Ardını oxu...
Xızı rayonunun Sitalçay kənd sakinləri susuzluqdan şikayətçidirlər.

AFN.az xəbər verir ki, sakinlər artıq 4 ildir yay aylarında kəndə gələn içməli suyun tamamilə kəsildiyini deyirlər: "Rayon icra icra hakimiyyətinin başçısı Xəzər Aslanov kənddə suyun olmaması ilə bağlı bizim şikyətimizi dinləmək belə istəmir. Biz onunla görüşdə dedik ki, eşitmişik bizim kəndə su kanalı çəkiləsidir, niyə reallaşmır bu layihə? Dedi onu kim deyib?!"

Sakinlər bildirirlər ki, kəndin yaxınlığından 3 su xətti keçir: "2 Şollar suyu, bir kanal xətti keçir. Heç olmasa bizə kanal suyundan versinlər. Qonşu kəndlərin hamısında Şollar suyu da var, kanal suyu da. Bir dənə bizim kəndimizdə yoxdur. Yeni Yaşma, Şorabad, Türkoba, Məşədihəsən neçə kilometrlərlə burdan aralıdır, Giləzi qonşu kənddir, hamısına kanal suyu da gedir, Şollar suyu da. Bizə də deyirlər pul yığın verin, sizə də gəlsin. Dia-az.İnfo Xəzər Aslanov neçə hektar ərazidə zeytunluq salıb, oranı sulamağa su verirlər, biz kəndçilərə su verilmir. Borular da alınıb, amma imkan vermir çəkməyə. İmkan versinlər, özümüzə gün ağlayaq. Üzümüzü kimə tutaq bunun üçün? Bizim ağaclarımız quruyur, yaşıllıqlarımız məhv olur. İndi XXI əsrdir, eşşəklə su gətirmək olar?"

Sitalçay ərazisindən Samur-Taxtakörpü-Abşeron su kanalı, 1914-cü ildə və 1967-ci ildə çəkilmiş iki Şollar su xətti keçir. Kəndə ayrılan xətt 1967-ci ildə çəkilən xətdən qaynaqlanır. Yay aylarında həmin xətdə su azaldığı üçün problem yaranır. Bir neçə il əvvəl çəkilmiş Samur-Taxtakörpü-Abşeron su kanalından Sitalçay üçün ayrılmış xətdən kənd sakinləri, bələdiyyə və digər təşkilatlar vasitəsilə alınmış plastik borular vasitəsilə kəndə su çəkilməsinə isə Xızının icra başçısı Xəzər Aslanov icazə vermir. Hər halda, sakinlər belə deyirlər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl Xəzər Aslanov kənddə olanda söz verib ki, özü də kömək edəcək suyun çəkilməsinə. Lakin nə hikmətdirsə, sakinlər öz hesablarına borular alsalar da, çəkilişə icazə verilmir: "Kəndin yolunu çəkdirəndə də icazə vermirdilər. Şirkət 100 min pul ayırmışdı, prezident gəlməli idi kəndə, icra başçısı deyirdi ki, pulu mənə verin".

Qeyd edilənlərlə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun mövqeyini almaq istədik. İcra başçısının İH-in rəsmi saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs 5 dəqiqə sonra zəng etməyimizi istədi. 5 dəqiqədən sonra etdiyimiz zənglərə isə cavab verilmədi. Hər bir halda X.Aslanovun mövqeyini verməyə hazırıq.


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyii növbəti dəfə irəli sürülmüş Əhliman Əmiraslanovun mülkləri sosial şəbəklərdə yenidən gündəm olub

Yerli.media ölkə mediasında gedən məlumatlara əsaslanaraq qeyd edir ki, Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, deputatlığa namizəd Əhliman Əmiraslanovun övladlarının biznesi əsasən Türkiyə və Rusiyanı əhatə edir.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazılanlara görə..

Onun sözlərinə görə, Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun və qardaşı Azər Əmiraslanovun biznes şəbəkəsinə çoxsaylı tikinti şirkətləri, ticarət mərkəzləri, restoran və kafelər daxildir:
Ardını oxu...
“1. İÇ MİMARLIK İNŞAAT PROJE TAAHHÜT TASARIM UYGULAMA TİCARET LİMİTED ŞİRKETİ 2015-ci il aprelin 17-də İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47 ünvanında 50 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 971304-0-dır. Təsisçiləri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və Türkiyə vətəndaşı Alev Kaygazdır. Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Deputatın oğlu ilə şərikliyə qədər o, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin sahibəsi olub.
Ardını oxu...
Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır.elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

3. İstanbulda Əmiraslanovlara məxsus qeydiyyatdan keçmiş daha bir şirkət isə AZER GAYRİMENKUL MEDİKAL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİdir. Bu şirkətin təsisçiləri qismində Azər Əmiraslanovdan başqa, Əhliman Əmiraslanovun digər oğlu, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edir.
Ardını oxu...
Şirkətin qeydiyyat nömrəsi 704740-0, hüquqi ünvanı İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47-dir. Əvvəldə qeyd etdiyim kimi Azər Əmiraslanovun Alev Kaygazla ortaq qurduğu şirkət də bu ünvanda fəaliyyət göstərir.

Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.

4. Deputatın oğlu Rusiyada da indiyədək 5 şirkət qeydiyyatdan keçirib, onlardan yalnız biri fəaliyyətini dayandırıb.
Ardını oxu...
“NOVİNKİ” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НОВИНКИ”) hələ Əliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu dönəmdə – 1996-cı ilin avqustunda Azər Əmiraslanov və şərikləri tərəfindən 8 milyon rubl nizamnamə kapitalı ilə təsis edilib (qeydiyyat nömrəsi 77160019227716). Hüquqi ünvanı Moskva, Novinki küçəsi 12 A-dır. Şirkətin adı elə bu küçənin adından götürülüb. Kolomenskoe metrosu yaxınlığındakı ünvanda şirkətə məxsus olan və hazırda “PRIMAVERA” şadlıq evi kimi fəaliyyətdə olan obyekt yerləşir.
Ardını oxu...
Şirkətin təsisçilərindən biri – Nəsimi Allahverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının mərhum professoru, şair Rübail Allahverdiyevin oğludur. Rübail Allahverdiyev Əhliman Əmiraslanovla uzun illərin dostu olub.
Ardını oxu...
Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2018-ci il maliyyə hesabatına görə gəlirləri 4 844 000 rubl təşkil edib.

5. Azər Əmiraslanov həmin tarixdə Nəsimi Allahverdiyevlə birgə Moskvada “Super-Kosna” MMC-ni də (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “СУПЕР-КОСНА”) qeydiyyatdan keçiriblər. 1 milyon 650 min rubl nizamnamə kapitalı olan daşınmaz əmlak şirkəti Rusiya paytaxtının Novinki küçəsi 12B ünvanında təsis olunub. Sözügedən ünvanda şirkətə məxsus “PRONTO” Ticarət mərkəzi və restoran fəaliyyət göstərir.
Ardını oxu...
2017-ci il maliyyə hesabatına görə şirləyin gəlirləri 8 milyon 251 min rubl təşkil edib.

6. “DİVİDEND” MMC (ООО “ДИВИДЕНД”) 2010-cu ilin mayında 10 000 rubl nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin 49 faiz hissələri Azər Əmiraslanova, qalan 51 faizi isə Nəsimi Allahverdiyevin və qardaşının adına rəsmiləşdirilib, 2017-ci il maliyyə hesabatına əsasən gəlirləri 39 milyon 784 min rubl (o zamankı valyuta kursu ilə 610 min dollar) təşkil edib.
Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət Moskvada, Privolnaya küçəsi 63-də hüquqi qeydiyyatdadır. Bu ünvanda yerləşən və şərq mətbəxi təqdim edən ikimərtəbəli “Lepyoşka” kafesi “Dividend” MMC üzərindən idarə olunur.

7. Azəf Əmiraslanov “Bereq” MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “БЕРЕГ”) nizamnamə kapitalı 10 min rubl olmaqla 2014-cü ilin sentyabrında Fail Qurbanov adlı işadamı ilə birgə qeydiyyatdan keçirib.
Ardını oxu...
Şkulyova küçəsi 2a/1 ünvanında hüquqi qeydiyyatda olan şirkət restoran biznesi sahəsində fəaliyyət göstərir. Əhliman Əmiraslanovun oğlu və onun şəriki bu şirkət üzərindən həmin ünvanda “AnderSon” restoranına sahibdirlər. Şirkət hissələrinin 65 faizi Fail Qurbanova 35 faizi isə deputatın oğluna məxsusdur.
Ardını oxu...
8. Azər Əmiraslanovun Moskvada şərik olduğu daha bir şirkət – “PSK” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ПЕРВАЯ СТРОИТЕЛЬНАЯ КОРПОРАЦИЯ”)
Ardını oxu...
2003-cü ilin dekabrında qeydiyyatdan keçib. Tikinti sektorunda fəaliyyət göstərmiş şirkət 2013-cü ilin iyulunda ləğv edilib.
Ardını oxu...
Mətbuatda yer alan məlumatlara görə Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş “Azər-Türk” klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir”.
Ardını oxu...
Həmçinin ökə mediasında gedən iddialara görə, Əhliman Əmiraslanovun oğlunu Türkiyədə qaçırıblarmış. Sözügedən mövzu ilə bağlı 03-10-2022-ci ildə ölkə mediasında çoxsayda materiallar dərc edilib.

Həmin məlumatlarda birini diqqətinizə çatdırırıq:

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Danışıqların nəticəsi olaraq oliqarx deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmasının üzvləri olublar.

Qeyd edək ki, oliqarx deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

****

***

Bakupost.az saytı isə oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğunu yazıb.

Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

****

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Əmiraslanov İstanbulda oğurlanıb. Bildirilir ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. O, kriminal dairələrdən Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib və onların saxlanılmasına nail olub.

*****

Əhliman Əmiraslanov haqqında qalmaqallar bununla bitmir. 13/03/2020-ci il tarixində gedən məlumata görə, Əhliman Əmiraslanovun qardaşı oğlu da ölkədə “hoqqa” verib.
Ardını oxu...
vətəndaş Tamella Fərzəliyeva bildirir ki, Emil Vaqif oğlu Əmiraslanov ondan dəyəri 115.250 (Bir yüz on beş min iki yüz əlli) manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.

Şikayətçinin sözlərinə görə, Emil Əmiraslanov həmin vəsaitin 30000 (otuz min) manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib, hansı ki, yerinə yetirməyib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10000 (on min) manat qaytaracağını söz verib. İlk aylar 1000 (bir min), 2000 (iki min), 3000 (üç min) manat qaytarsa da, sonradan gizlənərək öhdəlikdən yayınıb, telefon zənglərinə də cavab verməyib.

Vətəndaş T.Fərzəliyeva əlacsız qalaraq Emilin böyüklərini axtarıb. Atası – Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovla və anası ilə əlaqə saxlayıb. İlk əvvəl Emilin valideynləri işi qaydasına qoyacaqları barədə ümidverici sözlər desələr də, sonradan onlar da oğullarının borcunu ödəməkdən və yü ödətdirməkdən yayınıblar. Belə olan halda borc yiyəsi məcbur olub Əhliman Əmiraslanovun qəbuluna düşüb və akademikin diqqətinə çatdırıb ki, Emil ona iş düzəldəcəyini vəd edərkən, məhz nüfuzlu əmisinin adından istifadə edib. Hərçənd, alim əmi də qardaşoğlunun əməllərinə cavabdeh olmaqdan boyun qaçırıb.
 
 
 

VİDEO

Ardını oxu...
  

Xəbər verdiyimiz kimi, sosial mediada bədəninin hər yeri qançır olmuş yaşlı kişi videosu paylaşılıb.

İddia olunur ki, Kərəm Kərimov adlı şəxs Respublika Psixiatriya Xəstəxanasında döyülüb.

Musavat.com xəbər verir ki, APA TV hadisə yerindən videoreportaj hazırlayıb.

Həmin görüntüləri təqdim edirik:

 

 
 
 
 
 

 

 
 
Ardını oxu...
Ardını oxu...
Bir sıra şirkətlərdə müxtəlif vəzifələrdə çalışmış Ramin İsayevin qanunsuz əməlləri ilə bağlı araşdırmanın maraqlı təfərrüatı məlum olub.

TEREF Haqqın.az-a istiandən xəbər verir ki, Ramin İsayev 16 milyon manat məbləğində kreditin mənimsənilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçən il həbs edilib. Kredit 2012-2014-cü il dövründə Azərbaycan Beynəlxalq Bankı tərəfindən "Baghlan Group" ilə əlaqəli şirkətə verilib, harada ki İsayev rəhbər vəzifə tutub. Nəticədə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Araşdırma zamanı Ramin İsayevin fəaliyyətinin, o cümlədən onun SOCAR AQŞ-nin rəhbəri olduğu dövrə aid digər gizli təfərrüatları da üzə çıxmağa başlayıb.

Ramin İsayev sonuncu iş yeri olan SOCAR AQŞ şirkətində yol verdiyi kobud nöqsanlara, mənimsəmə və digər sui-istifadə hallarına dair əsaslı şübhələrə görə 2020-ci ildə şirkətin direktoru vəzifəsindən uzaqlaşdırılıb və fəaliyyəti ilə bağlı araşdırma başlanılıb.

Araşdırma müddətində məsuliyyətdən yayınmaq üçün Ramin İsayev ölkəni tərk edib, 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alıb, soyadını Hakan soyadına dəyişib və rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunub. Şirkətə aid külli miqdarda maliyyə vəsaitini mənimsəyərək tez bir zamanda zəngin həyat tərzinə öyrəşən Ramin İsayev, mənimsədiyi vəsaitin bir hissəsini Türkiyə və digər dövlətlərin banklarına yatırıb, digər hissəsinə isə Türkiyənin İstanbul şəhərinin müxtəlif elit rayonlarında daşınmaz əmlak əldə edib. O, Türkiyə vətəndaşlığı almaqla və soyadını dəyişməklə, xarici ölkələrdə olan aktivlərini müvafiq dövlət qurumlarından gizlətməyə nail olub.

Araşdırma zamanı Ramin İsayevin şirkətin maliyyə resurslarını mənimsəmək üçün yaratdığı və istifadə etdiyi çoxsaylı cinayət sxemləri müəyyən edilib. İsayevin həyata keçirdiyi bu cür cinayət sxemlərinə misal olaraq onun tapşırığı ilə qohumları öz adlarına şirkətlər yaradıb, həmin şirkətlər vasitəsilə SOCAR AQŞ üçün şişirdilmiş qiymətlərə mal-material, avadanlıqlar alıb, xidmətlər göstərib, torpaq sahələri icarəyə götürüb və nəticədə şirkətə milyonlarla ziyan vurub.

İsayev təkcə maliyyə vəsaitlərini mənimsəməklə kifayətlənməyib, həm də tanınmış beynəlxalq şirkətlərin adlarını mənimsəməkdən və cinayət məqsədləri üçün istifadə etməkdən çəkinməyib. Məsələn, o, qohumlarının adına qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərindən birinin adını dəyişərək “Baker Energy” qoyub, mahiyyətcə Amerikanın tanınmış şirkətinin adını və reputasiyasını şəxsi cinayət məqsədləri üçün istifadə etmək üçün mənimsəyib.

Ramin İsayevin digər cinayət əməllərinə dair çoxsaylı misallar gətirmək olar. Məsələn, İsayevin Çin vətəndaşı Tan Tinqlə sövdələşməsi, vəsaitlərin mənimsənilməsi və çıxarılması üçün onların Çin şirkətlərindən istifadə etməsi qeyd edilə bilər. Adıçəkilən Çin vətəndaşı, Kostya Tinq kimi də tanınan Tan Tinq dələduzluq əməllərinə görə Çin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib və hazırda istintaqdan gizlənir.

Ramin İsayevin cinayət sxemlərinin daha bir bariz nümunəsi “Ulduz” şirkətindən torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı epizoddur.

İsayevin bacısının qaynının adına rəsmiləşdirilən “Ulduz” şirkətindən 3 hektar torpağın icarəyə götürülməsi ilə bağlı müqavilədə dəfələrlə şişirdilmiş qiymətlər göstərməklə, 2015-2020-ci illər ərzində “Ulduz” şirkətinə 4,1 milyon manat icarə haqqı ödənilib, halbuki, həmin torpaq sahəsinin faktiki icarə dəyəri 278 min manat olub. Maraqlıdır ki, yekun müqavilədə göstərilən qiymətlə müqayisədə 10 dəfə aşağı qiymətə ilkin müqavilə tərtib edildikdən sonra “Ulduz” şirkəti qısa zamanda İsayevin qohumlarının adına yenidən rəsmiləşdirilib və icarə qiyməti dəfələrlə artırılıb. Nəticədə təkcə bu mənimsəmə epizodunda Ramin İsayev rəhbərlik etdiyi şirkətə 3,8 milyon manat ziyan vurub.

İsayev qanunsuz əməllərini gizlətmək üçün şirkət hesabatlarını saxtalaşdırmaqdan da çəkinməyib. Banqladeş Xalq Respublikasında həyata keçirilən layihədə maliyyə itkilərinin gizlədilməsi məqsədi ilə Ramin İsayev Banqladeşin “Bapex” şirkəti adından 12 milyon 400 min ABŞ dolları ödəniləcəyi barədə saxta maliyyə sənədləri hazırlayıb. Daha sonra İsayev tabeçiliyində olan əməkdaşları bu saxta sənədləri imzalamağa məcbur edib. Bu yolla o, illik hesabatlarda şişirdilən gəlirlər göstərib və ilin yekunlarına görə mövcud olmayan gəlirlərdən belə pul mükafatları alıb. Hətta, bu saxta maliyyə sənədi əsasında Azərbaycan banklarının birindən kredit götürməyə nail olub. Qeyd olunan bu fakt da onun barəsində həyata keçirilən cinayət işi çərçivəsində araşdırılır.

Bundan başqa, araşdırma zamanı müəyyən edilib ki, Ramin İsayev Türkiyədə qeydiyyatdan keçən “Rotana Lojistik İthalat İhracat ve Diş Ticaret Limited Şirketi” (qısaca “Rotana”) ilə müqavilə bağlayıb və heç bir xidmət göstərilmədiyi təqdirdə Ramin İsayevin imzası və göstərişi ilə həmin şirkətə 306 000 ABŞ dolları (520,000 AZN) məbləğində vəsait ödənilib. SOCAR-AQŞ-nin şikayəti əsasında Türkiyədə prokurorluq orqanları tərəfindən bu məsələ ilə bağlı Rotana şirkəti barəsində cinayət işi başlanılıb. İlkin araşdırma zamanı müəyyən olub ki, Rotana şirkəti heç bir xidmət göstərmədən Azərbaycan şirkətlərindən külli miqdarda pul köçürmələri alıb və sonra bu pullar Türkiyədə nağdlaşdırılıb. Hazırda Türkiyədə qanunsuz pul mədaxili və “çirkli” pulların yuyulması ilə bağlı araşdırma davam edir.

Ramin İsayev rəhbəri olduğu şirkəti bütünlüklə özününkü kimi istifadə edib, müvafiq peşə bacarıqları olmayan 30-dan çox qohumunu şirkətə işə götürüb. O, həmin şəxslərə tutduqları vəzifələrə uyğun olmayan yüksək məvaciblər, eləcə də külli miqdarda həvəsləndirici ödənişlər təyin edib. Hətta, İsayevin işə götürdüyü şəxslərin bəziləri işə gəlmədən əmək haqqı alıb. Məsələn, adı hazırda açıqlanmayan tanınmış musiqi qrupunun 5 üzvünü Ramin İsayev SOCAR AQŞ-yə strateji layihələr və logistika mütəxəssisləri vəzifələrinə işə rəsmiləşdirib və onlara 2016-2020-ci illərdə ümumilikdə 500 000 manata yaxın əmək haqqı ödənilib.

Cinayətkar planlarını həyata keçirməkdə ona lazım olan savadlı və mütərəqqi menecer obrazını yaratmaq üçün Ramin İsayev şirkətin vəsaiti hesabına gizli şəkildə və müvafiq razılaşdırmalar olmadan ABŞ-nin bahalı universitetlərində, o cümlədən Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil haqlarını və digər xərclərini ödəyib, eləcə də Harvard Kennedi Məktəbinə şirkətin vəsaiti ilə ianələr edib. Məsələn, 16 avqust 2018-ci il və 10 iyun 2019-cu il tarixlərində o, şirkətin vəsaitlərindən Harvard Kennedi Məktəbinə 100,000 ABŞ dolları məbləğində ianələr edib və onları öz vəsaiti kimi təqdim edib. Bu böyük məbləğdə ianələr ona görə edilib ki, onun adı bu tanınmış təhsil ocağının saytında donor kimi qeyd edilsin və o, bu titulu özünün saxta və layiq olmadığı nailiyyətlərinin bir hissəsi kimi göstərə bilsin. Onun barəsində cinayət işi açıldıqdan sonra onun adı məktəb tərəfindən xeyriyyəçilər siyahısından çıxarılıb.

İsayevin cinayət xarakterli fəaliyyəti işdən çıxarıldıqdan sonra da bitməyib. SOCAR AQŞ-nin direktoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra qisas hissini rəhbər tutaraq, cinayət əməllərinin izini gizlətməyə çalışan Ramin İsayev öz yaxın adamına, şirkətin İnformasiya Texnologiyaları şöbəsinin rəhbərinə şirkətin serverlərinə kiberhücum etməsi barədə tapşırıq verib, sonuncu isə İsayevin göstərişini icra edərək kiberhücum təşkil edib. Bununla bağlı, həmin şəxs barəsində 23 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1 və 273.2 maddələri ilə cinayət işi başlanılıb və araşdırma aparılıb.

Bundan başqa, Ramin İsayev şirkətdə aparılan müstəqil audit və araşdırma prosesinə təzyiq göstərmək məqsədilə müxtəlif elektron poçt ünvanlarından istifadə edərək SOCAR AQŞ, onun rəhbərliyi və səhmdarları haqqında hədələr göndərərək, böhtan xarakterli materiallar yayıb.

Etibarlı mənbələrə əsasən, Ramin İsayevin vəzifə səlahiyyətlərindən sui-istifadə və səhvləri təkcə SOCAR AQŞ-də fəaliyyət göstərdiyi dövrlə məhdudlaşmır, həm də əvvəlki iş yerlərini əhatə edir.

Belə ki, Ramin İsayev KCA Deutag şirkətində region üzrə biznesin inkişafı meneceri vəzifəsində çalışarkən, yol verdiyi səhvlər və bu vəzifədə ona həvalə edilən tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən KCA Deutag şirkətinin rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib.

Bunu bilən İsayev KCA Deutag şirkətinin rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb, 2009-cu ildə Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərməklə KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta, şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.

Ümumiləşdirərək qeyd etmək lazımdır ki, araşdırma zamanı əldə edilən ilkin məlumatlara görə, Ramin İsayev cinayət əməlləri nəticəsində sonuncu rəhbəri olduğu SOCAR AQŞ şirkətinə məxsus 54 milyon manatdan çox vəsaiti mənimsəyib.

Məlumat verildiyi kimi, Ramin İsayevin işi üzrə ibtidai istintaq başa çatıb və cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4 308.2, 32.4, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəmədə iştirak edəcək.

Ramin İsayevin mənimsədiyi dəqiq məbləğ isə məhkəmə yekunlaşdıqda və hökm çıxarıldıqda məlum olacaq.
Ardını oxu...
Ölkədə ən geniş yayılmış hüquq pozuntusunun dələduzluq olduğunu
cinayətlərin statistikasından başqa hər gün qarşıya çıxan faktlar da
doğrulayır. Dələduzluq cinayətləri , adətən, dövlət orqanlarının, vəzifəli
şəxslərin səlahiyyətlərini saxtalıqla mənimsəməklə gerçəkləşdirilir.
Danışacağımız faktda isə dələduzluğu edən dövlətin iqtisadi siyasətinə
cavabdeh edilən dövlət orqanıdır, İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti və tabeliklərindəki xidmətlərdir. Anlamaq olmur,
ƏMDX- Əmlak Məsələləri Dövlət Xidmətidir, yoxsa DƏLƏDUZLUQ
XİDMƏTİ?
“Veteranlar haqqında” qanunun 11-ci maddəsinin 2-ci abzası ilə DÖVLƏT
müharibə veteranlarının istifadəsində olan dövlət bağlarının və
bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ( müharibə
veteranlarının- M. B. ) ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilməsini
aktlaşdırıb. Dövlətin adından bu görəvi yerinə yetirməyə təhkim edilən
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə açıq
mətnlə bildirir ki, eyni nazir(liy)in başçısı olduğu Tarif Şurası qanunu-
normativ hüquqi aktı ləğv edib.(?) Bir aydan çoxdur Konstitusiyaya açıq
sayğısızlığa qiymət verilmir. ƏMDX və tabe qurumlar “dedığım dedik,
çaldığım düdük” deyib dururlar. Elə bil, bunların özünün ayrıca özbaşınalıq
qanunu, konstitusiyaları var!(?) Ölkədə ən yüksək hüquqi qüvvəyə malik
qanun Konstitusiyadırsa, bu qanunda yazılıb ki, qanunların icrası və tətbiqi
məcburidir (maddə149, III hissə); heç kəsdən qanunda nəzərdə
tutulduğundan artıq vergilər və digər dövlət ödənişləri alına bilməz
(maddə73, II hissə). Bəs niyə müharibə veteranlarından ƏVƏZSİZ olaraq
ŞƏXSİ MÜLKİYYƏTƏ keçirməyə haqq etdikləri bağlarına görə “Dövlət
rüsumu haqqında” qanuna əsasən 125 manat dövlət rüsumu və Tarif
Şurasının 31.07.2023 tarixli, 5 saylı qərarına görə 118 manat xidmət
haqqı tələb edilir? Bəyəm ƏMDX bilmir ki, dövlət rüsumu – göstərilən
XİDMƏTLƏRƏ və hüquqi hərəkətlərə görə ödənilən haqdır?( “Dövlət
rüsumu haqqında” qanunun 1.1 maddəsi). Onu da bilmir ki, heç bir
qurum qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda
göstərilmiş həcmdən əlavə vergilər və digər dövlət ödənişilərini
MÜƏYYƏN EDƏ bilməz? ( “Dövlət rüsumu haqqında” qanunun 1.2
maddəsi) Belə bəlli olur ki, bilmir. Bilsəydi, ödənişdən azadolma bir yana,
şişirtmə DÖVLƏT (DƏLƏDUZLUQ) ÖDƏNİŞLƏRİ MÜƏYYƏN ETMƏZDİ.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə
heyətinin sədr müavini Elşad Məmmədov 06.08.2024 tarixli məktubla
şişirtmə DÖVLƏT ÖDƏNİŞİNİ bircə ayrıntı ilə digər müavin Elvin
Məmmədov kimi “əsaslandırıb”. Ayrıntı ondadır ki, “Veteranlar haqqında”
qanunu Elvin Məmmədov görməzliyə vururdusa, Elşad Məmmədov
belə TƏFSİR EDİB: “Veteranlar haqqında” qanunun 11-ci maddəsinə
görə, müharibə veteranlarının istifadəsində olan dövlər bağları və
bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ŞƏXSİ MÜLKİYYƏTinə
verilməsi QEYD EDİLMİŞ , lakin DAŞINMAZ ƏMLAK ÜZƏRİNDƏ
HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI barəsində GÜZƏŞT
NƏZƏRDƏ TUTULMAMIŞDIR” . Dəhşətli dələduzluq təfsirinə baxın, bu
yekəlikdə ƏMLAK XİDMƏTİ şəxsi MÜLKİYYƏTin əmlakın dövlət
qeydiyyatına alınması olduğunu (da!) BİLMİR!
Özgə izaha, şərhə, təfsirə ehtiyac varmı? Suala cavab vermək Prezident
yanında korrupsiyaya qarşı mübarizə komissiyasının, baş prokurorluğun
boynundadır.
Məğrur Bədəlsoy
TEREF
Ardını oxu...
 
 
 
Ardını oxu...
Milli Məclisin qocaman üzvlərindən olan Səttar Möhbalıyev millət vəkili kreslosundan əl çəkmək istəmir. O bu dəfə də deputat olmaq istəyir. Rəsmi məlumata əsasən, Möhbalıyev bitərəf şəxs kimi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib və onun namizədliyi qeydə alınıb.

