Ardını oxu...
Qida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəlif salatlar və dadlı təamların hazırlanmasında istifadə olunur. Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir. Qiymət artımı ilə yanaşı, göyərti dəstəsinin ölçüsü də kiçilib. Artıq bir dəstədəki göyərti sayı bəzən bir neçə saplaqla məhdudlaşır. Bunu əsasən reyhan və göy soğanlarda daha çox müşahidə etmək mümkündür. Maraqlıdır ki, bu tendensiya tək Bakıda yox, elə paytaxtı göyərti ilə təmin edən əsas rayonlarda da müşahidə edilir. Bəs bu vəziyyətə səbəb nədir?

TEREF "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Dəstələrin kiçik olmasının səbəbi mövsümlə bağlıdır

Satıcı Famil Əhmədovun sözlərinə görə, hazırda göyərtilərdən ən bahası reyhandır. Dəstəsinin qiyməti 50 qəpikdir. Digər göyərtilərin bir dəstəsinin qiyməti isə 25 qəpiyədir. Dəstələrin kiçik olmasının səbəbi isə mövsümlə bağlıdır.

Meyvə-tərəvəz dükanı işlədən Əli İsmayılov isə göyərtilərin qiymətlərinin dəyişmədiyini vurğulayıb:

"Qiymətlərdə hazırda artım mövcud deyil. Bayrama görə sahələrdə göyərti az idi. Yalnız bu səbəbdən həmin dövrdə artım oldu. İndi isə qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".

Eyni ərazidə göyərti satan Səkinə Nuriyeva isə deyir ki, havalar isinəndə bazar yenidən canlanacaq:

"Qışdır, rayonlarda qar yağır deyə göyərti bu qədər azdır. Biz məhsulu Bərdədən gətiririk. Göyərtinin bir dəstəsi 20 qəpikdir. Martda havalar isinəndə bolluq olur. Qiymətlər də həmin dövrdə enəcək".

Göyərtini 80 faiz bahalaşdıran səbəblər

Kənd təsərrüfatı eksperti, sahibkar Eldar Hüseynovun sözlərinə görə, bayram göyərti sektoruna da öz təsirini göstərib:

"Bayram olması ilə əlaqədar işçilər sahələrə çıxmadılar. Beləliklə, bazarda qıtlıq yarandı. Bundan da bəzi işbazlar istifadə etdilər və qiymətləri qaldırdılar. Bu ərəfədə Azərbaycandan Rusiya bazarına gedən göyərti də çoxaldı. Məhsulun böyük qisminin Rusiya bazarlarına axını başladı. Məsələn, qırmızı kahı deyilən göyərtinin qiyməti Azərbaycan bazarında iki gün ərzində 80 faiz artdı. Qara reyhan da xeyli bahalaşdı".

Ekspertin fikrincə, bayramdakı bahalaşmadan əvvəl havaların da qeyri-mülayim keçməsi öz sözünü deyib:

"Son 20 gündə güclü şaxtalar oldu və həmin dövrdə əkinçilər hazırlıqsız yaxalandılar. Gündüz yağışlar yağdı, gecə güclü şaxtalar oldu. Şirvanda əkilən şüyüd, Bakı kəndlərində, Bərdədə açıq sahələrdə əkilən göyərtilər məhv oldu. Yalnız istixanalarda olan məhsullar qaldı. Bakı kəndlərində və Şəmkirdə istixanalarda göyərtilər boldur. Bu da onu deməyə əsas verir ki, tədricən bu məhsulların qiyməti enəcək".

"Bazarlara çıxarılarkən nəzarət yoxdur"

E.Hüseynov dəstələrin niyə kiçilməsi məsələsinə də aydınlıq gətirib:

"Göyərti əkinləri əsasən Bakı kəndlərindən başlayıb. Həmin ərazilərdə də göyərtilər kiçik bağlanılır. Hazırda bazarlarda üstünlük Bakı göyərtilərindədir. İri dəstələri Bərdə və Şəmkir zonasında bağlayırlar. Onların da göyərtiləri Rusiyaya göndərilir. Bakı göyərtisinin üç dəstəsi Bərdə göyərtisinin bir dəstəsi boydadır. Bazarlarda da rayondan göyərtiləri alıb, bir böyük dəstədən üç kiçik dəstə düzəldirlər".

Müsahibimizin sözlərinə görə, bazarın tələbləri indiki halda belə olduğu üçün heç nə etmək mümkün deyil:

"Göyərti bazarlara çıxarılarkən nəzarət yoxdur. Hər şey yalnız insanların vicdanına qalır. Məsələn, gələcəkdə müxtəlif göyərti çeşidləri fərqli üsullarla satıla bilər. Xarici ölkələrdə buzun içində saxlanılır, onlar üçün xüsusi soyuducular mövcuddur və bəzi ölkələrdə göyərtilər dəstə ilə deyil, kilo ilə satılır. Amma hazırda tendensiya belədir və insanlar da bunu belə qəbul edib".

"Kəndliyə dəstək olmalıdır"

İqtisadçı Pərviz Heydərov hazırkı problemin səbəbini bütün təsərrüfatların istixana şəraitində ola bilməməsində görür:

"Göyərti əkinləri əsasən fərdi təsərrüfatlarda olur. O səbəbdən onlara nəzarət olunmasını düzgün hesab etmirəm. Göyərti haqqında danışdıqda mövsümü də nəzərə almalıyıq. Çünki fərdi təsərrüfatların heç də hamısında soyuq və şaxtalı havada göyərti yetişdirmək mümkün deyil. İstixana formasında yetişdirmək də elə asan olmur. Qış mövsümündə məhsulların keyfiyyətinin aşağı olması, qiymətinin yüksəlməsi təbii qəbul olunmalıdır. Amma keyfiyyəti aşağı düşən sadəcə göyərti deyil. Bu tendensiya digər kənd təsərrüfatı məhsullarında da müşahidə edilir".

İqtisadçının fikrincə, ev təsərrüfatlarına da müəyyən dəstək məqsədli addımlar atılarsa, bu sahədə qiymətləri az-çox tənzimləmək mümkün olar:

"Bazarda məhsulların daha keyfiyyətli və bol olması, qiymətinin münasib olması kimi məsələlərlə bağlı ev təsərrüfatlarının fəaliyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yəni yalnız iri fermer təsərrüfatları olmalı deyil. Bəzən olur ki, fərdi təsərrüfatlarda yetişən məhsul daha keyfiyyətli olur. İri təsərrüfatlardan çıxan məhsullar qiymət cəhətdən də fərqlənir".
 
Ardını oxu...
Rusiya Federasiyasının son ABŞ sanksiyalarının dünya bazarlarına təsirinin çox olmayacağı, ancaq Rusiya gəlirlərinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Bu barədə “Kommersant” yazır.

Sanksiyalar Rusiya neft və qaz sektoruna zərbə vuracaq. Onlarla “Qazprom neft” və “Surgutneftqaz” strukturunun sanksiya siyahısına salındığı bildirilir.

Son aylarda “Qazprom neft” və “Surgutneftqaz” Rusiyanın neft ixracının təxminən 20%-ni təşkil edib. “Surgutneftqaz” aylıq olaraq təxminən 1,9-2,2 milyon ton, “Qazprom neft” isə 1,6-1,8 milyon ton neft ixrac edib.

Sanksiyalar Moskva və Rusiyanın ən böyük Omsk neft emalı zavodlarını da əhatə edir. Həmçinin “Qazprom neft Şelf” bu siyahıya daxil olub, bu şirkət “Prirozlamnoye yatağı”nın, Rusiyanın Arktika şelfində fəaliyyətə başlayan yeganə obyektin sahibidir. Sanksiya siyahısına daxil olan digər obyektlər arasında Rusiyanın ən böyük “Kirişski neft emalı zavodu” və “Surgutneftqaz”ın tərkibindəki “Surgutneftqazbank” da mövcuddur.

Rusiya hesab edir ki, bu sanksiyalarla neft və neft məhsullarına olan endirimlər, “təmiz” tankerlərin çatışmazlığından dolayı freqat qiymətlərinin artması və ödəniş məsələləri ilə bağlı çətinliklər yarana bilər.
“Bugünkü sanksiya paketi, ABŞ hökumətinin çabaları nəticəsində, bir tərəfdən əsas ixrac edən şirkətlərə qarşı sanksiyaların miqyasını artırmağa, digər tərəfdən isə maliyyə, hüquqi və logistika infrastrukturu üzərində daha həssas təsir etməyə yönəlib”, – deyə Delcredere vəkillik bürosunun hüquqşünası Andrey Ryabinin bildirib.

Sanksiyalar səbəbindən “Qazprom neft” və “Surgutneftqaz”la əlaqəli bütün əməliyyatların 27 fevral tarixinə qədər dayandırılması tələb olunur.
Son zamanlar ABŞ, Rusiyanın iki aktiv LNG zavodunu “Kriogaz-Vısotsk” (illik 660 min ton) və “Portovaya LNG”ni (illik 1,5 milyon ton) sanksiya siyahısına daxil edib.

“Kommercant”, ekspertlərin fikirlərinə istinadən bildirir ki, “Kriogaz-Vısotsk” və “Portovaya LNG” zavodlarından ildə 2,2 milyon ton LNG satışından əldə edilən gəlir 1,3 milyard dolları təşkil edir.

Ekspertlər, bu səviyyədə olan həcmlərin qlobal bazar üçün əhəmiyyətli olduğunu, lakin uzun müddət ərzində bu zavodların dayanmasının böhrana gətirib çıxarmayacağını qeyd edir. Bunun səbəbi, dünya bazarlarında Plaquemines LNG (ABŞ-da 14 milyon ton gücü ilə) və LNG Canada kimi alternativ böyük güclərin mövcudluğudur.

Qeyd edək ki, ABŞ-ın Rusiyanın neft sektoru üzrə tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində “Qazprom Neft”ə serb “NIS” neft şirkətindəki paylarından imtina etmək üçün 45 gün vaxt verilib.
 
Ardını oxu...
"İmprotex İndustries" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə yanvarın 23-də baxılacaq.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: MMC Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxildir.
 
Ardını oxu...
Əmək və əhalinin sosial müdafiəsıi naziri Sahil Babayev Samir Şərifovu əvəzləyəcək.

Bu barədə “Gününsəsi”-nə hökumətdəki məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd olunur ki, bundan əlavə büdcə gəlirlərini təmin edən əsas dövlət qurumları birləşdiriləcək və yeni qurum yaradılacaq.

Onun tərkibinə Maliyyə Nazirliyi,Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər.

Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib.
 
Ardını oxu...
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (AQTİ) Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.

“AzPolitika” xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi “LEXUS-BAKI” MMC olub. AQTİ bu şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 01 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. Bundan başqa qurumun ştatında dörd sədr müavini var.

Ardını oxu...


Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür.

Ə.Nəbiyev bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.
Ardını oxu...
“Arash Medical Company” QSC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə yanvarın 22-də baxılacaq.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
Ardını oxu...
Son 13 ildə Suriyaya dəyən ziyan 500 milyard dollardan çox olub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, ərəb dövlətlərini viran olmuş ölkənin bərpasına dəstək verməyə çağırıb.

"13 il ərzində baş verən kütləvi qətlin Suriyaya vurduğu ziyan 500 milyard dolları ötüb... Oraya səfər edən komandalarımızın fikrincə, yerlərdəki mənzərə gözləniləndən qat-qat pisdir" - Ərdoğan bildirib.

O qeyd edib ki, Suriyanın ərəb və İslam dünyasının dəstəyinə ehtiyacı var.
 

          
Ardını oxu...
Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.

Ölkə.az-ın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətindən əldə etdiyi məlumatına görə, yanvarın 6-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

Beləliklə, qiymətlər dəyişməyərək ötən ilin dekabrı ilə eyni səviyyədə qalıb.

Bu ilin yanvarın 6-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,10 manat;

"Anadoluqida" və "AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,15 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", "SKY AGRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,05 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26,60 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,35 manat;

"Hazartürk LTD", "Sünbül 2012", "Taxıl AQRO" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,60 manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,70 manat;

"Qarabağ un" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26,80 manat.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.
TEREF xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
1.2. Heydər Əliyev Mərkəzi;
1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
1.4. Azərbaycanda Atatürk Mərkəzi;
1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;
1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;
1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;
1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
 
 
Ardını oxu...
Azərbaycanda mikro sahibkarlar ötən il əvvəlki qərarla ləğv edilən vergi güzəştlərini yenidən əldə ediblər. İndi müxtəlif xidmət sahələrində çalışan və illik dövriyyəsi 45 min manata qədər olan fiziki şəxslər işçilərin sayına görə tələblər qoyulmadan və icbari sosial sığorta üzrə borcu olmadan 75 faiz gəlir vergisindən yenidən azad edilib.

Bu qərar Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Deputat və iqtisadçı ekspert Vüqar Bayramovun qeyd etdiyi kimi, həmin şəxslərin ödədiyi vergi 4 dəfə azalacaq. Onun sözlərinə görə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə xidmətlərin göstərilməsi üçün müqavilə əsasında işləyənlər bu ildən etibarən 20 deyil, cəmi 5 faiz gəlir vergisi ödəyirlər.

“Bu üstünlük üçün artıq fərdi sahibkarlardan üç işçinin olması və məcburi sosial sığortadan azad olması tələb olunmur. Əgər vətəndaş, məsələn, media sektorunda işləyirsə və xidmət müqaviləsi əsasında vəsait alırsa və aylıq gəliri 3000 manatdırsa, bu ildən etibarən o, keçən ildə olduğu kimi 600 manat əvəzinə cəmi 150 manat gəlir vergisi ödəyəcək. Bu yeni qaydalar mikro sahibkarlar üçün mühüm yardım olacaq. Güzəştlər xidmət sektorunda müqavilə əsasında işləyən fərdi sahibkarlara şamil edildiyi üçün vergi qanunvericiliyinə düzəlişlər yerli iqtisadiyyatın bu seqmentində ticarət dövriyyəsinin artmasına təkan verəcək”, - deyə o bildirib.

Əslində, fərdi sahibkarın "Yeni il hədiyyəsi" artıq görülən işlərin təkrarı adlandırıla bilər. Təvazökar gəlirləri olan kiçik bizneslər bütün bu illər ərzində gəlir vergisi güzəştlərindən istifadə ediblər. Belə sahibkarlar gəlirlərinin 75 faizindən dövlətə vergi ödəmirdilər. Lakin keçən il bu güzəşt götürülüb və ləğv edilib. Vergi Məcəlləsinə sondan əvvəlki dəyişikliklərdən sonra mikro sahibkarlar bütün bu müddət ərzində imtiyazlardan istifadə edərək bu dövlət vergisinin cəmi 5 faizini ödəsələr də, 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəməyə məcbur oldular.

Eyni zamanda, əvvəlki vergi düzəlişləri maraqlı əlavəni nəzərdə tuturdu. Güzəştdən yararlanmaq və bu dövlət rüsumunun 20 yox, 5 faizini ödəmək üçün fərdi sahibkarlar ilk növbədə üç nəfər işçiyə malik olmalı idilər. İkincisi, onun məcburi sosial sığorta üzrə yığımlar üzrə heç bir borcu olmamalı idi. Ekspert dairələri daha sonra qeyd edirdilər ki, məcəlləyə edilən dəyişikliklər gəlir vergisinin yüksək olması səbəbindən mikro sahibkarlara zərbə olacaq.

Qeyd etmək yerinə düşər ki, respublikada mikro biznesə dövriyyəsi 200 min manata qədər olan sahibkarlar daxildir. Və əksəriyyətimiz beləyik. Dövlət Statistika Komitəsinin məlumatına görə, hər min sahibkarlıq subyektindən 920-dən çox hüquqi şəxs mikro sahibkarlıq subyekti kimi təsnif edilir. Yeri gəlmişkən, bu mənbəyə görə, hüquqi şəxslərin 90 faizindən çoxunun 1-dən 10-a qədər işçisi var və ya gəlirləri 200 min manatdan çox deyil.

Əksəriyyəti mikrobiznes ticarəti və nəqliyyat vasitələrinin təmiri, tikinti, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı, eləcə də emal sənayesi ilə məşğul olur. Yeri gəlmişkən, sonuncular 5 faizdən bir qədər çoxdur. Müqayisə üçün qeyd edək ki, orta sahibkarlıq subyektləri 250 nəfərədək işçisi olan və ildə 30 milyon manata qədər dövriyyəsi olan şirkətlər hesab edilir. Böyüklər üçün - bu göstəricilər daha yüksəkdir.

Bununla belə, keçən ilki yeniliyin bütün mahiyyəti ondan ibarət idi ki, yenilənmiş Vergi Məcəlləsi özləri üçün işləyən mütəxəssislər kateqoriyasını məhv etməyə çalışırdı. İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya deyib ki, ötən ildən başlayaraq 75 faizlik vergi güzəşti hüququnu saxlamaq istəyən mikro sahibkarlar ən azı üç işçini işə götürməli və icbari sosial sığorta üzrə borclu olmamalı idilər.

“Bir çox fərdi sahibkarlar qanundakı bu boşluğa diqqət yetiriblər, əks halda dövlətə tam ödəniş etməli olublar. Hesab edirəm ki, hökumət analoji yolla dövlət büdcəsinə vergi daxilolmalarını artırmaq niyyətində idi, lakin bu, açıq şəkildə sahibkarlığın gələcək inkişafına kömək etmir. Bu qərarın mahiyyəti hökumətin sahibkarlığa dəstək siyasəti kontekstində aydın deyil”, - deyə həmsöhbətimiz bildirib.

Əslində, vergi qanunvericiliyinə edilən dəyişikliklər çoxlarını çaşdırıb. İndi ümumi dövriyyəsi 45 min manata çatan bəzi fərdi sahibkarlar üçün sərtləşdirmə aradan qaldırılıb, lakin daha çox qurulmuş mikro biznes hələ də ötənilki oyun qaydaları dəyişikliyinə dözmək məcburiyyətindədir.

“Keçən il fərdi sahibkarlar üçün vergi güzəştlərinin ləğvi ilə bağlı qərar qüvvəyə minəndə biz dəfələrlə belə bir qərarın absurdluğu barədə mətbuatda danışmışıq. Çox deyilib ki, vergi yükü mikro müəssisələrin bağlanmasına gətirib çıxaracaq... Əslində, keçən il minlərlə insan bu qərardan əziyyət çəkdi, iş yerləri bağlandı. İndi ləğv edilib və orijinalına qaytarılıb”, - deyə Qarayev söyləyib.

Amma suallar qalır. Əsas odur ki, niyə keçən il düzəlişlər bu qədər israrla həyata keçirilib, niyə arqumentlərə qulaq asmayıblar? Niyə bir il gözləmək, iş yerlərinin bağlanmasını görmək lazım idi və buna kim cavabdehdir?

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, vergi tənzimlənməsinin səbəbləri və onların indiki ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə həddən artıq suallar var: “Bəli, zərərli qərarın ləğv edilməsi yaxşı haldır. Deyə bilərlər ki, səhvlərini düzəldiblər. Bəs niyə açıq-aydın zərərli bir şeylə başlayır və sonra başlanğıc mövqeyinə qayıdırlar?”.
 
 
 

Dünyapress TV

Xəbər lenti