Azərbaycanda kommunal ximətlərin bahalaşması inflyasiyaya təsir göstərə bilər
Azərbaycanda bir sıra kommunal xidmətlərin, o cümlədən istilik, su təchizatının, qazın, elektrikin qiymətləri artırılıb.

Tarif Şurasının məlumatlarına görə, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.

“Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Əhali üzrə illik qaz istehlak həcmi 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Beləliklə 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Əhali üzrə aylıq elektrik istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

Beləliklə 1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.

Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib.

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə deyib ki, hökumət qiymət artımını bir qayda olaarq maya dəyərinin artması ilə əsaslandırır.

“Amma bizim müşahidə etdiyimiz ondan ibarətdir ki, maliyyə çatışmamazlığı və yaxud bu kimi halları aradan qaldırmaq üçün qiymət artımına getməklə əlavə maliyyə mənbəyi formalaşdırmağa çalışırlar. İkincisi qiymət artımı dövlət büdcəsindən ayrılan subsidiyaların azaldılması və həmin məbləğin digər məqsəslərə yönəldilməsi ilə əlaqədardır. Üçüncsü arqument son dövrlərdə aktuallaşan yaşıl enerjiyə keçid siyasəti ilə əlaqədardır. Burada israfçılıq meyllərinin aradan qaldırılması göstərilir. Bəzi hallarda israfçılıqla mübarizə çərçivəsində qiymətləri qaldırırlar. Əlavə bir faktor isə hökumətin 2025-ci ildə açıqlayacağı sosial paketlərdir. Amma, məsələn Azərişığın, Azəriqazın, Azərisitliyin və digər agentliklərin topladığı vəsaitlərin sosial ödəmələrə birbaşa dəxli yoxdur. Dolayısı ilə həmin istiqamətdə büdcə xərcləmələrini azatmaqla bu məbləği sosial sahələrə yönəltmək üçün bir mənbə formalaşdırırlar”, o qeyd edib.

Ekspert hesab edir ki, qiymətlərin artımı əhalinin sosial müdafiəsi baxımından sərfəli deyil.

“Hökumət tərəfindən təklif olunan qiymət artımının bazarda yaradacağı inflyasiya effekti daha dərin olur. Hökumətin davranış modelindən faydalanaraq bizneslərdə tətbiq edirlər. Yəni, bunun biznesin davranışına psixoloji təsirləri də var. Bu baxımdan hökumət xidmətlərinin qiymətlərinin artması biznesdə özünü daha sərt şəkildə göstərir. Bununla yanaşı, davamlı olaraq qiymətlərin sabit saxlanması da mümkün deyil. Amam, istənilən halda bu xərclər əhali tərəfidnən ödənilir. Bu siyasətin də əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsirləri var. Amma, bu dəfə limitlərdə qiymət artımına baxanda hökumət daha sərt deyil, differensial yanaşma otaya qoyub, proqressiv qiymət artımına gedib. Daha çox istifadə edənə daha çox maliyyə yükü yaratmaq, yəni 1200 kubmetr qaz istifadə edənə 5 faiz, 2500 kubmetrdən çox qaz istifadə edənlərə 20 faiz artım edib”.

Azərbaycanın dağlıq regionlarında istifadəçilərin daha çox elektrik və qaz istifadəsinə gəlincə ekspert hesab edir ki, burada enerji növündən istifadəyə və relyefə görə differensiallaşmaya ehtiyac var.

“Bəzi yaşayiş yerlərində qaz yoxdursa, təbii ki, elektrik enerjisindən daha çox istifadəyə ehtiyac yaranır. Dağlıq regionlarda isə soyuq ayların çox olmasına görə qiymətlər tənzimlənməlidir”, o qeyd edib.

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Mərkəzi Bank ənənəvi addımından niyə imtina etdi? – Birmənalı qarşılanmayan qərar
11 Aprel 2025 Tramp Çinə qarşı rüsumları 145%-ə qaldırdı
11 Aprel 2025  Bazara təzə kartof da gəldi, qiymət nəinki enir, əksinə, qalxır - AXI NİYƏ?..
11 Aprel 2025 Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb
10 Aprel 2025 “Diadem” şirkətinin rəhbərləri ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
10 Aprel 2025 "Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır
10 Aprel 2025 Çinli investorlar qızıla üz tutdular - 1 milyard dollar sərmayə...
10 Aprel 2025 Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO
09 Aprel 2025 Neft qiymətləri 40 dollara qədər düşə bilər – Goldman Sachs
09 Aprel 2025 Tariflər Azərbaycandan Amerikaya yumurta ixracını dayandırıb? - AÇIQLAMA
09 Aprel 2025 İlon Mask sürətlə kasıblaşır - “Bloomberg”
09 Aprel 2025 Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 Aprel 2025  Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq? - AKTUAL
08 Aprel 2025 Qlobal maliyyə bazarı trilyonlarla dollar itirdi - “Bloomberg”
07 Aprel 2025 Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti və....
07 Aprel 2025 Alça və çiyələyin qiyməti əl yandırır - VİDEO
07 Aprel 2025 Çubaysın hesablarına həbs qoyuldu
07 Aprel 2025 Rusiya dünyanı fəth edəcək... VİDEO
06 Aprel 2025 Tramp: Tariflərdən Çin iqtisadiyyatına ABŞ-dan daha çox zərər dəyir
06 Aprel 2025 Gözlənilən müharibə başladı: 95 illik plan masada – Bakı hazır olmalıdır

Dünyapress TV

Xəbər lenti