Ardını oxu...
Qaloş geyinib çıxdığı səhnə onun həyatının dönüş nöqtəsi oldu. Erməni şair onun haqqında kitab huraxdı. Biri var. Səsi və xarakteriylə hər zaman diqqətdə olan Elnarə Abdullayeva.

Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Qobustanın Çuxanlı kəndində kasıb ailədə dünyaya göz açıb. 9 uşaqlı ailədə böyüyüb. Özü açıqlamalarında deyir ki, qaloş geyinib, ifaçılığa başlamışam. Özümü göstərib sənətə gəlməmişəm. Ailə qurdum, yoldaşım Sədərəkdə işləyirdi, mən də evdə oturmuşdum, dünyaya uşaq gətirməliydim. Elə vaxtım olub ki, qonaq gedəndə, əynimə geyinməyə paltar tapmamışam. Yeməyə yemək tapmadığım günlər olub. Bakıya gələndə, balaca daxma görəndə, deyirdim, ay Allah, mənim də nə vaxtsa, belə daxmam olsun”.

Asəf Zeynallı adına musiqi məktəbini və Mədəniyyət və İncəsənət Universitetini oxuyub. Ağaxan Abdullayevin tələbəsidir. 2006-cı ilə qədər Elnarə Abdullayeva sənətdə çox da gözə dəyməyib. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxarıb.

2015-ci ildə Heydər Əliyev sarayında ilk solo konserti baş tutub. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb. 2016-ci ilin mart ayında 3 gün Heydər Əliyev sarayında növbəti konserti baş tutub.

Bəziləri onun səsinə mərsiyəxan səsi deyir, səsindəki yanğını ağı ağrısını musiqiyə aid etmir. Ancaq belə düşünənlərdən daha çox Elnarə Abdullayevanın səsinin vurğunları var və bu adamların sayı gündən-günə artır.

Mərsiyə məsələsinə münasibət bildirərkən, xanəndə bundan narahat olmadığını deyib:

“Məni belə kədərli oxumağa ermənilər vadar edib. O vaxt Qarabağdan şəhid xəbərləri gəlirdi. Mən də onda səhnəyə təzə-təzə çıxırdım. “Ya Həzrət Abbas” şeirinə muğam oxudum. Bu gün də onunla fəxr edirəm. Yəni onu mərsiyəyə oxşadırlarsa, burda pis nə var ki... Əgər mən şəhidlərimizə layla və ya ağı üslubunda, tərzində oxumuşamsa, nə xoş halıma”.

Əməkdar artist 25 yaşında ailə həyatı qurub. Tarzən və ustadı Mehman Mikayılovun evinə gedərkən indiki qayınanası onu orda görüb və bəyənib. Və beləliklə Elnarə özünün dediyi kimi sevgi ilə deyil, ağılla, imanla ailə qurub. Əri Elxan tarzən Mehman Mikayılovun qaynıdır. Müsahibələrinin birində bildirir ki, 10 il eyni ayaqqabını geyib. Elə gün olub ki, normal yemək belə tapmayıblar, ancaq xanəndə deyir ki, bütün bunlar normal haldır. Bütün dünya qurban olsun, həyat yoldaşımın bir dırnağına.

Xanəndə həyat yoldaşı ilə birgə görünməyi sevmədiyindən uzun müddət qınağa məruz qalıb. İnsanlar onu həyat yoldaşını mediadan gizlətməkdə günahlandırıb. Bu barədə ona sual verəndə deyir:

"Mən heç elə-belə kişi saxlayaram? Qadın birinci kişini yaxşı saxlamalıdır, ona baxmalıdır, sonra özünə. Bir nəfər mənə zəng edib ki, bu günə kimi niyə gizlədirdin? Mən onu gizlətmirdim. Uyğun yerlərə birlikdə gedirik. İftara dəvət olunmuşduq, bir getdik, şəkillərimizi çəkib sayta verdilər. İnsanın qüruru varsa, ruhun rahatdırsa, yanında kim olursa olsun, hər yerdə kef edəcəksən”.

Xanəndənin özünün belə ehtiyacı olduğu halda öz hesabına doğma kəndi Çuxanlıya su çəkdirib. Bu layihə sadəcə bir bulağın üstündə abidə ucaltmaqdan ibarət deyildi. O, bir neçə bulaqdan kəndə böyük bir arx çəkdirir, su anbarı tikdirir və kəndi daimi su ilə təmin edir. Bütün bunları isə o, problem yaşadığı illərdə etdiyi bir əhdə görə həyata keçirirmiş. O, həmin illərdə əhd edibmiş ki, mənə verəcəyin bərəkəti insanlara paylamaq üçün möhlət ver. Ancaq bir müddət sonra həmin bulaqların quruması ilə bağlı şayiə yayılır və şayiə olaraq qalır.

Elnarə Abdullayeva yolu polis bölməsinə düşən sənət adamlarımızdandır. Belə ki, 2020-ci ilin yayında Əməkdar artist karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. O, Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.

Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.

Erməni yazıçı Lyubik Çibuxçyan muğam ifaçısı Elnarə Abdullayevaya “Elnarə” adlı 173 səhifəlik mənzum kitab həsr edib. Lyubik Çibuxçyan “BBC Azərbaycanca”ya deyib ki, Azərbaycan televiziyalarının birində müəğnninin ifasını görüb xoşlayıb və kitab yazıb. O, kitabı bir neçə dilə tərcümə etmək və ATƏT-in Mİnsk Qrupu üzrə həmsədrlərinə bağışlamaq istəyir.

Elnarə xanım isə bu haqqda deyibm

Açığı, ermənilərin haqqımda nəsə yazması önəmli deyil. Bunu bir fransız, ingilis, rus yazıçısı yazsaydı, daha xoş olardı mənə. Ermənilər bu günə kimi Azərbaycanın maddi-mədəniyyət nümunələrini, musiqilərini, rəqslərini, mətbəxini oğurlaya-oğurlaya gəliblər. Görünür, oğurluq etməkdən yorulublar deyə, indi də sənətçilər haqqında nəsə xoş bir şey yazmağa başlayıblar. Ümumiyyətlə, ermənilər millət olaraq, mənim üçün maraqlı deyil”.

Elnarə Abdullayeva açıqlamaları ilə daim köhnə fikirli bir adam kimi diqqət çəksə də, onun daim bir mərdanəliyi, şuxluğu var ki, bu da ona insanlarda simpatiya yaradır. Onun Allahla arasındakı münasibət o qədər dürüstdür ki, bu dürüstlük onu heç vaxt insanların qarşısında başaşağlıq gətirmir. Bütün açıqlamalarında dediyi kimi, onun da Allahdan istədiyi elə budur.
 
Ardını oxu...
Son 8 ayda ölkədə 14 248 boşanma qeydə alınıb. Bu rəqəmlərə əsasən, demək olar ki, hər gün 59 boşanma prosesi olur.

Boşanmaların səbəbləri müxtəlif cür izah edilir. Belə ki, son zamanlar kişilərə görə, qadınlar aliment almaq üçün boşanır.

Qadınlar isə bu fikri doğru hesab etmirlər.

Məsələ ilə bağlı tanınmış vəkil Zibeydə Sadıqova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, boşanma səbəbləri müxtəlifdir:

"Boşanmaya təsir edən amillər iqtisadi vəziyyət, təhsil səviyyəsi, səhhət, məişət zorakılığı və s.-dir. Mənə boşanma üçün müraciət edən qadınların böyük əksəriyyəti məişət zorakılığı qurbanlarıdır. Dəfələrlə boşanma üçün cəhdlər edirlər. Lakin qadınların iqtisadi asılılığı, iqtisadi cəhətdən müstəqil olmaması zorakı ərin yanına qayıtmağa onları məcbur edir".

Vəkil qeyd edib ki, Ədliyyə Nazirliyi 2024-cü ilin 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olduğunu bildirib:

"İcraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır.

İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir. Lakin araşdırsanız görərsiniz ki, qadınlar minimum alimenti belə ala bilmirlər.

"Qadınlar aliment üçün boşanırlar" fikri çox gülüncdür. Minimum aliment miqdarı 235 manatdır. Bu pulla qadın nə edə bilər? Üstəlik, bu məbləğ bir uşağın aylıq yemək xərci kimi nəzərdə tutulur".

Vəkil vurğulayıb ki, hökumət problemi araşdırmalı və sonra onun həlli üçün proqramlar həyata keçirməlidir:

"Bunun üçün qeyri-hökumət təşkilatlarına müraciət edilməli, sorğular keçirilməli, məhkəmə işləri ümumiləşdirilməli, insanların ehtiyacları öyrənilməlidir. Daha sonra isə müəyyən edilməlidir ki, ailələrin qorunub saxlanması, valideyn və uşaq arasındakı münasibətlərin dayanıqlığı üçün nə etmək lazımdır.

Bütün günü "boşanma artıb", "qadınlar aliment üçün boşanırlar", "TikTok"-a baxıb boşanırlar" demək professional yanaşma olmaz.

Hökumət təhsil səviyyəsinin qaldırılması, səhiyyənin inkişaf etdirilməsi, maarifləndirilmənin aparılmasını təşkil etməlidir.

Əks halda, boşanma da, məişət zorakılığı da, məktəbli uşaqların arasında cinayətlər də artacaq".

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, komitə tərəfindən gənc ailələr arasında maarifləndirmə işləri aparılır:

"Hətta bu yaxınlarda Gənc Ailə Forumu keçirilib. Forumun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsi olub. Bölgələrdən və paytaxtdan dəvət olunan 90-dan çox gənc ailənin iştirak etdiyi Forumda ailə dəyərləri haqqında maarifləndirici söhbətlər aparılıb".
 
Ardını oxu...
Hacıqabul rayon sakini Əsgərova Mirvari Baladadaş qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, övladım Əsgərova Əzizə Qalib qızı 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olmuş və “Tarix və coğrafiya fakültəsi”ninTarix müəllimliyi ixtisası üzrə təhsil alırdı. Elə həmin ilin noyabr ayında ADPU-nun müəllimləri tələbələri Binəqədi Gənclər Evinə kinoya aparmışdılar. Həmin vaxt qızım Gənclər Evindən marketə su almağa gedib.

21 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Zeynalov Firdovsi Novruz oğlu etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Binəqədi Rayon Məhkəməsi istiqamətində hərəkət edərkən yolun sol tərəfindən sağa doğru keçən övladım Əsgərova Əzizə Qalib qızını avtomobillə vuraraq, onun açıq kəllə-beyin travması almasına səbəb olmuşdur. Qızım Əzizə Əsgərova avtomobil qəzası nəticəsində bir neçə gün komada qaldıqdan sonra dünyasını dəyişdi.

Qızımın ildönümünə az qalıb. Amma cinayətkar Zeynalov Firdovsi Novruz oğlu hələ də azadlıqdadır. Hansı səbəbdəndir, bilmirik?! Məhkəmə iclasları uzadılır. 6 dəfə məhkəmə prosesi keçirilib, ortada bir nəticə yoxdur. Məhkəmənin hakimi Aygün Qurbanova və cinayətkarın vəkili Elxan Quliyev əlbir olub, məhkəməni uzadırlar.

Keçirilən məhkəmələr niyə uzanır? Burada maddi maraqları nədir? Bizdən valideyn olaraq heç bir söz soruşulmur. Bizə danışmağa söz belə, verilmir, işi öz aralarında həll edirlər.

