Ardını oxu...
Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşımla gündəmə gəlib. O, paylaşımında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Bunun əsas səbəblərindən biri isə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı edilən hərəkətlər olub. Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub:

“Bir neçə il əvvəl məni Bakıya dəvət etdilər və Qarabağda keçirilən ilk beynəlxalq kulinariya festivalının fəxri sədri olmağımı xahiş etdilər. Mən dünyanın müxtəlif yerlərindən məşhur aşpazları dəvət edərək, vəhşilər tərəfindən dağıdılmış Şuşaya gəldikdə, dostlarıma belə bayramların niyə məhz burada keçirilməsi lazım olduğunu izah etdim. Çünki biz bu yaralı, əzilmiş torpağa həyat verməli idik.

Festival haqqında bakılı aşpazlar da eşitdilər. Hansı ki, onlar müharibə zamanı öz arzuları ilə cəbhəyə getmiş, Azərbaycan əsgərlərini ləzzətli yeməklərlə doyurmuşdular. Hətta onlar ilk qəhrəmanlardan sonra Şuşaya daxil olub orada isti çörək bişirmişdilər. Onlar da festivalda iştirak etmək istəyirdilər. Ancaq birdən Turizm Agentliyindən deyirlər ki, “bunlar lazım deyil”.

Bu necə ola bilər?! Bəs kim lazımdır? Kimi dəvət etmək lazımdır, əgər bu vətənpərvərlər gəlməyəcəksə? Onlar ailələrini tərk edib, restoranlarını buraxıb, həyatları ilə risk ediblər, bir aşpaz da şəhid olub. Şəhidlik isə şərəfdir! Ona görə də mən zəng etməli, inandırmaq, mübahisə etməli oldum. Dövlət Turizm Agentliyinə ən yüksək səviyyədən deyildi ki, məhz bu aşpazları birinci növbədə dəvət etmək lazımdır. Əgər bu Turizm Agentliyinin tərəfindən edilən ilk və son alçalıq olsaydı…

Festivala mənim müəllimim, dostum və mənim üçün böyük rəhbər olan Tahir Əmiraslanov da gəldi. O, artıq uzun illər çalışdığı təvazökar vəzifəsindən məhrum edilmişdi və təqaüdə çıxmasına cəmi 4 ay qalmışdı.

Birdən mənim yanıma bəzi uşaqlar gəlib sakitcə dedilər: “Stalik müəllim, Tahir Əmiraslanovdan xahiş edin, getsin”.
“Bu necə ola bilər?!” soruşduqda isə “belə lazımdır, bu rəhbərliyin xahişidir” dedilər. Çünki həmin gün festivalda rəhbərlikdən Fuad Nağıyev var idi. Məhz o, Tahir müəllimi işdən çıxarmışdı. O adam ki, bütün ömrünü Azərbaycana xidmətə sərf etmişdi.

Mən Tahir müəllimin mənzilində də olmuşam, onun illərdir tamamlanmamış bağ evində də. Mən bilirəm və görürəm ki, bu zəhmətkeş insan necə təvazökar yaşayır. Əgər başqaları işdən bir şey oğurlayıb evə gətirirsə, Tahir müəllim evdən götürüb işə aparırdı. Onda belə adam necə işdən çıxarıldı? Yaxşı, bəlkə bu onun qərarı deyildi, bəlkə Fuad Nağıyev belə qərar verməyib? Mən bilmirəm. Amma Azərbaycanın baş aşpazı Tahir Əmiraslanovu kulinariya festivalından qovmaq… Bu, həddən artıq ağır bir hərəkət idi!

Mehmanxananın foyesində divanda Tahir müəllim oturmuşdu, yanında isə köhnə portfel. O, Bakıya qayıtmaq üçün avtobus gözləyirdi. Onun gözlərində kədər və incidilmişlik var idi. Bu zaman Fuad Nağıyev gəldi. Mən onu görüb müraciət etdim:

“Fuad, gəlin buraya oturun, danışaq! Niyə siz Tahir müəllimi bu bayramdan qovursunuz? Azərbaycan kulinariyası üçün bu insandan daha çox iş görmüş kim var? Bu festival o olmadan necə keçə bilər? O sizə şəxsən nə pislik edib?”

Cavabında isə o yayındı, gülümsədi, özünü çox zəif aparırdı və heç bir konkret cavab vermədi.

Bundan sonra yenə mənim yanıma gənc oğlanlar gəldi: “Tahir müəllim getsin, bazar ertəsi onu çağırıb işi ilə bağlı səhvi düzəldəcəklər”.

Mən inandım. Özüm Tahir müəllimin yanına yaxınlaşıb xahiş etdim: “Əgər bu, işinizə qayıtmaqla bağlıdırsa, belə daha yaxşı olar”.

Amma aldadıldım! Onu heç yerdə çağırmadılar, işdən çıxarılma isə onun təqaüdünə təsir etdi ki, bunu özünüz də başa düşürsünüz? Alçaqlığa baxın! Fuad Nağıyev sadəcə qorxurdu ki, bəlkə respublika rəhbərliyindən kimsə Tahir müəllimi görüb onun işdən çıxarılması haqqında danışar.

Alçaqlıqdan əlavə, mən həm də utanc hissi yaşadım. Dünyanın hər yerindən gələn qonaqları mehmanxanada yalnız səhər yeməyi ilə qidalandırırdılar. Hər stenddə gözəl Azərbaycan yeməkləri hazırlanırdı, amma qonaqlar yalnız onları iyləyirdilər. Mən öz cibimdən mehmanxananın restoranından qonaqlar üçün yemək sifariş edirdim, bəzən isə onlar özləri ödəyirdilər. Milli mətbəximizin bütün yeməklərini isə yalnız iyləyirdilər.

Festivalın son günündə nəhayət qonaqlar üçün bir növ süfrə açıldı. Turizm Agentliyinin bəzi işçiləri də iştirak edirdi, Fuad Nağıyev də gəldi. Qonaqlar onu “nazir” kimi qəbul edirdilər. Fuad viski butulkalarını özü ilə gətirərək, qonaqların qarşısında sərxoş olmaqdan başqa heç nəyi ağlına gətirmədi. Qonaqlar da içdilər, amma əgər özünü nazir adlandırırsansa, əgər sənə yüksək vəzifə həvalə ediblərsə, düşün ki, sən Azərbaycanın üzüsən! Yaxşı, bir az iç, amma insani görünüşünü itirmə, xahiş edirəm! Atalarımızın inancını, xalqımızın ənənələrini unutma!

Mən yenə utandım. Yaxşı ki, Azərbaycanın həqiqətən hörmətli nümayəndələri də orada idi və bu narahatlıq anını yumşaltdılar. Qonaqlar məmnun şəkildə yola düşdülər, Dominikandan olan bir oğlan hətta Azərbaycanla vidalaşarkən səmimi şəkildə ağladı.

Festivalın ən sonunda təşkilatçılardan biri mənim yanıma gəlib dedi: “Stalik müəllim, sizə böyük təşəkkürlər! Respublika rəhbərliyi bizə sizi maddi cəhətdən mükafatlandırmağımızı tapşırdı. Festivalda iştirakınız üçün hansı məbləği almaq istərdiniz?”

“Mən buraya pul üçün gəlməmişəm! Azərbaycan mənim əcdadlarımın vətənidir, mənim üçün tək doğma torpaqdır. Xahiş edirəm, bu söhbəti burada bitirək”, – söylədim.

“Xeyr, siz məni çox çətin vəziyyətə salırsınız. Bu ən yüksək səviyyədən gələn təklifdir! Biz sizə 10.000 dollar verə bilərikmi?”, – deyə o bildirdi.

Sizə and içirəm, mən həqiqətən də Şuşaya pul üçün getməmişdim. Bəli, on min dollar böyük məbləğdir. Amma şükürlər olsun ki, mənə nəsib olanla kifayətlənirəm. Digər tərəfdən, mükafatdan tamamilə imtina etmək (bu həqiqətən də mükafat idi, çünki hər şeyi etdikdən sonra verirdilər) də düzgün deyildi.

Bilirsinizmi, mən razılaşdım. Hətta Dubaya iki bilet də aldım. Fikirləşdim ki, belə gözlənilməz pul gəlibsə, gedib istirahət edək! Amma pul yarım il keçsə də, hesabıma daxil olmadı. Mənə deyirdilər ki, bu gün günortadan sonra hesabınızı yoxlayın, pul artıq orada olacaq! Amma xeyr, yox idi! Pul mənə heç vaxt çatmadı. Mən öyrəndim ki, gecikmə Turizm Agentliyində baş verir. Mənə hər şey aydın oldu ki, bu, aşpaz-qəhrəmanlar və Tahir Əmiraslanovla bağlı prinsipial mövqeyimə görə xəsis hesablaşma idi.

Nəhayət, Bakıya zəng edib bütün bu hekayəni danışdım və dedim ki, bu pulu qəbul etməyə razılaşmağım həqiqətən də səhv idi. Bəlkə də yaxşı oldu ki, bu pulu göndərmədilər! Amma mən istəməzdim ki, kimsə bu pulu sanki mənə göndərib, özü isə cibinə atsın. Bu pullar Qarabağın azadlığı uğrunda şəhid olanların ailələrinə, yaralılara, Azərbaycan torpağı uğrunda qanını tökənlərə lazımdır!

PS. Uzun müddət düşündüm ki, baş verənlərdən yazmağa dəyərmi? Şübhəsiz ki, bəziləri fikirləşəcək ki, mən Fuad Nağıyevin indiki çətin vəziyyətindən istifadə edib hesablaşmaq istəyirəm. Amma Fuad bu vəziyyətə kiminsə iradəsi ilə deyil, öz əməlləri sayəsində düşüb. Mən sizə bu əməllərin yalnız kiçik bir hissəsindən danışdım ki, oxucularım və tanışlarım üçün aydın olsun ki, ədalət var. Belə davranmaq olmaz. Öz cibin və karyeran haqqında daha az düşünmək, ləyaqətli əməklə məşğul olmaq lazımdır, nəinki intriqalar və yaltaqlıqla… Azərbaycan Milli Aşpazlar Assosiasiyasının kollektivinin dağıdılması isə Tahir Əmiraslanovun bütün ömründə gördüyü işlərin hədər getməsidir. Mən bunu Fuad Nağıyevə bağışlaya bilmərəm. Sən nə yaratmısan ki, başqalarının yaratdığını dağıdırsan?!”
Ardını oxu...
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı gözlənilir.

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
 
Ardını oxu...
Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

TEREF xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. ("Report")
Ardını oxu...
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.
Ardını oxu...
   

Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, son günlər belə mesajların sayı daha da artıb. Mesajlarda guya sosial şəbəkə qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir.

Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi qoyulur. Öz səhifəsini qorumaq niyyətilə vətəndaş öz məlumatlarını daxil etdikdə isə əksi baş verir, səhifəsi oğurlanır. Bundan sonra isə ələ keçirilən sosial şəbəkə hesabları ilə müxtəlif paylaşımlar edilir, şəxsin yaxınlarına yazılıb pul istənilir.

Ekspertlər şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edirlər. Əks halda, dələduzların toruna düşmək qaçılmaz ola bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

 
 
 
Ardını oxu...
Martın 8-də Gürcüstanda ikinci dəfə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar günün ikinci yarısında 4,0 bal gücündə paytaxt Tbilisidən 63 kilometr aralıda, şimal-şərq bölgəsindəki Tianeti şəhərinin Axadi kəndində qeydə alınıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Ermənistanla sərhədində, Ermənistan ərazisində 5,1 bal gücündə zəlzələ olub.
 
Ardını oxu...
Qazaxıstan Parlamenti Məclisinin (aşağı palata) keçmiş spikeri Arqın Niqmatulinin qardaşı başqasının əmlakını külli miqdarda mənimsəməkdə və talamaqda şübhəli bilinir.

Bu barədə Publika.az respublikanın Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Bildirilib ki, Niqmatulin və digər şəxslər barəsində Cinayət Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsinin 2-ci bəndi (“Əmanət edilmiş əmlakı külli miqdarda mənimsəmə və ya israf etmə”) ilə Baş Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edilib ki, onu əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilə qədər həbs gözləyir.

Bundan əvvəl Arqın Niqmatulin beynəlxalq axtarışa verilmişdi. 2006-2018-ci illərdə Niqmatulin "Sarıarka" xokkey klubunun direktoru və Qaraqanda vilayətinin yerli nümayəndəlik orqanının müavini olub.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsi səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Həmçinin, xüsusi təyinatlı texnikanın - avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.

Digər mənzillər yanğından mühafizə olunub.

 
Ardını oxu...
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.

Hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti