Ardını oxu...
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə müəllif İrəvan Mətbuat Klubunun direktoru Boris Navasardyanın “Exo Kavkaza” portalına müsahibə verərkən səsləndirdiyi fikirlərə diqqət çəkib.

Qeyd edək ki, Boris Navasardyan sözügedən müsahibəsində bildirib ki, hazırkı məqamda Qarabağın müqəddəratı ilə əlaqədar risklər mövcuddur və son aylar baş verən hadisələri Rusiya nə öz sülhməramlıları, nə də diplomatik vasitələrlə həll etmək iqtidarında deyil.

Müəllif vurğulayıb ki, Boris Navasardyan müsahibənin davamında absurd fikirlər səsləndirməkdə davam edir.

Boris Navasardyan qeyd edir ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatda hərbi qulluqçular müqavilənin imzalandığı andan etibarən olduqları yerdə dayanmalıdırlar.

Boris Navasardyan hesab edir ki, Azərbaycan razılaşmanın bu bəndini pozur və ona görə də bölgədəki qeyri-müəyyənlik aradan qaldırılmalıdır.

Müəllif isə öz növbəsində üçtərəfli bəyanatı həyasızcasına təhrif edən Boris Navasardyanın diqqətinə çatdırıb ki, noyabrın 10-da imzalanan razılaşmada çox aydın və dəqiq qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə paralel şəkildə bölgəyə yerləşdirilməlidir.

Ətraflı “Caliber”in növbəti süjetində:

 
Ardını oxu...
Rusiyadan Xankəndiyə köçən erməni biznesmen Ruben Vardanyan qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Arayik Harutyunyan Vardanyana bu "vəzifə"ni təklif etmişdi.

Rusiyalı iş adamı Vardanyan “Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə Məktəbinin ilk prezidentidir.

Bu ilin sentyabr ayında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçmək niyyətində olduğunu bəyan edib.
 

Ardını oxu...
“Ambisiyaları atıb bir ideya ətrafında birləşməklə biz Qarabağı xilas edəcəyik”.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun bu gündən işə başlayacaq “dövlət naziri” Ruben Vardanyan öz Facebook səhifəsində yazıb.

O bildirib ki, öz ambisiyalarını atıb bir ideya ətrafında birləşsələr, Qarabağı “xilas edəcəklər”.

“Biz hamımız bir dağ və qaya olsaq, ambisiyalarımızı atıb, bir ideya ətrafında birləşsək, Qarabağımızı xilas edəcəyik, məğlub olmayacağıq. Və Qarabağın mənəvi dəyəri əsrlər boyu Qarabağ ermənilərinin siyasi və mənəvi toplaşma yeri olan Qandzasarda (Gəncəsər monastırı) hiss edilməli və tanınmalıdır.

Və mən xoşbəxtəm ki, dostlarıma Qandzasar monastır kompleksini ziyarət edirəm.

İndi bizim çatışmayan cəhətimiz budur: vətəni dərk etmək, tanımaq, hiss etmək və özümüz üçün ayağa qalxmaq”, – deyə Vardanyan yazıb.
Ardını oxu...
Bu gün bir neçə kəndin 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsindən iki il keçir. 2020-ci il noyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində uğurlarını davam etdirib.

Həmin gün Cəbrayılın Mirək, Kavdar kəndləri işğaldan azad edilib.

Zəngilan istiqamətinə gəlincə, ordumuz rayonun Məşədiismayıllı, Şəfibəyli kəndlərini işğalçılardan təmizləyib.

Eyni gündə Qubadlının üç kəndi – Başarat, Qarakişilər və Qaracallı kəndləri də işğaldan azad edilib.

Bildirək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq qələbə xəbərini xalqa çatdırıb.
Ardını oxu...
 
Ardını oxu...
Oktyabrın 31-də Soçi şəhərində Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirildi.
Görüşdə 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra ölkələr arasındakı münasibətlər, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qarşıya qoyduğu vəzifələrin icrasını, həmçinin sonradan nail olunmuş bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək idi. Üçtərəfli görüşdən əvvəl prezidentlər Vladimir Putin və İlham Əliyevin keçirdikləri təkbətək görüşdə dövlətimizin başçısı mövqeyini açıq şəkildə bildirdi. “Qarabağ münaqişəsi artıq tarixdir” - deyən Prezident İlham Əliyev münaqişənin iki il əvvəl həll edildiyini və bu kontekstdə praktiki olaraq müzakirə ediləcək məsələnin qalmadığını diqqətə çatdırmaqla bir daha dövlətimizin mövqeyini bəyan etdi. Azərbaycan-Emənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olundu. Yekunda bəyanat qəbul olundu.
Soçi görüşü və imzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də Bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur.
Bu görüş və hər üç ölkənin siyasi rəhbərliyi tərəfindən imzalanmış Bəyanat Qafqaz regionunun gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Bu, yalnız münaqişə tərəfi olmuş iki ölkə arasındamünasibətlərin normallaşdırılması üçün deyil, ümumilikdə Qafqaz regionunun beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir.
Aysel Mənsimova - politoloq
Teref.az


 
Ardını oxu...
Soçi görüşü ərəfəsində Xankəndində genişmiqyaslı mitinq keçirilib.

Təxminən 15 min nəfərin iştirak etdiyi aksiyanın təşkili məqsədilə bütün inzibati resurslar işə salınıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirlib.

“Mitinqin təşkilində birdən-birə beş tərəfə maraqlıdır. Bunlar Araik Arutunyanın simiasında separatçı rejim, Ermənistan hakimiyyəti, Rusiyanın sülhməramlı kontingenti, Kreml və erməni diasporu”, - deyə videomaterialda vurğulanır.(Oxu.az)

Daha ətaflı “Caliber”in süjetində:

 
Ardını oxu...
Bu gün Azərbaycanın bir neçə kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən iki il keçir.

44 günlük Vətən müharibəsi dövründə - noyabrın 2-də Azərbaycan ordusu Cəbrayılın Çapand, Qoşabulaq kəndlərini işğaldan azad edib.

Həmin gün Zəngilan istiqamətində də uğurlar qazanılıb. Belə ki, rayonun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərində işğala son qoyulub.

Qubadlının isə İşıqlı, Muradxanlı və Milanlı kəndləri işğaldan təmizlənib.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet”lə qələbə xəbərini xalqa çatdırıb.
Ardını oxu...

 
 
 
Ardını oxu...
Rusiyanın Soçi şəhərində keçirilən yüksək səviyyəli danışıqların bəzi təfərrüatları məlum olub.
TEREF.AZ xəbər verir ki, “Caliber.az”ın əldə etdiyi məlumata görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hərbi toqquşmaları yekun bəyanatda əks etdirmək istəsə də, buna nail ola bilməyib. Üstəlik, baş nazir Nikol Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyib. Amma buna nail ola bilməyiblər.

Ermənistan tərəfi sənədə öz bəndlərini daxil edə bilməyəcəyini anladıqdan sonra birgə bəyanatın qəbuluna mane olmağa çalışsa da, erməni hiyləsi baş tutmayıb. Üstəlik, bu, ev sahibi ölkəyə - Rusiyaya və şəxsən Putinə açıq-aşkar hörmətsizlik olardı.

Beləliklə, yekun bəyanatda “status” bircə dəfə də olsa qeyd edilmir. Çünki bu, Azərbaycanın daxili işidir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib.
 
 
 
Ardını oxu...
“Sizə kim deyir ki, Ermənistan sülh danışıqlarına gedir?! Ermənistan sülh danışıqlarına getmir və getmək fikri də yoxdur. “Valday”da Vladimir Putinin çıxışı yadınızdadır da, yenidən status və başqa məsələləri ortaya atdılar. Paşinyan da qeyd etdi ki, rus sülhməramlıların Qarabağda qalmasının müddətini 15-20 ilə uzadaq. Yəni bu, oyundur”.

Bu sözləri açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O, Soçi görüşünün mümkün nəticələrini şərh edib:

“Ümumiyyətlə, İrəvanın sülh sazişi imzalamaq fikri yoxdur. Bu indiki həm Ermənistana, həm də Rusiyaya sərf edir. Rusiya ərazini öz ixtiyarında saxlayır, orada sülhməramlılar qalır, istədiyini edir, lazım gələndə də Ermənistan və Azərbaycana oradan təzyiq edir.

Ermənistanın daxilində də vəziyyət problemlidir və Qarabağın Azərbaycana tamamilə verilməsi, eləcə də sərhədlərin təyin edilməsi məsələsi onlar üçün böyük problem yaradır. Ona görə də məsələni belə uzadırlar”.

Deputat Soçi görüşü barəsində pessimist mövqedə olduğunu da gizlətməyib:

“Açığı, mən Soçi görüşündən də heç nə gözləmirəm. Çünki belə təşəbbüslər Moskva, Brüssel və Praqada olub. Lap desələr ki, müsbət addımlar atılır və s. inanmıram, çünki hamısı “vozdux”dur (rusca “hava” deməkdir – red.), buraxırlar, sonra da öz bildiklərini edirlər”.

“Mən Xankəndidə keçirilən mitinqin videosuna baxdım. Yəni o şəhərdə bu qədər adam var?! Hamısını sülhməramlılar oradan-buradan gətirib doldurdular ki, say çox görünsün. Bu, Azərbaycana təzyiq metodudur, amma xeyri yoxdur, məsələ həllini tapacaq, geci-tezi var. Görünür ki, ermənilər ikinci “dəmir yumruğu” yenidən istəyirlər. Mən belə başa düşürəm”, – deyə V. Əhmədov fikirlərini yekunlaşdırıb. (Yenisabah.az)
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşü faydalı adlandırıb.

TİA.Az xəbər verir ki, bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildiridb.

O, görüşün yekunları ilə bağlı birgə bəyənatın qəbul olunduğunu söyləyib.

“Hər şeyi razılaşdıra bilmədik”, – deyə Putin vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti