Ardını oxu...
Rusiya tərəfindən dəstəklənən Xankəndindəki hərbi xuntanın başçısı, cinayətkar Arayik Artuyunyan Vladimir Putinin "Valday" diskusiya klubundakı çıxışını dəstəkləyən bəyanat yayıb.

Xatırladaq ki, Kreml rəhbəri bildirib ki, Qərb Qarabağı Azərbaycanın suverenliyi daxilində qəbul edən sülh planı hazırlayıb. O, Ermənistan xalqına müraciət edərək, seçim haqqının onlara aid olduğunu, amma Rusiyanın Qarabağın "özünəməxsus" hüquqlarını tanıdığını ifadə edib. Putin üstüörtülü şəkildə deyib ki, Moskva bu planın icrasına imkan verməyəcək.

Arayik Arutyunyan da Putinin çıxışına dəstək olaraq deyib ki, bir sıra güc mərkəzləri nizamlanmanın əsas məsələləri ilə bağlı Ermənistan və Azərbaycan hakimiyyətlərinə verdiyi təkliflər qəbul edilərsə və həyata keçirilərsə, həm "artsax" və onun "xalqı", həm də Ermənistan və regionun digər ölkələri üçün həlledici əhəmiyyət kəsb edəcək.

"Məhz bu səbəbdən səhv etməyə haqqımız yoxdur, çünki hər hansı bir səhv ölümcül ola bilər. Biz əminik ki, "artsax" xalqının öz müqəddəratını təyinetmə hüququnu inkar edən, münaqişənin ədalətli həlli perspektivindən məhrum edən və "artsax"ın mövcudluğuna şübhə yaradan təkliflər və prinsiplər birdəfəlik rədd edilməlidir…

Əlbəttə ki, danışıqlar prosesi nəticəsində biz Qarabağ münaqişəsinin ədalətli və yekun həllinə və "artsax" respublikasının müstəqil statusunun beynəlxalq səviyyədə tanınmasına nail olmaq istərdik. Bununla belə, mövcud çağırışları və məhdud imkanları nəzərə alaraq, fikrimizcə, Rusiyanın təklifləri "artsax"ın təhlükəsizliyini təmin etməyə imkan verən və onun gələcəyinə şübhə yaratmayan minimum meyarlara daha çox uyğundur".

Hərbi xuntanın başçısı əlavə edib ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammit nəticəsində "artsax"ın taleyi ilə bağlı elementləri birləşdirmək mümkün olacaq. "İlk növbədə, söhbət Rusiya sülhməramlı qüvvələrinin missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir. Onların "artsax"da olması həyati əhəmiyyət kəsb edir, çünki 2020-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlıları bizim təhlükəsizliyimiz üçün mühüm məsuliyyət payına malikdirlər. İkinci əsas parametr ən azı "artsax"ın indiki statusunu saxlamaqdır", - o vurğulayıb.
Ətraflı

Arutyunyan qeyd edib ki, V.Putinin “Valday” Beynəlxalq Klubunun iclasındakı çıxışı bu məqsədlərin kifayət qədər reallaşa biləcəyinə dair müəyyən ümidlər yaradır.

Bu bəyanatdan və bu gün Xankəndində Rusiyanın təhriki ilə mitinq keçirilməsindən açıq-aydın görünür ki, Rusiya 31 oktyabrda keçiriləcək üçtərəfli sammitdə öz bədnam planını tərəflərə qəbul etdirməyə çalışacaq. Kremlin əsas məqsədi "sülhməramlı" qüvvələrin qeyri-müəyyən müddətdə Qarabağda qalmasına, eyni zamanda mövcud status-kvonun saxlanılmasına nail olmaqdır.

Ermənistan rəhbərliyi bəyan edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasına razıdır. Əslində bu, olduqca qeyri-ciddi və qeyri-hüquqi açıqlamadır. İrəvanın Azərbaycanın bir hissəsində hansı qüvvənin qalıb-qalmamasına hər hansı aidiyyatı yoxdur. Görünür, Qərbin sülh planına dəstək verdiyinə görə, Rusiya tərəfindən sıxışdırılan Paşinyan hökuməti Putinin könlünü xoş etməyə çalışır.

Azərbaycan müharibədən dərhal sonra bəyan edib ki, Qarabağda hazırkı vəziyyət uzun müddət davam edə bilməz. 10 noyabr razılaşması yerinə yetirilməlidir, əgər qısa müddətdə bu addımlar atılmazsa, güc tətbiqi qaçılmazdır. Rusiya rəhbərliyi rəsmi Bakının bu addımı atmayacağına o qədər də əmin olmasın. Regiondakı hazırki status-kvo, Rusiyanın düşdüyü vəziyyət, güclü müttəfiqlərə sahib olan Azərbaycana qəti addımlar atmaq üçün şərait yaradır. Arayik Arutyunyanın bəyanatında bu gücün qorxusu açıq-aşkar hiss olunur...

E. Rüstəmli

"AzPolitika.info"
 

Ardını oxu...
DİA.AZ: - 30.10.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik
zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, İsmayılzadə Səməndər Vahid oğlunun
şəhadətə ucaldığı gündən iki il ötdü.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə
şəhid olmuş İsmayılzadə Səməndərin il mərasimi keçirilib.

DİA.AZ-a yerli RİH-dən verilən məlumata görə, şəhidin ildönümü
mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,
şəhidin ailə üzvləri, qazilər, Milli məclisin deputatları Aydın Hüseynov və Səbinə
Xasayeva, Qaradağ Rayon Polis İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Qaradağ
rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul
əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib sonra isə məzarı üzərinə gül dəstələri qoyulub
Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini
bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və
qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını
bildiriblər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Rusiyanın dövlət telekanalı olan "Rossiya24" tərəfindən Azərbaycan Respublikasının suverenyliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib.

Ardını oxu...

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, 28 oktyabr tarixində Moskva vaxtı ilə saat 17:31-17:33-də bu Kreml telekanalının xəbərlər proqramının efirində növbəti dəfə Azərbaycan Respublikasının hüquqi-inzibati ərazi bölgüsü təhrif edilib. Belə ki, aparıcı Rusiya rəhbərliyinin Qarabağ məsələsinə münasibətini şərh edərkən kadrlarda 17:31-32-də Xankəndinin erməni əski parçaları ilə bəzədilmiş küçələri fonunda da üst-üstə təxminən yarım dəqiqə ərzində "Dağlıq Qarabağ Respublikası" yazısı, 17:33-də isə Azərbaycan torpağındakı separatçı-teerorçu rejimin keçmiş üzdəniraq rəhbəri Bako Saakyanın oktybaırn 27-də İrəvanda Rusiya-Ermənistan "Lazarev" klubundakı çıxışından sitat təqdim edilərkən həmin separatçının görüntüsünün altında "Artsax prezidenti(2007-2020)" yazısı görünüb.

Xatırladaq ki, son günlər ölkəmizə qarşı oxşar təxribatlar Rusiyanın bir sıra dövlət və özəl sayılan kanalları tərəfindən də törədib.

Zəruri şərh:

Bunlar artıq bəzi məşhur(!) Azərbaycan şərhçilərinin əzbərdən dediyi kimi, guya "Moskvadakı hansısa ermənipərəst dairələrin Rusiya-Azərbaycan strateji tərəfdaşlığına kölgə salmaq"-filan deyil, birbaşa Putin başda olmaqla Rusiya rəhbərliyinin dövlətimizə, xalqımıza qarşı düşmən, imperiyapərəst siyasətinin açıq təzahürüdür...
Ardını oxu...
Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanın ünvanına səsləndirdiyi həqiqətdən uzaq iddialara cavab verib.

S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı bəyanat tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir.

Milli Məclisin sədri daha sonra vurğulayıb: "Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb".

Minalanmış ərazilərin xəritələri ilə bağlı məsələyə gəlincə, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan bu xəritələri Ermənistandan çox çətinliklə əldə edib və bu xəritələrin dəqiqliyi cəmi 25 faizə bərabərdir. Ermənistan ərazilərimizin minalanmasını davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə 1 400-dən çox mina tapılıb ki, bunlar da 2021-ci ildə Ermənistanda istehsal olunub. Müharibə bitəndən sonra ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir, beynəlxalq humanitar hüququn pozulmasıdır və regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatın pozulmasıdır.

Spikerin sözlərinə görə, bütün bu faktları nəzərə alsaq, hərbi təxribatlarda, sülh prosesinin əngəllənməsində hansı ölkənin - Azərbaycanın, yoxsa Ermənistanın maraqlı olduğu aydın görünür.

Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib.

"Mən tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt hərbi cinayət törətməyib. Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixli məlumatlarında bildirilir ki, internetdə anonim şəkildə yayılmış və sosial şəbəkələrdə Azərbaycan ordusunun qanunsuz əməlləri kimi təqdim olunan videogörüntülərlə bağlı hazırda ətraflı araşdırma aparılır. İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu, ələ salınmasından xəbər verir. Mən burada erməni hərbçilərin etdikləri barədə danışmayacağam, çünki bu barədə emosiyasız danışmaq mümkün deyil. Bu, normal, mədəni insanın şüuruna sığmır. Odur ki, sualımı təkrar etmək istəyirəm: Ermənistanın Baş Prokurorluğu bu video görüntüləri araşdırırmı?" , - deyə Milli Məclisin sədri vurğulayıb.

S.Qafarova daha bir sual ünvanlayıb: "İki Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərlərinə və mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlərin və digər qanunsuz əməllərin, habelə 44 günlük müharibə dövründə dinc əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə amansız raket hücumlarının günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün Ermənistan tərəfindən hansı addımlar atılıb? Sual təbii ki, ritorikdir, çünki sosial şəbəkələrdə də geniş yayılan çoxsaylı rəsmi videoların olmasına baxmayaraq, heç bir addım atılmayıb".

Milli Məclisin sədri qeyd edib ki, birinci Qarabağ müharibəsindən sonra 3 900-ə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Onlara nə olub? Bu, seçicilərimizin bizə ən çox ünvanladığı suallardan biridir. Hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır.

S.Qafarova daha sonra hərbi əsirlər məsələsi ilə bağlı Ermənistan parlamentinin spikerinin əsassız iddialarına da münasibət bildirib.

MDB PA-nın Almatıda keçirilən sonuncu iclasında Alen Simonyanın hərbi əsirlərlə bağlı bəyanatlarına cavab verdiyini xatırladan Milli Məclisin sədri bir daha qeyd edib ki, Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olaraq hərbçilərimizə, mülki əhalimizə qarşı terror aktları törədənlər hərbi əsir kimi tanınmır. Onlar ağır cinayətlər törətmiş cinayətkarlardır.

Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə gəldikdə isə spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq.

Milli Məclisin sədri erməni mədəni irsinin dağıdılması ilə bağlı iddiaya da cavab verib. O, deyib ki, 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus bütün mədəni irsi məhv edib, bir çox tarixi, mədəniyyət və dini abidələr yerlə-yeksan edilib. Məscidlərimiz təhqir olunub, dağıdılıb, inək, donuz saxlanılan yerlərə çevrilib. Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, bu ərazilərdəki mədəni irsin vəziyyətini qiymətləndirmək üçün YUNESKO bu ərazilərə səfər etməyib.

Sonda spiker Sahibə Qafarova erməni spikerin öz çıxışında səsləndirdiyi “Dağlıq Qarabağ” ifadəsinə etirazını bildirərək, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını deyib, bu ərazilərin Qarabağ regionu olduğunu qeyd edib.
 
Ardını oxu...
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

“Report” xatırladır ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutub.

Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb.

Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
 
Ardını oxu...
Putin Paşinyanı hədəfə çıxarır - "Valday"dakı açıqlamaların şifrəsi - VİDEO

1199 28.10.2022 02:48 Son xəbər A A
Bu gün "Valday" qrupunun toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesi barədə bir sıra açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Rusiya prezidentinin səsləndirdiyi fikirləri şərh edən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Putinin açıqlamaları göstərir ki, həqiqətən də Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ tərəfindən təklif olunan (Avropa Birliyi tərəfindən də dəstəklənən) "Vaşinqton variantı" mövcud imiş: "Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Onun "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik", - sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, əgər siz - ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni "günah bizdən getdi..." Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın "özünəməxsus xüsusiyyətləri" var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır.

Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur. O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik".

Politoloqun fikrincə, indi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq: "Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək.

Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar".
 
Ardını oxu...
Bu gün Azərbaycan ordusunun Zəngilan, Füzuli ,Cəbrayıl və Qubadlı istiqamətlərində qazandığı bir neçə uğurdan iki il keçir.

2020-ci ilin oktyabrın 28-də Zəngilanın Birinci Ağalı, İkinci Ağalı və Zərnəli kəndləri işğaldan azad olunub.

Həmin tarixdə Füzuli istiqamətində daha bir kənd – Mandılı kəndi erməni işğalçılarından təmizlənib.

Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri də eyni tarixdə işğaldan azad olunan kəndlər siyahısında yer alır.

Qubadlının isə 3 kəndində – Qiyaslı, Əbilcə və Qilicanda işğala son qoyulub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” ataraq xalqa çatdırıb.
 
Ardını oxu...
"Qərb və NATO Qarabağı Azərbaycana təslim etmək üçün İrəvanın qarşısına dəqiq vəzifə qoyub".

TEREF.AZ xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, terroçu Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublika partiyasının icra orqanının üzvü Eduard Şarmazanov deyib.

“Paşinyan hökuməti də buna qarşı deyil. Onlar bu mövzudan başqa hər şeydən danışırlar. Həmçinin, Qərb Qarabağa Azərbaycanın bir hissəsi kimi baxır", - o, əlavə edib.

Görünən odur ki, Ermənistanda artıq hər kəs reallığı qəbul etməyə başlayıb. Revanşist qüvvələrin təmsilçilərinin belə Qarabağın Azərbaycana məxus olduğuna dair həqiqərtləri səsləndirməyə başladığı bunu deməyə əsas verir. Əlbəttə ki, onların başqa heç bir şansı da yoxdur.

Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra aydın olan bir məqam var:

“Müharibəni udmuş, beynəlxalq hüquqla təsdiqlənmiş ərazilərini bərpa etmiş və bütün ərazilərində dövləti mövcudluğunu bərpa etməkdə məqsədi olan Azərbaycan var. Artıq Ermənistandakı daxili siyasi qrupların özlərinin məğlubiyyətini kimin üzərinə atmasından asılı olmayaraq, orada da reallıqlar hər kəsə aydındır. Yəni vəziyyəti ciddi dəyərləndirə və regionda nəyin baş verdiyini bilən istənilən şəxs proseslərin hara getdiyini başa düşür”.

Politoloq vurğulayıb ki, artıq hamı bir tərəfdə hərbi potensialı və beynəlxalq hüquqla güclü Azərbaycanın, digər tərəfdə isə işğalçı və zəif Ermənistanın olduğunu bilir:

“Bununla yanaşı, Ermənistandan istifadə edərək Azərbaycandan və yeni reallıqlardan dividendlər, imtiyazlar qoparmağa çalışan digərləri var. Ona görə də Ermənistanda hər kəsin reallığı görməsi faktdır. Cəmiyyət artıq revanşist mesajlarla siyasi sərmayə edənləri, belə mesajlar səsləndirənləri dinləmir. Bütün proseslər onu göstərir ki, həmişə Qarabağ kartından istifadə edərək rəqiblərilə hesablaşmağa çalışan qüvvələrin əlindən artıq bu arqument də alınıb”.
 
 
 
Ardını oxu...
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

“Report” xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

 
 
 
Ardını oxu...
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu daha bir kəndi işğaldan azad edib.

Oxu.Az xatırladır ki, 2020-ci ilin bu günü - məhz 26 oktyabrda ordumuz Cəbrayıl istiqamətində uğura imza atıb.

Belə ki, Cəbrayılın Çələbilər kəndi düşmən işğalından azad edilib.

 
 
 

Dünyapress TV

Xəbər lenti