Ardını oxu...
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Azərbaycanın müstəqillik illərində bəlkə də yeganə icra başçısıdır ki, vəzifəyə təyin olunandan 40 gün keçməmiş ölkə rəhbəri tərəfindən cəzalandırılıb.Nahid Bağırov haqqında internet üzərindən araşdırma apardıqda şəhid ailələrinə soyuq münasibəti ilə fərqlənən, onların sosial problemlərinə laqeydlik göstərən, 40 min manata küçə və prospektlərdəki divarlara rəsm çəkdirən,fermer Teyyub Abdullayevlə iki ildən çox məhkəmə çəkişməsində və.s məsələrdə adı hallanan bir rayon rəhbəri kimi hallanıb. İsmayıllıda ərzaq məhsulları istehsalı ilə məşğul olan fermerlərə dəstək vermək, əl tutmaq əvəzinə, onların “ayağından ikiəlli dartmaqla məşğul olub”.Nəticə etibarı ilə, Şəki İnzibati Məhkəməsi Nahid Bağırovun barəsində sensasion qərar qəbul etdi və başçının fermer T.Abdullayevin taxıl əkini sahəsini əlindən alıb başqasına vermək Sərəncamını özünə də ləğv etdirdi! Bu, əslində, başçı səviyyəsində qazdığın çalanı özünə də doldurtmaq demək idi.

Mətbuatda yayılmış başqa bir məlumata görə 44 günlük Vətən Müharibəsinin qazisi olan 1997-ci il təvəllüdlü Röyal Mirzəyev, 23 oktyabr 2023-ci il tarixdə icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. İcra başçısından müsbət cavab almayan Röyal Mirzəyev İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb və həkimlərin səyi nəticəsində xilas edilərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İcra başçısı Nahid Bağırovun nədən rayon sakinlərinə qarşı belə münasibət bəsləməsinin səbəbi bəlli deyil.

Nahid Bağırovun Tərcümeyi-Halında da müyyən ziddiyətlər vardır.Rəsmi tərcümeyi-halından bəlli olur ki, 1979-da Bakıda doğulub, 1999-cu ildə, yəni 20 yaşında Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib və tələbə ola-ola 18 yaşında Sabunçu rayon məhkəməsində katib vəzifəsində işləyib.
Əgər 18 yaşında Sabunçu rayon məhkəməsində rəsmi katib vəzifəsində işləyibsə deməli qiyabi təhsil alıb.Qiyabi təhsil alanlar isə 18 yaşında həqiqi hərbi xidmətə çağrılırlar.Nahid Bağırovun adı-soyadı TQDK-nın qəbul siyahısında da tapılmır. Bəs, bu adam necə universitetə qəbul olub?Görünür bu adam testdən kənar,Azərbaycan Beynəlxalq Universitetinin o vaxtki rektoru Elşad Abdullayevin “öz xüsusi metodları”ilə universitetə,tələbə sıralarına daxil edilib.

Nəhayət, bu ilin sentyabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən rəsmi məlumatlarda bildirilir ki, İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Doğrudanmı Nahid Bağırovun xəbəri olmayıb ki, İsmayıllı RİH Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi nə işlərlə məşğul idi?Bu heç də ağıla batan görünmir.Yəqin ki istintaq dövründə Nahid Bağırov da sorğu-sual ediləcək və bu suallara aydınlıq gətriləcək.Ehtimal olunur ki, bu əməliyyat icra başçısının vəzifəsinə əlvida deməsini şərtləndirə bilər.

Nahid Bağırov İsmayıllının icra başçısı vəzifəsinə 2020-ci ildə təyin edilib.Lakin bir neçə ay keçəndən sonra “restoran qalmaqalı” ilə gündəmə gəldi. O zaman Nahid Bağırovun gənc və təcrübəsiz olması nəzərə alınaraq ona toxunulmasa da, Prezident İlham Əliyev sərəncamı ilə töhmət verilmişdi.Amma artıq Nahid Bağırov 5 ildir İsmayıllıya rəhbərlik edir.

Prezident İlham Əliyev etimad göstərib rayona başçı təyin edirsə, insanlarla belə münasibət yolverilməzdir.Rayon rəhbəri hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Ölkə Prezident İlham Əliyev hər hansı məmu ya icra başçısını, ya başqa vəzifəyə təyin edəndə göstəriş verir ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə.

Bunları niyə xatırlatdıq:Nahid Bağırov buraxdığı səhvlərdən dərs çıxarmaq əvəzinə,gəzən söz-söhbətə görə Bakının mərkəz rayonlarından birinə,Nəsimi rayonuna icra başçısı gəlmək “eşqinə düşüb”.Deyəsən, gənc və təcrübəsiz başçının ətrafındakıların ay yarım əvvəlki həbsindən də xəbəri yoxdur… /mediatv.az
Ardını oxu...
Paytaxtda milyonluq layihə sahibi olan şəxs və ya şəxslər şəhərin səkilərini zəbt etməyə davam edir.

TEREF-in yazdığına görə avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən yeni tikilinin sahibləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazini özlərinin gəlir mənbəyi olan obyektin həyətinə qatıb. Ölkə olaraq COP29 beynəlxalq konfransına hazırlaşdığımız ərəfədə ölkənin paytaxtında bu cür qanunsuzluqlar Azərbaycanın nüfuzuna ciddi zərər vuracaq addımlardır.

Belə ki, Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən “Gold Plaza” adlı yaşayış kompleksinin sahibkarları kompleksin Hənifə Ələsgərov küçəsinə baxan hissəsinin önündəki səkini kəsib və avtomobil yoluna çevirib. Bu addım, böyük ehtimalla, kompleksin aşağı mərtəbələrində açılışı planlaşdırılan ticarət obyektlərinin xidməti avtomobillərinə şərait yaratmaq üçün atılıb. Lakin səkinin bu tərzdə zəbt edilməsinə hansı qurum, hansı təşkilat razılıq verməyindən asılı olmayaraq, kompleks sahiblərinin paytaxtın küçələrinə, səkilərə, eləcə də, ərazidən istifadə edən vətəndaşlara qarşı özbaşınalığı bütün hallarda qəbuledilməzdir. Rayonlarda səkilərə, ərazidə tikinti işlərinin aparılmasına icazə məsələsi isə yerli icra hakimiyyətlərinin səlahiyyətləri daxilində olduğu isə dəqiqdir.

Məsələ ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Keçmiş icra başçısı Asif Əsgərov hazırda ötən ay bu vəzifədən azad edildi və hazırda qurumda rəhbərliyin olmaması artıq uzun müddətdir ki, rayonda yaranan problemlərə etinasız yanaşma ilə nəticələnib. Avtosfer.az saytı olaraq, yenə də icra qurumunun mövqeyini verməyə hazırıq.

Əməkdaşımızın Hənifə Ələsgərov küçəsindən çəkdiyi görüntüləri sizə təqdim edirik:

 
 
 
Ardını oxu...
Samiq Sadıxovun köməkçisi,kassiri,aparat rəhbəri,hal-hazırda Samiq Sadıxov tərəfindən qeyri rəsmi idarə olunan TMİB-in icraçı direktoru hörmətli (TMİB-in instaqram səhifəsində qeyd edildiyi kimi) Vüsal Məmmədov və Naxçıvan İTS-in idarə heyətinin sədri hörmətli (TMİB-in instaqram səhifəsində qeyd edildiyi kimi) Elnur İbrahimov Samiq Sadıxovla birlikdə etdikləri maxinasiyalarinin aşkara çıxdığını görüb qapı-qapı düşərək özlərinə yeni arxa axtarırlar ki,dövlətdən korrupsiya və talamaq yolu ilə əldə etdikləri var-dövləti qoruya bilsinlər.
TEREF yazır ki, buynu jurnalist Sima Babayeva öz sosial şəbəkə səhifəsində yazıb! Sima xanım daha sonra bəzi faktları sdalayaraq yazır:
Müstəqil qurumlar olmasına baxmayaraq uzun müddətdir Samiq Sadıxov tərəfindən idarə olunan TMİB-in icraçı direktoru və Naxçıvan İTS-in idarə heyətinin sədri əyri işlərinin üstünün açıldığını və getdikcə də bütün etdikləri qanunsuzluqların üstünün açıldığını görüb öz aralarinda gizlin sövdəşələrək cəmiyyətə və rəhbərlərə oyun oynamağa başlayaraq guya bunların münasibəti pozulub,amma gizlində görüşərək əvvəlki əməllərinə davam edirlər.
Sövdələşmələri isə ondan ibarətdir ki,heç olmaya 3-dən hər hansısa biri vəzifədə qalsın vəziyyəti idarə edə bilsinlər.
Halbuki bunu bütün rəhbərlər və cəmiyyət bilir ki,Samiq Sadıxov tutdugu vəzifəsin itirərsə havadarlıq etdiyi Naxçıvan İTS-in idarə heyətinin sədri və TMİB-in icraçı direktoru da işlərini itirəcək.
Çünki bütün maxinasiyalar bu 3-lük tərəfindən cinayət əlaqəsinə girərək edilib.
Qısa bir not: Samiq Sadıxov komissiya yaradaraq Vüsal Məmmədovu komissiya sədri qoyub (Vüsal Məmmədov Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri olan zaman)komissiyanın sədri Vüsal Məmmədovun qərarı ilə istədikləri adamlara 5.000 manat,10.000 manat və daha üstün əmək haqqılar təyin ediblər,Naxçıvan İcbari Tibbi Sğorta tərəfindən həmin pulları adamların hesabına vurduraraq dövlətin pulunu mənimsəyiblər(Araşdırma aparsalar həmin ödənişlər olunmuş şəxslərə pullar köçən zaman diplomların Azərbaycan dövləti tərəfindən tanınmadığını,diplom tanınmalarının pulu aldıqdan neçə aylar sonra baş tutduğunu aşkar edərlər).
Qeyd:Türkiyə Respublikasının prezidenti heç bu qədər əmək haqqı almır.
Bu 3-lüyün rəhbəri olan Samiq Sadıxov əvvəllər etdiyi kimi öz qanunsuz əməllərini kimlərinsə boynuna qoyaraq vəziyyətdən çıxana kimi rəhbərlərə və cəmiyyətə münasibətimizin olmadığını göstərin deyir,halbuki axşam saatlarında və digər gizlin yollarla əvvəlki idarəetməni davam etdirirlər.Hər yerdə bildirir ki,özümə paytaxtdan bizim maxinasiyaları ört basdır etmək üçün yaxşı arxa dayaq tapmışam.
Növbəti yazılarımızda bu 3-lüyün digər cinayətləri barədə ətraflı məlumat verəcəyik.
Ardı var….
Sima Babayeva
TEREF olaraq iddia olunanlarla bağlı adları çəkilən şəxs və qurumlarında mövqeyini dərc etməyə hazırıq!
 
Ardını oxu...
Samiq Sadıxovun köməkçisi,kassiri,aparat rəhbəri,hal-hazırda Samiq Sadıxov tərəfindən qeyri rəsmi idarə olunan TMİB-in icraçı direktoru hörmətli (TMİB-in instaqram səhifəsində qeyd edildiyi kimi) Vüsal Məmmədov və Naxçıvan İTS-in idarə heyətinin sədri hörmətli (TMİB-in instaqram səhifəsində qeyd edildiyi kimi) Elnur İbrahimov Samiq Sadıxovla birlikdə etdikləri maxinasiyalarinin aşkara çıxdığını görüb qapı-qapı düşərək özlərinə yeni arxa axtarırlar ki,dövlətdən korrupsiya və talamaq yolu ilə əldə etdikləri var-dövləti qoruya bilsinlər.
TEREF yazır ki, buynu jurnalist Sima Babayeva öz sosial şəbəkə səhifəsində yazıb! Sima xanım daha sonra bəzi faktları sdalayaraq yazır:
Müstəqil qurumlar olmasına baxmayaraq uzun müddətdir Samiq Sadıxov tərəfindən idarə olunan TMİB-in icraçı direktoru və Naxçıvan İTS-in idarə heyətinin sədri əyri işlərinin üstünün açıldığını və getdikcə də bütün etdikləri qanunsuzluqların üstünün açıldığını görüb öz aralarinda gizlin sövdəşələrək cəmiyyətə və rəhbərlərə oyun oynamağa başlayaraq guya bunların münasibəti pozulub,amma gizlində görüşərək əvvəlki əməllərinə davam edirlər.
Sövdələşmələri isə ondan ibarətdir ki,heç olmaya 3-dən hər hansısa biri vəzifədə qalsın vəziyyəti idarə edə bilsinlər.
Halbuki bunu bütün rəhbərlər və cəmiyyət bilir ki,Samiq Sadıxov tutdugu vəzifəsin itirərsə havadarlıq etdiyi Naxçıvan İTS-in idarə heyətinin sədri və TMİB-in icraçı direktoru da işlərini itirəcək.
Çünki bütün maxinasiyalar bu 3-lük tərəfindən cinayət əlaqəsinə girərək edilib.
Qısa bir not: Samiq Sadıxov komissiya yaradaraq Vüsal Məmmədovu komissiya sədri qoyub (Vüsal Məmmədov Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri olan zaman)komissiyanın sədri Vüsal Məmmədovun qərarı ilə istədikləri adamlara 5.000 manat,10.000 manat və daha üstün əmək haqqılar təyin ediblər,Naxçıvan İcbari Tibbi Sğorta tərəfindən həmin pulları adamların hesabına vurduraraq dövlətin pulunu mənimsəyiblər(Araşdırma aparsalar həmin ödənişlər olunmuş şəxslərə pullar köçən zaman diplomların Azərbaycan dövləti tərəfindən tanınmadığını,diplom tanınmalarının pulu aldıqdan neçə aylar sonra baş tutduğunu aşkar edərlər).
Qeyd:Türkiyə Respublikasının prezidenti heç bu qədər əmək haqqı almır.
Bu 3-lüyün rəhbəri olan Samiq Sadıxov əvvəllər etdiyi kimi öz qanunsuz əməllərini kimlərinsə boynuna qoyaraq vəziyyətdən çıxana kimi rəhbərlərə və cəmiyyətə münasibətimizin olmadığını göstərin deyir,halbuki axşam saatlarında və digər gizlin yollarla əvvəlki idarəetməni davam etdirirlər.Hər yerdə bildirir ki,özümə paytaxtdan bizim maxinasiyaları ört basdır etmək üçün yaxşı arxa dayaq tapmışam.
Növbəti yazılarımızda bu 3-lüyün digər cinayətləri barədə ətraflı məlumat verəcəyik.
Ardı var….
Sima Babayeva
TEREF olaraq iddia olunanlarla bağlı adları çəkilən şəxs və qurumlarında mövqeyini dərc etməyə hazırıq!
 

 

Ardını oxu...
Azərbaycanda ətrafın zibilləndirilməsi, məişət tullantılarının yığılması, daşınması uzun illərdir müzakirə olunur. Əvvəllər şəhər və rayonların bütün küçələrində zibil qabları ya yox idi, ya da çox az idi. Son illər yaşayış yerlərinə yaxın ərazilərdə, küçə və məhəllələrdə zibil yeşikləri qoyulub. Lakin bəzi məhəllələrdə zibil qabları çox azdır. Yəni paytaxtda yaşayanların sayı hər gün artdığı üçün qoyulan zibil qabları məişət tullantılarının yığılması üçün bəs etmir.

Belə yerlərdən biri də Nərimanov rayonu Nazim Hacıyev küçəsidir. Bu keçədə bir neçə zibil yeşiyi qoyulsa da, günün sonunda zibil qabları dolduğu üçün sakinlər məişət tullantılarını qabların ətrafına qoymağa məcbur qalırlar.

Digər problemlərdən biri də məişət tullantılarının gec daşınmasıdır. Belə ki, məişət tullantıları gündə bir dəfə səhər saatlarında daşınır. Bəzi vaxtlarda daşınma qeyd olunan vaxtda həyata keçirilmir, bu səbəbdən də xoşagəlməz mənzərə yaranır.
Ardını oxu...
Bəs belə vəziyyətin yaranmaması üçün qurumlar niyə üzərinə düşəni etmirlər?

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə aidiyyatı və digər şöbələrə zəng etsək də, zənglərimiz cavabsız qalıb.

Xatırladaq ki, məişət tullantılarının daşınması və yığılması üçün sakinlər müvafiq qurumlara vəsait ödəyirlər. Məişət tullantılarının yığılması, daşınması Tarif Şurasının 29 iyun 2024-ci il tarixli qərarı ilə tənzimlənir. Həmin qərarın 1-ci maddəsinə əsasən bərk məişət tullantılarının yığılması və daşınması üçün tarif 1 nəfərə görə 1 manatdır.
Ardını oxu...
Lakin bəzi ərazilərdə mənzillərdə neçə nəfərin yaşamasından asılı olmayaraq ayda 3 manat, bəzi yerlərdə 6 manat vəsait toplanır. Yeni yaşayış binalarında bu, doğru olaraq mülkiyyətçinin seçimində iştirak etdiyi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin müqavilə bağladığı şirkətə, bəzilərində qanunsuz olaraq ləğv olunmamış MTK-lara ödənilir.

Bizim.Media
 
Ardını oxu...
Adı mütəmadi olaraq, mediada müxtəlif qalmaqallarda hallanan “Pilot 16” MMC ilə bağlı şikayətlər davam edir. Şirkətin “Elevan Park” yaşayış kompleksini inşa etdiyi Novruzov qardaşları küçəsinin(“Papanin” deyilən ərazi) bir qrup sakini Editor.az-a müraciət edərək, həyatlarının və əmlaklarının təhlükədə olduğunu bildirirlər.

Onların sözlərinə görə, on illərdir yaşadıqları Nəsimi rayonu, Novruzov qardaşları küçəsində “Pilot 16” MMC inşaat işlərinə başladığı gündən ərazidə yaşayan sakinlər əsl cəhənnəmlə üz-üzədirlər: “”Pilot-16” şirkəti 4 ildir ki, nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti yüzlərlə insanın yaşadığı ərazidə gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda ağır tikinti və betonlama işlərini davam etdirir. Bu şirkətin əlindən insanların gecə evində yatması, istirahət etməsi mümkünsüz hala gəlib. İnsanların faktiki yaşadığı evlərin 5-10 metrliyində aparılan ağır qazıntı işləri mənzilləri ağır qəzalı vəziyyətə salıb”.

Sakinlərin sözlərinə görə, onlar illərdir ki, şirkətin ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə məcbur qalıb: “Düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların və avtomobillərin keçdiyi yola, insanların avtomobillərinə, evlərinin damlarına və həyətlərinə tökülür. Bütün bu faktlar FHN-nin müxtəlif struktur qurumlarının ərazidə apardığı araşdırmalar zamanı təsdiq edilmiş və bizə rəsmi məktublar göndərilmişdir”.
Ardını oxu...
Novruzov qardaşları küçəsinin sakinlərinin sözlərinə görə, əgər əvvəllər “Pilot 16” şirkəti evlərin 5-10 metrliyində ağır inşaat işləri aparırdısa, artıq bu işlər sakinlərin evlərinə bitişik mənzillərdə və həyətlərdə aparılır: “Şirkət insanların faktiki yaşadığı evlərin divarlarının bitişik olduğu mənzil və həyətləri sökməklə evləri məqsədli şəkildə qəzalı vəziyyətə salmağa çalışır. Evlərin zəmin qatından torpaq sürüşməsi baş verir. “Pilot-16” MMC və onun direktoru Aslan Quliyevin birbaşa göstərişi ilə hazırda bizə qarşı xüsusi plan hazırlanmaqdadır. Onun qanunsuz əməllərinə göz yummadığımız üçün Aslan Quliyev və himayədarları evimizin zorla əlimizdən alınması, bu mümkün olmadıqda bilərəkdən dağıdılması üçün fəaliyyətə keçib. Artıq üç gündür ki, evimizin arxa divarına bitişik həyətdə ağır söküntü işlərinə start verib. Söküntü hələ yüngül alətlər vasitəsi ilə getməsinə baxmayaraq, artıq evin divarları və tavanı silkələnməyə başlayıb. Yaranmış dəhşətli səs-küy 2 yaşlı körpə başda olmaqla, bütün ailəmizi qorxu altında saxlayır.

“Pilot-16” MMC və onun direktoru Aslan Quliyev yaxın günlərdə evimizə bitişik həyətə ağır texnika yeritməyə və söküntü işləri aparmağa hazırlaşır. Bu baş verərsə, evimizin divarı üstümüzə uçacaq. Ən yaxşı halda isə evimizi çirkli qrunt suları basacaq. Aslan Quliyev bu formada fəaliyyəti dəfələrlə müxtəlif qonşulara qarşı tətbiq edib. O, ağır texnikanı əraziyə yeritmək və guya təsadüfən toxunmaqla əslində qəsdən evimizi dağıtmağa çalışır. Bu baş verərsə uçan divarın altında qalan ailəmiz fiziki məhv olmaq təhlükəsi ilə üz-üzədir. Məqsəd nə olursa olsun, zorla bizi yeganə ata-baba yurdumuzdan çıxarmaqdır. Özləri hər gün fərqli bahalı maşınlarda əraziyə gəlir, bizə göz dağı verirlər. Bu qədər vəsaiti hansı yolla, hansı imkanlarla əldə ediblər, bizə bəlli deyil. Biz isə üfunət içində, ölmək təhlükəsi ilə yaşayırıq. Buna baxmayaraq, şirkət bizi ədalətsiz formada şəhərin mərkəzindəki evimizdən didərgin salmaq istəyir”.

Sakinlər qeyd ediblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı Baş prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət ediblər.

Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyevdir. Ancaq mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin faktiki sahibi keçmiş oliqarx deputat Əsabil Qasımov və onun ailə üzvləridir.
Editor.az
 
Ardını oxu...
Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ağköynək və Qarapapaq kəndlərinin Bələdiyyə sədri Nəzakət Mansurova ondan torpaq üçün 3700 manat pul alıb, lakin satmayıb:

“Mən, Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu yazaraq bildirirəm ki, kirayədə qalıram və yolum hər gün Ağköynək kəndindən keçir.

2020-ci ildə Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Mansurova torpaq sahəsi verəcəyi adı ilə məni aldadaraq 3700 manat, əlavə olaraq da 50 manat və 120 manat pulumu mənimsəmişdir.

Bu işi dövlət qurumları biləndən sonra, mənim həmin kənddə yaşamadığımı bəhanə gətirərək, torpağı mənim adıma sənədləşdirmədi. Halbuki, Bələdiyyə sədrinin öz qardaşı 10 ildən çoxdur Bakı şəhərində məskunlaşsa da, ona və həyat yodaşına 2022-ci ildə 0.12 ha torpaq sahəsi vermişdir. Mən isə, faktiki olaraq 2020-ci ildən bu kənddə yaşayıram.

Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Mansurova keçən ilin qışında öz çirkin əməllərindən əl cəkməyərək, torpaq sahəsinin icarəsi üçün məndən illik icarə haqqı olaraq 50 manat ödəniş tələb etdi. Mən həmin məbləği ödədim. O, bildirdi ki, bir neçə gün sonra ödəniş sistemə oturacaq və həmin vaxt çek verəcəm

Sonra, 2024-cu ilin yay ayında “icarə haqqı”nı ödətdirdiyi torpaq sahəsinin ölçülməsi üçün kadastra pul ödəməli olduğunu bildirib, özünün iştirakı ilə Qazax rayonunda “Kapital Bank”a 120 (yüz iyirmi) manat ödəniş etmişəm.

Onu da qeyd edim ki, mən Ağköynək kəndində doğulsam da, indiyə qədər heç yerdə adıma torpaq sahəsi olmayıb. Bələdiyyə sədri Nəzakət Mənsurova pulsuz olaraq oğlu Musayev Ələddin Şəmsəddin oğluna 0.12 ha torpaq sahəsi ayırmışdır. Bundan əlavə, Bələdiyyənin 10.08.2022-ci tarixli, 27 nömrəli iclas qərarına əsasən, qardaşı və onun həyat yoldaşının adına, hərəsinə 0.12 ha olmaqla, həyətyanı torpaq sahəsi ayrılmışdır. Hətta Nəzakət Mənsurovanın qardaşı maddi vəziyyətinin ağır olması barədə Bələdiyyəyə müraciət edib, Bələdiyyə vətəndaşa 300 (üç yüz) manat, yoldaşına 300 (üç yüz) manat və başqa qohumuna 600 manat vəsaitin ayrılması barədə qərar qəbul etmişdir. Bir sözlə, bu Bələdiyyə sədri ancaq öz qohum-əqrabası üçün çalışır.

İllərlə Qazax rayonunda kirayə yaşadığım təqdirdə mən öz adıma torpaq sahəsi ala bilmirəm və indiyə qədər də ala bilmək üçün həm maddi, həm mənəvi olaraq əziyyət çəkirəm.

Sübut olaraq bildirim ki, Bələdiyyə sədri Nəzakət Mənsurovanın guya, ayrılacaq torpaq sahəsinin mənim olduğunu bildirməsi sayəsində mən orada abadlıq işləri aparmış və bir neçə meyvə ağacı, şam ağacı əkmişəm. Halbuki, o, məni aldadırmış.

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlara müraciət edərək xahiş edirəm ki, şikayətimə ciddi yanaşıb, mənə ayrılan və pulunu ödədiyim torpaq sahəsinin alıb mənə verilməsinə kömək edilsin və Bələdiyyə sədrinin məni aldatması ilə bağlı tədbir görülsün”.

Qeyd edək ki, məsələ ilə bağlı Bələdiyyə sədri Nəzakət Mənsurova ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.

Hazırladı: Jalə FAMİLQIZI

Şikayətçinin redaksiyamıza göndərdiyi gizli çəkilişi də olduğu kimi təqdim edirik:
 
Ardını oxu...
Abşeron rayonunun Fatmayı kənd bələdiyyəsinin sədri Nəsir Nəsirli ilə bağlı redaksiyamızın elektron poçtuna maraqlı məlumat daxil olub.

TEREF xəbər verir ki, Nazim Əliyev adlı kənd sakininin məktubunda bələdiyyə sədrinin Fatmayı kəndində yol çəkilişi ilə əlaqədar plana düşən ərazilər haqqında öncədən səhih məlumat əldə etməsindən və həmin ərazilərdə yaxın qohumlarının adına onlarla ev tikərək dövlətdən kompensasiya kimi milyonlarla manat məbləğində vəsait almasından bəhs olunur.
Mənbə bildirir ki, Nəsir Nəsirli “milyonluq layihəsini” uğurla başa çatdırsa da, bələdiyyə sədri qısa müddət sonra şübhə altına düşüb. “Fatmayıda bunca ərazi ola-ola son bir ildə onlarla evin niyə məhz plana düşən ərazidə tikildiyi əlaqədar qurumlarda sual yaradıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, Nəsir Nəsirli kənd ərazisindən keçəcək strateji magistralı ailə büdcəsini böyütmək üçün fürsət kimi dəyərləndirib. Əldə etdiyi informasiyanı bir ilin içində milyonlarla manat vəsaitə çevirən bələdiyyə sədri, bununla bütün çevrəsinə “gün ağlayıb”.
Məktubun sahibi qeyd edir ki, bu hadisədən sonra Nəsir Nəsirli hüquq-mühafizə orqanları tərəfindən çağırılıb və dindirilib. Lakin onun barəsində hər hansı hüquqi addım atılmayıb. “İşin ən maraqlı tərəflərindən biri isə odur ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblənən Nəsir Nəsirlinin Abşeron Rayon İcra Hakimiyyətindəki bəzi məmurlar tərəfindən açıq şəkildə dəstəklənməsidir. Bu məmurlardan bəzisi Nəsir Nəsirlinin “milyonluq layihəsi”ndə yaxından iştirak edib”.
Nazim Əliyev bildirib ki, yaxın günlərdə həmin məmurların adını açıqlayacaq.
Yazıda adı keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq./Tribunainfo.az/
 
 
 
Ardını oxu...
Dövlət Komitəsi sahibkarları necə soyur?

Ötən həftə Dövlət Gömrük Komitəsi məlumat yaydı ki, 2024-cü ilin arxada qalan 9 ayı bu qurum üçün uğurlu olub: komitə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə 4,8 faiz və ya 224,5 milyon manat artıq vəsait toplayıb.

İlk baxışdan bu məlumatda qeyri-adi heç nə yoxdur. Təəccüblü olan məqam bu xəbərin detallarındadır. Aydın olur ki, qeyd olunan dövrdə gömrük orqanlarının xəttilə toplanan əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların məbləği 1,7 faiz və ya 55,1 milyon azaldığı halda, gömrük rüsumları hesabına mədaxil kəskin şəkildə - 28,6 faiz və ya 346 milyon manat artıb. Soruşula bilər ki, burda sual doğuran məsələ nədir?

Bu yazı məhz elə həmin qaranlıq məsələyə aydınlıq gətirir.

ƏDV-yə cəlb olunan idxal mallarının sayı dəfələrlə çoxdur

Qanunvericiliyə görə, ƏDV ilə müqayisədə azadolunma və güzəştlər idxal rüsumlarına münasibətdə daha məhduddur. Hazırda Azərbaycanda beynəlxalq kodlara uyğun bütün mal mövqelərinin az qala yarısı ya sıfır dərəcə, ya da aşağı dərəcə (5 faiz) ilə rüsuma cəlb edilir. Müqayisə üçün bircə fakta diqqət yetirmək kifayətdir: malların idxal rüsumuna cəlb edilməsilə bağlı Nazirlər Kabinetinin 500 saylı qərarında "diri heyvanlar” və "balıqlar və xərçəngkimilər” adlı 2 fərqli əmtəə qrupunda 600-ə yaxın mal növünün 70 faizindən sıfır dərəcə və 5 faizlə idxal rüsumu tutulur. Bu malların heç biri üzrə ƏDV güzəşti yoxdur. Ümumilikdə isə bütün idxal mallarının ən azı 85-90 faizinə vahid və yüksək dərəcə (18 faiz) ilə ƏDV tətbiq edilir.

Qeyd olunan faktlar onu deməyə əsas verir ki, əgər idxal rüsumlarının tətbiq dairəsi ƏDV ilə müqayisədə daha məhduddursa və dərəcələri daha aşağıdırsa, gömrük yığımlarında artım olduğu zaman bu ilk növbədə ƏDV hesabına baş verməlidir. Əgər son 5 illik statistikaya nəzər yetirsək, yalnız bir il (2021-ci il) istisna olmaqla, digər illərdə ya ƏDV üzrə yığımlar daha sürətlə artıb, ya da rüsum və ƏDV üzrə daxilolmaların dinamikası bir-birinə çox yaxın olub.

Məsələn, 2019-cu ildə gömürk yığımları ƏDV üzrə 28,5 faiz, idxal rüsumları üzrə 25,5 faiz artmışdı. Yaxud 2022-ci ildə ƏDV hesabına mədaxil 37% artdığı halda, idxal rüsumlarıdan büdcəyə ödənişlər 17 faiz çoxalmışdı. Pandemiya ilində (2020-ci il) hər iki mənbədən daxilolmalar təxminən eyni səviyyədə - 8 faizə yaxın azalmışdı. Nəhayət, 2023-cü ildə Gömrük Komitəsinin idxal rüsumları hesabına yığmlarının artım tempi (təxminən 14 faiz) ƏDV üzrə mədaxili (11 faiz) bir qədər üstələsə də, fərq kiçik olmuşdu.

2024-cü ildə baş verənlərin isə ağlabatan izahı yoxdur: ƏDV üzrə gömrük daxilolmaları 2 faizə yaxın azaldığı halda, rüsumlar üzrə mədaxil birdən-birə 29 faizə yaxın artır.

Əgər il ərzində ƏDV-yə münasibətdə azadoolunma və güzəştlərin siyahısı kəskin şəkildə artırılıb rüsumlara münasibətdə azaldılsaydı, bunu obyektiv səbəb kimi qəbul etmək olardı.

Doğrudur, son bir ildə lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin, həmçinin bəzi növ mineral gübrə və pestisidlərin idxalının ƏDV-dən azad edilməsilə bağlı qərarlar olub. Lakin həmin qərarların əhatə dairəsinə 200-ə yaxın mal daxil edilib və bu məhsullar üzrə idxalın dəyəri o qədər böyük deyil ki, Gömrük Komitəsinin ƏDV üzrə mədaxilinin azalmasına səbəb olsun - xüsusilə də digər mal qrupları üzrə idxalın artdığı bir şəraitdə.

İdxalla məşğul olan sahibkarlarla bu məsələni aydınlaşdırmağa çalışdıq və adının mediada hallanmasından çəkinən iş adamlarının dediyinə görə, bu məsələyə Gömrük Komitəsinin fəndləri səbəb olur.

"Sehirbaz çubuğu”nun sirli fəndləri

Adının çəkilməsini istəməyən biznes təmsilçiləri bildirirlər ki, yaranmış vəziyyətin əsas səbəbi gömrük orqanlarının üzərinə çəkə bilməyəcəyi büdcə öhdəliyinin qoyulmasıdır.

Gömrük Komitəsinin öhdəliyi hər il artırılır və qurum onun üçün müəyyən edilmiş məbləği nə yolla olur-olsun, toplamalıdır. ƏDV vahid dərəcə ilə tutulduğu üçün bu tədiyə növünün tətbiqində manipulyasiya imkanları çox məhduddur. Amma idxal rüsumları ilə bağlı vəziyyət fərqlidir: qanunvercilikdə eyni qrupa aid və eynicinsli mallara münasibətdə diferensiallaşdırılmış tariflər tətbiq edilir.

