Ardını oxu...
 

Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib. 

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı sosial şəbəkədə 26 il əvvəl Azərbaycan Televiziyasındakı çıxışı zamanı lentə alınan görüntülərini paylaşıb.

O, videoya "AzTV - 1998-ci il. Kökəlmişəm, elə bilirlər ki, üz-gözümü şişirtmişəm. Mən elə yaranandan gözələm, belə də davam edirəm" sözlərini yazıb.

 
 
 
Ardını oxu...
“Yaşlı insanlar üçün ən sağlam şirniyyat halvadır”

Bunu diyetoloq Yelena Solomatina deyib. Halvanın tərkibində mədə-bağırsaq traktının düzgün işləməsi üçün zəruri olan lif var.

“Halvanın bir neçə növü var ki, onların hər biri faydalı maddələrlə zəngindir. Məsələn, günəbaxan halvasının tərkibində E vitamini var ki, bu da ürək və damar xəstəliklərinin inkişaf riskini azaldır, həmçinin qocalma prosesini ləngidir.

Fıstıq halvası sümüklərin, dərinin, dişlərin, vətərlərin və qığırdaqların sağlamlığı üçün zəruri olan rekord miqdarda silisium ehtiva edir. Kətan halvası xolesterol səviyyəsini sabitləşdirən və iltihablı proseslərin qarşısını alan çoxlu miqdarda omeqa-3 yağ turşularını ehtiva edir.

Küncüt halvasında kalsium, badam halvasında isə çoxlu maqnezium var ki, bu da qan təzyiqini sakitləşdirir və aşağı salır.

Əks göstərişlərə gəlincə, halva şəkərli diabet xəstələri, piylənmə və insulin müqaviməti olan insanlar tərəfindən istehlak edilməməlidir”.
Ardını oxu...
Avqust ayı meyvə və tərəvəzlər baxımından çox zəngin bir aydır. Bu ayda təzə, yerli məhsullar bol miqdarda tapılır. Foodinfo.az xəbər verir ki, avqustda yetişən meyvələr arasında qarpız, yemiş, üzüm, şaftalı, ərik və gavalı xüsusi yer tutur. Bu meyvələr həm vitamin və həm də mineral baxımından zəngindir. Qarpız və yemiş susuzluğu yatırır, üzüm və şaftalı isə enerji verir.Tərəvəzlər arasında pomidor, xiyar, bibər, badımcan, balqabaq və yaşıl lobya geniş yayılmışdır. Pomidor likopen, xiyar su və lif, bibər isə C vitamini ilə zəngindir. Badımcan və balqabaq antioksidantlar baxımından zəngindir və həzm sisteminə faydalıdır. Yaşıl lobya isə dəmir və fol turşusu tərkibi ilə diqqət çəkir.Avqust ayında bu təzə məhsullardan faydalanaraq sağlam və balanslı qidalanma mümkündür. Sezonun bu məhsulları ilə hazırlanan yeməklər həm dadlı, həm də qidalandırıcı olur.
 
 
 
Ardını oxu...
  

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir.

Musavat.com Apa-ya istinadən bildirir ki, bu barədə aktyorun qızı məlumat verib. Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir.

“Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, – qızı əlavə edib.

Ardını oxu...

 
 
 
Ardını oxu...
Xalq artisti Nəzakət Teymurova "Söhbət var" verilişinin qonağı olub.


Axşam.az xəbər verir ki, xanəndə xarici Özbəkistanda təşkil olunan müsabiqələrdən birində erməni münsiflərin onların birinci olmasına mane olduğunu açıqlayıb:

"Özbəkistanda münsiflər heyyətinin fəxri qonağı ermənilər idi. Xarici ölkəyə gedəndə birinci bayrağımız gəlir. Qısqanclıqdan ermənilər orada bizə səs verilməsinə mane oldular. Mənə mükafatı UNESCO verdi. Halbuki bizə qran-pri veriləcəkdi. Pis oldum orada. Amma UNESCO gördü ki, Azərbaycana yer verilmədi, özləri bizə onların "Ən gözəl səs"i adını verdilər. 1992-1993-cü illərdən qaçqın olmuşuq. Orada da ermənilərin gəlib öz təsirlərini göstərməsi mənə toxunmuşdu. Hazqsızlıqları görəndə bunu özümə bağışlaya bilmirdim".
Ardını oxu...
2015 yılında, İran'ın Borujerd kentinde yapılan rutin bir inşaat projesi, tarihi bir kalenin kalıntılarının altında gizlenmiş antik bir su taşıma hattı sisteminin keşfine yol açtı.
Bu sofistike kil borular ve çömlek kapları ağı, su yönetimi konusunda oldukça ileri bir anlayış sergilemekte.
Sistemin Sasani dönemine (M.S. 224-651) dayandığına inanılmaktadır, ancak bazı uzmanlar daha da eski olabileceğini öne sürmektedir.
Servet Yıldız-adige
TEREF
 

Ardını oxu...
Bu gün Azərbaycanda kino işçiləri peşə bayramını qeyd edir. Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır. Bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək. Qaynarinfo-ya daxil olan məlumata görə, kino sahəsində xidməti olan aktyorların arasında ayrıseçkilik edilib, bəzi aktyorları tədbirdən kənarda saxlayıblar.

Onlardan biri Xalq artisti Tariyel Qasımovdur. Aktyor Qaynarinfo-ya açıqlamasında buna görə, Xalq artisti Rasim Balayevi ittiham edib: "Bunu Rasim Balayevlə Şəfiqə Məmmədovadan soruşmaq lazımdır. Qoy cavab versinlər ki, məni tədbirə niyə dəvət etməyiblər? Mən sovet dövründən xarici ölkələrdə filmə çəkilən bir aktyoram. Niyə kənarda qalmalıyam? Onlar həmişə mənə qarşı olublar. Amma müsahibəmdə də hər ikisinin ünvanına möhkəm döşəmişəm. Kinomotoqrafçılar İttifaqından mənə zəng gəldi, soruşdular ki, hansının sədr olmasını istəyirsiniz? Dedim ki, ikisini də sədrlikdən qovmaq lazımdır. İndi onun qisasını alırlar. Başqa heç nə olmayıb. Rasim bir dəfə ünvamına xoşagəlməyən ifadə işlətmidi. Tədbirlərin birində gördüm, soruşdum ki, Rasim, sən yaxşı aktyorsan, yoxsa mən? Dedi ikimiz də. Dedim ki, bəs niyə demisən ki, Tariyel Qasımov aktyor deyil. Çox heyif ki, kino günündə zəhməti olan adam kimi sayılmıram".

Kinomotoqrafçılar İttifaqının məsul katibi Əli İsa Cabbarov Xalq artisti Tariyel Qasımovun ittihamlarına cavab verib. O, tədbirin təşkilatçısının Mədəniyyət Nazirliyi olduğunu xatırladıb: "Rasim müəllim Bakıda deyil, məzuniyyətdədir. Burada onluq heç nə yoxdur. Tədbiri keçirən biz deyilik. Təşkilatçısı da nazirlikdir. Onu tədbirə nazirlik dəvət etməlidir".


Ardını oxu...
2001-ci ilin iyul ayının son günlərindən birində Ankarada Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəldən geniş müsahibə aldım. Xalqımızın böyük dostu Süleyman Dəmirəl müsahibədə bir sıra önəmli beynəlxalq hadisələr, Qarabağ məsələsi və Türkiyə-Azərbaycan münasibətləri haqda maraqlı fikirlər səsləndirdi.
Bir saata yaxın müsahibənin kassetini alıb Bakıya uçdum. AzTV-də "Xəbərlər"in saat 20.00 buraxılışında müsahibənin 2-3 dəqiqəlik bir bölümünü verdikdən sonra aparıcı geniş müsahibənin 20:30-da veriləcəyini anons etdi.
Müsahibəni AzTV-nin foyesindəki tv-dən seyr etdim. Veriliş bitəndə koridorun o biri ucundan Nizami Xudiyev çıxdı. O vaxtkı sədr məni görən kimi "Heydər Əliyev zəng elədi, müsahibəyə baxıb, bəyənib. Hətta tapşırıb ki, müsahibənin mətni sabah dövlət qəzetlərində verilsin".
Ertəsi gün qəzet köşkündən bir neçə nüsxə "Xalq qəzeti" aldım. Onları səliqə ilə qırışdırmadan özümlə Ankaraya gətirdim. Çankayada, Atakulenin altındakı Fuji studiyasının sahibi ilə yaxın idim. Qəzetin 1-ci səhifəsini solmayan xüsusi bir kağıza "kopyalatdırdım". O kopyanı isə çərçivəçi dükanında sadə amma gözəl bir ramkaya saldırdım.
Süleyman Dəmirəlin mətbuat katibinə zəng vurub hazırlatdığım hədiyyədən danışdım, onu necə təqdim edəcəyimi sordum. Bir saat sonra zəng gəldi ki, şənbə günü Süleyman Bəy səni Güniz Sokakdakı evinə səhər yeməyinə dəvət edir...
Süleyman Dəmirəlin evinə səhər yeməyinə dəvət olunurdum, mutlu və sevincli idim. Dəfələrlə həm prezident sarayında olmuşdum, həm də öz evində. Ancaq qəhvəaltıya dəvət nadir görülən hadisə idi.
Şənbə günü Güniz Sokakdakı 3 qatlı Ankara evinin 1-ci mərtəbəsində yemək salonuna keçmədən Dəmirəl çərçivənin üstündəki karton kağızı açdırdı. "Xalq qəzeti"nin 1-ci səhifəsinin yarıdan çoxunu müsahibəsi tuturdu. Üzündəki sevinci ifadə etməyə çətinlik çəkirəm. "Nazmiye, Nazmiye" deyə həyat yoldaşını çağırdı.
Türkiyənin 9-cu prezidentinin həyat yoldaşı Nazmiye Demirel asta addımlarla bizə yaxınlaşdı, Süleyman Bəy sanki həyatında ilk dəfə idi ki, qəzetdə müsahibəsi çıxmış kimi "Bak, Azərbaycan Latın alfabesine geçdi ve ilk latince gazete sayısında manşette ben varım" dedi.
Yemək masasında mətbuat katibinə dedi ki, hədiyyəni doğulduğu Ispartaya göndərsinlər. İndi mənim o hədiyyəm Ispartadakı "Süleyman Demirel Mərkəzi"ndəki eksponatlardan biridir. Vəfatından öncə Süleyman Demirel bütün şəxsi əşyalarını bu mərkəzə hədiyyə etmişdi…
1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib. Müstəqillik tarixizin ən böyük hadisələrindən biridir məncə bu tarixi sənəd. Çoxumuz bu hadisənin canlı şahidi olduğumuzdan bəlkə də onun ölkəmiz, millətimiz üçün nə qədər cahan-şümul bir qərar olduğunun tam fərqində deyilik.
Mənim üçün unudulmaz olan bu gündə xatirəmi sizinlə paylaşmaq istədim…
Yaşasın Ana Dilimiz!...
https://t.me/ibrahim_nebioglu
 
Ardını oxu...
[Bu kitap, Kürtler hakkında örf-adet, geçim kaynakları, doğum ölüm düğün törenleri, yabancıya tutumları vb. örnekleri inceleyerek Kürtleşmiş pek çok aşiretin etnik Türk olduklarını objektif şekilde izah eder.]
Kitaptan Alıntı: "Gurmanç, Zaza, Soran, Lebr. Bu dört dilin sahipleri birbirlerinin konuşmasını anlamazlar. Gramer, sözdizini ve sözlük açısından aralarında büyük farklar vardır. Aralarındaki bu farklar lehçe farkları değil, dil farklarıdır. Bu dört dilin her biri, dilbilim açısından birbirlerinden bağımsızdır. Herbiri birer dildir ve hepsi çeşitli lehçelerden oluşur. Bununla beraber bu dört dil birbirine tamamiyle yabancı değildir. Bu Kürt kavimleri, gerek kendilerine, gerek birbirlerine başka isimler verirler. Mesela kendi kendilerini «kürt» adı vermezler. «Gumancız» derler. Bunlar Zaza’lara Dümbüllü (veya Dımılli) derler. Türkler ise Kürt adını Gurmanç’lara ayırmışlardır. «Filan adam Kürt müdür yoksa Zaza mıdır?» denildiği zaman Kürt’ten maksat «Gurmanç»tır. Dımıli’lere Zaza ismini veren gene Türklerdir. Zaza kelimesini ne bizzat Zazalar kendileri için, ne de Gurmançlar kullanmazlar. Kürtlerin en büyük kısmını Gurmançlar meydana getirir. Soran ve Güran Kürtleri Musul vilayetindedirler. Lur Kürtleri ise İran’dadır. Diğer vilayetlerdeki Kürtler, Gurmançlarla, Zazalardan ibarettir. Yalnız Soranilerden Şeyh Yeznî aşireti her tarafa dağıtılmıştır. Soranilerle Gurmançların bir bölümü yerleşik, bir bölümü ise göçebedir. Zazalardan, Zekdi Koçerler göçebedir. Kürtlerin bu çeşitli kısımları dil bakımından birbirlerinden ayrı oldukları gibi, giyim-kuşam, elbise ve adetleri bakımından da farklıdır. Mesela, Zazalar başka dilleri çabuk öğrenirler. Gurmaçlar ise başka dilleri güç ve geç öğrenirler. Zazaların halk edebiyatı fakirdir. Zazalar şehirlere yerleşince şehirlere özgü teknikleri öğrenmekte büyük bir yetenek gösterirler. Mesela Diyarbakır’a gelen Zazalar fırıncılık, kadayıfçılık gibi meslekleri öğrenebiliyorlar. Bahçıvanlıkta da büyük bir beceri gösteriyorlar. Mühendisler taş kırmak için Zaza amelelerin gelmesini beklerler. Çünkü bu gibi işlerde çok beceriklidirler. Fakat manevi işlerde Gurmançlar daha çok yetenek gösterirler. Gurmanç dilinin kaç lehçeye ayrıldığı henüz ilmî inceleme ile meydana çıkarılmış değildir. Kürt aşiretleri genellikle kabile halindedirler. Kabile diye birkaç amare’den (oymak) oluşan topluluğa denir. Kabile bir reis tarafından idare edilir. Kabileye mensup bütün amare’lerin reisleri, bu reise bağlıdırlar. Misal olarak Viranşehir’deki Millî kabilesini tetkik edelim: Viranşehir Milli’sinin komşusu ve rakibi Karakeçi kabilesidir. İsminden de anlaşılacağı üzere, Bursa’daki Karakeçi’nin bir koludur. Fakat Türkçeyi unutarak Kürtleşmişlerdir. Karakeçi köyleri arasında Salur adlı bir köy vardır. Salur, bilindiği gibi Oğuz elinin yirmidört boyundan biridir. Bundan başka Karacadağ’ın güneyinde «Kanklı» mazrası vardır. Bu isim Kanklı’ların da eskiden Karakeçi’ye komşu olarak oturduklarını gösterir. Türkan aşireti de Karakeçi’ye komşudur. Zaten eskiden Karakeçi kabilesine bağlı olan Türkan aşireti, İbrahim Paşa zamanında zorla Mılili’ğe sokuldu. Türkan, Oğuz’un «Beydili» boyundan olduğu gibi, Karakeçi içinde de «Beydili»li köyleri vardır. Karakeçi kabilesi asıl batınları (soy) içine alır.. Şeyhan amaresi (oymak) de; Devaran, Şehikan, Bulülan batınından (soy) Habeş Ağa ailesi denilen bir aileden çıkmıştır. Bu aileye hala «Torunlar» adıverilir. Şimdiki reisleri «Anenan» batınına mensuptur. Bu başkanlık ailesi güya Çabakçur (Bingöl)’den gelmişlerdir. Şimdiki başkan Veli beyin oğlu Abdulkadir Bey’dir."
Mehmet Özgür Ersan Abdal Yesari
 
Ardını oxu...
“Kuklaçı olmaq kənardan çoxlarına asan görünsə də, heç də asan sənət deyil. Bu peşəni təəssüf ki, İncəsənət Universitetində öyrətmirlər. Gələn aktyorları teatrda peşəkar aktyorlar öyrədirlər. Hər kuklaçı aktyor istənilən teatrda, kinoda gözəl rollar yarada bilər, amma hər aktyor Kukla Teatrının aktyoru ola bilmir. Çünki çox çətindir. Spesifik bir sahədir, bu işin həddən çox xırdalıqları var”.
 
Moderator.az  xəbər verir ki, bu fikirləri Lent.az-a verdiyi müsahibədə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aparıcı aktrisası Aygül Ağayeva səsləndirib.
 
O deyib ki, bu teatrın aktyorları illərlə səhnədə olsalar da, onların üzləri görünmür, tanınmırlar.
 
“Amma bizim əziyyətimiz başqa teatrların aktyorlarınınkından qat-qat çoxdur. Pərdə altında, əlində saatlarla 5-8, bəzən daha ağır kuklalarla çıxış eləmək, onları düzgün hərəkətə gətirmək, canlandırmaq asan iş deyil. Bir stəkan suyu 15 dəqiqə əlini tərpətmədən havada saxlasan yorulursan, amma biz gün olub ki, hər biri 45 dəqiqə olmaqla eyni gündə 3 dəfə səhnəyə çıxmışıq. Bunun müqabilində maaşlarımız çox azdır. 13 kateqoriyada olan aktrisayam. Maaşım 560 manatdır. Kateqoriyası aşağı olan, yeni gələn aktyorlar daha az maaş alırlar. Direktorumuz Rəşad Əhmədzadə dəfələrlə nazirliyə müraciət eləsə də, bizim teatrı arxa planda saxlayırlar. Milli və ya Akademik status alsaq, maaşlarımız ikiqat artar. Biz beynəlxalq festivallardan daima mükafatlarla gəlirik, ildə göstərdiyimiz tamaşaların sayı Akademik Dram Teatrının tamaşalarının sayından çoxdur. O böyüklükdə kollektivdə cəmi iki nəfərə Xalq artisti fəxri adı verilib. Teatrdan təqdimat getsə də, nazirlik vermir. Aktyorlarımızın sosial vəziyyətinin yaxşılaşması üçün teatrımızın status almasını çox istəyirik”.

Dünyapress TV

Xəbər lenti