Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan şəxsin ölkədə terrora açıq çağırışlar etdiyi, qadağan olunmuş dini kitablar yaydığı müəyyən edilib.

Musavat.com xəbər verir ki, 25 yaşlı Elşən bu təbliğatı sosial şəbəkə hesabında aparıb.

O, DTX əməkdaşları tərəfindən saxlanılıb.

Elşənə qarşı ağır ittihamlar irəli sürülüb. Belə ki, qanunsuz olaraq dini təyinatlı ədəbiyyat satma, yayma, dini ekstremist materialları hazırlama, saxlama, yayma və terrorçuluğa açıq çağırış ittihamları ilə təqsirli bilinib.

İttihama görə, Elşən instaqramda “baqiyah_media” adlı profil açıb. 2020-ci ildən etibarən həmin hesabdan “tək aktor terroru” hesab edilən “yalnız canavar” hücumlarının planlaşdırılması və həyata keçirilməsi qaydalarını açıqlayan “yalnız kurdun el kitabı” adlı kitabı paylaşıb.

2021-ci ildə Bakıda Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə keçirilmiş hərbi paradı əks olunmuş videogörüntüyə “Kafirlər tağut yolunda vuruşurlar, elə isə şeytanın dostları ilə vuruşun” məzmunlu paylaşım edib.

Elşənin həmin hesabdan “Biz sizi mübarizəmizdə yeni bir mərhələyə girdiyimiz mövzusunda müjdələyirik”, “Sizə ən əvvəldəki öncələyimiz mövzusunda xatırlatma etmək istəyirəm. O da “Əsirlərin Qurtarılmasıdır”, “Bu mərhələyə “Divarların Dağıdılışı” adını verdiyimiz əməliyyat ilə başlayacağıq”, “Əsirlərimizə zülm edən hakimlər, prokurorlar, sorğu zabitləri və gözətçiləri axtarılanlar siyahısının ən başında qoyun”, “Düşmənlərimizin qalalarını parçalayacağıq” məzmunlu paylaşımlar yayıb.

Əməliyyat zamanı onun yaşadığı evdən 100-dən artıq dini təbliğat vasitəsi hesab edilən kitab aşkar edilərək götürülüb.

Elşən özünü qismən təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

O, sosial şəbəkədə dini məsələlər və dövlət əleyhinə olan paylaşımlar etdiyini etiraf edib.

“Paylaşımları dövlət əleyhinə çağırışlar məqsədi ilə etməmişdim. Sonra bütün paylaşımları sildim. Hər şeyi yanlış dərk edib, dini anlayışımı bu cür təsvir etmişəm. Partlayış törədib insanlara zərər yetirmək niyyətim olmayıb”, - deyə Elşən qeyd edib.

O, dini kitabları satmaq məqsədi ilə gətirmədiyini, həmin kitabların qadağan olunmasından xəbərsiz olduğunu söyləyib.

Məhkəmənin hökmü ilə Elşən 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
 
Ardını oxu...
"10 yumurtanı 14 manat 30 qəpiyə almışıq..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə jurnalist Ramina Eyvazqızı çıxış edib.
O daha sonra başına gələnləri belə nə\ql edir: "Diqqətli olaq! Son vaxtlar sıx qarşılaşıram. Market işçilərinin diqqətsizliyi və məsuliyyətsizliyi həmişə olub, istehlakçı hüququ olmayan ölkədə özümüz diqqətli olmalıyıq,başqa yol yoxdur! Az əvvəl evə alınan yumurtanın qiymətini görəndə buna əmin oldum. Sözsüz, 13 manatı geri aldım , üstəlik market məni borclu çıxardı , "özünüz baxın da" ... dedim baxdım da, baxmayan insanlar neyləsin, kartla ödəniş zamanı çox adam heç fikir vermir ki..."
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Milyarderimiz də belə getdi. Fərhad Əhmədovu deyirəm. Onu qiyabi tanıyıram; şəkildə, televizorda görmüşəm. Qarşıma çıxsa, Allah eləməsin, desəm: "Fərhad müəllim yeni kitabım nəşriyyatdadır, kömək edin, 1000 nüsxə çap etdirib, havayı paylayacam oxuculara", cavabında oturub ağlayacaq ki, əli aşağıdır, krizisdir. Amma 1 milyon dolları gətirib gör kimə və nə üçün verib?!"

Yenisabah.az xəbər verir ki, bunu jurnalist Bahəddin Həzi qeyd edib.

Bahəddin Həzi azərbaycanlı milyarderin bir milyon dolları Hacı Qalib Salahzadəyə verməsini sərt tənqid edib:

"Bəli, milyarder o pulu Şeyxin oliqarx qudası Hacı Qalib Salahzadəyə verib ki, camaatı Həcc ziyarətinə aparsın. Hacı da xəsislik eləməyib: milyonun üstündən 300 min dolları götürüb, bir xeyli adamı aparıb Həccə. Özü belə deyib. Ancaq qalan 700 min dollar hara gedib? Bu haqda məlumat verməyib.

Heç olmasa, o bir milyondan bir yoxsul tələbənin təhsilhaqqını verib?! Yox! Avropaya, ya da nə bilim, Amerikaya, Yaponiyaya - elmi konfransa gedəsi bir gənc alimin uçuş biletini alıb?! Yenə yox! Bir əlaçı məktəbliyə heç olmasa bircə ədəd tablet bağışlayıb?! Yox, yox! Bəlkə bir rəssamın sərgisinə əl atıb?! Haşa!"

"Qısası, elmə, ədəbiyyata mədəniyyətə, sənətə deyil, ətalətə, cəhalətə dəstək verib. Millətin gözünü açmağa yox, kor eləməyə həmişə pul tapılır.

Milyarderə bax da sən!

Bu cür arxaik təfəkkürlü adamların milyarder olması özü ən böyük ədalətsizlikdir. Onun düşüncəsində millətin lokomotivi Hacı Qalibdir. Şair demişkən: "Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər"

Paraq Hannanın "Yeni orta əsrlər" əsərini bir daha xatırladım" - jurnalist fikirlərini tamamlayıb.
 
Ardını oxu...
  

 

“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Ardını oxu...
Yasamalda bədbəxt hadisə baş verib.

Ajans.az xəbər verir ki,hadisə ilə bağlı paytaxt sakini məlumat verib.

O bildirib ki, parkinq ərazisinin arxasında əvvəlcə bina tikmək üçün yer qazılıb və ətrafına zaborlar qoyulub. Nəticədə, avtomobil həmin çuxura düşüb. Hadisə zamanı ağsaqqal kişi maşını arxaya vermək istərkən, avtomobil bu boşluğa düşüb.

Hazırda təcili yardım hadisə yerindədir və yardım göstərilir.
 
 
Ardını oxu...
Son günlər sosial mediada gündəm olan Ongün Özdemir “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət edib.
Ongün Özdemir paylaşdığı videoda mağazanın müştəri xidmətlərindən narazı qaldığını bildirib.
O.Özdemir mağazanın müştəri məmnuniyyətinə laqeyd yanaşdığını vurğulayaraq, bu məsələyə rəsmi cavab verilməsini tələb edib.
Sözügedən videonu təqdim edirik.

 
Ardını oxu...
Goranboy rayonu, Dəliməmmədli kəndində 3 qohum sözün əsl mənasında həkimin başına oyun açıb. Onlar qurduqları hiyləgər planla həkimin 20 min manata yaxın pulunu ələ keçiriblər.

Musavat.com xəbər verir ki, kənd sakinləri Eldəniz, İmdad və Ələddin bu cinayəti törədən şəxslərdir. Onların əməlindən ziyan çəkən isə Goranboy rayonu, Dəliməmmədli kəndində Ailə Sağlamlıq Mərkəzində işləyən Natiq adlı həkim olub.

Əvvəlcə qeyd edək ki, adı çəkilən 3 nəfərin hər biri daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıblar.

Bu planı quran Eldəniz olub. Eldəniz qohumları olan İmdad və Ələddinə deyib ki, Natiq həkimin yanına gedib xəstələndiyini deyərək müalicə yazmasını istəyəcək. Eldəniz həmin vaxt bacısıgildə olub və həqiqətən də soyuqdəyməsi var imiş. Natiq həkimin yanına gedərək müayinə olunub, həkim ona bir neçə dərman məsləhət görüb. Bundan sonra Natiq həkimin “qara günləri” başlayıb...

Natiq həkim başına gələnləri belə danışıb:

“Eldənizi müayinə etdim. Ev şəraitində müalicə etdirməyi məsləhət gördüm. Təxminən 1 saat sonra xəstənin bacanağı Kamal adlı (Ələddin özünü Kamal kimi təqdim edib- red.) şəxs zəng elədi. Dedi ki, dərman qəbulundan sonra xəstə şoka düşüb. Xəstəxanaya apardıqlarını bildirdi. Narahat olub vaxtaşırı mənə məlumat verməsini istədim. Yalandan xəstənin qazi olduğunu da dedi. Bildirdi ki, xəstənin həyat yoldaşı onun Bakıya- Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparılmasını tələb edir. Mən də dedim ki, xəstə bu vəziyyətdə uzaq yola çıxmamalıdır. Kamal dedi ki, həyat yoldaşı belə istəyir və təcili yardım maşını ilə danışılıb”.

Bura qədər Natiq həkimdən xəstəxana, dərman və təcili yarım maşınına ödəniş adı ilə 1050 manat alıblar.

İş bununla bitməyib. Natiq həkim deyir:

“Bir neçə gün sonra Kamal yenə zəng edib dedi ki, Eldənizin səhhəti birdən-birə pisləşib və ölüb. Eldənizin ailəsinin imkansız olduğunu, cənazənin ailəyə çatdırılması üçün kömək istədi. 200 manat verdim. Sonra bir qadın zəng edib Eldənizin arvadı olduğunu dedi. Qayınansı ilə yola getmədiyini, iki uşaqla küçədə qaldığını dedi. Yas mərasimi üçün 500 manat istədi, yenə verdim.

1 həftədən sonra bir şəxs zəng edib özünü polis kimi təqdim etdi. Məndən şikayət olduğunu, polisə gəlməli olduğumu dedi. Mən də gəlməyəcəyimi dedim. Gəlməsəm, qolu bağlı gətizdirəcəyini dedi. Ona qədər də Eldənizin ailəsindən özünü onun anası, arvadı, qaynı kimi təqdim edən şəxslər yas xərcləri üçün pul istəyirdilər. Özünü polis kimi təqdim edən şəxs dedi ki, şikayətçiləri razı salmalıyam. Yas xərcləri və məzar daşı üçün 6 min pul verdim. Özünü polis kimi təqdim edən şəxs zəng edib dedi ki, şikayətçiləri razı salıb. Bunun üçün o da məndən 2 min tələb elədi. Onu da verdim”.

Bütün yalanlara inanan Natiq həkim yenə də canını quratara bilməyib. Bu işin üstü açılmasın deyə heç kimə bir söz də deməyib.

Bu dəfə də başqa bəhanə ilə Natiq həkimdən pul alıblar:

“Özünü ölənin qaynı Sərxan (bu dəfə İmdad zəng edib- red.) kimi təqdim edən şəxs zəng elədi. Ölənin ailəsinə baxdığını, xərclərinin çıxdığını dedi. Uşaqları Rusiyaya aparacağı üçün bilet pulu istədi. 840 manat pul verdim. Başqa-başqa yalanlara da inanıb pul vermişəm”.

İstintaq zamanı məlum olub ki, Natiq həkim 3 kəndlisinin toruna düşərək onlara ümumilikdə 20 min manata yaxın pul verib.

İşin üstü isə Natiq həkimin tanışlarından birinə vəziyyəti danışması ilə açılıb. Məlum olub ki, Eldəniz adlı şəxs ölməyib.

Təqsirləndirilən şəxsləri bağışlamadığını deyən Natiq həkim pulunu tələb etdiyini və onlara ağır cəza verilməsini istəyiblər.

Həbs edilən 3 şəxs özünü təqsirli bilib və Natiq həkimin danışdığı kimi baş verənləri izah ediblər.

Məhkəmə hər üç şəxsi təqsirli bilib. Eldəniz 2 il 6 ay, İmdad 2 il 9 ay, Ələddin isə 3 il azadlıqdan məhrum ediliblər.
Ardını oxu...
Beyləqan Rayon İcra Hakimiyyətinin baçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib.

Qaynarinfo-nun məlumatına görə, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib.
Ardını oxu...

Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yanyan xoruş döyüşünü izləmələri olub.
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, bundan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı məlumat yayımışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri İcra Hakimiyyəti tərəfindən təkzib edilmişdi. Yayılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin edilməsini bir daha təsdiq edir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.

DİN-in Mətbuat Xidmətindən “DİA-AZ”a bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

***

Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə "DİA-AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib:

"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib".

Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
 
 
Ardını oxu...
Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi işləyən Ogün Özdemir adlı Türkiyə vətəndaşının 2 gün əvvəl səfər etdiyi Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, 6 aydır Bakıda yaşayan Ogün Özdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb.

O, paylaşdığı video vasitəsilə İrəvandan bütün türk dünyasının Novruz bayramını təbrik edib.

Ogün Özdemir, həmçinin Azərbaycanın qədim torpağından azərbaycanlıları, o cümlədən Qərbi Azərbaycandan olan insanları salamlayıb.

Ogün Özdemir bildirib ki, Azərbaycanın bir parçası olan İrəvana səfər etmək onun çoxdankı planı olub. O, İrəvana necə getməsindən də danışıb. Əlavə edib ki, şəhər heç də erməni mediasının göstərdiyi kimi ürəkaçan deyil.

O.Özdemir deyir ki, İrəvan qədimdən, minillər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Buna görə də o, Qərbi Azərbaycandan olan dostları üçün İrəvandan torpaq da gətirib.

Ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti