Ardını oxu...
Özünü "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi təqdim edən, “reket QHT” təmsilçisi kimi tanınan Maral Zamanovanın (Maral Qocamanın) 20Yanvar şəhidlərinin ailə üzvlərini aldatması, onların etibarından sui-istifadə etməsi barədə faktlar üzə çıxıb.

Pravda.az araşdırmanı təqdim edir:

Saxta sədrlik, dağıdılan 20 Yanvar Fondu

20 Yanvar əlili, 20 Yanvar Fondunun keçmiş sədr müavini və İdarə Heyətinin üzvü Tahir Fətullayev sosial media səhifəsində bu barədə Ədliyyə Nazirliyinə yazdığı şikayət məktubunu ictimailəşdirib. Məktubda deyilir: “Son zamanlar 20 Yanvar şəhid ailələrinin və əlillərin adından sui-istifadə olunaraq, bir sıra məsələlərdə onların adının hallandırılması və nəticədə bu insanların nüfuzdan salınması 20 Yanvar əlili olaraq məni də narahat edir. Bildirmək istəyirəm ki, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi (əvvəlki adı 20 Yanvar Fondu) adı altında fəaliyyət göstərən QHT əslində, qeyri-qanuni fəaliyyətlə məşğuldur. Bununla əlaqədar 2017-ci ildə mən Ədliyyə Nazirliyinə müraciət etsəm də, heç bir tədbir görülmədi və bu QHT qeydiyyata alındı. Belə ki, 20 Yanvar şəhid ailələrinin və əlillərinin 1990-cı ildə təsis etdiyi və 24 dekabr 1990-cı il tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan 20 Yanvar Fondu 2017-ci ilin sonlarına qədər qanuni fəaliyyət göstərmişdir. Lakin 05.10.2017-ci il tarixində Zamanova Maral Əlihüseyn qızı Fondun İdarə Heyətinin üzvlərinin xəbəri olmadan növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə əlaqədar saxta protokol tərtib etmiş, ümumi yığıncağın keçirilməsi üçün “Təşkilat Komitəsi” yaratmışdır. Halbuki, İdarə Heyətinin qeyd olunan tarixdə keçirildiyi iddia olunan ümumi yığıncağında İdarə Heyətinin üzvləri – mən - Fətullayev Tahir, Xanməmmədova Şövkət və İsmayılova Elmira iştirak etməmişik. Saxtakarlıqla yaradılan Təşkilat Komitəsinə guya üzv seçilən Elmira İsmayılovanın belə bir Təşkilat Komitəsinin varlığından xəbəri olmamışdır. Təşkilat Komitəsinin 06.10.2017-ci il tarixli qərarına əsasən, 05.11.2017-ci il tarixində ümumi yığıncaq keçirilmişdi. Ümumi yığıncaq adı altında keçirilən toplantıya 20 Yanvar əlilləri ümumiyyətlə, dəvət olunmamış, şəhid ailəsi adından isə Fondun Nizamnaməsinə zidd olaraq, şəhid ailəsi statusu olmayan şəxslər iştirak etmişdir. Maral Zamanova Fondun Nizamnaməsini dəyişdirərək, 20 Yanvar əlillərini təşkilatın üzvü olmaq hüququndan tamamilə məhrum etmişdir”. Tahir Fətullayev bütün dediklərinə dair videosübut da təqdim etmişdir.

Şikayət məktubundan məlum olur ki, əslində, Maral Qocamanın əsl məqsədi bu təşkilatı dağıtmaq, 20 Yanvar şəhid ailələri və əlilləri arasında nifaq salmaq, 20 Yanvar kimi müqəddəs addan şəxsi mənafeyi naminə istifadə etmək olmuşdur.

Şantaj və iftiralar

Mövzu ilə əlaqədar araşdırmamız göstərdi ki, "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi 2017-2022-ci ildə təkcə QHT-lərə Dövlət Dəstəyi Şurasından (2021-ci ildən sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyindən) 50 min manata yaxın qrant alıb. Bu qrantlar əsasən 20 Yanvar şəhid ailələrinin qayğısına qalmaq, onları sosial müdafiəsi adı altında dövlətdən istənilib. Maraqlıdır ki, Maral Qocaman bu dövrdə bir dəfə də olsun QHT-lərə Dövlət Dəstəyi Şurasından narazılıq etməyib. Lakin QHT-lərə Dövlət Dəstəyi Agentliyində 2023-cü ildə təmizləmə işləri başladıqdan, PA-da QHT-lərlə iş sektorunun müdiri Vüsal Quliyev vəzifəsindən uzaqlaşdırılan kimi Maral Qocaman ortalığa çıxaraq gah PA qarşısında, gah Ədliyyə Nazirliyi qarşısında, gah da digər qurumlar qarşısında peyda olur, “etirazlar edir”.

Maral Qocamanı yaxından tanıyanlara sirr deyil ki, o, bir cümlə yazanda 2-3 yerdə səhv edir, amma Maral Qocaman sosial media statuslarında hüquqşünas rəyləri verir. Təəssüf ki, bu “hüquqi rəylər” vaxtilə “diplom bazarı” kimi tanınan və bağlanan Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin səviyyəsindən irəli gedə bilmir.

Tahir Fətullayevin şikayət məktubundan o da aydın olur ki, artıq 20 Yanvar şəhid ailələri və əlilləri onların adından sui-istifadə edən Maral Qocamanın hüquqi məsuliyyətə cəlb olunmasını istəyirlər: “Maral Zamanovanın şəhid ailələrinə qarşı kobud rəftarı, İdarə Heyətinin və şəhid ailələrinin fikrini nəzərə almadan təşkilat adından özbaşına bəyanatlar verməsi, saysız qanun pozuntuları etməsinə baxmayaraq, son zamanlar Şəhidlər xiyabanında və Ədliyyə Nazirliyinin qarşısında icazəsiz aksiyalar keçirərək 20 Yanvar şəhidlərinin, şəhid ailələrinin və əlillərinin, eləcə də dövlətin nüfuzuna xələl gətirdiyini nəzərə alaraq, sizdən xahiş edirəm Maral Zamanovanın hərəkətlərinə hüquqi qiymət verilsin. Eyni zamanda 2017-ci ildən hazırkı dövrə qədər təşkilatın fəaliyyətinin bir dəfə də olsun belə yoxlanılmamasını nəzərə alaraq, təşkilatda müvafiq yoxlamalar aparılsın”.

Redaksiyamıza daxil olan məlumatlara görə, artıq bir qrup 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar əlilləri də aidiyyəti qurumlara müraciət edərək Maral Zamanovanın dələduzluq əməllərinə hüquqi qiymət verilməsi tələb ediblər.

Şəhid ailələri necə aldadılıb?

O da məlum olub ki, Maral Qocaman 20 Yanvar şəhidlərinin bəzi yaşlı analarını, həyat yoldaşlarını da şantaj edib ki, əgər onun keçirdiyi etiraz aksiyalarına qatılmasalar, ona dəstək verməsələr, onların dövlətdən aldığı pensiyaların kəsilməsi üçün “QHT-si adından” məsələ qaldıracaq. Maraqlıdır ki, Maral Qocaman kimdir ki, dövlətin şəhid ailələrinin üzvlərinə verdiyi pensiya və ya müavinətləri kəsdirsin?!

"20 Yanvar" İctimai Birliyinin sədri, 20 Yanvar əlili Sultan Əzimzadə də 20 Yanvar şəhid ailələrinin və əlillərinin adından sui-istifadə edənlərin cəzalandırılmasını tələb edib. O, sosial mediada bununla bağlı paylaşım edib və 20 Yanvar iştirakçılarını və əlillərini diqqətli, ayıq-sayıq olmağa çağırıb: “20 Yanvar hadisələri xalqımızın tarixində faciəli və qəhrəmanlıqlarla dolu bir hadisədir. Zaman-zaman bu hadisədən kimlərsə öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışmışdır. Son dövrlərdə baş verən hadisələr, 20 Yanvar şəhid ailələrinin etiraz aksiyalarına cəlb olunması “20 Yanvar” İctimai Birliyinin sədri, xalqımızın azadlığı, müstəqilliyi uğrunda aparılan mübarizədə yaralanaraq 2-ci dərəcəli əlil olan şəxs kimi məni də narahat edir. İlk vaxtlarda bu aksiyalara münasibət bildirmək istəməsəm də, bu prosesin xroniki hal alması bir daha sübut edir ki, kimlərsə 20 Yanvar şəhid ailələri və əlillərinin qarşılaşdığı bəzi problemlərdən öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışır və şəhid ailələrinin kiçik bir hissəsini bu aksiyalara cəlb edə bilir. Ədalət naminə demək istəyirəm ki, şəhid ailələri və əlillərin bir sıra problemləri var və bu problemlər öz həllini tapmalıdır. 20 Yanvar hadisələri xalqımızın azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizədə və onun qazanılmasında önəmli rol oynadığı kimi bu gün də 20 Yanvar şəhid ailələri və əlilləri ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul olunan qanunlar, 20 Yanvar adından keçirilən aksiyalar dövlətimiz üçün xüsusi önəm kəsb edir. Hesab edirəm hansısa bir problemin hansısa məmur tərəfindən həll olunmaması, hansısa qanunlarda olan boşluqlar elə bir ciddi əsas vermir ki, müntəzəm olaraq 20 Yanvar şəhid ailələri adından xalqımızın və dövlətimizin adına ləkə gətirəcək aksiyalar təşkil edilsin. Ümid edirəm qısa vaxt ərzində müvafiq orqanlar tərəfindən bu məsələ ilə bağlı lazım olan tədbirlər həyata keçiriləcək və 20 Yanvar şəhid ailələrinin, əlillərinin eyni zamanda dövlətimizin adına ləkə gətirənlər öz layiqli cavabını alacaqlar”.

"20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədr müavini Almara Nəbiyeva da Maral Qocamanın əməllərindən şikayət ərizəsi yazıb. O, Maral Qocamanın sədrliyə keçəndən sonra təşkilatın möhürü ilə törətdiyi bütün saxtakarlıqların araşdırılmasını tələb edib.

Qeyd edək ki, Ədliyyə Nazirliyində yeni rəhbərlik QHT-lərlə iş sahəsində ciddi intizam yaradıb, şantajla, fırıldaqla, saxta üsullarla Nazirliyin iradəsinə təsir göstərmək mümkünsüz olub. Maral Qocamanın sədrlik müddəti bu ilin mayında bitsə də, Nazirlik təqdim olunan sənədlərdə problemlər aşkarladığından yeni İdarə Heyətini reyestrdən keçirməyib. Beləliklə, Maral Qocaman hazırda "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri deyil, bu addan istifadə etməsi ciddi qanun pozuntusudur.

Qrant dəllal və dələduzları üçün meydan daralır

Ümumiyyətlə, son dövrlər QHT-lərlə iş sahəsində neqativ irsdən təmizlənmə vüsət alıb, QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu yaxınlarda Zəngilanda “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda Prezident Administrasiyasının nümayəndəsinin mesajı da aparılan islahatların dərinləşdiriləcəyinə işarədir: “Hiss olunur ki, QHT fəaliyyətində əmək sərf etmiş, peşəkar, QHT fəlsəfəsinə sadiq insanlar özləri elə bir mühit yaranmasına kömək ediblər ki, işbazlar, heç bir sektorda uğur qazana bilməyib özünü burada sınamağa çalışanlar, cılız ambisiyaların əsiri olan təsadüfi şəxslər, reketliklə məşğul olanlar, qrant dəllal və dələduzları, iftira pərgarları üçün meydan sürətlə daralır. Sağlamlaşdırma tədbirləri qarşıdakı dövrdə daha da dərinləşdiriləcək, bu sahədə hüquqi alətlər işə düşəcək. QHT sektoruna asan qazanc üçün gələnləri, köhnə əyyamların xiffəti ilə yaşayanları bundan sonra da məyus etməli olacağıq”.

Sirr deyil ki, bir sıra xarici dairələr hər fürsətdə qəsdən yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, yüksək vətənpərvərlik hisslərini zədələməyə çalışır. Onların əsas məqsədlərindən biri də şəhid ailələrini mümkün qədər müxtəlif adlar altında etiraz aksiyalarına cəlb etmək, dövlətdən narazı salmaqdır. Görünür, Maral Qocamanın “tora salmaq” istədiyi bir sıra şəxslər də məhz məlumatsızlıqdan onun kimliyinə fikir verməyib, bu şəxsin atasının 20 Yanvar şəhidi olmasına görə dərinə getməyiblər. “SSRİ sevgisi”ni gizlətməyən Maral Qocamanın xarici dairələrin əlində alət kimi istifadə edilməsi ehtimalı da diqqətlə araşdırılmalıdır.
Fotoları təqdim edirik
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
QEYD: Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 

 

Ardını oxu...
Naxçıvanda illik tibbi yoxlanışdan keçmək istəyən müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur. Müəllimlər bildirirlər ki, Naxçıvan Gigiyena və Epidemiologiya Mərkəzində müayinə zamanı onların tibbi sığortası nəzərə alınmır. Şikayətçilər hesab edirlər ki, xəstəxana rəhbərliyi həm sığortadan, həm də onlardan pul almaqla, ikiqat qazanc əldə edib, yarısını ciblərinə qoyurlar.
Şərur rayon orta məktəblərinin birində dərs deyən müəllim S. Xəlilov deyir ki, haqqını tələb edənlərin işini elə çətinə salırlar ki, məcbur olub tələb olunan pulu ödəsin:
“Mən inada düşüb, 3 dəfə getdim, yenə xeyri olmadı. Sığorta adını çəkən kimi, o qapı sənin, bu qapı mənim edib, bezdirirlər. Ötən ay bir qrup müəllimlə gəlmişdik, sığortanı nəzərə almadan hərəmizdən 60 manat istədilər. Çoxu get-gələ salınacaqlarını bilib, tələb olunan pulu verdilər. Məni isə, pul vermədiyim üçün işimi çətinə saldılar. Hansı qapıya göndərdilərsə getdim, müxtəlif bəhanələr gətirib, müayinə etmədilər. Lakin, pul verənləri dərhal yola salırlar. İki dəfə gəldim, eyni vəziyyətlə üzləşdim. Üçüncüdə məcbur olub, ödədim. Çünki, işimə davam etmək üçün arayış tələb olunurdu”.
Naxçıvan şəhərindən olan başa bir müəllim Natiq Hüseynov iddia edir ki, onlardan alınan artıq pul yerli səhiyyə və təhsil nazirlikləri rəhbərləri arasında bölüşdürülür:
“Bu necə ölkədi, başa düşmürük. Sığorta ola-ola niyə müayinə üçün pul ödəməliyik. Bilirlər ki, işimizi davam etmək üçün onların verdiyi sağlamlıq haqqında arayışdan asılıyıq. Bilirlər ki, tələb etdikləri pulu vermək məcburiyyətindəyik. Hara şikayət etsək də, nəticəsi olmayıb. Nə Səhiyyə, nə də ki, Təhsil Nazirliyi cavab vermək istəyir. Bizdə olan məlumata görə, hər iki nazirlik bu məsələdə əlbirdir və bizdən alınan qanunsuz pullları ciblərinə qoyurlar“.
Gündəlik Naxçıvan
Ardını oxu...
“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Cəbrayıl rayon sakini Əliyeva Məlahət İslam qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Mən, Cəbrayıl rayonundan məcburi köçkün düşən Əliyeva Məlahət İslam qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

44 il iş stajım var, 13 ilini Cəbrayıl rayonunda, 20 ilini SOCAR-da, 11 ilini isə “Bosh shelf” MMC-də işləmişəm.

Bildirim ki, “Bosh shelf” MMC-də Maliyyə Departamentinin rəisi İlham Eminbəyli vəzifəsindən sui-istifadə edir.

İşçiləri arasında məcburi köçkün və müharibə veteranları da var. 2013-cü ildə haqsız olaraq SOCAR-ın 7 nəfəri işçisini işdən çıxardılar. Mən də daxil olmaqla, 1 nəfər qaçqın, 2 nəfər müharibə veteranın maaşını 200 manat aşağı saldılar. Qorxudan heç birimiz etiraz edə bilmədik.

İlham Eminbəyli köməksiz insanların üzərindəki “qələbəni” mahnı oxuya-oxuya qeyd edirdi. Müharibə veteranı Çingiz Rüstəmovu işdən çıxarmaq üçün akt tərtib etdi və bütün mühasibatlıq əməkdaşlarına hədə-qorxu gələrək imza atdırdı. Mən isə həmin akta qol çəkmədiyimə görə, şəxsi ədavət güdərək, illərdir mənə qarşı kin saxlayır. Məhz bu səbəbdən də həmişə mənə təzyiq göstərir.

İlham Eminbəyli məni işdən çıxarmaq üçün 10 dəfə Kadrlar Şöbəsinə müraciət edib. Mən və digər imtiyazlı işçilər 700 manat, özünün işə götürdüyü işçilər isə 4-8 min arası maaş alırlar. Əlavə olaraq, onları 6-cı günlər də işə çıxardır və maaşları 10 min manata qədər yüksəlir. İlin sonunda da nə qədər bonus yazırlar...

Rəhbərliyin özü və müavini ehtimal edirəm ki, 10 min manatdan yüksək maaş alır. Heç SOCAR prezidenti o qədər maaş almır.

Biz bilmək istəyirik ki, vaxtilə “Əsrin müqaviləsi” xalqın rifahı, yoxsa bunların kef sürub dolanması üçün bağlanılıb?
Ardını oxu...
Hər dəfə Kadrlar Şöbəsinə çağırılanda böyük sarsıntı keçirirdim və bu insanla üzləşməmək üçün 2024-cü ilin sentyabr ayında ərizəmi yazdım. Təəssüflə qeyd edirəm ki, Kadrlar Şöbəsi ərizəmin üstünü yazıb, maaşımın 2 mislini vermədi. Bu cür insanlara nə ad vermək olar?!”

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Daşkəsən şəhər sakini İsayev Elman İslam oğlu tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi dərc edirik.

“Mən, Qarabağ veteranı İsayev Elman İslam oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi işıqlandırasınız.

Əvvəllər Daşkəsən şəhər avtobazasında işləyirdim. Sonra isə Gəncə marşrutunda şəxsi maşınımla işləməyə başladım. Xroniki xəstəliklərimə görə məni təqaüdə çıxardılar. Təqaüd az olduğuna görə, mən marşrutda da işləyirdim. Qaynatamın avtobus sürmək hüququ olduğuna görə, onunla bərabər işlədim. Elə həmin gündən qara günümüz başladı.

Mənim günlərimi ayrı-ayrı adamlara satdıqlarına görə, şikayətçi olmuşam. Vergimi aşağı qiymətlə alıb, mənə 24 gün iş günü verirdilər. Üç ildir təqaüdüm kəsilib. Hazırda məndən 120 manat pul alıb, 15-16 iş günü verirlər.

Dolana bilmədiyim üçün aidiyyəti orqanlara şikayətə başladım. Ən sonda da cənab Prezident İlham Əliyevə və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə şikayətlər yazdım. Həmin şikayətlər isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənova göndərilib. Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar. Mənə cərimə yazdılar. Belə ki, 120 manat dövlət rüsumu ödəyirəm. 100 manat məbləğində cərimə yazdılar.

Məlumat verim ki, maşınım xarab olduğu üçün sərnişinləri mənzil başına “Sprinter”lə çatdırdığım cərimə yazdılar. Bildirdim ki, dövlətin vergisini ödəmişəm. Deyirlər ki, bizə aidiyyəti yoxdur. Bir sözlə, işləməyə imkan vermirlər. Yazdığım şikayət də elə özlərinə qayıdır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Daşkəsən-Gəncə marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən İsayev Elman İslam oğlu müxtəlif vaxtlarda ay ərzində 30-31 gün olaraq fəaliyyət göstərmək istəməsi ilə bağlı müraciətlər edib. Ona ay ərzində sürücülərin istirahət günləri və nəqliyyat vasitəsinə texniki qulluq günləri nəzərə alınmaqla, hərəkət qrafiki üzrə digər sürücülər kimi 18-19 gün işləyə biləcəyi bildirilib.

Daşıyıcı sərnişindaşıma fəaliyyətini “Fərqlənmə nişanı” aldığı nəqliyyat vasitəsi ilə həyata keçirir. Lakin səlahiyyətində olan digər nəqliyyat vasitəsi ilə qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərməsi aşkar edilib, bununla da o, digər daşıyıcların fəaliyyətinə maneçilik törədir. Dəfələrlə edilən xəbərdarlıqlara və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməsinə baxmayaraq, o, bir “Fərqlənmə nişanı” ilə 2 nəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti göstərməyə davam edir. Ona İdarəyə dəvət olunaraq bir daha xəbərdarlıq edilib.

Aynurə İSMAYIL

Hurriyyet.az
 
Ardını oxu...
Qobustan qəsəbəsi, Qaradağ rayonu, Massiv 1 A sakini Nağılı Cavid Təbriz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər Nazirliyinə müraciət edir.

“Yazaraq bildirirəm ki, 7 iyul 2024-cü ildə, səhər saatlarında evimizdən oğurluq olub. Həmin gün səhər saat 7:20-də ailəvi olaraq uşağın imtahanı səbəbindən evdən çıxmışdıq.

İpoteka kreditinə müraciət edib, bankdan 44 min manat pul götürmüşdük. Pulu evdə paltar səbətinin içində gizlətmişdik. İmtahan bitdikdən sonra evə qayıdanda gördük ki, qapı sadəcə örtülü vəziyyətdədir, açarla bağlanılmayıb. Yataq otağına keçəndə isə gördük ki, pul olan çanta boş şəkildə yerə atılıb. Çantada olan 44 min manat pulun hamısı oğurlanmışdır.

DİN-in 102 xidmətinə dərhal məlumat verdik, gəlib əl izlərini götürdülər, qonşular dindirildi. Hadisədən 3 ay keçməsinə baxmayaraq, hələ heç bir xəbər yoxdur.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinə getmişəm, həmçinin ərizə ilə də müraciət etmişəm. General Arzu müəllimində qəbulunda olmuşam. Sağ olsun, zəng vurub Qaradağ polisinə göstəriş verdi. Ondan sonra Qaradağ polis rəisi məni qəbul etdi.

Bakı şəhər Baş polis İdarəsinə və Nazirlər Kabinetinə də məsələ ilə bağlı məlumat vermişəm. Hər bir qrum söz verir, lakin həbs olunan yoxdur.

Onu da qeyd edim ki, keçən il qonşunun evinə də oğru girmişdi, polis tapa bilmirdi. Daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olandan sonra oğru tapıldı. Mən də Vilayət Eyvazovun qəbuluna düşmək istəyirəm, alınmır.

Rəsmi qurumlardan xahiş edirəm ki, mənim işimə ciddi yanaşsınlar”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirildi ki, vətəndaş Cavid Nağılının müraciəti əsasında Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar veriləcək.

Jalə FAMİLQIZI
Ardını oxu...
Hurriyyet.az
 
Ardını oxu...
Kanalımıza müraciət edən Bakı şəhər sakini Eyvaz İsmayılov həyat yoldaşından boşandıqdan sonra övladı ilə görüşə bilmədiyini və övladının hazırda təhlükədə olması bildirir.
Eyvaz İsmayılov deyir ki, həyat yoldaşı Səfurə Qasımova ilə rəsmən boşandıqdan sonra 6 yaşlı övladı Elçin İsmayılovla görüşə bilmir. Şiksyətçi iddia edir ki, Uşaq Ucar rayonu,Qarabörk kəndində 1 ci qrup psxi xəstə ilə birgə yaşayır və həyatı təhlükədədir. O Bakı şəhəri,Yasamal rayonunda yaşadığı üçün uşaqla normal şəkildə görüşməyinə süni əngəllərlər yaradıradıldığını bildirir. Vətəndaş bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasınına bununla bağlı müraciət etdiyini, onların saxta faktlara əsaslanan qərar çıxartdığını deyir. İsmayılovun iddia edir ki, qərarala razılaşmayaraq yüksək qurumlara şikayət etdiyi üçün təyziqlərə məruz qalıb. Komissiyanın sədri Təravət Muradova və oranın əməkdaşı Elçin Əhmədov onu ölümlə hədələyirlər.

Daha ətraflı aşağıdakı videoda:

Kanal13

 
Ardını oxu...
Qaradağın Soltan ağası deyəsən rəiyyəti ələ salıb. Artıq, bir həftəyə yaxındır ki, su "atlı olub" , Qaradağ rayonunun Müşfiqab, 28 May və digər qəsəbələrinin sakinləri "piyada". Bu qədər deyirlər, danışırlar, şikayət edirlər, bütün bunlara rəğmən 5 gündən sonra əhaliyə özlərinin dili ilə desək üfunət qoxuyan bulanıq su verirlər və sanki, "sizə hələ bu da çoxdur" deyərcəsinə, onu da kəsirlər.

"DogruXeber.az" bildirir ki, sözügedən ərazinin sakinləri dövlət qurumlarının onları işsizlik azmış kimi, üstəlik min bir əziyyətlə qazandıqları və boğazlarından kəsib pulunu ödədikləri su ilə belə imtahan etdikləri üçün nəinki qurumlardan, hətta dövlətdən, ölkədən belə iyrəndiklərini, boğaza yığıldıqlarını deyirlər. Bu isə onu deməyə əsas verir ki, Zaur Mikayılov və onun Qaradağ Rayon Su Kanal idarəsinə yenicə təyin etdiyi "təptəzə" rəhbər - Binəqədi rayonunda eyni vəzifədə çalışarkən "sultanlıq səltənəti"ndə qohumlarına xidməti ilə "məşhurluq qazanan" Sultan Əmiraslanov qəsdən vətəndaşları hövsələdən çıxarırlar ki, onlar ayağa qalxıb, dövlətə, hakimiyyətə etiraz etsinlər.

O, Sultanov Əmiraslanov ki, əvvəl Yasamal Rayon Su-kanal idarəsində mühəndis, ardından keçmiş "Azərsu" ASC-nin baş idarəsində mühəndis, sonradan sirli bir sıçrayışla Binəqədi rayonu Su-kanal idarəsinin rəisi təyin olunub.

Nə hikmətsə əldə etdiyimiz məlumata görə, bu qoçaq oğlan Sultan Əmiraslanovun adı çalışmaqla bərabər Dövlət İdarəetmə Akademiyasının tələbələri siyahısında yer alırmış.

Bəlli ki, bu təhsil məsələsi Əmiraslanovun karyerasındakı sirli sıçrayışın pik həddinə qalxan nərdivanın söykəndiyi divar rolunu oynayır.

Maraqlıdır, görəsən, hələ o, qədər də böyük olmayan vəzifənin öhdəsindən gələ bilməməsinə rəğmən, başına qohum-əqrəbasını toplayan bu şəxs hara hazırlanır?

Halbuki, hazırda nəinki özü, heç rəhbəri olduğu idarənin çalışanları belə əhali ilə normal ünsiyyət qurmağı bacarmırlar, ya da bəlkə qurmaq istəmirlər. Bu isə rəhbərin səriştəsizliyini göstərən əsas nüanslardan hesab olunur.

DogruXeber.az
 
Ardını oxu...
Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarıldıqlarını iddia edirlər.
Xezerxeber.az xəbər verir ki, məhz buna görə, onlar idarə qarşısına toplaşaraq narazılıqlarını ifadə ediblər.
İşdən çıxarıldıqlarını iddia edən şəxslərin sözlərinə görə, Abşeronda "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs yaradıldıqdan sonra işçilərin kütləvi ixtisarı həyata keçirilib.
İşçilərə öz ixtisaslarına uyğun başqa bir ünvanda iş axtarmaları tövsiyə edilib. Abşeron su meliorasiya sistemləri idarəsində isə onlara iş yerinin olmadığı bildirilib.
İddialarla bağlı Dövlət Su Ehtiyatları Agentliyindən rəsmi mövqe bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Bakının Nəsimi rayonunun Novruzov qardaşları, Cəlil Məmmədquluzadə küçələrindəki ərazidə “Eleven Park Residence” yaşayış kompleksi inşa edən “Pilot 16” MMC ilə bağlı qalmaqallar bitmir.

Şirkətin tikinti meydançasının yerləşdiyi ərazidə yaşayan sakinlərdən Editor.az-a daxil olan videodan aydın görünür ki, şirkət yalnız ərazidə yaşayan sakinlərin deyil, binanın inşaatında çalışan usta və fəhlələrin də həyatını, təhlükəsizliyini görməzdən gəlir. İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydalarını pozan ustalar qoruyucu geyim olmadan hündürlükdə yerləşən mərtəbələrdə tikinti işləri aparırlar.

Həmin görüntüləri təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti