Ardını oxu...
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsində ümumilikdə 26 bağça müsabiqənin qalibi olub.

Qaynarinfo-nun məlumatına görə, qrant müsabiqəsində ümumilikdə 50-dən çox bağça iştirak edib və 26 bağça müsabiqənin birinci mərhələsində qalib elan edilib.

Bəs bu bağçalar harda fəaliyyət göstərir və rəhbərləri kimdir:

"Balaca Alim" Uşaq Bağçasının qanuni təmsilçisi Nayma Mustafa qızı Qəhrəmanovadır. Elm və Təhsil Nazirliyində Riyaziyyat dərsliklərinin hazırlayan müəlliflərdən biridir. Bağça Yasamal rayonu, B.Bağırova küçəsi 592 ünvanında fəaliyyət göstərir.
Ardını oxu...
"Fidan" Körpәlәr Evi-Uşaq Bağçasının qanuni təmsilçisi Əzizova Sevinc Tiflis qızıdır. Binəqədi rayonu, Mir Cəlal küç 17c ünvanında fəaliyyət göstərir.

"Nur-Ay" Körpələr Evinə psixoloq Zeynəb Əyyubova rəhbərlik edir. Ötən il sözügedən bağçada Rüfət Nasosnu adlı məşur meyxanaçı uşaqların qarşısında çıxışı ilə gündəmə gəlmişdi. Binəqədi rayonu, 6-cı mkr, H.Babaşov küç, 1 girişli yaşayış binasının 2-ci mərtəbəsində fəaliyyət göstərir.

"Tumurcuq" Körpələr Evi-Uşaq Bağçasının qanuni təmsilçisi Əliyeva Xəzəngül Tarverdi qızıdır. Nazirliyin qrant müsabiqəsində iki yer qazanıb. Onlardan biri Yasamal rayonu, Ə.Haqverdiyev küç, 574-cü məhəllə, bina 7, digəri Nərimanov rayonu, akademik H.Əliyev küç, ev 59, mənzil 16 ünvanında fəaliyyət göstərir.

"Baby Land" Körpələr Evi-Uşaq Bağçasının direktoru Elza Heydərovadır. Nazirliyin qrant müsabiqəsində iki yer qazanıb. Onlardan biri Səbail rayonu, A.Abbaszadə küç 17, digəri Qaradağ rayonu, Lökbatan yolu 24, Bina 24D, blok D, 1-ci mərtəbədə fəaliyyət göstərir.

"Balaca Dahi" Körpələr Evi-Uşaq Bağçasının qanuni təmsilçisi Adıgözəlova Günel Babaverdi qızıdır. Yasamal rayonu, Nərimanov prospekti, ev 127 A ünvanında fəaliyyət göstərir.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına fəaliyyət göstərən bağça Biləsuvar rayonunda fəaliyyət göstərir.
Ardını oxu...
Xalidə Rzayeva

"Bir İnci" Körpələr Evi-Uşaq bağçasının qanuni təmsilçisi Rzayeva Xalidə Bəşir qızıdır. Sabunçu rayonu, Maştağa ŞTQ, Xanlar ünvanında fəaliyyət göstərir.

"Peter Pan" Körpələr Evi-Uşaq Bağçasının da qanunu təmsilçisi Rzayeva Xalidə Bəşir qızıdır. Nərimanov rayonu, Qafur Rəşad küç, ev 16 ünvanında fəaliyyət göstərir.

Ardını oxu...
"Gənclik" Körpələr Evi-Uşaq Bağçasının Nərimanov rayonu, Koroğlu Rəhimov ev 92 ünvanında fəaliyyət göstərir. Amma bağça və rəhbərliyi haqqında heç bir məlumat yoxdur.
Ardını oxu...
"Kainat" Körpələr Evi-Uşaq Bağçası Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-ci döngə, ev 104/105 ünvanında fəaliyyət göstərir. Hazırda bağça "Yeni Kainat" adı ilə fəaliyyət göstərir. Rəhbərliyi barədə məlumat yoxdur.
Ardını oxu...
Samirə Dünyamalıyeva

"İndigo" Körpələr Evi-Uşaq bağçasının rəhbəri Samirə Muxtar qızı Dünyamalıyevadır. Nazirliyin qrant müsabiqəsində bu adla iki yer (Nizami rayonu, Şirin Mirzəyev küç 56A və Xətai rayonu və general Əliağa Şixlinski küçəsi 55 ünvanları) qazanıb, direktorun adına olan digər bağça da müsabiqənin qalibi olub. S.Dünyamalıyeva həm də "Bağçam" şəbəkəsinin qurucusu və baş direktoru kimi də fəaliyyət göstərir.
Ardını oxu...
Samirə Dünyamalıyevanın qanuni təmsilçisi olduğu "Körpə Ulduz" Uşaq Bağçası da müsabiqənin qalibi olub. Bağça Nizami rayonu, R.Rüstəmov küçəsi 44D ünvanında fəaliyyət göstərir.

"Kinder İsland" Körpələr Evi-Uşaq Bağçası Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ticayət Qəmbərov ev 16, mənzil 1 ünvanında fəaliyyət göstərir. Rəhbərliyi barədə məlumat yoxdur.

"Nağıl S" Uşaq Bağçası Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 11 D, giriş C, 2-ci mərtəbəsində fəaliyyət göstərir. Rəhbərliyi barədə məlumat yoxdur.

"Story Time" Uşaq Bağçasının qanuni təmsilçisi Məmmədzadə Sahibə Adil qızıdır. Xətai rayonu, M.Hadı küç 92 B, mərtəbə 1, qapı 1 ünvanında fəaliyyət göstərir.

"Yuvam" Körpələr Evi-Uşaq Bağçasının qanuni təmsilçisi Nəbiyeva Ədalət Ənvər qızıdır. Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 4 ünvanında fəaliyyət göstərir.

"Barama" Körpələr Evi-Uşaq Bağçası 16.07.2024-cü il tarixində dövlət qeydiyyatından keçib. Nazirliyin qrant müsabiqəsində 4 yer qazanıb: Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a; Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 1; Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 4; Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 113A. Hər 4 bağçanın qanuni təmsilçisi Ocaqquliyeva Lalə Baloğlan qızıdır. Bağçalar "Landau School"un tərkibində fəaliyyət göstərir.

"Zəfər" liseyi Təhsil Kompleksi Abşeron rayonu Masazır kəndi, V.Quliyev küçəsi, "Yeni Bakı" yaşayış kompleksində fəaliyyət göstərir. "Landau Education Group"un yeni layihəsi olan "Zəfər" liseyinin direktoru Tural Abasquliyev olduğu deyilir. "Zəfər" liseyinin 2 korpusu mövcuddur: "Zabrat” (Zabrat-Pirşağı yolu, "Xəzər Bağları” Yaşayış Kompleksi) və "Xırdalan” (Xırdalan şəhəri, "Absheron City” Yaşayış Kompleksi). Amma bir bağça üzrə qalib olub.

"Barama" Körpələr Evi-Uşaq Bağçası və "Zəfər" liseyi Təhsil Kompleksinin adları fərqli olsa da, eyni şirkətə tabeçiliyində fəaliyyət göstərirlər.

Qeyd edək ki, 1 noyabr tarixinə kimi Azərbaycan dili üzürə sözügedən bağçalarda valideynlər uşaqlarını qeydiyyatdan keçirəcəklər.

Qrant müsabiqəsinin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində (bundan sonra: iştirakçı) boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant müsabiqəsinin büdcəsi 3 750 000 AZN təşkil edir. Layihəyə görə hər uşağa dövlət tərəfindən 250 mananat aylıq yardım ediləcək.

Amma qrant müsabiqəsində 50-dən çox bağça iştirak etdiyi halda 26 bağçanın hansı meyralarla seçilməsi də sual altındadır. Bununla belə, bir adamın adına olan bir neçə bağçanın müsabiqənin qalibi elan edilməsi də sual doğurur.

Digər bir məsələ aylıq ödənişlərlə bağlıdır. Məsələn, Masazır kəndi, V.Quliyev küçəsi, "Yeni Bakı" yaşayış kompleksində fəaliyyət göstərən "Zəfər" liseyi Təhsil Kompleksində Azərbaycan dili üzrə aylıq ödəniş 300 manat olduğu halda, nazirlik siyahıda 350 manat (250 manat nazirlik, 100 manat valideyn) göstərib. Digər adları çəkilən əksər bağçalarda da rus və Azərbaycan dili üzrə aylıq ödənişlər eynidir. Bu halda sual olunur ki, bağçada hazırda məcburi təhsil alan aztəminatlı uşaqlara da bu güzəştlər şamil olunacaqmı?
 
Ardını oxu...
"26.10.2024 il tarixində Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyin edilməsindən iki il keçmiş oldu. Bununla əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC və onun fəaliyyəti haqda danışmaq yerinə düşər". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bu dövlət müəssəsində rəhbər dəyişikliyini zəruri edən əsas səbəblərdən biri idarəetmənin düzgün təşkil edilməməsi, qurumun dövlət büdcəsi üçün ağır yükə çevrilməsi olmuşdu. Lakin Rüstəmovun gəlişi ilə yaxşılığa doğru dönüş olmadı, əksinə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, ADY nəinki beynəlxalq standartlara cavab vermir, hətta zərərlə işləyən dövlət müəssisəsinə çevrilib.
Buna gətirən başlıca səbəb kimi qeyri-peşəkar idarəetmə, səhv kadr və maliyyə siyasəti, öz şəxsi mənafelərinə xidmət etməni göstərmək olar. Rövşən Rüstəmov dəmir yolu sahəsinə yaddır, vəzifəyə gətirdiyi kadrlar da həmçinin bu sahədə qeyri-peşəkardırlar. ADY daxilində yürüdülən kadr siyasətində yaxınlıq, dostluq əlaqələri əsas götürülür. Rüstəmovun gəlişi ilə qurumda kütləvi ixtisarlara start verildi. İllərlə bu sahədə çalışmış, dərin təcrübəsi olan, ixtisaslı kadrların bir çoxu vəzifəsindən kənarlaşdırılaraq onların yerinə dəmiryolu sahəsindən anlayışı olmayan, təcrübəsiz kadrlar gətirilir. Bu səbədən qurumda xeyli miqdarda vakant iş yeri olmasına baxmayaraq, qurumun saytında az bir sayda vakansiyalar yerləşdirilir.
Tenderlər yaxın şirkətlərə verilir. Bir neçə ay öncə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-yə antiinhisar qanunvericiliyinin tələblərini pozduğu üçün maliyyə sanksiyasıda tətbiq edilib. İki ildən çoxdur ki, dəmir yollarında əsaslı təmir, yenidənqurma işləri aparılır. Bu sahəyə dövlət büdcəsindən ayırmalarla yanaşı, xaricdən böyük məbləğlərdə borc da cəlb edilir. Lakin bu sahəyə yatırılan iri həcmli kapital qoyuluşları və investisiyalar öz bəhrəsini vermir. Azərbaycanda nəqliyyat sektorunun əsas sahələrindən biri olan Azərbaycan dəmir yolları inkişaf etmir. Nə keyfiyyətdə, nə surətdə, nə sərnişindaşımalarında irəliləyiş yoxdur. İstismar müddəti bitmiş infrastruktur obyektləri, qurğu və avadanlıqları dəyişilməli olduqları halda köhnələrinin üzərində kosmetik
prosedurlar aparılaraq yeniləri kimi təqdim olunur. Ayrılan vəsaitlərin hansı məqsədlərə istifadə edilməsi məlum deyil, qurumun fəaliyyətində şəffaflıq yoxdur. Azərbaycan Dəmir Yollarının əhaliyə göstərdiyi xidmət səviyyəsi çox aşağıdır. Vətəndaşlar artıq dəmir yollarından imtina etməyə başlayıb.
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsait ayırıb. Bir neçə ay öncə qatar qəzasının baş verdyi sahə elə həmin bu sahədir. ADY rəhbərliyi sahə rəhbərliyini və məsul şəxsləri cəzalandırmaq əvəzinə sahəyə əlavə kreditlər cəlb edilir. Bu da “Azərbaycan Dəmir Yolları” QSC- nin işini düzgün qura bilməməsindən irəli gəlir. Bir sözlə, Rövşən Rüstəmovun rəhbərliyi altında “Azərbaycan Dəmir Yolları” QSC dövlətə zərərdən başqa bir şey vermir..."

DAVAMI MÜTLƏQ OLACAQ...
 
Ardını oxu...
İctimai sorğu: Əhali İTS və TƏBİB - in Səhiyyə nazirliyinin tabeçiliyinə verilməsini uyğun görür.

PREZİDENTƏ MÜRACİƏT

Yunan filosofu Artisfen yazır ki, yarıtmaza idarəçiliyi həvalə etmək, dəliyə qılınc verməkdən təhlükəlidir. Çünki yarıtmaz adam bütün sistemi iflic edir, inkişafı baltalayır, öz ağlı və mənfəəti ilə hər şeyi ölçür. Biz də göründüyü kimi maşallah olsun ki, yarıtmaz idarəçilər sarıdan korluq çəkmirik. Onlardan müxtəlif qurumlarda, idarələrdə, ayrı-ayrı sahələrə aid strukturlarda kifayət qədər var. Çox uzağa getməyək, elə götürək 2022-ci ilin dekabrından tibb işçilərinin, həkimlərin, təcrübəli kadrların, professorların qəniminə çevrilmiş Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Əlviz Qasımovu. Vaxtilə efirlərdən düşməyən, telekanallarda möhkəm reklamı gedən, bəh-bəhlə təriflənən, elə buna görə də xeyli məmur-oliqarxın sevimlisinə çevrilmiş ortoped-travmotoloq Əlviz Qasımov "Respublikanski"nin personalına elə bir "travma" yaşadır ki, gəl görəsən... Məhz həmin reklamın, sonra da daimi həkiminə çevrildiyi həmin ixtiyar sahiblərinin sayəsində karyera yüksəlişi yaşamış Əlviz Qasımov indi direktoru olduğu xəstəxanada işçilərin başında az qala "turp əkir". Cəmi iki ildən bir az zaman içində "Respublikanski"də "ad çıxarmış" Əlviz Qasımov çoxlarını dünyaya gəldiyinə, bu peşəni seçdiyinə peşman edib, necə deyərlər, anadan əmdiyi südü burnundan gətirib. Elə bil cənab Qasımov xüsusi missiya və yaxud qisas əməliyyatı məqsədi ilə bu tibb müəssisəsinə rəhbər göndərilib: Hippokrat sağ olsaydı, sözsüz ki Əlviz Qasımov onda da bir ,,çepe" tapa bilərdi...

RKX-na Əlviz Qasımovun direktor təyinatının qaranlıq izləri

Yuxarıda qeyd etdiyimiz kimi artıq iki ilə yaxındır ki, «Respublikanski» kimi tanınan Mirqasımov adına RKX-da rəhbərlik strukturlarına təyinatlar olub. Başda direktor Əlviz Qasımov olmaqla kütləvi şəkildə, xeyli sayda heyət üzvü ET Travmatologiya və Ortopediya İnstitutundan Mirqasımov adına RKX-na köçürülərək mühüm postlara yerləşdiriliblər. Hər kəs üçün maraqlı deyilmi ixtisasca Ortoped-travmatoloq olan Əlviz həkimin qəflətən 2022-ci ilin dekabrın sonu İnstitutdan böyük bir komanda ilə RKX-nə təyinat alsın? Bunun əslində səbəbi nə idi? Hər kəs yaxın tarixə nəzər salsa, hər şeyi çox asanlıqla başa düşmək olar . Bildiyimiz kimi 2023-cü il yanvar ayından bir çox institutlar kimi Tramatologiya instutunun da TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinin tabeçiliyinə keçməsi haqqında qərar verilmişdir. Belə olduğu halda daima Əlviz həkimin idarıetməsinin problemli olduğunu haqlı olaraq iddia edən hazırda Səhiyyə nazirinin müavini İlqar Qasımovla işlərinin çəpləşməsi qaçılmaz olacaqdır. Odur ki, «asta qaçan namərddir» prinsipi ilə Əlviz həkim «başının dəstəsi» ilə ,,yuxardakı" adamlarının dəstəyi ilə RKX-na transfer edilir. Bütün bunlardan sonra RKX-nın qara günləri başlanır. Başlanır nə başlanır.

Hal hazırda Əlviz Qasımov Mərkəzi Kilinikadan və Tramatologiya inistutundan gətrdiyi heyyətlə xəstəxananı rüsvayedici şəkildə idarə edir. Vüqar Qurbanova sual edirik?- RKX sı dostlar, tanışlar , sevgililər xəstəvanasıdır?( bu kadların hər biri haqqında məlumat verəcəyik) Necə olur ki, Əlviz Qasımov tərəfindən yaxın dostu Murat Ünlü Mərkəzi kilinikadan müavin kimi Tramatologiya inistutuna , ordan da Mirqasımov adına RKX gətirilir. Sonra da məlum olur ki Murat bəyin diplomu Azərbaycanda təsdiq edilməyib. Onun istər Tramatologiya inistutunda , istərsə də Mirqasımov adına RKX da fəaliyyəti qanunsuz olub. Bu iki il müddətindı qanunsuz fəaliyyətə görə kim məsuliyyət daşıyır? Əgır nəzərə alsaq ki bu iki il müddətində hər ay Murat bəy ən azından beş min manat aylıq məvacib alıb, bu ciddi maliyyə pozuntusudur.

"TRAMALI" İDARƏÇİLİK

Problemləri, dərdləri respublikanın hüdudlarını aşan, bir qrup karyerist, işbaz adamın əlində əsir-yesir qalan, ölkə qanunlarının işləmədiyi, hər şeyin pulla ölçüldüyü, az qala kriminal aləmə çevrilən, bu xəstəxananın mövcud vəziyyəti sadəcə faciəvidir. İllərdir ki, islahatlar aparıldığı deyilən Azərbaycan səhiyyəsinin bu xəstəxanadan xəbəri yoxdur. Ümumiyyətlə deyəsən bu sahəyə cavabdeh olanlar, məsuliyyət daşıyanlar "Respublikanski”ni ya tamamilə gözdən çıxarıblar, ya da başda Əlviz Qasımov olmaqla bir qrupun şəxsi maraqlarına qurban veriblər.

Xəstəxanada Azərbaycan səhiyyəsi adına tam bir rəzalət yaşanır, tibbi sığorta haqqında qanun ayaqlar altına atılır, nəinki xəstələrin, hətta tibbi personalın belə hüquqları tapdalanır. Elə bir vəziyyət yaranıb ki, TƏBİB belə burada hökm sürən anarxiyaya, hərc-mərcliyə müdaxilə etmək iqtidarında deyil. Bütün el yığılsa belə Əlviz Qasımovun yaratdığı xanədanlığa söz demək iqtidarında deyil !

Bu gün RKX-da yalnız Əlviz Qasımovun yazılmamış qanunları işləyir. Bu qanunlar isə Azərbaycan dövlətinin imicinin tapdalanmasına, cənab Prezidentin, Mehriban xanımın səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğıya zərbə vurmağa, gözdən salmağa hesablanıb. İş o yerə çatıb ki, peşəkar kadrların böyük bir qurupu yarıtmaz idarəçilikdən bezib baş götürüb qaçdılar, yəni başqa xəstəxanalara üz tutdular. Qalan həkimlər isə ,,partizan "kimi direktorun gözündən yayınaraq , çox sıxıcı fəaliyyət göstərirlər. Maraqlısı budur ki bu barədə dəfələrlə cənab prezident İlham Əliyevə və xanımı birinci Vitse prezident Mehriban xanım Əliyevaya müraciət edilsə belə işin icrası aidiyyatı qurumlar tərəfindən həll edilmir. Eyni zamanda bu barədə əvvəlki baş həmkar Səttar Mehbalıyevə həkimlər və tibb personalı tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır. Həkimlər Əlviz Qasımovun xəstəxanada saxta yolla seçdirdiyi heç kəsin normal tanımadığı, direktorun adamı kimi yalnız onun xidmətində duran xəstəxananı biznes maraqlarına çevirən cərrahın birindən , pozulmuş hüquqlarının müdafiəsini necə tələb edə bilərlər. Hər kəs respublikanın yeni baş həmkarı Sahib Məmmədovun vicdanlı adam olduğunu bildirir. Sahib Məmmədovdan da şəxsən məsələni yenidən diqqətinə götürməsini həkimlərin uzaq Bilgəhə sürgün edilməsinin qarşısını alınmasında yardımçı olmasını çox xahiş edirlər.

Hal-hazırda əmirlərin bir qismi daimiləşsə də böyük bir kollektiv, yüz minlərlə insanın ümidlə üz tutduğu xəstəxana "müvəqqəti əmrlə” çalışan məsuliyyətsiz, şəxsi maraqlarını güdən şəxslərin əlində can verdi. Ə.Qasımovun "müvəqqəti əmrlə” idarəetməyə gətirdiyi naşı şəxslər (indi böyük qismi daimiləşib) elə bir anarxiya, korrupsioner sistem, rüşvət mexanizmi formalaşdırdılar ki, yüz TƏBİB gəlsə bu dərdin dərmanını tapa bilməz. RKX-da baş verənləri bütün çılpaqlığı ilə görmək üçün xəstəxananın həyətində beşcə dəqiqə var-gəl etmək kifayətdir. Elin gözü tərəzi olduğu üçün bu tərəzidə Əlviz Qasımovun hansı çəkidə olduğunu görəcəksiniz. Xəstəxanada icbari tibbi sığorta demək olar ki, işləmir, pul verməyən xəstələrə xidmət göstərilmir, ya da başdan edilir. Azərbaycan dövlətinin, cənab Prezidentin ən böyük islahat proqramı burada sabotaj olunur. Və qəribəsi də odur ki, bu sahəyə cavabdeh olanlar baş rejissoru Əlviz Qasımov olan bu tamaşaya seyriçilik edirlər.

Əlviz Qasımov xəstəxanada həyata keçirilən təmir işlərini də öz şəxsi maraqlarına tabe etməyi bacarıb. Təmir işlərini bəhanə edərək böyük bir kollektivi, on minlərlə xəstəni paytaxtdan uzaq Bilgəhə "sürgün” etməyi planlaşdırır. Hamını hər şeyin yaxşı olacağına inandırmağa çalışsa da bu həm tibb personalın, həm də xəstələr üçün çətinliklər yaradacağını hər kəs bilir. Hər şeyin doğrusu, şəhərdə münasib bir binanın ayrılması daha məqsədəuyğun olardı. Eyni zamanda Əlviz Qasımov bütün işçi kollektivinin qarşısında gediş-gəliş avtoservis təminatının olacağını söz versə də hər kəs bunun da mümkünsüz olacağını bildirir. İTS və TƏBİB in iş mexanizimində çox ciddi korrupsiya , maliyyə pozuntularının olması şühbəsizdir. Beləki RKX Terapiya şöbələri beş aydan çoxdur ki xəstə yatışı qəbul etmir. Təmir adı altında beş aydan çox xəstə yatışını saxlamağın adı nədir? Nə baş verir ki həyat , yaşamağ uğurunda mübarizə aparan xəstələr kimlərinsə bizneslərinin qurbanı olurlar.

Xülasə, Əlviz Qasımov Nuh deyir, peyğəmbər demir. Bu yolla arzuolunmaz şəxslərdən asanlıqla yaxa qurtaracağını düşünərək "Bilgəhə sürgün” siyasətindən əl çəkmək istəmir. Zatən bu xəbər çıxandan Terapiya sahəsində çalışanların bir qismi işdən çıxmış , böyük bir qisimi isə özlərinə uyğun yerlərdə iş axtarır. İşin dəhşətli tərəfi odur ki, Əlviz Qasımov özünə yaxın şəxsləri xəstəxananın əsas korpusunda saxlayır, "getmə gözümdən, gedərəm özümdən” prinsipi ilə himayə edir, digərlərini isə Bilgəhə ,,sürgünə" göndərir. Həkimlər bildirir ki, əslində bu "sürgün” onların xəstəxanadan mədəni amputasiyasıdır. Gəldiyindən bəri müxtəlif bəhanələrlə təxminən iki minlik kollektivdən 500-dən çox əməkdaşı işdən çıxaran Əlviz Qasımov Bilgəhdə arzuedilməzlər kateqoriyasına aid etdiyi həkimlərdən də can qurtarmağı planlaşdırır. Özünü guya dürüst, təmiz adam kimi göstərən Əlviz Qasımov əslində böyük korrupsiya mexanizminin açarıdır.

İşdi şayətdi məcbur olub tibbi sığorta şərtləri ilə xəstəxanada müalicə edilməli xəstə olarsa onun işi Allaha qalır. Çünki belə sərfəsiz xəstələrə gözün götürüb baxan olmur, 5 gündən də sonra vəziyyətindən asılı olmayaraq xəstəxanadan çıxarırlar. Hər şeydən dəhşətlisi odur ki, Əlviz Qasımovun göstərişinə əsasən həkimlər yalnız onların təminat üzrə əmr etdikləri diaqnozları təyin edə bilər. Bu dünyada səhiyyə sistemində görülməmiş dəhşətdir. Xəstələrin taleyindən çox birmənalı şəkildə tibbi icbari sığortanın maraqları önəmə gətirilir.

Xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Yəni: liftə minmək, ayaqyoluna getmək, xəstəni qəbul şöbəsinə çatdırmaq, Kompüter Tomoqrafiya müayinəsindən keçmək,bütün cərrahi əməlyatlar, analiz vermək, hətta az qala salam vermək belə pullu xidmət hesab edilir.

Bundan başqa, ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn, zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 150 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 20, qanda qlükozanın müəyyən olunması 10, sidiyin ümumi analizi 10, böyrək analizləri 40, adi həkim müayinəsi 30, ginekoloji yoxlanma 60 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 20-30 manat ödəmək lazım gəlir. Daxili orqanların ümumi müayinəsi isə 165 manatdır. Cərrahiyyə şöbəsində Eldar həkimin etdiyi əməlyyatların qiymətləri qandondurucudur. Bu rəqəmlər isə min manattdan başlayır. Beləcə dövlətin vətəndaşlara vəd etdiyi icbari tibbi sığorta Respublika Klinik Xəstəxanasında bazar predmetinə çevrilib. İTS-nin rəhbəri Zaur Əliyev isə bunları görməzdən gəlir.

Özəl müəssisələrlə anlaşan direktorun şəxsən razılığı olmadan özəl kilinikalara müayinə üçün xəstələrə heç bir göndəriş verilmir. Daha doğrusu göndərişlər yalnız direktorun ,,anlaşdığı'' özəl kilinikalara verilir. Xəstələrin istəyi nəzərə alınmır .Bir çox dərman firmaları isə Əlviz Qasımovun ,, xeyir duası" ilə xəstəxanada keyfiyyətsiz dərmanlarının alverini edir.

Direktorun 400-dən çox işə götürdükləri işçilərin də böyük qisiminin ,, anlaşma'' və ,, razılaşma" yolu ilə olduğu şühbəsizdir.

Araşdırma aparılarsa, son vaxtlar xəstəxanada ölüm hallarının artması, yanğınların baş verməsi , karrupsiyanın baş alıb getməsi idarəçiliyin yox səviyyəsini göstərir.

Bahalı və yüngül həyat tərzi yaşayan Əlviz Qasımovun Port-Bakuda dəyəri yüz minlərlə ölçülən ev aldığı (elə orda da nüfuz sahibi olan şəxslə qonşu olması ), rəhbərlik etdiyi xəstəxanaya şəxsi bahalı Porşe avtomobili ilə gəlib-getdiyi bildirilir. (Maraqlı burasıdır ki, rəhbərlik onun yüngül həyat tərzi sürdüyünü, daima ,, işdə məhəbbət macərası " yaşadığını bildiyi halda niyə susur? Bu barədə də məlumat verəcəyik) Xəstəxananın təmiri üçün dövlətin ayırdığı böyük məbləğdə pulun Əlviz Qasımovun iş kabinetinin təmirinə sərf edilmişdir. Hansı ki, bu gün xəstələrin rahatlığı üçün şöbələrdə təmirə daha çox ehtiyac var idi ki, sağ olsun dövlətimiz onu da öz üzərinə götürdü.

Nəhayət, suallar bitmir ki bitmir - Cənablar bəlkə siz cavab verəsiniz: axı niyə illərlə təcrübəsi olan həkimlər bu cür stresslər keçirməli, əziyyət çəkməli, işindən olmalı və ortopedik-travmotoloq Əlviz Qasımovun "travma" lı idarəçiliyinin qurbanı olmalıdırlar?

Əlqərəz, həkimlər başda cənab prezident olmaqla Azərbaycan respulikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərovdan, Humanitar-siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadan,Azərbaycan Respublikasının baş purakroru Kamran Əliyevdən , Səhiyyə naziri Teymur Musayevdən ,Tibbi İcbari Sığortanın icraçı direktoru Zaur Əliyevdən, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovdan, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdan , Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyevdən kömək istəyir.

Cənab prezident ,özünü yuxarı ali şəxslərin himayəsində hiss edən Əlviz Qasımovun özbaşnalıqlarına, qanunsuzluqlarına Zaur Əliyev və yaxud Vüqar Qurbanov göz yummaq məcburiyyətindıdir. Siz Allahın yerdə bizim üçün ədalətisiniz. Koma vəziyyətinə düşən Respublika Klinik Xəstəxanasını ölümdən xilas etmək üçün klinik tədbirlər görülməlidir.

Bir daha qeyd etmək istərdik ki, bütün bu baş verən oyunbazlıqlar, hər biri cinayət əməli kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi, olan olaylar icbari tibbi sığortanın rəhbəri Zaur Əliyevin və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun gözləri qarşısında baş verir. Səhiyyə sistemində islahatların açarı hesab olunan, böyük ümidlər bəslənilən TƏBİB isə öz fəaliyyəti ilə tam bir fiaskoya uğradıb, göstərilən etimadı doğrultmayıb, səhiyyənin dərdlərinə TƏBİB olacağına yeni bir virusa çevrilərək bu sistemi daxildən məhv etməyə başlayıb. Artıq TƏBİB ona göstərilən etimadın oyuncağa çevrilən bir quruma çevrildiyini sübut edir. İctimai sorğu bu qurumun, eyni zamanda İTS ( icbari tibbi sığortanın) ya kökündən ləğv edilməsini, ya da Səhiyyə nazirliyinin tabeçiliyinə verilməsini məqsədə uyğun hesab edir.

TƏBİB -in "KÖSTƏBƏYİ” yoxsa "ingilis şipyonu”?

TƏBİB demişkən, bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə adlı xanımın adını çəkməmək insafsızlıq olardı. Çünki bir qurumun fəaliyyətinin aynası hesab edilən sahəyə rəhbərlik edən şəxsin fəaliyyəti çox önəmlidir. Zamirə Ədilova isə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən daha çox İngiltərə ilə əlaqələr şöbəsinin rəhbərinə bənzəyir. Tez-tez uzaq yaşıl adaya səfərlər edən Zamirə Ədilova elə ictimaiyyətlə əlaqələri də ordan saxlayır. TƏBİB rəhbərliyinə xüsusi yaxınlığı ilə tanınan Zamirə Ədilova təkcə ictimaiyyətlə əlaqələrlə kifayətlənmir, yuxarı rəhbərliyə yaxınlığından sui-istifadə edərək ( bu xüsusi yaxınlıq barədə ətraflı məlumat verəcəyik) kadr yerləşdirilməsində , mühüm söz sahibi kimi tanınır.Yəni onun ,,maraqları" çərçivəsində TƏBİB in nəzdində olan yüksək postlara kadırlar yerləşdirilir. Öz həqiqi vəzifəsini unudan Zamirə Ədilova islahatlar adı altında özünə yaxın adamları ,, razılaşma" yolu ilə mühüm postlara yerləşdirir. Amma, bu əlaqələrin nə nazirliyə, nə TƏBİB - ə nə də dövlətimizə heç bir faydası və xeyri yoxdur.

Bütün bunlar isə TƏBİB-in hansı metodlarla idarə olunduğunun göstəricisidir. Vüqar Qurbanov, sizə marağlı gəlmir ki yutub səhifələrində axtarışa vurarkən sizin, müavinlərinizin, digər departament rəhbərləriniz haqqında xoş olmayan məlumatlar çıxır? Əsaslı və ya əsassız. Fərq etməz ...

Sual olunur bu mənfi fikir formalaşdıran paylaşımlar arasında Zamirə Ədilovanın adı niyə yoxdur? Prezidentin köməkçisi Hikmət Hacıyev haqlı olaraq eyni zamanda TƏBİB -lə bağlı gedən yazıların sosial şəbəkələrdən silinməsi ilə əlaqədar tənqidi münasibət bildirmişdir. Silinən yazıların əksəriyyətində isə Zamirə Ədilovanın adının hallanması silinmənin əsas səbəblərindən biri hesab edilir

Xatırlayırsınızsa, az öncə öz guya peşəsinin nə olduğunu başa düşməyən Zamirə Ədilova Vüqar Qurbanovun qız övladının toy şənliyini paylaşmışdı. Onun paylaşımından sonra bu mövzu KİV-lərdə müzakirə mövzusuna çevirildi.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına qiyməti yarım milyon manata başa gələn dəbdəbəli toy etməsi sosial şəbəkələr və medianın gündəminə çevirildi

Toyda ölkənin tanınmış müğənniləri də iştirak etməsi , Röyanın 3-4 mahnıya görə 25 min manat, Aygün Kazımovanın ifa etdiyi 3-4 mahnıya görə Vüqar Qurbanovun 30 min manatından keçməli olması , ümumilikdə isə təkcə ölkə şou-biznes nümayəndələrinə 100 min manata yaxın pul xərclənməsi gündəm olmuşdu.

Məclis Bakının ən dəbdəbəli restoranlarından olan "Böyük Saray"da başlasa da, toya hazılıq və fotosessiya "The Ritz-Carlton Baku” otelində baş tutması, toya qədər bəy və gəlinin hədiyyə və aksesuarları da böyük diqqət çəkmişdi.

Sosial şəbıkələrdə gedən məlumata görə, bəy toya taxdığı qol saatı İsveçrənın məşhur brendi "Longiness"dən olması da xüsusu vurğulanmışdı. Bəyin qolundakı "Longiness" brendinin "Elegant Collection" modelinin qiyməti 105.050 TL-dir (təxminən: 8 min manat).Bəs bütün bunların məsuliyyıtini kimin adına yazaq? Sizcə bütün bunlar sadəlikdən, təcrübəsizlikdən irəli gəlirmi?Sizcə TƏBİB də öz yaxınlarından, dost-tanışlarından ibarət şəbəkə formalaşdıran birisi təcrübəsiz ola bilərmi? Yaxud oturduğu budağı baltalayaraq daha böyük vəzifəyə getmək üçün müxtəlif planlar cızan birisi bu qədər avamca davranarmı? Həmişə özünü Vüqar Qurbanova ən yaxın birisi kimi təqdim edən, demək olar ki min bir hoqqadan çıxan ,amma ilk fürsətdə zərər vermək üçün sabotaj edən şəxs plansız hərəkət edərmi?

Yəqin ki, sualları cavablandırdıqca vəziyyət sizlərə də aydın olur. TƏBİB-in danışmanı danışmasa daha yaxşı olar. Çünkü Vüqar Qurbanova ən böyük zərbəni elə onun öz sözçüsü vurur. Yəqin ki,səlahiyyət sahibləri bütün sadaladıqlarımıza diqqət yetirsələr görərlər ki, Azərbaycan da TƏBİB elə onun öz rəhbərləri tərəfindən uçuruma sürüklənir. Ataların gözəl bir sözü var-"evin sirrini uşaqdan soruş..." Zamirə Ədilova ” TƏBİB-in "xəbərçi uşağı” kimi Vüqar Qurbanov şəxsən sizin, eləcə də digər yüksək vəzifəli məmurlar barəsində, həmçinin paytaxt xəstəxanaları ,onların direktorları , baş həkimləri haqqında kompromat tipli məlumatları mediaya sızdırmaq sahəsində "əvəzsiz mütəxəssisdir.” Verdiyi məlumatların ciddiliyini nəzərə alaraq ciddi bir dövlət qurumunun media sahəsinə rəhbərlik edən şəxsin repartyor xidmətindən təbii ki, heç bir KİV imtina etməz. Amma, bunun Azərbaycan TƏBİB-nə, onun rəhbərinə zərrə qədər də xeyir gətirmədiyinin də fərqindəyik. Məhz bu səbəbdən Vüqar Qurbanov sizə müraciət edərək TƏBİB- in "köstəbək problemi”ni həll etməyə çağırırıq. Bu hər kəsdən əvvəl elə sizin özünüz üçün vacibdir!

Tezliklə müdaxilə olunmazsa, səhiyyəmiz cəzasızlıqdan özünü toxunulmaz hesab edən bir qrupun əlində tələf olacaq. Heç olmasa görəsən bizim mənsəb sahiblərimiz "Fatihə” surəsini düz-əməlli bilirlər? Səhiyyəmizi urvatsız öldürsələr də, heç olmasa urvatsız dəfn eləməsinlər!

Elviz Qasımovun "Həsən ağası" kimdir? - "Respublikanski"da gülməli "Həmişə ayaqüstə" layihəsi və dəhşətli korrupsiya sərgüzəştləri

Azərbaycan səhiyyəsində Musiqili Komediya Teatrında səhnəyə qoyulan tamaşalar nümayiş etdirilir. Məsələn, bu günlərdə "kliniki ölüm" keçirən Mirqasımov adına Respublika Klinik Xəstəxanası adamda gülüş doğuran şüarla layihə həyata keçirib. Sizcə, layihənin adı nə olsa yaxşıdır? - "Həmişə ayaqüstə". Bu layihənin adını görəndə yox, harada keçirildiyini xəbər tutanda adamı lap gülmək tutur, qəşşş eləyib getmək olar. Axı "Respublikanski" hara, həmişə ayaqüstə olmaq hara? Heç olmasa, layihəyə ad qoyanda, ən azı bunu hansı xəstəxananın həkimlərinin icra edəcəyini fikirləşmək lazım idi. Çünki baş direktor Elviz Qasımovun rəhbərliyi altında "Respublikanski" də ayaqüstə olmaq müşkül məsələdir, həmişə ayaqüstə olmaq isə mümkün deyil. Elə çox uzağa getməyək, ötən həftələrdə xəstəxanada Qarabağ qazisinin həyat yoldaşı Sara İsayevaya olan səhlənkarlıq və vurulan iynə ucbatından həyatını itirdi. Bunun ardınca eyni həftədə "Həmişə ayaqüstə" layihəsi çərçivəsində "Respublikanski"nin həkimlərinin xəstələri müayinə etməsi istehza doğurmaya bilməz.

Elviz Qasımov və həkim Günel Qəhrəmanova Sara İsayevanın ölümü ilə bağlı mütləq açıqlama vermək əvəzinə, "Həmişə ayaqüstə" adı ilə piar aparır, guya "Respublikanski"də tibb xidməti yüksək səviyyədədir. Rəhmətlik Lütfəli Abdullayev sağ olsaydı, " Əhməd haradadır" filmində dediyi sözü dilə gətirərdi - kolxozçu da deputat kimi danışır... İndi xəstə öldürən, rüşvət alan həkimlər də "Həmişə ayaqüstə" layihəsində özlərini elə qələmə verirlər ki, onlardan pak, dürüst, təmiz işləyən, Hippokrat andına sadiq olan həkimlər yoxdur.

Ən biabırçı tərəfi budur ki, bu günlərdə Elviz Qasımov bir qrup həkimi təltif edib və bunu da sosial şəbəkədə, xəstəxananın rəsmi feysuk səhifəsində paylaşıblar. Görəsən, Elviz Qasımov onları hansı qəhrəmanlığına görə, mükafatlandırıb? Bəlkə Sara İsayeva və bu timsaldan olan yüzlərlə xəstələrin öldüyü üçün? Bəlkə rüşvətsiz müayinə olmadığı üçün? Bəlkə dializ şöbəsində tez-tez baş verən yanğınları məharətlə gizlətdiyi üçün ? Ola bilsin ki, biz görmürük, 500 nəfərin ixtisar deyil müxtəlif təzyiqlərlə qovulmasına görə Elviz Qasımov bayram edibmiş?Aidiatı rəhbərlik niyə Əlviz Qasımovdan soruşmur ki 500 dən çox ailənin günahı nədir? Direktorluq fəaliyyətinə başladığı Tramatologiya inistutunda da belə idi RKX da belədir. Bu şəxs insanları sıxmaqdan, əzməkdən həzz alır. Və nəhayyət şəxsi yananaşır, özünü ona etibar edilən vəzifəyə layiq olmadığı kimi aparır.

Bir sözlə, nə qədər ki Elviz Qasımov və onun rüşvət xəstəliyindən əziyyət çəkməyən kabus komandası bu xəstəxananı idarə edir, həmişə ayaqüstə olmaq nonsens görünəcək. Çünki son günlərAk. Mirqasımov adına Respublika Klinik Xəstəxanası barədə cari mətbuatda müxtəlif informasiyalar yayılmaqdadır və bu xəbərlərin ümumi məcmusu ondan ibarətdir ki, xəstəxanada neqativ hallar kütləvi şəkildə baş verir. Lakin Elviz Qasımov, onun heyəti və TƏBİB və onun heyyəti, ittihamlara, baş verən ölüm faktına və digər informasiyalara münasibət bildirmir. Görünür ki, Elviz Qasımov "Həsən ağanın qohumudur". Bizim sevimli "Papaq" filmini izləyənlər bilirlər ki, Həsən ağanın qohumu olmaq bu ölkədə nə deməkdir. Sanki Elviz Qasımov da yuxarı dairələrdə Həsən ağa ilə qohumdur, onu himayə edir deyə bu qədər ittihamlara reaksiya vermir. Halbuki ölkənin birinci şəxsi cənab prezident İlham Əliyevdir və Elviz Qasımovun təqdimatın təqdim edənlərə güvənib etimad göstərib, indi bu etibardan sui-istifadə yolverilməzdir. Ölkə başçısı vətəndaşa xidmət etməyi tapşırıb, cibinə girməyi, xəstə öldürməyi, təmir adı ilə pul silməyi tapşırmayıb. Onun səhiyyə siyasəti ilə "Respublikanski"nin idarə olunması uyğun gəlmir. Deməli, Elviz Qasımov öz peşəsində xəyanətə yol verməkdədir. Bununla həm xalqa zərər vurur, həm dövlətə, həm dövlətin imicinə, həm büdcəsinə... O baxımdan son hadisələrin araşdırılması zəruridir: işçilərin ixtisarı, ölün faktı, dializ şöbəsindəki yanğınlar, tenderlərin ləğvi səbəbi, təmirə ayrılan vəsaitlərin xərclənməsinə nəzarət əşhədü-ehtiyacdır. Nədən ki bu vəziyyət davam etməklə, böyük faciəvi şərait yarana, Elviz Qasımovun rəhbərliyi altında bir partlayış ola bilər. Ona görə baş direktorun Həsən ağası ola bilər, lakin bu ölkədə cənab prezidentdən yüksək vəzifəsi olan yoxdur. Odur ki, Elviz Qasımov fəaliyyətinə əl gəzdirməsə, ciddi problemlər meydana gələ bilər. Əslində, mətbuatda ardıcıl şəkildə tirajlanan həmin informasiyaları dəqiqləşdirməyə də hazırıq, buyursunlar cavab versinlər. Amma cəmiyyət də bu məsələləri sorğu-sual edir: birincisi, xəstəxanada əməliyyat olunmuş Sara İsayeva dünyasını dəyişib və həyat yoldaşı Orucəli Ağayev həkim Günel Qəhrəmanovanın və xəstəxanın məsuliyyət daşıdığını bildirir. Bu hadisə ilə bağlı niyə səs-səmir çıxmır?

İkincisi, KİV-lərdə gedən xəbərlərə görə, xəstəxanın dializ şöbəsində tez-tez yanğınlar olur. Bu məlumatlar nə dərəcədə doğrudur və belə hallar varsa, problem nədən qaynaqlanır?

Mətbuat yazır ki, xəstəxananın tibb personalından 500 nəfər ixtisar olunub. Buna zərurət yaradan səbəb hansılardır ? Təyin etdiyi bütün inzibati rəhbərlik hardan və hansı məqsədlə gətirib?

Eyni zamanda, mediada ən ciddi ittihamlardan biri aparılan təmir işləri zamanı ayrılan vəsaitlərin mənimsənilməsidir. İddialara görə, bu vəsaitlər şəffaf xərclənmir və prosesə baş direktor Elviz Qasımov nəzarət edir. Mətbuatın yaydığı məlumatlar nə dərəcədə realdır?

Xəbərlərdə o da deyilir ki, şöbələrə qoyulan dezinfeksiya aparatlarında bu məhlul olmur. Yaxşı, dezinfeksiya məhlulu niyə çatışmasın ki?!

Hətta oper blokda həkimlərin dezinfeksiya üçün xüsusi fırçası olmalıdır, lakin hər həkimdə olmadığı iddia edilir. Bu da xəstələrə infeksiya düşməsi riski yaradır. Allahın fırçası olmayan yerdə Elviz Qasımov həkimləri təltif edir, "Həmişə ayaqüstə" layihəsi həyata keçirir.

Bundan başqa, xəstəxanada ambulator xəstələrin qeydiyyatı aparılmayıb deyə arxiv yoxdur. Hər dəfə xəstə üçün yeni tarixçə açılır. Səbəb nədir?

O cümlədən allerqologiya şöbəsinin ləğv edilərək pulmonologiya şöbəsinə çevrilməsinə səbəb nədir?Allerqoloqlar ağciyər müayinəsini necə edə bilirlər?

Mətbuatın yaydığı məlumata görə, verilən bonuslar isə 50 faiz kəsilir. Üstəlik, gecikmələrlə ödənilir.

O da bildirilir ki, digər problem gecə növbətçi həkimi ilə bağlıdır. Misal üçün xəstə uroloji problemlə müraciət edir, amma o saat növbətçi lor həkimidir. Bu problemi necə tənzimləmək olar? Yəni suallar çoxdur, qarşı tərəfdən isə nəinki cavablar yoxdur, "tükləri tərpənmir". Səbəbini özləri izah edə bilər...Və nəhayyət şəxsən ölkə səhiyyəsinin siyasətini idarə edən Mehriban xanım Əliyevadan məsələlərin nəzarətə götürülməsini müvafiq tapşırıqlar verilməsi xahiş edilir..
anaxeber
Ardını oxu...
Azərbaycan səhiyyəsində Musiqili Komediya Teatrında səhnəyə qoyulan tamaşalar nümayiş etdirilir...

Poliqon xəbər verir ki, bu günlərdə Mirqasımov adına Respublika Klinik Xəstəxanası adamda gülüş doğuran şüarla layihə həyata keçirib. Sizcə, layihənin adı nə olsa yaxşıdır? - "Həmişə ayaqüstə"...

Heç olmasa, layihəyə ad qoyanda, ən azı bunu hansı xəstəxananın həkimlərinin icra edəcəyini fikirləşmək lazım idi. Çünki baş direktor Elviz Qasımovun rəhbərliyi altında "Respublikanski" də ayaqüstə olmaq müşkül məsələdir, həmişə ayaqüstə olmaq isə mümkün deyil. Elə çox uzağa getməyək, ötən həftələrdə xəstəxanada Qarabağ qazisinin həyat yoldaşı Sara İsayevaya olan səhlənkarlıq və vurulan iynə ucbatından həyatını itirib. Bunun ardınca eyni həftədə "Həmişə ayaqüstə" layihəsi çərçivəsində "Respublikanski"nin həkimlərinin xəstələri müayinə etməsi istehza doğurmaya bilməz.

Elviz Qasımov və həkim Günel Qəhrəmanova Sara İsayevanın ölümü ilə bağlı açıqlama vermək əvəzinə, "Həmişə ayaqüstə" adı ilə piar aparır, guya "Respublikanski"də tibb xidməti yüksək səviyyədədir. Rəhmətlik Lütfəli Abdullayev sağ olsaydı, "Əhməd haradadır" filmində dediyi sözü dilə gətirərdi: "kolxozçu da deputat kimi danışır"... İndi xəstə öldürən, rüşvət alan həkimlər də "Həmişə ayaqüstə" layihəsində özlərini elə qələmə verirlər ki, onlardan pak, dürüst, təmiz işləyən, Hippokrat andına sadiq olan həkimlər yoxdur.

Ən biabırçı tərəfi budur ki, bu günlərdə Elviz Qasımov bir qrup həkimi təltif edib və bunu da sosial şəbəkədə, xəstəxananın rəsmi feysuk səhifəsində paylaşıblar. Görəsən, Elviz Qasımov onları hansı qəhrəmanlığına görə, mükafatlandırıb? Bəlkə Sara İsayeva və bu timsaldan olan yüzlərlə xəstələrin öldüyü üçün? Bəlkə xəstələrdən əlavə ödəniş almadan müayinə olmadığı üçün? Bəlkə dializ şöbəsində tez-tez baş verən yanğınları məharətlə gizlətdiyi üçün?

Deyilənə görə, 500 nəfərin ixtisar deyil, müxtəlif təzyiqlərlə işdən qovulmasına görə Elviz Qasımov bayram edibmiş? Aidiyatı rəhbərlik niyə Elviz Qasımovdan soruşmur ki 500 dən çox ailənin günahı nədir? Direktorluq fəaliyyətinə başladığı Tramatologiya inistutunda da belə idi RKX da belədir...

Son günlər Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanası barədə cari mətbuatda müxtəlif informasiyalar yayılmaqdadır və bu xəbərlərin ümumi məcmusu ondan ibarətdir ki, xəstəxanada neqativ hallar kütləvi şəkildə baş verir. Lakin Elviz Qasımov, onun heyəti və TƏBİB və onun heyyəti, ittihamlara, baş verən ölüm faktına və digər informasiyalara münasibət bildirmir. Görünür ki, Elviz Qasımovun "Həsən ağa" adında bir qohumu var...

Hamımızın sevimli filmi olan "Papaq" filmini izləyənlər bilirlər ki, Həsən ağanın qohumu olmaq bu ölkədə nə deməkdir. Sanki Elviz Qasımov da yuxarı dairələrdə "Həsən ağa" ilə qohumdur, onu himayə edir, deyə bu qədər ittihamlara reaksiya vermir.

Halbuki ölkənin birinci şəxsi cənab prezident İlham Əliyev vətəndaşa xidmət etməyi tapşırıb, cibinə girməyi, xəstə öldürməyi, təmir adı ilə pul silməyi tapşırmayıb. Yəni məöhtərəm prezidentin səhiyyə siyasəti ilə "Respublikanski"nin idarə olunması uyğun gəlmir. Bu uyğunsuzluğu yaradan isə Elviz Qasımovdur. Bununla da baş direktor həm xalqa, həm dövlətə, həm də dövlətin imicinə və büdcəsinə zərər vurur.

Bu baxımdan son hadisələrin araşdırılması zəruridir: işçilərin ixtisarı, ölüm faktları, dializ şöbəsindəki yanğınlar, tenderlərin ləğvi səbəbi, təmirə ayrılan vəsaitlərin xərclənməsinə nəzarət və s. Nədən ki, bu vəziyyət davam etməsi faciəy şərait yarada bilər. Baş direktorun arxasında "Həsən ağa" ola bilər, lakin bu ölkədə cənab prezidentdən yüksək vəzifəsi olan yoxdur. Odur ki, Elviz Qasımovun fəaliyyətinə əl gəzdirilməzsə, ciddi problemlər meydana gələ bilər...

Cəmiyyət çoxlu sayda problemlərin öz həllini tapmamasını sorğu-sual edir. Birincisi, xəstəxanada əməliyyat olunmuş Sara İsayeva dünyasını dəyişib və həyat yoldaşı Orucəli Ağayev həkim Günel Qəhrəmanovanın və xəstəxanın məsuliyyət daşıdığını bildirir. Bu hadisə ilə bağlı niyə səs-səmir çıxmır, niyə xəstəxananın rəhbərliyi araşırma aparıb cəmiyyətə açıqlama vermir?

İkincisi, KİV-lərdə gedən xəbərlərə görə, xəstəxanın dializ şöbəsində tez-tez yanğınlar olur. Bu məlumatlar nə dərəcədə doğrudur və belə hallar varsa, problem nədən qaynaqlanır?

Mətbuat yazır ki, xəstəxananın tibb personalından 500 nəfər ixtisar olunub. Buna zərurət yaradan səbəb hansılardır ? Təyin etdiyi bütün inzibati rəhbərlik hardan və hansı məqsədlə gətirib?

Eyni zamanda, mediada ən ciddi ittihamlardan biri aparılan təmir işləri zamanı ayrılan vəsaitlərin mənimsənilməsidir. İddialara görə, bu vəsaitlər şəffaf xərclənmir və prosesə baş direktor Elviz Qasımov nəzarət edir. Mətbuatın yaydığı bu məlumatlar nə dərəcədə realdır?

Xəbərlərdə o da deyilir ki, şöbələrə qoyulan dezinfeksiya aparatlarında bu məhlul olmur. Yaxşı, dezinfeksiya məhlulu niyə çatışmasın ki?!

Hətta oper blokda həkimlərin dezinfeksiya üçün xüsusi fırçası olmalıdır, lakin hər həkimdə olmadığı iddia edilir. Bu da xəstələrə infeksiya düşməsi riski yaradır. Allahın fırçası olmayan yerdə Elviz Qasımov həkimləri təltif edir, "Həmişə ayaqüstə" layihəsi həyata keçirir.

Bundan başqa, xəstəxanada ambulator xəstələrin qeydiyyatı aparılmayıb deyə arxiv yoxdur. Hər dəfə xəstə üçün yeni tarixçə açılır. Səbəb nədir?

O cümlədən allerqologiya şöbəsinin ləğv edilərək pulmonologiya şöbəsinə çevrilməsinə səbəb nədir? Allerqoloqlar ağciyər müayinəsini necə edə bilirlər?

Mətbuatın yaydığı məlumata görə, verilən bonuslar isə 50 faiz kəsilir. Üstəlik, gecikmələrlə ödənilir.

O da bildirilir ki, digər problem gecə növbətçi həkimi ilə bağlıdır. Misal üçün xəstə uroloji problemlə müraciət edir, amma o saat növbətçi lor həkimidir. Bu problemi necə tənzimləmək olar? Yəni suallar çoxdur, qarşı tərəfdən isə cavablar yoxdur...

Poliqon.info
 
 
 
Ardını oxu...
Regional Su Meliorasiya Xidməti Subartezian nasos aqreqatları üçün sarğı naqilləri və güc kabellərinin satın alınması (PVDP) (VPP) üzrə 16.08.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub. Xidmət “TEXİNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 699.940,6 manat məbləğində satınalma müqaviləsi bağlamğı planlaşdırır. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalına 24.10.2024-cü ildə yerləşdirib. Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Publik hüquqi şəxsi sarğı naqilləri və güc kabellərinin satın alınacaq ehtimal olunan qiymətini 1.005.242,00 manat müəyyən etmişdir. Bu məbləğə qarşı təchizatçının təklif etdiyi qiymət ciddi şübhələrə yol açır,

Bundan əlavə Regional Su Meliorasiya Xidməti “Kompüter və avadanlıqlar”ın satın alınması üzrə 02.09.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub. Xidmət “AZİMUT TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 170.569 manat məbləğində satınalma müqaviləsi bağlamğı planlaşdırır. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalına 24.10.2024-cü ildə yerləşdirib. Regional Su Meliorasiya Xidməti kompüter və avadanlıqların satın alınacaq ehtimal olunan qiymətini 340.376,61 manat müəyyən etmişdir.

“Regional Su Meliorasiya Xidməti” Publik hüquqi şəxsi qəza və təmir-bərpa işlərinin aparılmasında istifadə olunan alət və avadanlıqların satın alınması üzrə 08.08.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub. Xidmət “KASKAD – HİDRO M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 877.955,4 manat məbləğində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalına 15.10.2024-cü ildə yerləşdirib.

Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Publik hüquqi şəxsi satın alınacaq alət və avadanlıqların ehtimal olunan qiymətini 1.806.946,00 manat müəyyən etmişdir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardanda görsəndiyi kimi satınalan təşkilat olaraq Regional Su Meliorasiya Xidməti müəyyən etdiyi ehtimal qiymətləri ilə təchizatçıların təklif edərək qalib seçildiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Regional Su Meliorasiya Xidməti hər üç açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş MMC -lər ilə satınalma müqavilələri bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bütün bu aşkar olunan faktlara aydınlıq gətirmək məqsədilə apardığmız afraşdırma nəticəsiz qaldı. Regional Su Meliorasiya Xidmətinə ünvanladığımız sorğuya cavab verilmədi. Qurumun qalib seçdiyi MMC-lərdən yalnız “KASKAD – HİDRO M” MMC-nin əlaqə vasitəsini öyrənə bildik ki, şirkət sorğumuza aşağıdakı cavabı verdi:

“Tender prosesi zamanı şirkətin təqdim etdiyi qiymət təklifi Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında” qanunvericiliyinə tam uyğun olub və qanuni çərçivədə qiymətləndirilmişdir. Şirkətin qiymət təklifi təchizat bazarına uyğun olaraq, iqtisadi səmərəlilik prinsiplərinə əsaslanaraq təklif edilmişdir.”

Lakin burada bir suala aydınlıq gətirilməmişdir. “Dövlət Satınalmaları haqqında” Qanun tələb edir ki, təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Yuxarıda qeyd etdiyimiz kimi Regional Su Meliorasiya Xidməti satın alınacaq alət və avadanlıqların ehtimal olunan qiymətini 1.806.946,00 manat müəyyən etmişdir. “KASKAD – HİDRO M” MMC isə 877.955,4 manat təklif edərək qalib seçilmişdir. Burada 1.806.946,00 manat ehtimal olunan qiymətin 20 faizi nə qədər edir və “KASKAD – HİDRO M” MMC-nin təklif etdiyi qiymətin ehtimal olunan məbləğdən neçə faiz aşağı olduğunu qoy mütəxəsislər hesablasın. Burada iqtisadi səmərəlilik prinsipləri iddia oluna bilər. Amma satın alınan malların keyfiyyət göstəricilərinə zəmanət şübhə altında qalır.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17.11.2023-0cü il tarixli fərmanı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti yaradılıb.

Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinın vaxtı ilə satınalmalarda yol verdikləri qanunsuzluqlar barədə çox yazılıb. Görünür Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyev köhnə şakərindən əl çəkə bilmir, köhnə ənənələrini indi də bu formada davam etdirir.

Aktualinfo.org
 
Ardını oxu...
"Əziz sabirabadlılar. Zəfər Bayramı yaxınlaşır. Bu qələbəni bizə yaşadan şəhidlərə Allahdan rəhmət, qazilərlərimizə möhkəm can sağlığı arzu edirəm. Allahdan üç rəngli bayrağımızın daim zirvələrdə dalğalanmasına və Dövlət Başçımızın şəffaf daxili və xarici siyasətində uğurlar arzulayıram. Dövlətə və xalqımıza qara ləkə olan gördüyünüz bu üç şəxsin şəklini paylaşıram. Bunlar dövlət sevgisini, bayraq sevgisini bahalı maşınlarda, obyektlərdə, bağlandıqları kreslolarda görürlər. Sizlərə kiçik bir tövsiyyəm var. Dövləti canı, qanı , şərəfiylə sevərək qoruyurlar. Dövləti və xalqını sevən bir şəhit atasıyla qəsdən və qərəzli şəkildə rəftar etmək, Dövlətimizə və qalibiyyəimzə bir xəyanət kimi qiymətləndirirəm. YAP-ın Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayonun deputatları Kamal Cəfərov və Əhıiman Əmiraslanovun nəslindən və ailəsindən 44 günlük Vətən Müharibəsində iştirak edən varmı? Hər üç şəxsə bildirirəm ki, vəzifələrinən sui-istifadə edərək Dövləti və xalqı üçün can verən oğlana şərəfsizcəsinə şər və böhtan atmasınllar. Bunlar tutduqları yanlış mövqe ilə qəsdən bilərəkdən xalqımızı dövlətdən narazı salmağa çalışırlar. Zəfər Günü İnşallah Sabirabad camaatının qarşısında Dövlətə və şəhid ailəsinə qarşı etdiyiniz xəyanətlərə görə Şəhid Abbaslı Elgizin atasına, yəni mənə cavab verəcəksiniz. Zəfər Günü hesab günüdür. Unutmayın"
Bu sözləri Sabirabad rayonundan olan Şəhid Elgiz Abbaslının atası Fuad Abasov öz sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, rayon YAP təşkilatının sədri Varis Rüstəmov ona qarşı qərəzli mövqe tutur.Şəhid atası ilə bağlı həqiqətə uyğun olmayanlar yalanlar yayır.
Şəhid atası qeyd edir ki, Varis Rüstəmov həm də deputat Kamal Cəfərovun uzun müddət köməkçisi işləyib. Hazırda da YAP sədridir. V.Rüstəmov rayonda Kür çayının sahilində meşə fonduna aid hektarlarla torpaq sahəsini zəbt edib.
O geniş imkanlara sahibdir və Şəhid Atası Fuad Abbasov bildirir ki, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun arxasında dayandığını iddia edir.
Abbasov Fuad
Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 
 
Ardını oxu...
TEREF yazır ki, Sabirabad şəhərində 24 yaşında gənc bir ana, 3 uşaq anası xəstəxanada doğuş zamanı həlak olub.
Yaxınlarının dediyinə görə qadın yenə həkim terrorunun qurbanı olub.
Cərrah masasına diri uzanıb ölü buraxılan qadının yaxınları Gültac həkimi və baş həkimi ittiham edirlər!
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF

 
Ardını oxu...
Sabunçu tunelində yağışda iki nəfərin ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmalar gedir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"DİA-AZ" xəbər verir ki, hadisənin səbəbləri sırasında tunel çəkilərkən orada tikinti normativlərinə əməl olunmaması ilə bağlı iddialar da yer alır. Asəf Əsədullayev küçəsindəki tunelin inşasına 2019-cu ildə başlanılıb. Azərbaycan Dəmir Yollarının sifarişi ilə “Körpü Bina Tikinti” MMC işə start verib. Təxminən bir il sonra tunelin inşası başa çatıb, açılış həyata keçirilib.

Açılış mərasimində deyilmişdi ki, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana inşa olunub. Üç nasosun olmasından, irihəcmli transformatordan, generator quraşdırılmasından danışılmışdı. Tuneldə insanlar öləndə bunların heç birini görmədik...

“Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis olunub, rəhbəri Xəlil Göyüşovdur. Onun “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyinə yaxın şəxs olması istisna deyil. Amma başqa dövlət qurumları da bu şirkətə az iş gördürməyib. Adıçəkilən şirkət dövlət orqanlarının xeyli tenderlərinin qalibi elan olunub. Təbii ki, burada söhbət Dəmir Yollarının o zamankı rəhbəri Cavid Qurbanovdan gedir...

Nizamnamə kapitalı cəmi 300 min manat olan “Körpü Bina Tikinti” MMC-yə Əlicançay su anbarının tikintisi üçün keçən ilin dekabrında Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 45 milyon manatdan çox ödəmişdi. Maraqlıdır ki, məhz bu qurum bir neçə ay əvvəl başqa bir tenderin nəticəsi kimi Xəlil Göyüşovun şirkətinə 19,4 milyon manat ayırıb.

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 2022-ci ildə də “Körpü Bina Tikinti”ni qalib elan etmişdi. Özü də ardıcıl iki tenderdə.

Xətaidə və Abşeronda müxtəlif istiqamətli sovxozların layihələndirilməsi məlum sevimli şirkətə həvalə olunmuşdu. Onda “Körpü Bina Tikinti”yə 8 milyon manat verilmişdi.

“Körpü Bina Tikinti” dövlət tenderlərinin qalibi olaraq Ağdam, Füzuli, Cəbrayıl, Suqovuşanda irimiqyaslı layihələr həyata keçirir. Şirkət yol, körpü, tunel tikintiləri ilə yanaşı, bir sıra obyektlərin inşasını üzərinə götürüb.

Siyahı çox uzundur. “Körpü Bina Tikinti” haqda qısa danışmalı olsaq, şirkəti dövlət qurumlarının tenderlərinin daimi qalibi kimi xarakterizə etməliyik. Nizamnamə kapitalı yetərincə az olan quruma yüzmilyonlarla vəsait ayrılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tikinti zamanı noqsanlara yol verilmə ehtimalını dilə gətirib. Eldar Əzizovun bu açıqlaması yerli icra qurumlarının da məsuliyyət yükündən xəbər verir. Amma nədənsə bu işə daha çox aidiyyatı olan Sabunçu RİH "centlmencəsinə" susur... Halbuki körpü tikilən zaman da və elə indi də Sabunçu RİH başçısı Adil Vəliyevdir. Yəni onu məsuliyyətə dəvət etmək o qədər də çətin deyil...

“Körpü Bina Tikinti” MMC-yə gəlincə isə, şirkətin özü tuneldə iki nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı açıqlama verməyə tələsmir. Heç jurnalistlərin də bu haqda suallarına cavab vermək istəmirlər.

Xəlil Göyüşovun oğlu Ramiz Göyüşovun bir neçə il əvvəl Hamburqda 40 milyon avroya otel aldığı məlumdur. Bunlar Hamburqun mərkəzində - Borgfelder küçəsi 1-9 ünvanındakı dörd ulduzlu PARK HOTEL BERLİNER TOR və KIELER STR. 333 ünvanındakı üç ulduzlu PARK HOTEL ARENA-dır.

Sahibkarın və ya onun övladının xaricdə əmlak alması normal haldır. Lakin bu qədər vəsaitin Azərbaycandan necə, hansı yollarla çıxarılması ilə bağlı suallar var.
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Köhnə Xanqızı və P-O kanallarının yenidən qurulması (I mərhələ) üzrə satınalmanın nəticələrini açıqlayıb. Qurum “Muğansutikinti” MMC-ni qalib seçib və tərəflər arasında 22.928.511,76 manat məbləğində satınalma müqaviləsinin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Köhnə Xanqızı və P-O kanallarının yenidən qurulması üzrə (I mərhələ) 28.03.2024-cü ildə başladığı satınalmanın nəticələrinə dair dövlət satınalmalarının vahid internet portalında 16.07.2024-cü ildə də bir bildiriş yerləşdirib. Qurum bu müsabiqədə “EVRASCON” ASC -ni qalib seçərək 28.595.565,03 manat məbləğində satınalma müqaviləsinin imzalanmasını nəzərdə tutduğunu elan etmişdi.

Sözügedən bildirişdə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti təchizatçıların satınalmadan kənarlaşdırılmasının səbəblərini açıqlamışdı. “”MUĞANSUTİKİNTİ” MMC – Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması meyarı üzrə reyestr çıxarışı təqdim edilsə də, notarial təsdiqi və nizamnamə təqdim edilməmişdir, Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması meyarı üzrə mövcud qanunvericiliyə və tender şərtlər toplusuna müvafiq olaraq tələb olunan xüsusi texnikalar (şərtlər toplusu 3-cü bölmə 3.3-cü bənd) üzrə arayışlar təqdim edilməyib. Texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə xüsusi texnikalar haqqında məlumatlar təqdim edilsə də, tırtıllı kranın mövcud olmadığı eyni zamanda ekskavator və özüboşaldan yük avtomobillərinin yetərsayda olmadığı aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 35.1.1-ci maddəsinə əsasən uyğunluq göstəricilərinə cavab vermədiyi müəyyən edilmiş təchizatçı “MUĞANSUTİKİNTİ” MMC-nin kənarlaşdırılması məqsədəuyğun hesab edilir.”

Buradan sual yaranır, bəs necə oldu ki, yuxarıda göstərdiklərimiz səbəblərdən tender prosedurundan kənarlaşdırılan “Muğansutikinti” MMC 3 ay sonra elə kənarlaşdırıldığı tenderin qalibi oldu?

Qeyd edək ki, 16.08.2024-cü ildə “Köhnə Xanqızı və P-O kanallarının yenidən qurulması (I mərhələ)” işlərinin satına alınması məqsədi ilə açıq tender metodu ilə keçirilmiş satınalma proseduru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 08.08.2024-cü il tarixli qərarı ilə, DSQ-nin 36.1.1 maddəsi (satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda) əsas götürülməklə ləğv edilmişdir.

Maraqlıdır ki, Antiinhisar Xidmətinin ləğv etdiyi satınalmada, Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin sözügedən tenderlə bağlı verdiyi bildirişdə təchizatşıların sayının 3 dən çox olduğu məlum olur. Belə ki, qurum “EVRASCON” ASC -ni qalib seçib “RAMCO” QSC, “PRO LAND” MMC, “AZNEFTEMAŞ” ASC, “MUĞANSUTİKİNTİ” MMC-nin tenderdən kənarlaşdırılmasını məqsədəuyğun hesab etmişdir.

Bəs 5 şirkətin iştirakı ilə keçirilən satınalma nədən təchizatçıların sayı üçdən az olduqda maddəsi ilə ləğv edilib? Görünür Antiinhisar Xidməti Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin şişirdilmiş qiymətlə keçirdiyi bu tenderdə dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını bu yolla alıb. Çünki, Köhnə Xanqızı və P-O kanallarının yenidən qurulması (I mərhələ) üzrə ləğv edilmiş tenderdə “EVRASCON” ASC 28.595.565,03 manatla qalib seçilmişdisə, ikinci, “Muğansutikinti” MMC-nin qalib seçildiyi tender 22.928.511,76 manat qiymətləndirilib. Göründüyü kimi ən azı 5 milyon yarım dövlət vəsaitinin mənimsənilməsinin qarşısı alınıb.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin keçirdiyi tenderlərin daha maraqlı tərəfləri bundan sonra başlayır.

Qurum “Muğansutikinti” MMC-ni qalib seçdiyi tenderdə isə “Gidromaşservis” QSC ni satınalmadan kənarlaşdırıb. Səbəb isə bunları göstərib: Təchizatçının satınalma müqaviləsinin icrası üçün Peşəkarlıq və Təcrübə meyarının şərtlər toplusu ilə təyin edilmiş tələblərinə cavab vermədiyi müəyyən edilmişdir, belə ki, təchizatçı tərəfindən təqdim edilmiş sənədlərinin təhlili zamanı oxşar analoji xüsusiyyətli işlərin görülməsi təcrübəsinin üzrə şüşə lifli paylayıcı boru çəkilişi təcrübəsi olsa da baş suqəbuledici qurğunun tikintisi üzrə müqavilə və alt sənədləri təqdim olunmamışdır. – Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanı və ödəmə qabiliyyətinin olması meyarı üzrə sənədlərinin təhlili zamanı maliyyə hesabatlarının təlimatlara müvafiq olaraq tərtib olunmaması səbəbi ilə əməliyyat üzrə pul daxil olmalarının müəyyən edilməsi mümkün olmamış eyni zamanda təqdim edilmiş hesabatlara əsasən kreditor və debitor borcların dövretmə qabiliyyəti (günlərlə) maliyyə göstəriciləri üzrə şərtlər toplusu ilə müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkar edilmişdir. – Təchizatçının satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə nəqliyyat vasitələri və xüsusi texnikalar haqqında məlumatlar təqdim edilsə də, təsdiqedici sənədlərdə (1 ədəd buldozer və 1 ədəd qreyderin qeydiyat şəhadətnamələri Azərtunelsutikintiyə aiddir, niyyət protokolu isə Azərtunel MMC-yə aiddir) uyğunsuzluq aşkar edilmişdir. – Müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olmasına dair işçilərin təcrübəsini təsdiq edən sənədlər (bəzi işçilərin əmək müqaviləsi bildirişlərinə əsasən şərtlər toplusu tələb olunan vəzifələri uyğun gəlmir) əlavə edilməmişdir.

Qeyd edək ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu qədər uyğunsuzluq aşkar etdiyi “Gidromaşservis” QSC ilə son iki ildə bir neçə satınalma müqaviləsi bağlayıb, dövlət sifarişi verib.

“Ağcabədi rayonunun Yeni Qaradolaq, Qaradolaq, Avşar və digər kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üzrə 31.150.000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 15.12.2023-cü ildə dərc edilib. Tenderin başlanma tarixi 13.12.2023-cü il bitmə tarixi isə 16.05.2025-ci ilə müəyyən edilib.

İmişli rayonunda Qızılarx kanalının yenidən qurulması (I mərhələ) üzrə 17.817.949,32 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 01.12.2022-ci ildə dərc edilib.

“İmişli rayonunun Cəfərli kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” satın alınması üzrə 880.008,92 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 29.11.2022-ci ildə dərc edilib.

Göründüyü kimi 2022-ci ilin dekabrından 2023-cü ilin dekabrına Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Gidromaşservis” QSC ilə ümumi dəyəri 49 847 957 manat olan 3 satınalma müqaviləsi bağlayıb. Buradan da ortaya suallar çıxır. Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bir il əvvəl “Gidromaşservis” QSC ilə 50 milyon manata yaxın müqavilə bağlayanda bu çatışmazlıqları görməyibmi?

Düzdür, bu müqavilər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən bağlanılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti də həmin qurumun bazasında yaradıldığından onun varisi hesab etmək olar.

İndi təsəvvür edin. Satınalmalara nəzarətin gücləndirildiyi son aylarda Antiinhisar Xidməti Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin şişirdilmiş qiymətlərlə keçirdiyi tenderin qarşısını alıbsa, “Gidromaşservis” QSC ilə bağlanmış 50 milyon manata qədər hesablanmış satınalmaların qiyməti görəsən nə qədər şişirdilib?

Xatırlatmaq istərdik ki, vaxtı ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov olub. O, bu quruma 20 ildən çox rəhbərlik edib. Onun rəhbərlik etdiyi dövrdə, respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə son illər yüz milyonlarla manat dövlət vəsaitləri ayrılıb. Lakin qurumun gördüyü işlərin səmərəli olmadığını Prezident İlham Əliyev də 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə açıqlamışdı.

Hazırda, struktur islahatlrı aparıldıqdan sonra Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin yeni direktoru Məmmədov Samir Teymur oğludur. O, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kadrıdır, ən yaxın adamlarından biri hesab edilir.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin 23 milyon manat civarında müqavilə bağlamağı planlaşdırdığı “MUĞAN SU TİKİNTİ” MMC (VÖEN 6800007831) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 01.03.2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 597 230.00 manat olan şirkətin hüquqi ünvanı SABİRABAD RAYONU, QALAĞAYIN,-da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Mirqəfər Mirəziz oğludur.

Qeyd edək ki, MMC-nin əsl sahibi uzun müddət “Azərsutikinti” ASC-nin sədr müavini işləmiş Vaqif Qurbanovdur. “MUĞAN SU TİKİNTİ” MMC vaxtı ilə “Azərsutikinti” ASC-nin törəmə müəssisəsi olub və Vaqif Qurbanovun atası Ağayar Qurbanov uzun müddət bu müəssisəyə rəhbərlik edib. Daha sonra Vaqif Qurbanov müəssisəni özəlləşdirib.
Aktualinfo.org

Dünyapress TV

Xəbər lenti