Xahiş edirik bu işə layiqli baxılsın. Qızımın ilinədək cinayətkar cəzasını alsın”.

Aynurə İSMAYIL
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
  

Astara rayonunda 1992-ci il təvəllüdlü Murad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Faziləyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib.

Kənd sakini Murad qeyri-rəsmi yaşadığı arvadı Fazilənin mübahisə zamanı bədəninin bəzi nahiyələrinə bir neçə dəfə zərbə vurub və müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Murad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 10 ilə yaxındır Fazilə ilə qeyri-rəsmi ailə həyatı qurub:

"Hadisə günü, saat 10 radələrində yaşadığım evdə olan zaman həyat yoldaşım ilə şəxsi münasibətlər zəminində aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı əsəbiləşərək Fazilənin bədəninin müxtəlif yerlərinə bir neçə şillə zərbəsi endirərək döydüm. Dava-dalaş zamanı orada kənar şəxs olmayıb. Hadisə təxminən 3-5 dəqiqə davam etdi".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilənin sözlərinə görə, hadisə günü, saat 10 radələrində evdə olan zaman həyat yoldaşı Murad ilə aralarında mübahisə baş verib:

"Mübahisə zamanı mənim və azyaşlı övladımın ünvanına nalayiq ifadələr işlətdiyi üçün ona öz etirazımı bildirdim. Bu zaman Murad üzərimə hücum çəkdi, bədənimin müxtəlif yerlərindən bir neçə şillə zərbəsi endirdi. Daha çox xəsarət yetirəcəyindən qorxaraq, əlindən qaçıb meşənin içi ilə atamın yaşadığı evə getdim. Baş verənlər barədə atamgilə danışdım. atam polisə müraciət etməyimi məsləhət gördü. Mən də polisə müraciət etdim".

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Muradın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

 
 
 
Ardını oxu...
Taçlı Begüm anamız, Şah İsmail'in eşidir.
Şah İsmail ondan başka kimseyle evlenmemiştir.
Taçlı Beğüm güzel olduğu kadar da kahraman ve cesur bir Türk kızıydı.
O, babasının karşısına şart koymuştu ki, "Eğer bir kimse mızrak ve kılıç kavgasında benden üstün olursa veya güreşte beni yenerse, o kişi benim kocam olacaktır"
Oğuz Türklüğünde ellerinde çok yaygın olan bu adet "Kitâb-ı Dede Korkut'ta Baybura Bey'in oğlu Bamsi Beyreğ'in Baybecan Bey'in kızı Bamiçiçek'le evlenmesi boyunda da yer almıştır.
Bu destanda Baniçiçek Beyrek'ten kendisiyle at ve ok yarışına çıkmayı ve güreşmeyi talep ediyordu.
Aşk ile
Mehmet Özgür Ersan Abdal Yesari
Resim : Taçlı Begüm Hatun
TEREF
 
Ardını oxu...
“Korrupsiyaya Qarşı Mübarizə Fondu”nun təsisçisi, Rusiya müxalifətinin lideri mərhum Aleksey Navalnının qızı Daria hazırda ABŞ prezidentliyinə namizəd olan Kamala Harrisin seçki qərargahında işləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daria Navalnayanın “LinkedIn” sosial şəbəkəsində məlumat paylaşılıb.
Açıqlanan məlumatlara əsasən, qız bir neçə aydır sahə təşkilatçısı - seçicilərlə işləyən könüllülərin koordinatoru vəzifəsini tutur.
Qeyd edək ki, 2019-cu ildə Navalnaya ABŞ-nin Stenford Universitetinə pulsuz daxil olub. 2024-cü ilin yayında məzun olub.
Fevralın 22-də Daria Navalnaya anası Yuliya ilə birlikdə Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşüb. Bayden atalarının və ərinin itkisinə görə onlara başsağlığı verib, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.
Xatırladaq ki, Aleksey Navalnı 2024-cü il fevralın 16-da vəfat edib. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisənin səbəbini “xəstəlik” adlandırıb.
 
Ardını oxu...
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə yeni paylaşımı ilə diqqət çəkib.

TEREF Axşam.az a istinadla xəbər verir ki, Suada həyat yoldaşının nənəsi Eliana Van Varenberqin vəfat etməsi haqda bunları yazıb:

“Nəvənizdə sevgi tapdığım, siz Eliana nənə və Eugene baba kimi gözəl insanlarla görüşə bildiyim üçün xoşbəxtəm. Fərqli şəhərlərdə uzun gəzintilərimizi, alış-veriş günlərimizi, qəhvəxana söhbətlərimizi, gün ərzində birlikdə çoxlu işlərlə məşğul olmağımızı həmişə xatırlayıram. Biz gənclər oturmaq üçün yer axtaranda gülürdün, heç yorulmurdun. Həmişə gülürdün, gənclik ruhun var idi, hamı səni sevirdi, səninlə gözəl anlar yaşadım.

Sevinirəm ki, sizi az da olsa bu 5 ildə tanımışam. Sizi hələ görüşməmişdən əvvəl uzaqdan sevdim, sadəcə Krislə görüntülü danışanda siz həmişə orada idiniz, həmişə müsbət danışırdınız. Gözlərindəki qığılcımı heç vaxt unutmayacağam: Krislə, ərinizlə, yaxın dostlarınızla, dadlı yemək yeyərkən, gün batımını və okeanı görəndə, yaxşı verilişə baxıb divanda yuxuya getdiyiniz zamanı… Həmişə qəlbimizdə qalacaqsan. Biz səni həmişə sevəcəyik, nənə.

İndi dincələ bilərsən və unutmayın, nəvənizə yaxşı baxacağam”.
 
Ardını oxu...
Demokratlar Partiyasından prezidentliyə namizəd və ölkənin vitse-prezidenti Kamala Harrisin 200 min dollardan çox dəyərində zərgərlik kolleksiyası var.

Valyuta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, siyasətçinin zinət əşyalarına 18,5 min dollar dəyərində qızıl Tiffany boyunbağı, üç Cartier saatı, o cümlədən polad və qızıldan hazırlanmış 16,5 min dollar dəyərində Ballon Bleu daxildir.

Onun həmçinin Los-Ancelesdən olan məşhur zərgər İrene Neuvirtdən bir neçə eksklüziv mirvari zinət əşyaları var.
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Onun əsl adı Yekaterina olub – Yekaterina Semyonovna Svanidze. Amma yaxınları ona qısa adla, Kato deyə müraciət ediblər.
Elə gənc Soso da (Stalin) yaxın dostunun bacısını Kato adı ilə tanıyıb.
Bu tanışlıq sonradan onların ailə qurması ilə nəticələnib.
Yekaterina Svanidze 1885-ci ildə Tiflisdə anadan olub. Ailə Tiflisin Freylinskaya 3 ünvanında yerləşən kiçik bir evdə yaşayıb.
Kato yeniyetməlik yaşlarından işləməyə başlayıb, o, imkanlı ailələrin paltarlarını yumaqla pul qazanıb. Daha sonra dərzilik edib.
Kato Stalinlə qardaşının vasitəsi ilə tanış olub.
Belə ki, onun qardaşı Aleksandr Svanidze Tiflis ruhani seminariyasında Stalinlə birgə oxuyub və aralarında sıx dostluq münasibətləri yaranıb.
Məhz Aleksandr dostunu öz evlərinə dəvət edəndə Stalin Katonu görüb və ilk gündən ürəyində ona qarşı sevgi yaranıb. İlk görüşdən bir neçə gün sonra Stalin Katonu anası Keke ilə tanış edib, ondan xeyir-dua istəyib. Keke bu izdivaca böyük məmnunluqla “hə” deyib.
16 iyul 1906-cı ildə Stalinlə Kato ailə həyatı qurublar. Onların nikahı Müqəddəs David kilsəsində rəsmiləşib.
Kato heç vaxt Stalinin siyasi fəaliyyətinə müdaxilə etməyib, bu siyasət onun üçün maraqlı görünməyib.
O, yalnız həyat yoldaşının təhlükəsizliyinə görə narahat olub. Stalinin tez-tez axtarılması, günlərlə yoxa çıxması, təhdidlər, təzyiqlər Katonun ciddi narahatlığına səbəb olub.
Nəhayət, bu təhlükələrdən uzaq olmaq üçün ailə Tiflisdən çıxmağa məcbur olub. Stalinin Bakıda inqilabi proseslərdə iştirak etməsi zərurəti yarananda onlar Bakıda məskunlaşıblar.
1907-ci ildə cütlüyün bir oğul övladı, Yakov dünyaya gəlib. Bu əlamətdar hadisə ailənin sevincinə səbəb olsa da, bu sevinc uzun sürməyib. Bakıda Katonun səhhətində ciddi problemlər yaranıb. Vərəm xəstəliyinə tutulan Katonun sağlıq durumu günü-gündən daha da ağırlaşıb. Bakıda vəziyyətin mürəkkəb olduğunu nəzərə alan Stalin həyat yoldaşını Tiflisə aparıb və axtarışlardan yayınmaq üçün yenidən Bakıya dönüb.
Həkimlər Katonu xilas edə bilməyiblər. 5 dekabr 1907-ci ildə Kato əvvəli xəstəliyindən və qarın yatalağı nəticəsində daxili qanaxmadan vəfat edib. Həmin vaxt Yakov səkkizaylıq olub.
O ərəfələrdə axtarışda olan və ard-arda həbsxanalara düşən Stalin həyat yoldaşının dəfnində iştirak etmək üçün gizli yolla Tiflisə gəlib. Katonun ölümü onu sarsıdıb.
Dəfn Tiflisdə, Kukiysk qəbirstanlığında keçirilib. Tabut məzara endirdikdən sonra Stalin özünü tabutun üstünə atıb. Onu qəbirdən dəfn mərasimində iştirak edənlərdən biri, gürcü siyasətçisi və tarixçisi, ictimai xadim Geronti Kikodze çıxarıb. Sonralar o, həmin hadisəni belə xatırlayıb:
“Ağır mənzərə idi, hətta mən deyərdim ki, dözülməz bir səhnə idi. Stalin özünü tabutun üstünə atmışdı. Mən onu çətinliklə məzardan çıxartdım. Onların evliliyinin ömrü bir ildən bir az artıq çəkmişdi. Amma, görünür, aralarında böyük sevgi yaşanıb. Katonun vəfatının kədəri Stalinin bütün cizgilərində əks olunmuşdu. Həmin anlarda qoçaq, çevik Stalin olduqca miskin, çarəsiz, çıxılmaz vəziyyətə düşən bir insan kimi görünürdü...”
Katonun ölümündən sonra səkkizaylıq Yakovu Stalinin anası Kekenin himayəsinə vermək istəyiblər. Ancaq hansısa səbəbdən Keke Yakovu saxlamaqdan imtina edib. Bu imtinadan sonra Yakovu Katonun anası öz himayəsinə götürüb.
Stalin Katonun qohumları ilə əlaqələrini kəsməyib. Xüsusilə qardaşı Aleksandrla daha yaxın münasibətdə olub. Onları həm də inqilabi proseslər yaxınlaşdırıb.
Ardını oxu...
Aleksandr da fəal inqilabçılardan biri sayılıb.
Stalin hakimiyyətə gəldikdən sonra da Aleksandr və həyat yoldaşı onunla əlaqələrini kəsməyiblər. Onlar Stalinin həm mənzilində, həm də bağ evində bütün tədbirlərdə ev sahibi kimi iştirak ediblər. Sovet lideri həyat yoldaşının qohumlarına lazımi qədər diqqət və qayğı göstərib. Amma qanlı 1937-ci il çox şeyləri dəyişdiyi kimi, bu münasibətlərə də əl gəzdirib.
Bu günə qədər də məlum olmayan mənbədən Stalinə məxfi şəkildə məlumat verilib ki, Aleksandr Svanidze Almaniya kəşfiyyatına işləyir. Bu xəbərdən sonra Stalin Aleksandrdan bunu etiraf etməyi tələb edib. Aleksandr isə onu gözləyəcək bütün təhlükələrə baxmayaraq bu faktı təsdiqləməyib.
Stalinin göstərişi ilə Aleksandr Svanidze güllələnib, az sonra onun həyat yoldaşı da eyni cəzanı alıb. Bununla da Stalin keçmişi ilə əlaqələrini birdəfəlik kəsib.
Stalin 1918-ci ildə ikinci dəfə Nadejda Alliluyeva ilə ailə həyatı qurub. Bu nikahda da onu bəxti gətirməyib. Sovet liderinin həyat yoldaşı 1932-ci ildə müəmmalı şəkildə “intihar” edib.
Rəsmi nikahdan başqa Stalinin həyatında bir çox qadınlar olub, aktrisa, tibb bacısı, ictimai xadim statutusunda olan qadınlar.
Amma bu qadınlar da Stalinə ilk sevgisini, Katonun sevgisini verə bilməyib. Yəqin elə bu səbəbdən də Stalin ən sevincli və ən kədərli günlərdə hansı məclisdə olmasına baxmayaraq Katonu xatırlayıb, onun adını dilinə gətirib.
İlham Cəmiloğlu, Musavat.com
Ardını oxu...
ABŞ-ın vitse-prezidenti və ölkənin ən yüksək vəzifəsinə namizəd olan Kamala Harrisin həkimi Coşua Simmons seçkilərə bir ay qalmış onun səhhətinin əla olduğunu və dövlət başçısı vəzifələrini yerinə yetirə biləcəyini təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə dərc olunmuş tibbi hesabatda deyilir.

“Vitse-prezident Harrisin səhhəti əla vəziyyətdədir. O, prezidentin tapşırıqlarını yerinə yetirmək üçün lazım olan fiziki və mənəvi dözümə malikdir”, - deyə sənəddə qeyd olunub.

Simmons qeyd edib ki, Harrisin 2024-cü ilin aprelində keçirilən son tam tibbi müayinəsi heç bir anormallıq aşkar etməyib və bütün əsas sağlamlıq göstəriciləri normaldır. O vurğuladı ki, siyasətçi “məşğul iş qrafikinə baxmayaraq, sağlam, aktiv həyat tərzinə” riayət edir, həmçinin “çox sağlam pəhriz”ə əməl edir, nadir hallarda spirtli içki qəbul edir və siqaret çəkmir.

Həkim bildirib ki, siyasətçi son 3 il ərzində allergenə xas immunoterapiyadan keçib və bu, ona mövsümi allergiya əlamətlərini aradan qaldırmağa imkan verib.

59 yaşlı Harris ilk dəfə səhhəti ilə bağlı məlumat dərc edib. Bundan əvvəl Amerika mediası qeyd edib ki, Ağ Evdə mütəmadi olaraq tibbi müayinədən keçən vitse-prezident heç vaxt tibbi hesabatını ictimaiyyətə açıqlamayıb.

ABŞ-da ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və Demokrat Harris prezidentlik uğrunda mübarizə aparacaqlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə bu vəzifəni icra edib. O, 2020-ci il seçkilərində Demokratlar Partiyasından olan hazırkı prezident Baydenə uduzub və indi yenidən Ağ Evə qayıtmağa çalışır.
 

Dünyapress TV

Xəbər lenti