Selin Dion və Ledi Qaqa iyulun 26-da Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış edə bilərlər.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, əgər Selin Dion mərasimdə çıxış etsə, bu, onun 2022-ci ildən bəri səhnəyə ilk çıxışı olacaq.
Lakin Oyunların rəsmi açılış proqramı dərc olunmayıb. Fransa Prezidenti Emmanuel Makron heç bir detal açıqlamayıb. Onun sözlərinə görə, izləyiciləri "böyük sürpriz" gözləyir.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Bakıda "Dream Fest" Beynəlxalq Musiqi Festivalının ikinci günü keçirilib.
Oxu.Az xəbər verir ki, "Sea Breeze" istirahət mərkəzində təşkil olunan Beynəlxalq Musiqi Festivalına Türkiyə, Avropa, Kanada, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya və Amerikadan çoxlu sayda qonaq gəlib.
Qeyd edək ki, altı gün ərzində "Sea Breeze" istirahət mərkəzində bir neçə nəslin populyar musiqiləri səslənəcək.
“Miniatür kitab muzeyinə xarici vətəndaşlar çox gəlir. Xüsusilə xaricdən uçurlar ki, gəlib muzeyimizlə tanış olsunlar. Muzeyimizə giriş pulsuzdur. Amma bizim yerli ziyarətçilərin sayı xaricilərin sayı ilə müqayisədə çox azdır. Bizimkiləri muzey maraqlandırmır. Onları bazar, restoran maraqlandırır. Biz muzeyin jurnalında qeydiyyat aparırıq statistika ilə bağlı. Gəlib yerində əyani şəkildə tanış ola bilərsiniz”
Bunu Moderator.az-a açıqlamasında Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova deyib. O daha sonra əlavə edib.
“Yeni-yeni miniatür kitablar çapdan çıxıb. Nüsxələrin sayı azdır. Heç bir qurumdan maddi dəstək almıram. Bütün bunlar xərcdir. Hamısını öz vəsaitim hesabına edirəm. Heç kimə müraciət etmirəm. Mən kitablarla yaşayıram, nəfəs alıram. Arzularım kitablarla bağlıdır. Ulu öndər Heydər Əliyevin sayəsində bu muzeyi yaratmışam. Heydər Əliyevin tapşırığı olmasaydı orada, İçərişəhərdə mənə yer verərdilər? Əlbəttə ki, verməzdilər. Özümüz tikmişik, özümüz də saxlayırıq. Cəmi 1 işçimiz var” deyə o bildirib.
Zərifə Salahova bildirib ki, 2914 miniatür kitabı Ginesin Rekordlar kitabına düşüb.
“Mənim bu rekordumu heç kim keçə bilməz. Bu Azərbaycan adına böyük bir uğurdur. Muzeydə bu rekordun sertifikatı da asılıb. Başqa ölkənin xanımı bu kitaba düşsəydi hamı danışardı, amma bəlkə də bir çoxlarının xəbəri yoxdur ki, mən bu uğura imza atmışam. Bütün dünya ölkələrinin nümayəndələri muzeylə maraqlanır. Bu mənə bəs edir. Yazıçılardan ancaq Natiq Rəsulzadə gəlir. Başqa yazıçıları görməmişəm. Gəlmirlərsə özləri bilərlər” deyə o bildirib.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Texniki İstehsalat Birliyinin direktoru Elnur Əlizadə işindən ayrılıb.
TEREF Referans.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı AzTV- nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov təsdiqləyib. O bildirib ki, Elnur Əlizadə öz istəyi ilə işdən kənarlaşıb, ehtimal ki, ayrı istiqamətdə bacarıqlarını göstərmək istəyir.
Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında Güllü Erhan obrazını canlandıram aktyor Erhan Ufak cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti aktyora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb. Ehan Ufak qərardan məhkəməyə şikayət edib. İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Firuzə Kərimova iş üzrə hakim təyin edilib. 192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilir. Erhan Ufak bu ilin fevralında eyni maddə ilə cərimələnmişdi. Məlumata görə, aktyor Azərbaycanda “Sənət Akademiyası” açıb. Bu səbəbdən, Erhan Ufak vaxtaşırtı Azərbaycana gəlir. Ehtimal olunur ki, aktoyorun cərimələnməsi “Sənət Akademiyası”na görədir.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasir olub.
O, Qərbi Azərbaycanın mətbuat tarixindən, müxtəlif illərdə nəşr olunan qəzet və jurnallardan söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycanda ilk mətbu orqan İrəvanda yaranıb. Tədqiqatçılar 1882-ci ildə bu ərazidə "Çiyələk" adlı qəzetin nəşr olunduğunu iddia etsələr də sözügedən mətbu orqanın hər hansı nüsxəsini əldə etmək mümkün deyil. Ona görə də Qərbi Azərbaycanın mətbuat tarixi "Lək-lək" jurnalı ilə başlayır. Alimin sözlərinə görə, 1914-cü ildə İrəvanda Azərbaycan dilində nəşr olunan ilk satirik həftəlik jurnalın ömrü cəmi beş ay olub. 12 sayı nəşr olunduqdan sonra bağlanıb.
Ş.Nasir deyib ki, fəaliyyət göstərdiyi müddətdə jurnal dini dünyagörüşü, mövhumatı, şəriəti tənqid edib, yeni mədəniyyətin, müsbət ideyaların təbliğatını aparıb. "Lək-lək"in səhifələrində dinin irticaçı mahiyyətini göstərən, ruhanilərin əsl simasını açan, köhnə dünyanın çürük adət-ənənələrini tənqid edən yazılara geniş yer verilib. "Lək-lək"in sonuncu nömrəsində jurnalın bağlanacağı, yaxın gələcəkdə "Çınqı" adlı yeni jurnalın oxucuların görüşünə gələcəyi barədə elan verilsə də sonradan belə bir mətbu orqan nəşr edilməyib. 1917-ci ildə "Cavanlar şurası" qəzeti işıq üzü görüb. Yazıçı-publisist Ş.Nasir söyləyib ki, cəmi 3-4 nömrəsi çap olunan qəzetin hazırda hər hansı nümunəsi yoxdur. Yalnız tədqiqatçıların əsərlərində həmin mətbu orqanın varlığını sübut edən məlumatlar var. Orada qeyd olunur ki, 1917-ci ildə daşnaklar "Cavanlar şurası"nın fəaliyyətinə imkan verməyiblər.
Fəlsəfə doktoru Ş.Nasir vurğulayıb ki, Qərbi Azərbaycanda "Lək-lək"dən sonra böyük iz qoyan, əks-səda doğuran mətbu orqan "Bürhani-həqiqət" ədəbi, ictimai-siyasi jurnalı olub. 1917-ci il yanvarın 1-dən iyunun 29-a kimi İrəvanda Azərbaycan türkcəsində oxucuların görüşünə gələn jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edib. O dövrdə irəvanlı müəllimlər "Bürhani-həqiqət"lə əməkdaşlığa cəlb olunublar. Fəaliyyəti dövründə bu jurnalın da cəmi 9 nömrəsi işıq üzü görüb.
Alimin sözlərinə görə, 1905-1931-ci illərdə qısa fasilələrlə çap olunan, Şərqi qəflət yuxusundan oyadan "Molla Nəsrəddin" jurnalının İrəvan müxbirləri olub. Həmin ziyalılar millətin savadlanması üçün böyük fədakarlıqlar göstəriblər. Sovet hakimiyyəti illərində isə Qərbi Azərbaycanda "Kommunist", "Zəngi qəzeti", "Qızıl şəfəq", "Qırmızı Basarkeçər", "Vardenis", "Sovet Ermənistanı" qəzetləri nəşr edilib. Bu mətbu orqanlarda əsasən sosializm ideyaları təbliğ olunub.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Ş.Nasir valideynlərinin 1950-ci ildə ata-baba yurdundan deportasiya olunmasından, Beyləqan rayonunda məskunlaşmasından, yaxın qohumlarının 1988-ci il deportasiyasında üzləşdiyi çətinliklərdən də geniş danışıb. Bildirib ki, hər bir soydaşımızın ürəyində Vətən nisgili var və o insanlar öz kəndlərinə, rayonlarına qayıtmaq istəyirlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Deniz Gezmiş’in son arzusu neden bu konçertoyu dinlemek olmuştur acaba? Şimdi siz çalınması çok zor olan bu muhteşem gitar konçertosunu, dünyada tam anlamıyla yorumlayabilen tek üstat olan Paco de Lucia’dan dinlerken, ben de anlatayım size neden… Joaquin Rodrigo Virde 1901 yılında İspanya'da, Valencia - Segunto'da doğar. Henüz üç yaşındayken difteriye yakalanır ve görme yetisini kaybeder. Sekiz yaşında solfej, piyano ve keman eğitimine başlar. Sonunda piyano virtüözü olur, birçok da klasik müzik eseri yazar ve uluslararası ün kazanır. Ancak tüm dünya Rodrigo'yu, Concierto de Aranjuez (Rodrigo'nun Gitar Konçertosu) adlı eseriyle tanır. Rodrigo, 1933’te, üç yıldan beri birlikte olduğu, Kamhi ailesinin kızı Türk piyanist Victoria Kamhi ile evlenir. Sonrasında Kamhi piyano kariyerine son verip, gözleri görmeyen kocasının asistanlığını yapar ve onun birçok dile çevrilmiş “De la mano de Joaquín Rodrigo: Historia de nuestra vida (Joaquin Rodrigo'yla el ele: Maestro'nun yanında hayatım) adlı biyografisini yazar. 1936 yılında İspanya'da Hitler ve Mussolini destekli, General Franco komutasındaki askeri faşist güçler, seçimle işbaşına gelen sosyalistlerin "Halk Cephesi" koalisyonuna karşı ayaklanır. Ve İspanya, tüm dünyanın gözü önünde korkunç bir iç savaşa sürüklenir. Avrupa ülkeleri Hitlerden çekindikleri için, halka karşı yapılan bu kalkışmaya “İspanya'nın iç meselesi” diyerek sessiz kalırlar. Ancak birçok ülkenin devrimcileri, sosyalistleri ve anti-faşistleri “Enternasyonal Tugaylar” oluşturarak İspanya halkının yanında saf tutarlar. Üç yıl süren İç Savaş, maalesef Halk Cephesi’nin yenilgisiyle sonuçlanır ve İspanya'da Franco'nun -1975 yılında ölümüne kadar kırk yıl sürecek olan- diktatörlük dönemi başlar. Rodrigo'nun 1939 yılında, gözleri görmediğinden eşine bölümler halinde yazdırdığı “Concierto de Aranjuez”, işte bu iç savaş ortamının eseridir. Konçerto altı yüz bin kişinin öldüğü bu iç savaşı, cephelerde faşizme karşı direnen devrimcilerin umutlu coşkusunu ve sonrasında yönetimi ele geçiren diktatör Franco'nun kendi halkına yaşattığı acıları ve yaptığı zulümleri anlatır. Rodrigo 1999 yılında, karısı Kamhi’nin ölümünden iki yıl sonra, 98 yaşındayken vefat eder. DENİZ’İN SON ARZUSU İşte 68 kuşağının lideri Deniz Gezmiş, kırk beş yıl önce 6 Mayıs 1972'de gece yarısı idam sehpasına götürülmeden önce, son arzusu olarak demli bir çay ve sigara eşliğinde Rodrigo'nun Gitar Konçertosu'nu, bu nedenlerle dinlemek istemiştir. Konçerto bitip o idam sehpasına doğru yürürken, Ulucanlar Cezaevi'ndeki tüm tutuklular da ıslık ile konçertoyu yeniden çalar. O günden beri de gençliğin dilinden hiç düşmez.
Bize bu konçertoyu ezberlettin ya Deniz, Can Yücel üstadımızın deyişiyle“Acıyorsam sana anam avradım olsun, ama aşk olsun sana be çocuk, aşk olsun!” Haydi, rastgele tüm Rodrigo severlere! Belgeselce TEREF
Aktyorların yaş həddinə görə teatrlardan uzaqlaşdırılması prosesi artıq bir müddətdir ki, davam edir. Bir çox teatrlarda buna önəm verilməsə də, bir neçə teatrda yazılmayan bu qanun icra edilir. Özü də teatr direktorları tərəfindən.. Sağlam sənətkar teatrdan çıxarılandan sonra xəstəliyə düçar olur. Bəs görəsən yaş həddi ilə bağlı Mədəniyyət Nazirliyi hansısa qərar qəbul edib? Həqiqətənmi qocaman aktyor səhnəyə lazım deyil?! Nəzərə alsaq ki, görkəmli sənətkarımız Ağasadıq Gəraybəyli gözləri görmədiyi halda səhnəyə çıxıb, tamaşa oynayıb.. Dünya teatrlarında da bu kimi halların şahidi olmuşuq.. Əlil arabasında sırf onun üçün yazılmış əsərlə tamaşaçılarını salamlayan sənətkarlardan da xəbərimiz var. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik.
Nazirlikdən Moderator.az-a bildirildi ki, bu teatr rəhbərlərinin şəxsi işidir.
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti işçinin razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər” deyə bildirilib.
Demək ki, aktyorun teatrda qalması teatr direktorundan asılıdır. Yaşı 65-i keçən sənətkar ya gərək sənətində digər həmkarlarından fərqlənməlidir, ya da dilinin altına qənd qoyub teatr direktoru ilə münasibətini yaxşı etməlidir. Əks halda onu da digər aktyorların aqibəti gözləyir.
Qeyd edək ki, analoji hadisə daha çox Gənc Tamaşaçılar Teatrında yaşanır. Belə ki, bir müddət əvvəl saytımıza açıqlama verən xalq artisti Tariyel Qasımov və aktrisa Məsumə Babayeva teatrdan məcburi şəkildə çıxarıldıqlarını iddia etmişdilər. Teatrın direktoru Naidə İsmayılzadə isə saytımıza açıqlamasında “Məsumə Babayevaya ehtiyac olsaydı o teatrda olardı, evdə yox” deyərək həyatının yarısını teatra həsr edən sənətkara bu gün ehtiyac duyulmadığını bu sözləri ilə isbatlamışdı. O Məsumə Babayeva ki, uzun illər teatrın ağırlığını, bütün repertuarını çiyinlərində daşıyıb.
Xalq artisti Tariyel Qasımov Moderator.az-a açıqlamasında: “Teatrımızın xanım direktoru yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atıb. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm” deyə o bildirib. Ümid edirik ki, teatr direktorları bu məsələdə ciddi düşünüb, götür-qoy edəcəklər. Axı sənətkar səhnədən yola salınmalıdır.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb. "Qaraqoyunlu dərəsində heç vaxt erməni kəndi olmayıb" adlı veriliş Qaraqoyunlu dərəsinin, Çəmbərək rayonunun Çaykənd kənd sakini Əflatun Abdullayevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, məktəb illərindən söz açıb, kənddə nənəsinin yanında böyüdüyünü deyib: "Uşaqlığımız çox maraqlı keçirdi. Biz nənələrimizin, babalarımızın yanında çox mehriban, gözəl yaşayırdıq. Çaykənd əzəmətli kiçik Qafqaz sıra dağlarının arasında yerləşir. Tərsə çayı, Bəryabad çayı və Qəzənüçən çayının birləşməsinə görə adı Çaykənd adlandırılıb. Hər tərəf səfalı yerlər, gözəl bulaqlar, yaylaqlar idi".
Ə.Abdullayev ata-babaların, kənddə ağsaqqal kişilərin onlara danışdığı erməni vəhşiliklərindən söz açıb: "1988-ci ilə kimi Qaraqoyunlu dərəsi 1905, 1915, 1918 və 1948-1951-ci illərdə dörd dəfə deportasiyaya məruz qalıb. 1915-ci ildə Andranikin qoşunu Türkiyədən qaçandan sonra Dilcana gəlib. Dilcandan keçib Qaraqoyunlu dərəsinə hücum etmək istəyəndə Darlıq dərəsində kənd camaatı daşnakların qabağını kəsib geri qaytarıblar. O vaxt camaat Tovuz və Gədəbəyə köç edib. 1916-cı ildə yaz vaxtı geri qayıdanda görüblər ki, kəndlərə Türkiyədən gəlmə ermənilər yerləşdiriliblər. Camaat erməniləri kənddən qovub. Qaraqoyunlu dərəsində heç vaxt erməni kəndi olmayıb".
Onun sözlərinə görə, 1988-ci ildə ermənilər camaatı köhnə avtobuslara doldurub Qazax ilə sərhədə töküblər: "1988-ci il dekabrın 3-4-də Çaykənd camaatı kəndi məcburən tərk etdi. Evdən heç kim bir çöp də belə götürə bilmədi. Biz Şəmkir rayonunun Barun-Barsum, indiki Aşağı Çaykənd, Yuxarı Çaykəndə, oradan da Sumqayıt şəhərinə köçdük".
Çaykənd sakini yuxularında ancaq doğma yurdu gördüyünü, imkan olsa, kəndinə qanad açıb uçaraq getmək istədiyini vurğulayıb: "O səfalı yerlər yaddan çıxan deyil. Haçatəpə qəbiristanlığında atamın, nənəmin, babamın qəbrini ziyarət etmək istəyirəm. Qarabağa, Zəngəzura köç, böyük qayıdış başlayıb. O qayıdış bir gün bizə də qismət olacaq, buna inanıram. Qayıdanda ilk olaraq evimin qabağında düşüb, 36 ildir bizi gözləyən torpağımı öpəcəyəm".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Azərbaycanda araşdırma ehtiyacını yox edən milli və kütləvi bir klişe var: "Çox dərinə getmə!" Xalqımız dərinlikdən qorxur, dərin adamlarını də buna görə uzaqdan sevir. Dibini görə bildiyi dayazlıqlarda özünü təhlükəsiz hiss edir. Son üç gündə iştirak etdiyim Şuşada “Vaqif poeziya günləri”ndə bu mənzərənin bir daha şahidi oldum: Molla Pənah Vaqifin yaradıcılığına, şəxsiyyətinə daha dərindən vaqif olmamaq üçün ona səmədvurğuncasına yanaşmaq, yəni üzdən, səthi, araşdırmadan. Vaqifi qucaqlamaq üçün əsl həqiqəti ərazidən uzaqlaşdırıb, bəlağətə saqqal-bığ qoyaraq həqiqət kimi təqdim etmək. Rusların xoşuna gəlmək üçün Vaqifdən yaşca da, başca da böyük olan və ondan daha çox təmiz Azərbaycan türkcəsində yazan kasıb Molla Vəli Vidadini unudub, siyasi konyukturanın qoruduğu vəzir Vaqifin Vurğunu olmaq. Yəni dərinə getməmək! Biz mədəniyyətin bərk halını sevirik. Mədəniyyət bizə daş şəklində, metal şəklində, medal şəklində lazımdır. Funksionallığını itirmiş mədəniyyətin heyranıyıq. Tərpənən, işlək mədəniyyət bizi cin atına mindirir. Bizi maraqlandıran mədəniyyətin praktik yox, romantik əhəmiyyətidir. Ən yaxşı mütəfəkkirimiz ölü mütəfəkkirdir. Ölülərin dalınca danışmağı qadağan edirik. Halbuki ölüləri mühakimə, müzakirə etmədən bir xalq öz tarixini, keçmişini obyektiv dəyərləndirə bilməz. Ölülərin mühakiməsinə qoyduğumuz qadağa da dərinə getmək xofumuzdan qaynaqlanır. Cəlil Məmmədquluzadə “Ölülər”ində xalqın öz ölülərinin dirilməsindən ehtiyat etməsini göstərməklə bunu demək istəyirdi: yer üzündə bir millət var, dərinə, “ölülər dünyasına” getməkdən qorxur. Çünki öldürüb basdırdığı əsl həqiqətlə üzləşmək istəmir. “Vaqif poeziya günləri” özünün canladırılan mənzərəsiylə məni üç gün boyunca yaşadığımız müstəqillik illərindən alıb, müstəmləkəçilik illərinə apardı. Və bir daha inandım ki, müstəqil Azərbaycan müstəmləkə Azərbaycanı qarşısında mədəni bir suçluluq kompleksi keçirir. Sanki, müstəqil olduğu üçün peşman olub müstəmləkəçilikdən bağışlanmasını istəyir, üzrxahlıq edir. Mədəniyyətimizi bu gün inkişafdan saxlayan da müstəmləkəçiliyə qarşı duyduğumuz bu üzrxahlıq ehtiyacıdır. Azərbaycanın müstəqilliyi otuz ildir müstəmləkəçiliyin könlünü almaqla, azadlıq əldə etdiyi üçün ondan üzr istəməklə məşğuldur və müstəqilliyimiz, elə bil, müstəmləkəçiliyin onu bağışlamayacağından qorxur, ehiyat edir. Müstəmləkəçiliyin mədəni hipnozundan ayıla bilmir cəmiyyət. Bu da onun özünün mədəni gerçəkliyini dəyərələndirə bilməməsinə yol açır. Bizi ilk daşı atmağa qoymayan səbəb günahımızın olması deyil, biz günaha batmamaq üçün ilk daşı atmaqdan qorxuruq. Unuduruq ki, ilk günah ilk azad seçimdən doğulmuşdu. Cənnət alması ilk insanın azad seçimi idi. Azadlığımız əsarətimizin qarşısında aşkar bir gözükölgəlilik hiss edir və bu boynubüküklük bütün dünyadan görünür. Bütün dünyadan görünür ki, müstəmləkəçiliyimiz nə buyurursa, müstəqilliyimiz qaça-qaça onu edir. Müstəqilliyimiz müstəmləkəçiliyimizin bir sözünü iki eləmək cəsarətinə sahib deyil. Bu gün Azərbaycanda “mədəniyyət” kəlməsi dilə gələn kimi müstəqilliyimiz qaçıb gizlənir, ya da özümüz onu gözə görünməsin deyə şifonerə soxub ağzını bağlayırıq. Ən yaxşı halda müstəqilliyimiz ortalıqda özünü müstəmləkəçiliyin kənizi, qulbeçəsi kimi aparır. Müstəmləkəçilik bu gün müstəqil Azərbaycanda özünün ikonaları ilə təmsil olunur. Mədəniyyətimizin bütün sahələri bu ikonaların donuq simaları qarşısında oğlunu qurban kəsməyə hazır olan İbrahimin vəziyyətində dayanıb. Azad Şuşa! Sənin qoynunda heç bir əsarətin izlərini bir daha görməmək ümidiylə xoşca qal!