Ardını oxu...
"Heç vaxt deməyiblər ki, "sizin səsiniz var və siz oxumalısınız". Səsim yox idi. Bəlkə də indi də səsim yoxdur. Bilmirəm... Amma başladım oxumağa. Daha sonra təhsilimi müğənni kimi estrada şöbəsində almağa davam etdim. İlk dəfə SSRİ də estrada şöbəsi açdılar və məni 3-cü kursa qəbul etdilər. Çünki artıq mənim bu yöndə təhsilim var idi, musiqiçi idim. Daha sonra məni Moskvanın Filarmoniyasına dəvət etdilər və ilk addımlarım oradan başladı".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan qonaq olduğu "Yaşananlar" verilişində deyib. 72 yaşlı müğənni qazancından danışıb:

"Heç zaman pulun arxasıyca qaçmamışam. Qazancım konsertlərdən gəlib. Mənim ən aşağı qazancım sovet dövründəki pulla 5 manat olub. Sonra qazancım bir konsert üçün 112 manat oldu. Mən bir ayda 40-60 konsert verirdim. Verdiyim bu konsertlərin pulu ilə ayda bir avtomobil ala bilərdim. Amma özümü varlı saymırdım. Bəzən isə utanırdım ki, o qədər çox pul alıram. Çünki o zamanlar insanlar bir ay işləyib 120 manat pul alırdı. Mən isə bir ayda 3000-4000 manat pul alırdım. Utanırdım".

S.Sərxan hazırda olan toylardan da söz açıb:

"Toy müğənnisi deyiləm. Arada olur ki, hansısa dostumun məclisinə gedirəm. Onlar məndən xahiş edirlər ki, 3-4 mahnı ifa edim, çıxıb oxuyuram. Özü də o məclislərdə qonaqların da səviyyəsi başqa cür olur. Ona görə... Amma belə toylara getmək və orada çıxış etmək, xeyr. Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm".

Ardını oxu...
Bu il oktyabr ayının ikinci yarısında Ağdam Muğam Mərkəzi istifadəyə veriləcək.

Axar.az xəbər verir ki, bunu Reporta açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdamda çox böyük miqyasda işlər aparılır.

E. Hüseynov vurğulayıb ki, həm şəhərdə, həm ətraf kəndlərdə, eyni zamanda həm daxili infrastruktur layihələri çərçivəsində, həm sosial obyektlərin tikintisi, mədəni irsimizin qorunması istiqamətində sürətli işlər aparılır.



     
Ardını oxu...
Emel Sayın'dan Gözyaşlarınıza Engel Olamayacağınız Bir Kemal Sunal Anısı
"O zamanlar tığ gibi delikanlı, cepte para çok. Oyuncu bir de, Mavi Boncuk filmini çekiyoruz. Bir gün setten çıktık, eve gidiyoruz. Ben Laleli’de oturuyorum, Kemal benden önce çıktı. Herkes yevmiyesini almış. Taksiyle, kendi arabasıyla giden gitti. Baktım Kemal yürüyerek gidiyor, üç kilometre var gideceği yere. Her gün yürüyerek gidip geliyor, merak ettim nereye gidiyor bu adam böyle diye.
Uzun süre yürüdü, sonra bir bankta yatan adamı kaldırdı... Bir şeyler konuştular, sonra cebinden para çıkarıp verdi. Şaşırmıştım, ardından biraz daha ileride bir lokantaya girdi, bir şey yemeden çıktı, oraya da para verdiğini görmüştüm... Bıraktım takibi, banktaki adama yaklaştım, ‘Tanıyor musunuz o az önce size para veren adamı?’ dedim. ‘Adını bilmem, sormam da, her gün para verir bana...’ dedi.
Teşekkür ettim, az ilerdeki lokantaya gittim, ‘Az önce gelen beyin borcu mu var size?’ dedim, tanımadılar beni... ‘Kemal abi’nin mi, yok hayır bize her gün evsizler uğrar, yemek yediririz. O da sağolsun, onların yemek masrafını öder’ dedi. Ertesi gün Kemal’in yanına gittim, ‘Sen ne güzel bir adamsın ya...’ dedim, ne olduğunu anlayamadı, sarıldım ağladım.
‘Ölme sen benden önce’ dedim, dinletemedim..." – Büyük ustayı saygıyla anıyoruz..
TEREF
 
 


 
Ardını oxu...
Kulis.az Rüstəm İbrahimbəyovun qızı, aktrisa Fatimə İbrahimbəyova yazdığı tövsiyə xarakterli məktubu təqdim edir.

1. Həyatın qaranlıq tərəflərindən utanma - bir işıq şüası da müxtəlif rənglərdən ibarətdir.

2. Elə yaşa ki, özünü alçalmış kimi hiss etmə. Və birini əldə edib başqasını itirərək yaşamağa çalışma.

3. Yalnız özünü sevmə - tənhalıqdan qurtuluşun başqa yolu yoxdur.

4. Çətin olan məqamlarda belə həyatı sev. Bundan da pis ola bilər.

5. Vicdanının imkan verdiyi qədər azad ol; ancaq cinayət məcəlləsini də unutma.

6. Qocalıqdan qorxma, onun da müsbət tərəfləri var, əgər təkcə özünü sevmirsənsə.

7. Unutma, həyatla vidalaşanda belə münasibətlərin aydınlanması istisna olunmur.

8. Kremasiyaya razılaşma – Yer kürəsində (torpaqda) sən əcdadlarınla yenidən birləşirsən.

9. Ünsiyyətdə səliqəli ol ki, cənazənə layiqli insanlar gəlsin.

10. Qonaqlığın həvəskarları daha çox ölmüş dostlarını yada salırlar, nəinki içki içməyənləri. Sağlamlıq icazə verirsə...

11. Heç vaxt mühakimə etmə və ciddi qəbul etmə...
TEREF
 
 
 
Ardını oxu...
Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn Xalq artisti Akif İslamzadə bu dəfə qadınlarla bağlı səsləndirdiyi açıqlamaya görə tənqid olunub. Belə ki, onun ötən gün "Yeni Sabah”a "qadınlara elm verilməyib, onlar elm öyrədə bilməz” açıqlaması sosial şəbəkədə birmənalı qarşılanmayıb.

TEREF"Globalinfo.az”a istinadən xəbər verir ki, Akif İslamzadə həmin məsələ haqda açıqlama verərək əslində qadınları alçaltmadığını bildirib:

"Verdiyim açıqlamada qadını qəti aşağılamamışam. Demişəm ki, bu gün məktəblərdə müəllimlər yox, müəllimələrdir. Müəllimələr də Allah tərəfindən göndərilib. Onlar ən yaxşı halda məlumat verə bilərlər, elm yox. Amma əlbəttə ki, istisna xanımlarımız var”.

O, bu gün Yer üzündə matriarxat dövrün başladığını deyib:

"Bunun belə olması ilə bağlı hədislər də mövcuddur. Bunlar hamısı qiyamətin əlamətləridir. Hətta deyilir ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcəklər. Həmin zəmanəyə gəlib çatmışıq artıq. Bu gün məktəblərdə qızlar da bir-birlərini bıçaqlayır. Hamısı da kişi müəllimlərin olmamasının fəsadlarıdır. Burada qadınları aşağılayacaq nə demişəm axı? Məni həyata gətirən anam olub, tərbiyəmlə məşğul olan da. Xanımları aşağılamıram. Biri də yazıb ki, "Akif İslamzadə deyir, qadınlar cəhənnəmlikdir”. Belə şey olar?! Heç kim sözümü pisə yozmasın. Demişəm ki, peyğəmbər meracında cənnəti də göstəriblər, cəhənnəmi də. Cəhənnəm əhlinin əksəriyyəti qadınlar olub. Mən bunu hədislərdən sitat gətirmişəm. Bəzi jurnalistlər zəng edib açıqlama alırlar, amma fikirlərimizi oxuculara yanlış çatdırırlar. Olmaz belə”.

A.İslamzadə deyib ki, bütün dünyada kütləni sürüyə çevirməyə çalışırlar:

"Bu, dəccalın gəlməyindən xəbər verir. Pandemiyalar, içkilər, ailələrin dağılması da bunun göstəricisidir artıq. Peyğəmbərin hədisi var ki, qiyamət vaxtı 30 yalançı peyğəmbər olacaq ki, onlardan 4-ü qadındır. Qadınlardan biri Yelena Blavatskayadır. İnsanlara bunu izah etmək lazımdır, ağlına və ağzına gələni yazmaq lazım deyil. Ölkədə kitabdan ucuz heç nə yoxdur. Alıb oxusunlar, öyrənsinlər. Qadınları təhqir etmirəm, edən də deyiləm. Sara xanım (anası), Zərifə Əliyeva Fəxri Xiyabanda dəfn olunub. Hətta Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanım da. Bunu təşkil edən adama Allah rəhmət eləsin. Məleykə xanım çox yaxşı həyat yoldaşı olub. Onlar qadın deyillər? Çingiz xanın yanında Altunay xatun olub, Heydər Əliyevin yanında Zərifə xanım, Əmir Teymurun yanında Bibi xanım (Saray mülk) olub. Bunları necə danmaq olar? Sadəcə, mənim fikrimi oxuculara düzgün çatdırmayıblar. Qadın yoldaşı ilə çiyin-çiyinə gedirsə, çox gözəl, vay o günə ki, ailədə qadın komandir ola. Bu gün demək olar ki, o cür yaşayırıq artıq”.
 
Ardını oxu...
"Ucuz şeylərlə reytinq tutmaq lazım deyil. Deyəndə ki, bu belədir, cavab verir ki, reytinq budur. Reytinq nədir? Tamaşaçıların zövqünü tamam korlayıblar. Ciddi şeyə baxa bilmirlər. Əxlaq olmayan yerdə özbaşınalıq olur. Cəmiyyətdə hərə öz yerini bilməlidir. Mən daxilimdə azərbaycanlıyam, fransız ola bilmirəm, heç istəmirəm də. Allah məsləhət bilsəydi, elə fransız yaradardı. Mən niyə ondan pis şeyləri oğurlamalıyam. Kişi kişi ilə, qız qızla evlənir. Bu, dünyanın sonuna işarələrdir. O verilişi hazırlayan, filmi çəkən bununla nə demək istəyir?".

TEREF Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Otaq 9" layihəsində səsləndirib. O, verilişləri sərt tənqid edib:

"Axı bizim özümüzə məxsusluğumuz, dinimiz, ədəb-ərkanımız var. Xaricdə gedirsən, yaşlı bir qadındır, durub yer verirsən, sənə çox pis baxır ki, məni nə hesab edirsən, şikəstəm? Amma bu, bizdə tərbiyə hesab olunur. Biz belə böyümüşük. İndi gənclər telefonu alıb əlinə guya heç nə görmür. Amma bilir ki, yanında qoca kişi əsə-əsə dayanıb. Amma biz həmişə ayağa durmuşuq. Bunun harası pisdir? Əgər sən bunlara riayət etmirsənsə, olursan meşə adamı. Yoxsa bu gedişlə, səviyyəsiz, axmaq verilişlərlə gəncləri korlayırlar. Məhkəmədə olan şeyi gətirib televiziyaya çıxarırlar. Bir yekəbaş arvadı ilə birləşib anasını evdən qollayıb. Bizim də dinimiz deyir ki, cənnət ananın ayaqları altındadır. Yaxşı, bunu sən niyə televiziyada göstərirsən? Ola bilsin ki, bu tipik hadisə haradasa bir yerdə baş verib. Məhkəməlik olan şeyi gətirib efirdə verirsən. Uşaq, cavan da baxır. Mən yaşda birinə təsir etməz, tam əksi ikrah hissi oyadar. Belə şeydən iyrənirəm. Amma uşaqlar baxır. Ona evdə tərbiyə verirsən ki, böyüyə, kiçiyə hörmət et. Amma sonra baxır ki, sən demə, ananı evdən qovmaq olur. Bununla nə demək istəyirsiniz? Bu nə geyimlərdir, efirə çıxırsınız? Hava istidir, mən də istəyərəm ki, burada şortla gəzim. Bizim milli mentalitetimizə uyğun gəlmir. Demirəm, biz qalaq keçmişdə, o qaranlıqda. Yox. Zamanla ayaqlaşmalıyıq, amma yaxşı şeylərlə. Təəssüf ki, ucuz yolla gedib, reytinq qazanmaq istəyənlər var. Bu reytinqində nəticəsi tamaşaçı zövqünü korlamaqdır. Və insanlar yavaş-yavaş vəhşiləşirlər. Bu sözümə görə məni qınamışdılar. Amma təəssüf ki, bu gün kütlə var. Bu kütləni də yetişdirib çoxaldan verilişlərimiz, televiziyadır. Əvvəl savadlı, ağıllı adamlar efirə çıxardı. Bu gün televizya olub rusların bir sözü var "prokhodnoy dvor". Kim gəlir, efirə çıxarırlar. Televiziyaya nümünəvi adamlar çıxarılmalıdır".

R.Balayev özünə "sənətkar" deyən toy müğənnilərini "bədbəxt" adlandırıb:

"Toy müğənniləri var ki, sənətdən danışırlar. Sən heç sənətin qapısı haradadır onu görməmisən, ay "bədbəxt". Amma yeri gələndə bu kütlə onu toya çağırır, yarım saatına 5 min verir. Bu da elə bilir ki, "sənətkar"dır. Bunu da televiziya edir. Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi".

Ardını oxu...
“Bu gün dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlı alnıaçıq, qürur və fəxrlə gəzir. Biz artıq qalibik!”

Bunu TNS-ə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib.

Ş. Əlizamanlı xalqımızın illərdir, bu qələbənin həsrətində olduğunu, zəfər arzuladığını bildirib: “Bu gün artıq illərlə işğal altında qalan torpaqlarımız azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Əlbəttə ki, biz bunu arzulayırdıq, illərdir, həsrətində idik. Nəhayət bu, baş verdi. Artıq biz qalib bir dövlətin vətəndaşlarıyıq, qalib xalqın övladlarıyıq. Ordumuzu və xalqımızı ürəkdən təbrik edirəm. Var olsun, qüdrətli Azərbaycan Ordusu”.

İfaçı əvvəllər ifa olunan mahnılarda kədər və məğlubiyyətin hiss olunduğunu da vurğulayıb: “Təbii ki, o zaman - torpaqlarımız işğal altındaykən mahnılarımızda, ifa və sözlərdə kədər, məğlubiyyət hiss olunurdu. Amma artıq qalib əhval-ruhiyyəsində ifa edirik. Bu yolda böyük məktəb keçmişik”.

O bildirib ki, əvvəlki kimi olmasa da, bu gün də vətənpərvərlik ruhunda yeni mahnılar ifa edir: “Artıq torpaqlarımız işğaldan azad olunub. Əvvəlki kimi olmasa da, indi də yeni mahnılar yaranır, ifa edirəm”.
 
Ardını oxu...
“Tumurcuq” Teatrı şəxsi büdcəm və bir-iki dostumun dəstəyi ilə yaranıb. Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın İsveçdəki səfirliyi və müxtəlif təşkilat rəhbərləri söz versələr də dəstək olmadılar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Avropada ilk Azərbaycan teatrının qurucusu Sevinc Nəzərli verib.

S.Nəzərli qeyd edib ki, teatr olsa da büdcələri yoxdur:

“Azərbaycanlılar üçün milliyyətçilik romantizm, yəhudilər və ermənilər üçün ideologiyadır. Mən teatra həm də bir ideologiya kimi yanaşırdım. Amma tək bunu bacarmadım. Öncə çox məyus oldum, sonradan düşündüm ki, qoy bir az da xalq düşünsün, onlar məyus olsunlar. Mənim etdiyim hərəkət böyük fədakarlıq idi, bu qədər zamanı və pulu öz şəxsi işlərimə də ayıra bilərdim”.

S.Nəzərli hazırda başqa teatrda layihələr üzərində çalışdığını bildirib:

“Bizim Azərbaycan teatrının adını dəyişdirib başqa adla əvəz etdik və başqa teatrlarla əməkdaşlıq etməyi düşünürəm. Əlbəttə bu ayıb və üzücüdür. Bu kiçik zaman çərçivəsində gördüyümüz iş bir tarix olaraq qalacaq. Yəqin ki, gələcək nəsillər bu haqda oxuduqda və bildikdə utanacaqlar. Azərbaycandan xaricə köç etmiş insanları yalnız maddiyyat düşündürür. Öz övladları zatən assimilyasiya olurlar. 50 il sonra bu xalqın yarısı tam assimilyasiya olacaq. Düşünürəm ki, gənc nəsil üçün doğru yol çəkə, qürur duyası tarix yaza bilmədik və arxasını dayayacaq bir sütun, dirək - yəni diaspora qoyub getməyəcəyik. Azərbaycanlılarla ümumiyyətlə ünsiyyət qurmuram və heç bir tədbirlərdə iştirak etmirəm. Teatr tarixi, məqsədi və fəaliyyətinin durdurulması haqqında geniş açıqlama yazım var və bunu tarix olaraq yerləşdirmişəm. 50 il sonra yeni nəsil üçün maraqlı olacaq, avqustda yayımını düşünürəm. Nə inciməmişəm, nə də küsmüşəm, sadəcə utanıram. Bu xalqın xaricdə düşdüyü durumdan utanıram, özünü Türk sayan xalq bu duruma düşməməli idi. Milli kimlik baxımdan nəzərdə tuturam”.

S.Nəzərli qeyd edib ki, yaşından, başından, təhsilindən asılı olmayaraq xaricdəki azərbaycanlıların çoxu yemək və əylənməkdən başqa heç bir işə yaramır.
 

Ardını oxu...
“Mənim belim bükülməyib, əlim əsmir, başım fırlanmır, səhnədə gəzə bilirəmsə, niyə teatrda olmamalıyam?! Xaricən də çox cavan görünürəm, daxilən də özümü cavan hiss edirəm. Teatra yaşlı aktyorlar lazımdır. Ağasadıq Gəraybəyli 90 yaşında “Əliqulu evlənir” tamaşasını oynayırdı. Sözün əsl mənasında o rolu yaradırdı. Bizim kimi yaşlı aktyorlar teatrda yoxdur, yaşlı rolları bəs kim oynayacaq?! Cavanın nə qədər saçını ağartsan da, üzünə saqqal yapışdırsan da, onun gözləri par-par parıldayır. Amma yaşlı adamların gözləri sönük olur, yaşlı görünür. Mənim rollarımı o teatrda olan aktyorların heç biri oynaya bilməz. Mən o teatrın böyük aktyoru olmuşam. Ola bilsin ki, bir az özümü tərif etmiş oldum, amma bu faktdır”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, məşhur aktyor Tariyel Qasımov deyib. O daha sonra əlavə edib.

“Teatrımıza xanım direktor gəldi. Dedi ki, ərizə yazın, onsuz da yaşlı adamlar işdən çıxarılacaq. Özləri yazmasalar belə biz onları çıxaracağıq. Teatra yaşlı aktyorlar lazım deyil?! Xalq artisti Rafiq Əzimov məndən də bir yaş böyükdür, nə olub ona? Gözəl də oynayır! AZDRAMA ona qiymət verir! Mən də min cavana dəyərəm. 3 teatrda dirrektor və bədii rəhbər işləmişəm, quruluş vermişəm. Qarşımda olan aktyoru ya danlayanda, ya da nəsə söz deyəndə mən onu nəzərə almışam. Gələn xanım da Mədəniyyət Nazirliyində işləyib, hər zaman yubileylərimdə gül gətirib məni təbrik edib. O bilir ki, Gənc Tamaşaçılar Teatrında ən birinci aktyor Tariyel Qasımovdur. Mənə heç kim bir söz deyə bilməz. Mənə söz deyər, cavabını qaytararam! Bizdə cavan aktyorların bir çoxu zəifdirlər, yardım heyətinə yarayırlar. O cavan aktyora bir söz desə başını aşağı salıb danışmayacaq. Amma Yasin Qarayevə, Tariyel Qasımova söz desə biz onun cavabını qaytaracağıq. Ona görə də o məndən ehtiyat etdi. Ola bilər də gələcəkdə teatra gecikə bilərdim, o mənə nəsə söz deyə bilərdi.. Halbuki mən rəhbər işlədiyim teatrlarda aktyorları yığıb deyirdim ki, kim nizam-intizamı pozsa o aktyor işdən çıxarılacaq. Teatra zəif aktyor da lazımdır. Amma işin nizam-intizamını pozan aktyor istəyir xalq artisti yox, SSRİ xalq artisti olsun, mən onu teatrdan çıxararam. Nizam-intizam olan yerdə yaradıcılıq olar. Nizam-intizam olmayan yerdə yaradıcılıqdan söhbət gedə bilməz. Xanım yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atdı. Bu işdə bir az Yasinin də (xalq artisti Yasin Qarayev) təqsiri var. Yasinə deyib ki, yaşlı adamlar ərizə yazıb, işdən çıxsınlar. Mənə də Yasin Qarayev dedi ki, gəl ərizə yazıb, işdən çıxaq. Hər ikimiz yazdıq. Yasin ərizə vermədi, mən isə əriəmi verdim. O işləyir, mən isə işdən çıxmışam. Məsləhətdirsə o da işdən çıxarılardı da! O da qocadır da. Yasin işləməlidir də! Orada başqa yaşlı aktyorlar da var, onlar da işləməlidirlər. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm” deyə o bildirib.
 
Ardını oxu...
Hollivud ulduzu Tom Kruz qızı Surinin son zəng mərasimini buraxıb.

Akrtyorun tanınmış həmkarı Keti Holms ilə birgə övladı Nyu-Yorkda məktəbi bitirib.

Surinin anası mərasimdə iştirak edib, lakin atası gəlməyib.

Ertəsi gün aktyor Londonda müğənni Teylor Sviftin konsertində görüntülənib.

Qeyd edək ki, 2006-cı ilin noyabrında Tom Kruz aktrisa Keti Holms ilə evlənib. Toy İtaliyada baş tutub. Mərasimdən altı ay əvvəl, 18 aprel 2006-cı ildə sevgililərin Suri adlı qızı dünyaya gəlib. 2012-ci ildə məşhurlar boşanıblar.

Mənbə: gazeta.ru
 

Dünyapress TV

Xəbər lenti