Ardını oxu...
Avropa İttifaqı enerji sisteminin qorunması üçün Ukraynaya təcili olaraq 25,5 milyon avro ayırıb və bu ölkəyə milyonlarla avro dəyərində enerji avadanlıqları verib.

“Report” xəbər verir ki, bu barədə Avropa komissarı Kadri Simsonun Kiyevə səfərinin yekunlarına dair Brüsseldə yayılan bəyanatında deyilir.

Bəyanatın mətnində deyilir ki, Rusiya silahlı qüvvələri son həftələrdə və aylarda Ukraynanın enerji infrastrukturuna intensiv hücumlar edir, bu da ölkənin enerji sisteminin 30%-ə qədərinə təsir edib. Qeyd olunub ki, Aİ ölkələrinin Ukraynaya dəstəyinin səviyyəsi təcili olaraq artırılmalıdır.

Avadanlıqdan əlavə, Aİ Avropa Komissiyası tərəfindən yaradılmış Ukrayna Enerji Dəstəyi Fondu vasitəsilə yerli enerji sisteminin fövqəladə ehtiyaclarını ödəmək üçün 25,5 milyon avro ayırıb.

Vurğulanıb ki, yaxın günlərdə Avropa Komissiyası və Ukrayna Energetika Nazirliyi tərəfindən özəl sektordan əlavə dəstəyin səfərbər edilməsi üçün məqsədyönlü kampaniyaya start veriləcək.
 
Ardını oxu...
“Yelo Bank” ASC-nin mənfəəti kəskin azalıb.

Bank 2022-ci ilin ilk doqquz ayını 3,244 mln manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü (11,368 mln manat) ilə müqayisədə 3,5 dəfə azdır.

Ümumilikdə cari ilin üçüncü rübünün yekununda bankın xalis faiz gəlirləri 38,819 mln manat, xalis qeyri-faiz xərcləri isə 37,348 mln manat təşkil edib. Əməliyyat mənfəəti 1,470 mln manat olan bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 1,774 min manat azalıb.

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir.

***

“Yelo Bank” ASC-nin Azərbaycan Mərkəzi Bankına borcu artıb.

2022-ci ilin sentybrın 30-na bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 87,424 mln manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

Qeyd edək ki, cari ilin üçüncü rübünün yekununda “Yelo Bank”ın cəmi aktivləri 795,605 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur. Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 42,2% artaraq 580,437 mln manat, depozit portfeli 77,8% artaraq 550,379 mln manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 69,3% artaraq cari ilin sentyabrın 30-na 721,969 mln manat təşkil edib, cəmi kapitalı isə illik müqayisədə 6,3% artaraq 73,636 mln manata yüksəlib.

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir. //“Ölkə.Az”//
Ardını oxu...
Rusiya yoxsul ölkələrə yardım məqsədilə taxıl sazişinə qoşuldu, lakin taxılın 35 faizi Avropa Birliyi ölkələrinə çatır, yalnız 3-5 faiz ehtiyacı olanlara göndərilirdi.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya taxıl sövdələşməsində iştirakdan imtina etdiyini söyləmir, söhbət müvəqqəti dayandırmaqdan gedir”, - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, taxıl sazişi Türkiyə lideri Ərdoğanın vasitəçiliyi ilə əldə edilmişdi. Rusiya isə Qara dəniz Donanmasına hücum səbəbindən taxil sazişində iştirakını dayandırıb.
 
 
 
Ardını oxu...
Gündəlik tələbat mallarından olan duru yağların qiymətində artım var. Müşahidələr göstərir ki, bu yağların qiyməti iki ay əvvəllə müqayisədə elə ikiqat artıb.

Teref.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, satıcıların da bu faktı təsdiqləyirlər. Onlardan bəziləri qiymət artımının 4-5 manat, bəziləri isə ümumilikdə 20-50 faiz olduğunu deyirlər.

Satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə ciddir təsir etdiyini deyirlər.

Qiymət artımı alıcıları narazı salıb.

Ekspertlər bahalaşmaya səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərirlər. Bildirilir ki, yerli istehsal olan duru yağların da xammalı əsasən Ukraynadan gətirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "taxıl sazişi" ilə bağlı açıqlama verib.
Bakupost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə bu mövzuda danışıqları davam etdirdiklərini deyib.
Jurnalistlərin Rusiyanın "taxıl sazişi"nə qayıdıb-qayıtmayacağı ilə bağlı sualını isə Peskov belə cavablandırıb:
“Bu suala hazırda cavab vermək mənim üçün çətindir”.
Peskov qeyd edib ki, gəmilərin təhlükəsizliyinə zəmanət verə bilmədikləri üçün bu şərtlərlə razılaşmanı reallaşdırmaq mümkün deyil: "Belə olan halda razılaşma daha riskli və təhlükəli hala gəlir".
O, müqavilədən çıxmalarında isə Ukraynanı günahlandırıb: "Ukrayna tərəfinin hərəkətləri razılaşmanın pozulmasına səbəb olub. Onlar təhlükəsizlik atmosferini korladılar".
Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan edib.
Ardını oxu...
Rusiya taxıl sazişində iştirakını dayandırdıqdan sonra ərzaq daşıyan gəmilər hələlik Ukrayna limanlarını tərk etməyəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, İstanbul boğazı ətrafında taxıl yüklü gəmilərin yoxlanılması bu gün və sabah davam edəcək.

