Ardını oxu...
2025-ci il üçün “Beynəlxalq Booker” mükafatının uzun siyahısı elan edilib.

Yarpaq.Az-ın verdiyi xəbərə görə, hər il təqdim olunan bu mükafat dünya ədəbiyyatından ingilis dilinə tərcümə edilmiş əsərləri tanıdır. Qalib kitab 50 min funt-sterlinq məbləğində mükafat alacaq və bu məbləğ müəlliflə tərcüməçi(lər) arasında bərabər bölünəcək. Qısa siyahıya düşən kitabların hər biri isə 5 min funt-sterlinq mükafat qazanacaq.

Bu ilin münsiflər heyətinə yazıçı Maks Porter rəhbərlik edib. Heyətə həmçinin mükafatlı bir şair, fotoqraf, tanınmış tərcüməçilər və müğənni-bəstəkar Bet Orton daxil olub. Bu müxtəlif baxış bucaqlarına malik oxucular qrupu rekord sayda – 154 əlyazma arasından seçim edib.

Builki uzun siyahı ilə bağlı bir neçə maraqlı məqam var. Siyahıya daxil olan 13 kitabdan 11-i 250 səhifədən azdır. Siyahıda yer alan bütün müəlliflər ilk dəfə “Beynəlxalq Booker” mükafatına namizəd olurlar, üçü isə ilk kitabları ilə seçilib. Həmçinin, mükafat tarixində ilk dəfə Kannada və Rumın dillərindən tərcümə olunmuş kitablar uzun siyahıya daxil edilib.

Uzun siyahıya daxil olan kitablar:

“Bəbir dərisindən papaq”, Ann Serre, tərcüməçi: Mark Haçinson

“Bir qadının çılğınlığı”, Astrid Römer, tərcüməçi: Lusi Skott

“Ürək lampası”, Banu Mushtaq, tərcüməçi: Dipa Basthi

“Mükəmməllik”, Vinçenso Latroniko, tərcüməçi: Sofi Hyuz

“Avrozibil”, Kristian Kraxt, tərcüməçi: Daniel Bouls

“Böyük quşun gözü altında”, Hiromi Kavakami, tərcüməçi: Asa Yoneda

“Qozbellər”, Saou İçikava, tərcüməçi: Polli Barton

“Kiçik qayıq”, Vinsent Delakrua, tərcüməçi: Helen Stivenson

“Su anbarının qızları”, Dahlia de la Serda, tərcüməçilər: Culiya Sançes və Hether Kliri

“Solenoid”, Mirça Kartaresku, tərcüməçi: Şon Kotter

“Qapının arxasında bir canavar var”, Qael Belem, tərcüməçi: Karen Flitvud

“Həcmin hesablanması I”, Solvei Balle, tərcüməçi: Barbara C. Haveland

“Yoxa çıxma kitabı”, İbtisam Azem, tərcüməçi: Sinan Antun
Ardını oxu...
Bu 11 roman və iki hekayə toplusu müxtəlif mövzuları araşdırır: rəqəmsal köçərilərin uyğunlaşmaqda çətinlik çəkməsi, qaçqın həyatı və həddindən artıq həssas uşaqlar. Yazıçılar distopik gələcəklərdən, mürəkkəb ailə səyahətlərindən, seks və əlillik mövzularından, miqrasiyadan və dəlilik anlayışından bəhs edirlər. Siyahıda epik bir heptalogiya, canlı bir pikaresk və uzun müddət diqqətdən kənarda qalan qəribə bir klassik yer alır. Hər zamankı kimi, müstəqil nəşriyyatlar siyahıya üstünlük təşkil ediblər.

Münsiflər heyətinin sədri Maks Porter bəyanatında tərcümə ədəbiyyatının əhəmiyyətini vurğulayıb:

“Tərcümə olunmuş bədii ədəbiyyat nə elitar sahədir, nə də yalnız mütəxəssislər üçün nəzərdə tutulub; əksinə, bu, hər yerdən və hər kəs üçün olan müxtəlif hekayələr toplusudur. O, bizə bütün fərqlərimiz və oxşarlıqlarımızla bir-birimizi tanımaq və aramızdakı sərhədləri aşmaq üçün möhtəşəm bir imkan yaradır.”

Şübhəsiz ki, bu günlərdə belə bir vəzifə olduqca əhəmiyyətlidir.

Qısa siyahı 8 aprel tarixində elan ediləcək. O vaxta qədər uzun siyahıya daxil olan kitablardan parçaları oxuya bilərsiniz.
 
Ardını oxu...
“HUNLAR, Kumanlar, Oğuzlar, Avarlar, Peçenekler, Bulgarlar ve Slavlar” Balkanlara Osmanlıdan önce göç etmiş kavimlerdir. 1360’lardan sonra ise, Osmanlı yönetimindeki Türkler bu bölgeye yerleşmeye başlamışlardır. Derebeyleri tarafından sömürülen ve zulmedilen köylü ve şehirli halk nefes alabilmek ve insanca yaşayabilmek için Osmanlının gelmesini dört gözle beklemiştir. Mustafa Kahramanyol, “Türkiye’den Makedonya’ya Bakış”, der. (Murat Hatipoğlu, Dünden Bugüne Makedonya Sorunu, Balkanlar Araştırma Dizisi 6, Ankara, ASAM Yayınları, 2002, s.154–155.)
“BALKAN’lardaki Osmanlı fetihlerinin” niye bu kadar kolay olduğunu açıklamak güç değildir. Osmanlı istilası, bir yığın bağımsız kral, despot ve ufak beyin kendi yerel çekişmelerinin çözümü için dış yardım aramakta tereddüt göstermediği, politik bir parçalanma dönemine denk düşüyordu. Avrupa’nın ilk daimi ordusu yeniçeriler, Osmanlılara büyük bir üstünlük sağlıyordu ve doğrudan doğruya sultanın buyruğu altında idi. İlk dönem boyunca, Osmanlıların karşısına önemli bir devlet, ne Balkanlar’da ne de Anadolu’dan çıkmıştır. (Halil İnalcık, Osmanlı İmparatorluğu Klasik Çağ (1300–1600), Çev. Ruşen Sezer, İstanbul, Yapı Kredi Yayınları, 2002. s.17-18.)
MESELA, Prof. Dr. Erhan Afyoncu bir televizyon programında “Balkan Türkleri, Anadolu’dan gelmiş Türklerdir” diyerek, buradan da sadece “Konya Karaman” bölgesi ya da bugünkü Karaman topraklarına anlaşılmaması gerektiğinin altını çizmiştir. Çünkü Konya o dönemde sancak/eyalet olduğundan dolayı, büyük bir coğrafi alanı, Kayseri, Niğde ve Antalya’yı bile kapsıyordu. Balkanlara bugünkü Batı Anadolu’dan ve Marmara’dan çok Türk göç etmiştir. Diğer yandan, “Türkmen ve Yörük” aynı anlama geliyor ve “Türk” demektir. Batı’da yerleşen ya da göç edenlere “Yörük” denmiş, Asya’da kalanlara ise “Türkmen” söylenmiştir.
GÖÇ İKİ ŞEKİLDE OLMUŞTUR.
BİRİNCİSİ, göç etmek isteyenleri seçerek, sadece iyi aileleri toplu bir şekilde o verimli topraklara göç etmelerini sağlamak için onlara toprak vermişlerdir.
İKİNCİSİ, sorun çıkaran ya da çıkarabilecek aileleri ufak gruplara bölerek farklı farklı yerlere yerleştirmişlerdir. Balkanlara o dönemlerde ne kadar göç gerçekleştiğini öğrenebilmek için, ancak 1431 yılına ait en eski Vergi defterini inceleyip anlayabiliriz. Bunun daha öncesi ise imkânsız! Zira ilk 1431 yılı Vergi defterinde bile sadece vergi veren şahsın ismini bulabiliriz, tüm sülalenin değil!
KARAMANOĞULLARI KARAMANİKASI
İÇİNDEKİLER
- Anadolu’da Kurulan Birinci Dönem Türk Beylikleri
- Anadolu’da Kurulan İkinci Dönem Türk Beylikleri
- Balkanlarda Yaşayan Türkler
- Balkanlara Türklerin Tarihsel Gelişi
- Balkan Türkleri Kimlerdir
- Yeryüzünden Silinen Bir Halk
- Silleliler de Karamanlı Soyundan
- Tarih İçinde Sille
- İoannis Kalfoğlu'nun Küçük Asya Kıtasının Tarihi
- Karamanikaların Kayıp Halkası
- Sürgündeki Ortodoks Türkler
- Rum Ortodokslar İçinde Farklı Bir Topluluk Karamanlılar
- Karamanlıca Yazı Özelliği
- Karamanlıların Mübadelesi
- Hay-Ho(U)Ro(U)Mlar Kimdir?
- Helenleşmiş Ermeniler mi?
- Birinci Dünya Savaşında Hay-Horomlar
- Karamanika Türk mü Rum mu?
- Papa Eftim’in Cemaatsiz Kilisesi
- Karamanikaların Niğde’si
- Karamanika Sözlüğü
- İlk Türkçe Roman Ve Karamanlılar
- Anadolu ve Rum Göçmenleri Kökenleri
Sevda Amanova
TEREF
Ardını oxu...
 
 
 
Ardını oxu...
Fransada tanınmış aktyor Jerar Depardyeyə qarşı cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.

76 yaşlı Depardyenin vergi fırıldaqçılığı ilə bağlı təhqiqat obyekti olduğu bildirilir.

2024-cü ildə Paris prokurorluğu cinsi təcavüzdə günahlandırılan sənətçi haqqında istintaqa başlayıb. Fransanın 50 mədəniyyət xadimi Depardyenin müdafiəsi üçün çıxış edib. Bu iş üzrə məhkəmə 2025-ci ilin martına təyin edilib.

Hakimlər səhhəti ilə əlaqədar 2024-cü ilin oktyabrında keçirilən məhkəmə iclasında iştirak etməyən aktyorun "tibbi müayinəsi"ni də təyin ediblər.

Qeyd edək ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edib.
 
Ardını oxu...
“Sputnik”, “Amerikanın Səsi”, “BBC News Azərbaycanca”nın ölkəmizdə geniş heyətlə nümayəndəlik kimi fəaliyyət göstərməsi onların özlərinə bəlli olan səbəblərdən özlərinə lazımdır.

Bunu TNS-ə siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycan müstəqil dövlətdir, media sahəsində də müstəqil siyasət aparır: “Adıkeçən qurumlar Azərbaycan daxilində fəaliyyət göstərən dövrdə də istisnasız olaraq anti-Azərbaycan fəaliyyətlə məşğul olub. Biz onlara qucağımızı açmışıq, evimizin isti guşəsində yer vermişik, bəsləmişik, əzizləmişik. Amma onlar anti-Azərbaycan fəaliyyətlərindən imtina etməyiblər.

Təbiidir ki, zamanın şərtlərinə uyğun olaraq olaraq, bəlli bir dövrdə Azərbaycan buna dözməli idi, dözüb. Ancaq indi dünya dəyişib, o cümlədən Azərbaycan. Azərbaycan dövləti artıq media sahəsində də müəyyən məsələlərə çəki-düzən vermək məcburiyyətindədir. Burada siyasi don geyindiriləcək heç bir şey yoxdur. Biz Böyük Britaniyanı, Rusiyanı, başqa dövlətləri qarşımıza alıb müharibə etməyə hazırlaşmırıq. Sadəcə, dövlətimiz özünə hörmət edən dövlət olaraq onlarla bu cür münasibət qurmağı uyğun görür. Bizə heç bir beynəlxalq qurum nəyisə diqtə edə, irad tuta bilməz”.

Azər Həsrət əlavə edib ki, balaca bir ölkədə xarici dövlətlərin bu qədər böyük heyətlə media nümayəndəliyi saxlamasına gərək yoxdur: “Onlar düşünə bilər ki, özlərinin ehtiyacı var. Amma bizim ehtiyaclarımız onların ehtiyacları ilə həmişə üst-üstə düşməyə bilər. Məsələyə siyasi rəng verməyə də gərək yoxdur. Sadəcə, Azərbaycan dövləti, xüsusilə də özünün daxili təhlükəsizliyi məqsədilə bu cür media məsələlərinə çəki-düzən verməli idi və verir”.
 
Ardını oxu...
Təbrizdə Beynəlxalq Ana Dili Günündə uşaqlar, gənclər “Bu qala daşlı qala” mahnısını ifa ediblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Video maraqla qarşılanıb və müzakirələrə yol açıb. Belə ki, təbrizlilərin görüntülərindən sonra “Bu qala daşlı qala” mahnısının musiqisi və ifası barədə mübahisələr yaranıb.

Həmin mahnını ilk dəfə kim ifa edib?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyevin sözlərinə görə, Xalq artisti Niyaməddin Musayev bu ifanı ilk dəfə onun etdiyini desə də, digər sənətkarlar Əbülfət Əliyev tərəfindən ifa edildiyini iddia edirlər.

Tarixçi bununla bağlı maraqlı açıqlama verib:

“Müraciət etdiyim mənbələrdə ilk ifanın 1969-cu ildə “Lalə” qızlar ansamblına Sevil Muradova adlı ahıska türkü tərəfindən ifa edildiyi qeyd edilir. Burada bir məsələ var ki, Niyaməddin Musayev, Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev və digər müğənnilər bu mahnını o dövrdə əsasən toylarda ifa edirdilər. El dili ilə desək, onlar toy müğənniləri idilər. 1980-ci illərdə artıq bu sahədə müəyyən güzəştlər olduğu üçün həmin şəxslər efirlərə çıxdılar. Bəzən bu mahnıların efirdə ilk dəfə kimin səsləndirməsi müzakirə edilir. Niyaməddin Musayev bu mahnını toyda ifa etdiyini deyir, amma real olaraq heç bir video və ya foto fakt bunu təsdiq etmir. Ən azından onu not variantını göstərə bilər. Ortada fakt olmadığından məsələ mübahisəli qalır”.

Zaur Əliyevin sözlərinə görə, “Bayatı-Şiraz” ladında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur:

“Mahnı çox geniş yayılıb. Hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər. Qeyd edək ki, həmin mahnını Ahmed Kaya da ifa edib. O da bəzi həmkarları kimi mahnını “anonim” kimi qeyd etmişdi. Türkiyənin “Mən bu cahana sığmazam” serialında Azərbaycanın “Tut ağacı boyunca” və “Bu qala daşlı qala” xalq mahnıları səslənib. Mahnının müəllifi barədə bəziləri onu xalq mahnısı kimi qələmə versə də, qeydlərə görə Şuşa şəhərinə həsr edilib. Şuşanın bir başqa adı da Qaladır. Qalaya (Şuşaya) qalxan yollar isə qədim zamanlarda daşlı, çınqıllı olub”.
Ardını oxu...

"Rossiya Segodnya"nın ("Sputnik Azərbaycan") Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Bu barədə Dövlət Vergi Xidmətinin reyestrinin məlumatlarına istinadən xəbər verir.


"BBC"nin Azərbaycandakı nümayəndəliyi bağlanıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.


Ardını oxu...
  

Mərhum xanəndəmiz Qədir Rüstəmovun xanımı Fatma Rüstəmova Musavat.com-un müsahibi olub.

Söhbət zamanı o, yoldaşı ilə bağlı maraqlı xatirələri dilə gətirib.

Onlardan birini müsahibədən kənar təqdim edirik:

“Yazıçı Anar “Uzun ömrün akkordları” filmini çəkirdi. Qədir həmin filmdə Cabbar Qaryağdı obrazında idi. Onun fiziki görnüşü və səs tonu Cabbar Qaryağdıya bənzəyirdi. Buna görə də də Anar Qədirin həmin obrazı canlandırmasını israrla istəyirdi. Yoldaşım isə kaprizli adam idi, filmdə çəkilməyə o qədər də marağı yox idi. Çəkiliş üçün onu evdə tapa bilmirdilər. Çəkiləndə isə qirim etməyə icazə vermirdi, deyirdi, belə şeylərdən xoşu gəlmir.

Ardını oxu...

Anar çətinliklə onu filmə çəkdi. Jurnalistlər sonradan bununla bağlı yazıçıya sual veriblər. Deyiblər, necə oldu ki, Qədir müəllimi tuta bildiniz, axı o razılıq vermirdi. Yazıçı Anarın cavabı belə olub: ”Baxır ovçusuna”.

Bu, Qədirin xətrinə dəymişdi, deyirdi, “bəyəm mən ovam”. Tez inciyən adam idi.

Ardını oxu...

Kaman ifaçısı Habil Əliyevlə birgə toylara gedirdilər. Yaxşı münasibətləri var idi. Bir dəfə Habil müəllim müsahibəsində deyib ki, “Alim Qasımovla Qədir at kimi kişnəyirlər”. Bu da yoldaşımın xətrinə dəymişdi. O da Habilə cavabında :” Sən də qoca vaxtında cücələrim mahnısını çalırsan”,-deyə cavab vermişdi. Aralarında zaraftlı atmacalar olurdu, amma bir-birlərini sevirdilər”.

 

Şahanə Rəhimli
Musavat.com

 
 
 
Ardını oxu...
Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.

Bizim.Media xəbər verir ki, S. Şərifov oğluna toy edib. Bakıda dəbdəbəli restoranların birində baş tutan məclisdə bir çox ulduz səhnə alıb.

Gecədə özəl çıxış üçün Rusiyada yaşayan ukraynalı müğənnii Ani Lorak Bakıya dəvət olunub.

Mərasimdən görüntülər sosial şəbəkələrdə yayılıb.
 

Dünyapress TV

Xəbər lenti