Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, həmin ev Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikilib.
Ardını oxu...
Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb.

Hadisə oktyabrın 12-də baş verib. Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an uça bilər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.

Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.

2004-cü ildə Azərsu ASC yardılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib. İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğularin mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.

Xətai rayonu ərazisində kollektorların, magistral xəttlərin üzərində yüzə yaxın ev tikilib. “Azərsu”yun çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.

Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib.

Bildririk ki,1993-1999-ci illərdə Xətai rayon icra hakimiyyətinin baçısı Gündüz Cəlilov olub.
Ardını oxu...
Məlumat üçün bildiri ki, hazırda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətininin başçısı Eldar Əzizov Rafiq Quliyevin işini tənqid etsədə Xətai İcra Başçısı hətta töhmətdən belə nəticə çıxarmayıb, Xətai rayonu ərazisində bu günə qədər qanusnuz tikililər davam etdirilir.
 
Ardını oxu...
Son zamanlar ictimai nəqliyyat sahəsində bir sıra müsbət yeniliklərin şahidi olsaq da, təəssüf ki, həll edilməmiş və həll edilməsi gərəkən bir nömrəli problemlər hələ də arxa plana atılıb. İctimai nəqliyyatın günlük fəaliyyət vaxtı rəsmi şəkildə səhərin erkən saatlarından axşam saat 12:00-a qədər müəyyənləşdirilmişdir. Anlaşılan odur ki, bu, sadəcə "kağız üzərindədir". Bəzi avtobus xətləri axşam saat 22:00-a qədər işləyir və insanlar evlərinə ya alternativ ictimai nəqliyyatlarla, ya da manatlıq taksilərlə getməli olurlar. Bundan daha betəri də günəş batmamış özü yoxa çıxan avtobus xətləridir.
Lökbatan-Avtovağzal istiqamətində hərəkət edən 130 nömrəli avtobus saat 18:00-dan sonra gözə görsənmir. Sədərək Ticarət Mərkəzindən avtobus dayanacağına qalxan vətəndaşlar saatdan artıq bu avtobusu gözləməli olurlar. 130 nömrəli avtobus saat 18:00-dan sonra fəaliyyətini dayandırır. Həmin avtobusdan tez-tez istifadə edən sərnişinlər bu problemi dilə gətirməli olublar.

Sosial şəbəkələrdə də bu problem barədə istifadəçilərin narazılıqla yazdığı rəylər bunu deməyə əsas verir. Onların sözlərinə görə, səhər saatlarında Avtovağzaldan Sədərək Ticarət Mərkəzinə istiqamətinə hərəkət edən 130 nömrəli avtobus xətti saat 18:00-dan sonra ticarət mərkəzinin yaxınlığından keçmir. Ya da ümumiyyətlə, bu saatdan sonra işləmir. Sərnişinlərin sözlərinə görə, avtovağzaldan səhər saatlarında bir avtobus xətti ilə getdikləri Sədərək Ticarət Mərkəzindən saat 18:00-dan sonra ən azı 3 avtobus dəyişərək qayıtmalı olurlar. Yəni 50 qəpik gedişhaqqı ödəyib getdiyin yerdən 1.50 manat ödəyərək geri qayıtmalı olursan. Avtobusun təyin olunmuş vaxtdan erkən fəaliyyətini dayandırması həmin xətdən istifadə edən sərnişinlərin axşam saatlarında yolda qalması ilə yanaşı, həm də maddi ziyana düşmələrinə də səbəb olur.

Yeri gəlmişkən, bəzi avtobusların ödəmə terminalları sərnişinin həmin avtobusa harda minməsindən asılı olmayaraq, eyni gedişhaqqını tutur. Məsələn, Lökbatandan 20 Yanvar dairəsinə gələn avtobus xəttində gedişhaqqı 55 qəpikdirsə, sərnişin ünvana yaxın bir ərazidə avtobusa minmiş olsa belə, yenə də eyni gedişhaqqını ödəməli olur - artıq ödəniş edir.

Vətəndaşların bir avtobusluq məsafəni 3 avtobusla tamamlamağa məcbur olması, avtobusların öz rəsmi qrafikinə zidd olaraq çox erkən saatlarda qaraja göndərilməsi, görməzdən gəlinən məsələlərdəndir. Bir avtobusla gedilə biləcək məsafəni 3 avtobus dəyişərək getmək heç şübhəsiz ki, vətəndaşa sərf edən bir hal deyil.


Bəs bu problemi görməzdən gəlmək kimə sərf edən haldır? Burdan qazanclı çıxan kimdir?
Hər halda, bu barədə də düşünmək olar.

Mətin Şükürlü, Bizimyol.info
 
Ardını oxu...
“Qulaq gündə bir söz eşitməsə kar olar”,- deyib ata-babalarımız. Elə bizim qulaqlarımız da “İlin Dörd Fəsli” (İDF) tikinti şirkəti haqqında gündə bir söz eşitməyə öyrəşib. Təəssüf ki, hər dəfə də bu “söz” hansısa qanunun pozulması ilə bağlı olur.

“Yeni Baki Yaşayış Kompleksi” facebook profilində yayılan müraciətə istinadən sizlərə 2 sənəd (bir qəbz və bir müqavilə də daxil olmaqla 4 sənəd) təqdim edəcəyik. Söhbət İDF-nin Masazırda inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinə təqdim etdiyi maliyyə arayışlarından, kassa mədaxil orderinin qəbzindən və mənzil tikintisi haqqında müqavilədən gedir.
Birinci arayış 2018-ci ildə “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Elnur Hüseynovun adından təqdim olunub. Arayışdan aydın şəkildə görünür ki, İDF tikinti şirkəti məhz MMC formasında təsis olunub və sakinə verdiyi arayış da İDF MMC adından tərtib edilib. Hətta 2009-cu ildən bəri həmin yaşayış kompleksində satılmış mənzillərə görə sakinlərə verilmiş kassa mədaxil orderinin qəbzi də İDF MMC adından tərtib edilib və qəbzin üzərindəki möhür də İDF MMC-yə məxsusdur. Bu illər ərzində bağlanmış mənzil tikintisi haqqında müqavilə də sakin ilə İDF MMC arasında imzalanıb. 2010-cu ildə verilmiş bu qəbzin və müqavilənin fotolarını da sizə təqdim edirik.

İndi isə 2019-cu ildə tərtib olunmuş ikinci arayışa diqqət yetirin. Bu arayış da “Yeni Bakı” yaşayış kompleksinin sakininə verilib. Ancaq bu dəfə arayış İDF MMC adından deyil, “İDF-Mənzil Servis” Mənzil Tikinti Kooperativinin (MTK) sədri Elşən Musayev adından tərtib və təqdim olunub. Cəmi bir il fərqlə tərtib olunmuş arayışı verən şirkətin adı, ən əsası isə təşkilati-hüquqi forması necə dəyişib? Axı MMC ayrı, MTK tamamilə ayrı funksiya və öhdəliklərə malik müəssisə formasıdır?! Bu Elşən Musayev kimdir və biz bu yeni yaradılan MTK-nın məcburi üzvləri olaraq bu sədri niyə tanımırıq? MMC “fokus-mokus”la MTK-ya çevrilərkən biz sakinlərin (yaşayış kompleksi 3200 mənzildən ibarətdir) niyə xəbəri olmayıb? Və daha bir maraqlı, maraqlı olduğu qədər də cavabında korrupsiya iyi gələn sual: MTK mənzillərin tikintisindən əvvəl təsis edilməli olduğu halda, kompleksin tikintisinin tam başa çatmasından 7-8 il sonra necə təsis olunub? Axı əvvəlcə MTK təsis olunur, sonra tikintiyə başlanır. Sizcə də, burada qəribə və şübhəli nəsə yoxdurmu?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Referans.az-a danışıb.

“MMC-nin MTK-ya çevrilməsi asan məsələ deyil. MTK bina tikiləndə yaranmalıdır. Sonradan şirkət MTK-ya çevrilə bilməz. Ola bilər ki, sözügedən şirkətdə bu hal baş verməyib, biri MTK, biri isə MMC olmaqla 2 şirkət olub. Yaxud MTK sonradan yaradılıb və MMC əvvəldən fəaliyyət göstərib. Ona görə də, bu məsələdə vergi ödəyicisinin eyniləşdirilmə nömrəsinə baxmaq lazımdır. Əgər eynidirsə, o zaman çevrilmə baş verib və bu vergidən yayınma və bir sıra qanun pozuntusundan xəbər verir. Yox əgər fərqlidirsə, o zaman vətəndaşların sözügedən MTK-nı tanımamaq hüquqları var”.

Məsələ ilə bağlı “İlin Dörd Fəsli” tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, şirkət tərəfindən hər hansı açıqlama verilmədi.

Referans.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tender keçirib. Tenderin qalibi “Tunel-Metro İnşaat” MMC seçilib. Şirkət 14.6 milyon manata 93 ev tikib təhvil verməlidir. 14.6 milyon manatı 93-ə böldükdə 156 min 989 manat edir. Yəni, bir mənzil az qala 157 min manata başa gəlir. Bununla bağlı ictimaiyyətdə narazılıq yaranıb. Bildirilir ki, bu qiymətə Qarabağda indiyə qədər tikilən fərdi evlərdən azı 3-nü tikmək olar, özü də yüksək keyfiyyətlə.

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, həmin fərdi yaşayış evlərinin tikintisi ilə bağlı açıq məlumatlar olsa, daha yaxşı olardı.

Onun sözlərinə görə, fərdi yaşayış evinin tikintisi məlumatlandırma icraatı qaydasında Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir:

“Evlər neçə mərtəbəlidir, kvadratı, kürsünün hündürlüyü nə qədərdir və s. haqda məlumatlar olsa, yaxşı olardı. Artıq iki gündür məsələ müzakirəyə çıxarılıb, ayrı-ayrı ekspertlər, iqtisaqdçılar, jurnalistlər bununla bağlı ortaya yanaşmalar qoyur. Hesab edirəm ki, proseslə bağlı nəzarət gücləndirilməlidir. Çünki bir fərdi yaşayış evinin (xüsusilə də əgər bir mərtəbəli olacaqsa) tikintisinə bu qədər vəsaitin ayrılması çoxdur. Lakin bütün hallarda ev tikilib başa çatdıqdan sonra dəqiq demək olar ki, rəqəmlər nə dərəcə üst-üstə düşür”.

İqtisadçı Natiq Cəfərli deyib ki, bu sualı cavablandırmaq bir qədər çətindir:

“Populizm xatirinə demək olar ki, çox bahadır, bundan ucuz etmək olar və s. Amma əlimizdə faktlar yoxdur. Səhv onda oldu ki, həmin bölgələrdə tikinti materialları istehsalı müəssisələri yaratmadan, böyük tikinti işlərinə start verildi. Bütün tikinti materialları isə Bakıdan, Qubadan, Qusardan və digər bölgələrdən daşınır. Təsəvvür edin ki, bu rayonlardan Xankəndiyə, Laçına, Kəlbəcərə daşınan tikinti materialları neçəyə başa gəlir. Burada yanlışlıq qiymətlərin hesablanmasının şişirdilməsi deyil. Onsuz da belə şeylər Azərbaycanda hər zaman olub. Əsas məsələ strateji planlama səhvidir”.

İqtisadçının fikrincə, həmin ərazilərdə tikinti materialları müəssisələri yaradılsa idi, insanların iş yerləri ilə təminatına da xidmət etmiş olardı:

“O ərazilərdə tikinti materialları müəssisəsi olardısa, bəli, həmin bölgələrdə tikinti işlərinin maya dəyəri də xeyli dərəcədə ucuzlaşa bilərdi”.

Globalinfo.az xatırladır ki, işğaldan azad edilən ərazilərdə aparılan tikinti quruculuq işlərində yol verilən neqativ hallarla bağlı son vaxtlar məlumatlar intensiv hal alır. Əsasən də fərdi yaşayış evlərinin tikintisi istiqamətində müzakirələr gedir. Mümkündür ki, dövlət bu məsələlərə həssaslığı artırsın. Yeyinti və korrupsiya faktları aşkarlanarsa, həbslərin olacağı istisna deyil.
 
Ardını oxu...
Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinin rəisi Elxan İsmayılovla bağlı Dia-az._media-ya ilginc iddiaların yer aldığı məlumat göndərilib.
Məlumatda qeyd olunan bəzi məqamları diqqətinizə təqdim edirik: "Elxan İsmayılov 2 il o öncə sahəyə rəis təyin olunandan sonra, sahədə kütləvi ixtisarlar və maxinasiyalar, özbaşnalıqlar baş verməyə başlayıb. İşçilər şikayət etdikdə isə, Elxan İsmayılov iclasda dedi ki, “nə oldu sizin məndən yazdığınız məktublar?! Bütün məktublar sonda mənə qayıdır, mən də onları burda bağlayıram” Elxan İsmayılov qanunun alililiyinə hörmət etmir.
Qeyd edək ki, bunlar şəbəkə şəklində fəaliyyət göstərirlər. ELxan İsmayılov deyir ki, onun arxasında Qəzənfər Abdulazimov dayanıb (işarəvermə və rabitə xidmətinin rəisi). Eləcə də bu haqda qurumun sədri Rövşən Rüstəmovun və departamentin sədri Elçin Zülfüqarovun da xəbəri var, lakin E.İsmayılova qarşı tədbir görülmür. Demək ki, bunlar şərikdirlər.
Heç bir işə qəbul imtahanında iştirak etməyən dəmiryolu sahəsində qeyri-peşəkar olan İsmayılovun yerliləri, dostları idarədə yüksək vəzifələrə təyin olunublar. İndi isə Qəzənfər Abdulazimov həmin qeyri-peşəkar işçiləri müxtəlif sahələrə rəis vəzifələrinə təyin edir. Dostluq, yaxınlıq əsasında işə götürülən qeyri-peşəkar kadrlar dəmir yoluna hansı xeyri gətirə biləcək?!
Hal-hazırda dəmir yollarında yenidənqurma işləri gedir. Elxan İsmayılovun tapşırığı ilə köhnə polietilen kabellərin dəmir üzlükləri təmizlənərək, təzə kabellərin əvəzinə istifadə olunur. Görəsən, dövlətimiz tərəfindən verilmiş yeni izolyasiya olunmuş kabellər haradadır?.."

ƏLAVƏ BİLGİLƏRİMİZ OLACAQ... Bizi izləməyə davam edin...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhər sakini Şalyarov Calaləddin Əsgər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məhkəmədə barəsində çıxarılan qərarın əslini ala bilmədiyini deyir:

“Mən, Şalyarov Calaləddin Əsgər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2021-ci ilin sentyabr ayında Yasamal Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişəm. Həmin ayda hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına götürülmüşdür.

Daş sexi işlətmişəm. Həmin daş sexində müqavilə bağlanıb. Onu sübut etmək üçün əvvəlcə icarə müqaviləsini təqdim etmişəm. İcarə müqaviləsi sübut edir ki, bu sənəd əsasında mən həqiqətən də sexi icarəyə götürmüşəm. Sexə pul xərcləmişəm.

Oktybarın 1-də baxış iclasında məhkəməyə bir sıra sənədləri videokamera çəkilişi ilə təqdim etmişəm. Həmin iddiam qismən təmin edilmişdir. 150 min manatlıq iddiamı məhkəmə qismən təmin edib. Belə ki, mənim xeyrimə 19 min 877 manat pul kəsib.

Qarşı tərəf Apellyasiya şikayəti verib, Bakı Apellasiya Məhkəməsində işə baxılıb, qətnamə çıxarılıb. İddiam yenə də qismən təmin edilmişdir.

Ali Məhkəməyə də şikayət etmişəm. Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. 2 ildir iş icraatdadır, icra olunmur. O məhkəmədən bu məhkəməyə işimi sürükləyirlər. Qarşı tərəfdən pul tutulub, mənə ödənilmir. Əlimdə bütün sənədlər, məhkəmə qətnamələri var.

Qarşı tərəf də məhkəməyə müraciət edib. Məndən 84 min 500 manat pul tələb edir. Aramızda başqa müqavilə də olub. Mən müqavilə ilə iş görməmişəm. Heç bir sübut da yoxdur. İki dəfə Ali Məhkəməyə müraciət edib, hər birində məhkəmə işi ləğv edərək, Sumqayıt Apellyasiya məhkəməsinə göndərib. Nəticədə 3-cü dəfə də mənə 21 min manat pul kəsilib. Ali Məhkəmə də bunu təsdiq edir. Təsdiqləməni də əsas gətirir ki, başqa müqavilə ilə işləmisənsə, o müqaviləni bizə göstər.

09.08. 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinə, Yasamal Rayon Məhkəməsinə təqdim etdiyim sənədlərlə tanış olub, həmin sənədlərdən “ İcarə müqaviləsi N:1” götürmək barədə müraciət etdim. 14.08.2024-cü il tarixində sənədlərlə tanış oldum. Həmin işlə tanış olduqda iş materiallarına sənədin əslinin əvəzinə, kserosurəti qoyulmuşdu. Dəfələrlə müraciət etsəm də, mənə nə qanedici cavab verilmir, nə də məhkəməyə təqdim etdiyim sənədin əsli özümə qaytarılmır.

Məhkəmə də sənədin surətinə istinad edə bilməz. Əsli olmalıdır ki, istinad edilsin.

Məhkəmə Hüquq Şurasına müraciət etmişəm, hələ cavab yoxdur. Bakı Apellyasiya Məhkəməsi mənə cavab yazır ki, Yasamal Məhkəməsinə təqdim etdiyin sənədi oradan tələb et. Yasamal Məhkəməsi də cavab verir ki, biz sənə cavab verə bilmərik, ona görə ki, sənədlər Bakı Apellyasiya məhkəməsinin arxivindədir. Halbuki, orda sənədin surətidir.

Beləliklə, Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə, o da Yasamal Rayon Məhkəməsinə yönəldir. Elə işim orada da qalır. Sənədi verə bilmədiyimə görə, 21 min manat ödməklə bağlı əleyhimə qərar verilib. Ali Məhkəmə də bunu təsdiq edir. Bunlar məqsədli şəkildə olan bir işdir.

Onu da qeyd edim ki, hər bir məhkəməyə təqdim olunan istənilən sənədin əsli kim tərəfindən təqdim olunursa, məhkəmə prosesi başa çatandan, iş icraata göndəriləndən sonra, həmin şəxs təqdim etdiyi sənədin əslini məhkəmədən götürə bilər. Mən də o məqsədlə müraciət etmişəm. Xahiş edirəm, məhkəməyə təqdim etdiyim sənədin özümə qaytarılmasını təmin edəsiniz”.

Aynurə İSMAYIL
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
2011-ci ildən Azərbaycanın pərakəndə satış bazarına “sən harda, Araz orda!” şüarı ilə daxil olan “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Veysəloğlu” Şirkətlər Qrupunun əsas hissəsini təşkil edir.

İlkin dövrdə paytaxtda 4 supermarket açan MMC-nin hazırda Azərbaycanın bir çox şəhər və rayonlarını da əhatə edən 400-dən artıq filialı, 11 mindən artıq işçisi var. Bu göstəricilərlə “Araz” bütün rəqiblərini qabaqlayır və günü-gündən filiallarının sayını artırmaqda davam edir.

“Araz Supermarket” təkcə bu göstəriciləri ilə deyil, başqa parametrlərə görə də rəqiblərindən öndə gedir.

Məsələn, Azərbaycanda dövlət nəzarət qurumlarının, məhkəmələrin ən çox cərimə kəsdiyi pərakəndə satış şirkəti “Araz”-dır. Vətəndaşların da ən çox şikayətləri adıçəkilən supermarketlərdəndir.

Şikayətlərin xarakterinə gəldikdə, müştərilərin aldadılması, vaxtı keçmiş məhsulların satılması halları öndə gəlir. Bu barədə internet resurslarında çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

Qeyd edək ki, açıq mənbələrdə “Araz Supermarket” MMC-nin milyonlarla manat cərimələnməsi barədə xəbərlər yer alıb. Məsələn, 24 dekabr 2019 tarixində Yasamal rayon Məhkəməsi “Araz”-ın 6500 manat inzibati cərimə edilməsi barədə qərar çıxarıb.

MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə yazdığı protokola əsasən təqsirli bilinib.

2022-ci il mayın 5-də mediada yer alan xəbərdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Araz”-ın cərimələməsindən bəhs olunur.

Qeyd olunur ki, aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

Qərara əsasən “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabət yol verdiyinə görə MMC-yə 2 milyon 484.6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Daha sonra 31 yanvar 2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətindən «Araz Supermarket» MMC-yə haqsız rəqabət halları, yəni qanunsuz reklamın yayımına yol verməməsi haqqında göstəriş verilib və 2,5 milyon manat maliyyə sanksiyası tətbiq edilib.

Dövlət Xidməti həmin ilin avqust ayında məhsulu üzərində göstərilmiş qiymətdən baha satdığına görə marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

2024-cü ilin 21 avqust tarixində də “Araz Supermarket” MMC-yə cərimə protokolu yazılıb. Marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

27 avqustda “Araz”-a növbəti dəfə cərimə protokolu tərtib edilib. Marketin Binəqədi rayonu ərazisində yerləşən filialında aparılan yoxlama zamanı onun İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozduğu məlum olub.

Belə ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Bu cür faktların sayı daha da uzatmaq olar. Belə məlum olur ki, şirkət pərakəndə satış bazarındakı monopolist mövqeyindən istifadə edərək qanunvericiliyi dəfələrlə pozmaqdan çəkinmir.

Cərimə sanksiyaları, məhkəmə qərarları, vətəndaşların şikayətləri də “Araz” MMC rəhbərliyinə kar eləmir.

O halda MMC-nin məşhur “sən harda, Araz orda!” şüarını dəyişib “Araz harda, cərimə orda!” yazmaq daha məntiqli görünür…
/gununsesi.info/
 
Ardını oxu...
Hacıqabulda sosial çətinliklərlə yanaşı, ekoloji problemlərdən də əziyyət çəkən minlərlə yerli sakin var. Son təbii hadsisənin miras qoyduğu sel sularının fəsadları, eləcədə rayon ərazisində 500-ə yaxın fərdi yaşayış evinin qrunt sularında qərq olması və kanalzasiyaların bərbad halda olması rayon camaatı demişkən "dərdi batmanla gətirib". Yəni bu gün Hacıqabulda talehi məlum olmayan 500 ev və sosial sıxıntılardan əziyyət çəkən minlərlə yerli sakin dərdinə çarə tapa bilmir. Bəs bu vəziyyətdən camaatı kim qurtaracaq? görünür yenə dövləti yeyən məmurlar, dövlətə sığınacaq, kömək dilənəcək. Bəs onda hər işi dövlət görəcəkdisə, əcəba SİZLƏR nəyə lazımsız, axı nəyə görə böş yerə vəzifə zəbt etmisiniz deyib, axtarışına çıxan bir qurub hacıqabullu Ekologiya.az-ın əməkdaşları ilə həmsöhbət olub.

Şikayətçi şəxslərin dediyinə görə, "rayon və rayonətrafı ərazilərdə, o cümlədən böyük kənlərdə sel suları ətrafa səpələnmiş zibil tullantılarınıda özüylə gətirib. Sel suları ayrı bir dərd, natəmizlik isə ayrı. Zibil tullantılarının aylarla yığılıb qalması ilə bağlı problemlər hələdə yerli məmurlar tərəfindən görməzdən gəlindiyinə əyani sübutdur. Bəs görəsən yeni rayon rəhbəri iclaslarda məmurlara nəyi tapşırır, nələrə görə tənbeh etdiyi məchuldur. Dəyən isə yenə hacıqabullulara yəni biz kasıblara dəyir..."

Bunbunla yanaşı rayon bələdiyyəsi və Hacıqabul İH-nin Mənzil İstisiaar Təssərrüfatı birliyinin vəzifəlilərindən boğaza yığılan narazı yerli sakinlər bildirir ki, bir çox kənd və qəsəbələrdə, eləcədə rayonda zibil tullantıları atmağa zibil qutuları məhdud saydadı. İnsanlar kütləvi yaşadıqları ərazilərdə zibil qutuları tapmadığından tullantıları evlərin, məhəllələrin kənarına atır, ya da yolqırağı yerlərdə torpağa basdırırlar. Çoxmərtəbəli binalarda isə sakinlərin tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları da rayonda hələ də özünü göstərməkdədir. Yaxud rayonətrafı qəsəbələrdə zibil qutuları bir çox hallarda “əlçatmaz” məkanlarda-yağışda palçığı dizə çıxan yerlərdə qoyulur ki, sakinlər də belə qutulara “yan ala” bilməyib zibilləri hara gəldi atırlar.

Demək olar ki, rayonda tullantıların idarə olunması miqyası sıfır səviyyədədir. Rayon miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı çirkləndiricilər və ağır çoxçeşidli tullantılarla çirklənməsidir ki, buda COP 29 öncəsi olduqca aktual və həlli vacib problemdir, deyə narazı sakinlər əməkdaşlarımıza bildirib.

Onlar hazırkı həlli vacib problemlərlərin aradan qaldırılması üçün dəfələrlə Hacıqabul İH-nin yeni təyin olmuş rəhbərinin

qəbuluna getsələrdə, icra başçısının ya tədbirdə, yada ki şəxsi işləri ilə bağlı rayonda olmadığı, qəbulda oturan köməkçi tərəfindən bildirildiyi də sakinlərin şikayətində əksini tapıb.

QEYD:

Növbəti yazıda işini donduran Hacıqabul rayonundakı məmurlarla bağlı geniş reportaj dərc edəcəyik. Hər bir rayon sakininin dərdlərin dinləyib, şikayət və müraciətlərini işıqlandırmağa hazırıq! Hörmətli rayon sakinləri, şikayət və müraciətlərinizi saytımızdakı elektron ünvanımıza göndərə bilərsiz!

Ekologiya.az

Günay Sakitqızı
 
Ardını oxu...
"Azərenerji" prezidenti Baba Rzayevlə bağlı aparılan ilkin araşdırmalar böyük korrupsiya sxemini ortaya çıxarması haqda xəbər vermişdik. Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev bu əsnada sosial şəbəkədəki hesabında paylaşım edib.

"Bu gün (oktyabrın 17-də -E.M) prezident İlham Əliyevin göstərişi ilə "Azərkontrakt" Dövlət Korporasiyası ləğv edilib. Bir neçə gün öncə isə baş nazir Əli Əsədov "Azərenerji" prezidenti Baba Rzayevi ciddi cəzalandırmışdı.

Qeyd edim ki, bu iki hadisə arasında ciddi bağlılıq var. Belə ki, Baba Rzayev məhz "Azərkontrakt"-ın vasitəsilə irimiqyaslı fırıldaq həyata keçirib...

Maraqlı araşdırma aparıram. Ola bilər ki, Hesablama Palatasını qabaqlaya bildim..."

Yada salaq ki, 1 həftə əvvəl Hesablama Palatasının "Azərenerji"də plandan kənar yoxlamalara başlayacağı xəbəri yayılmışdı.

Musavat.com-un əldə etdiyi məlumata görə, baş nazir Əli Əsədovun məlum sərəncamından sonra "Azərenerji"də yoxlama qərarı verilib. Baba Rzayevin şəxsi falçısı Elman Əliyevlə əlaqə qura bilməsi ilə bağlı da xəbərlər yayılıb. Bildirilir ki, Elman Əliyev Baba Rzayevin müraciətlərinə cavab verməkdən imtina edib. Məlumata görə, Baba Rzayev əvvəllər Elman Əliyevin həyata keçirdiyi rituallar və cadu işlərinə görə ödənişləri vaxtında etməyib, bu da falçının narazılığına səbəb olub. Hazırda Baba Rzayev Elman Əliyevi yenidən öz tərəfinə çəkmək üçün səylər göstərir.

Qeyd edək ki, Baba Rzayev və falçı Elman arasında əlaqələr yeni deyil.

İllər öncə Elman Əliyevin Baba Rzayevin xidməti kabinetində cadu etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı. Bu, Rzayevin küfrə və caduyə inamını göstərirdi.

Baba Rzayevin əmlak və mülkiyyətləri ilə bağlı da məlumatlar yayılmaqdadır. Məlumata görə, Bakının Xəzər rayonunda ona məxsus çoxsaylı əmlak və biznes obyektləri var. Mərdəkan qəsəbəsində, 28 May küçəsində, keçmiş tikinti materialları mağazasının yerləşdiyi 5 hektar ərazidə kottec tipli evlər tikilir və mini şəhərcik salınır. Bu ərazidəki kotteclərin fantastik qiymətlərlə satışa çıxarılması planlaşdırılır.

Bundan başqa, Şüvəlan qəsəbəsində, Heydər Əliyev küçəsində yerləşən keçmiş Gülçülük sovxozunun 1 hektarlıq ərazisində Baba Rzayevə məxsus bağ evi var. O, həmçinin Dübəndi bağ massivində, "Mayak" adlanan ərazidə də geniş iqamətgaha malikdir. Zirə qəsəbəsindəki əkinə yararlı torpaqların 68 faizi Baba Rzayevin əlində cəmlənib və burada 100 hektarlıq göbələk ferması əmisi oğlu Firuz Rzayev tərəfindən idarə olunur.

Yayılan məlumatlara görə, Baba Rzayevin Bakının Səbayel, Xətai, Nəsimi və Yasamal rayonlarında 200-dən çox mənzili var. Həmçinin, "Azərenerji" prezidentinin saxta sənədlərlə əldə etdiyi başqa torpaq sahələri də siyahıya daxildir.

Baba Rzayevin Gürcüstanda “Sairme” müalicə-sağlamlıq kurortu, Dubayda və digər ölkələrdə biznes fəaliyyəti də mövcuddur.
 

Dünyapress TV

Xəbər lenti