“Ambisiyaları atıb bir ideya ətrafında birləşməklə biz Qarabağı xilas edəcəyik”.
DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun bu gündən işə başlayacaq “dövlət naziri” Ruben Vardanyan öz Facebook səhifəsində yazıb.
O bildirib ki, öz ambisiyalarını atıb bir ideya ətrafında birləşsələr, Qarabağı “xilas edəcəklər”.
“Biz hamımız bir dağ və qaya olsaq, ambisiyalarımızı atıb, bir ideya ətrafında birləşsək, Qarabağımızı xilas edəcəyik, məğlub olmayacağıq. Və Qarabağın mənəvi dəyəri əsrlər boyu Qarabağ ermənilərinin siyasi və mənəvi toplaşma yeri olan Qandzasarda (Gəncəsər monastırı) hiss edilməli və tanınmalıdır.
Və mən xoşbəxtəm ki, dostlarıma Qandzasar monastır kompleksini ziyarət edirəm.
İndi bizim çatışmayan cəhətimiz budur: vətəni dərk etmək, tanımaq, hiss etmək və özümüz üçün ayağa qalxmaq”, – deyə Vardanyan yazıb.