Ardını oxu...
Gənclər və İdman Nazirliyi Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması ilə bağlı ela etdiyi tenderin qalibi olmuş “İnşaatçı 3” MMC ilə müqavilə imzalayıb.

TEREF bildirir ki, 32gun.Az-ın məlumatına görə, tərəflər arasında 1.999.730,06 AZN-lik müqaviləyə imza atılıb.

Bildirək ki, “İnşaatçı 3” MMC-nin qanuni təmsilçisi Qeys Siraclı Məmməd oğludur.

Yeri meiada gedən məlumata görə, Qeys Siraclı Məmməd oğlu mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun bizes ortağıdır. Mətbuatda gedən digər məlumata (“BakuNews”) görə, isə iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir.
 
Ardını oxu...
İsti mövsüm başa çatmaq üzrədir, amma piştaxtalarda olan meyvə-tərəvəz çeşidlərinin qiymətləri aşağı düşməyə tələsmir: tədarük çatışmazlığı və kənd təsərrüfatı məhsullarının baha olması şəhər sakinlərinin pul kisəsini boşaltmaqda davam edir. Ümumi fonda pomidorun qiymətləri xüsusilə təsirlidir - iyulun sonunda yay tərəvəzinin kiloqramı 1,5 manatdan 5 manata qədərdir.

AYNA-ya danışan alıcıların fikrincə, onların yüksək inflyasiya tərəfindən yeyilən kiçik gəlirləri, sözün əsl mənasında, bahalı tərəvəz və meyvələrə axır.

Vətəndaşlardan biri deyir: “Bu gün iki kiloqram pomidora dörd manat verdim. Əslində mövsümün qızğın vaxtında qəpik-quruş olmalı idi. Meyvə və tərəvəzsiz yaşamaq mümkün deyil, ona görə də pulumuz olmasa da, onu almalıyıq. Təmizlikçi kimi maaşım gündə 20 manatdır və bu qədər pulu məhsullara xərcləmək çox çətindir. Axı, təkcə pomidorla kifayətlənməyəcəksiniz, başqa xərclər də var”.

Yerli aptek işçisi də vəziyyətdən narazıdır: “Ölkədə minimum əmək haqqı 345 manat müəyyən edilsə də, 8 saatlıq iş gününə görə ayda cəmi 280 manat alıram. Başqa çıxış yolum yoxdur, çünki ərazidə demək olar ki, bütün apteklər belə cüzi qiymətə iş təklif edir və nəqliyyat üçün indiki qiymətlərlə başqa yerə getmək də mümkün deyil. Bazarlarda qiymətlər qorxuncdur. Maaşımla 2 manata pomidor ala bilərəm? Üç kiloya 6 manat ver, bütün ailəyə bəs edərmi?”.

Piştaxtalarda olan pomidor və digər ərzaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənmir - onlar bazardan asılıdır. “Niyə bu halda topdan və pərakəndə satışda qiymət etiketləri eynidir?” – deyə başqa bir həmsöhbətimiz soruşur: “Pomidorların qiymətləri, demək olar ki, hər yerdə eynidir. Mənə elə gəlir ki, kiminsə gözəgörünməz əli mənim onsuz da cüzi qazancımı əlimdən alır, ucuz məhsullara fantastik dərəcədə yüksək qiymətlər qoyur”.

Bazar ticarətçiləri tərəvəz və meyvələri toplu olaraq alır və standart qiymətə satırlar. Onların sözlərinə görə, “Meyvəli” ticarət mərkəzinin topdansatış məntəqələrində və “8-ci kilometr” bazarında qiymət artımı müşahidə olunur.

Bəzi satıcılar bahalaşmanı Rusiyaya kütləvi şəkildə pomidor ixracı ilə izah edirlər. Dövlət Gömrük Komitəsinin statistik məlumatları da göstərir ki, bu il tərəvəz ixracı əvvəlki illərlə müqayisədə daha aktivdir. Gömrük məlumatlarına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 136950 min dollar dəyərində 114247 ton pomidor ixrac edilib. Pomidor ixracı dəyər ifadəsində 13,4%, kəmiyyət ifadəsində isə 6% artıb. Müqayisə üçün qeyd edək ki, ötən il onlar 120730 min dollar dəyərində 108118 ton ixrac ediblər.

Bölgələrdə tərəvəz qəpik-quruş qiuymətinə olsa da, paytaxt bazarlarında baha qiymətə təklif olunur. Vəziyyəti AYNA-ya şərh edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun dediyinə görə, bu, kənd təsərrüfatı məhsullarının kəndlərdən Bakı bazarlarına çatdırılması sisteminin xüsusiyyətləri ilə izah olunur.

“Kəndlilər şəhərlərə məhsul gətirməkdə çətinlik çəkirlər - bunu təchizat şirkətləri edir və paytaxtda yeganə topdansatış bazarı inhisardadır. İnhisarçılığın və rəqabətin olmamasının mahiyyəti məhsulların ucuz alınıb, şişirdilmiş qiymətə satılmasıdır. Optimal qiymətlər üçün icra hakimiyyətləri və Kənd Təsərrüfatı Nazirliyi iri şəhərlərdə və xüsusilə paytaxtda fermerlərin birbaşa kənd təsərrüfatı məhsullarının satıldığı bazarların qayğısına qalmalıdır. Bakının periferiyasında yerləşən geniş kənd təsərrüfatı sahələri bu məqsədə uyğun ola bilər”, - deyə mütəxəssis bildirir.

Müsahibimiz izah edir ki, kəndlilər üçün əlçatan olan yarmarkalar qiymətlərin və təklifin sabitləşməsi üçün çox vacibdir: “Kənd sakinlərinin bazara çıxışı olmalıdır. Ona görə də topdansatış müəssisələrin sayını artırıb təsərrüfatların ixtiyarına vermək lazımdır ki, orada məhsullarını normal qiymətə sata bilsinlər. Yalnız bu, normal qiymətə kömək edəcək və əsassız qiymət artımının qarşısını alacaq. Azərbaycanda ildə 860 min ton pomidor istehsal olunur ki, bu da adambaşına 86 kiloqram deməkdir. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 20 kq pomidor ixrac edilir, qalan 660 min ton isə əhali üçün kifayət etməlidir - hətta idxala da ehtiyac yoxdur, qiymətlər isə indikilərin yarısı olmalıdır. Lakin buna daxili bazarda oliqarxların monopoliya şəbəkəsi mane olur”.

Məhərrəm ayı ərəfəsində pomidorun qiyməti kəskin bahalaşıb. Məhərrəm ayının əvvəlindən Səfər ayının ortasına qədər olan 40 gün ərzində Azərbaycanda ənənəvi olaraq toy şənlikləri keçirilmir və buna görə də bir çox ticarətçilər qiymətlərdə ucuzlaşma gözləyirdilər. Onlar gözləntilərini onunla izah edirlər ki, bu tərəvəzlərə tələbat əsasən restoranlar və şadlıq evləri tərəfindən diktə olunur. Amma bu, baş vermədi. Bazar birdən-birə yeni artım dalğası ilə üzləşdi - pomidor təklifi azaldı və qiymətlər qalxdı.
 
Ardını oxu...
“Ölkənin tikinti bazarında bahalaşma müşahidə olunur. Tikinti materiallarının qiyməti qalxıb. Buna səbəb dizel yanacağının bahalaşmasıdır. Çünki dizel yanacağı daşınmada mühüm rol oynayır. Onun bahalaşması bütün tikinti materiallarının qiymətinə öz təsirini göstərir. Tikinti və inşaat sektorunda qiymətlərin artması tədricən evlərin, mənzillərin və obyektlərin qiymətinə də təsir edəcək”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.

O bildirib ki, tikinti materiallarının xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 faiz təşkil edir:

“Əvvəllər yük maşınları istənilən qədər yüklənə bilirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur”.
 
 
 
Ardını oxu...
Azərbaycanın ilk sement istehsalçılarından olan “Holcim Azərbaycan” ASC (Qaradağda yerləşən sement zavodu) ötən ilin maliyyə hesabatını açıqlayıb. Şirkətin hesabatında “Holcim Azərbaycan”ın bir xeyli varlandığı və böyüdüyü qeyd edilib.

Belə ki, şirkət 2023-cü ili 12 milyon 922 min manat xalis mənfəət ilə başa vurub. Nəticədə, “Holcim Azərbaycan” şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 6 milyon 309 min manat və ya 95,4% (təxminən 2 dəfə) artıb.

Şirkət gəlirlərinin artdığını da bəyan edib. Belə ki, “Holcim Azərbaycan”ın satışdan gəlirləri 2022-ci ildə 145 milyon 568 min manat olduğu halda, 2023-cü ildə bu rəqəm 166 milyon 535 min manata yüksəlib (20 milyon 967 min manat və ya 14,4% artıb).

Şirkət onu da açıqlayıb ki, 31 dekabr 2023-cü il tarixində “Holcim Azərbaycan” 299 milyon 682 min manat cəmi aktivlərə malik olub. Ötən il üçün isə bu rəqəm 280 milyon manat təşkil edibmiş. Tribunainfo.az bildirir ki, “Holcim Azərbaycan” şirkətinin gəlirlərinin artması və böyüməsi heç də təbii vasitələrlə baş verməyib. Çünki şirkət 2023-ci ildə xammalın qiymətinin sabit olmasına rəğmən, süni qiymət artımına gedib. Apardığmız müşahidələr zamanı bəlli olub ki, 2022-ci ildə 400 markalı sementin bir tonu 108 manat olduğu halda, 2023-cü ildə bu rəqəm 148 manat təşkil edib. Hazırda isə “Holcim Azərbaycan”ın istehsal etdiyi sementin bazarda satış qiyməti 170 manata yaxındır.

Ekspertlər bildirirlər ki, belə qiymət siyasəti şirkətin böyüməsi üçün əsas ola bilməz. Ona görə ki, məsələ istehsal gücünün artması sayəsində böyüməkdən deyil, məqsədli şəkildə məhsulun qiymətinin artması ilə bağlıdır. Onlar hesab edirlər ki, “Holcim”in böyüməsi alıcıların cibinə girmək nəticəsində reallaşıb ki, bu da yolverilməzdir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
azfakt
 
Ardını oxu...
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 444 min 80 kiloqram (444 milyon 80 min qram) kibrit gətirilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan kibritin 1 qutusunun (1 qutu = 7 qram) orta gömrük dəyəri 1,3 qəpik (0,8 sent) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 489 milyon 110 min qram (69 milyon 873 min qutu) kibrit gətirilib və 1 ədəd kibrit qutusunun orta gömrük dəyəri 1,5 qəpik olub.

Məlumat üçün qeyd edək ki, kibritlər Azərbaycana əsasən (99,9%) Rusiyadan idxal edilib.

Onu da bildirək ki, hazırda Azərbaycanda 1 qutu kibritin pərakəndə satış qiyməti 5 qəpik təşkil edir. Bu ilin ilk 5 ayında Azərbaycana 63 milyon 440 min qutu kibrit gətirildiyini nəzərə alsaq, o zaman idxal olunan kibritdən 2,3 milyon manat gəlir əldə edildiyi görülür.
 
Ardını oxu...
Azərbaycanda evlərin qiymətinin yüksək olması aktual məsələlərdəndir. Əmlak bazarındakı qiymətlər adətən fəslə görə dəyişir. İndi yay fəsli olduğundan bağ evlərinə daha çox tələbat var.

Bəs əmlak bazarında qiymətlərdə yenə artım müşahidə edilirmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında hazırki vəziyyətdən danışıb.

"Ölkənin daşınmaz əmlak bazarında xüsusən, paytaxt Bakı, Sumqayıt, Xırdalan və digər şəhərlərdə hər il qiymət artımları baş verir. Qiymət daha çox təbii ki, Bakıda artır. Qiymətlərin ən böyük artımı 2023-cü ildə baş verdi ki, həmin vaxt təkcə Bakı şəhərində ortalama daşınmaz əmlaklarda 15 faizdən 30 faizə qədər qiymət artımı oldu.

Lakin 2023-cü ilin oktyabr ayından başlayaraq bu günə qədər əmlak bazarında çox ciddi sakitlik hökm sürür. Yalnız 2024-cü ilin fevral və mart ayları ipoteka kreditlərinin verilməsi səbəbindən əmlak bazarında ciddi müştəri çoxluğu müşahidə olundu. Bu da qiymətlərə təsir etdi. Hal-hazırda əmlak bazarında qiymətlər demək olar ki, 2023-cü ildə mövcud olan qiymətlərdə stabil olaraq qalıb, ciddi artım müşahidə olunmur. Lakin bununla bərabər qiymətlər enməyib”.

Ekspertin sözlərinə görə, Azərbaycanın turistik bölgələrinə də tələbat çoxdur.

"Bu ərazilərdə də torpaq sahələri alıb bağ evi tikirlər və yaxud hazır bağ evləri alaraq yaşıyırlar, həm də icarəyə verirlər. Qiymət artımı bölgələrdə Bakıdan daha çox müşahidə olunur. Həmçinin qiymət artımı Xırdalan şəhərindədir ki, Abşeron rayonunda daha çox tələbat bu əraziyədir. Sözügedən ərazilərdə təxminən 5-6 il bundan əvvələ qədər qiymətlər ucuz olsa da, hazırda ciddi qiymət artımları var”.
 
Ardını oxu...
Ümumi bazar dəyəri 14 trilyon dollardan çox olan “Möhtəşəm 7″li adlanan “Apple”, “Alphabet”, “Amazon”, “Meta Platforms”, “Microsoft”, “Nvidia” və “Tesla” şirkətlərinin səhmləri satış təzyiqinə məruz qalıb.

İndex.az xəbər verir ki, “Apple”in bazar dəyəri 178 milyard dollar azalaraq 3 trilyon 164 milyard dollara düşərkən, “Microsoft”un bazar dəyəri 96 milyard dollar zərərlə 2 trilyon 940 milyard dollara düşüb.

“Alphabet”in bazar dəyəri 74 milyard dollar azalaraq 1 trilyon 999 milyard dollara, “Amazon”un bazar dəyəri 87 milyard dollar azalaraq 1 trilyon 674 milyard dollara, “Meta”nın bazar dəyəri isə 41 milyard dollar azalaraq 1 trilyon 194 milyard dollara düşüb.

Süni intellektdəki inkişaflara görə son zamanlar diqqət çəkən şirkətlərdən biri olan “Nvidia”nın bazar dəyəri 191 milyard dollarla ən böyük itkini yaşayaraq 2 trilyon 448 milyard dollara enərkən, “Tesla”nın bazar dəyəri isə 20 milyard dollar azalıb.

Beləliklə, “Möhtəşəm 7″li adlanan şirkətlərin ümumi bazar dəyəri itkisi 688 milyard dollar səviyyəsində olub.
 
Ardını oxu...
İsveçdən Azərbaycana gələn tanınmış jurnalist Elbəyi Həsənli bu günlərdə Beyləqanda qonaq olub. O, sözügedən rayonda yağ müəssisələrinin birindən kərə yağının kilosunu 7 manata alıb. Elbəyi Həsənli bununla bağlı sosial şəbəkədə paylaşım edib:

"Beyləqandayıq. Balaca bir müəssisədəyik. Kərə yağı 7 manat, pendir 5 manat, şor 3 manat. Yaşa da kasıb".

İqtisadçı ekspert Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kərə yağının 1 kilosunu 7 manata satmaq istiqsadi baxımdan heç bir fermerə sərf etməz:

"Bir kiloqram kərə yağını əldə etmək üçün 24 kiloqram süd tələb olunur. Biz deyə bilmərik həmin müəssisədə satılan yağ nədir. Yağın keyfiyyəti necədir? Onu yalnız laboratoriya şəraitində yoxlanılandan sonra demək olar. Süd emalı zavodları var. Onlar asanlıqla südün 1 litirini 75 qəpikdən alır. Hətta südün bir litirini 75 qəpikdən alsa da belə südün maya dəyəri hardasa 17 manat edir. Onun yağ halına salınma prosesi də var, bu da müəyyən xərclər tələb edir. İqtisadi baxımdan heç bir fermerə sərf etməz ki, 17 manata aldığı südü yağa çevirib kilosunu 7 manata satsın".

Vahid Məhərrəmov Türkiyə istehsalı olan kərə yağlarının bir kilosunun 25 manata satıldığını vurğulayıb:

"Çox keyfiyyətli yağdır. Azərbaycanda 7 manata kərə yağı satılsa, hansı sahibkar gedib Türkiyədən baha qiymətə yağ gətirər? Elə gedib evimin içindəkini alaram. Hamı yazır, amma hər yazılan kərə yağı deyil. Bu gün Azərbaycanda çox az süd istehsal olunur. Süd istehsalı çox baha başa gəlir. Ona görə ki, Azərbaycanda ot və yem bahadır". ,

Məsələni araşdırmaq üçün Beyləqanda fəaliyyət göstərən müəssisənin rəhbəri Bəşir adlı şəxslə əlaqə saxladıq. O, bizi dinləsə də sullarımıza cavab vermək istəməyib və telefonu söndürüb.
Ardını oxu...
Son vaxtlar daşınmaz əmlak bazarında bir durğunluğun hökm sürür.

Eksperlər bunu müxtəlif səbəblərlə izah edirlər. Bazarda durğunluq müşahidə edilsə də bu, qiymət artımına elə də təsir etmir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, hazırda ən bahalı mənzillər Səbail, Nərimanov və Nəsimi rayonlarında təklif olunur:

“Bu istiqamətdə liderlik illərdir ki dəyişmir. Paytaxtın ən bahalı mənzilləri “Port Baku” ərazisində yerləşən binalarda təklif olunur. Bunların ortalama qiyməti bazara 1 kvadratmetrinə görə 7-10 min manat arası təklif edilir. Son dövrlər, əvvəlki illərə nisbətən həmin mənzillərin qiyməti 20-25 faiz artıb. Eyni zamanda biz digər mərkəzə yaxın ərazilərə baxsaq, mənzillərin 4-5 min civarında satışa çıxarıldığını görə bilərik. Hazırda bu istiqamətdə ən aktiv rayonlar Səbail, Nərimanov və Nəsimi rayonlarıdır. Bu rayonlarda mənzillərin qiyməti digər rayonlardan fərqlənir”.

O, ən çox mənzil satışının isə Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonlarda olduğunu qeyd edib.

Bəs bu gün daşınmaz əmlak bazarında durğunluğun səbəbi nədir və ilin sonuna kimi qiymətlərdə dəyişiklik müşahidə ediləcəkmi?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"a bildirib ki, bu gün ölkədə qiymət artımına təsir edən faktorlar var və bu, ən çox iqtisadi mühit, alıcılıq qabiliyyətidir:

"Hazırda əhalinin alıcılıq qabiliyyəti və gəlirləri aşağı düşdüyü, təkliflər azaldığı üçün həm tikinti şirkətləri, həm də ayrı-ayrı vətəndaşlar qiymətlərdə endirim etmirlər, əksinə yüksək səviyyədə saxlayırlar. Mənzil bazarında durğunluq məhz əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Əslində hər zaman yay mövsümündə alıcılıq qabiliyyəti aşağı düşür.

Bazarda alıcı sayı azalır. Alıcı sayı ilə yanaşı təklif də azalır. Son üç ildə qiymətlərin artmasına ilk növbədə tikinti şirkətləri səbəb olub.

Bu gün tikinti şirkətləri arasında rəqabət, eləcə də onlar tərəfindən bazara çıxarılan mənzillərin sayı azdır".

Bazarda durğunluğun Rusiyada yaşayan soydaşlarımızla bağlı olması fikrinə gəldikdə isə, ekspert deyir ki, o ölkədə iqtisadi vəziyyət artıq yaxşılaşıb:

"Rusiyada iqtisadi vəziyyət 2022-2023-cü illərdə yaxşı deyildi. İndi iqtisadi durum ovaxtkı kimi deyil. O vaxt Rusiyadan axın vardı. Orada yaşayan soydaşlarımızın burada bazar payının həcmi heç 3-5 faizini təşkil eləmir. Onlar Azərbaycanın daşınmaz əmlak alışına böyük təsir etmirlər. Müharibə vaxtı axın çox oldu, indi vəziyyət fərqlidir.

Əsasən ipotekanın, ümumi iqtisadi durumun təsiri yüksəkdir. Bir də əvvəlki illərdə vətəndaşlar görürdülər ki, pul dəyərdən düşür. Ona görə də böyük həcmdə ipotekalara cəhd göstərdilər, alıcılıq qabiliyyəti yüksək idi. 2023-cü ilin sonunda limit bitti və ipoteka dayandırıldı.
Sonra mart və aprel aylarında aktivlik artdı, may ayından isə yenidən azalma oldu. Qiymətlərin aşağı düşməsi üçün hazırda heç bir əsas yoxdur.

Ancaq stabil artım ilin əvvəli ilə sonu arasında ən azı 5 faiz olacaq. Bu ilin sonunda bazar nisbətən stabil olacaq. Ancaq tikinti şirkətləri üçün ilin sonuna və gələn ilin əvvəlinə satışa çıxarılan mənzillərin sayı az olduğuna görə qiymətləri yenə də qaldıracaq".
 
Ardını oxu...
Azərbaycan beş il iki aylıq fasilənin ardından Çindən yemiş tədarükünü bərpa edib. Bu ilin yanvar-may aylarında Azərbaycana 86 min ABŞ dolları dəyərində 120.23 ton yemiş idxal edilib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində iki dəfə, kəmiyyət olaraq - 2.2 dəfə çoxdur. Qeyd edək ki, yemişi təkcə Çindən idxal etmirik. Hesabat dövründə Azərbaycan İrandan 61.32 min ABŞ dolları dəyərində 87.66 ton, Türkiyədən 19.39 min ABŞ dolları dəyərində 27.7 ton, Braziliyadan 4.66 min ABŞ dolları dəyərində 4.66 ton, Kosta-Rikadan 0.2 min ABŞ dolları dəyərində 0.2 ton yemiş alıb.

Heç kimə sirr deyil ki, Azərbaycanın özünün keyfiyyətli yemiş sortları mövcuddur. Hər il bostan mövsümü ərzində yetişdirdiyi yemişi, qarpızı sata bilməyən fermerlərin şikayətlərini eşidirik. Bəs özümüzdə bolluqdursa, yetişdirə biliriksə, yemişi niyə xaricdən idxal edirik?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.

Sahədə yemişin kiloqramı 15-20 qəpikdir

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi ki, sahələrdə yemiş hələ yeni yığılmağa başlayır: "Azərbaycanın qədim altı yemiş sortları bərpa olunub. İtməkdə olan "Reyhani", "Şahnəzər", "Qəndi", "Boz Dəli", "Sineyvaz" və "Uzundadaş" yemiş sortlarının bərpası həyata keçirilib. Bizdə yemişin yığımı hələ indi başlayıb. Bir həftədən çoxdur ki, sahələrdən yığılır. Sahədə yemişin kiloqramı 15-20 qəpikdir. Pərakəndə satışla yerli yemişin kiloqramı hazırda 75 qəpikdir".

Sözçünün məlumatına görə, yemiş daxili bazara çıxarılmaq üçün gətirilməyib: "Hansısa sahibkar xaricdən məhsul gətirə bilər. Ölkəmizdə yemiş olmayan dövrdə hansısa sahibkarın gətirməsi ehtimalı var. Ehtimal var ki, bu yemişlər yanvar ayında gətirilib. Çünki həmin dövrdə özümüzdə olmur. 120 ton çox kiçik həcmdir. Supermarketlər də gətirmiş ola bilər. Çindən ölkəmizə yemiş gətirmək hədsiz baha başa gələr. Həmin yemişi də bazara çıxarsaq, gərək kiloqramını 10-15 manata sataq. Onu da heç kim almaz. O səbəbdən daxili bazara çıxarmaq üçün gətirilməsi sərf etmir".

Qədim yemiş sortlarının bərpası ilə bağlı işlər görülür

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirdi ki, yemiş istehsalımız kifayət qədər çoxdur: "Azərbaycanda kifayət qədər bostan və tərəvəz bitkilərinin əkiləcəyi torpaqlar mövcuddur. Yemiş və qarpızla bağlı xüsusilə Mərkəzi Aran rayonlarında münbit şərait var. May-sentyabr aylarından yemiş bazara çıxarılır. Öz məhsullarımız daxili tələbatımızı ödəyir, hətta Rusiyaya da ixrac edirik. Keyfiyyəti də çox yüksəkdir. Kürdəmir, Ucar, Zərdab rayonlarının yemiş ənənələri çox qədim dövrü əhatələyir. Həmin ərazilərdə qədim yemiş sortlarının bərpası ilə bağlı işlər görülür. Kəndlərimiz var ki, 1000 hektar sahədə yemiş əkilir".

Sədr qeyd etdi ki, yanvar-may ayları ölkəmizdə yemiş istehsalı olmur. Ona görə digər ölkələrdən ixracı labüddür: "Qeyri-mövsüm vaxtı digər ölkələrdən gətirilə bilər. Bu, bütün ölkələrdə baş verən prosesdir. Çünki yanvar-mart aylarında ölkəmizdə yemiş yetişdirilməsi mümkün deyil. Bu bitkinin istiliyə ehtiyacı var. Çinin də cənub hissəsində bəzi bölgələri var ki, isti ərazilərdir və orada məhsul tez yetişir. O səbəbdən də oradan ixrac olunur. Hazırda ölkəmizə yemiş ixrac olunmur. Çünki kifayət qədər istehsal mövcuddur. Hansısa sahibkar kənardan gətirsə də, onu heç kim almayacaq".

"Azad bazar sistemində istənilən ölkədən məhsul gətirilə bilər"

İqtisadçı Emin Qəribli isə düşünür ki, istehsalçılar daha rəqabətli məhsullarla bazarı ələ almalıdırlar: "Azad bazar sistemidir və istənilən ölkədən məhsullar gətirilə bilər. Bizdə istehsal varsa, bu o demək deyil ki, bütün məhsulları özümüz yetişdirməliyik. Bu, mümkünsüzdür. İstehsalçılar rəqabət qabiliyyətli məhsullar istehsal etməlidirlər. Əgər xaricdən yemiş gətirmək ehtiyacı yaranıbsa, yəqin ki, bazarı tam təmin etmək mümkün olmayıb. Daxili bazarda tələbat varsa və yerli məhsul da bunu ödəyə bilmirsə, burada heç bir problem yoxdur. Ola bilər ki, istehsalçılar lazımi sortları yetişdirə bilmirlər. Müəyyən vərdişləri olmadığı üçün rəqabət qabiliyyətli məhsul istehsal edilmir. Yemişin qiyməti elə də yüksək olmadığı üçün rentabelli deyil və fermerlər də o qədər diqqət etmirlər. Bu da normal haldır. Hansı sahələr daha rentabellidirsə, onlara diqqəti daha çox ayırmalıyıq".

E.Qəribli bu sahədə görülməli olan işlərdən də danışdı: "Daxili istehsalçıları qorumaq üçün müəyyən tədbirlər görülə bilər. Bunlardan biri də idxalın qarşısını almaqdır. Amma bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qəbul olunmaya bilər. Əgər həqiqətən də daxili bazarın mühüm hissəsi idxal məhsullarından təşkil olunubsa, bu zaman müvafiq icra orqanları diqqət yetirməlidirlər. Daxili istehsalçıların rəqabət qabiliyyətinin artırılması üçün müvafiq tədbirlər görülməlidir".
 
 

 


Dünyapress TV

Xəbər lenti