Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir müddət öncə Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək “Sea Breeze” yazılması müzakirələrə səbəb olmuşdu.

Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin vaxt məsələyə aydınlıq gətirərək, bunu “həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır” kimi qələmə vermişdi.

Ajans.az bildirir ki, artıq həmin istiqamətlərdə yol nişanlarında “Sea Breeze” adı silinib, əvəzində isə Nardaran adı əks olunub.

Qeyd edək ki, “Sea Breeze” lövhələrdə Azərbaycan dilində olmayan yeganə ad idi. Görəsən, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi? Yoxsa, əksəriyyətin narazılığına səbəb olacaq addımı atıb, sonra da ona düzəliş etmək üçün dövlət büdcəsinə yenidən əl atmaq lazım imiş?..
Ardını oxu...
 
Ardını oxu...
Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sürət qatarının Ağstafadan Bakıya standart biletin qiyməti 25.20 qəpikdir. Köhnə qatarlar yenilənmiş dizayndan ibarətdir, sürət qatarında sərnişinlərin rahatlığı üçün heç nə yoxdur.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bildirib.

Onun sözlərinə görə, sərnişinlərə təklif olunan menyuda isə qiymətlər yüksəkdir: "Çeşidlər də çox azdır. Yarım litrlik su, 1 stəkan çay 1 manata təklif olunur. Doğrusu, indiyədək sürət qatarından istifadə etməmişdim. Düşünürdüm ki, ADY şəhərlərarası avtobus marşrutlarının işləməməsindən sərnişinləri məmnun etmək üçün yeniliklər etmək və yüksək xidmətlər göstərmək üçün bir fürsət kimi yararlanacaq. Ancaq görünən odur ki, beynəlxalq standartlardan hələ çox uzaqdır".
Ardını oxu...
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, xəbərdarlığa görə, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın 24-ü axşam saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.
 
Ardını oxu...
Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 12 min 709 baş eşşək mövcud olub.
Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində eşşəklərin sayı 14,8% və ya 2 min 215 baş azalıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. 2008-2025-cü illərdə Azərbaycanda eşşəklərin sayı 4 dəfəyə yaxın azalaraq 47,2 mindən 12,7 min başa düşüb. Son 18 ildə eşşəklərin sayı hər il orta hesabla 2 min baş azalır.
Son 18 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:
Ardını oxu...
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanda ən çox eşşək Lerik rayonunda qeydə alınıb. Bu ilin əvvəlində Lerik rayonunda 1 151 baş eşşək mövcud olub. Ən az eşşək isə Xocavənd və Ucar rayonlarında qeydə alınıb. Hər iki rayonda cəmi 2 baş eşşək olub.
Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı son 5 ildə belə olub:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu kənddəki ermənilər Azərbaycan türkcəsini ana dili hesab edir...
“Onların mənşəyi ilə bağlı üç ehtimal irəli sürə bilərik...”

“Edissiya ermənilərinin toy adətləri azərbaycanlıların toy adətlərinə bənzəyir. Onlar yengəyə “yengə”, soldişə isə “solduş” deyirlər. Edissiya türkcəsi “soldiş” sözünün mənasını fərqli - “diş” deyil, “duş” (can) kimi göstərir...”

Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Edissiya erməniləri...” başlıqlı növbəti maraqlı araşdırma yazısını təqdim edir:

Rusiyanın Stavropol diyarının Kursk rayonundakı Kür çayının sahilində yerləşən Edissiya kəndini 1799-cu ildə Dərbənd şəhərinin ətrafından gəlmiş ermənilər salıblar. Kəndin əvvəlki adı Dərbənd olub. Bu gün Edissiyada 5377 erməni yaşayır.

Edissiya ermənilərini digər ermənilərdən fərqləndirən əsas cəhət onların dilidir. Bu kəndin əhalisi Azərbaycancaya çox yaxın bir dildə danışır. Edissiyalılar həmin dili “bizımça” (bizimki, bizim dil) adlandırırlar. Amma buna baxmayaraq, onlar özlərini erməni hesab edirlər.

Bu fakt onu göstərir ki, keçmişdə milləti formalaşdırmış əsas amil dil deyil, din, etiqad, inanc sistemi, əqidə olmuşdur.

Edissiya ermənilərinin toy adətləri azərbaycanlıların toy adətlərinə bənzəyir. Onlar yengəyə “yengə”, soldişə isə “solduş” deyirlər. Edissiya türkcəsi “soldiş” sözünün mənasını fərqli - “diş” deyil, “duş” (can) kimi göstərir. Keçmişdə toydan sonra gəlin mütləq qayınatasının və ya ərinin babasının ayaqlarını yumalı idi.

Edissiya türkcəsində toy zamanı stola, süfrəyə qulluq edən (ofisiant) “ayaxçı” (ayaq üstə qalan) adlanır.

Edissiya ermənilərinin mənşəyi ilə bağlı üç ehtimal irəli sürə bilərik:

-Onlar Dəşti-Qıpçaqdan Dərbəndə köçmüş və zamanla qriqorianlığı qəbul etmiş türklərdir.

-Edissiyalılar Dərbənddəki müqəddəs Cərcis məzarına xidmət ermiş albanların törəmələridir.

-Bu ermənilər sonradan hansısa səbəbə görə türk dilində danışmağa başlamış haylardır. Ən zəif ehtimal budur.

 
 
 
Ardını oxu...
Növbəti aydan etibarən ''Sovetski'' adlanan ərazidə söküntünün 4-cü mərhələsinin başlanacağı ehtimal edilir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Bakıda söküntü işləri əsasən iki formada aparılır. Bunlardan biri torpaqların dövlət ehtiyacları üçün alınması, digəri isə özəl sektor tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeniləri ilə əvəzlənməsidir.

Ekspertin sözlərinə görə, qaydalara əsasən, vətəndaşlara evləri söküldükdən sonra yeni tikilən binada mənzillərlə təmin olunana qədər kirayə pulları və köç xərcləri tikinti şirkəti tərəfindən ödənilməlidir. O həmçinin əlavə edib ki, baş verəcək söküntü işləri bazara təsirsiz ötüşməyəcək.

Qeyd edək ki, söküntü işləri çərçivəsində tarixi-memarlıq abidələrinə toxunulmayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 19 mərtəbəli yaşayış binasının 15 mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb. Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
 
Ardını oxu...
"Öğretmen öğrencisine soruyor:
- “Çocuğum canlılar kaça ayrılır?
- “Dörde ayrılır öğretmenim.”
Bana yanlış gibi geldi ama say bakalım diyor öğretmeni...
- “Bitkiler, Hayvanlar, İnsanlar, Çocuklar.”
- “Çocuklar da insan değil mi oğlum?”
- “Haklısınız, o zaman canlılar üçe ayrılır öğretmenim...”
- “Peki, şimdi yeniden say bakalım...”
- “Bitkiler, Hayvanlar ve
Çocuklar.
- “Oğlum insanlara ne oldu?”
- “Düşünebilenleri hep çocuk kaldılar, düşünemeyenleri de hayvanlaştılar öğretmenim..."
~Halil Cibran~
TEREF
 
Ardını oxu...
Tovuz rayonunda evdə üç gündür tək qalan körpə aşkarlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, qonşuların müraciəti əsasında üç gün evdə tək qalan körpə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, körpənin anası Göygöl rayonundandır və Tovuz rayonunda kirayədə qalıb. Körpə də kirayədə olan mənzildə tapılıb.

Faktla bağlı araşdırma başlanılıb.
 
Ardını oxu...
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Beləliklə, karantin rejiminin müddəti hələ iyulun 1-dək davam edəcək.

Karantin müddətinin uzadılmasının səbəbi maraqlıdır. Çünki artıq pandemiya çoxdan ləğv edilib.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, karantin müddətinin uzadılmasının əsas səbəbi təhlükəsizliklə bağlıdır:

“Bu məsələnin üzərinə mən də getmişəm. Karantin müddətinin uzadılması təhlükəsizlik məsələsi ilə bağlıdır. Ermənilərlə bizim məsələlərimiz həll olunmayıb. Digər tərəfdən, İran məsələsi, ölkəyə kənardan giriş var. Əsas məsələ ölkəmizin təhlükəsizliyidir”.
 

Dünyapress TV

Xəbər lenti