S.Möhbalıyev yenidən millət vəkili seçilərsə, onun deputatlıq fəaliyyəti 30 ilə çatacaq.

İlk dəfə 2000-ci ildə deputat olan Möhbalıyev 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə parlamentə düşə bilib. Artıq 24 ildir ki, deputat olan S.Möhbalıyev ahıl yaşını millət vəkili kimi qarşılamağı arzulayır.

S.Möhbalıyev müsbət imici olmayan şəxslərdən biridir. O, uzun müddətdir ki, bir neçə postu tutur və siyasi, ictimai fəaliyyəti əsasən mənfi cəhətlərinə görə yadda qalıb.

Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

Həmkarlar təşkilatlarının əsas məqsədi işləyənlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması olsa da, qocaman millət vəkilinin bu istiqamətdə təsirli fəaliyyəti görünmür. Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına da imkan verməyib.

Milli Məclisin iclaslarında da kifayət qədər passiv olan Möhbalıyev hətta onun peşə fəaliyyətinə aid olan məsələlərin müzakirəsi zamanı da susmağı üstün tutur.

S.Möhbalıyevin millət vəkili, konfederasiya rəhbəri postlarından bərk-bərk yapışmasının əslində başqa məqsədləri var. Bu postlar Möhbalıyevin, onun ailəsinin biznes imkanlarının genişləndirilməsinə himayədarlıq edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası böyük maddi texniki bazası, iri maliyyə vəsaitləri olan təşkilatlardandır. Qurumun balansında çoxlu sayda istirahət, idman və əyləncə qurğuları mövcuddur. Möhbalıyevin adı bu qurğuların bəzilərinin satılması işində hallanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə araşdırması göstərir ki, Möhbalıyevin rəhbərlik etdiyi konfederasiya Gəncə, Göygöl və başqa yerlərdə olan stadionlarını öz mülkü kimi satıb. S.Möhbalıyevin adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir.

Stadionun ərazisini satmaq adı ilə dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov 2 ilə yaxındır ki, həbsdədirlər. İddia olunur ki, onlar bina tikintisi ilə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi 900 min manat pul alınıb.

Nadir Əliyev isə istintaqa ifadəsində günahkar olmadığını iddia edir. O hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib. Bu işlərlə bağlı məhkəmə prosesi davam edir. Digər bir iddiaya əsasən konfederasiya rəhbəri həmkarlara məxsus mülklərin ərazisini müxtəlif yollarla özəlləşdirməklə çoxmərtəbəli binaların inşasını həyata keçirir. Onun artıq xeyli müddətdir ki, tikinti biznesinə böyük sərmayə qoyduğu bildirilir. Biznes fəaliyyəti isə sadəcə Azərbaycanla məhdudlaşmayıb. Konfederasiya rəhbəri ailə üzvlərinin adına Türkiyədə yaratdığı və nizamnamə kapitalı 250 min dollar olan şirkət vasitəsilə qardaş ölkədə biznesini genişləndirib.
Möhbalıyevin qızının Türkiyədə bahalı villa alması da xaricə qoyulan “investisiya”lardan biridir.

S.Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar təşkilatı faktiki ailə təşkilatına çevrilib. Sədrin ailə üzvlərinin təşkilatda mühüm mövqeləri tutması bunun sübutudur. Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir.
Möhbalıyevin biznes və siyasi imkanlarının genişlənməsində Əli Həsənovla quda olması da mühüm rol oynayıb. Ə.Həsənovla qohumluqdan sonra onun xüsusən tikinti biznesinin xeyli böyüdüyü görünüb.

Son illərdə adı korrupsiya faktlarında daha tez-tez çəkilən, siyasi fəaliyyəti görünməyən Möhbalıyev kimi şəxslərin yenidən millət vəkili olması ehtimalı təəssüf doğurur. Belə şəxslərin əvəzinə aktiv, reputasiyası yüksək olan insanların Milli Məclisdə xalqı təmsil etməsi daha yaxşı olardı.

Sfera.az
 
 
 
Ardını oxu...
2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üçün namizəd olanlardan biri də üç dəfə millət vəkili olmuş Malik Həsənovdur.

M.Həsənov ilk dəfə 2010-cu ildə deputat seçilib. Daha sonra 2015 və 2020-ci illərdə millət vəkili postuna yiyələnib.

Onun namizədliyi bu dəfə də Cəlilabad şəhər seçki dairəsindən (71 saylı) verilib. O, əvvəlki seçkilərdə də eyni dairədən namizəd olub.

Passiv millət vəkillərindən olan Malik Həsənov ardıcıl dördüncü dəfə deputat seçilərsə, bu, sadəcə təəssüf doğuracaq, çünki M.Həsənov “seçkidən-seçkiyə görünən deputat” imici ilə tanınır. Cəlilabadlı deputat parlamentin iclaslarında danışmır, layihələrin müzakirəsi zamanı fikir bildirmir, təklif və tənqid səsləndirmir.

M.Həsənov deputat kimi passiv olsa da, biznesdə və başqa sahələrdə “bacarıqlıdır”. Onun tanınmasında, biznes və siyasi həyatda sürətlə yüksəlməsində qardaşı Kərəm Həsənovun xüsusi rolu var. Həsənov qardaşları uzun illərdir, vəzifə postlarında möhkəm dayanıblar. Öncə K.Həsənov vəzifə pillələrində yüksəlib, daha sonra isə onun açdığı yolla qardaşı M.Həsənov irəliləyib.

