Ardını oxu...
“Azərenerji”nin 4,7 milyonluq tenderini udan şirkətin məlumatları gizlədilir?
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
TEREF xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən keçirilən 4 milyon 681 min 782 manat 70 qəpik dəyərindəki tenderin qalibi “Smart Energy Services” QSC olub.
“Smart Energy Services” QSC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevrilməsi və paylanılması üçün müxtəlif malların satın alınması işini həyata keçirəcək.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “Smart Energy Services” QSC barəsində məlumatlar mövcud deyil.
Ardını oxu...
Məlumat üçün bildirək ki, daha əvvəl “Smart Energy Services” MMC (VÖEN-1504953841) adlı şirkət “Azərişıq” ASC-nin keçirdiyi analoji tenderlərdə qalib olub. Vergi Xidmətinin əvvəlki reyester məlumatlarında isə göstərilirdi ki, “Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşir.
“Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub
 
Ardını oxu...
“Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlak sahiblərinə tətbiq edilir. Qanunvericilikdə “kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır. Təəssüf ki, bu gün bələdiyyələr bəzən çıxarışı olmayan mənzillərin sahiblərindən də əmlak vergisi tələb edir".

Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
Onun dediyinə görə, belə ərazilərdə sakinlərin mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ formalaşıb. Odur ki, sakinlər bələdiyyəyə vergi ödəyirlər:
“Əgər sakin maliyyə arayışı verib, tam ödəniş edib mənzil alıbsa, artıq həmin mənzil üzərində mülkiyyət hüququ yaranır. Həmçinin bir binada 100 mənzildən biri çıxarış alıbsa, digər mənzillər də əmlak vergisinə cəlb olunur. Qeyd edim ki, əmlak vergisi ildə bir dəfə ödənilir”.
 
Ardını oxu...
Ötən il Azərbaycanda istehsal olunan 1 kiloqram kartofun maya dəyəri 21 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satılan kartofun maya dəyəri 25 milyon 122 min 700 manat olub.
Açıqlanan rəsmi məlumatlara istinadən apardığımız hesablama göstərir ki, əvvəlki illə müqayisədə kartofum maya dəyərində dəyişiklik olmayıb.
Kartofun maya dəyərinin ən aşağı səviyyədə olduğu rayon Qax rayonu olub. Bu rayonda kartofun 1 kiloqramının maya dəyəri 10 qəpik olub. Maya dəyərinin ən baha olduğu rayon isə Kəlbəcər rayonu olub. Kəlbəcərdə yetişdirilən kartofun 1 kiloqramının maya dəyəri 1 manat 29 qəpik təşkil edib.
Azərbaycanın ən çox kartof yetişdirilən rayonlarında – Şəmkirdə kartofun 1 kiloqramının maya dəyəri 12 qəpik, Tovuzda 13 qəpik, Gədəbəydə 21 qəpik olub.
Məlumat üçün bildirək ki, kartofun satış qiyməti maya dəyərindən dəfələrlə yüksək olub. Açıqlanan rəsmi statistikaya görə, ötən il kartofun satış qiyməti 74 qəpik olub. Bu, kartofun ölkə üzrə qeydə alınan maya dəyərindən 3,5 dəfə çox olub.
Bundan başqa, Tovuzda yetişdirilən kartofun maya dəyəri 13 qəpik olsa da, onun orta satış qiyməti 98 qəpik olub. Rəsmi məlumatlardan da göründüyü kimi, Tovuz kartofu maya dəyərindən 7,5 dəfə baha satılıb. Şəmkirdə yetişdirilən kartofun maya dəyəri Tovuz kartofundan cəmi 1 qəpik az olsa da, onun satış qiyməti daha aşağı olub. Belə ki, Şəmkir kartofunun 1 kiloqramının orta satış qiyməti 64 qəpik olub.
 
Ardını oxu...
Bu ilin ilk 8 ayı ərzində Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə 4 milyard 271,6 milyon dollar, Şahdəniz yatağı (qaz və kondensat) üzrə 364 milyon 465 min dollar gəlir əldə edib.

Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, Fond 8 ay ərzində hər iki yataq üzrə cəmi 4 milyard 636 milyon 65 min dollar gəlir əldə edib.

Neft Fondunun bu il neft-qaz satışından əldə etdiyi gündəlik gəliri 19 milyon dollar, bir saatlıq gəliri 791 min 678 dollar, bir dəqiqəlik gəliri 13 min 195 dollar, bir saniyəlik gəliri isə 220 dollar olub.

Qeyd edək ki, ARDNF 2023-cü ilin 8 ayı ərzində AÇG yatağı üzrə 4 milyard 728 milyon dollar, Şahdəniz yatağı üzrə 1 milyard 183 milyon dollar gəlir əldə edib (cəmi 5 milyard 911 milyon dollar).
 
Ardını oxu...
2024-cü ilin II rübündə sorğunun nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildirmişlər. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Qeyd edilib ki, sorğu nəticələrinə əsasən ümumi istehlak kreditlərinə tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
 
]https://teref.az/uploads/posts/2024-09/1725366393_1.jpg[/img]X)
Rəsmi qaynaqların məlumatlarına diqqət yetirdikdə, elə güman etmək olur ki, İqtisadiyyat yanında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBND[img ilə TƏBİB arasında “savaş” gedir. Tribunainfo.az xəbər verir ki, bu da onunla bağlıdır ki, qurumun ayrı-ayrı müəssisələrində elan etdiyi çoxlu sayda tenderləri ləğv edilib.
Bildirək ki, ilk ləğv olunan tenderlərdən biri “M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzidir. Laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınmasını əhatə edən tender bu gün ləğv edilib.
Dəyəri 1.250.000,00 manat olan satınalma müqaviləsinin dayandırlmasının səbəbi kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şərtlərin pozulması ilə bağlı tərtib etdiyi protokol göstərilir.
Dünən ləğv edilən ikinci tender isə Mərkəzi Neftçilər Xəstəxanası ilə bağlı olub. İstilik qazanxanasının qaz xəttinin yerinin dəyişdirilməsi xidmətinin satın alınması ilə bağlı satınalma müqaviləsinin ləğvi edilmə səbəbi isə “Tender haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulması olub. Bu isə o deməkdir ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Nəticədə, 31.819,96 manatlıq tender ləğv edilib.
AİBNDX tərəfindən TƏBİB-in ləğv edilmiş üçüncü tenderi isə Bakı Sağlamlıq Mərkəzinin olub. Tibbi sərf mallarının satınalınmasnı əhatə edən bu tender avqustun 31-də ləğv edilib. Ləğv edilmənin səbəbi isə sözügedən xidmətin 29 avqust 2024-cü il tarixli AİBNDX/SQ-7485/2024 nömrəli qərarına əsaslanıb. Həmin qərarda satınalma qaydalarının pozulması qeyd edilir.
Qeyd edək ki, bu tenderin məbləği 8.982.154,00 manat olub.
Analoji hadisə Qazax rayon Mərkəzi Xəstəxanasının da başına gəlib. Tikili və avadanlıqların cari təmiri üzrə keçirilən satınalma prosesi 4 gün öncə ləğv edilib. 103.528,00 manatlıq tenderin hansı səbəbdən ləğv edilməsinin səbəbi açıqlanmayıb. Xidmət buna yalnız sorğu əsasında cavab verə biləcəyini qeyd edib. Və tribunainfo.az olaraq bu barədə məlum xidmətə sorğu göndərməyi qərarlaşdırmışıq.
Bir başqa hadisə isə Sabunçu Tibb Mərkəzində qeydə alınıb. Modul tipli xəstəxanada enerji təchizatı avadanlıqları, Oksigen sistemi, Elektrik xətlərinin və işıqlandırma avadanlıqlarının yoxlanılması, istilik və havalandırma sistemləri üzrə texniki servis xidmətlərinin satın alınmasını əhatə edən tenderin ləğvi kimi isə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.4.5-ci maddəsinin tələbi əsas götürülüb. Həmin maddədə qeyd edilir ki, təkliflərin yenidən qiymətləndirilməlidir. Görünür, Tibb Mərkəzi 229.868,31 manatlıq qiymətləndirmədə əsaslı şişirtmələrə yol verib.
Tribunainfo.az xəbər verir ki, Abşeron Mərkəzi Xəstəxanasının keçirdiyi tender isə ümumiyyətlə təqdim olunan təkliflərin şərtləri tələb olunanlara uyğun olmayıb. 3.300.000,00 manatlıq laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınması bu səbəbdən, yəni “Dövlət satınalmalar haqqında” qanunun 36.1.2.-ci maddəsinin kobud pozulması səbəbindən ləğv edilib.
 
Ardını oxu...
Rusiyalı idxalçılar üçün daha bir pis xəbər: Qırğızıstan bankları Çinə sanksiya tətbiq edilən mallar üçün məşhur ödəniş kanalını bloklayır. Ən yaxşı halda o, xeyli bahalaşacaq. Bir neçə idxalçı bununla bağlı “The Moscow Times”a şikayət edib.

Müharibə başlayandan sonra Qırğızıstan Rusiyaya sanksiyalar və ya istehsalçıların Rusiya ilə işləməkdən imtinası səbəbindən birbaşa alına bilməyən malların tədarükü üçün məşhur kanala çevrildi. Son bir ildə bir çox idxalçılar agentlik sxemindən (vasitəçilər və üçüncü ölkələr vasitəsilə) istifadə ediblər və ya öz xarici strukturları vasitəsilə Qırğızıstan bankları vasitəsilə dünyanın müxtəlif ölkələrinə pul köçürüblər.

Bu, Çin, Türkiyə və Cənubi Koreyadakı tədarükçülərə pul çatdırmağın ümumi üsulu idi - həm sanksiyaya məruz qalan avtomobil hissələri, avadanlıq və avtomobillər, həm də sanksiyalara məruz qalmayan mallar üçün ödənişlər belə edilirdi. 2022-ci ildən bəri Amerika və Cənubi Koreya bankları Rusiyadan birbaşa ödənişləri demək olar ki, qəbul etməyiblər və Avropa bankları bunu qəbul ediblərsə, Türkiyə və Çin bunu böyük məhdudiyyətlərlə həyata keçirib. Rusiyadan yalnız kreditlə ödənişləri dollar və avro ilə qəbul etməyi praktiki olaraq dayandırıb. Üstəlik, ruslar birbaşa Türkiyəyə yalnız bir neçə növ məhsulun - istehlak mallarının, dərmanların və baqqalların ödənişini edə bilərlər. Çin banklarının ehtiyatlı mövqeyinə görə, hətta ucuz geyim və ya plastik məişət əşyaları kimi zərərsiz mallar üçün Rusiyadan birbaşa ödənişlər aylarla gözlənilən yoxlamalarda qalırdı.

Amma Qırğızıstan vasitəsilə istənilən valyutada ödənişlər təchizatçıya 1-3 gün ərzində çatırdı və nəinki yuan və ya rubl, hətta dollarla ödəniş etmək mümkün idi. Bu barədə ödəniş kanalından istifadə edən idxalçı deyib. Nəticədə, məsələn, 2022-ci ildə Qırğızıstan vasitəsilə tranzit SWIFT ödənişlərinin həcmi 10 dəfə artıb.

Lakin vintlər tədricən bərkidilir. Bir il əvvəl Rusiya pulları səbəbindən Qırğızıstan banklarından istənilən SWIFT ödənişləri Türkiyə və Cənubi Koreyada ciddi nəzarətə götürülüb.

Xarici ticarət şirkətlərindəki mənbələr iyun-iyul aylarında bildiriblər ki, bu yay Rusiya ilə fəal işləyən bankları ikinci dərəcəli sanksiyalarla hədələyən Amerika hakimiyyətinin təzyiqi altında Çin bankları da Qırğızıstandan gələn pullara çox şübhə ilə yanaşmağa başlayıblar. Birincisi, xarici banklar Qırğızıstandan gələn dollar və avro ödənişlərini yoxlamaq üçün daha çox vaxt aparmağa başladılar. Göndərənlər ödənişin məqsədi və çatdırılma marşrutu haqqında əlavə məlumat tələb etdilər. Daha sonra çeklər milli valyutalarla ödənişlərə şamil edilib.

İyul ayında bəzi Qırğızıstan bankları, məsələn “Mbank” müştərilərinə SWIFT vasitəsilə böyük Çin banklarına yuan köçürməsini dayandıracaqlarını söyləyiblər. Çünki rus idxalçılarının tez-tez bu sxemlə ödəniş etdiyini bilərək onları qəbul etməkdən imtina ediblər. Bu barədə ticarət şirkətinin sahibi deyib. O, Qırğızıstan vasitəsilə Çinə pul köçürüb.

Növbəti addım xarici bankların rubldan istifadədən imtina etməsi olub. Rusiya avadanlıq idxalçısı qeyd edib ki, Qırğızıstandakı agentlər vasitəsilə Çinə yuanla etdikləri beş iyul və avqust ödənişlərindən yalnız ikisi kreditləşdirilib: “Daha ikisi yoxlama mərhələsindədir, biri isə dərhal geri qaytarılıb. “Bank Qırğızıstan”dan gələn pulun da “çirkli” olduğu bildirilib”.

Və bu, yeni mərhələdir: Qırğızıstan bankları ödəyicilərdən alınan malların Qırğızıstanda gömrük rəsmiləşdirilməsinə dair öhdəlik tələb etməyə başlayıblar. Belə tələbləri alan üç idxalçı bildirib. Onlardan biri izah edib: “Bu, tədarükümüzü təhlükə altına qoyur - axı biz Qırğızıstan vasitəsilə ödəmişik, amma Uzaq Şərqdən Rusiyaya daşımışıq”.

“Ən azı əlavə logistika xərcləri çatdırılma qiymətinə daxil edilməlidir. Görünür, bu, keçən il sanksiyalar siyahısındakı malların, onun vasitəsilə alınan avadanlıqların və elektronikanın öz ərazisində gömrükdən keçirilməsini tələb etməyə başlayan Qazaxıstanda olduğu kimi olacaq. Ona görə də biz ən azı ƏDV-yə cəlb olunuruq və bu, orta hesabla 15% təşkil edir. Çünki onu geri qaytarmaq çox çətindir”, - “The Moscow Times”ın başqa bir həmsöhbəti deyib.

Lakin daha pisi odur ki, Qırğızıstan bankları 2022-ci ildən başlayaraq daha əvvəl ödənilmiş malların göndərilməsi üçün öz ölkələrində gömrük rəsmiləşdirilməsini təsdiq edən sənədlər tələb edirlər. Daha iki şirkətdən bildirilib. Onlardan biri etiraf edib: "Əlbəttə, biz orada heç nə aydınlaşdırmadıq".

Sənədlər təqdim edilməsə, Qırğızıstanda banklar hesabı bloklamaqla hədələyirlər: “Əgər hesab bloklansa, biz qorxuruq ki, banklar şirkətlərin ümumi qara siyahısını yaradacaq və biz bu ölkədən tranzit ödənişlər üçün istifadə edə bilməyəcəyik".

Bununla belə, Qırğızıstan banklarının özləri maliyyə blokadasına düşmək riski ilə üzləşirlər. Avqust ayında Qırğızıstandakı bankların əsas müxbirlərindən biri olan Cənubi Koreyanın “Kookmin Bankı” sentyabr ayından etibarən SWIFT köçürmələrini dayandıracağını açıqlamışdı.

AYNA.az
Ardını oxu...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “SMS məlumatlandırma sisteminin sms balansının artırılması”nın ( qısa mesaj xidməti) satınalınmasını həyata keçirməyə hazırlaşır.

TEREF Tribunainfo.az-a istinadən xəbər verir ki, bu məqsədlə Agentlik 5 milyon ədəd SMS sifariş edəcək.

Bununla bağlı keçiriləcək tender üzrə isə 136.880,00 manat xərcləməsi planlaşdırır. Bu da o deməkdir ki, Agentlik bir SMS üçün 2.7 qəpik xərcləməli olacaq.

Təbii ki, belə bir xidmətin alınmasına qeyri-adi hal yoxdur. İnsanlar AYNA-nın parkinqlərindən istifadə edərkən pulsuz SMS aldıqlarını da yaxşı bilirlər və bundan faydalanlırlar da.

Lakin problem SMS-in alınmasında deyil, onun dilindədir. Belə ki, AYNA avtomobilini park edən sürücülərə SMS-i Azərbaycan dilində deyil, ingilis hərfləri ilə yazılmış formada göndərir. Məsələn, “Sorgunuz qeyde alindi ve X nomreli menteqede park muddeti sonlandirildi. Zehmet olmasa, SMS tesdiqi gozleyin!”

AYNA rəhbərliyi iddia edə bilər ki, bu mətn forması onlar tərəfindən müəyyən edilsə də, onun hansı formada və dildə yazılmasını SMS aldıqları şirkət həyata keçirir. Amma Agentlik bu məsələni qaldıraraq, SMS aldığı mobil rabitə şirkətindən Azərbaycanın dövlət dilinə hörmət etməsini və mətni hamının anlaya biləcəyi dildə paylaşılmasını tələb edə bilər.
Ardını oxu...
Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) parklarda quraşdırılacaq zibil qutularının və müxtəlif yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan oyun meydançalarının qurulmasının satın alınması bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Etnik Gələcək-2021" MMC seçilib. Şirkətin qiymət təklifi 246 431,2 manatdır.

"Etnik Gələcək-2021" MMC 22 dekabr 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

"Etnik Gələcək-2021" MMC əsasən dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Hər halda şirkətin qalib gəldiyi satınalma müsabiqələrinin əhəmiyyətli hissəsi dəftərxana ləvazimatlarının satın alınması ilə bağlı olub.

İndi məlum olur ki, şirkət eyni zamanda zibil qutuları və oyun qurğuları da quraşdırır.

Bu arada qeyd edək ki, şirkət əsasən MKTB-lərin keçiridyi tenderlərin qalibi olur.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etirazlarına baxmayaraq “Aztelekom” və “Baktelekom” şirkətləri internetin 40 faiz bahalaşdırıb. Bundan sonra ölkədə fəaliyyət göstərən digər provayderlər də qiymətləri artırmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, sentyabrdan başlayaraq “Azevrotel” provayderi də minimum internet paketinin qiymətini 25 manata qaldırıb.

Qeyd edək ki, qiymətlərin kəskin yüksəlməsinə baxmayaraq internetin sürəti vəd olunduğu kimi, 100 mqb/saniyəyə çatdırılmayıb. Provayderlər məsuliyyəti abunəçilərin üzərinə ataraq internetin zəif olmasını avadanlıqların (?) köhnə olması ilə izah edirlər. Amma son model mobil telefonlarda belə vəd olunan sürət mövcud deyil.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bahalaşma qərarını kartel sövləşməsi, qanunsuzluq və “Rəqabət Məcəlləsi”nin kobud şəkildə pozulması adlandırıb. Amma inhisarçı şirkətlər bu bəyanatlara məhəl qoymayaraq soyğunçu qərarlarını müdafiə ediblər.

Nəticədə regionlarda abunəçilər yeni təqdim olunan internet xidmətlərindən kütləvi şəkildə imtina etməyə başlayıb. “Aztelekom” və “Baktelekom” şirkətləri isə prosesin qarşısını almaq üçün abunəçiləri cərimə ilə hədələyir.
 

Dünyapress TV

Xəbər lenti