Açıqlamada bildirilir ki, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri yaranmış vəziyyəti həll etmək üçün Rusiya və Ukraynadan olan həmkarları ilə danışıqlar aparır.

Qeyd edilir ki, Türkiyə regionda sülhün təmin edilməsi və humanitar əməliyyatların aparılması üçün səylərini davam etdirəcək.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, taxıl sövdələşməsi başlayandan indiyədək dəniz humanitar dəhlizi ilə 9,3 milyon ton taxıl ixrac edilib.
 

Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonunadək inflyasiyanın artacağını istisna etmir.

Bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov bildirib:

“2022-ci ilin sentyabrında Azərbaycanda inflyasiya 15,6%, baza inflyasiyası 14,1%, ərzaq inflyasiyası 21,8%, qeyri-ərzaq inflyasiyası 10,5%, xidmət sektorunda inflyasiya 11,4% təşkil edib. Biz hesab edirik ki, Azərbaycanda inflyasiyanın artması idxalla bağlıdır. Biz ilin sonuna kimi artımın olacağını gözləyirik".

O qeyd edib ki, dünya bazarında ərzaq məhsullarının qiyməti 2021-ci ildən başlayaraq artıb. Amma cari ilin mayından enmə müşahidə olunur.

Belə ki, AMB məlumatına görə, günəbaxan və buğdanın qiymətində xüsusi azalma var.

Taleh Kazımov sözlərinə görə, qiymətləndirmələr göstərir ki, 2022-ci ilin mayından qiymətlər yavaş-yavaş 2021-ci ilə qədər olan səviyyəyə enməyə başlayır. Ona görə biz inflyasiya proqnozlarını daha aşağı görürük.

Qeyd edək ki, bugünlərdə Dövlət Statistika Komitəsi tərəfindən 9 aylıq inflyasiyanın 13,4 faiz olduğu açıqlanmışdı.

Doğurdanmı bu gün ölkədəki inflyasyanın artımı idxalla bağlıdır və proqnozlar azalma vəd edir?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekseprt Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, inflyasiyanı sürətləndirən amillər var və burada idxalın xüsusi çəkisi var:

“Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda istehlak olunan məhsulların əhəmiyyətli hissəsi idxaldan asılıdır. Eyni zamanda yerli istehsalında müəyyən səviyyəsi idxal amilindən asılıdır.

Məsələn, istehsalın elə səviyyələri var ki, idxal olunur və bu gün idxalda bahalaşma baş verirsə, yerli istehsalın da qiymətinə təsir etmiş olur. Eyni zamanda pandemiya ilə mübarizədə dünya iqtisadiyyatı ölkələri fiskal və monetar siyasətdən istifadə etmişdilər. Birmənalı şəkildə bütün iqtisadçılar proqnoz vermişdilər ki, belə mexanizm tətbiq olunanda mütləq şəkildə bahalaşma və inflyasiya baş verir. Ona görə də 2021-ci il dünya iqtisadiyyatı tarixində “inflyasiya ili” kimi qaldı. Azərbaycanda da “idxal olunmuş inflyasiya” termini meydana gəldi. İdxal amilində mallar bahalaşır, ancaq eyni zamanda idxalı “istehsal” etmiş olduq.

Bunun səbəbi odur ki, yanacağın qiymətinin, bununla yanaşı kommunal xidmətlərin bahalaşması kimi tendensiya oldu. İndiki vəziyyətdə artıq ölkə başçısı ilin rübündə ikirəqəmli inflyasiyanın mövcudluğu haqqında məlumat vermişdi.

Mərkəzi Bankın rəhbəri yeni bir fikir söyləmir, ölkə başçısı bu barədə fikir deyib. Ancaq keçən ilə nisbətən inflyasiya artıq səngiyib. İndi əsas məqamlardan biri bazardan monopoliyanı tam aradan qaldırmaqdır. Nə qədər bazar ona dözür biz də qiymət bahalaşmasını müşahidə edəcəyik. Ancaq ümumilikdə makroiqtisadi vəziyyətdə 2021-ci ilə nisbətdə inflyasiya səngiyib”.
Ardını oxu...
“Hazırda dünyada gedən proseslər onu göstərir ki, qiymət artımları davam edəcək”.

Bunu “Unikal”a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, Azərbaycan xaricdən kifayət qədər məhsul idxal edir.

“Avropa dövlətlərində də qiymət artımları var. Onların Rusiyadan idxal etdikləri qaz kəksin azalıb, qiymət yüksəlib. Bu, dünyada olan problemdir. Dünyanın bir hissəsi olduğumuz üçün bizə də təsir göstərir. Rusiya-Ukrayna müharibəsinin bu ilin sonuna yekunlaşması yaxşı olardı. Ticarət əlaqələrinin yenidən qurulması çox vacibdir. Belə ki, iqtisadi zəncir qırılıb. Onu qurmaq üçün müəyyən qədər vaxt lazımdır”.

V.Əhmədov xatırladıb ki, bəzən ərzaq qıtlığının ola biləcəyi ilə bağlı fikirlər səsləndirilir:

“İnanmıram ki, Azərbaycanda hansısa qıtlıq olsun. Ölkəmizin 56 milyard dollara yaxın valyuta ehtiyatı var. O baxımdan istənilən dövlətdən məhsul alıb gətirmək olar. Amma qiymət artımları üzərində işləmək lazımdır. Qiymət artımı elə olsun ki, insanlar gündəlik tələbatını ödəyə bilsin, problem olmasın”.
 
Ardını oxu...
İsveçrənin ikinci ən böyük bankı olan Credit Suisse ilin üçüncü rübündə 400 milyon İsveçrə frankı zərər gözlədiyini və 4,034 milyard İsveçrə frankı zərər görəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Credit Suisse 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini və restrukturizasiya strategiyasını açıqlayıb.

İllərdir müxtəlif qalmaqallardan sonra çətin vəziyyətə düşən bank bu ilin üçüncü rübündə gözlənilən 400 milyon İsveçrə frankı itkisinə qarşı 4,034 milyard İsveçrə frankı itirdiyini bildirib. Ötən ilin analoji dövründə bank 434 milyon İsveçrə frankı mənfəətini açıqlamışdı.

Credit Suisse bəyan edib ki, zərər onun strategiyasının nəzərdən keçirilməsi ilə bağlı təxirə salınmış vergi aktivlərində 3,7 milyard frank dəyərsizləşməni əks etdirir.

İnvestorların təzyiqi altında olan bank investisiya bankının fəaliyyətinə və gəlirlərinə mənfi təsir göstərən məhkəmə xərclərini aradan qaldırmaq üçün fəaliyyətində strateji dəyişiklik edəcəyini də bəyan edib.

Credit Suisse investisiya bankını köklü şəkildə yenidən quracaq, diqqəti daha çox varlılara yönəldəcək. O, həmçinin 2025-ci ilə qədər xərclərini 2,5 milyard İsveçrə frankı azaltmağı hədəfləyir.

Agentlik ilin sonuna qədər 2700 işçini ixtisar etməyi və ya işçi qüvvəsini 5 faiz ixtisar etməyi planlaşdırır.

Bank həmçinin 2025-ci ilin sonuna qədər işçi qüvvəsini təxminən 9 min nəfər azaldıb 43 min nəfərə qədər ixtisar edəcək. 2024-cü ilin sonuna qədər restrukturizasiyanın 2,9 milyard İsveçrə frankına başa gələcəyini hesablayır.

Credit Suisse, ixtisaslı investorlara yeni səhmlər buraxaraq və bonus emissiyası yolu ilə 4 milyard İsveçrə frankı yığacağını açıqlayıb.

Bir vaxtlar İsveçrənin “etibarlılığının” simvolu olan bankın reputasiyası çirkli pulların yuyulması qalmaqalı və bundan sonra baş verən cərimələr və qalmaqallarla ləkələnmişdi.
 
Ardını oxu...
Almaniyanın “Mercedes-Benz” avtomobil şirkəti bu gün verdiyi açıqlamada Rusiya bazarını tərk etmək niyyətində olduğunu bildirib. Bununla da şirkət Rusiyanı tərk edən dördüncü nəhəng avtomobil istehsalçısı olub.

Həmçinin açıqlamada şirkətin Rusiyadakı törəmə müəssisələrinin "Avtodom" şirkətinə satıldığı elan edilib. Şirkətin Rusiyadakı aktivləri təxminən 2 milyard avro dəyərində qiymətləndirilib.

Xatırladaq ki, "Mercedes-Benz" bu il martın əvvəlində Rusiyada avtomobil istehsalını və avtomobil ixracını dayandırdığını açıqlamışdı. “Mercedes”dən əvvəl isə Rusiyanın avtomobil bazarını “Renault”, “Nissan” və “Toyota” tərk edib. Şirkətin Rusiyadan çıxmasının əsas səbəbləri Avropadan 50 min avrodan artıq dəyəri olan avtomobillərin, eləcə də ABŞ-dan hər hansı avtomobilin Rusiyaya gətirilməsinə qadağa qoyulması, eləcə də sanksiyalara görə avtomobil komponentlərinin gətirilməməsi ilə bağlıdır.
 

Dünyapress TV

Xəbər lenti