Ardını oxu...
Sovet dövründə Bakı şəhərində bir çox filmlər çəkilib. Əsasən mövzuları Cənubi Amerika və Amerika ilə bağlı olan filmlərdə Bakı şəhəri seçilib. Belə filmlərdən biri də dövrün fantastik filmlərindən biri olan "Amfibiya adam"-dır.
1961-ci ildə ekranlara çıxan bu film qısa zamanda populyarlıq qazanmış, baş rolun ifaçıları İxtiandır obrazını oynayan Vladimir Korenev və Guteyyere obrazını oynayan Anastasiya Vertinskaya bütün 15 respublikada tanınmış, sevilmişdir
Filmin rejissorları Gennadi Kazanski və Vladimir Çebotaryov, operatoru Eduard Rozovski, bəstəkarı isə Andrey Petrovdur.
Filmdə bəstəkar Andrey Petrovun iki gözəl mahnısı ifa edilmişdir: sözləri şair Solomon Fogelsonun "Dəniz şeytanı haqqında mahnı ("Hey, dənizçi!")" və Yuli Druninin "Səyahət edən müğənninin mahnısı ("Balıqçı gedir" )
Bəzi saytlar yazır ki, filmdə mahnını Leninqrad Malı Opera Teatrının solisti Artur Poçikovski ifa edib. Lakin burda yanlışlıq var. Mahnını oxuyan Bakılı Elman Rəsulzadə ifa edir. Onun seçilməsi isə təsadüfü olub. Elmanın səsi rejissorun o qədər xoşuna gəlir ki, filmdə onun səsləndirməsini istəyir.
Film populyarlıq qazanır, aktyorlar hər yerdə tanınır. Hər birinin həyatı uğurlu olur. Lakin mahnını ifa edən Elman Rəsulzadənin taleyi gətirmir.
1960-cı illərin əvvəllərində böyük karyera imkanları qazanan Elman Moskvaya növbəti filmdə mahnl ifa etməyə hazırlaşır. Səfərdən bir gün öncə şəhərdə dostu ilə gəzən Elman axşam evə qayıdan zaman küçədə bir neçə nəfərin gənc bir xanıma zorakılıq etdiyini görür.
Yaxınlaşıb onları sakitləşdirmək istəyən zaman söz söhbət böyüyür və dava edənlərdən birinin söyüşü ona pis təsir edir. Cibində olan bıçağı çıxardıb onu vurur.
Hadisə yerinə gələn milis işçiləri onu həbs edirlər və məhkəmə bütün özünümüdafiə faktlarına baxmayaraq gənc müğənnini həbsxanaya göndərir. Uzun müddət həbsdə qalan Elmann Rəsulzadə burada ağır xəstəliyə-Vərəmə yoluxur. Müalicəsi ağır və onun sağlamlığının şiddətlə artmasını görən həsbxana müdirinin vəkaləti ilə onu azad edirlər.
Ağr vərəm, ciyərlərin günü gündən xarab olması, səsin batması onun səhnəyə geri qaytmasına imkan vermirdi. Lakin yaşamaq da lazım idi.
Ailə qurmur, bütün dostları və qohumlarından uzaq bir həyat yaşayır. Tikintilərdə və digər işlərdə fəhlə kimi işləyir. Lakin ağır xəstəlik və iş rejimi onu daha da əldən salır və O, yataq xəstəsi olur. Elə vəziyyətdə olur ki, bir stəkan su içmək üçün ayaq üstə dura bilmir. Hətta yemək və dərman götürmək üçün gücü belə qalmır. İki gün aclıq və susuzluq içərisində yaşamağa məcbur olur
İçərişəhərdə bir otaqlı mənzildə səsi eşidilməyən, həyatı balaca otaqda ağrılara davam edən Elman çıxış yolu kimi intiharı seçir.
Üzərinə kerosin tökərək kibrit vurur və yataqda diri-diri yanır. Alovlar onun bədənini bürüdükcə çəkdiyi ağrlar və əzablara görə səsi də çıxmır.
Qonşular və milis işçiləri gələndə artıq gec idi. Səsi ilə filmdə məhşurlaşan, gələcəyi işıqlı olan bir müğənni alovlar içində yanıb kül olmuş idi. Özü də harda? Amfibiya adam filmi çəkilən İçərişəhərdə...
Zaur Aliyev , dosent
TEREF
 
 

 


Ardını oxu...
Əməkdar artist Babək Niftəliyev Bakıda müğənni kimi dəvət aldığı toylardan birində başına gələn ilginc hadisədən danışıb.
TEREF titul.az - a istinadən verir ki, sənətçi adını açıqlamadığı məşhur və çox zəngin bir məmurun qızının toyuna dəvət aldığını bildirib. Lakin Babək axşam saat 11-ə kimi ona oxumaq üçün sözün verilmədiyini bildirib. B.Niftəliyev qeyd edib ki, yalnız o saatdan sonra həmin məmur ona yaxınlaşaraq cibinə 2 min manat pul qoyub və oxumayacağını bildirib.

Xanəndə səbəbini soruşanda "Qızım (toyu olan gəlin - red.) istəmir" cavabını aldığını qeyd edib.
Babək bildirib ki, həmin toyda ölkənin ən populyar sənətçiləri səhnə alıblar, amma ona oxumaq üçün vaxt verilməyib.
Ardını oxu...
 
Ardını oxu...
 

 

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda mərhum aktrisa Tünzalə Əliyevadan bəhs olunub.

Tünzalə Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən aktrisa 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olub.

Onun haqqında xatirələrini bölüşən aktrisa Ülviyyə Əliyevanın sözlərinə görə, T.Əliyeva çox sadə, səmimi insan olub.

"Dost kimi ona çox güvənirdim. Sənətdə olduğum 27 ildə Tünzalə kimi partnyorum olmayıb. Bir-birimizi çox yaxşı başa düşürdük. Tünzalə xəstəlikdən sağalmış, şişi getmişdi. Amma bir həftə sonra şiş yenidən əmələ gəldi. Bir gün saytlardan biri zəng edib Tünzalənin vəfat etdiyini dedi. İnana bilmədim. Daha sonra öyrəndim ki, həqiqətən, dünyasını dəyişib. Həmin gün mən teatrda tamaşada oynayırdım. Üzümdə canlandırdığım obrazın maskası var idi, ağlaya-ağlaya rolu oynayırdım. Güclə tamaşanı başa vurub xəstəxanaya yollandım", - deyə Ü.Əliyeva sözlərinə əlavə edib.

Əməkdar artist Dilarə Əliyeva T.Əliyeva haqqında təəssüratlarını bölüşərkən bildirib ki, o, kimyaterapiyadan sonra günlərlə özünə gələ bilmirdi:

"Çəkilişə ağrıkəsicilər vurub gəlirdi. Həmin dərmanları içəndən sonra isə qanı düşürdü. Rolunu bütün gücü ilə oynayır, həmin anı yaşayırdı. Lakin kamera bağlanandan sonra isə halsız olur, gedib divanda uzanırdı. Yemək belə yeyə bilmirdi. Həmişə düşünürdüm ki, onun durumu göz qabağındadır, ölümünə hazıram. Amma dünyasını dəyişəndə gördüm ki, insan heç vaxt belə hallara hazır olmur".

Ardını oxu...
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb.

Bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq.

Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.
 
Ardını oxu...
 

Əslən azərbaycanlı olan türk aktyor Ozan Akbaba yeni paylaşımı ilə azərbaycanlı pərəstişkarlarının marağına səbəb olub.

Reytinglərdə zirvəyə qalxan "Uzak şehir" serialının ulduzu azərbaycansayağı foto paylaşıb.

O, oğlu Ozan Ali ilə birlikdə Azərbaycan mədəniyyətinə xas "Buxara" papaq taxaraq kamera qarşısına keçib.

Pərəstişkarları onun paylaşımına yüzlərlə rəy yazıb. (azxeber.com)

Ardını oxu...

 
 
 

Ardını oxu...
  

51 il əvvəl rus yazıçısı Aleksandr Soljenitsının "Arxipelaq qulaq" romanı ilk dəfə işıq üzü gördü. 1937-1938-ci illərdə SSRİ lideri İsofi Stalinin həyata keçirdiyi kütləvi terror və repressiya illərinə, islah-əmək düşərgələrində cəza çəkən məhbusların taleyinə işıq salan əsər yazıçıya dünya şöhrəti qazandırdı, həm də SSRİ-dən sürgün edilməsi ilə nəticləndi.

"Arxipelaq Qulaq" əsərinin yazılmasına səbəb olan hadisə barədə yazını təqdim edirik.

İkinci Dünya Müharibəsinin iştırakçısı olan Aleksandr Soljenitsın müharibə illərində ictimai-siyasi məsələlərlə fəal maraqlanır və dostları ilə yazışmalarda İosif Stalinə eyham vuran "Xaç atası"nı pisləyirdi. 1945-ci ilin fevralında o həbs olundu və islah-əmək düşərgələrindən birində həbs cəzasına məhkum edildi. Soljenitsın 1953-cü ilin fevralına qədər həbsdə qaldı. Bir vaxtlar ideoloji kommunist-leninist, azadlığa çıxandan sonra isə o, ideoloji anti-kommunist oldu. Bu da onun bütün sonrakı yaradıcılığında öz əksini tapdı. Lakin onun azadlığa çıxma vaxtı Stalinə pərəstişin pislənməsi ilə üst-üstə düşdüyü üçün reabilitasiya olunmuş Soljenitsın fəal şəkildə nəşr olunmağa başladı. O hətta yeni Sovet lideri, Stalinə pərəstişi pisləmiş Nikita Xruşşovdan tərif də aldı. "İvan Denisoviçin həyatında bir gün" əsəri xüsusi uğur qazandı. Soljenitsının hekayələri bədii məziyyətləri və vətəndaş cəsarəti ilə o dövrün əsərləri fonunda kəskin şəkildə seçilir və zaman keçdikcə o, sovet repressiyalarını və təqiblərə məruz qalanların faciələrini təhlil edən böyük bir əsər yazmağa başlayır.

Ardını oxu...

"Arxipelaq Qulaq" romanı 1958-ci ildən 1968-ci ilə qədər 257 məhbusun məktubları, xatirələri, canlı söhbətləri və müəllifin şəxsi təcrübəsi əsasında bədii tədqiqat eksperimenti kimi yazılmışdı. Məşhur inancın əksinə olaraq, 1970-ci ildə Soljenitsına Ədəbiyyat üzrə Nobel mükafatı verməsinin o vaxta qədər nəşr olunmamış "Arxipelaq Qulaq" əsəri ilə heç bir əlaqəsi yox idi, ancaq yazıçının yaradıcılığında əsas əsəri məhz bu tədqiqat romanı idi. "Arxipelaq Qulas" yalnız Parisdə (sonra isə digər Avropa ölkələrində) nəşr olundu, nəşrdən əvvəl yazıçı ilə KQB (onun sözlərinə görə) arasında qeyri-rəsmi danışıqlar aparıldı və əsər çap olunduqdan sonra yazıçı ictimai qınaqla və Mərkəzi Siyasi Bürosun iclasının nəticələri ilə üzləşdi. "KQB" sədri Yuri Andropovun Soljenitsının ölkədən çıxarılmasının lehinə təklif verdiyi iclasda digər Siyasi Büro üzvləri əvvəlcə Soljenitsının həbs edilməsi və sürgünə göndərilməsinə səs versələr də, lakin sonda Andropovun qərarını dəstəkləyərək fevralın 12-də Soljenitsının vətənə xəyanətdə ittiham edilərək həbs edilməsi, Sovet vətəndaşlığından məhrum edilməsi və növbəti gün, fevralın 13-də SSRİ-dən sürgün edilərək, təyyarə ilə Almaniyaya göndərilməsinə qərar verdi.

Ardını oxu...

Sovet hakimiyyətinin qəzəbləndirən əsas səbəb Soljenitsının "Arxipelaq Qulaq" romanında düşərgə administrasiyasının qeyri-insaniliyini, gülünc əsaslarla məhkum edilmiş insanların ölümünü və sui-istifadə hallarının, işgənclərin təfərrüatlı və parlaq şəkildə təsvir etməsi, məhkum olunanlara, o cümlədən Qırmızı ordunun keçmiş hərbçilərinə tam rəğbətini bildirməsi idi. Yazıçı xaricdə olarkən dəfələrlə Sovet İttifaqındakı rejimin qeyri-insanliyini dilə gətirdi, lakin bir qədər gözlənilməz alternativ təklif etdi: avtoritar milli Rusiya dövlətinin qurulmasını. O bu fikrə görə çox tənqid olundu, bəziləri onu rus millətçiliyində, digərləri isə romanda qeyri-real, şişirdilmiş səhnələr təsvir etməkdə, əsərin dilinin primitiv olmasında, hətta Qərbin qarayaxma kampaniyasında iştirak etməkdə ittiham etdi. SSRİ-də isə Aleksandr Soljenitsının bütün nəşr olunan əsərləri məhv edildi.

Ardını oxu...

"Yenidənqurma" dövründən sonra Soljenitsının kitabları SSRİ-də nəşr olunmağa başladı və o, özü nəinki Rusiyanın gələcəyinin əsas ideoloji memarlarından biri kimi meydana çıxdı, həm də müxtəlif siyasi mövzularda çıxış edərək bu nüfuzunu gücləndirdi. Vaxt keçdikcə o, Rusiyaya köçdü, "Qulaq arxipelaqı" romanı məktəb dərsliklərinin bir hissəsi oldu. Hətta, Rusiya lideri Vladimir Putin yazıçı haqqında özünün ideoloji mentoru kimi danışdı. Lakin Soljenitsının ideyaları və yaradıcılığı ilə bağlı qiymətləndirmələr hələ də son dərəcə qütbləşmiş durumdadır və yekdil fikir mövcud deyil. /Lent.az

 
 
 
Ardını oxu...
Türk Akademisi, Moğolistan’daki Nomgon Vadisi’nde yer alan Nomgon-2 Anıt Grubu’nun Göktürk dönemine ait olduğunu onayladı. Yazıtın alt kısmındaki Göktürk metni, hasar nedeniyle okunamazken, Çin yazıları kısmen çözülebilmiş. İlteriş Kutlug Kağan’ın, İkinci Türk Kağanlığı’nın kurucusunun onuruna inşa edilen bu anıt, “Türk” adının geçtiği en eski yazıt olarak kabul ediliyor.
Türk Akademisi, Moğolistan’daki Nomgon-2 Anıt Grubu’nun Göktürk dönemine ait olduğunu duyurdu. Bu yazıt, “Türk” adının ilk kez geçtiği ve Göktürk döneminin en eski yazılı eseri olarak kabul ediliyor.
2019’dan Bu Yana Yapılan Arkeolojik Kazılar
Türk Akademisi’nin Kazakistan’ın başkenti Astana’da bulunan merkezinden yapılan açıklamada, Akademi’nin 2019 yılından itibaren, Moğolistan Bilimler Akademisi Arkeoloji Enstitüsü ile iş birliği içinde Moğolistan’ın Arhangai bölgesindeki Nomgon Vadisi’nde arkeolojik kazılar yaptığı belirtildi.
Açıklamada, bu kazılar sırasında 2022 yılında İlteriş Kutlug Kağan’a ait anıt ve yazıtın keşfedildiği hatırlatıldı. “Bu yazıtın çözülmesinde, Göktürk alfabesiyle yazılmış 12 satırlık bir metin (‘Kutlug Kağan Türk… Tanrı oğlu …’) ve Sogdian alfabesiyle yazılmış 6 satırlık bir metin (‘Kutlug Kağan…’) bulunmuştur. Bu bulgular, anıtın bir Kağan onuruna inşa edildiğine dair bilimsel kanıtlar sunmaktadır” denildi.
Çin Yazısının Yazıtta Bulunması
Bir diğer açıklamada ise, 2023 yılında keşfedilen yazıtın alt kısmının artık çözümlendiği belirtilerek, bu kısmın toplamda 15 satır olduğu ifade edildi. Ancak, yazıtın alt kısmındaki Göktürk metninin önemli ölçüde hasar görmüş ve okunamaz hale geldiği tespit edildi. Yazıtın arkasındaki Çin hiyerogliflerinin ise kısmen korunduğu belirtildi. Çin metni, yukarıdan aşağıya doğru yazılmış ve satırlar sağdan sola sıralanmıştır. Üçüncü ile sekizinci satırlar arasında kısmi çözümleme yapılmıştır. Okunabilen satırlar ise şu şekildedir:
Yazıttan Kısmi Olarak Çözümlenen Çin Satırları Şunlardır:
• 3: ……sol……bitigtaş anıt….
• 4: …….Türk büyük/bogda/….Kutlug…..
• 5: ……tören……seçilmiş…….benzer …..
• 6: ……..asker……sorumak……
• 7: ……doldurmak yok olmak.. ilave etmek….iş…ev….
• 8: ……vafat etmek……
“İlteriş Kutlug Kağan’a Saygı Olarak İnşa Edildi”
Açıklamada, yazıtın dördüncü satırında yer alan “Türk” kelimesi ve “Kutlug” unvanının keşfinin özel olarak vurgulandığı belirtilmiştir. Şöyle denilmiştir:
“Türk Akademisi ve Moğolistan Bilimler Akademisi Arkeoloji Enstitüsü, Nomgon-2 Anıt Grubu’nun Göktürk dönemine ait olduğunu ve büyük olasılıkla İkinci Türk Kağanlığı’nın kurucusu İlteriş Kutlug Kağan (682–692) onuruna inşa edildiğini doğrulamakla mutlu olduklarını duyurur.”
Moğol ve Türk Arkeologlarının Ortak Çalışması
Bir açıklamada, İç Moğolistan Üniversitesi uzmanlarının yazıttaki Çin metninin çözülmesine dahil oldukları belirtilmiştir. Ayrıca, Türk Akademisi’nin Moğolistan Bilimler Akademisi Arkeoloji Enstitüsü ile iş birliği yaparak Nomgon Vadisi’ndeki ortak arkeolojik kazılarına devam edeceği açıklanmıştır.
“Türk” Adının Geçtiği En Eski Yazıt
7. yüzyıla tarihlenen ve İlteriş Kutlug Kağan’a, Bilge Kağan ve Kül Tigin’in babasına ait olduğu düşünülen yazıt, “Türk” adının ilk kez geçtiği Göktürk dönemine ait en eski yazılı eser olarak kabul edilmektedir.
Arkeoloji Türkiye
TEREF
Ardını oxu...
Kitab oxumaq hər bir insanın mənəvi dünyasını zənginləşdirir, təfəkkürün inkişafına müsbət təsir göstərir. Uşaq yaşlarından başlayaraq kitabla bir bağ qurmaq yaradıcı potensialın üzə çıxmasında mühüm rol oynayır, bədii təxəyyülün formalaşmasına kömək edir, mənəvi dünya ilə körpü yaradır. Bəs cəmiyyətimizdə kitaba maraq necədir? Oxucular ehtiyac duyduqları kitabları tapa bilirlərmi? Ölkəmizdə uşaqların yaşına uyğun ədəbiyyat nümunələri lazımi qədərdirmi?

“Uşaq ədəbiyyatını yaratmaq üçün uşaq psixologiyasını bilmək vacibdir”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, uşaqların dünyagörüşünün formalaşmasında, milli mentalitetin, mədəniyyətimizin formalaşmasında uşaq ədəbiyyatının böyük rolu var.

AYB-nin sədr müavinin fikrincə, kənardan asan görünsə də, əslində, uşaq ədəbiyyatı nümunələrini yaratmaq çətindir və bunun üçün xüsusi istedadın olması, uşaq psixologiyasını bilmək vacibdir: “Hesab etmirəm ki, uşaq ədəbiyyatına tələbat azdır. Bu gün valideynlər övladlarına daha keyfiyyətli uşaq ədəbiyyatı nümunələri almaq istəyirlər. Kifayət qədər uşaq şairləri, yazıçılarımız var, Yazıçılar Birliyində uşaq ədəbiyyatı bölməsi də fəaliyyət göstərir. Lakin onların kitabları əvvəlki kimi geniş yayılmır. Arzulayaq ki, daha keyfiyyətli uşaq ədəbiyyatı nümunələri yazılsın”.

Rəşad Məcid əlavə olaraq bildirib ki, 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Azərbaycan Turizm Universitetinin bir qrup tələbəsi Yazıçılar Birliyində olub. O, təxminən 30 tələbəyə özünün və digər yazıçıların kitablarını bağışlayıb: “Tələbələrə kitabın güc mənbəyi, insan həyatında oynadığı roldan bəhs etdim. Düşünürəm ki, gənclərin həyatında bu gün unudulmaz olacaq. Beynəlxalq Kitab Bağışlanma Günündə onlara verdiyim kitablar yaddaşlarında həkk olacaq”.

“Kitab oxuyan adamların sayı artarsa, kitaba münasibət də yaxşılığa doğru dəyişəcək”

Yazıçı Aqşin Yenisey hesab edir ki, müasir dünyada kitaba münasibəti mənəvi ehtiyacdan çox iqtisadi ehtiyac formalaşdırır. Rifahını kitab üzərində qurmuş cəmiyyət daha çox oxumağa maraq göstərir: “Bizdə bu iş könüllülük prinsipinə əsaslanır, çünki kitabın iqtisadi faydalılığı ya azdır, ya da heç yoxdur. Ona görə də bir çox hallarda valideynlər övladlarına uşaqlıqdan kitab oxutmağa həvəsli olmurlar. Cəmiyyətdə kitab oxuyan adamların sayı artarsa, kitaba münasibət də yaxşılığa doğru dəyişəcək”.

Onun sözlərinə görə, kiçik yaşlarından uşağa kitabın məqsəd deyil, vasitə olduğunu hiss etdirir, ondan elm deyil, diplom tələb edirik: “Diplom bizim üçün sosial təminat vəsiqəsidir. Uşaq ədəbiyyatı intellektual həzzin formalaşdırılması üçün yazılır. Bu intellektual həzz qədim dövrlərdə uşaqların mənəviyyatını formalaşdırmaq üçün lazım idi, müasir dövrdə isə daha çox rifahını təmin etmək üçün gərəklidir. Yəni uşaqda kitab oxumaq vərdişi olmalıdır ki, biliyini çörəyə çevirə bilsin. Yazılan uşaq ədəbiyyatı da bu ehtiyacı ödəmək üçündür. Əlavə olaraq, didaktik mətnlərə olan ehtiyacı şifahi yolla da qarşılamaq mümkündür”.

Aqşin Yenisey uşaq ədəbiyyatına maraq, onların oxunub-oxunmaması məsələsində ailənin mental düşüncəsinin də mühüm rol oynadığını düşünür.

“Yazarların maraqlarının artırılması üçün təkliflər irəli sürülməlidir”

Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu da vurğulayıb ki, ədəbiyyat uşaqların tərbiyəsi, düzgün istiqamətləndirilməsi, faydalı bir insan kimi yetişməsi baxımından vacibdir:

“Onlar oxuduqları kitablar vasitəsilə kiçik yaşlarından ədəbiyyatı sevməyə başlayırlar. Azərbaycanda uşaq yazarları var, kitabları da çap olunur. Təəssüf ki, bu sahəyə nə nəşriyyatlar, nə də ayrı-ayrı qurumlar tərəfindən xüsusi bir qayğı yoxdur. Buna diqqət artırılmalıdır ki, yazarlar, xüsusilə uşaq ədəbiyyatı ilə məşğul olan qələm adamları daha keyfiyyətli, məhsuldar işlər ortaya qoysunlar. Müşahidə edirəm ki, ərsəyə gələn uşaq ədəbiyyatı nümunələri müəlliflərin daha çox şəxsi təşəbbüslərinin nəticəsi olaraq ortaya çıxır. Biz yaxşı ədəbi, məhsuldar əsərlərin ərsəyə gəlməsini istəyiriksə, dövlətin müxtəlif qurumları da bu prosesə qayğı ilə yanaşmalı, təşəbbüslər irəli sürməlidir. Bununla bağlı uşaq yazarlarına təkliflərin verildiyini, bu əsərlərin təbliğ edildiyini görmürəm. Uşaq ədəbiyyatı yazmaq üçün xüsusi bir ovqata, əhvala köklənmək lazımdır. Mən özüm uşaq hekayələri yazmıram, amma sifariş olarsa və qonorar məni qane edərsə, buna cəhd edərəm”.

Onun sözlərinə görə, nəşriyyatların fəaliyyəti, kitab çapı ilə bağlı bəzi problemlərin olduğu məlumdur: “Kitabların mərkəzdən kənar olan bölgələrə çatdırılması çox çətin başa gəlir. Hansısa ucqar kənddə yaşayan uşağın bunu əldə etməsi üçün imkanlar yaradılmalıdır. Yazarların uşaq ədəbiyyatı yaratmağa maraqlarının olması və artırılması üçün nəşriyyatlar, müəyyən qurumlar da təkliflər irəli sürməlidir”.
 
Ardını oxu...
Sn. Prof. Dr. Zeki Cemal Arda beyin Kırşehir Ahi Evran Üniversitesindeki dekanlığı sırasında 2006 yılında katıldığım bir sempozyumda, Ahi Evran ile Nasreddin Hoca’nın aynı kişi olduğunu söylediğim zaman sempozyuma katılan bazı öğretim görevlileri şaşkınlıkla beni izlemişti.
Ahi Evran yani Nasreddin Hocanın kadılık yaptığı ilk yer olan Kayseri’de ilk defa sanayi bölgesini kurduğunu, kısaca tüm zanaatkarları bir bölgede topladığını ve bu nedenle Kayseri’de ki Türk boylarının ve Türkmenlerin ticarette öne geçmelerinin yolunu açan ilk kişi olduğunu, daha sonra Kırşehir ve Nevşehir bölgesine yerleştiğini, ilk Ahi teşkilatını kurduğunu ayrıca eşi Fatma Hanımın da Bacıyan-i Rum teşkilatını kurarak kadınları organize ettiğini söylediğim zaman bir tuhaf karşılanmıştım.
Gerek Ahi teşkilatları gerek Bacıyan-i Rum’un sadece bir ticaret organizasyonu değil bir askeri organizasyon olduğunu ve Bacıyan-i Rum’un Moğol işgalinde askeri alanda etkin bir görev aldığını ve savaşçı kadınlar eğittiğini anlattığımda sempozyumu izleyen kişilerin şaşkınlığını hala unutamam.
Çünkü onlar için Nasreddin Hoca halkı fıkraları ile güldüren bir halk adamı idi.
Ama bu günden sonra gerek Murat Bardakçı gerekse Prof. Dr. Mikail Bayram’ın çalışmaları ile Nasreddin Hoca ve Ahi Evren’in ayni kişi olduğunu okuyan kesimler öğrenmeye başladı.
Anadolu Selçukluları’nın en zor dönemi Moğol işgali ile Moğolların onayladığı ve atadığı valilerin Selçuklu Devletini dinlemediği bu dönemde Ahi Evran yani Nasreddin Hoca’nın Moğollara karşı direnişi ve ayni dönemde bir Moğol destekleyicisi olan Fars kökenli olup asla Türk kimliği taşımayan Mevlana ile savaşırken yanında Mevlana’nın oğlu Aladdin Çelebi’nin olması…
Her ikisinin Mevlana’ya ve Moğol zulmüne karşı beraberce savaştıkları halde Mevlana’nın talebesi ve müridi olan ve Mevlana tarafından gönderilen Moğol hizmetkarı Caca, Nureddin’in ordusu karşısında mağlubiyeti tadarken gerek Nasreddin Hoca mahlasıyla Ahi Evran, gerekse onunla birlikte savaşan Mevlana’nın oğlu Aladdin Çelebi şehit edilmiştir.
Ahi Evran’ın mezarı bilinmemektedir.
Uydurma Nasreddin Hoca mezarına da kimse inanmasın.
Mevlana, kendi oğlu Aladdin Çelebi’nin cenaze namazının kılınmasına bile izin vermemiş ve onu ‘Bari’ saymıştır.
Bu eylemi ile Mevlana bir Moğol destekleyicisi ve Türkmen düşmanı olduğunu oğlunun cenazesinde bile ispat etmiştir.
Nasreddin Hoca ve Ahi Evran’ın aynı kişi olduğu iki önemli kitap incelendiğinde açıkça görülür. Nasreddin Hoca’nın Latife-i Giyasiye, Ahi Evra’nın Letafeye Hikmet adli eserleri, Son senelerde bu konuda Prof. Dr. Mikail Bayram’ın ve Murat Bardakçı’nın araştırmaları, Nasreddin Hocanın Ahi Evran olduğu konusunda değerli çalışmalardır.
Biz Türkler çok enteresan algılamaları olan bir toplumuz. Yenilenin değil her zaman gücünü ispatlayanın yanında olmuş, onu alkışlamış ki bu zat bizimle ayni kökten gelmese bile, mağlup olanı unutmamış ama onu da farklı olarak yaşattığımız açıkça görülmekte.
Bunun en iyi örneği Fars Mevlana ve Türk oğlu Türk Nasreddin Hocaya dönüşen fıkralarla andığımız gerçek kimliğini silikleştirdiğimiz Ahi Evran Yazımı Nasreddin Hoca’dan (Ahi Evran) bir fıkra ile bitirmek isterim.
Bir gün biri Hocaya onun kaç yaşında olduğunu sorar; Hoca, 40 yaşında olduğunu söyler.
Ayni kişi ile senelere sonra tekrar Hoca karşılaşır ve Hocaya, “Maşallah Hocaya! Hala dinç görünüyorsun.
Kaç yaşındasın?” diye sorar.
Hoca kırk diye cevap verir.
Adam, “Hocam olmaz ama seneler önce bana kırk yaşındayım dedin Şimdi ise hala kırk yaşındayım diyorsun” deyince; hocanın cevabı hazırdır:
“ER ADAM VERDİĞİ SÖZDEN DÖNMEZ! der. Verdiği sözden dönmeyen toplum en iyi toplumdur…
H. Mirgül GRİFFE
TEREF
 
Ardını oxu...
Rusiyanın xalq artisti Oleq Menşikova xərçəng diaqnozu qoyulub.

Bu barədə cümə axşamı, fevralın 13-də “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hazırda sənətçi xüsusi terapiya keçir.

Dünyəvi müşahidəçilər son vaxtlar Menşikovun arıq və keçəl olmasına diqqət çəkiblər. Onlar sənətçinin ağır xəstə olduğunu güman edirdilər. Teleqram kanalı xəbər verir ki, Menşikov məclisə keçəlliyini gizlədən papaq və bol paltarda da çıxıb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti