Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC ilə Lənkəran rayon İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. Növbəti proses gələn ilin yanvar ayına təyin edilib.

Tribunainfo.az xəbər verir ki, Lənkəran rayon İcra Hakimiyyətinə qarşı iddianı “Azərbaycan Dəmir Yolları” QSC qaldırıb. Prosesdə maraqlı tərəf kimi Fəttayev Xəyal Camal oğlu və “ER Group Lankaran” MMC də iştirak edir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.
Şirvan İnzibati Məhkəməsində baxılan işlə bağlı növbəti proses gələn ilin 21 yanvar tarixinə təyin edilib. İş hakim Hilal Nəcəfovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. İddianı qaldıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri isə Rövşən Rüstəmovdur. Prosesdə maraqlı tərəf kimi çıxış edən “ER Group Lankaran” MMC-nin rəhbəri Emin Ramiz oğlu Gülməmmədovdur.

Tərəfləri dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

22 dekabr, 21:20

Xırdalanda mənzildə partlayış olub, yaralılar var.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Gəncədə qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Gəncə şəhərində Daş Körpü adlanan ərazidə qeydə alınıb.

Belə ki, orta yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
 
Ardını oxu...
Son vaxtlar baş verən yol qəzalarında ölüm halları artıb və bunun əksəriyyəti də Sovet istehsalı olan maşınların iştirakı ilə törədilən qəzalara aiddir. Cəmiyyət artıq "konserv qutuları" adlandırılan, istismar müddəti bitmiş, heç bir təhlükəsizlik göstəricisinin olmadığı Sovet maşınları hələ də bazarda tələb görür və sürətlə satılır. Üstügəl son aylar Sovet istehsalı olan avtomobillərə tələbat da artıb və qiymətləri də yenidən bahalaşmasıdır. Ölkəyə gətirilən avtomobillərin istehsal ili ilə bağl tələbin 2014-cü ilə qaldırıması da daxildəki ikinci əl maşınlara tələbatı artırır.

TEREF bildirir ki, Sitat.info-nun əməkdaşı Sumqayıt avtomobil bazarına baş çəkib, vəziyyətlə maraqlanıb.

Məlum olub ki, avtomobil almaq üçün buraya əsasən Bakıətrafı qəsəbələrdən və rayonlardan gəlirlər. Bu bazar "Badamdar" qəsəbəsində yerləşən maşın bazarından kiçik olsa da, kifayət qədər alıcı və satıcı kütləsi var.
Ardını oxu...
Bazarda istənilən növ və markaya aid avtomobil satışı həyata keçirilir. Burada yalnız ikinci əl avtomobillər gətirilir. Onu da bildirək ki bu bazar başqa bazarlarla müqayisədə daha ucuz hesab olunur. Qiymətlər də avtomobilin istehsal ilinə və modelinə görə dəyişir. Ən ucuz avtomobil "VAZ 2101" dir ki, onu 2500 manata almaq mümkündür.

"Vaz 2107", "VAZ 2106" markalı avtomobillərin qiyməti 5 min manatdan 9 min manata qədər dəyişir.

Almaniya istehsalı olan avtomobillərə tələbat isə həddindən artıq çoxdur. 1991-ci il istehsalı olan "Mersedes -190" markalı avtomobil 4-5 min manata satılır. Ümumiyyətlə, alman istehsalı olan avtomobillər bazarda liderdir. "Çeşka", (Mersedes C200)", "Dördgöz" ("Mersedes E 220) markaları alverçi dili desək, ən şçox satılan maşınlardır.

Konserv qutuları dediyimiz "jiqulilər"ə tələbatın əsas səbəbi ölkəyə gətirilən ikinci əl avtomobillərinin bahalaşmasıdır. Alıcılar bunu belə izah etdillər: "Bilirsiniz ki, yeni qaydalarla ölkəyə 2014-cü ildən aşağı maşın gətirmək olmur. İli yuxarı olan avtoimobilər isə çox bahadır, büdcəyə uyğun deyil.Ölkədə olan avtomobillər yavaş-yavaş sıradan çıxır. Maşını olan da satmır ki, yenisini ala bilməyəcək, çox bahadır. Satan isə əlində pul qalsın deyə, puluna uyğun, yəni sovet maşını, ya da 1991-cilin alman istehsalı avtomobilini alır.İli köhnə olsa, bu maşınlar dözümlüdür. "Xadavoy"una əl gəzdirsən, 5-6 ay problemsiz sürürsən. Rusun "Jiquli"sidir dözümlüdür".

Maşın dəllaları isə bildirdilər ki, yeni qanun onları da qazancsız qoyub: "Əvvəllər 5-10 min maya ilə Gürcüstandan avtomobil gətirirdik. İli köhnə olsa da, bazara yaxşı maşınlar çıxarırdıq. İndi mümkünsüzdür. 2014-2015-ci illərin ən ucuz avtomobili 15-20 minə bazara gəlir.

Belə olan halda əziyyətinə də dəymir. Gömrük rüsumunun çox olması da əngəl törədir. Ona görə də necə deyərlər "al qapıda, sat qapıda" edirik".
Ardını oxu...
Göründüyü kimi, avtomobil idxalında istehsal ili ilə bağlı tələbin qoyulması hər nə qədər ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağı hədəfləsə də, ölkə daxilində utilizasiya vaxtı çatan maşınları belə dəbə mindirib. Çünki avtomobil almaq istəyən imkansız əhali 5-10 min manat civarında ancaq "ayağımı yerdən götürsün" düşüncəsi ilə bu ölüm maşınlarını alır. Heç bir təhlükəsizlik standartı olmayan bu maşınlarla qəzaya düşmək isə sağ qalma şansının sıfıra bərabər olması deməkdir. Çox zaman bir ailənin bütünlüklə qəzaya ölməsi ilə nəticələnən hadisələr də məhz bu "konserv qutularında" yaşanır.
 
Ardını oxu...
Ətin bahalaşması ilə bağlı məsələ mətbuatda dəfələrlə qaldırılıb, səbəbləri mütəxəssislərlə müzakirə edilib. Budəfəki müzakirə isə bahalaşma deyil. Qiymətin əsassız şəkildə aşağı olmasıdır. Bəli, söhbət ət dükanlarında, marketlərdə satılan farş ətlərdən gedir. Məsələn, hazırda marketlərdə sümüklü ətin kilosu 14-15 manat, sümüksüz ət 19-20 manat, farşın qiyməti isə 8-10 manat arasında dəyişir.

Bəs farşı digər ətlərdən fərqləndirən nədir? Əgər hər ikisi qırmızı ətdən hazırlanırsa, niyə qiymətlər arasında bu qədər fərq var? Ən əsası, farş alarkən nələrə diqqət etməliyik?

Bu və digər suallara "Kaspi" qəzetinin məqaləsində cavab axtarılıb.

Zərgər üçün qızıl, qəssab üçün ət

Qəssab Elnur Əliyev deyir ki, əgər qəssabınız əsl qəssabdırsa, farşın qiyməti ilə tikə ətin qiyməti arasında maksimum 1-2 manat fərq yarana bilər. 10 manat fərq yaranırsa, deməli, burada problem var. Çünki heç bir qəssab ziyana işləməz: "1-2 manat ucuz olmasının iki səbəbi var. Birincisi, tikə ətlərin yağları və sinirləri varsa, onlar daha dəqiq təmizlənir. Bu, daha çox əmək deməkdir. Çünki tikə ət yeyərkən, əgər sinirlər təmizlənməyibsə, istehlakçı onu hiss edir və "bu qəssabın əti heç də yaxşı deyilmiş" deyir. Qiyməyə gəlincə isə, farşda bu qədər detallı təmizləmə aparılmır. Üstəlik, maşının içində əvvəlcə çəkilib qalan ət də ola bilər. Maşının özünün daxili soyutma sistemi olsa da, ət, soyuducudan çıxdığı andan etibarən təzəliyini itirir. Heç bir qiymə maşını gündə iki dəfədən çox təmizlənmir. Çünki bu da zəhmət tələb edən işdir. Belə olan halda, maşında yığılan yağ və sinirlər də qiymənin içinə qarışır. Əgər qəssabınız təcrübəli və səliqəlidirsə, detallı təmizləmə olmamasına baxmayaraq, qiyməyə qarışan yağ və siniri yeyərkən hiss etməzsiniz. Bu, bir növ sənətkarlıqdır. Zərgər üçün qızıl nədirsə, qəssab üçün də ət odur".

Farş adı ilə hansı növ ətləri yeyirik?

Qiymətlər arasında böyük fərq olan qəssab dükanlarına gəldikdə isə, əgər buradan alış-veriş etmisinizsə, qiyməni ət bilib dalaq, toyuğun istifadə olunmayan hissələri və ya digər içalatları yemisiniz deməkdir: "Farş hazırlanarkən adətən yüksək keyfiyyətli ət deyil, daha ucuz hissələr, məsələn, artıq parçalar, yağlı hissələr və ya sümüyə yaxın olan yerlər istifadə olunur. Bu da məhsulun maya dəyərini aşağı salır. Bəzi hallarda farşın çəkisini artırmaq üçün ona yağ, dərialtı piy və ya digər ət əlavələri qarışdırıla bilər. Bu əlavələr əti ucuzlaşdırır. Bəzən farş ətin tərkibinə digər heyvanların əti qarışdırılır ki, bu da maya dəyərini azaldır".

Əgər farş alırsınızsa...

Qəssab tövsiyə edir ki, əgər farş alırsınızsa, keyfiyyətinə diqqət yetirmək vacibdir. Ət təzə görünməli, xoşagəlməz qoxu olmamalı və rəngi təbii olmalıdır: "Həmçinin istehlakçılara özlərinin bələd olduğu qəssab dükanlarından alış-veriş etmələrini tövsiyə edirəm".

Qoca heyvan ətləri, qığırdaqlar, piylər

Sənaye mühəndisi Sayat Quliyeva deyir ki, farşın ucuz olmasının səbəbi ilk növbədə ətin müddətinin keçməsi və zərəri az da olsa qarşılamaq məqsədilə, istifadə müddətinə az qalan ətin istifadə olunmasıdır: "Bundan əlavə, bəzi nəzarətdən kənar müəssisələrdə, kəsim mərkəzlərində qoca heyvan ətlərindən, qığırdaqdan, iç piylərindən, donmuş ətlərdən istifadə etməklə farşlar hazırlanır. Hazırlanan farşlarda kənar qoxu və dadların olumaması məqsədilə bəzi dadlandırıcılar və ətin rənginin qorunması məqsədilə müəyyən qatqılardan istifadə olunur. Bir çox hallarda isə toyuq dərisindən, ətindən, hətta toyuq ayağından istifadə olunur".

Arayış tələb edin!

Mütəxəssis bildirir ki, əgər farş real mal ətindən hazırlanmayıbsa, ətin görünüşündə ağ çalarlar olur, dad və çeynəmə zamanı kənar hissəciklərin mövcudluğu hiss edilir: "Bunları nəzərə alaraq istehlakçılar farşı ev şəraitində hazırlamağa üstünlük verməli, kənarda hazırlandığı zaman prosesi müşahidə etməli, kəsim məntəqələri, eləcə də iri ticarət mərkəzlərindən ətin mənşəyi ilə bağlı baytarlıq arayışlarını tələb etməlidirlər".
 
Ardını oxu...
Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, Vüsal Aslanov bu təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.
 
Ardını oxu...
Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşulluq Agentliyinin bahalı tenderlərindən biri ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi satınalma saytında məlumat yerləşdirilib.
Həmin məlumatda deyilir ki, tendrin məqsədi Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması olub. Agentlik bununla 1.520.966,76 manatlıq ofis icarəyə götürmək istəyib. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna icazə verməyib.
Rəsmi açıqlamada qeyd edilir ki, ləğv edilmə səbəbi qalib təchizatçını bu Qanunun 33.10-cu maddəsinə əsasən seçmək mümkün olmamasıdır. Bundan başqa, həmin qanunun 36.1.3.-ci maddəsinin tələbləri pozulub.

         
Ardını oxu...
Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb.

TEREF xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib:
“Bu səbəbdən Qafar Dəmirçi və işçiləri barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar istintaq təcridxanasından sərbəst buraxılıblar”.
Qeyd edək ki, “plazalar kralı” kimi tanınan Qafar Dəmirçi və şirkətinin işçiləri bir həftə əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.
 
 
 
Ardını oxu...
Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerli vaxtla saat 16:15-də “Knyaznaya” stansiyasında baş verib. Murmanskdan Sankt-Peterburqa gedən 11 nömrəli sərnişin qatarının göyərtəsində 326 sərnişin olub.

İlkin məlumatlara görə, üç sərnişin qatarı və yük vaqonu relsdən çıxıb.

Zərərçəkənlərlə bağlı məlumat verilməyib. Sözügedən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə və xilasetmə qrupları göndərilib. Murmansk vilayətinin qubernatoru Andrey Çibis vəziyyəti şəxsi nəzarətinə götürüb.

Şimal-Qərb Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

***

TASS-ın məlumatına görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Ardını oxu...

 
Ardını oxu...
Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 21:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı 51 kilometr dərinlikdə yerləşib.
 

Dünyapress TV

Xəbər lenti