Ardını oxu...
«Təzadlar» qəzetinə deputat Ağalar Vəliyevə məxsus olduğu şübhə doğurmayan «Kristal Abşeron» Tikinti Şirkətinin COP29 beynəlxalq tədbir ərəfəsində yaşatdığı zülmkarlıqdan bəhs edən şikayət məktubu və digər sənədlər təqdim olunub.
Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin çoxsaylı sakinləri tərəfindən imzalanaraq redaksiyamıza təqdim edilmiş (həm də ənənəvi poçt vasitəsilə) şikayət məktubu Prezident İlham Əliyevə, eləcə də COP29-un Prezidenti, nazir Muxtar Babayevə və Bakı şəhər İH-nin başçısı Eldar Əzizova (ayrı-ayrılıqda) ünvanlı üç şikayət məktubudur. Məktubda deyilir:

«Cənab Prezident! Son dövrlər ölkəmizdə, xüsusən də Bakı şəhərində mühüm abadlıq işlərinin aparılması, yeni parkların salınması əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanmaqdadır. Lakin bəzən vəzifəli şəxslər tərəfindən şəxsi qazanc, gəlir əldə etmək məqsədilə “abadlıq işləri görülməsi, parklar salınması” adı altında insanların konstitusion hüquqlarının pozulması halları baş verir. Konkret olaraq, elə götürək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrində yaşayan biz çoxsaylı sakinləri. Təqdim edilən foto və videokadrlardan aydın görünür ki, paytaxtın mərkəzi hissəsini siçovul yuvasına, zibilliyə və s. çevirənlərin məqsədi xoş deyil, yalnız şəxsi məqsədə xidmət edir. Bu küçələrin əhatə etdiyi bizim məhəllə şəhərin qərb hissəsində yüksək bir yerdə yerləşən, gözəl şəhər və dəniz mənzərəsi olan, şəhərin hər yerinə, eyni zamanda metronun «İçərişəhər» stansiyasına yaxın olan ərazidir. Bu məhəllənin sakinləri hələ XIX-XX əsrlərdə burada binə salmış insanlardır. Uzun illərdir ki, burda yaşayırlar. Lakin günlərin birində, yəni 2022-ci ilin təxminən sentyabr ayında biz sakinlərin rahatlığı pozuldu. Belə ki, bizə konstitusiyamızın 29-cu maddəsinə əsasən, yazılı şəkildə bildiriş təqdim etmədən (məhəllənin hansı şirkət və hansı məqsədlə sökülməsi, aparılacaq tikintinin təyinatı, söküləcək evlərin dəyərinin məbləği) və sakinlərlə öncədən razılaşdırılmadan ərazini dağıdıb-sökməyə başladılar.

Bu zaman Yasamal rayonunun 64 saylı MİS-in ofisində lövbər salan Bakı şəhər İcra Hakimiyyətində şöbə rəisi işləyən Zülfəli İsmayılovdan, onun aradüzəldəni, adamqorxudanı, didərgin saldıranı İlham Bağırovdan, deputat Ağalar Vəliyevin olduğu deyilən “Kristal Abşeron” tikinti şirkətinin nümayəndəsi Nazim Əliyevdən, 64 saylı MİS-in rəisi Sədulla Abıyevdən və MİS-in pasport qeydiyyatçısından və s. təşkil olunmuş qanunsuz “komissiya” heç bir rəsmi dövlət sənədi olmadan (məhkəmədə bu fakt sübuta yetirildi) biz sakinlərə hədə ilə bu ərazinin söküləcəyini bəyan etdilər və işə də başladılar. Əvəzində isə bizə hər kv.m. üçün 2200 manat kompensasiya təklif etdilər. Halbuki bu ərazidə tikinti aparan digər şirkətlər sakinlərə 4000-4500 manat pul ödəyərək ümumi razılığa gəliblər. Qanunvericilikdə də göstərilir ki, evi söküləcək sakinə yaşadığı əraziyə yaxın olan yerdə ya mənzil təklif olunur, ya da ümumi razılıq əsasında halallıqla kompensasiya verilir. Lakin Ağalar Vəlieyvin dəstəsi müxtəlif təzyiq üsullarından istifadə edərək evlərin söküntüsünü həyata keçirir. Araçılar isə bu vəziyyətə dözməyən arxasız sakinləri 64 və digər MİS-lərdə yaratdıqları «komissiya»nın qərərgahına çağırıb 19 saylı Notariusda qanunsuz müqaviləyə imza atdırırlar, sonra pulu bank vasitəsilə deyil, əlbəəl verib yola salırlar. Ortada isə alqı-saytqının tərəfləri olmalıdır. Qarşu tərəf kimdir, hansı MTK-dır, gizli saxlayırlar. Hətta sonradan məlum olub ki, onlar satılan həmin həyət evlərini öz adamlarının adına sənədləşdiriblər və dərhal da həmin evi uçurub izi itiriblər. Bu dərəcədə özbaşınalıq olarmı??? Ən dəhşətlisi budur ki, burada yaşadığımız halda, ətrafımızı dağıdıb tökərək ərazini-paytaxtın mərkəzi hissəsini siçovul yuvasına çeviriblər. Bu siçovullar gecələr evlərə doluşur. Bu dəstə ətraf mühitə, ərazidə yaşamağa davam edən sakinlərin sağlamlığına ciddi ziyan vurur, atmosferi çirkləndirir, ərazidə antisanitariya mühiti yaratmaqdadırlar. Məqsədləri budur ki, biz sakinlər bu dözülməz yaşama baş əyməyib evlərimizi dəyər-dəyməzinə onlara satıb buradan çıxıb gedək. Bütün bu haqsızlıqlar barədə müxtəlif instansiyalara, o cümlədən, cənab Prezident, Sizə yazıb göndərmişik, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə və s. şikayətimizi göndərmişik. Buna baxmayaraq, deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən (onun aradüzəldən adamları bizə belə təqdim edirlər) “Kristal Abşeron” tikinti şirkətinin nümayəndələri ölkənin yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək, müraciət etdiyimiz instansiyalara təsir göstərirlər, biz sakinlərin şikayətini əngəlləyir və bununla da dövlətmizin, qanunlarımızın nüfuzuna kölgə salırlar. Cənab Prezident! Xahiş edirik, bizi deputat Ağalar Vəliyevin tikinti şirkətinin bu aradüzəldən və ev dağıdan, zibilliklər yaradan adamlarının əlindən xilas edin. Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk! Biz sakinlər yuxarıda qeyd edilənləri imzalarımızla təsdiq edirik».1-f-4REDAKSİYADAN:
Şikayət əməkdaşlarımız tərəfindən yerində araşdırıldı, imzaları təqdim edilən sakinlərin özləri və onların səlahiyyətli nümayəndəsi (vəkil) dinlənildi. Faktlar təsdiqini tapdı.

Şikayətdə adları çəkilən şəxslərlə təmas qurmaq cəhdimiz isə hələki baş tutmur. Belə ki, deputat Ağalar Vəliyev telefon zəngimizə cavab vermir. Sakinləri yüksək vəzifəli şəxslərin adından qorxudan, qanunsuz alqı-satqı fəaliyyətini davam etdirən İlham Bağırov adlı şəxslə görüşmək istədik. Ofisində olarkən o aşkar şəkildə bizimlə görüşdən imtina etdi, fərqli saatda görüş təyin etsə də, həmin saatda «qərargah»ında olduq, amma gəldiyimizi bilib kabinetini qıfılladı.

Odur ki, bir daha adları çəkilən şəxsləri dinləməyə, COP29 ərəfəsi yaşanan bu qalmaqallara aydınlıq gətirməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
           
Ardını oxu...
Naxçıvanda dövlət idarə və müəssisələrində çalışanlardan tələb olunur ki, müddətsiz əmək müqaviləsindən imtina etsinlər. Bununla bağlı qərarın yerli baş nariz Ceyhun Cəlilovdan gəldiyi bildirilir.
Yeni qərara əsasən, hər bir işçi “öz xoşu ilə” ərizə yazıb, müddətli müqaviləyə keçməlidir. Belə bir ərizəni yazmaqdan imtina edənlər isə, işdən qovulmaqla hədələnirlər. TEREF yazır ki, bu haqda Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup idarə işçisi məlumat verib.
Hazırda bu cür ərizələrin yazılması kütləvi olaraq, dövlət tibb müəssisələrində həyata keçirilir. Artıq, yüzlərlə tibb bacısı və xadimənin müddətsiz müqavilədən imtina edib, müddətli müqaviləyə keçdiyi bildirilir.
Naxçıvan Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışan G.M. deyir ki, bunu etməkdə məqsəd onları özlərindən asılı saxlayıb, istədikləri vaxt işdən çıxarmaq hüququ əldə etməkdir:
„Deyirlər ki, ərizə yazmayan dərhal işdən qovulacaq. Bir qismi qorxudan, bir qismi də anlamazdıqdan ərizə yazıb, müddətsiz müqavilədən imtina edib. Bir qismi də dirəniş göstərib, yazmaqdan imtina edir. Onlar etitaz olaraq, ərizələrində yazırlar ki, müddətliyə keçmək istəmirlər. Eşitdiyimizə görə, Naxçıvanda ibbi heyətin təxminən yarısını işdən çıxarmaq istəyirlər deyə, belə edirlər. Belə qanunsuzluq heç yerdə görülməyib. Bütün işçilər qorxu içində nə baş verəcəyini gözləyirlər“.
Naxçıvan Uşaq Xəstəxanasının adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyir ki, yerli hökumət büdcə kəsirlərini işçiləri ixtisara salmaqla doldurmaq istəyir:
“İstəyirlər ki, yeyib taladıqları dövlət büdcəsinin kəsirini bizim maaşların hesabına doldursunlar. Ona görə bu başdan ərizə yazdırırlar ki, sonra problem yaşamasınlar. Müddətli müqaviləyə keçdikdən sonra işçinin az qala bütün hüquqları əlindən alınır. Başına istədiyi oyunu aça bilərlər. Artıq, bu son həddir. Buna son qoyulmasa, Ali Məclisin qarşısında kütləvi etiraz aksiyası keçirəcəyik”.
Bundan öncə „büdcə kəsirini doldurmaq“ adı altında Naxçıvandakı hər tibb işçisinin maaşından 150-300 manat kəsilmişdi.
Naxçıvan MR Səhiyyə Nazirliyindən məsələyə münasibət bildirmək istəmədilər.
 

Ardını oxu...
Bu gün mövzumuz Naxçıvanda uzun illərdir arzusuna çatmaq üçün bütün xoşagəlməz əməllərə əl ataraq keçmiş və yeni rəhbərliyin hər ikisinə yaxın sayılan səhiyyə sisteminin başına gətirilən Naxçıvan İcbari Tibbi Sğorta Agentliyi PHŞ-i,Tibb Müəssələrini İdarəetmə Birliyi PHŞ -i və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyini idarə edən Samiq Sadıxovdan gedir.Naxçıvan İTS-in və Naxçıvan TMİB-in Samiq Sadıxov tərəfindən idarə olunma səbəbi hər iki qrum rəhbərini vəzifəyə Samiq Sadıxov təyin elətdirib.Bir-birinə aidiyyatı olmayan bu qurumlar Sadıxovdan xəbərsiz heç bir sənədə belə imza ata bilməz.Səhiyyə nazirliyini və digər ona aidiyyatı olmayan 2 qurumu idarə edən Samiq Sadıxovun rəhbər kimi təyin olunduğu gündən gördüyü yarıtmaz işlərdən sadəcə birinə toxunacağıq. Samiq Sadıxov Naxçıvan MR Səhiyyə nazirliyi Kardioloji Mərkəzi hansı səbəbdən ləğv edib?Neçə aylardı Naxçıvan əhalisinin ən çox üz tutduğu dövlət tərəfindən böyük məbləğdə vəsait hesabına tikilmiş anjioqrafiya cihazı və bir çox tibbi avadanlıqlarla təhciz edilmiş zirzəmi ilə birlikdə 4 mərtəbəli binanı nədən viran edib?
Sadıxovun reklamlarına əsaslansaq Naxçıvanda Ürək Mərkəzi yaradıb.Sual yaranır Ürək mərkəzi 450 000 dən artıq əhalisi olan Muxtar Respublikada Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ-in daxilində olan 1 şöbəsində işçilərin belə sığmadığı yerdəmi yaradılır? Ürək Mərkəzi yaratmaq böyük bir mərkəzi dağıdıb başqa bir yerdə şöbənin adında hərfləri dəyişməkləmi yaradılır? Ürək Mərkəzi yaratmaq Kardioloji Mərkəzin bu sahə üzrə püxtələşmiş kollektivini pərən-pərənə salmaqla mı yaradılır?Ürək Mərkəzi Respublikanın tək kardiologiya üzrə uzman həkimi olan Ramin Hacıyevi incidib Naxçıvandan didərgin salmaqlamı qurulur?(qeyd edək ki Ramin Hacıyev bir müddət Naxçıvandan paytaxt Bakıya üz tutub orada işləyirdi sonra əhalinin narazılıqlarından çəkinən səhiyyə rəhbərliyi Ramin həkimi min bir dillə geri çağırdı ) Ürək Mərkəzi yaratmaq Kardioloji Mərkəzin keçmiş binasını pul qazanmaq xətrinə mənbəyi bəlli olmayan hansısa maxinasiyalı vəsait hesabına(bu təmir işində heç bir tender elan olunmayıb,dostları Qəhrəman tərəfindən təmir olunur) iş otaqları və müdir kabinetləri düzəldərək TMİB və İTS də (araşdırılsa hər iki qurumda yaxın qohumlarıda məsul vəzifələrdə işləyir)işləyən əziz və doğma ətrafına Sadıxova xidmət etmək üçün şəraitmi yaratmaqdır?
Naxçıvan Muxtar Respublikasında Ürək mərkəzi yaratmaq həmin mərkəzdə bütün kardiologi prosedurları icra etməkdir:anjio müayinəsindən tutmuş açıq ürək əməliyyatına kimi. Amma bu işlər ayrı-ayrı tibb müəssisələrində icra edilir. O zaman bu Mərkəz nəyə lazım idi?Sadıxovun əsas planı Naxçıvan MR Kardiologiya Mərkəzindən gələn gəlirləri Naxçıvan MR Xəstəxanasına yönəldib öz fəaliyyəti dövründə Respublika xəstəxanasının sığorta gəlirlərinin artdığını və bunun komandasının dəqiq işləməsi barədə rəhbərliyə məlumat verib rəhbərliyi aldatmaqdır.
Gələn yazılarda digər sənəd üstündə yaratdığı hər yerdə elan etdiyi faktiki heç bir iş görülməyən müəssisələr haqqında yazılar dərc olunacaq!



 

Ardını oxu...
Azərbaycan təhsili ən gərgin dövrünü yaşayır. Əgər belə davam edərsə təhsilimizin çox yaxında "komaya düşəcəyi" qaçılmazdır.

"DogruXeber.az" bildirir ki, son aylar hər gün ardıcıl şəkildə redaksiyamıza daxil olan bu sahəyə dair şikayət və müraciətlər belə düşünməyimizə əsas vermiş olur.

Aylardır Sertifikasiya imtahanının qeyri-şəffaf keçdiyini deyən, imtahan otaqlarındakı müşahidə kameralarının açılmasını tələb edən 4 min nəfərdən çox işsiz qalan müəllimlər, sözün əsl mənasında onlardan qaçan, görüşmək istəməyən Elm və Təhsil naziri Emin Əmrullayevə sözlərini çatdırmaq üçün çarəsiz halda mətbuata üz tutdular.

Lakin, bu qədər insanların israrlı tələblərinə qarşı Elm və Təhsil Nazirliyi hələ də səssizlik nümayiş etdirir. Bəlli ki, haqsızlığa məruz qaldıqlarını deyən müəllimlər imtahanın qeyri-şəffaf keçməsi barəsindəki iddialarında haqlıdırlar və Emin Əmrullayevlə onun komandası da bundan xəbərdardır.

Bunu elə vəzifə borcunun mətbuat nümayəndələri və ictimaiyyətlə əlaqələr yaratmaqdan ibarət olan Səbuhi Rzayevin zənglərimizdən belə qaçmasından, suallarımıza cavab verməyə qadir olmadığından da aydın görmək olur.

Qeyd edək ki, mühüm vəzifələri özü kimi gənclərə həvalə edən Emin Əmrullayev seçimində çox diqqətlidir ki, özü kimi də fəaliyyəti (ya da fəaliyyətsizliyi) ilə narazı saldığı insanlardan məharətlə yayına bilən insanları ətrafına toplayıb.

Söz yox ki, Səbuhi Rzayevdən əvvəl Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan məşhur Cəsarət Valehovun da vəzifənin öhdəsindən layiqincə gəldiyini desək vəzifəyə haqsızlıq edərik, amma ən azından hərdənbir zənglərə cavab verib, yerinə yetirməsə də ümidverici cavablarla yola verməyi var idi. Hər kəs Cəsarət Valehovun yerində olmadığını, işinin öhdəsindən gəlmədiyini deyərək, onun işdən azad olunmasını istəyirdi. Amma, deyəsən yağışdan çıxıb, yağmura düşdük. Onun yerinə təyin edilən gənc və təcrübəsiz Səbuhi Rzayev deyəsən işinin yalnız dövlət televiziyalarına "xumarlanaraq" verdiyi "bəzəkli-düzəkli" müsahibələrdən ibarət olduğunu düşünür.

Demək ki, problem çalışanlarda deyil, onları vəzifəyə təyin edən nazirin tapşırığı, yaxud da fəaliyyət metodu belədir - "bir qulağından al, o, birindən ver getsin, yetər ki, cibimiz dolsun".

Onu da qınamırıq, "Şakaya pul lazımdır". Zarafat deyile o, boyda Avropanın ən tanınmış universitetlərində gəlinbacı oxutmaq. O, bizim gənc nazirimiz Emin Əmrullayevdir ki, vəzifəsinin öhtəsindən gəlməsə də gəlinbacı üçün hər çətinliyə məharətlə sinə gərir.

Amma, ödəniş məsələlərində təhsil sahəsində çalışanların da haqqını danmaq olmaz. Nə də olsa "para"nın (pul) mənbəyi onlardır axı.

Yox, bu da bizim sadəcə ehtimalımız deyil. Sözügedən sahədə illərini verən, elmi dərəcələri ola-ola, direktorluq müsabiqələrində yüksək nəticələr göstərməsinə rəğmən müxtəlif bəhanələr əsas gətirilərək, buna nail olmasına süni əngəllər yaradılan şəxslərin kənarda qaldığı bir vaxtda, heç bir müsabiqədə nəinki lazımi nəticəni göstərməyən, hətta ümumiyyətlə müsabiqələrdə iştirak etməyən şəxslərin bu vəzifələrə təyin olunmaları, barələrində kifayət qədər şikayət və ciddi faktların olduğu halda Fəranə Məhərrəmova, Günay Həsənova, Zəminə İsayeva, Beyləqan Rayon Xalaç kənd orta məktəbində Murad Məmmədov, Həcər Mahmudova, Ruhiyyə Tağıyeva, Əsmər Əliyeva və sair kimi yüzlərlə, bəlkə də minlərlə şəxslərin hələ də bu sahədə çalışması Emin Əmrullayev rəhbərliyinin Azərbaycan təhsili üçün nə qədər böyük təhlükə, nə qədər güclü zərbə olduğunun göstəricisidir.

Sən demə, onların korrupsoner əməllərindən rəhbərliyin xəbəri əvvəldən varmış - Bağça müdiri özü etiraf edir // VİDEO

Bəs qanunsuz yığılan pullar hara gedir, Zəminə xanım ? - VİDEO

Korrupsiya tüğyan edən təhsil müəssisəsində ailə biznesi - VİDEO

Yeri gəlmişkən, Sertifikasiya imtahanından kəsilən müəllimlərin böyük əksəriyyəti sertifikasiya imtahanlndan əvvəl onlardan uğurlu nəticələr vəd edilərək pul tələb edildiyini iddia edirlər. Hətta, onların sözlərinə görə əks halda kəsiləcəkləri xəbərdarlığı edilmişdi ki, oldu da.

Bizim cənab belə cənabdır, dedimi, mütləq edir.

Elə bu cənabın ən lazımlı, vacib, aparıcı sahənin - təhsilimizin başında olmağı, bu xalqın bu gününün və gələcəyinin müsibətidir.

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Güman edirik ki, ən qısa zamanda ölkə başçısı onun böyük çətinliklərə, təhlükələrə sinə gərərək qoruduğu dövlətə, dövlətçiliyə və uğurlu siyasətinə əks olan təhsil siyasətini düşdüyü durumdan çıxaracaq olan o, qərarı verəcək və bu sahəyə aid olan bir şəxsə təhsilimizi həvalə edəcəkdir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az
Ardını oxu...
Bakıda BMT-nin İqlim dəyişikliyi konfransı COP-29-un keçirilməsinə sayılı günlər qalır. Noyabrda paytaxta azı 80 min qonaq gələcəyi gözlənilir. İqlim dəyişikliyi ilə bağlı toplaşan hökumət başçıları, prezidentlər, ekoloqlar, bu sahə üzrə vətəndaş cəmiyyəti üzvləri qlobal problemi müzakirə edəcəklər. Lakin COP 29 keçiriləcək şəhərdə iqlimə, ekologiyaya, təbiətə zərər vuranlar da az deyil.

Onlardan biri Bakının Nəsimi rayonunun Novruzov qardaşları və Cəlil Məmmədquluzadə küçələrində “Eleven Park” yaşayış kompleksi inşa edən qalmaqallı “Pilot 16” MMC-dir. Bu barədə Editor.az ərazidə yaşayan sakinlər məlumat verib. Yerli sakinlərin sözlərinə görə, şirkətin insanların faktiki yaşadığı evlərin bir neçə metrliyində apardığı ağır tikinti, betonlama, katlavan işlərinin ətrafa vurduğu ekoloji zərər insanların birbaşa sağlamlığına mənfi təsir edir. Tikinti, betonlama və katlavan qazma işləri zamanı havaya qalxan dəhşətli toz-tozanaq, ümumən çirkli hava insanların nəfəsliyinə, ciyərlərinə gedir. Sakinlər bildirirlər ki, “Pilot 16” ucbatından olan illərdir ki, dəhşətli natəmiz hava udurlar. Bu da ciddi xəstəliklərin törəməsi təhlükəsi yaradır. Xüsusən də astma, ağciyər və digər tənəffüs xəstəlikləri olanlar və körpələr üçün ciddi təhdid mənbəyi sayılır.

Bundan başqa şirkətin sökdüyü evlərin ərazisi tam bir xarabalığı və zibilliyi xatırladır. Üfunət iyindən və zibillikdən ərazidən keçmək mümkün deyil. Sakinlər qeyd edir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, şirkət öz qanunsuz əməllərinə davam edir.

Sakinlər bildirirlər ki, şirkətin texnikalarının ehtiyatsız fəaliyyəti üzündən dəfələrlə ərazidə qaz, işıq, su, telefon və digər infrastruktur xətləri sıradan çıxıb. Bununla həm insanların normal xidmət almaq hüquqları pozulub, həm də dövlətə məxsus infrastruktura ciddi ziyan dəyib. Bundan başqa şirkətin texnikalarının dağıtdığı qaz xətti günlərlə ətrafa sızma verərək, insanların həyatı üçün ciddi təhlükə yaradıb.

Bundan başqa şirkətin fəaliyyəti nəticəsində sakinlərin və avtomobillərin istifadəsinə olan yollar tamamilə sıradan çıxıb, istifadəyə yararsız hala düşüb. Şirkətin intensiv yolun bir hissəsini qazaraq, tikinti işləri aparması maşınlar üçün əsl təhlükə və qəza mənbəyidir.

Sakinlər Ekologiya və Təbii sərvətlər nazirliyi və Bakı şəhər İcra Hakimiyyətindən ərazidə yaranmış dəhşətli və biabırçı vəziyyəti nəzarətə götürməyi xahiş edir: “COP 29 tədbirinin keçiriləcəyi şəhərimizə belə vəziyyət yaraşmır”.

Qeyd edək ki, “Pilot 16” MMC-nin rəsmi direktoru Aslan Quliyevdir. Lakin mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin əsl sahibi keçmiş oliqarx-deputat Əsabil Qasımov və onun ailə üzvləridir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Oğru özgənin malını yeyər, özünün arını. (aforizm)

"Kişiyəm, eləmişəm, boynumdan atmıram ki, ev də verirəm, hər ay da 500 manat verirəm getsin yaşasın da. Şamaxı da liboy məktəbi seçsin qoyaq orda oxusun. Nə lazımdır mən edirəm".

"DogruXeber.az" xəbər verir ki, bu sözləri qızına təcavüz edib, ailəsini dağıdan, oğlunu tələyə salıb həbs etdirən və özünə də ana dediyi Tubuxanım Mahmudovla ilə söhbəti zamanı Nazim Eynallı deyib.

Xatırladaq ki, Tubuxanım Mahmudova 19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin müdiri Nazim Eynallının ona iş yerində təcavüz etdiyini və bu hadisə nəticəsində hamilə qaldığını iddia edən Zümrüd Atakişiyevanın anasıdır.

Xanımın redaksiyamıza təqdim etdiyi səs yazısında gah "Kişiyəm, vicdansız adam deyiləm" deyə özünü tərifləyən Nazim Eynallı arada "ağlı olan adam mənimlə düşmən olmaz, dost olar" cümləsini işlədərək, təhdid dolu tərif etməyi də unutmur.

Dövlət idarəsində əxlaqsızlıq edən məmur - VİDEO

Yeri gəlmişkən, Rusiyada biznesi olduğunu deyən idarə müdiri özünün maddi durumundan bəhs edərkən, "indi-indi bizə yol verirlər, yaxşı olacaq" deyə işlətdiyi ifadə onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yol çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərə "şərik olduğu"nun göstərir.

Ardından isə,"Siz barəmdə ərzə yazarkən nə fikirləşirdiniz?
Nazimi tutacaqlar?
İşdən çıxaracaqlar?
Məni vadar etməyin, sabah 115 nəfər adam da sizin barənizdə lazımi yerlərə şikayət edər. Gedib hara da çıxarsınız çıxarsınız. Prosta (sadəcə olaraq) siz biyabır olacaqsınız, mən kişiyəm" deyə, növbəti mesajını verən müdirin bu cümləsi də qardaşını üzərinə böhtan ataraq həbs etditdirdiyini deyən Zümrüd Atakişiyevanı növbəti dəfə haqlı çıxarmış olur.

Bundan əlavə, o, Rusiyada iş gördüyü adamın Leyla xanımın adamı olduğunu deyir və həmçinin Şamaxı rayon İcra Hakimiyyətinin başçısı da daxil olmaqla bir çox idarə rəhbərləri barəsində təhqiramiz ifadələr işlədərək qadının yanında onları aşağılayan müdür yaxınlarda başqa vəzifəyə göndəriləcəyini də vurğulayır.

Qeyd edək ki, yuxarıda təqdim etdiyimiz səs yazısının sonlarında, kiminləsə telefonla danışarkən, barəsində "şərəfsiz" dediyi Tahir, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur.

Eşitdiyiniz kimi Nazim Eynallı, - "bütün şəhid ailələrinin qabağına mən çıxıram, sən də pulları basıb yeyirsən, məndən niyə narazısan" cümləsi ilə icra başçısının fəaliyyətinə də güzgü tutmuş oldu.

Bəli, bu səs yazısında Nazim Eynallı fəaliyyəti bütün çılpaqlığı ilə aydın olur. Amma, bu təkcə yol idarəsinin deyil, eyni zamanda bir çox dövlət qurumlarının Şamaxı rayonunda fəaliyyət göstərən idarələri barəsində də qaranlıq məqamları qismən aydınladır.

Dövlətin inzibati binasında əxlaqsızlıq edilir, müdür tərəfindən qadına təcavüz edilir, ciddi yeyintilər olur və sair... Amma, maraqlıdır ki, bütün bu məlumatların artıq ictimailəşməsinə, bu barədə aidiyyətı qurumlara rəsmi müraciətlərin göndərilməsinə rəğmən idarə müdiri barəsində heç qanuni tədbir görülməməsi elə aidiyyatı qurumların da fəaliyyətinə kölgə salır.



Hər kəsə məlumdur ki, YouTube sosial şəbəkəsi bütün dünya ölkələrində izlənilir və bu biyabırçılığı dost-düşmən hər kəs görmüş olur ki, bu ölkə və din adına böyük bir ləkə gətirir.

Bu kimi halların mətbuata yol almasına səbəb isə aidiyyatı qurumların vətəndaş şikayətlərin dinləməmələri, yaxud düzgün, hüquqi qiymət verməmələridir.

Əgər aidiyyatı qurumlar Nazim Eynallını layiq olduğu şəkildə cəzalandırmasa və vəzifədə saxlamaqda davam edərlərsə, Nazim Eynallıların sayı getdikcə daha da artacaq.

Odur ki, Şamaxı rayonunda Yol idarəsi və icra hakimiyyəti də başda olmaqla, bir çox dövlət idarələrində ciddi araşdırmaların aparılmasının mütləq olduğunu düşünürük və güman edirik ki, aidiyyatı qurumlar ən qısa zamanda bunu nəzərə alacaqdır.

Əlavə məlumatlarımız olacaq.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsi sahibkarlıq fəaliyyətinə maneələr törədir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə yerli sahibkarlar bildirib.

Onların sözlərinə görə, regional bölmənin hədəfi xüsusilə kiçik sahibkarlıqla məşğul olanlardır.

Sahibkarla deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir.

Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır.

Bu arada "Quseynoff" şirkətinin də Vüqar Zeynalovun hədəfinə gəldiyi barədə məlumat almışıq.

Məlumatı dəqiqləşdirmək üçün şirkətin rəhbəri Emin Hüseynovla əlaqə saxlamışıq.
Emin Hüseynov bu məlumatla yanaşı, sahibkarların iddialarını da təsdiqləyib.

"Faktiki olaraq AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr törədilir. Konkret olaraq bizimlə bağlı məsələyə gəlincə, "Quseynoff" şirkətinin məhsulları bütün standarlara cavab verir. Biz hələ məhsulları satışa buraxmamışdan əvvəl Vüqar Zeynalov həmin məhsullara baxış keçirib və heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, şirkətimiz regional bölmənin hədəfindədir. Mən bundan əvvəl rəhbərlik etdiyim şirkətlərdə oxşar hallarla üzləşmişəm. Eləcə də "Quseynoff"MMC, daha sonra "DEMONN" MMC ilə qəsdən problem yaradırlar", - deyə Emin Hüseynov bildirib.

Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb.

Bir neçə gün əvvəl Gəncədə 15 nəfərin, ondan əvvəl isə 105 nəfərin zəhərləndiyi barədə məlumat yayılmışdı.

AQTA hələ ki, bunun səbəblərini açıqlamayıb. Bu tip məsələləri araşdırmalı olan qurumun regional bölməsi sahibkarların fəaliyyətinə mane olmaqla onları dövlətdən narazı salır. \\Yerli.media
 
Ardını oxu...
TƏBİB-in balansında olan iki xəstəxana elan etdiyi tenderin nəticələrini açıqlayıb. Dia-az.Media Tribunainfo.az-a istinadən xəbər verir ki, onlardan biri Fizulu rayon Mərkəzi Xəstəxanasıdır.

Bu qurum müxtəlif çeşiddə mal-material və inventarların satın alınması üçün “VEST SUPPLY” MMC ilə 37.819 manatlıq satınalma müqaviləsi bağlayıb.

İkinci tender isə Masallı Mərkəzi Xəstəxanası tərəfindən reallaşdırılıb. Belə ki, TƏBİB-in tabeliyində olan səhiyyə ocağı yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması məqsədi ilə eyni şirkətlə, yəni “VEST SUPPLY” MMC ilə 24.349,3 manatlıq müqavilə imzalayıb.

Qeyd edək ki, “VEST SUPPLY” MMC TƏBİB-lə yanaşı, Səhiyyə Nazirliyinin də sevimli şirkətlərindədir. Bunu sözügedən şirkətin TƏBİB-in tabeliyində olan xəstəxanaların keçirdiyi tenderlərin siyahılsından da aydın görmək olar. Belə ki, MMC 2021-ci ildən 2023-cü ilə qədər TƏBİB-in keçidriyi 30 tenderin qalibi olub ki, bu zaman 1.5 milyon manatlıq satınalma müqaviləsi imzalayıb.

Nəzərinəz çatdıraq ki, həmin tenderlərdən biri ötən ilin sonlarında reallaşıb. Sözügedən şirkət Bakı Baş Səhiyyə Mərkəzinin tenderinin də qalibi olub. Həmin vaxt MMC Bakı Baş Səhiyyə Mərkəzinə 699 min 985 manat 44 qəpiklik yumşaq inventarlar (döşək ağı, balış üzü ağ, kişi xəstə kastyumu, qadın xəstə kastyumu, balış, döşək qoruyucu və s.) satıb.
Ardını oxu...
Tribunainfo.az-ın araşdırmalarına görə, “Vest Supply” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-də yerləşir. Bir çox mənbələrdə aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, bu şirkətə bir yox, bir neçə nəfər rəhbərlik edib. Belə ki, ilk olaraq “Azmed Tekstil” MMC kimi qeydiyata alınan şirkət sonradan “Vest Suply” adını alıb. Bu zaman zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub. Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər. Hazırda isə “Vest Supply” MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.

Tribunainfo.az xəbər verir ki, şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, “Vest Suplly” MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur. 2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra “Azmed Tekstil” MMC-yə rəhbərlik etməyə başlayıb. Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.
 
Ardını oxu...
ADPU-nun Quba filialında aparılmış struktur dəyişikliyi bir sıra maraqlı məqamları da özü ilə birlikdə gətirib. Belə ki, 10 il əvvəl həmin təhsil müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub həbsə məhkum olunmuş Nurbala Süleymanov yenidən vəzifəyə təyin olunub. Adı rüşvət, saxta diplom qalmaqallarında hallanan Azərbaycan Müəllimlər İnstitutu bağlanmış, Quba filialı ADPU-ya qoşulmuşdu. AMİ-nin Quba filialının direktor müavini Nurbala Süleymanov isə həbs edilmişdi. Həbs müddətini tez başa vuran N. Süleymanov ADPU rəhbərliyinə bir yol tapıb sıravi müəllim kimi Quba filialında işə başlamışdı. 2019-cu ildən ADPU-nun Quba filialının direktoru olan dosent Yusif Alıyev ilə N. Süleymanov arasında qısa müddət ərzində yaxın münasibət qurulmuşdu. Özünün qanansuz əməllərinə etiraz edən kadrları “çürük diş” adlandıran Yusif Alıyev ətrafına yığdığı qaranlıq keçmişə malik şəxsləri “peşəkar komandam” adlandıraraq irəli çəkir, vəzifələrə təyin edir. Bu cür şəxslərdən biri də Nurbala Süleymanovdur. N. Süleymanovun təhsil sahəsindəki “xüsusi bacarıqlarını” lazımınca qiymətləndirən direktor Yusif Alıyev onu yeni yaratdığı “Riyaziyyat və təbiət fənləri” kafedrasına müdir təyin etmişdir. Halbuki fakültə dekanı və kafedra müdiri vəzifələri seçkili vəzifələrdir. Dosent Yusif Alıyev 2021-ci ildə “struktur dəyişikliyi” adı ilə seçki ilə vəzifəyə gəlməli olan kafedra müdiri və dekanları uzaqlaşdırmış, təyinatlar etmişdi. Dekan və kafedra müdirlərinin seçkisi ilə bağlı əsasnaməyə görə yeni yaradılan vəzifələr vakant elan olunmalı və 3 ay ərzində seçki keçirilməlidir. Lakin Dos. Y. Alıyev “arzuolunmaz” şəxslərin seçilməsinin qarşısını almaq üçün Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamənin tələbini pozaraq bu vəzifələri 3 il vakant saxlamışdı. Yeni apardığı “islahatdan” sonra isə Nurbala Süleymanov yeni vəzifəyə təyinat alımşdı.
QEYD: Yazıda adları çəkilən şəxs və təşkilatların mövqeyini dərc etməyə hazırıq!
TEREF
https://musavat.com/news/iki-universitet-muellimi-baresinde-acilan-cinayet-isi-mehkemeye-gonderilib_205834.html
https://oxu.az/kriminal/bakida-deleduz-direktor-muavinini-mehkeme-zalinda-hebs-etdiler
 
 
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis və anbar sahələrinin icarəyə götürülməsi ilə bağlı 2 tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrindən biri İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi, digəri isə Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi ilə bağlıdır.
Tender elanında bildirilir ki, Sosial Xidmətlər Agentliyi İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün 900 kv. metr sahəsi olan ofis axtarır və 12 ay üçün bu ofisə ödəniləcək məbləğ (ehtimal olunan qiymət) 232 min 362 manat olacaq.
Bundan başqa, Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis sahəsi və 200 kv. metr anbar icarəyə götürləcək ki, bunların da 24 aylıq icarə haqqı 1 milyon 619 min 760 manat olacaq.
Məlumat üçün bildirək ki, ötən il Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis və 200 kv. metr anbar sahəsi “Çinar Park” QSC-dən 652 min 832 manat 64 qəpiyə bir il müddətinə, Agentliyin Mərkəzi fililalı üçün isə 900 kv. metr ofis sahəsi İsgəndərova Sevinc Şəfa qızından 216 min manata bir il müddətinə icarəyə götürülüb.
Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər və hər il icarə üçün milyonlarla vəsait ödəyirlər.
 

Dünyapress TV

Xəbər lenti