Ardını oxu...
“3 nömrəli poliklinikadan 3 həftədir şəkər dərmanlarımı ala bilmirəm. Səbəb olaraq isə bunu deyirlər ki, 6 aydan bir gəlib həkim yoxlanışından keçməlisiniz. TƏBİB hər adama 10 min sığorta pulu verib. İndi bunları silmək lazımdır axı! Bütün şəkər xəstələrini 6 aydan bir məcburi şəkildə həkimdən keçirirlər ki, sığortanın pulları silinsin. Yoxlanışdan keçməyənlərə şəkər dərmanlarını vermirlər”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Raifə Səfərova deyib. O daha sonra poliklinikada növbə sisteminin olmamasından gileylənib.

“3 həftədən sonra vaxt edib poliklinikaya getdim. 2 həkimdən keçdim. 3-cü həkim kardioloq Balakişi Quliyev orada canlı növbə yaradıb. Halbuki resepşında bizə növbə verilir. Mən 4-cü adam ola-ola, adını çəkdiyim həkim 12-ci, 8-ci adamı qəbul edir. Məni saxladır, gözlədir. Sonda əsəblərim dözmədi. Baş həkimin yanına qalxdım. Baş həkim yerində deyildi, onu müavini Füzuli Xəlilov əvəz edirdi. Vəziyyəti ona izah etmişəm. Mən şəkər xəstəsiyəmsə, dövlət bu dərmanları bizim üçün ayırıbsa, biz niyə gəlib onları vaxtlı-vaxtında götürə bilmirik?! Hələ də şəkər dərmanımı almamışam. Bir söz deyən kimi də deyirlər ki, TƏBİB bizə belə göstəriş verib. TƏBİB göstəriş verib ki, şəkər xəstələrini incidəsiniz?! Əgər mənim şikayətim varsa onsuz da həkimə gedəcəm. Yoxdursa mən niyə boş-boşuna həkimə getməliyəm ki? 6 aydan bir bu nə oyundur çıxarırsız? Niyə mənim sığortam boş-boşuna xərclənməlidir?!” deyə şikayətçi iddia edib.
Problemlə bağlı adıçəkilən poliklinika ilə əlaqə saxladıq. Poliklinikadan “Rəhbərlik hazırda iş yerində deyil, çölə çıxıb. Siz nömrə verin əlaqə saxlayacağıq. Yaxud da yarım saat sonra özünüz zəng edərək rəhbərliklə danışın. Mən sizə kömək edə bilməyəcəm. Şikayətlərin olması əlbəttə ki, normaldır” deyildi.
Yarım saat sonra, hətta bir gün sonra zəng edib problemə aydınlıq gətirmək istəsək də cəhdlərimiz boşa çıxdı. Poliklinikanın və adıçəkilən həkimin mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib. JAMAZ.İNFO xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermilər.

Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

JAMAZ.İNFO xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.

Bizneslə də məşğul olan Vasif İmanov öz adına uyğun VAST MMC şirkəti yaradıb. Həmin şirkət isə Pirallahı rayonunda görülən yenidənqurma və təmir işlərinin hamısında iştirak edir. Onun digər şirkəti isə Tariyel adılı qudası ilə birlikdə yaratdığı “Azərsüvinir” MMC–dir.

Onu da bildirək ki, icra başçısı Pirallahıda “Pirallahi Fihs House” və “Balıq Bazarı” adlı restoranların da sahibidir.

Bundan başqa, icra başçısının böyük oğlunun Çexiyada, Polşada və digər ölkələrdə əmlakları olmasına daier məlumatlar var.

Vasif İmanov bu posta qudasının sayəsində sahiblənib. Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır. Qudası, “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov sayəsində Pirallahıya icra başçısı təyin olunan İmanov, indi günlərini saymağa başlayıb.

Həm Qorxmaz Hüseynov yoxdur, durumunun da yaxşı olmadığım bildirilir. Həm də İmanovun bəzi əməlləri haqqında mənfi rəyin yaranmasına səbəb olub.
Ardını oxu...
"Sabiq millət vəkili Adil Əliyevin Bakının Suraxanı rayonunun icra başçısı təyin olunması Əziz Əzizov və onun “əzəli şəriki” Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun yuxusunu ərşə çəkib. Belə ki, Adil Əliyev icra başçısı təyin ediləndən qısa müddət sonra, rayon ərazisində həyata keçirilən alqı-satqıların, tikinti işlərinin təftişinə qərar verib ki, bu da dəhşətli qanunsuzluqları üzə çıxarıb". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hələ də davam edən təftiş nəticəsində məlum olub ki, rayon ərazisində Əziz Əzizov və Bədəl Bədəlova məxsus dəyəri milyon manatlarla ölçülən çoxlu sayda obyekt mövcuddur. Hansı ki, bu obyektlərin hamısına qanunsuz yollarla – vəzifə səlahiyyətindən sui-istifadə etmək, dövlət büdcəsini talamaq, vətəndaşlardan külli miqdarda rüşvət almaqla sahiblənilib. Rayon əraizindəki əksər iri ticarət mərkəzlərinin, restoran və kafelərin sahibi bu iki şəxsdir.
Ən maraqlısı isə bu obyektlərin bir çoxunun SOCAR-a məxsus ərazilərdə inşa edilməsidir. Nümunə üçün qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Əziz Əzizov və Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə onlar fərdi ev və obyekt inşa deilib ki, onların ən ”sanballıları” Əziz Əzizovla Bəsəl Bədəlova məxsusdur.
Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.
Təftiş çərçivəsində aparılan araşdırma nəticəsində bəlli olub ki, Əziz Əzizovla Bədəl Bədəlov uzun illər ərzində neft torpaqlarını kütləvi şəkildə satıb. Nəticədə bu gün Suraxanıda SOCAR-a məxsus ərazilərdə minlərlə ev və qeyri-yaşayış obyekti tikilib ki, onların sökülməsi vətəndaşlar tərəfindən kütləvi etiraza səbəb ola bilər. Başqa sözlə desək, Əziz Əzizovla Bədəl Bədəlovun tamahı dövlət üçün həlli müşkül olan ciddi problemlər yaradıb ki, Adil Əliyevin bu problemləri necə, hansı şəkildə həll edəcəyi maraq doğurur.
Ehtimal ki, bütün bu qanunsuzluqlar, Əziz Əzizov və Bədəl Bədəlova məxsus külli miqdarda sərvətlə bağlı məlumatlar Adil Əliyev tərəfindən yuxarı instansiyalara təqdim ediləcək, problemin həlli yolu da məhz “yuxarıların” təlimatı əsasında həyata keçiriləcək. Bu isə o deməkdir ki, Adil Əliyevlə Bədəl Bədəlovun Surxanıdakı daşınmaz əmlaklarının taleyi risk altındadır və bu əmlakların dövlət tərəfindən müsadirə edilərək təkrar satışa çıxarılması, əldə edilən vəsaitlərin Qarabağdakı bərpa prosesinə yönəldilməsi ehtimalı kifayət qədər böyükdür..."

Ardını oxu...
Mediatv.az-ın elektron poçtuna Nazim Eliyev adlı şəxsin adlınazim_8891@mail.ru -dən şikayıt məktubu daxil olub.
Şikayətçi yazır:Uzun müddət Bakının Nəriman Nərimanov rayonunda icra başçısının müavini olan, hazırda Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Nurlan Həsənov rayon ərazisində sözün həqiiq mənasında at oynadır. Abdin Fərzəliyevin qəti dəstəyi sayəsində faktiki olaraq icra başçısının bütün müavinlərinin səlahiyyətini mənimsəyən, onların özünə belə göstərişlər verən Nurlan Həsənov, külli miqdarda qanunsuz vəsaitlər əldə etməklə bağlı “Nərimanov təcrübəsi”ni Abşeronda “uğurla” davam etdirməkdədir. Rayon ərazisini qarış-qarış satan, ərazidə inşa edilən adi toyuq hini üçün belə haqq alan Nurlan Həsənov, hər bir obyektin inşası üçün konkret qiymətlər müəyyənləşdirib, sahibkarların üzərinə qeyri-rəsmi haqq qoyub.
Bina tikintisi üçün 200 min, ticarət obyekti üçün 100 min, “xırda-xuruş” üçün 50 min “icazə haqqı”
Yuxarıda qeyd etdiyimiz kimi, Nurlan Həsənovun Abşeron Rayon İcra Hakimiyyətindəki rəsmi vəzifəsi baş məsləhətçi olsa da, keçmiş müavin praktiki olaraq Abdin Fərzəliyevdən sonra ikinci şəxs hesab edilir. Bu səbəbdən də rayon ərazisində hər hansı tikinti işi aparmaq istəyən şəxs hökmən Nurlan Həsənov, yaxud onun əlaltıları ilə görüşərək razılıq almalı, qabaqcadan tələb olunan vəsaiti ödəməlidir.
Nurlan Həsənov sahibkarlaırn işini “asanlaşdırmaq”, onlarla “boş yerə” çənə-boğaz vurmamaq üçün tikiləcək obyektlərin təyinatına əsasən konkret qiymətlər də müəyyənləşdirib. Məsələn, rayon ərazisində bina tikmək istəyən hər bir sahibkar bunun üçün Nurlan Həsənova 200 min manat məbləğində “şirinlik” verməli, “toxunulmazlıq təminatı” almalıdır. Bu pul icra hakimiyyətinin tikinti prosesinə müdaxilə etməməsi üçündür və bundan dövlət büdcəsinə bir qəpik də olsun vəsait daxil olmur.
Abşeron rayonu daxilində ticarət və ya ictimai iaşə obyekti inşa etmək istəyən sahibkarlar isə bunun üçün obyektin ölçü və miqyasından asılı olaraq 70-100 min manat arası pul ödəməlidirlər. Nurlan Həsənovun qiymətlər piramidasında daha kiçik, “xırda-xuruş” obyektlərin inşası üçün isə 50 min manat məbləğində ödəniş nəzərdə tutulur.
“Xüsusi təyinatlı obyektlər”lə bağlı xüsusi qiymətlər...
Yuxarıdakı kateqoriyaya daxil olmayan, Nurlan Həsənov tərəfindən “xüsusi təyinatlı obyektlər” adlandırılan elə obyektlər də var ki, baş məsləhətçi onlarla bağlı “xüsusi qiymətlər” müəyyənləşdirib. Belə obyektlərdən biri apteklərdir. Rayon ərazisində aptek tikmək istəyən şəxs bunun üçün nəhəng ticarət mərkəzi inşa etmək istəyən şəxs qədər – təxminin 70-100 min manat arasında pul ödəməlidir. Nurlan Həsənov bunu aptekin “daim işləyən, pul gətirən” xüsusi təyinatıl obyekt olması ilə izah edir. Baş məsləhətçi açıq şəkildə bəyan edir ki, “çox pul qazanan çox ödəməli”, “pul xərcləməyə xəsislik etməməlidir”.
Məlumat üçün qeyd edək ki, sahibkarları “səxavətli olmağa” səsləyən Nurlan Həsənov bugünə qədər nə Qarabağdakı quuculuq prosesinə, nə də ölkə daxilindəki digər ümummilli əhəmiyyətli layihələrə bir qəpik də olsun vəsait xərcləməyib.
Gələn dəfə sizi Nurlan Həsənovla bağlı aşağıdakı həqiqətlərdən hali edəcəyik:
1.Abdin Fərzəliyev Nərimanovda müavini olan Nurlan Həsənova Abşeronda eyni vəzifəni niyə verə bilmədi?

2.Nurlan Həsənovu xaricdəki blogerlərlə nə bağlayır?

3.Baş məsləhətçi Nərimanovda hansı obyekt və əraziləri yaxın qohumlaırnın adına sənədləşdirib?

4.Nurlan Həsənovla AMAY Abdulla arasındakı əlaqə nədən ibarətdir və ikili birlikdə hansı qaranlıq işlərə imza atıb?

5. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədovu Abdin Fərzəliyevin sevimlisinə çevirən nədir?

6.Baş məsləhətçi ara-sıra İngiltərəyə niyə, hansı məqsədlə gedir?
 
 
 

Ardını oxu...
30 illik əzab-əziyyətdən sonra torpaqlarımızın şərəfli SAVAŞ yolu ilə azad edilməsinin ardından ümummilli leksikonumuzda ən mübarək yerlərdən birini tutmaqda olan ZƏFƏR... ZƏFƏR YOLU kimi kəlmələr maləsəf ki, bütün ünvanlarda eyni uğurla, eyni fərəhlə istifadə olunmur. Məsələn, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru postunu Zəfər Qurbanov adlı elmdən kənar bir sima tutmaqdadır. Və maləsəf ki, adı Zəfər olan bu rektorla elmimiz heç də hansısa qələbəyə ümid edə bilməz...

Bunu elə Dia-az.İnfo-ya daxil olan ADAU müəllimlərinin növbəti müraciətindən də anlamaq olar. Müəllimlər yazırlar:

Əvvəli BURADA: Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR...

Yazının DAVAMI: "Azərbaycan Dövlət Aqrar Universitetində Aqrar-İqtisadiyyat fakültəsində yazılı olan imtahanların hamısını kənardan komissiya gəlib yenidən qiymətləndirsə, məlum olar ki tələbələrin cavablandırdıqları nəticənin 85-90 faizi 2 qiymətə layiqdir.

Son vaxtlar 12 kafedranın birləşdirərək 6 kafedra yaradıb. Burada məqsəd ancaq rüşvət yığmaqdan ibarətdir.

Onu da qeyd etmək istəyirik ki, Zəfər Qurbanovun işlədiyi iki il müddətində bir dənə belə olsa daşı daş üstünəə qoymayıb, Görülən işlərin hamısı keçmiş Rektor İbrahim Cəfərovun işləridir. Hazırki rektor isə quruculuq yox, dağıdıcılıq fəaliyyəti ilə məşğuldur.

Əgər bunun son iki ildən az olan dövrünü yoxlatdıran olarsa, büdcədən milyonlarla pulun talan olduunduğu aşkara çıxacaq...

Biz ADAU müəllimləri olaraq ölkə rəhbərliyinə müraciət edirik: Hörmətli Prezident, əgər Zəfər Qurbanov bir-iki il daha bu şəkildə davam etsə, Azərbaycan Dövlət Aqrar Universiteti məhv olacaq..."

DAVAMI MÜTLƏQ OLACAQ...
 

Ardını oxu...
"Bu yazı ilə mən həyatımı təhlükə altına qoyuram. Təhlükəni dərk etsəm də, bu addımı cəmiyyətimizi uçuruma aparan qara qüvvələrin qarşısını, azacıq olsa belə, almaq üçün faydalı ola biləcəyimi düşünərək atıram. Cəmiyyətdəki naqislikləri görərək hər birimiz “mən olmadığım yerdə Günəş də çıxmasın” deyə düşünsək, bizi, doğrudan da, həmin o yerlərin çox qaranlıq gələcəyi gözləyir". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

H.Zərbəliyev daha sonra sözlərinə belə davam edib:
"Əvvəllər də dəfələrlə yazdığım kimi, bu gün biz bir saxtakar məmurun etdiklərinə göz yumuruqsa, sabah onun böyük sayda yetirmələrinin yavaş-yavaş cəmiyyətimizin böyük hissəsinə qarşı etdiklərinin qarşısını almaq çox çətin olacaqdır. Bu yetirmələr “müəllim”dirsə, saxtakarlığın, əyriliyin, mənəviyyatsızlığın hər birimizin evinə girəcəyi şübhəsizdir.
Bununla bağlı yazdığım yazılara görə məlum qüvvələrin mətbuatda mənim haqqımda çirkin yazılar yazdırmasına, mənə qarşı psixoloji terror aparmasına baxmayaraq, hər cür təhlükəni gözə alaraq, mübarizəmi davam etdirməkdə qərarlıyam. Ona görə də hüquq-mühafizə orqanlarına həyatıma qarşı təhlükə olduğunu bildirirəm.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev bu universitetdə işlədiyi 7 il ərzində hər il böyük sayda saxta diplom vermişdir. Mən bununla bağlı məlumatı ilk dəfə oxucularıma verdikdən sonra o dərhal həmin diplomların saxta olduğunu ört-basdır etmək üçün müvafiq strukturların rəhbərliyində dəyişikliklər edərək, həmin yerlərə öz yaxın adamlarını yerləşdirdi. Çox güman ki, saxta diplomlarla bağlı sənədlərin bir qismi artıq "düzəldilib”, yəni yenidən saxtalaşdırılıb.
Kamal Abdullayevi tanıyanlar onun nə qədər ambisioz, təkəbbürlü olduğunu yaxşı bilirlər. Əlavə olaraq bildirmək istəyirəm ki, Kamal Abdullayevin ən böyük səhvi onun özünü hamıdan ağıllı hesab etməsidir. O, dərk etməyib ki, mən onun verdiyi saxta diplomların izinə düşmüsəmsə və bunu ictimailəşdirmişəmsə, müvafiq səndələrin yenidən saxtalaşdırılması ehtimalını da nəzərə almış və lazımi sənədləri toplamışam. Üstəlik, pandemiya dövründə imtahanlarla bağlı iş elektron poçt vasitəsilə aparıldığından xeyli elektron material da orada vardır.
Siyahıdan əvvəl bəzi məlumatları vermək faydalı olardı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili “Qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə müəyyən edilmişdir ki: “3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) tolplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır”.
Bundan başqa, qaydalara görə, tələbə bir semestr ərzində 6-dan çox kəsir ləğv edə bilməz. Lakin araşdırma göstərdi ki, Azərbaycan Dillər Universitetində tələbələrin kəsirlərinin sayı ilə diplom verilənə qədər olan vaxt həmin kəsirləri ləğv etmək üçün kifayət etmir. Üstəlik, tələbələrin kəsiri qalmış fənlərin xeyli hissəsi davam edən fənlərdir. Sonrakı mərhələlərin kəsirlərinin ləğvi üçün əvvəlki mərhələlərdə olan kəsirlər aradan qaldırılmalıdır. Bu isə əlavə vaxt tələb edir. Bundan başqa, VI, hətta VII ilə böyük sayda kəsirlə gəlib çıxmış tələbələrin birdən-birə ildırım sürətilə kəsirlərini “ləğv edə bilməsi” də absurddur. Bu sayda kəsirin necə ləğv edilməsi məsələsi, yəqin ki, hamıya yaxşı tanışdır: rüşvət müqabilində “topdan” ləğv.
Statistikaya baxaq. Təkcə 2018-2019-cu tədris ilində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində bir əmrlə ümumlikdə 453 kəsirlə 68 tələbəyə, Filologiya fakültəsində 144 kəsirlə 35 tələbəyə diplom verilmişdir. Başqa sözlə, Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 68 tələbə, Filologiya fakültəsində isə 35 tələbə saxta diplom almışdır. Həmin tədris ili ərzində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 5 tələbənin istehsalat praktikasından kəsiri olsa da, onlara diplom verilmişdir. Halbuki praktika üçün 21 kredit nəzərdə tutulur. Bu, o deməkdir ki, 5 tələbə toplamalı olduğu 240 kreditdən yalnız 219 kredit yerinə yetirmiş və saxta diplom almışdır. Həmin dövrdə Filologiya və jurnalistika fakültəsində 9 tələbənin, Təhsil fakültəsində isə (o zaman 1 təhsil fakültəsi var idi) 20 tələbənin pedaqoji praktikadan kəsiri olmuşdur. Lakin onların hamısına saxta diplom verilmişdir.
Saxta diplom verilmiş tələbələrin bəziləri haqqında məlumatı əvvəllər vermişdim. Ümumi siyahıya onlar da daxil edilir.
SİYAHI
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:
1. F.E.Şərifli – Regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə (459-cu qrup). 2018-ci ilin yanvarında onun 23 kəsiri olmuşdur. Bu tarixdən ona diplom verilənə qədər müddət 3 semestrdir. Semestrlərdən biri isə bütövlükdə istehsalat praktikasına ayrılır. Bu müddət ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Beləliklə, 03.07.2019-cu il tarixli, 04 saylı protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona 11 kəsirlə diplom verilmişdir, yəni 11 kəsir saxta yolla ləğv edilmiş və ya, bəlkə də, ümumiyyətlə ləğv edilməmişdir (bu barədə məlumat yoxdur).
2. Q.R.Qurbanov – Çinşünaslıq ixtisası üzrə (458-ci qrup). 2018-ci ilin yanvarında onun 18 kəsiri olmuşdur. Diplom verilənə qədər olan 3 semestrdən sonuncusu istehsalat praktikası üçün nəzərdə tutulur. Beləliklə, o, 2 semestr ərzində yalnız 12 kəsir ləğv edə bilərdi. Eyni protokol əsasında eyni əmrlə ona 6 kəsirlə saxta diplom verilmişdir.
3. M.C.Seyidov – Beynəlxalq münasibətlər ixtisası üzrə (445-ci qrup, rus bölməsi). O, ADU-ya Bakı Mühəndislik Universitetindən 27 fərq imtahanı ilə köçürülmüşdür. 2018-ci ilin yanvarında onun fərqlərlə birlikdə 27 kəsiri olmuşdur. İstehsalat praktikasında iştirak etmədiyindən onun burada da kəsiri qalmışdır. 2 semestr ərzində 12 kəsir ləğv edə biləcəyini nəzərə alsaq, ona 21.06.2019-cu il tarixli, 01 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə 15 fəndən və istehsalat praktikasından kəsirlə diplom verilmişdir.
Filologiya fakültəsi üzrə:
4. Ş.F.Qurbanov – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (441-ci A qrupu). Pedaqoji praktikadan 21 kredit kəsirlə 03.07.2019-cu il tarixli, 05 nömrəli prokol əsasında 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə ona diplom verilmişdir.
5. A.M.Hacıyeva – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə VII il tələbəsi (430-cu B qrupu). 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə (03.07.2019 tarixli, 7 nömrəli protokol əsasında) 7 fəndən və pedaqoji praktikadan kəsirlə (21 kredit) ona diplom verilmişdir.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:
6. L.R.Ocaqquliyeva – Beynəlxalq münasibətlər ixtisası üzrə məzun (444-cü A qrupu). ADU-ya 2016-cı ildə köçürülmüşdür. 2018-ci ilin yanvarına fərq imtahanları ilə birlikdə onun 29 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 29 kəsir 2 semestr ərzində ləğv edilmişdir. 2 semestr ərzində isə ən yaxşı halda 12 kəsir ləğv edilə bilər. Başqa sözlə, 17 kəsir ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
7. N.N.Hüseynov – Regionşünaslıq (yaponşünaslıq) ixtisası üzrə məzun (457-ci qrup). 2018-ci ilin yanvarına onun 17 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 17 kəsir 2 semestr ərzində ləğv edilmişdir. Bu müddət ərzində yalnız 12 kəsir ləğv edilə bildiyindən onun 5 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
8. T.Ş. Ağayev – (Regionşünaslıq (İsrail və Yaxın Şərq) ixtisası üzrə məzun (454-cü qrup). 2018-ci ilin yanvarına onun 19 kəsiri olmuşdur. Həmin tarixdən ona diplom verilənə qədər olan 3 semestrdən biri bütövlükdə istehsalat praktikasına ayrıldığından 2 semestr ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Lakin 03.07.2019-cu il tarixli, 04 saylı protokola əsaslanan 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona diplom verilmişdir. Beləliklə, onun 7 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
ARDI VAR ..."
 

Ardını oxu...
Elnur Rzayev Xaçmaz rayonuna icra başçısı təyin olunandan sanki sakinlərin də şikayətləri artan istiqamətdə irəliləməkdədir. Hər halda, yerli KİV-də müşahidə olunan gileylərin intensivliyi və bolluğu da belə deməyə əsas yaradır ki, Şəmsəddin xanbabayevdən sonra da Xaçmazın üzü gülmür...

Dia-az.İnfo bildirir ki, artıq yerli sakinlər problemlərini satirik formada ifadə etməyə başlayıblar ki, bu da əslində çarəsizliyin əlaməti kimi yozulur. Yəni desən nə xeyri, sussan nə xeyri...

Ardını oxu...

Bu fotonu paylaşan Xaçmaz sakini Üzeyir Mustafayev yerli icra hakmiyyətinə və əlaqədar qurumlara müraciət edərək bildirir ki, yağışlar yağdıqda Xaçmazın küçələri piyadalar üçün keçilməz olur. Narazı vətəndaş yazır:

Ardını oxu...

"Xaçmazda bir az yağış yağan kimi səkilər, su gölməçələri üzündən keçilməz maneələr kimi olur..."

Qeyd edək ki, onun bu paylaşımında digər Xaçmaz sakini satirik formada reaksiya verib.

Ardını oxu...

Eldeniz Tariverdiyev adlı Xaçmaz sakini belə şərh edib olayı:

"Ola bilməz. Rayon rəhbərliyinin sayəsində Xaçmazın bütün küçələri tər təmiz və düppədüzdü. Bəzi yerlərdə qəsdən çuxurlar saxlayıblar ola bilsin. Gölməçələrin olması rayona ayrıca gözəllik qatır. Venesiya kimi məsələn..."
 
Ardını oxu...
Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun həbsi tələb olunur.

Bu haqda Musavat.com-a daxil olan məlumatda deyilir ki, Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev hazırda həbsdədir.

O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. Bildirilir ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar hüquq mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Nofəl Hacıyev saxlanılıb. Aparılan istintaqla onun ümumilkdə 171 vətəndaşdan 14 milyon manatdan artıq pul aldığı, lakin mənzilləri onlara təqdim etmədiyi məlum olub. İsitntaq zamanı Nofəl Hacıyev vətəndaşladan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qaynatası Tahir Qədəşovla birgə ələ keçirdiklərini iddia ediblər. Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir. Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı Tahir Qədəşovun da həbsini tələb edirlər.

Nofəl Hacıyevin məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qaynatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən İstirahət Mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tenis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s var. “Atlant” istirahət mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırki bazar qiymətləri ilə 80-100 milyon manat dəyərlədirirlər.
 
Ardını oxu...

Uzun müddətdir ki, ölkəmizin şəhərlərində, rayonlarında və digər ərazilərində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı məsələlər tam əksəriyyəti olduqca narahat edir, hətta bu ölkə gündəmini zəbt edən əsas mövzulardan biri də hesab olunur.

Adicə bir faktı qeyd edək ki, ölkə başçısı İlham Əliyev cənabları bir çox müşavirələrdə qanunsuz tikinti məsələlərini xüsusi vurğulayır və vəzifə sahibi olan şəxslərə ciddi tapşırıqlarını da verir. 

Ardını oxu...

Belə bir tapşırıqların verilməsinə baxmayaraq, Bakının Binəqədi rayonu ərzisində həyata keçirilən qanunsuz tikinti işlərinin əhatə dairəsini müəyyən etmək olduqca çətindir. Adicə bir faktı qeyd edək ki, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində, daha dəqiq desək “Kəpənəkçi” marketin yaxınlığında yaşayan sakinlər tərəfindən hər kəsi şoka salabiləcək məlumatlar çatdırılıb. Daxil olan məlumatlarda qeyd olunur ki, hansısa şəxslər Biləcəri qəsəbəsinin “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində analoqu olmayan qanunsuz tikinti işlərinə qol qoyurlar. Belə ki, həmin şəxslər ərazidən keçən böyük diametrli neft boru kəmərinin birbaşa üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaz boru xəttinin keçdiyi yerdə, magistral yolun mühafizə zolağında, qəbristanlığa bitişik ərazidə, hətta vaxtilə sakinlərin istifadə etdikləri avtobus dayanacağının olduğu yerdə obyekt inşa edirlər.

Ardını oxu...

 Obyektin 1-ci mərtəbəsində inşaat işləri başa çatdırılmış, hal-hazırda 2-ci mərtəbəsində də işlər başa çatdırılmaq üzrədir. Diqqət yetirmək lazımdır ki, obyekt sahibləri tikinti işlərini birbaşa avtobus dayanacağının olduğu yerdə inşa etdiklərindən, yolun mühafizə zolağı tam şəkildə zəbt olunmuşdur. Belə bir səbəbdən də, sakinlər ərazidən keçərkən məcbur olub yolun içi ilə hərəkət etməli olurlar. Bu kimi səbəblərə görə elə hallar olub ki, “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində ağır yol-nəqliyyat hadisələri baş vermiş, hətta insan ölümü ilə nəticələnən hadisələr də yaşanmışdır. Daxil olan məlumatlarda o da qeyd olunur ki, obyektin inşa olunduğu yerdən mavi qaz boru xətti keçir və boru xətti çəkilən vaxtlarda, boru xəttinin alt hissəsinə dəmirdən dayaq qoyulmuşdu. Elə ki, obyekt sahibi tikinti işlərinə başlamaq qərarına gəldi, o halda ümumi sahədə uyğunsuzluq alındı və belə bir səbəbdən də, obyektin sahibi mavi qaz boru xəttinin alt hissəsindəki dayaqları kəsib götüzdürdü.

Ardını oxu...

  Sakinlər redaksiyamıza çatdırdıqları məlumatlarda onu da qeyd edirlər ki, obyektin sahibi özünü hər kəsə sabiq Baş Prokuror Zakir Qaralovun qohumu deyə təqdim edir. Bəlkə də bu belə deyil və obyekt sahibinin Zakir Qaralovla heç bir qohumluq əlaqəsi yoxdur. Sadəcə olaraq obyekt sahibi sabiq Baş Prokurorun adından sperkulyasiya edir. Məsələnin təəccüb doğuran tərəfi odur ki, qeyd olunan ərazidə yaşayanlar bu cür qanunsuz tikili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevə və digər dövlət qurumlarının rəhbər şəxslərinə şikayət ərizələri göndərsələr də, bu gün də həmin ünvanda qanunsuz tikinti işləri həyata keçirilir. 

Bu da onu göstərir ki, ələlxüsus möhtərəm Prezidentə və Mehriban xanım Əliyevaya göndərilən məktublar, hansısa dairələrdə “itbata salınır” ki, obyekti inşa etdirən şəxsə “qaşın üstə qara var” deyən olmur. Müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyev obyekt sahibibdən əməlli-başlıca “haqq-hesab” aldığından, hansısa vəzifə sahibi həmin qanunsuz obyektin sökülməsi ilə bağlı qərar verə bilmir. Deməli, qeyd olunan ünvanda inşa olunan qanunsuz tikinti işlərinə Binəqədi RİH “krışa”lıq edir. Bu belə olmasaydı, yəqin ki, indiyə kimi həmin qanunsuz tikilinin “altı üstünə çevrilmişdir”. Söylənilənlərə görə, gələcəkdə həmin obyektdən restoran kimi istifadə olunacaq.

Bunun nə dərəcədə həqiqət olub-olmaması barədə bir söz deyə bilməsək də, deyəcəyimiz söz odur ki, obyekt böyük diametrli neft boru kəmərinin birbaşa üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaz boru xəttinin keçdiyi yerdə, magistral yolun müfafizə zolağında, qəbristanlığa bitişik ərazidə və vaxtilə sakinlərin istifadə etdikləri avtobus dayanacağının olduğu yerdə inşa olunur. Bu nə deməkdir, yaxud da buna nə ad vermək olar?

Bütün bunlar onu söyləməyə əsas verir ki, cənab Elxan Allahverdiyevin icra başçısı olduğu Binəqədi rayonu ərazisində, ələlxüsus “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində qanunsuz tikinti işlərinin davam etdirilməsi, birbaşa Binəqədi RİH-nin maraq dairəsinə daxil olan tikililərdəndir. Əgər bu belə olmasaydı, o halda ölkə başçısı İlham Əliyevin və BŞİH-nin başçısı cənab Eldar Əzizovun, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı verdikləri ciddi tapşırıqlara əməl olunardı. Faktdır ki, bu gün əməl olunmur. Deməli, ….  Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Ardını oxu...
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkinin ən aktiv fazasına qədəm qoyuruq. Bir müddət öncə isə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti toplaşaraq bu seçkilərdəki namizədlərini açıqlamışdı. Daha sonra hakim partiya bir neçə dairə üzrə namizədlərini dəyişmişdi.

Son iki cağırışdır ki, öz millət vəkillərini tapa bilməyən Beyləqanlıların bəxti yenə gətirmdədi. Bu dəfə də hakim partiya Şahin İsmayılovun namizədliyini 83 saylı Beyləqan seçki dairəsindən irəli sürdü. Beyləqan ən həssas əhali qruplarının olduğu rayonlardan biridir. Yüzlərlə şəhidin, qazinin olduğu bir rayonun millət vəkili hər gün bu həssas insanları ziyarət etməlidir. Amma Şahin İsmayılov parlamentdə olduğu iki cağırışda bu rayonun yolunu tutmayıb. Bunun da səbəbi var. Çünki millət vəkilinin seçiciləri rayondan qovublar. Bəli düz ba.şa düşdünüz. Seçicilər millət vəkilini aldatdığı üçün onu rayondan qovublar. Aşağıdakı videoda bunu izləyə bilərsiniz.

Hələ o zaman Şahin İsmayılov rayonun Kəbirli kəndində keçirmək istədiyi görüşdən qovulmuşdu. Seçicilər onu şəhid ailələrini ziyarət etməməkdə, ümumiyyətlə rayona gəlməməkdə günahlandırırdı. Amma insanda üz də yaxşı şeydir. İnsanlar arasında üzü olmayan Şahin İsmayılov yenidən namizədliyi bu rayondan verib. 44 günlük Vətən Müharibəsində Beyləqanda olmalı olan Şahin İsmayılov Bakıda özünə böyük biznes qurmaqla məşğul idi. “Boz kardinal” Ramiz Mehdiyevin xeyir-duası ilə mandatla mükafatlandırlan Şahin İsmayılov məhz həmin ərəfədə Bakıda “Friends” restoranlar şəbəkəsini qurub. İsmayılov məhz bu restoranı 44 günlük müharibə ərəfəsində qurub. Görünən odur ki, Şahin İsmayılovu seçiciləri yox, öz biznesi maraqlandırır. Başı özünə böyük biznes qurmağa qarışan bu gənc millət vəkili yenidən Beyləqanda peyda olub. İndi Şahin İsmayılovun qoçuları Beyləqanda meydan sulayır. Etibarlı mənbədən aldığımız məlumata görə bu dəfə Şahin İsmayılovun köməkçisi Müşfiq Səfərov qaziləri təhqir edib.

Yenixeber.org
 
 


 

Dünyapress TV

Xəbər lenti