Ardını oxu...
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Ulu öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olub.

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. H.Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan ümummilli liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Prezidentin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.
 
Ardını oxu...
Mersin'deki Soli Pompeiopolis Antik Kenti'nde yapılan kazılarda 1700 yıllık Romalı erkek büstü ortaya çıktı. Şehrin adı, bir zamanlar Roma'nın daimi diktatörü Julius Caesar'ın yoldaşları olan Pompeius Magnus ve Marcus Crassus'tan gelmektedir.
Antik kentin sütunlu caddesinden çıkarılan bu mermer büst, kıvırcık ve kürk sakallı bir adamı tasvir ediyor.
M. S 2. Yüzyıllara kadar Romalı erkek heykelleri çoğu zaman Yunan atletleri gibi idealize edilmiş traşlı şekillerde tasvir ediliyordu.
Ancak Antoninler döneminin imparatoru Hadrianus ilk olarak sakallı olarak tanımlanıyordu. Hadrianus bütün portrelerinde sakallı olarak görülür. Onu takip eden imparatorların birçoğu sakallı olarak tasvir edilmeye devam etti. Sanata ve mimariye büyük katkıları olan Hadrianus, heykel sanatına da katkıda bulunmuştur.
Servet Yıldız-adige
TEREF
 

Ardını oxu...
“İşim-gücü şeir yazmaqdır. İlham pərisi gələndə yazıram, gəlməyəndə otururam evdə, oluram adi vətəndaş. Mən şeir yazanda şair oluram (gülür). İlham pərisi iştah kimi bir şeydir, bilmirsən nə vaxt gəlir? Gecə gəlir, gündüz gəlir.. Kefi istəyəndə gəlir. Şeir yazmayanda kitab oxuyuram, nəvələrlə gün keçirirəm, dostlarımla görüşürəm. Dost elə bir məvhumdur ki.. İllərlə onlarla görüşməsən də bilirsən ki, sən onlarla dostsan. Mənim dostluqda və düşmənçilikdə problemim yoxdur”

Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib. O daha sonra əlavə edib.
“Hər verilişə getmirəm. Tok-şoulardan xoşum gəlmir. Çünki orada gedib təlxəklik etməlisən. Bu mənlik deyil. Efirlər bərbad vəziyyətdədir. Ciddi 1-2 kanal var. Efirləri döndəriblər hərəmxanaya.. Adam getmək istəmir. Bütün telekanalların sanki vəzifəsi Azərbaycan ziyalısının və vətəndaşının səviyyəsini aşağı endirməkdir. Onlar mədəniyyəti yaymağın yerinə, mədəniyyətsizliyi yayırlar. Bu çox təəssüf doğuran bir məsələdir. Mənə elə gəlir ki, tək Vahid Əziz yox, Azərbaycanın bütün ziyalıları bunu deməlidir. Mən də deyirəm, Baba Vəziroğlu da deyir, Ramiz Rövşən də deyir, Anar müəllim də deyir.. Amma televiziya rəhbərləri neynir? Sağ qulaqdan alır, sol qulaqdan buraxırlar. Başa düşə bilmirəm. Bununla kimsə məşğul olmalıdır görək bunlar niyə belə edirlər?! Bir idealogiya olmalıdır. Azərbaycanın beynəlxalq, xarici siyasəti nə qədər güclüdürsə, daxili idealogiyası da o qədər zəifdir. Bu televiziyalarla, verilişlərin səviyyəsi ilə hansı idealogiyanı hazırlamaq olar?! Efirdə qız oturur, cüvəllağının biri gətirib sinəsinə pul tökür, o da dinqildəyir. Belə şey olar?! Mənim heç kəsin əxlaqı ilə işim yoxdur. Müğənniyə gətirib maşın bağışlayırlar. Adamdan soruşarlar ki, bunu hansı pulla almısan?! Heç eşitmisinizmi bir oliqarx, iş adamı şairin, yazıçının kitabının çapına kömək etsin?! Əlbəttə ki, etməz. Belə olan halda mən hansı kanala gedim? Hansı efirə çıxım? Hansı əxlaqdan gedib danışım?! Əgər çıxış etdiyim verilişi bağlayırlarsa hansı mədəniyyətdən danışım? Deyirlər ki, Vahid müəllim, sizin sözlərinizə ehtiyacımız var. Xalqın bizim sözümüzə ehtiyacı var, amma kanal rəhbərlərinin bizlərə ehtiyacı yoxdur. Mən başa düşə bilmirəm ki, bu telekanallara çıxan müğənni və aparıcılar erməni keşişinin tələbələridir?! Azərbaycanda görünür saqqal vergisi qoymaq lazımdır. Birinci Pyotr saqqal vergisi qoymuşdu. Bu nədir belə?! Hamı saqqallı efirə çıxır! Kimə yas saxlayırlar?! Başa düşə bilmirəm. Aparıcı da saqqal buraxar? Nazir də saqqal saxlayar?! Vahid Əziz deyir, sonra da olur pis adam” deyə xalq şairi deyib
Ardını oxu...
Əlində kamera təpədən üzü aşağı al qan içində yüyürə-yüyürə bizimkilərə tərəf gəldi.
Ay blin! Ədil noldu?
- Ay, Allah!
Harana dəydi?
- Boğazıma! Boğazıma dəydi!
Nəfəsin gəlir?
- hə!
Daha gəlmir. Ədil Arifoğlu bu səhər ürəktutmasından 56 yaşında öldü.
Qoluna dəyib?
Yox, boğazıma. Boğazıma dəyib!
- Bu dialoq isə uzun illərdir yaddaşımdadır. Peşə nostalgiyamın siyahısında Ədilin də adı var.
Yazın əvvəlində oturmuşduq. Elə bərkdən danışırdı, dedim bu dəqiqə o güllə sıyıran yerdən yenə qan fışqıracaq. Müharibədən danışırdı axı.
Maraqlı insan idi, Ədil müəllim. 1-ci Qarabağ müharibəsinə dair kameraarxası çox söhbətləri özü ilə apardı. Elə o döyüşlərdən bu yana ömür boyu hamıya qəhvəyi "mutnu" eynəyindən baxdı.
Tez! Tez maşın çağırın!
Ədil: uşağın biri qaldı orada e, qaldı orada! Azər qaldı orada!
İndi o dialoqa bir daha baxdım.
Ədil Arifoğlunun səsi də, nəfəsi də ancaq videoarxivlərində qaldı.
Bilmirəm necə öldü?!
Amma məncə Ədil şəhadət barmağını həmin güllə yarasının yerinə qoyub öldü. Ki, bozumtul həqiqətlər fışqırmasın! Dost var, düşmən var!
Eynəyini də bircə öləndə çıxarıb bəlkə...
Məktəb illərindən elə dəqiqliklə danışırdı. Sanardın ki, dünənki hadisəni danışır. Eyni ilə də müharibədən. Familiyalarına qədər ...
Çoxdan tanıyıram Ədil müəllimi. AzTv-də anamla eyni şöbədə işləyirdilər. Onda layk meymunluğu yox idi. Jurnalistlər, operatorlar, rejissorlar qaynar nöqtələrə gedib "hoqqa" verirdilər.
Görmədiyimiz kadrların yarısını Mirşahinə vermişdi. Realda yayımlanmışdı.
Dedi hələ başqa temalar da var. Amma hamısını yaymaq olmaz da!
Sevinirdi Ədil müəllim. Sevinirdi ki, torpaqlarımız geri qayıtdı, həmin yerlərə bir də qalib kimi gedəcək.
Ruhun şad olsun, Nəsirov Ədil Arifoğlu!
Hansı rayondan?
İmişlidənəm, Bakıda yaşayıram.
Ədil, döz bir az!
Ala bax! Güllövi gördün?
Yox. Baxammıram!
Ədil müəllim təzəlikcə təyinat da almışdı.
Allah rəhmət eləsin!
Güllə sıyırmamışdı.
Dəymişdi. Və o gəzirdi. Özündə idi.
7.62 özü idi.
Orxan Mammadli
TEREF
 
Ardını oxu...
2000-ci ildə bir İsveçrə fondu Dünyanın Yeddi Möcüzəsi siyahısını yenidən tərtib etmək üçün kampaniya başlatmışdı. Orijinal Yeddi Möcüzə siyahısının eramızdan əvvəl ikinci əsrdə tərtib edildiyi və siyahıdakı yalnız bir abidənin günümüzdə hələ də mövcud olduğunu (Giza Piramidaları) nəzərə alsaq, yeniləmə vaxtı artıq çoxdan çatmışdı.

Dünyanın dörd bir yanından olan insanlar da internetdə qısa mətn mesajları yolu ilə səs haqlarını istifadə edərək, eyni fikirdə olduqlarını bildirdilər. 2007-ci ildə elan edilən yekun nəticələr isə həm müsbət, həm də mənfi rəylər aldı – belə ki, Afina Akropolu kimi bir sıra tanınmış yerlər siyahıya daxil edilməmişdi.

Dünyanın Yeni Yeddi Möcüzəsi

Böyük Çin Səddi

Dünyanın ən böyük tikinti layihələrindən biri olan Böyük Çin Səddinin uzunluğunun təxminən 5500 mil (8850 km) olduğu güman edilir, mübahisəli bir Çin araşdırması isə bu ölçünün 13,170 mil (21,200 km) olduğunu iddia edir. Səddin tikintisi eramızdan əvvəl yeddinci əsrdə başlayaraq, iki minillik davam edib. Bu tikinti “Sədd” adlandırılsa da, strukturu uzun məsafələrdə yerləşən iki paralel divara malikdir. Bundan əlavə, səddin üzərində gözətçi qüllələri və kazarmalar da yer alıb. Sədd iişğalların və basqınların qarşısını almaq üçün tikilmiş olsa da, faktiki olaraq təhlükəsizliyi tam təmin edə bilməyib. Alimlər bu tikilinin daha çox “siyasi təbliğat” rolunu daşıdığını qeyd ediblər.

Çiçen – İtsa

Çiçen – İtsa Meksikanın Yukatan yarımadasında yerləşən eramızın doqquzuncu və onuncu əsrlərində inkişaf edən bir Maya şəhəri idi. Tolteklərin güclü təsiri altında olan Mayya qəbiləsi İtsa dövründə bir sıra mühüm abidələr və məbədlər inşa etmişdi. Ən təqdirəlayiq olan isə Əsas Meydanın 79 fut (24 metr) üzərində yüksələn pilləli El Castillo (Qala) piramidasıdır.
Mayyaların astronomik biliklərinin sübutu olan bu tikili, günəş ilindəki günlərin sayına bərabər olaraq 365 pillədən ibarətdir. Yaz və payızda gecə – gündüz bərabərliyində batan günəş piramidaya kölgələr salır. Bu kölgələr təməlində daşdan ilan başı olan şimal pilləkənlərinə aşağı sürünən bir ilan görüntüsü verir. Çiçen – İtsa, Amerika qitəsindəki ən böyük meydançaya sahib idi. Bu ərazidə sakinlər Kolumbdan əvvəlki Mesoamerikada məşhur olan və ritual hesab edilən top oyununu oynayırdılar.

Petra

Qədim Petra şəhəri İordaniyada qranit dağları və qayalıqları arasında ucqar bir vadidə yerləşib. Buranın Musa peyğəmbərin əsa ilə daşa vurduğu və suyun axdığı yerlərdən biri olduğu güman edilir. Sonralar ərəb tayfası olan Nəbatilər buranı paytaxt etdilər və bu müddət ərzində Petra xüsusən ədviyyatları ilə mühüm ticarət mərkəzinə çevrilərək inkişaf etdi. Tanınmış naxış ustaları olan Nəbatilər günəşin dəyişməsi ilə rəngini dəyişən qranit içərisini oyaraq yaşayış məskənləri, məbədlər və türbələr yaratmışdılar.
Bundan əlavə, onlar bağ və əkinçilik üçün əlverişli olan su sistemi də qurmuşdular. Bildirilir ki, Petranın ən inkişaf edən vaxtında 30 min əhalisi var idi. Ancaq , ticarət yolları dəyişdikcə , şəhər də tənəzzülə uğramağa başladı. Eramızın 363-cü ilində baş verən böyük zəlzələ çox çətinliklərə səbəb oldu və 551-ci ildə baş verən növbəti təkandan sonra Petra artıq tədricən tərk edildi. 1912-ci ildə yenidən kəşf edilsə də, 20-ci əsrin sonlarına qədər arxeoloqlar tərəfindən diqqətdən kənarda qaldı. Günümüzdə şəhərlə bağlı bir çox suallar hələ də cavabsız qalmaqdadır.

Maçu Pikçu

Perunun Cuzco kəndi yaxınlığındakı bu İnka ərazisi 1911-ci ildə Hiram Bingham tərəfindən “kəşf edilib”. O, buranın İspan hökmranlığına qarşı 16-cı əsrdə üsyan zamanı istifadə edilən gizli İnk qalası Vilcabamba olduğuna inanırdı. Bu iddia sonradan təkzib edilsə də, Maçu Pikçunun yaradılma məqsədini alimlər tam müəyyən edə bilməyiblər. Bingham buranın, monastırlarda yaşayaraq “Günəşin bakirələri ” (yaxud Günəşin toxunulmazları) adlandırılan qadınların evi olduğuna inanırdı. Bəzi insanlar buranın bir ziyarət yeri olduğunu düşünür, bəziləri isə kralın sığınacağı olduğuna inanır. Məlum olan odur ki, Maçu Pikçu Kolumbdan öncəki dövrə aid dağılmamış halda tapılan bir neçə qalıntıdan biridir. And dağlarının yüksək zirvələrində izolasiya olunmasına baxmayaraq, burada kənd təsərrüfatına aid sahələr, binalar, yaşayış sahələri və məbədlər yerləşib.

Xilaskar Məsih

Xilaskar Məsih, Rio-de-Janeyroda Korkovado dağının zirvəsində dayanan İsanın nəhəng heykəl tikilisidir . Onun mənşəyi I Dünya Müharibəsindən sonraya, bəzi braziliyalıların “tanrısızlıq axınından” qorxduqları vaxta təsadüf edir. Sonda Heitor da Silva Costa, Carlos Oswald və Paul Landowski tərəfindən dizayn edilən bir heykəl infa edilib. Heykəlin tikintisinə 1926-cı ildə başlanıb və beş il sonra tamamlanıb. Abidənin təqribən 26 fut (8 metr) hündürlüyündə olan bazası nəzərə alınmadan hündürlüyü 98 fut (30 metr) və uzanan qolları 92 fut (28 metr) təşkil edir. Bu, dünyanın ən böyük “Art Deco” heykəlidir. Xilaskar Məsih dəmir-betondan hazırlanmışdır və təxminən altı milyon plitə ilə örtülmüşdür. Bir qədər narahatedici olsa da, bu heykəl tez-tez ildırım vurmasına məruz qalıb və nəticədə 2014-cü ildə fırtına zamanı İsanın sağ baş barmağının ucu zərər görüb.

Kolizey

Romadakı Kolizey birinci əsrdə imperator Vespasianın əmri ilə tikilmişdi. Mühəndislik nümunəsi olan bu amfiteatr 620×513 fut (189×156 metr) ölçülərindədir və mürəkkəb bir sistemə malikdir. Müxtəlif tədbirlər üçün nəzərdə tutulan meydan 50 min tamaşaçı üçün uyğun idi. Ən diqqət çəkən tamaşanın qladiator döyüşləri olmasına baxmayaraq, burada heyvan döyüşləri də baş tutub. Bundan əlavə, saxta dəniz döyüşlərinin təsviri üçün bəzən Kolizey su ilə də əhatə edilib. Bununla belə, xristianların orada şirlərin önünə atılaraq öldürüldüyü inancı müzakirə mövzusu olaraq qalıb. Bəzi təxminlərə görə, Kolizeydə 500 minə yaxın insan həlak olub. Həmçinin, orada o qədər çox heyvan saxlanaraq öldürülüb ki, nəticədə bəzi heyvan növlərinin nəsli kəsilib.

Tac Mahal

Hindistanın Aqra şəhərindəki bu məqbərə kompleksi Moğol memarlığının gözəl nümunəsi olaraq dünyanın ən ikonik abidələrindən biri kimi qəbul edilir. O, 1631-ci ildə İmperator Şah Cahan tərəfindən (1628-1658-ci illərdə hökmranlıq etmişdir) 14-cü övladını dünyaya gətirən zaman vəfat edən arvadı Mumtaz Mahalın (“Saraydan seçilmiş biri”) şərəfinə tikilmişdir. İçində yansımalı hovuzu olan böyük bir bağı özündə birləşdirən kompleksin tikintində təxminən 20 min işçi çalışıb və binanın inşası 22 il çəkib. Məqbərə həndəsi formada və çiçək naxışları ilə bəzədilmiş yarı qiymətli daşları əks etdirən ağ mərmərdən hazırlanmışdır. Onun əzəmətli mərkəzi günbəzi dörd kiçik günbəzlə də əhatə olunmuşdur. Bəzi məlumatlara görə, Şah Cahan öz məqbərəsinin qara mərmərdən olmasını arzulayırdı. Ancaq bu işə başlamazdan əvvəl oğullarından biri tərəfindən taxtdan endirildi.
 
Ardını oxu...
Azərbaycanlı rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı filmi 30-cu “Sarayevo” Film Festivalının əsas proqramında nümayiş olunacaq.

Bu il avqustun 9-dan 23-dək keçiriləcək festivalda “Heart of Sarayevo” mükafatları uğrunda ümumilikdə 54 film yarışacaq.

Üç film isə müsabiqədən kənar nümayiş etdiriləcək.

Festivalın bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə dörd müsabiqə bölməsində 19 dünya, 9 beynəlxalq, 3 Avropa, 21 regional və 3 milli premyera nəzərdə tutulub.

Qaliblər üçün pul mükafatı nəzərdə tutulub.

“Ən yaxşı sənədli film” qalibinə 4000, “Ən yaxşı qısametrajlı sənədli film”in qalibinə 2000, “İnsan hüquqları haqqı”nda film çəkən 3000, “Jürinin xüsusi mükafatı”na layiq görülənə isə 2500 avro veriləcək.

Sarayevo Film Festivalı 1995-ci ildən keçirilir. İlk festival Bosniya və Herseqovinada müharibə gedən dövr, Sarayevonun mühasirəyə alındığı bir vaxtda keçirilib. O vaxtdan hər il avqust ayında keçirilir. Cənub-Şərqi Avropa bölgəsinin ən öndə gedən festivallarından olan Sarayevo Film Festivalını hər il 100 mindən artıq insan izləyir.

2004-cü ildən bəri festival “Heart of Sarajevo” adı altında ən yaxşı film, ən yaxşı qısametrajlı film, ən yaxşı sənədli film, ən yaxşı aktrisa və ən yaxşı aktyor mükafatı verir.

Azər Quliyevin “Sanki yoxsan” filmi 2024-cü ilin mayında keçirilən 77-ci Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinin proqramına da salınmışdı.

Dia-az.İnfo
 
Ardını oxu...
Selin Dion və Ledi Qaqa iyulun 26-da Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış edə bilərlər.

Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, əgər Selin Dion mərasimdə çıxış etsə, bu, onun 2022-ci ildən bəri səhnəyə ilk çıxışı olacaq.

Lakin Oyunların rəsmi açılış proqramı dərc olunmayıb. Fransa Prezidenti Emmanuel Makron heç bir detal açıqlamayıb. Onun sözlərinə görə, izləyiciləri "böyük sürpriz" gözləyir.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
 
Ardını oxu...
Bakıda "Dream Fest" Beynəlxalq Musiqi Festivalının ikinci günü keçirilib.

Oxu.Az xəbər verir ki, "Sea Breeze" istirahət mərkəzində təşkil olunan Beynəlxalq Musiqi Festivalına Türkiyə, Avropa, Kanada, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya və Amerikadan çoxlu sayda qonaq gəlib.

Qeyd edək ki, altı gün ərzində "Sea Breeze" istirahət mərkəzində bir neçə nəslin populyar musiqiləri səslənəcək.

 
Ardını oxu...
“Miniatür kitab muzeyinə xarici vətəndaşlar çox gəlir. Xüsusilə xaricdən uçurlar ki, gəlib muzeyimizlə tanış olsunlar. Muzeyimizə giriş pulsuzdur. Amma bizim yerli ziyarətçilərin sayı xaricilərin sayı ilə müqayisədə çox azdır. Bizimkiləri muzey maraqlandırmır. Onları bazar, restoran maraqlandırır. Biz muzeyin jurnalında qeydiyyat aparırıq statistika ilə bağlı. Gəlib yerində əyani şəkildə tanış ola bilərsiniz”

Bunu Moderator.az-a açıqlamasında Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova deyib. O daha sonra əlavə edib.

“Yeni-yeni miniatür kitablar çapdan çıxıb. Nüsxələrin sayı azdır. Heç bir qurumdan maddi dəstək almıram. Bütün bunlar xərcdir. Hamısını öz vəsaitim hesabına edirəm. Heç kimə müraciət etmirəm. Mən kitablarla yaşayıram, nəfəs alıram. Arzularım kitablarla bağlıdır. Ulu öndər Heydər Əliyevin sayəsində bu muzeyi yaratmışam. Heydər Əliyevin tapşırığı olmasaydı orada, İçərişəhərdə mənə yer verərdilər? Əlbəttə ki, verməzdilər. Özümüz tikmişik, özümüz də saxlayırıq. Cəmi 1 işçimiz var” deyə o bildirib.

Zərifə Salahova bildirib ki, 2914 miniatür kitabı Ginesin Rekordlar kitabına düşüb.

“Mənim bu rekordumu heç kim keçə bilməz. Bu Azərbaycan adına böyük bir uğurdur. Muzeydə bu rekordun sertifikatı da asılıb. Başqa ölkənin xanımı bu kitaba düşsəydi hamı danışardı, amma bəlkə də bir çoxlarının xəbəri yoxdur ki, mən bu uğura imza atmışam. Bütün dünya ölkələrinin nümayəndələri muzeylə maraqlanır. Bu mənə bəs edir. Yazıçılardan ancaq Natiq Rəsulzadə gəlir. Başqa yazıçıları görməmişəm. Gəlmirlərsə özləri bilərlər” deyə o bildirib.
Ardını oxu...
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Texniki İstehsalat Birliyinin direktoru Elnur Əlizadə işindən ayrılıb.

TEREF Referans.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı AzTV- nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov təsdiqləyib. O bildirib ki, Elnur Əlizadə öz istəyi ilə işdən kənarlaşıb, ehtimal ki, ayrı istiqamətdə bacarıqlarını göstərmək istəyir.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti