini tarıma çəkməkdir. İndi hansı dövrdür ki, internet verilişində günlərlə, saatlarla fasilə yaransın? İndi Avropada, qonşu ölkələrdə, hətta bəyənmədiyimiz İranda belə internet sürətli, keyfiyyətli və azad zonalarda vətəndaşlara paylanan bir şəbəkədir. Amma BİRlink xidməti internetin, texnologiyanın hər saniyə sürətlə inkişaf etdiyi bir vaxtda sürünür, abonentlərə normal xidmət göstərmir. Əgər araşdırsaq, Əfqanıstanın Qəndahar bölgəsində belə internetin yayımı sürətlidir, lakin Bakının Xətai rayonu, İnqilab İsmayılov 50 ünvanında Birlinkin bərbad xidməti ucbatından mənzillərdə normal internet verilmir.

Nazir müavininə məxsus BİRlink internet provayderi fəlakət yaşadır

Anaxeber.info-ya müraciət edən vətəndaşlar bildirirlər ki, BİRlink provayderinin üzündən internetə istədikləri formada qoşula bilmirlər. Son 1 ay ərzində isə ümumiyyətlə, böyük bir fəlakət yaşanmaqdadır. İnqilab İsmayılov 59 ünvanında yaşayan sakinlərin sözlərinə görə, dəfələrlə şirkətə zəng edilir, amma telefonda olan operator şablon cavab verir: ərazidə problem var. Əgər ərazidə problem varsa, xidmətin əməkdaşları yaxınlaşıb həlli ilə məşğul olmalıdırlar. Axı ərazidə nə problem ola bilər? Problem ərazidə deyil, Birlinkin saymazlığındadır. Sakinlərin bildirdiyinə görə, ödəniş vaxtı çatan kimi dərhal BİRlink internet verilişini dayandırır və ödəniş olunanda bərpa edir, amma günlərdir ki, internet gah kəsilir, gah saatlarla olmur, amma bunun məsuliyyətini daşımaq istəmirlər. Bəs, abonentin hər gün üçün ödədiyi vəsaiti necə kompensasiya edəcəklər?
Sakinlər bildirirlər ki, BİRlink provayderindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Elektron Təhlükəsizlik Xidmətinə şikayət edəcəklər. Dövlət qurumlarından BİRlink internet provayderi ilə bağlı araşdırma aparılmasını xahiş edən şikayətçilərin sözlərinə görə, şirkətə müraciətlər artıq heç bir effekt vermir. Ona görə də dövlət orqanlarının hərəkətə keçməsinə zərurət var. İ. İsmayılov 50 ünvanında yaşayanlar onu da qeyd edirlər ki, vəziyyət belə davam etsə, o zaman Birlink xidmətindən imtina edəcəklər. Bunu isə bu əmtəə nişanına sahib olan ENGİNET firması özü düşünməlidir ki, müştərilərini itirir. Xüsusən də şirkətin təsisçisi Elnur Məlikov, direktoru Anar Nağıyev, marketinq şöbəsinin rəhbəri Elmira Abbasova, BİRlink müştəri xidməti departamentinin rəhbəri Elnarə Əfəndiyev bu haqda daha çox "baş sındırmalıdırlar".
Qeyd edək ki, Enginet” MMC-nin təsisçisi Məlikov Elnur Yadigar oğlu, direktoru isə Nağıyev Anar Xəlil oğludur.
Elnur Məlikov Emil Məmmədovun qaynıdır. Bəs, deyə bilərsiniz ki, Emil Məmmədov kimdir... O,
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun əmisi oğludur. Mediada xəbərlərə görə, BİRlink/ENGINET” əslində birbaşa nazir müavini Samir Məmmədova məxsusdur.
 
Ardını oxu...
Kürdəmir sakini Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşlarını da saxta akt tərtib etməkdə günahlandırır

Kürdəmir rayonu, Şüşün kənd sakini İbrahimli Pərviz Tahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Ölkəmizdə 4-cü hakimiyyət olaraq, Sizin dəstəyinizə ehtiyacım var. Səsim cənab Prezidentimizə çatmır. İnanıram ki, ucqar bir kənddə baş vermiş qanunsuzluqlar sizin sayənizdə aradan qaldırılacaq. Kəndimizin barbar Bələdiyə başçısı və onun özlərini qanundan üstün hesab edən havadarları axır ki, qanunlarımızın məngənəsindən canını qurtara bilməyəcək.

Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevin özbaşınalıqları barəsində lazimi qurumlara məlumat vermişdim. Bildirmişdim ki, Köhünlü Bələdiyyəsinin elə üzvləri var ki, illərdir iclaslarda iştrak etmir və özləri də kənddə yaşamır.

Həmçinin bildirmişdim ki, Azər Ağayev Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununun tələbinə əməl etmir və seçicilərə hesabat vermir. O, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırmır.

Bununla yanaşı, bələdiyyəyə məxsus 100 hektarlarla torpaq sahəsi nəyinsə müqabilində qanunsuz olaraq, hərrac nəticələri və icarə müqavilələri olmadan istifadəyə verilib. Məktub ünvanlayaraq aşağıdakıları xahiş etmişdim.

1. Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilin.

2. Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində seçicilərə məlumat verilsin.

3. Köhünlü Bələdiyyəsinin ərazisində qanunsuz istismar olunan 100 hektarlarla torpaq sahəsinin qanunsuz istismar olunmasına dair Cinayət Məcəlləsinin 188-ci maddəsinə uyğun hüqquqi addım atılsın.

4. Qeyri-qanuni istismar olunan torpaqlar dövriyyəyə qaytarılaraq hərraca çıxarılsın.

5. Torpqaların qeyri-qanuni istifadəyə verilməsinə görə korrupsiya faktı araşdırılsın.

10.07.2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşları torpağa baxış keçirərək, akt tərtib ediblər. Qeyd edim ki, baxış zamanı torpaqlara dair heç bir sənəd təqdim edilmədi. Həmçinin, ölçülər aparılan zaman əmlak mütəxəssisləri ərazilərə dair sənəd aşkar edə bilmədilər. Lakin mənə akt təqdim edilərkən tərtib edilən aktın tam qanunsuz və saxta faktlarla dolu olduğunu gördüm. Qarşı tərəf akta imza atmayacağım təqdirdə aktın surətini əldə edə bilməyəcəyimi dedi. Bu faktı əmlak mütəxəsissinin üzərindəki video müşahidə cihazından da təyin edilə bilər. Aktı əldə etmək üçün imza atdım və qarşı tərəfə tərtib edilən aktdan şikayət edəcəyimi bildirdim. Tərtib edilmiş aktda olan qanunsuzluqları bir-bir qeyd etmək istərdim.

1. Aktda 15 hektar torpaq sahəsinin 26 avqust 2007-ci ildə Bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsi ilə Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verildiyi qeyd edilib. Burdan belə çıxır ki, şəxsin icarə müqaviləsi 2032-ci ildə bitir. Halbuki, qeyd edilən ərazinin 22 hektarı 906012001114 nömrəli çıxarışla 1 avqust 2024-ci il tarixində hərraca çıxarılıb. Bu fakt tərtib edilən aktın saxta olmas barəsində əsaslı dəlildir.

2. Aktda qeyd edilib ki, 19.30 hektar torpaq sahəsi Zülfiqarov Hüseyn Ədalət oğlunun icarəsindədir. Halbuki, 906012001064 nömrəli torpaq sahəsi 11 oktyabr 2023-cü tarixində hərraca çıxarılıb və ölçüsü aparılan yerdə yerləşmir və tamamilə başqa adama məxsusdur.

3. Yuxarıda göstrilən faktlar Alıyev Etibar Alı oğlunun və Şahverdiyev Həsrəd Murad oğlunun istifadəsində olan torpaq sahələrinə də aiddir.

4. Ölçülən torpaq sahəsinin ümumi ölçüsü 120 hektar olduğu halda yuxarıda qeyd edilən sənədlərdə 68.34 hektar sahə barəsində məlumat var. Qalan torpaq sahələri barəsində heç bir məlumat yoxdur.

5. Mənim təqdim etdiyim digər sahələr haqqında mılumat akta daxil edilməyib.

Bütün faktlar göstərir ki, Kamil Həsənli təsir dairəsinə düşüb və ədalət prinsiplərini unudub. Qeyd edim ki, ölçü aparan zaman Bələdiyyə sədri torpaq sahələrinin sənədi olmadığını görərək, “konsert” verdi. Səsini başına ataraq məni “provikasiya”ya çəkməyə cəhd etdi. Bu səbəbdən də qanunsuz istismar olunan digər torpaq sahələrini əmlak mütəxəssislərinə təqdim edə bilmədim. Bunu nəzərə alaraq, aşağıdakıları xahiş edirəm:

1. Xahiş edirəm ki, ədalətin bərpası üçün əraziyə Bakıdan əmlak mütəxəssisləri göndərilsin.

2. Bələdiyyəyə məxsus bütün torpaq sahələrinin sənədləri yoxlanılsın.

3. Təkrar ölçü aparılan zaman Kürdəmir RPŞ-dən içtimai asayişi qorumaq üçün polis dəvət edilsin.

4. Tərəfimdən təqdim edilmiş koordinatlarla ölçü zamanı təqdim edilmiş 906013033032, 906013033033, 906013033034, 906012000745, 906012000746, 906012001064 çıxarışlardakı koordinatların uyğunluğu yoxlanılsın.

5. Media qurumları bütün ölçü prosesində iştrak etsinlər.

Həmçinin, aktda qeyd edilib ki, Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinə rəsmi müraciət ünvanlamalıyam.

Hörmətli Ucar Ərazi Şöbəsinin rəhbərliyi!

Sizdən rəsmi şəkildə xahiş edirəm ki, yuxarıda qeyd edilən torpaqarın sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat verilməsi üçün rəsmi tələbimi icra edəsiniz.

Bununla yanaşı aktda qeyd edilib ki, Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində məlumat verməsi üçün Köhünlü bələdiyyəsinə rəsmi müraciət etməliyəm.

Hörmətli Azər Ağayev!

Sizdən xahiş edirəm ki, Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində mənə rəsmi məlumat verəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Şəkinin Baş Göynük kənd sakini, II qrup əlil, 1967-ci il təvəllüdlü Aqil Məmmədov 12 ilə yaxındır sürücü kimi işlədiyi Şəki Suvarma Sistemləri İdarəsindən qanunsuz işdən çıxarıldığını iddia edib. Şikayətçi bildirib ki, idarə rəhbərliyi ona işdən çıxarılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etməyib, hazırda çıxılmaz vəziyyətdə dolanışıq üçün kömək gözləyir.

“İdarənin rəisi Sabir Əhmədov zəng edərək təcili öz xahişimlə işdən çıxmaq üçün ərizə yazmağımı istədi. Ona əlil və xüsusi kateqoriyaya aid Çernobıl veteranı olduğumu xatırlatdım. Bildirdim ki, ixtisarlara mənimlə başlamaq mövcud qaydalara ziddir”,-Məmmədov Meydan TV-yə bildirib.

Şikayətçinin sözlərinə görə, onun ixtisarını idarə etdiyi avtomobilin köhnəlməsi ilə əlaqələndiriblər:

“Öz xahişimlə işdən çıxmaq təklifi ilə razılaşmadım. Dedilər ki, göstəriş birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov tərəfindən gəlib. Agentlik sədri niyə tanımadığı Çernobıl veteranının işdən çıxmasına göstəriş versin? Bu bəhanəyə inanmıram”.

A.Məmmədov bildirib ki, aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, martın 6-da xəbərdarlıq etmədən işdən çıxarılıb.

“Üç qızım mənim himayəmdədir, üstəlik, əlil övladı olan bacıma da köməklik edirəm. Ünvanladığım məktuba agentliyin Aparat rəhbərinin imzası ilə cavab göndərilib. Guya mənim Çernobıl veteranı və əlil olmağımdan 10 ildən çox işlədiyim Şəki Suvarma Sistemləri İdarəsinin xəbəri olmayıb. Yalnız işdən çıxarılandan sonra bundan xəbər tutublar. Deyirlər ki, Həmkarlar İttifaqının qərarı ilə işdən çıxarılmışam. İşə vaxtlı-vaxtında getməməyimi əsas gətirirlər, mən isə bunun sübut olunmasını istəyirəm”,-Məmmədov bildirib.

O, Prezident İlham Əliyevə müraciət edərək öhdəsində 3 qız övladının olmasını, bacısının ailəsinə də yardım göstərməsini nəzərə alaraq işlə təmin edilməsinə yardm göstərməyi xahiş edib. Hazırda fəhlə kimi çalışan Məmmədov səhhətində problemlər yarandığını da qeyd edib.

Şəki Suvarma Sistemləri İdarəsindən Meydan TV-nin sualını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yönləndiriblər. Agentlikdən isə şikayətlə bağlı açıqlama verməyiblər.
 
Ardını oxu...
Məlum olduğu kimi Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli sərəncamına dəyişiklik edərək 2023-cü ilin fevralında yeni regional mədəniyyət idarələri yaradılıb. Sözügedən Sərəncamla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri əsasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, 12 regional mədəniyyət idarələri yaradıldı. Bundan bir qədər sonra, yəni 2023-cü ilin aprelində Adil Kərimli Mədəniyyət naziri təyin edildi.

Qeyd edək ki, sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin uzun illər tutduğu vəzifədən azad olunmasından sonra da bir çox mədəniyyət idarələrində və bir sıra rayonlarda yerləşən tabe müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı kimi cinayətləri törətmələri barədə ortaya çox faktlar çıxdı. Çox iddialı şəkildə Mədəniyyət naziri postuna oturmuş Anar Kərimov da ölkənin mədəniyyət idarələrində baş verənlərin qarşısını ala bilmədi və heç iki il keçməmiş gözlənilmədən tutduğu vəzifədən azad edildi.

Mədəniyyət naziri vəzifəsinə təyin olunmasından bir il üç ay keçməsinə baxmayaraq hələ yeni sayılan Adil Kərimli də bu müddət ərzində sabiq nazirlərdən qalma kadrlarla uğraşmaqdadır. Bununla yanaşı gənc nazirin özünün təyin etdiyi bəzi kadrlar da artıq ona problemlər yaratmaqdadır. Ötən ilin 6 may tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin etdiyi Ramil Rəhimov kimi. Bəs Ramil Rəhimov öz nazirinə problemləri necə yaradır?

Aktualinfo.org Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırma aparmışdır. Qurum tərəfindən dövlət satınalmalarının internet portalına yerləşdirilmiş məlumata görə Quba – Xaçmaz RMİ tərəfindən taxta qırıntısının satın alınması məqsədi ilə 15.05.2024 cü il tarixdə kotirovka sorğusu metodu ilə elan edilmiş və AZ 1142 Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov ev 17 mənzil 30 ünvanında yerləşən “Blueprint Construction” MMC (VÖEN 2007581821 ) 47777.74 AZN (qırx yeddi min yeddi yüz yetmiş yeddi manat 74 qəpik) məbləğində qiymət təklifi ilə qalib elan edilmişdir. MRB Construction MMC Qanunun 35.1.1 maddəsinə əsasən kotirovkada iştirakı uyğun olmadığı üçün kənarlaşdırılmışdır.

Qeyd edək ki, taxta qırıntısının, odun yanacağının satın alınması Mədəniyyət Nazirliyinin bir sıra rayonlarda yerləşən tabe müəssisələrinin əsas mənimsəmə, yeyinti sahəsidir. Burada bölgələrdə yerləşən aylarla qapıları açılmayan gözdən uzaq mədəniyyət evlərinin, kitabxanaların qızdırılması üçün ayrılan pullar idarə rəisləri tərəfindən çox asan şəkildə mənimsənilir. Belə ki, kənd mədəniyyət evlərinin, kitabxanaların qapiları qış aylarında nadir hallarda açılır, lazım olan cüzi odun yanacağını isə müdirlərin özləri təşkil edir. Sənədlərdə isə Regional Mədəniyyət İdarəsinin əlaqədar müəssisələri odun yanacağı ilə təmin etdiyi göstərilir.

Məsələn Quba – Xaçmaz RMİ tərəfindən taxta qırıntısının satın alınması məqsədi ilə keçirilmiş kotirovka sorğusunun şərtlər toplusunda göstərilir ki, qalib şirkət ilin sonuna qədər Amsar kənd Diyarşünaslıq klubunu 2, Qımıl kənd Diyarşünaslıq klubunu 2, Vladimirovka kənd Folklor klubunu 2, Yerfi kənd klubunu 2, Tüləkəran kənd klubunu 2, Küsnət kənd kitabxana filialını 2, Uşaq (hansı- ??? ) musiqi məktəbini 6, Hiloba kənd klubunu 2, 2 № Şəhər (hansı-?) kitabxanası 2, Beşdam kənd kitabxanasını 2,Dağbilici kitabxanasını 2 kub odun yanacağı ilə təmin etməlidir. Siyahıda 182 mədəniyyət müəssisəsinin adı var.

Məlumat üçün bildirək ki, kotirovkanın qalibi olan “Blueprint Construction” MMC 02.09.2022 -ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000nbmanat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏZAHİR RÜSTƏMOV, ev 17, mənzil 30 da yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov İlqar Abbas oğludur.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “Blueprint Construction” MMC bir sira başqa dövlət qurumlarının da keşirdiyi tender və kotirovka orğularının qalibi olub. Belə ki, MMC dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar istifadə olunacaq əklil və güllərin satın alınması, abadlıq,təmizlik və yaşıllıqlara qulluq işlərinin həyata keçirilməsi, cari təmir işləri, inzibati binalarında kommunal xidmətlərinin satınalınması, şüşələrin və fasad örtüyünün yuyulması xidmətinin satınalınması, jalyuz pərdələrin satınalınması, katriclərin dolumu işləri, çap məhsullarının satın alınması, kanalizasiya sularının daşınması və zərərləşdirilməsi işlərinin satınalınması kimi ayrı-atrı lotlar üzrə keçirilmiş satınalmaların qalibi olub.

Qeyd edək ki, Quba- Xaçmaz Regional Mədəniyyət İdarəsi odun yanacağının alınması üzrə 49.302 manat məbləğində bir satınalma müqaviləsini də “SUNNY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 07.11.2023-cü ildə bağlayıb. Bu satınalmanın şərtlərinə görə qalib şirkət il ərzində, yəni 2 aya satınalan təşkilatın 162 müəssisəsini 2 kub, ümumi olaraq 330 kubmetr odun yanacağı ilə təmin etməli olub. Burada odun yanacağının bir kubu Regional Mədəniyyət İdarəsinə 149 manat 40 qəpiyə düşüb. Halbuki rayon yerlərində doğranmış odun yanacağının bir kubmetrini 70-80 manata satırlar.

Burada şübhəli məqamlar nələrdən ibarətdir? Regional Mədəniyyət İdarəsi kotirovka sorğusu müsabiqəsinin dərc edilmə tarixini 08.09.2023-cü ilə müəyyən edib. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SUNNY” MMC-nin 09.08.2023-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev 44, qanuni təmsilçisi kimi isə Tarverdiyev Vüqar Hüseyn oğlu qeyd olunub. Görüdüyü kimi MMC kotirovka sorğusu müsabiqəsindən cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınıb.

Göründüyü kimi Quba- Xaçmaz Regional Mədəniyyət İdarəsi noyabr 2023-cü ildən iyul 2024-cü ilə, yəni 9 ay ərzində odun yanacağının satınalmasına 97 079 manat vəsait ayırıb. Bu məbləğin nə qədər şişirdildiyi göz önündədir.

Göründüyü kimi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Satınalma Komissiyası kotirovka proseduru zamanı nə “Blueprint Construction” MMC-nin, nə də “SUNNY” MMC-nin müvafiq sahədə peşəkarlığının, təcrübəsinin nəzərə almamışdır. Bu da keçirilən müsabiqəyə dair maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin keçirdiyi satınalmalarda şübhəli məqamlar bunlarla bitmir. Qurumun cari təmir işlərinin satın alınması üzrə “MLİC-A” QSC ilə 07.12.2023-cü ildə 31.265,99 manat məbləğində bağladığı satınalma müqaviləsində də şübhələnməyə əsaslar var. Burada cari təmir işlərinin harada aparılacağı bəlli deyil. Bundan əlavə Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında bu adda vergi ödəyicisinin olmadığı göstərilir.

Regional Mədəniyyət İdarəsi Kommunal- kommunikasiya xətlərinin təmir işlərinin satın alınması üzrə “RUSNUR CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan satınalma müqaviləsində də şübhəli məqamlar var. 25.10.2023-cü ildə açıqlanan məlumatda tərəflər arasında 45.634,97 manat dəyərində satınalma müqaviləsi bildirirlir. Burada da kommunal- kommunikasiya xətlərinin təmir işlərinin harada aparıldığı bəlli deyil.

Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi kimi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bütün bu kimi şübhələrə aydınlıq gətirilməsi məqsədi ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Belə ki, redaksiyasımaza zəng edərək özünü sözügedən qurumun rəhbəri kimi təqdim edən Ramil Rəhimov satınalmalarda heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdi və “Blueprint Construction” MMC-nin ixtisas göstəricilərində problem olmadığını qeyd etdi. Onu da əlavə etdi ki, satınalmanın nəticəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilib və cavab gələn kimi sizə sənədlərlə cavab veriləcək.

Mövzu ətrafında araşdırmalarımızı apararkən məlum oldu ki, Ramil Rəhimov 8 iyun 2024-cü ildən Adil Kərimlinin əmri ilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib. Buradan ortaya suallar çıxdı. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə göndərilən sorğu məktubuna nə üçün Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi cavab verir? Birincisi, məktuba Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi də deyil, Satınalma Komissiyasının sədri cavab cerməlidir. Çünki qanunla idarənin rəhbəri Satınalma Komissiyasının üzvü ola bilməz. Belə olan təqdirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisini Quba-Xaçmazda baş verənlər niyə narahat edib? Görsənən odur ki, keçirilən satınalmalar önun rəhbərliyi dövründə olduğundan, elə onun da cavablandırılmağı məsləhət olub. Onun bizə zəng etməsi də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsində törətdiyi qanunsuz əməlləri ört-0basdır etməyə hesablanıbmış.

Əldə etdiyimiz ən son məlumata görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini Fərid Musayev müvəqqəti icra edir. Amma buna baxmayaraq Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov həm də bu idarəyə nəzarət edir. Yəni, belə də olur?

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakının,Mirəli Seyidov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının düz birinci mərtəbəsi obyektə çevrilir. Yaşayış binasının 1-ci mərtəbəsində obyekt tikilməsinə başlanıb.

XALQ.AZ xəbər verir ki, beşmərtəbəli binanın 1- ci mərtəbəsinin iaşə obyektinə çevrilməsi üçün gecə-gündüz təmir-tikinti gedir.
Sakinlərin əməkdaşlarımıza bildirdiyinə görə, obyektin fəaliyyətə başlaması səbəbindən 20-yə yaxın çoxillik ağaclar məhv olunub. Bu da ciddi ekoloji cinayətdir. Sakinlər deyirlər ki, bir tərəfdən binanın birinci mərtəbəsini iaşə obyektinə çevirməklə tikinti normativlərin pozulur, digər tərəfdən isə çoxillik ağaclar məhv edilərək qurban verilir.

Onlar hər iki fakt üzrə araşdırma aparılmasını tələb edirlər.

Bildirilir ki, ağacları Yaşıllaşdırma təsərrüfat birliyinin əməkdaşları obyekt sahibi Həbib Əliyevlə razılaşdıqları üçün kəsiblər ki, obyektin qabağı açılsın.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə çevrilməsinə Azərbaycanın dövlət rəhbərliyi tərəfindən qadağa olsa da, bu qərar görünür ki, bəzi işbazlar və dövlət qurumları üçün keçərli deyil. Təki onların maraqları təmin olunsun, geridə olanlar boş şeydi…

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə işbazlarla əlbir olub yaşayış sahəsini qeyri yaşayış sahəsi sənədi verirlər.

Hər gün yaşıl ağaclar kəsilərək qanunsuz tikinti aparılır və ya yaşıllıqlar məhv edilir.

Bu özbaşınalıqlara isə müvafiq orqanların ciddi nəzarət mexanizmi lazımdır.

Ancaq Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma təsərrüfat birliyi görməzdən gəlir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına əsasən isə Mirəli Seyidov küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və bir neçə ağacın kəsildiyi faktı təsdiqini tapıb.

Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Nə vaxt göndəriləcək? hara göndəriləcək? artıq bunu hüquq mühafizə orqanları araşdırmalıdır.

Bununla belə əməkdaşlarımızın hazırladığı materialı təqdim edirik və aidiyyatı strukturların bu məsələ ilə əlaqədar hərəkətə keçəcəyini, baş verənlərə aydınlıq gətirəcəyinə inanırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərinin adlarını açıqladıqdan sonra ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaranıb. YAP-ın siyahısı ətrafında başlayan müzakirələr gündəmi daha da zənginləşdirib.

Yenisabah.az xatırladır ki, hazırda adı ətrafında böyük ajiotaj yaranan namizədlərdən biri də Əlibala Səttar oğlu Məhərrəmzadədir. Onun namizədliyi 59 saylı Quba Seçki Dairəsindən irəli sürülüb.

Qeyd edək ki, Məhərrəmzadənin deputat olmaq iddiası onunla bağlı sensasion sayılacaq məlumatların tirajlanmasına səbəb olub. Mətbuatın yazdığına görə, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadə borc içində “üzür”. Onun 10 milyon manata yaxın borcunun olduğu bildirilir. Maraqlıdır ki, Məhərrəmzadə bu xəbərləri təkzib etməyə həvəs göstərmir.

“Yeni Sabah” YAP-ın 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizədi Əlibala Məhərrəmzadə ilə bağlı yeni məlumatlar əldə edib. Hakim partiyanın Quba rayon təşkilatının rəhbər şəxslərindən biri bizimlə söhbət zamanı İdarə Heyətinin bu qərarının qubalı YAP-çıların ürəyincə olmadığını bildirib. Onun sözlərinə görə, Əlibala Məhərrəmzadə əslən Qubadan olsa da, rayonla sıx əlaqəsi yoxdur. O, hətta YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Məhərrəmzadənin YAP-ın Quba təşkilatının heç bir toplantısına qatılmadığı deyilir. Bu üzdən də qubalı YAP-çılar onun namizədliyinə soyuq yanaşırlar.

Mənbə YAP Quba rayon təşkilatının Əlibala Məhərrəmzadənin namizədliyinin dəyişdirilməyi üçün İdarə Heyətinə müraciət etməyə hazırlaşdığını bildirib.

Bildirək ki, hazırda 59 saylı Quba Seçki Dairəsində Əlibala Məhərrəmzadənin iki əsas rəqibi var. Bunlardan biri Milli Məclisin deputatı Vahid Əhmədov, digəri isə tanınmış siyasi şərhçi Əliabbas Məhərrəmovdur.
 
Ardını oxu...
Təmir-tikinti işləri ilə məşğul olan "Promor" Məhdud Məsuliyyətli Cəmiyyəti növbəti dəfə Dövlət Turizm Agentliyinin (DTA) elan etdiyi tenderin qalibi olub.

Pravda.az xəbər verir ki, şirkət bu dəfə agentliyin elan etdiyi tender üzrə Xınalıqdakı tarixi yaşayış evlərinin bərpası ilə bağlı layihə-smeta sənədlərini hazırlayacaq.

Belə ki, bir müddət əvvəl DTA “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Quba rayonu, Xınalıq kəndində yerləşən tarixi yaşayış evlərinin bərpası üçün layihə smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Agentlik tender elan edən zaman layihə smeta sənədlərinin 400 min manata başa gələcəyini ehtimal edib. Amma tenderin sonunda "Promor" şirkəti ilə 257 830 manatla razılaşıblar.

İndi şirkət layihə smeta sənədlərini hazırlayacaq. Növbəti mərhələdə isə DTA bu dəfə bərpa işlərinin reallaşdırılması ilə bağlı tender elan edəcək. Ehtimal olunur ki, DTA Xınalıqdakı tarixi yaşayış evlərinin bərpası işlərini də elə "Promor" şirkətinə həvalə edəcək. Çünki 2020-ci ildə yaradılan "Promor" şirkəti 2022-ci ildə DTA-nın elan etdiyi tenderin ilk dəfə qalibi olub. Həmin vaxtdan bəri agentliyin "sevimli şirkəti"nə çevrilib. Şirkət ilk dəfə agentliyin Kulinariya Mərkəzinin əsaslı təmiri işlərini həyata keçirməyə başlayıb. Bu zaman 618 859,76 manatlıq müqavilə bağlanıb. Daha sonra mərkəzdəki əsaslı təmir üzrə qalıq işlərinin davam etdirilməsi ilə bağlı agentliyin elan etdiyi tenderin qalibi yenə də "Promor" şirkəti olub. Bu dəfə isə 638 675,59 manatlıq müqavilə bağlanıb.

Eyni zamanda, "Promor" şirkəti DTA-nın Abşeron rayonu ərazisində yerləşən Palçıq Vulkanlarının ətrafında müasir turizm infrastrukturunun xarici su təchizatı işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi olub və 429 671,37 manatlıq müqaviləyə imza atılıb.

Qeyd: "Promor" şirkəti 2020-ci ilin iyulun 17-də dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi MMC-nin direktoru Həsən Bəkirovdur.
Ardını oxu...
 
Ardını oxu...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar partlament seçkilərində yeni simaların olacağı şübhəsizdir. Ancaq bir necə gün öncə hakim Yeni Azərbaycan Partiyasının siyahısı açıqlananda çoxları yeni adları görüb təəccübləndi. Çünki hakim partiyanın açıqladığı siyahıda olduqca ilginc, keçmişi qaranlıq olan sabiq məmurlar da yer almışdı.

Belə ki, hakim partiyanın siyahısında yer alan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun adı hər zaman müxtəlif qalmaqallarda hallanıb. Belə bir şəxsin namizədliyinin Azərbaycanın həssas bölgələrindən biri olan 96 saylı Goranboy – Naftalan seçki dairəsindən irəli sürülməsi birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə Bədəl Bədəlovun əməlləri barədə yazılar dərc edilməyə başladı. Qeyd edək ki, Bədəl Bədəlov ötən ilin prezidentin 28 iyul 2023-cü il tarxili sərəncamı ilə vəzifəsindən azad edilib.

Bir sözlə 1 ildir ki , gözə görünməyən Bədəl Bədəlovu kimlərsə siyasət meydanına atmağı bacarıb.

Hər zaman Bədəl Bədəlov medianın diqqət mərkəzində olub. Amma heç vaxt sabiq vitse-prezident yaxşı işləri ilə diqqət mərkəzində olmayıb. Ya oğlunun qalmaqallı hərəkətləri, ya da çoxsaylı əmləklarını siyahısı diqqət çəkib.

Dövlət Neft Şirkətində (SOCAR) sosial məsələlər üzrə vitse-prezident olan müddət ərzində Bədəl Bədəlov özünə kifayət qədər var dövlət yığa bilib.

Bədəl Bədəlov 2011-ci ildən bu vəzifəni daşıyıb və 12 illik vitse-prezidentlik dövründə Dövlət Neft Şirkətində (SOCAR) ölkəmiz üçün heç bir lazımlı lahiyə həyata keçirə bilməyib.

Bədəl Bədəlov üzdə olmayan ən varlı oliqarx məmurlardan biri olub.

Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəllləsi kimi tanınan ərazidə dəyəri milyonlarla manatla ölçülən bir neçə villası var. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını əmək haqqı ilə almayıb.

Bədəl Bədəlovun ailsəinə məxsus olan “Naftalan Mərkəzi Sanatoriyası” MMC-ni oğlu Elvin Bədəlov idarə edir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Elvin Bədəlovdur. Xatırladaq ki, bu məlumat ictimailəşən sonra sanatoriyanın qanuni təmsilçisi tez-tələsik dəyişdirildi.

Onun digər oğlu Elçin Bədəlovun dəbdəbəli həyat ytərzi hər zaman diqqət mərkəzində olub. Onun bahalı avtomobillərlə fotoları sosial şəbəkələrin “bəzəyinə” çevrilib.
Aktualinfo
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb. Siyahıda bir sıra yeni adlar da var.

Namizədliyi diqqət çəkən şəxslərdən biri də 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, həkim stomatoloq Hüseynov Xaliq İsa oğludur.

Editor.az xəbər verir ki, Xaliq Hüseynovun deputatlığa namizəd olması ilə bağlı şəxsi sosial şəbəkə hesabındakı paylaşımı xeyli müzakirələrə səbəb olub. Hakim partiyadan deputatlığa namizəd və həkim olan Xaliq Hüseynovun kiçik bir paylaşımda çox sayda ciddi orfoqrafik və qrammatik səhvlərə yol verməsi onun təhsili və intellektual səviyyəsi ilə bağlı bir sıra suallara yol açıb. Sadə sözlərin yazılışında səhvlər edən deputatlığa namizədin bu paylaşımına sosial şəbəkə istifadəçiləri “indidən necə deputat olacağını bilinir” məzmunlu şərhlər yazıblar.

Xatırladaq ki, Xaliq Hüseynov ixtisasca həkimdir, “Dental Estetik Center” klinikasının təsisçisidir. 2020-ci ildə 18 saylı Nərimanov-Nizami SD-dən deputatlığa bitərəf namizəd olub.

Editor.az

Ardını oxu...


Dünyapress TV

Xəbər lenti