K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edən zaman 2006-cı ildə "Azinko Holdinq" tikinti şirkətini yaradıb. Komitə sədrinin şirkətlə rəsmi əlaqəsi olmasa da, biznes dairələrində çox yaxşı bilirdilər ki, "Azinko Holdinq"in sahibi məhz K.Həsənovdur. Cəmi bir il sonra şirkətə M.Həsənovun rəhbər təyin edilməsi də "Azinko Holdinq"in Həsənov qardaşlarına aid olmasını təsdiqləyir.

"Azinko Holdinq" əsasən Bakıda tikinti işləri ilə məşğuldur. Şirkət şəhərin müxtəlif yerlərində yaşayış kompleksləri tikib, eyni zamanda dövlət əhəmiyyətli bir sıra layihələrin icraçısıdır.

Bu holdinqin ən məşhur işlərindən biri Abşeronun şərqində, Bilgəh qəsəbəsində dəniz sahilində 9 hektar sahədə "Jumeirah Bilgah Beach Hotel” hotel kompleksinin inşasıdır.

Hətta mediada gedən xəbərlərə görə, "Loti Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun Türkiyədə qətlə yetirildiyi “Alva Donna Exclusive Hotel Spa” hotelinin azərbaycanlı sahibi Sərxan Babayev Kərəm Həsənovun adamıdır. Yəni sözügedən hotel dolayısı ilə Həsənov qardaşlarına məxsusdur.

M.Həsənov rəsmi olaraq 2007–2010-cu illərdə "Azinko Holdinq"ə rəhbərlik edib.

O, 2010-cu ildən biznes fəaliyyətinə formal olaraq son verib və həmin il deputat seçilib. Bununla da M.Həsənovun siyasi həyatı başlayıb və artıq 14 ildir ki, deputatdır.

M.Həsənovun yenidən deputat seçiləməsi seçicilər üçün heç nəyi dəyişməyəcək, sadəcə olaraq, Milli Məclisdə passiv millət vəkillərindən birinin sayını artıracaq.

Sfera.az
 

Ardını oxu...
1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində “görməmiş”cəsinə bütün dairələrdən namizəd irəli sürən hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında ciddi dəyişiklik olmasa da, yeni simalar da ortaya çıxıb. Onlardan biri də 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd kimi irəli sürülən Samir Vəliyevdir. Əslində ona yeni sima da demək olmaz. Hazırda YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsini daşıyan Samir Vəliyev son illərdə “ayaqda qala bilmiş” bir neçə özəl ali məktəblərdən olan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur.

AzToday.az xəbər verir ki, ailə üzvləri ilə birlikdə Odlar Yurdu Universitetinə rəhbərlik edən deputatlığa namizəd S.Vəliyev vaxtaşırı biznes fəaliyyəti ilə də gündəmə gəlir. Yəqin ki, YAP-da sürətli yüksəlişi də öz bizneslərindən narahatlıqdan qaynaqlanıb. Çünki keçmiş deputat Əhməd Vəliyevin ailə biznesi təkcə bağanan məşhur “Muğan Bank”la bitmir. Milli Məclisin deputatı, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyə, Rusiya, hətta böyük Britaniyaya qədər uzanırdı.

Topdağıtmaz varidat qazanan Əhməd Vəliyev oğulları Samir və Munir vasitəsilə geniş ailə biznesi yaradaraq “Jalə Plaza”, Odlar Yurdu Universiteti və “Oksigen” klinikasının idarə edir. Samirə gəlincə, Əhməd Vəliyev oğlunu Odlar Yurdu Universitetində prorektor, hətta rektor əvəzi vəzifəsinə qədər yüksəldib. Daha sonra qısa müddət ərzində S.Vəliyev doktorluq işini müdafiə edərək, professor olub.

Medianın yazdığı daha bir sensasion xəbərə görə, rektorun oğlu Samir Vəliyev təhsil nazirinin müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazanırdılar(???).

Burada bir haşiyə çıxmaq lazımdır ki, Samir Vəliyev təhsil nazirinin müşaviri, peşə təhsili üzrə sektor müdiri, hətta Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb, deyilən və yazılanlara görə, bu vəzifədə olanda milyonlarla vəsait əldə edib. Hətta iddialara inansaq, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə əlaqədar biznesini genişləndirmək üçün xeyli pul qazanıb.

Buradan belə nətcə çıxamaq olar ki, sabiq təhsil naziri Mikayıl Cabbarovun vaxtında nazirlikdə yüksək nüfuza malik olan bir şəxsin vasitəsilə vəzifəyə gətirilən Samir Vəliyevin müşavirliyi, digər vəzifələrdə çalışması ölkəmiz və təhsilmiz üçün heç bir xeyir verməyib. Çünki hələ 2014-cü ildəki təyinatından tutmuş ata puluna hər şeyə nail olan birinin, yəni özünə xeyri olmaayan birinin dövlətə və nə fayda verəcək?

Sözün qısası bi adam ömür boyu atasının yaratdığı şəraitdən istifadə edərək dövran sürüb. İndi də atasının yolu ilə gedərək, daha doğrusu, atasının çizdiyi yolla YAP-ın dəstəyi ilə nəyəsə nail olmaq istəyir. Bu zaman da belə bir sual ortaya çıxır: deputat olmaq Samir Vəliyevin nəyinə lazımdır? Suala cavab tapmasaq, deməli onun deputat olması kiməsə gərəkli olub.

Məlumdur ki, Azərbaycan təhsili üzərindən qazanılan pullar hesabına Samir Vəliyevin ciddi maliyyə imkanları mövcuddur. Mediada yer alan bilgilərə görə, Samir Vəliyev təhsil üzərindən qazandığı pulları ölkədən xaricə çıxarıb, Londonda mülklər alıb. Hətta Samir Vəliyevin oğluna Londonda iş tapmaq üçün axtarışa başladığı barədə də söz-söhbətlər gəzirdi. Bu baxımdan, ona “Azərbaycanda bu qədər imkanın var, nə üçün oğluna burada iş qurmursan”, – deyə sual verənlərə cavabı belə olub: “Bu ölkənin gələcəyi yoxdur”.

İndi isə keçək onun deputat seçilmək üçün böyük mübarizəyə qoşulmasına. Onun seçilməsi üçün Nərimanov 20-ci dairədən namizəd olan sabiq spiker Adil Əliyev sıradan çıxarıldı. Medianın yazdığına görə, nə hikmətdirsə, onun qarşısına özündən də təcrübəsiz, siyasətdə naşı olan adamlar çıxarılır ki, deputat seşilməsinə ciddi əngəl yaranmasın. Məsələn, onun rəqiblərindən biri 24 yaşı Ayxan Baxşəlizadədir.

Yəni deputat seçilməsi üçün münbit şərait yaradılan alim-biznesmen atanın alim-biznesmen oğlu Milli Məclisə düşməyin 1 addımlığındadır. Onu yalnız seçicilər əngəllləyə bilər. “Azərbaycanın gələcəyi yoxdur”, – deyən YAP-çı da olsa, onun deputat olmağının qarşısı alınmalıdır. Üstəlik, siyasətin “S”indən belə xəbəri olmayan Samir Vəliyevin Milli Məclisdə nə işi var?
 

Ardını oxu...
"Bakının "20 Yanvar" metrostansiyasının çıxışları qarşısında acınacaqlı vəziyyət yaranıb. Stansiyanın "Şamaxinka", "Velotrek" və digər istiqamətlərdə çıxışlarının qarşısında qanunsuz küçə ticarətinə şərait yaradılır". Dia-az.İnfo bildirir ki, bu barədə paytaxt sakinləri giley edirlər.

Onlar daha sonra yazırlar: "Burada səyyar piştaxtalar qoyulur və meyvə-tərəvəz, siqaret, lotoreya, peraşki, qarğıdalı və s. satılır. Bütün bunlar hərəkəti çətinləşdirməklə yanaşı, metro çıxışlarında antisanitariya vəziyyəti yaradır. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub.“Hər gün burada bazar açırlar. Metronun çıxışında gah mer-meyvə, gah paltar, gah qarğıdalı və s. satılır. Açıq havada, toz-torpağın içində bu qidaları necə satmaq olar?! Axşam isə buralar zibilxanaya çevrilir. Piştaxtanın ətrafını yığışdırmadan gedirlər. Hər yerə zibil dağıdırlar. Bəzən polislər müdaxilə edir, amma 1-2 gün keçməmiş yenə eyni hal yaşanır. “Şamaxinka”ya qalxan yolda vəziyyət daha da bərbaddır. Hər gün metrodan minlərlə insan çıxır, yoluna davam edir. Onsuz da taksilərin əlindən sıxlıq yaranır, bir yandan da alverçilər..."

"20 Yanvar" metrosu ətrafındakı xəstəlik mənbəyini əks etdirən fotoları təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Hər halda, bütün bunların memarı məhz Yasamalr rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovdur. Məhz onun sayəsində bu gün Yasamal küçələri ilə dağılmış Suriya küçələri arasında elə də ciddi fərq yoxdur... MALƏSƏF...
 

Ardını oxu...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək sabiq deputatlardan biri də Cananşir Feyziyevdir.


Bu dəfə də 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizədliyini verən C.Feyziyevin sosial mediadakı kampaniyasında maraqlı hallar yaşanır. Daha doğrusu, onun feyzbuk hesabında paylaşdığı təbliğat materiallarının altında seçiciləri maraqlı rəylər yazır, həssas məsələlərə toxunurlar. Maraqlıdır ki, deputatın statusuna yüzlərlə rəy yazılır. Etiraf etməliyik ki, bu rəylərin əksəriyyəti ona dəstək ifadə edir. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, C.Feyziyev daha çox bir deputat kimi yox, məhz xeyriyyəçi kimi təriflənir. Rəy yazanlar onun kasıb, imkansız ailələrə maddi dəstək olduğunu, tələbələrin təhsil haqlarını ödədiyini, kasıblara ərzaq yardımları etdiyini və s. yazırlar. Bir sözlə, bütün təqdirlər C.Feyziyevin məhz xeyriyyəçilik fəaliyyətinə görə səslənir. Onun deputatlıq fəaliyyəti dövründə vətəndaşların, seçicilərin rifahının yüksəldilməsi istiqamətində etdiyi hansısa təklifdən, ölkənin ictimai-siyasi həyatında gördüyü hansısa əhəmiyyətli bir işdən danışan yoxdur. Bu isə onu deməyə əsas verir ki, C.Feyziyev insanların səsini pulla alır. Bəs bu qədər pul bir deputatda haradandır? Bu barədə geniş yazmağa ehtiyac yoxdur, hər kəs C.Feyziyevin çoxşaxəli biznesinin olduğunu bilir.
Sosial şəbəkələrdə diqqətimizi çəkən başqa bir məqama toxunacağıq. Bu, C.Feyziyevin yaralı yeri olan London hadisələridir. Diqqətli oxucular xatırlayarlar, ötən il London məhkəməsi deputatın ailəsinə məxsus olduğu bildirilən 63 milyon dollarlıq əmlakına həbs qoydu. Bura Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz davranışdan əldə edilən gəlirlər" hesabına satın almaqda şübhəli bilinən 22 mülk daxil idi. Həmin yazı ilə BURADAN tanış ola bilərsiniz. Maraqlıdır ki, Feyziyev, yaxud onun səhifəsini idarə edən şəxs bu məsələ haqda yazılan rəyləri pozurlar. Lakin diqqətli oxucularımız həmin rəyləri skrin edərək redaksiyamıza yollayıblar. Görünür, seçicilər də deputatın nəhayət əsl üzünün görünməsini, xalqın aldanmamasını istəyirlər.

AFN.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti