Ardını oxu...
  

Məşhur aktyor Burak Özçivit yeni filmdə rol alacaq.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni şirkətlə müqavilə imzalayan aktyor “Mahmool Makfool” adlı ekran işində çəkiləcək. Filmin Dubaylı prodüseri Vesam Kattan, türkiyəli prodüseri isə Tayfur Aydındır.

Sujet xəttində 3 dubaylı qadının Burak Özçivitlə tanış olmaq üçün Türkiyəyə gəlməsindən bəhs ediləcək.

Layihədə Levent Can, Melih Özkaya, Hazal Filiz Küçükköse kimi aktyorlar da yer alacaqlar.

Filmin rejissoru Karim Abouzeiddir.

Ardını oxu...
  

Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

Musavat.com xəbər verir ki, Alen Delon 8 noyabr 1935-ci ildə Parisin So adlanan məhəlləsində anadan olub. Onun populyarlığının zirvəsi 20-ci əsrin 60-80-ci illərində baş verdi - o, milyonlarla qadının kumiri idi və dövrün əsas seks simvollarından biri hesab olunurdu.

O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

Ardını oxu...
Amerikalı rejissor və aktyor Kevin Speysinin Baltimordakı malikanəsini hərracda satın alan investor Sam Asqeri aktyor köçməkdən imtina etdiyi üçün onun vəkilləri ilə danışıqlar aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Baltimore Banner” məlumat yayıb.
“İndi o, köçməkdən imtina edir. Evdən çıxmaq və heç nə verməmək üçün altı ay vaxt istəyir”, deyə investr bildirib.
Sem Asqeri iyulun sonunda Kevin Speysinin mülkünü 3,24 milyon dollara alıb. Akyorla əlaqəli bir şirkət malikanəni 5,65 milyon dollara almışdı.
İyun ayında aktyor məhkəmə çəkişmələrindən sonra evinin milyonlarla dollarlıq borclarına görə əlindən alındığını etiraf edib. Kevin Speysi demək olar ki, pulunun qalmadığını iddia edib. Bununla belə, indiyə qədər o, müflis olmaqdan yayına bilib.
Kevin Spysi Britaniya məhkəməsi tərəfindən 2023-cü ilin iyul ayında ölkənin ən səs-küylü #MeToo məhkəmələrindən birində dörd nəfərə cinsi təcavüz etdiyinə görə bəraət qazanıb. Ona qarşı bütün ittihamlar aktyorun Londonun Old Vic Teatrının bədii rəhbəri olduğu 2000-ci və 2010-cu illərə təsadüf edir. Aktyora qarşı ilk ittihamlar 2017-ci ildə irəli sürülüb.
 
Ardını oxu...
Nicolas Keys yeni idman bioqrafik filmində iştirak edəcək.

32gun.az xəbər verir ki, "Deadline" yazıb.

Hollivud ulduzu "Amazon Prime's Madden" filmində NFL əfsanəsi Con Maddeni canlandıracaq.

Film Maddenin Oakland Raiders komandasına rəhbərlik etdiyi və komandanı tarixində ilk çempionluğuna apardığı zaman karyerasının bir hissəsini göstərəcək.

Xatırladaq ki, Con Madden NFL-in ən böyük məşqçilərindən biridir və karyerasını başa vurduqdan sonra o, həm də idman tarixinin ən yaxşı idman şərhçilərindən biridir.

“Ən böyük və ən fərqli aktyorlarımızdan biri olan Nikolas Keyc sevimli milli əfsanə Con Madden kimi Amerika əyləncə və qətiyyət ruhunun ən yaxşısını təcəssüm etdirir.

Oakland Raiders komandasının sahibi Al Davisin şiddətli üslubu, qətiyyəti və ilhamlanmış fərdiliyi ilə birlikdə, film 1970-ci illərin inanılmaz ixtiraçı və sərin dünyasında Con Maddenə xas olan sevinc, insanlıq və dahi haqqında danışacaq", aktyor, rejissor David O. Russell seçimini şərh edib.
 
Ardını oxu...
"Sıfır Bir" serialı ilə tanınan məşhur türkiyəli aktyor Tümer Adakaner Adanada restoranına edilən silahlı hücum nəticəsində ağır yaralanıb.

TEREF sfera.az-a istinadən xəbər verir ki, aktyor kürəyindən güllələnib.

Ağır yaralanan Tümer Adakaner müalicə üçün xəstəxanaya aparılıb və vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ötən gün Seyhan rayonunun Döşeme məhəlləsindəki restoranda baş verib. Tümer Adakaner iş yerində çay içərkən yanına papaqlı bir kişi gəlib. Əvvəlcə ünvanı soruşan şübhəli daha sonra silahla Adakaneri kürəyindən vuraraq qaçıb.

Polis qaçan şəxsin tapılması üçün əməliyyatlara başlayıb.
 

Ardını oxu...
" "Yuxu kimi" serialı artıq bitdi. Final oldu. Hazırda Xəzər tv-də yayımlanan "Xəyanət" serialında çəkilirəm. Bu mövsümdən "Xəyanət"-də olacam. Ümid edirəm ki, yaxşı olacaq. Bizim istirahətimiz elə çəkilişlərdir. 10-15 gün istirahət mənə kifayət edir. İş gözəldir. Təki həmişə iş olsun, biz də işləyək. Bu günki günümüzə şükürlər olsun ki, Allah bu gücü, bu qüvvəti bizə verib və bizi görürlər, çağırırlar, dəvət edirlər" 
 
 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by Ardını oxu...
5
Reklamınızı SmartBee ilə effektiv edin.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktrisası Pərvanə Qurbanova deyib.
Ardını oxu...
O daha sonra rollarından və xüsusilə də "Xəyanət" serialındakı obrazından danışıb.
 
"Ürəyimdə qalan elə bir rol olmayıb. Bütün rollarımı sevib oynamışam. Özüm üçün qadağalar qoymuşam, o səhnələrə də çəkilməmişəm. Sağ olsunlar rejissorlarımız serialda da, teatrda da razılaşıblar. Ümumi işin gedişatına zərər gəlməyib. "Xəyanət" serialına dəvət alanda da ilk olaraq obrazı soruşdum. Oynadığım rol balasını illərdir görməyən ana obrazıdır. Həyəcanlı, kədərli günlər yaşayan ana. Serial hələ ki, bir az çəkilib, bilirsiz ki, ssenari gedişatda yazılır. Yeni rejissor gəlib. İş prinsipi çox xoşuma gəlir. Baxımlı bir iş olacağına əminəm" deyə sevilən aktrisa deyib.
Ardını oxu...
Aktrisa bildirib ki, sənətdə problemlər hər zaman olub və olacaq da.
 
"Problem tək sənət yox, bütün sahələrdə var. Jurnalistika sahəsində də var, televiziya sahəsində də. Bizdə də həmçinin. Hər kəs öz öhdəsinə düşən vəzifəsini icra etsə mənə elə gəlir ki, hər şey yaxşı olar. Bəzən deyirlər kastinq problemi var, tanışlarını çəkirlər.. "Yuxu kimi" serialına qədər 4 serialda çəkilmişəm, orada qohum-tanış söhbəti olmayıb. Var, eşitmişəm elə bir şeyləri. Amma mən şahidi olmamışam. Seçimlər də uğursuz olmayıb. Bəzən efirlərdə yerindən durana sənətkar deyirlər. Bu artıq deyənin günahıdır. Sənətdən xəbəri olmayan, təsadüfən gəlib düşən, və yaxud təsadüfi olmasa da özünü təsdiq etməyən, amma özü üçün sənətkar deyib, onun qarşısındakı da ona sənətkar deyirsə və sənətkarlara aid olacaq sözləri onlara ünvanlayıb deyirlərsə bu artıq faciədir. Bəzən elə insanlara sənətkar deyilir ki, düşünürəm ki, görəsən burada əsl sənətkar otursa onun haqqında nə deyəcəklər?! Hansı ifadələri işlədəcəklər?! Bu bizim yaralı yerimizdir, bədbəxtçiliyimizdir deyirəm başqa söz tapmıram. Bu bütün sahələrdə baş alıb gedir. Yalandan təriflər, şişirtmələr. O insan belə bir müddət sonra o yalanlara o qədər inanır ki, özünü doğurdan da sənətkar sayır" deyə aktrisa bildirib.
Ardını oxu...
Avroviziyanın ölkəmizdəki rəsmi yayımçısı İctimai TV bu il baş tutacaq 22-ci uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycanın iştirak etməyəcəyini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı yayımçı kanal məlumat yayıb.“Ölkəmizdə müsabiqəyə marağın az olması, qatıldığımız illərdə çəkilən xərclər və reytinq nəticələrinin özünü doğrultmaması bu müsabiqədə iştirakı ikinci plana salmışdır.

Gələcəkdə uyğun və maraqlı namizəd olarsa, yenidən iştirakla bağlı planı nəzərdən keçirilə bilinəcəyin də mümkün olduğu məlumatda bildirilir”.

Qeyd edək ki, müsabiqə 16 noyabr tarixində İspaniyanın Madrid şəhərində baş tutacaq.

Ölkəmiz müsabiqədə son dəfə 2021-ci ildə iştirak etmiş, Sona Əzizovanın ifasında “One of Those Days” mahnısı ilə 5-ci olmuşdur
 
Ardını oxu...
"Geri dönməz" və "Boşluğa gir" filmlərinin rejissoru Qaspar Noe keçirdiyi beyin qanamasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, kinorejissor çətin təcrübəsini "Kinopoisk"ə müsahibəsində bölüşüb.

Onun sözlərinə görə, beş il əvvəl onun beyinində damar partlayıb və sağ qalmaq şansı olmayıb. Həkimlər beyin zədələnməsi 35% kimi qiymətləndiriblər.

"O gündən bəri həyatın kövrəkliyini daha da hiss etdim. Ölüm mütləq dəhşətli bir şey deyil. Lakin valideynlərimdən əvvəl vəfat edib, onları incitmək istəmirəm. Çox şanslıyam və bundan yararlanmalı və həyatdan həzz almağa davam etməliyəm. Mən çox sakitləşdim. Məsələn, indi insanlar məni daha az incidirlər. Bəzən qəzəbli olmalısan, amma ümumilikdə mənim reallıqla münasibətim daha sakit və xoşbəxt oldu".
 

Ardını oxu...
Mədəni, yoxsa tərbiyəli olmaq? Bizim qüsurlarla dolu qavrayış mexanizmamızda bu ikisi ya qarışdırılır, ya da eyniləşdirilir.
Mədəni adam dəyər istehsalçısıdır, tərbiyəli adam dəyər istehlakçısı. Tərbiyəli adam mədəni olmaya bilər və olmayan mədəniyyətini tərbiyə ilə ustalıqla pərdələyər.
Mədəni adam isə nadir halda tərbiyəli olur. Çünki dəyər yaratmaq üçün o, mövcud dəyərləri aşmalıdır. İlk növbədə tərbiyənin boyunduruğundan çıxmalıdır.
Tərbiyəli adam istehlak etdiyi dəyəri dörd əllə qorumağa məhkumdur. Tərbiyənin missiyası qorumaqdır. Mədəni adam isə qoruyan yox, yaradandır. Mədəniyyətin missiyası yaratmaqdır.
Türk etnosu mədəni yox, tərbiyəli etnosdur. Yəni yaradan yox, qoruyandır. Anadolu türkləri ələ keçirdikləri Bizans mədəniyyətini qorudular. İran türkləri sahib çıxdıqları Sasani mədəniyyətini qorudular. Özləri ya heç nə yaratmadılar, ya da epizodik şeylər yaratdılar .
Bir az Əmir Teymur yad mədəniyyətlərdən oğurladığı sənətkarların hesabına Orta Asiyada nələrsə etmək istədi.
Mədəniyyət barbarda tərbiyə şəkildə üzə çıxır. Bizans mədəniyyəti Anadolu türklərini, Sasani mədəniyyəti İran türklərini mədəniləşdirmədi, tərbiyələndirdi.
Yəni yaradan yox, qoruyan etdi. Bu gün də Anadolu türkləri Bizans, İran türkləri Sasani mədəniyyətlərinin istehlakçısıdırlar.
Bizə mədəniyyətin sonuncu dalğası rus bolşevizmiylə gəldi. Və biz bu gün, bu müstəqillik dövründə nə işlə məşğuluq? Onu qorumaqla! Necə ki, babalarımız Sasani mədəniyyətini qorumuşdular.
Və biz sovet mədəniyyətini nəyimizlə qoruyuruq? Tərbiyəmizlə. Yeni dəyər yaratmaq üçün mövcud dəyərləri aşmağa çalışanlara dərhal "tərbiyəsiz" damğası vurub qulağını kəsirik.
Mədəni adamın mənəvi ölçüsü əxlaqdır, tərbiyə deyil.
Və nəhayət, dəyər yarada bilməyən xalqın bütün həyatı illuziyalardan ibarətdir.

Aqşin YENİSEY - Dia-az.İnfo
 
Ardını oxu...
Kulis.az İlham Əzizin “And olsun zeytuna və tinə” adlı yeni yazısını təqdim edir.

“Netflix” platformasında “Zeytin ağacı” serialının ikinci sezonu ekranlardadı, çox izlənir, rekordlar qırır. Serial üç qadının taleyindən bəhs edir və yüksək texnologiya, dəbdə olan aktyor-aktrisa ansamblının iştirakıyla çəkilib. Bu filmlər kommersiya məqsədi güddüyündən sənət və sənətkarlıq məziyyətlərindən çox söz açmayacam.

Fəqət nəzərə alsaq ki, belə filmlərin auditoriyası böyükdür, bəzi məsələləri deməsək olmur. Filmlər cəmiyyətlərin ekranlaşdırılmış güzgüsüdür.
Əvvəlcə, gərək Türkiyə serial sənayesi, onun xarakteri, bizim kimi ölkələrə göndərdiyi mesajları çək-çevir edək, xüsusilə, seçilmiş bir serial haqda danışanda mənzərə tam aydınlaşsın. Sovet dağılandan sonra “Yeşilçam” bizim də ellərə ayaq açdı. Kamal Sunalın uşaq səmimiyyəti ilə çəkildiyi filmlər əlimizdə partladı, hamı baxdı, hamı güldü, bir iki epizodlarından savayı, tez də unuduldu. Biz bu filmlərə ona görə güldük ki, çox bayağı zarafatlardı, Sovet də bizə bayağı şeyləri qadağan etmişdi, bayağılığa ac cəmiyyət idik.

Yadınızdadırsa, o vaxtlar indiki “Xalq artistlərini” televiziyalara buraxmırdılar, adları da “ara müğənniləri” idi. Həmin dövrün bizə sel kimi axan filmləri də elə “ara filmlər”, bayağı işlər idi. Ancaq 70-80-lərdə Türkiyədə sənət filmləri də vardı, hətta Kannda mükafat da almışdılar. Bizə “ağır” filmlər lazım deyildi, Sovetin zindan kimi mədəniyyətinin altından yenicə çıxmışdıq. 2000-lərin texnoloji bumu başladı, hər şey yenidən şəkilləndi, filmlərin keyfiyyəti birə yüz artdı, mövzular fərqli oldu, insanlar istehlakçı xəstəliyinə düçar oldu, trendlər və paradiqmalar dəyişdi. Allah tərəfi, türklər bunu tez həzm elədi, türk serial və film sektorunda inanılmaz yüksəliş baş verdi, qısa zamanda dünyanı başına alıb getdi. Çin, Cənubi Amerika, Rusiya kanalları bu serialların müştərisinə çevrildi.

Bizim cəmiyyətdə vəziyyət daha dramatik oldu. Yaxın dil, eyni din elə vəziyyət yaratdı ki, dilimiz böyük yaralar almağa başladı, əzildi. İndi hər yer türkcə danışan uşaqlarla dolub-daşır. Bütün dünyada türk seriallarının pasiyentləri, əsasən, böyük çoxluqla qadınlardır. Türklər bunu dəqiq bilir. Müraciət də birbaşa qadınlaradır. Bütün dinlərin, ideoloji cəmiyyətlərin qırmızı xətti olan “əxlaq dəyərləri”ni alt-üst etməklə, insanların içində illərlə yığılıb qalan psixoloji baryerləri uçurdular, qadın azadlığı, demokratiya kimi ciddi mövzuları bayraq edib bütün müqəddəs şeyləri murdarladılar. Bizə bu seriallar daha çox ziyan verdi. O seriallar bizə ayaq açandan bəri boşanma statistikasına nəzər salsanız, hər şey sizə aydın olacaq.

Çünki biz öz dinimizdən, öz dilimizdən olan adamlardan gördük bu dəhşətli rəzalətləri, insestləri, fahişəlikləri…

Biz nümunə gördük, əvvəllər də bu vardı, ancaq başqa ölkələrdə, yad adamlarda, ona görə bizim həyatımıza ayaq aça bilmirdi. Artıq iş-işdən keçib, seriallar həyatımızın düz ortasındadır. Qadınlarımızın ömrünə oturub, uzun zaman da çıxacağına inanmıram.

Gəlin, bu serialların fundamentinə nəzər salaq. Varlı həyat, işləməyən, yağ-bal içində yaşayan qlamur qadınlar, uzun, yaraşıqlı, idmançı görkəmli kişilər, bahalı evlər, maşınlar. Bir sözlə, hər bir adamın xəyalı.

Mövzular: xəyanət, insest, LGBT, feminizm, kriminal.

Saman altından yeridilən əsas xətt isə ailə dəyələrinin mənasızlığı, özünbaşına yaşamaq, bu yolda bütün müqəddəs şeylərin yerlə bir edilməsi.

Uzun illər belə şeylərin dilə gətirilməsi qadağan edilmiş cəmiyyətlərin içində yığılmış enerjinin bu cür partlamasından təbii heç nə yoxdur. Türklər də, maşallah olsun, belə fürsəti qaçırmazlar. Avropalıdan çox avropalı oldular. Artıq qərb bu cür şeylərə qarşı sənət dili ilə mübarizə aparır, biz indi başlayırıq.

Əslində, seiallarda olan həyat qətiyyən Türkiyədə yoxdur. Böyük qismi ortodoks dindar olan, az qala, aclıq səviyyəsində yaşayan bu cəmiyyət heç özü də bilmir bəla haradan gəlir. Adamlar yaşamaq uğrunda mübarizə aparır, ailə fərdləri hamısı ən ağır şərtlərdə işləyir. Yəni bu türk millətinin içindən gəlmir, ora da hardansa idxal olunur. Elə bil ki, oranı kirayə götürüb zəhərli mallar istehsal edirlər, artıq qarşı çıxmağa da gücləri çatmır.

Bu mövzu böyük mövzudur, elmi araşdırma tələb edir. Biz qayıdaq yazının əvvəlindəki “Zeytin ağacı” serialına. Bu serialı seçməkdə xüsusi bir məqsəd var, onu da sonda biləcəksiz. Serialda əsas personaj olan qadınlar Ada, Leyla, Sevgidir. Üçünün də taleyi universitet yataqxanasında kəsişib, ömür boyu davam edir.
Ada həkimdir, uğurlu həyat hekayəsi var. Ailəsi ilə problemləri başdan aşır. Anasını danışdırmır. Tək başına karyera qurub. Serialın sonuna kimi qabağına çıxan göyçək kişilərin heç birini qapısından boş qaytarmır. Evlilikləri qısa aralarla bir-birini əvəzləyir. Hamısı imkanlı, yaraşıqlı oğlanlardır. Boşanmaları, sadəcə, bezməyi ilə bağlıdır. Qız mütəmadi olaraq ərdən bezir. Yeni ər tapması da an məsələsidir. Ayrılığına bir gün qalmış, hardasa, saçı saçımdan uzun, boyu-boyumdan uzun bir qaqaş peyda olur.

Leyla bloggerdi, izləyiciləri, iki uşağı var, əri dələduzdur. Min hoqqadan çıxan əri türmədədir, tez-tez qlamur arvadından pul çəkir. Leyla general qızıdır, ailəsi onu qəbul etmir. General deyib ki, qıçını qır, otur evdə, səni adam balası kimi ərə verim, razılaşmayıb, indi maddi çətinlik çəkir. Anası araya girib atayla qızı barışdırmaq istəyir, alınmır, ana da general ərini seçir, heç altdan-altdan da qıza kömək etmir. Film yay aylarını əhatə edir, Ada ilə Leyla ev bilmirlər, çöl bilmirlər həmişə çimərlik geyimində fırlanırlar.

Bircə Sevgi başqadır. Sevgi xərçəng xəstəsidir, gözəl qəlbi var, anasını çox sevir, anası da onu. Ana qızına görə əzab çəkir. Atasını görməyib, Sevgi ana bətnində olanda atası İstanbulda öldürülüb. Heç qəbri də bəlli deyil. Sevgi xəstəliklə mübarizə aparır, heç kimi xəstəliyinə şərik etmək istəmir. Hətta xərçəngin metastaz verdiyini hamıdan gizlədir. O qəsəbədə fərqli, bizə oxşayan adam balası kimi bir oğlanla tanış olur, bir-birinə vurulurlar. Oğlan da vəfalı çıxır, özünü Sevgiyə həsr edir. Sevgi atasından qalma bir dənə şəkillə onu axtarmaq qərarına gəlir. Metastazı öyrənən rəfiqələr onun arzusunu çin etməkçün Sevginin atasını axtarmağa girişirlər. Çox sadə variantla kəndi öyrənib ora yola düşürlər. Qəbri tapırlar. Sevgi atasının qəbriylə danışanda həddən artıq xarizmatik bir kişi peyda olur, onu tanıyır. Sən demə bu kişi Sevginin babasıdır. Onları evinə aparır. Baba illərlə nəvəsini gözləyib, kənddən hamı köçüb, bircə bu kişi nə kəndini, nə də nəvəsini ata bilib, yurdunda qalıb. Ağsaqqal həm də loğmandı, bitkilərin dilini bilir. Nəvəsinin gözündən onun xəstəliyini görür, ona səhərə kimi çiçəklərdən dərman hazırlayır. Sevgi özü də, atası da, anası da, babası da mükəmməl, vəfalı, yurdsevər, insan aşiqi adamlardı.

İndi tapın görək bu Sevgi kimdir?

Düz tapdınız, ermənidir!

Türk generalı qızına heç bir tərbiyə verə bilməyib, həyatı öyrətməyib, ömür boyu övladı ilə küsülü yaşayır. O biri tərəfdə də erməni, İbn Sina tipində.

Bu nə əziklikdi, bu nə kompleksdir?

İstanbul elitası niyə ölür ermənilərdən ötrü, bu nə bəladır?

İndi razısız ki, bizə seriallar zəhər kimi yeridilir?

Bir azərbaycanlı haqqında film çəkərlər? Yox!

Əli bəy Hüseynzadə indi fəxr etdikləri Cümhuriyyətin ideoloqudur, ondan niyə bir film çəkmirsiz? Çünki bu işlərə nəzarət sizin əlinizdə deyil!

İpi əldən vermisiz!

Yadımdan çıxmamış deyim, Sevginin atasını da quldur türklər öldürüb, özü də qızıl dükanında! Ermənilər elə-belə iş görməzlər, əlləri qızıl adamlardı…

“And olsun Zeytuna və Tinə”, yalandır, yalandır!
 
 


 

Dünyapress TV

Xəbər lenti