Ardını oxu...
Ədliyyə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib.

Bu barədə Nazirlikdən bildirilib.

Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib.
 
Ardını oxu...
Gəncə Apellyasiya Məhkəməsində mənimsəmə, rüşvət alma və digər cinayətlərdə təqsirləndirilən Həcər Xeyrinin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, müdafiəçi və zərərçəkmiş şəxs - mülki iddiaçı tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ağırlaşdırılaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbs olunub.

Xatırlatma: Zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tanınır. Birinci instansiya məhkəməsi 15 432, 62 manat məbləğində pulun tutularaq sözügedən Fonda ödənilməsi qərara alıb.

İttihama görə, Həcər Xeyri 2011-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində vətəndaşların pulunu mənimsəyərək onlardan rüşvət alıb.
Ardını oxu...
İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
 
Ardını oxu...
İlk günlərdən “Xəzər” telekanalının rəhbəri Murad Dadaşov başda olmaqla çalışdığım telekanalın hər bir əməkdaşı mənim yanımdadır. Onlar bir gün də olsa məni tək buraxmayıblar.

Bu sözləri Globalinfo.az-a Xəzər TV-nin aparıcısı Aytən Səfərova efirə buraxılmaması iddiaları haqda danışarkən deyib.

O, xəbərləri təkzib edib:

“Sadəcə, səhhətimlə bağlı özüm, ailəm və həkimlər işə çıxmağımı məqbul saymırdılar. Ona görə də “Xəzər” telekanalında efirə buraxılmamağım haqqında yayılan məlumatlar böyük bir dezinformasiyadır. Özüm də o xəbəri oxuyan zaman şoka düşdüm. Lakin belə şayiələrə fikir vermək lazım deyil. Hətta bir ara məlumat yaymışdılar, guya rəhmətə getmişəm”.

A.Səfərova efirə nə zaman qayıdacağını açıqlamayıb:

“Düzü, bu haqda danışmaq istəmirəm, hələ tezdir. Hazırda əsas məsələ mənim psixoloji və ümumi səhhətimin tam yerinə düşməsidir. Amma Xəzər TV mənim üçün, mən də onlar üçün dəyərliyəm”.
 
Ardını oxu...
Bu gün Bakıda həyatını sonladıran qızla bağlı bəzi faktlar məlum olub.

TEREF lent.az-a istinadən bildirir ki, 21 yaşlı Zərifə Məmmədzadə hadisə baş verən binada yaşamayıb.

Əslən Ağsu rayonundan olan Zərifə həmin binada yaşayan rəfiqənin evinə qonaq gəlibmiş.

Bina sakinləri Zərifənin Bakı şəhərində işlədiyini və onu sərbəst həyat tərzi sürdüyünü bildiriblər.

Həmin fotonu təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
“Balaca uşaq idim. Bəlkə də o vaxt 7-8 yaşım olardı. O zaman ancaq Dövlət televiziyası var idi. Televiziyada izlədiyim, uşaq ikən dinlədiyim iki ifaçı var idi. Sərxan Sərxan və Firəngiz Rəhimbəyova. Firəngiz Rəhimbəyovanın ifası eşidiləndə ekran qarşısında dayanıb ona baxardım. Firəngiz xanımın ifasında dəyərli bəstəkarımız Eldar Mansurovun “İnanıram sevgiyə” adlı mahnısı var. Bu mahnını çox sevirdim. Mətni anlamırdım, 7-8 yaşında uşaq sevgi mahnısından bir şey anlamayacaq. Amma musiqi, Firəngiz xanımın səsi o qədər gözəl idi ki, məni uzaqlara aparırdı. Mən deyərdim ki, həmin mahnı ilə onun vurğunu oldum”

Bunu Moderator.az-a açıqlamasında Amerikada yaşayan tanınmış aparıcı Səxavət Nur deyib. O bildirib ki, Firəngiz xanımla illər sonra yaxın dostluqları başlayıb.

“İllər sonra Firəngiz xanımın Amerikaya getdiyini eşidib çox üzülmüşdüm. 90-cı illərin əvvəlləri idi. İstəyirdim ki, oxusun, elə bilirdim bir daha onu görməyəcəm. İllər sonra radioya gəldim. Çünki radio və televiziya mənim uşaqlıq arzum idi. Firəngiz xanımın mahnılarını efirimdə səsləndirirdim. 2001-ci ildə Firəngiz Rəhimbəyova Azərbaycana gəlmişdi. Bunu eşitdim və dərhal onunla əlaqəm saxladım. Onu efirimə dəvət etdim. Firəngiz xanımla enerjimiz tutdu, dostluğumuz başladı. Ondan sonra artıq Firəngiz xanımla tez-tez danışmağa, zəngləşməyə başladıq. Bir-birimizdən tez-tez xəbərimiz olurdu. Mən bir dost qazanmışdım. Çox güman ki, Firəngiz Rəhimbəyova da mənim timsalımda bir dost qazanmışdı. Bu görüşdən sonra yenə o Azərbaycana gəldi, bizim evimizdə qonaq olub, bütün ailəmlə tanış oldu. 2012-ci ildə Firəngiz xanım Nyu-Yorkda konsert təşkil etmişdi. İstədi ki, həmin konsertin aparıcısı mən olum. Biz onunla bərabər səhnəni paylaşdıq. 2014-cü ildə mən Amerikaya köçdüm. Bu dəfə onun ailəsində mən qonaq olub, həyat yoldaşı, ailəsi ilə yaxından tanış oldum. Düzdür, ikimiz də Amerika Birləşmiş Ştatlarında yaşayırdıq, amma aramızda böyük məsafə var idi. Nəticə etibarı ilə Amerikaya köçməyim bizi heç də yaxınlaşdırmadı, aramızda məsafə var idi. Təxminən 5 saatlıq yol idi. Mən Vaşinqton, o isə Los Anceles ştatında yaşayırdı. Tez-tez zəngləşib, məsləhətləşirdik. Sonuncu dəfə ad günündə onunla danışmışdım. Deyirdi ki, gələcək Vaşinqtona, evimdə qonaq olacaq. Belə oldu ki, ad günündən sonra da ölüm xəbərini eşitdim. Firəngiz xanım mənim xatirələrimdə gülərüz, mehriban, aydın qalıb. Düşünürəm ki, Firəngiz xanım dünyaya nə üçün gəldiyini anlamışdı. Hər bir insanın doğulduğu gündən bəri beynində dolaşan bir sual var ki, mən nə üçün doğulmuşam?! İllərlə biz bu suala cavab axtarmağa çalışırıq. Firəngiz xanım bu sualın cavabını tapmışdı. Həyatından da çox razı idi” deyə aparıcı bildirib.

Səxavət Nur Firəngiz Rəhimbəyovanın Azərbaycanı tərk etməsi ilə bağlı suala belə cavab verib.

“Açığı bu sualı Firəngiz xanımdan heç vaxt soruşmamışam. Filmdə olanda belə ondan soruşmadım ki, niyə Azərbaycanı tərk etdiniz? Bir çox səbəblər ola bilərdi. Amma bir şeyi əminliklə bilirəm ki, Firəngiz xanım Amerikaya ulduz olmaq üçün, Hollivud arzusu ilə gəlməmişdi. Çünki onunla bağlı addımlar da ata bilərdi. O Amerikaya sadə və sakit həyat yaşamaq üçün gəlmişdi. Həmişə deyirdi ki, burada mənim qohumlarım yaşayır, onlara yaxın olmaq üçün bura gəlmişəm. Bir çox səbəblər ola bilərdi, övladının gələcəyi üçün bəlkə də gəlmişdi. Əslində o qədər yaxşı anlayıram onun Amerikaya köçüb gəlməyini. Buna çox şey təkan ola bilər. Və yaxud hansısa şəxsi münasibətlər səbəb ola bilər. Dəyərli bir insanı itirəndən sonra onun yaşadığı yerdən uzaqlaşıb çıxıb getmək istəyirsən. Bunun üçün də ən çox sevdiyin sənətini də qurban verirsənsə bunun nə demək olduğunu mən daha yaxşı başa düşürəm. Bu sualı heç vaxt ona vermədim və o da heç vaxt danışmadı” deyə o bildirib.

Səxavət Nur bildirib ki, “Bəxt üzüyü-2” filmində çəkilməyini aktrisaya o tövsiyyə edib.

“Firəngiz Rəhimbəyova hər kəsin fikrində “Bəxt üzüyü” filminə görə aktrisa kimi qalıb. O professional musiqi ifaçısı idi. Deyərdim ki, 80-90-cı illərdə Azərbaycan estrada musiqisinin ən uğurlu ifaçılarından biri idi. Bunu onun köhnə ifalarına qulaq asanda da görmək olur. Bu qədər maraqlı bir ifaçı idi. Firəngiz Rəhimbəyovadan sonra gələn bir çox Azərbaycan estrada ulduzlarının onu təqlid etdikləri göz qarşısındadır. Mən deyərdim ki, estrada ifaçısı olaraq onun yaratdığı maraqlı bir obraz var idi. Sonra artıq “Bəxt üzüyü” filminə çəkilmişdi, aktrisa kimi özünü sınamışdı. Çox da uğurlu alınmışdı. Azərbaycan estrada musiqisini sevənlər Furəngiz Rəhimbəyovanı ifaçı kimi onsuz tanıyırdı. Böyük bir kütlə isə onu aktrisa kimi “Bəxt üzüyü” filmindən sonra tanıdı. Mən deyərdim ki, həqiqətən də çox uğurlu bir rol oldu. Hətta xatırlayıram, bir neçə il bundan əvvəl “Bəxt üzüyü” filminin 2-ci hissəsi çəkilərkən Firəngiz xanım mənimlə əlaqə saxladı. Dedi ki, belə bir təklif gəlib, “Bəxt üzüyü” filminin 2-ci hissəsi çəkilir, bilmirəm qəbul edim yoxsa yox?! Dedim ki, Firəngiz xanım, indi Azərbaycan dəyişib. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Azərbaycan kinosu, incəsənəti bir az durğunluq yaşadı. İndi artıq hər şey professional şəkildədir. Bizdə çox dəyərli, işini bilən insanlar var. Xüsusilə də kino sahəsində artıq yaxşı filmlər çəkilməyə başlayıb, məncə qəbul edin. O da bu təklifi qəbul etdi. Açığı mənimlə ssenarini də paylaşmışdı. Senari yaxşı səslənirdi. Film ekranlara çıxandan sonra mən utandığımdan bir müddət onunla danışmadım. Çünki ona həmin məsləhəti verdiyimə görə çox peşman olmuşdum. Kaşki “Bəxt üzüyü” filminin 2-ci hissəsi heç çəkilməzdi” deyə Səxavət Nur bildirib.
 
Ardını oxu...
"Anamın dünyada 1 saat artıq yaşaması üçün hər şeyimdən keçdim. Amma bacarmadım...".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Bizimləsən" verilişində deyib. O, valideyni ilə bağlı danışarkən kövrəlib:

"Sona qədər qolunda sistemlər var idi. Həkimlər dedi ki, "Əl çəkin bu qadından, qoy, rahat canını versin". Cavab verdim ki, yox, heç olmazsa gözünü açıb bir saniyəlik mənə baxsın. Kaş anam sağ olardı".
 
Ardını oxu...
Azərbaycanəsilli rusiyalı releaparıcı, NTV telekanalının ulduzu İradə Zeynalova Rusiyanın Mavrikiydəki səfiri ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Brief” öz mənbələrinə istinadən yazıb.

Nəşr xatırladıb ki, Zeynalova 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirəcək.

Teleaparıcı NTV-də “Həftənin nəticələri” verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda “Vremya” proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstətib.

2021-ci ildə Zeynalova “təbliğat fəaliyyətinə” görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.
 
Ardını oxu...
Dövlətə xəyanətdə suçlanan qızın psixi durumuna ekspert rəyi verilib.

Dövlətə xəyanətdə – Ermənistanın xüsusi xidmət orqanlarına məlumat ötürməkdə suçlanan 21 yaşlı Fidan Əliyevanın vəkili onun psixi durumunda problemlər olduğunu düşünür.
Bu məsələni məhkəmədə də qaldıran vəkil onun psixi durumu ilə bağlı rəy almaqdan ötrü ekspertiza keçirilməsini istəmişdi. Məhkəmə vəkilin vəsatətinə dayanaraq ekspertiza təyin etsə də, ekspertlər F.Əliyevanın anlaqlı olduğu qənaətinə gəlib.

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlayan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında F.Əliyeva da olub. İddia edilir ki, o, könüllü kimi aksiyaya qatıldığı dövrdə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə tanış olub, ona Telegram kanalı vasitəsilə bilgi, video və fotoşəkillər göndərib.

Özünü təqsirli saymayan F.Əliyeva deyir ki, sosial şəbəkə vasitəsilə danışdığı şəxsin Ermənistanın xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib.

İttiham tərəfinin iddiasına görə, onun əməlini sübut edən video və audio yazılar var.

F.Əliyeva söyləyir ki, sosial şəbəkələrdə tanışdığı şəxs ondan olduğu yerlərin fotolarını istəyib, bu üzdən göndərib: “Başqa heç bir məqsədim olmayıb”.

Bu işə bir ildir Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

F.Əliyevanın anlaqlı olduğuna dair rəy verildiyindən yaxın vaxtlarda məhkəmə istintaqı yekunlaşacaq. Ardından prokuror çıxış edərək ona cəza istəyəcək.

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulsa da, Azərbaycanın cinayət qanunvericiliyinə görə, qadınlara və 65 yaşı tamamlamış kişilərə ömürlük həbs cəzası verilmir.
 
 
 

Dünyapress TV

Xəbər lenti