Məsələn, pərakəndə satış üçün qablaşdırılmış və ya qablaşdırılmamış pambıq saplara 3 fərqli dərəcə (0, 5 və 15 faiz) ilə gömrük rüsumu tətbiq edilir. Burda tarif dərəcəsi sapların daranıb-daranmamasından, xətti səthin sıxlığından asılı olaraq fərqlənir. Eyni zamanda, növündən və toxunuşundan asılı olaraq parçalar da fərqli dərəcələrlə idxal rüsumuna cəlb edilir. İş adamlarının iddiasına görə, gömrükdə qanunvericliyin tələblərini pozaraq daha aşağı tarifli mallara yüksək dərəcə (məsələn, 5 faiz əvəzinə 15 faiz, 0 dərəcə əvəzinə 5 faiz) tətbiq edilir.

Nəticədə də məhz indi üzləşdiyimiz mənzərə yaranır: ƏDV yığımları yerində sayır, idxal rüsumlarından daxilolma kəskin artır. Halbuki rüsum tətbiq edilən məhsullar istisnasız olaraq ƏDV-yə də cəlb edilir. Bir sözlə, eyni vergitutma bazası, tamamilə fərqli vergi yığmları.

Bunun nəticəsidir ki, 2024-cü ilin 9 ayında idxal rüsumlarının idxal olunan malların dəyərində payı son 6 ilin ən yüksək səviyyəsinə çatıb. Bu il həmin göstərici 6,3 faiz təşkil etdiyi halda, 2018-2023-cü illərdə 4,8-6 faiz intervalında dəyişib.

Belə arqument səslənə bilər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında idxalın ümumi həcmi də 2 milyard dollar artıb və rüsumların çoxalması bununla bağlı ola bilər. Amma məsələ bundadır ki, idxal yalnız dövlət sektoru hesabına artıb və özəl sektorun idxalı, demək olar, eyni səviyyədə (10 milyard dollardan bir qədər çox) qalıb.

Hökumət rəsmiləri özləri də bildirir ki, dövlət sektorunda idxalın artımı işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri ilə bağlıdır. Bu işlərlə bağlı malların idxalı gömrük vergi və rüsumlarından azaddır. Eyni zamanda, əgər gömrük yığımarı idxal hesabına genişlənmiş olsaydı, bu halda ƏDV üzrə daxilolmalar da artmalı idi.

İdxalatçıları peniya və cərimələrlə də boğurlar

İş adamlarının daha bir narazılığı onlara əsassız olaraq peniya və cərimələrin yazılmasıdır. Onların dediyinə görə, qanunverilcik gömrük bəyannamələrinin təqdim edilməsi qrafikinə uyğun olaraq gömrük ödənişlərini 15 iş günü ərzində etməyə icazə verir. Lakin son zamanlar gömrük orqanları bu müddəti gözləmədən mal gömrük ərazisinə daxil olan andan peniyaları hesablamağa başlayır. Peniyanın məbləği idxala görə ödənilməli olan vergi və rüsumların məbləğindən hər gün üçün 0,1 faiz ödənilir.

Toplum Media
 
Ardını oxu...
Azərbaycanda binalar inşa edən “Kristal Bakı” ASC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin miqdarı açıqlanmayıb.

Xatırladaq ki, “Kristal Bakı”nın əsas fəaliyyəti yaşayış binalarının tikintisi və satışından ibarətdir. Şirkət 2020-ci ildə dövlət qeydiyyatdan keçib, hazırda qanuni təmsilçisi Dostumaliyev İbrahim Cəfər oğludur. Bununla yanaşı, şirkətin Milli Məclisin deputatı Ağalar Vəliyevin ailəsinə məxsus olduğu barədə mətbuatda iddialar yer alıb. Məlumatlara görə, şirkətin əsas səhmdarı A.Vəliyevin oğlu Pərviz Vəliyevdir. O, şirkətin nizamnamə kapitalının 50 faizinə sahibdir.

2020-ci ildə təsis edilmiş şirkət 2021-ci ildə 2.38 mln. manat, 2022-ci ildə 11.97 mln. manat, 2023-cü ildə isə 15.45 mln. manat zərər edib.

P.Vəliyev eyni zamanda bu ilin əvvəlindən “Crystal Group of Companies”in Müşahidə Şurasına da sədrlik edir. 42 yaşlı biznesmen uzun müddət Maliyyə Nazirliyi strukturlarında və Hesablama Palatasında müxtəlif məsul vəzifələrdə çalışıb. 2015-ci ildə “PZ” Şirkətlər Qrupu MMC-nin prezidenti vəzifəsini daşıyıb, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib. “Azəraqrartikinti”nin Müşahidə Şurasının sədri isə Ağalar Vəliyev özüdür.

 

Dünyapress TV

Xəbər lenti